Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-50/2025 17.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23 və X25) qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma, tikililərin sökülməsi və sahənin boşaldılaraq təhvil verilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş üzrə (açar sözlər: mülkiyyətin müdafiəsi, tikililərin sökülməsi və sahənin boşaldılaraq təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X26 Əliyevanın sədrliyi və məruzəsi ilə, X7 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X23 və X25) qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma, tikililərin sökülməsi və sahənin boşaldılaraq təhvil verilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-559/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. 20 sentyabr 2002-ci il tarixli 0102-A1-883 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsinin X4 Reyestrindən çıxarışından görünür ki, nizamnamə kapitalının miqdarı 50000 manat olmaqla İddiaçı MMC təsis olunmuşdur.
2. Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində xx.xx.2002-ci il tarixdə, 0102-A1-883 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış İddiaçı MMC-nin nizamnaməsinə edilmiş dəyişikliklər haqqından çıxarışa əsasən, Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində xx.xx.1998-ci il tarixdə, 522 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMM və xx.xx.2003-cü il tarixdə, 0103-P35-38919 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış "xxxx" MTK Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsində xx.xx.2002-ci il tarixdə, 0102-A1-883 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış İddiaçı MMC-yə qoşulması lə əlaqədar onların hüquqi varisliyi İddiaçı MMC-yə keçmişdir. Dəyişkliklər xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.
3. Bakı Şəhər İcra Hakimiyyətinin “özünəməxsus ərazidə tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında” xx.xx.2003-cü il tarixli, 548 №-li Sərəncamına əsasən Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 01-04/352 saylı razılıq məktubu, "xxxx" MTK-nın xx.xx.2003-cü il tarixli, 01 saylı müraciəti, Azərbaycan Respublikası Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli 001043 saylı, xx.xx.1999-cu il tarixli 000202 saylı şəhadətnamələri nəzərə alınaraq, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi (şəhadətnaməyə əsasən Tağızadə 25), 3004-cü məhəllədə yerləşən özəlləşdirilmiş 1881,4 kv.m ərazidə qeyri-yaşayış tikilinin sökülməsi şərti ilə, həmin MTK tərəfindən yaşayış binasının layihələşdirilməsi və tikintisinə icazə verilmişdir.
4. Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və şəhərsalma Baş İdarəsi Bakı şəhər Dövlət Memarlıq-Tikinti Nəzarət Müfəttişliyi tərəfindən verilmiş 3285 nömrəli tikinti işlərinin aparılması üçün icazə sənədinə əsasən podratçı təşkilat olan ‘MEQİ” MTK (X16” MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 3004 məhəllə, 16 mərtəbəli 2 girişli yaşayış binasının (1-ci mərtəbəsi qeyri-yaşayış səhəsi) tikintisini, tikinti-quraşdırma işləri 12-ci mərtəbədə aparılan vəziyyətdə qeydiyyatdan keçirir və tikinti işlərinin davam etdirilməsinə icazə verilmişdir.
5. "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2004-cü il tarixli "xxxx" MTK-nın tikdiyi binanın birinci mərtəbəsində qeyri-yaşayış sahəsinin alınması haqqında” müqavilədən görünür ki, MTK-nın idarə heyəti – birinci mərtəbəsində yerləşən 125 kv.m qeyri-yaşayış sahəsi ayırır; qeyri-yaşayış sahəsinin alıcısı Cavabdeh sahənin dəyərinin 1 kv.m 180 ABŞ dolları, cəmi 22.500 ABŞ dolları manata olan məzənnə ilə (4938 manat) 111.105.000 manat Kooperativin hesablaşma hesabına təhvil verir ya da kassasına nağd ödəyir.
6. "xxxx" MTK ilə X11 arasında bağlanmış 17 fevral 2004-cü il tarixli "xxxx" MTK-nın tikdiyi binanın birinci mərtəbəsində qeyri-yaşayış sahəsinin alınması haqqında” müqavilədən görünür ki, MTK-nın idarə heyəti – birinci mərtəbəsində yerləşən 125 kv.m qeyri-yaşayış sahəsi ayırır; qeyri-yaşayış sahəsinin alıcısı X1 dəyərinin 1 kv.m 180 ABŞ dolları, cəmi 22.500 ABŞ dolları manata olan məzənnə ilə (4938 manat) 111.105.000 manat Kooperativin hesablaşma hesabına təhvil verir ya da kassasına nağd ödəyir.
7. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X14 Agentliyinin 30 mart 2009-cu il tarixli xx/xx-00899 saylı məktubuna əlavə olunmuş rəyin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 3004 məhəllədə İddiaçı MMC tərəfindən inşa olunmuş yaşayış binasının yükdaşıyan kontruksiyaları lahiyəyə uyğun yerinə yetirilmişdir. Azərbaycan Respulikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X14 Agentliyinin nəznində yaradılmış təhlil qrupunun xx.xx.2009-cu il tarixli 40 saylı iclaslnda konstruksiyanın möhkəmliyi və dayanıqlığl baxımından binanın istismara yararlı olması haqqında qərar qəbul edilmişdir.
8. Məhkəmə tikinti-texniki ekspertizasının 25 iyun 2023-cü il tarixli, 10/784 №-li rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3034-cü məhəllədə "xxxx" MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən X24 və X15 mülkiyyətində olan qeyri-yaşayış sahəsinin faktiki vəziyyətin, planlı yerləşməsinin (quruluşu), ölçülərinin və digər texniki parametrlərinin xx.xx.2021-ci il tarixli texniki pasportun göstəricilərinə uyğun olduğunu nəzərə olaraq, həmin binanın 1-ci mərtəbəsində əlavə tikinti işlərinin aparılmadığı müəyyən olunur. Tədqiq olunan binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2022-ci il tarixdə Çıxarış və xx.xx.2021-ci il tarixində texniki pasport verilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3034-cü məhəllədə "xxxx" MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində əlavə tikinti işlərin aparılmadığından, qərardadın ikinci sualı üzrə tədqiqat aparılmadı. Eyni zamanda qeyd olunur ki, tədqiq olunan binanın faktiki vəziyyəti ilə həmin binaya dair tərtib edilmiş layihə sənədləri müqayisə edilərkən, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3034- cü məhəllədə "xxxx" MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının -3.30 metr səviyyəsində zirzəmi mərtəbəsində (mübahisəli 72 kv.metr sahədə) layihədən kənar əlavə tikinti işləri aparıldığı müəyyən edilmişdir.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin sorğuya cavab olaraq ünvanladığı məktuba əsasən müəyyən edilir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən, X5 adına Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 3004-cü məhəllədə inşa edilmiş binada yerləşən ümumi sahəsi 139 kv.m və 120,5 kv.m olan qeyri-yaşayış sahələri qeydiyyata alınmışdır.
10. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 664286 nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 3004-cü məhəllədə yerləşən ümumi sahəsi 139 kv.m qeyri-yaşayış sahəsinin üzərində X5 tam mülkiyyət hüququ xx.xx.2022ci il tarixində dövlət qeydiyyatına alınmışdır.
11. Alıcı, X12 ilə şirkət, İddiaçı MMC arasında bağlanmış 17 fevral 2004-cü il tarixli müqaviləyə əsasən İddiaçı MMC tərəfindən Bakı şəhəri Nəsimi rayonu A.Məhərrəmov küçəsi 3004-cü məhəllədə yerləşən binanın tikintisi başa çatdıqdan sonra həmin binada mənfi 1-ci mərtəbədə yerləşən 139.5 kv.m sahəsi olan qeyri yaşayış sahəsinin «Alıcıya» satılması barədə şərtlər rəsmiləşdirilmişdir.
12. Məhkəmə tikinti-texniki ekspertizasının 15 aprel 2025-ci il tarixli, 10/7681 №-li rəyində qeyd olunmuşdur ki, baxış zamanı təqdim olunan Cavabdeh məxsus olduğu bildirilən Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3034-cü məhəllədə "xxxx" MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasında yerləşən qeyriyaşayış sahəsinin (AL market, Araz ekspres və Still kişio salonu) faktiki sahəsinin 354,3 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Baxış zamanı təqdim olunan Cavabdeh məxsus olduğu bildirilən Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3034-cü məhəllədə "xxxx" MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasında yerləşən qeyriyaşayış sahəsinin iddiaçı tərəfindən sökülməsi tələb edilən hissəsinin (sahənin genişləndirilməsi məqsədi ilə) faktiki sahəsi 77,8 kv.m təşkil edir.
13. İş üzrə keçirilmiş yerində müayinə zamanı Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3034-cü məhəllədə "xxxx" MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının -1 mərtəbəsində yerləşən mübahisəli qeyri- yaşayış sahəsinə (AL market, Araz ekspres və Still kişio salonu) bitişik əlavə tikinti işlərinin aparıldığı, həmin əlavə tikilinin mübahisəli qeyri-yaşayış sahəsinə birləşdirilərək vahid əmlak kimi istifadə olunduğu müəyyən edilmişdir. Yerində müayinədə iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Qanuni nümayəndə həmin sahənin əvvəllər Valera və Vaqif Məmmədbağırovlara satıldığını, sonradan sonuncuların anaları Xatın xanımın adına rəsmiləşdirildiyini bildirdi.
Birinci instansiya məhkəməsindəki icraat:
14. İddiaçı MMC zəbt olunmuş sahədən çıxarılma, tikililərin sökülməsi və sahənin boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 6033/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3004- cü məhəllədə "xxxx" MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində cavabdehlər Cavabdeh və X6 zəbt etdikləri 72 kv.m torpaq sahəsindən cavabdehlərin çıxarılmaları, həmin ünvanda cavabdehlərin inşa etdikləri tikililərin onların hesabına sökülməsi və həmin sahənin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi qət edilmişdir.
15. Cavabdeh ərizə təqdim edərək, həmin qiyabi qətnamənin ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, maraqlarına toxunan şəxslər X23 və X25 isə qiyabi qətnamədən apellyasiya şikayəti verərək, həmin qətnamənin maraqlarına toxunulduğu hissədə ləğv edilib, apellyasiya məhkəməsində əlavə təqdim edilmiş sübutlar əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
16. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3810/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadları ilə Cavabdeh ərizəsi təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6033/2021 nömrəli, xx.xx.2021- ci il tarixli qiyabi qətnaməsi ləğv edilmiş, mülki iş təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmış, maraqlarına toxunan şəxslər X23 və X25 tərəfindən verilmiş apellyasiya şikayətləri geri qaytarılmışdır.
17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-36/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən, İddiaçı MMC-nin cavabdehlər X8 və Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair iddia ərizəsinin cavabdeh X8 aid hissəsinə iş üzrə icraata xitam verilmişdir.
18. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-36/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı MMC-nin Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
19. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3004-cü məhəllədə "xxxx" MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binanın mənfi birinci (-01) mərtəbəsində Cavabdeh zəbt etdiyi 72 kv.m torpaq sahəsindən çıxarılması, həmin sahədə Cavabdeh inşa etdiyi tikililərin Cavabdeh hesabına sökülməsi və həmin sahənin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli şəhadətnaməyə əsasən ünvan 1 ünvanda yerləşən 1881,4 kv.m torpaq sahəsi "xxxx" MTK-nın adına özəlləşdirilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin “Özünəməxsus ərazidə tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında” xx.xx.2003-cü il tarixli 543 №-li sərəncamına əsasən, Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 01-04/352 saylı razılıq məktubu, "xxxx" MTKnın xx.xx.2003-cü il tarixli, 01 saylı müraciəti, Azərbaycan Respublikası Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli 001043 saylı, xx.xx.1999-cu il tarixli 000202 saylı şəhadətnamələri nəzərə alınaraq, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi (şəhadətnaməyə əsasən Tağızadə 25), 3004-cü məhəllədə yerləşən özəlləşdirilmiş 1881,4 kv.m ərazidə qeyri-yaşayış tikilinin sökülməsi şərti ilə, həmin MTK tərəfindən yaşayış binasının layihələşdirilməsi və tikintisinə icazə verilmişdir. Həmin sərəncama əsasən “MEQİ" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3004-cü məhəllədə 18 mərtəbəli çoxmənzilli yaşayış binası inşa etmişdir. Bina inşa edildikdən sonra "xxxx" MTK tərəfindən inşa edilmiş binada yerləşən yaşayış və qeyri-yaşayış sahələri ayrı-ayrı şəxslərə satılmış və bununla bağlı müvafiq müqavilələr bağlanmışdır. Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3004-cü məhəllədə “Meqi" MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin alqı-satqısı barədə MTK və X11 arasında xx.xx.2004cü il tarixdə iki müqavilə bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə görə, “MEQİ" MTK, inşa etdiyi sözügedən binanın 1-ci mərtəbəsində yerləşən ayrı-ayrılıqda sahəsi 125 kv.m ibarət olan qeyriyaşayış sahələrini Cavabdeh satmış, sonuncu həmin sahələrin dəyərini MTK-ya ödəmişdir. Sonradan “Meqi" MTK hazırki iş üzrə iddiaçı olan İddiaçı MMC-yə qoşulmuş və bununla əlaqədar onun hüquqi varisliyi İddiaçı MMC-yə keçmişdir. Cavabdeh Bakı şəhər, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3004-cü məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində ümumilikdə 250 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini almasına baxmayaraq, satın aldığı qeyriyaşayış sahələrinə bitişik, iddiaçı MMCyə məxsus 72 kv.m sahəni özbaşına zəbt etmiş və öz sahəsinə qatmışdır. Halbuki, onunla “MEQİ" MTK və ya İddiaçı MMC arasında hər hansı yazılı və ya şifahi razılaşma olmamış, Cavabdeh tərəfindən zəbt olunmuş sahəyə dair hər hansı məbləğ "xxxx" MTK və ya “X16" MMC-yə ödənilməmişdir. İddiaçı “X16" MMC, özbaşına zəbt olunmuş 72 kv.m qeyri-yaşayış sahəsinin geri qaytarılmasını Cavabdeh dəfələrlə tələb etsə də, sonuncu MMC-nin bu haqlı tələblərinə əməl etməmişdir. Göründüyü kimi, cavabdehin hərəkətləri iddiaçı “X16" MMC-nin sahiblik, istifadə və sərəncam vermək hüquqlarını ehtiva edən mülkiyyət hüququnu kobud şəkildə pozmuş və pozmaqda da davam edir. Hazırda İddiaçı MMC qanuni əsaslarla ona məxsus daşınmaz əmlak üzərində hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən iddiaçı “X16" MMC hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, Cavabdeh qarşı irəli sürdüyü tələb əsaslıdır və təmin edilməlidir.
21. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 152.2, 152.3, 157, 157.3 157.8-ci maddələrinə istinad olunmuşdur
22. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-559/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. İş üzrə məhkəmə tikinti – texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
23. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin hallarından göründüyü kimi Bakı Şəhəri İcra Hakimiyyətinin “özünəməxsus ərazidə tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında” xx.xx.2003-cü il tarixli, 548 №-li Sərəncamına əsasən Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 01- 04/352 saylı razılıq məktubu, "xxxx" MTK-nın xx.xx.2003-cü il tarixli, 01 saylı müraciəti, Azərbaycan Respublikası Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli 001043 saylı, xx.xx.1999-cu il tarixli 000202 saylı şəhadətnamələri nəzərə alınaraq, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi (şəhadətnaməyə əsasən Tağızadə 25), 3004-cü məhəllədə yerləşən özəlləşdirilmiş 1881,4 kv.m ərazidə qeyri-yaşayış tikilinin sökülməsi şərti ilə, həmin MTK tərəfindən yaşayış binasının layihələşdirilməsi və tikintisinə icazə verilmişdir. Həmçinin həmin çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən 250 kv.m qeyriyaşayış sahəsi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 17 fevral 2004-cü il tarixli müqaviləyə əsasən Cavabdeh satılmışdır. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, tədqiq olunan binanın faktiki vəziyyəti ilə həmin binaya dair tərtib edilmiş layihə sənədləri müqayisə edilərkən, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3034-cü məhəllədə "xxxx" MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının -3.30 metr səviyyəsində zirzəmi mərtəbəsində (mübahisəli 72 kv.metr sahədə) layihədən kənar əlavə tikinti işləri aparıldığı müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Çünki cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt edərək tikinti işləri aparmaqla iddiaçının öz əmlakı üzərində mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə törədir. Buna görə də iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən cavabdehin qanunsuz sahibliyindən özünə məxsus torpaq sahəsini geri tələb etmək hüququ vardır. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, iddia təmin olunmalı, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3004-cü məhəllədə "xxxx" MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının -1 (mənfi birinci) mərtəbəsində Cavabdeh zəbt etdiyi 72 m2 torpaq sahəsindən çıxarılmalı, Cavabdeh inşa etdiyi tikililər onun öz hesabına sökülməli və həmin sahə boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab etmişdir ki, məhkəmə – tikinti-texniki ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.
24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
25. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
26. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin xüsusi mülkiyyətində olan qeyri -yaşayış sahəsi zirzəmi deyil və yaşayış səviyyəsindən ən azından 7 -9 metr aşağıdır. Lakin aparılan baxış və ekspertiza bina üzərində aparılan tədqiqatın qeyri-obyektivliyi, məhdud və natamamlığı göz önündədir. Ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparılmalıdır. Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. “Məhkəmə Ekspertiza fəaliyyəti haqqında” qanunun 17-ci maddəsi tədbiq olunmalıydı. Bakı Kommersiya Məhkəməsində eksperizanın rəyi üzərində aparılan baxış zamanı rəydə yaşayış səviyyəsindən -3.30 metr aşağı olmağı bildirildi. Lakin cavabdehə məxsus obyekt yaşayış səviyyəsindən 7-9 metr aşağıdır. Mübahisəli binanın iki mərtəbəsi qeyri-yaşayışdır. Ekspertizanın hesablarına görə yaşayış səviyyəsindən -3.30 hesablasaq cavabdehə məxsus obyektə deyil, onun üzərində olan 2-ci mərtəbə qeyri-yaşayış obyektinə təsədüf olunur. Bu məsələyə aydınlıq gətirmək üçün Əlavə eksptertizanın keçirilməsinə zərurət yaranmışdır. Məhkəmə isə əlavə ekspertizanı keçirmədən qeyri dürüst ekspertiza rəyinə əsaslanaraq qətnaməni qət etmişdir. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin (sifariş) edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Lakin məhkəmə qətnaməsi Məhkəmə ekspertizasının verdiyi dürüst olmayan ekspertiza rəyinə əsaslanır. Cavabdehə məxsus qeyri-yaşayış sahəsi binanın nə -1 mərtəbəsində yerləşir, nədə ki zirzəmi deyil , o qanuni 1-ci mərtəbədə yerləşir və yer səthin səviyyəsindədir. Nəticədə ekspertizanın rəyi reallığı əks etdirmir. Məhkəmə baxışı dövründə tərəflərə barışıq sazışıylə işi tamamlamağını təklif etməyə borclu olduğunu bildirsə də məhkəmə bunun üçün heç bir zəruri addımlar atmamışdır. Məhkəmə Meqi MTK tərəfindən inşa edilmiş çox mənzilli binanın birinci mərtəbəsini – ( mənfi )1 adlandırmış , məhkəmə ekspertizası isə zirzəmi kimi bildirmiş və yaşayış səviyyəsindən -3.30 metr aşağı olduğunu bildirməsi reallığı əks etdirmir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırlmışdır ki, iddiaçı tərəfin birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədlərə əsasən müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin "özünəməxsus erazidə tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında" xx.xx.2003-cü il tarixli 543 №-Ji sərəncamına əsasən, Nəsimi Rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 01-04/352 saylı razılıq məktubu, "xxxx" MTK-nın (“X16" MMC) xx.xx.2003-cü il tarixli, 01 saylı müraciəti, Azərbaycan Respublikası Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli 001043 saylı, xx.xx.1999-cu il tarixli 000202 saylı şəhadətnamələri nəzərə alınaraq, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi) şəhadətnaməyə əsasən Tağızadə 25), 3004-cü məhəllədə yerləşən özəlləşdirilmiş 1881,4 kv.m ərazidə qeyri-yaşayış tikilinin sökülməsi şərti ilə, həmin MTK tərəfindən yaşayış binasının layihələşdirilməsi və tikintisinə icazə verilmişdir. Həmin sərəncama əsasən “MEQİ" MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3004-cü məhəllədə 16 mərtəbəli, 2 girişli yaşayış binası binası inşa etmişdir. Həmin binanın 1-ci və -1-ci mərtəbələrində (zirzəmi) qeyriyaşayış sahələri, qalan mərtəbələri isə yaşayış sahələrindən ibarət olmuşdur. Bina layihəyə uyğun inşa edilmiş, dövlət komissiyasının müvafiq qərarı ilə istismara qəbul edilmişdir. Binada yerləşən bütün yaşayış və qeyri-yaşayış sahələri özgəninkiləşdirilmişdir. Onu da qeyd etməyi vacib hesab edir ki, binanın yerləşdiyi torpaq sahəsi (tikintialtı sahə) istisna olmaqla, qalan torpaq sahəsi hazırda da iddiaçı “X16" MMC-nin mülkiyyətindədir. Lakin Cavabdeh iddiaçı MMC-nin mülkiyyətinə qəsd etmiş, onun mülkiyyət hüququnu pozmuşdur. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini zəbt edərək, səlahiyyətli dövlət orqanlarından müvafiq sənədlər, icazələr almadan qanunsuz tikili inşa etmiş və həmin tikilini (müqavilə üzrə əldə etdiyi sahə ilə birlikdə) Al marketə əvəzli şəkildə icarəyə vermişdi. Belə ki, iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2004-c il tarixli müqavilyə əsasən, cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, A,Məhərrəmov (Tağızadə) küçəsi, 3004-cü məhəllədə yerləşən çoxmərtəbəli yaşayış binasında 125 kv.m ibarət qeyri-yaşayış sahəsini əldə etmişdir. İlik olaraq qeyd edir ki, cavabdeh X2 əldə etdiyi həmin qeyri-yaşayış sahəsinin ön hissəsi (binanın əsas giriş hissəsi) yer səthi ilə eyni səviyyədə, arxa hissəsi isə yer səthindən aşağı (zirzəmi) səviyyədə yerləşir. Cavabdeh eldə etdiyi əmlakının yerləşmə mərtəbəsi ilə bağı keçən müddət ərzində iddiaçıya qarşı hər hansı mübahisə açmamış, pretenziya irəli sürməmiş, MEQİ" MTK ("X16” MMC) ilə bağladığı müqaviləni bəyənir. İddiaçı “X21" MMC-nin hazırda sökülməsini tələb etdiyi tikili isə həqiqətən də Cavabdeh tərəfindən inşa edilmişdir. Cavabdeh bu faktı hazırki iş üzrə keçirilmiş məhkəmə hazırlıq iclasında da etiraf etmiş, lakin bildirmişdir ki, mübahisələndiilən tikilinin yalnız 6 kv.m hissəsi onun tərəfindən inşa edilmişdir. Bundan başqa, cavabdeh həmin qeyriryaşayış sahəsinin Al Marketə icarəyə verdiyini də təsdiq etmişdir. Hazırki işə birinci instansiya məhkəməsində baxılması zamanı birinci instansiya məhkəməsinin hakimi tərəfindən həmin əraziyə baxış keçirilmiş və yuxarıda qeyd olunan hal, yəni Cavabdeh məxsus qeyri-yaşayış sahəsinin binanın -1 mərtəbəsində yerləşməsi, həmin sahənin ön hissəsinin yer səthi ilə eyni səviyyədə, arxa hissəsinin isə yer səthindən aşağı (zirzəmi) səviyədə yerləşdiyi, cavabdehə aid qeyriyaşayış sahəsinə bitişik 72 kv.m ibarət əlavə tikilinin inşa olunduğu öz təsdiqi tapmışdır. Bundan başqa, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış tədqiqatın nəticəsi olaraq Məhkəmə Ekspertizsı Mərkəzinin verdiyi 25 iyun 2023-cü il tarixli, 10/784 №-li rəydə qeyd olunmuşdur ki, “...tədqiq olunan binanın faktiki vəziyyəti ilə həmin binaya dair tərtib edilmiş layihə sənədləri müqayisə edilərkən, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3034- cü məhəllədə "xxxx" MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının -3.30 metr səviyyəsində zirzəmi mərtəbəsində (mübahisəli 72 kv.metr sahədə) layihədən kənar əlavə tikinti işləri aparıldığı müəyyən edilmişdir. Göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov (Tağızadə) küçəsi, 3034-cü məhəllədə “Meqi" MTK-nın (İddiaçı MMC) inşa etdiyi çoxmənzilli yaşayış binasının -3.30 metr səviyyəsində zirzəmi mərtəbəsində (mübahisəli 72 kv.metr sahədə) layihədən kənar əlavə tikinti işləri aparılması iş üzr alınmış ekspert rəyi, məhkəmənin keçirdiyi yerli baxışın nəticələri və qismən də olsa Cavabdeh özünün izahatı ilə təsdiq olunur. Cavabdeh iddiaçı (“X16" MMC-nin mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt edərək tikinti işləri aparmaqla iddiaçının öz əmlakı üzərində mülkiyyət hüquqlarını həyata keçirməsinə maneə törədir. Buna görə də hesab edirəm ki, iddiaçı "X22" MMC Cavabdeh qarşı hazırki iş üzrə irəli sürdüyü iddia tələbləri və bu tələbləri təmin edən Bakı Kommersiya Məhkəməsinin iş üzrə gəldiyi nəticəsi əsaslıdır. Cavabdeh X3 apelyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri dayşyır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
28. Tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkməyə məlumat verməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
29. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişdi. Bildirmişdir ki, müqaviləyə əsasən cavabdehə birinci mərtəbəni veriblər. İddiaçı mənfi birinci mərtəbədə yerləşən sahənin yerinə birinci mərtəbədə yerləşə qeyri-yaşayış sahəsinin sahibinə qarşı iddia qaldırıb.
30. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etmişdir. İzahatında bildirmişdi ki, ona birinci mərtəbədə qeyri-yşayış sahəsi satıblar. Qohumları 300-400 kv.m sahə alıblar, amma binanın cizgisi və planı olmadığı üçün ekspert rəyində mərtəbələr və zirzəmi qeyd olunmayıb. 125 kv.m qeyri-yaşayış sahəsi çay evi kimi istifadə olunur, birinci mərtəbə çay evi olaraq hesab olunur, "Oba market" və "Əli market" isə zirzəmidə yerləşir. MKT binanın fasadını və oboy işlərini cavabdehə gördürmüş, amma pulu verməmişlər. Binanın planı olmadığı üçün bəhs etdikləri sübuta yetirə bilmir. Əlavə tikililərdən istifadə etmir. 125 kv.m sahə ona təhvil verilməyib.
31. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının qanuni təmsilçisi apellyasiya şikayətinə etiraz etdi və təmin olunmamasını xahiş etmişdir. İzahatında bildirmişdir ki, Cavabdehə 250 kv.m qeyri-yşayış sahəsi satılıb, zəbt olunan sahə mənfi bir mərtəbədədir və layihədə göstərilib. Qanunsuz tikili 77 kv.m-dir və zəbt olunan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Qanunsuz tikili söküldükdən sonra ərazi genişlənəcək və sakinlər üçün daha çox yer olacaq. Zəbt olunan torpaq sahəsi nağd ödənişlə alınmış və MTK-nın mülkiyyətindədir.
Tətbiq edilən hüquq:
32. Mülki Məcəllənin: -152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 157.3-cü maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
33. Mülki Prosessual Məcəllənin: -50.3-ci maddəsinə görə iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tam təmin edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayətləri verilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir. Odur ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamənin əsaslılığı bütövlükdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia rədd edilməlidir.
38. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı Şəhəri İcra Hakimiyyətinin “özünəməxsus ərazidə tikinti işlərinin aparılmasına icazə verilməsi haqqında” xx.xx.2003-cü il tarixli, 548 №-li sərəncamına əsasən Nəsimi rayonu, A.Məhərrəmov küçəsi (şəhadətnaməyə əsasən Tağızadə 25), 3004-cü məhəllədə yerləşən özəlləşdirilmiş 1881,4 kv.m ərazidə qeyri-yaşayış tikilinin sökülməsi şərti ilə, həmin MTK tərəfindən yaşayış binasının layihələşdirilməsi və tikintisinə icazə verilmiş və həmin ərazidə MTK tərəfindən çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. "xxxx" MTK ilə müvafiq olaraq Cavabdeh və X11 arasında bağlanmış 17 fevral 2004-cü il tarixli müqavilələrə əsasən həmin çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən 125 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh, digər 125 kv.m. qeyri-yaşayış sahəsinin isə MEQİ” MTK ilə 17 fevral 2004-cü il tarixli müqaviləyə əsasən mərhum X8 verilməsi nəzərdə tutulmuşdur.
39. Araşdırma nəticəsində o da müəyyən edildi ki, sözügedən binanın -1 mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinə (AL market, Araz ekspres və Still kişi salonu) bitişik torpaq sahəsində əlavə tikili inşa edilmiş və həmin tikili qeyri-yaşayış sahələrinə birləşdirilərək vahid əmlak kimi istifadə edilir.
40. Hazırda İddiaçı MMC ("xxxx" MTk-nın hüquqi varisi) sözügedən binanın -1 mərtəbəsində yerləşən və əlavə tikiliyə bitişik olan qeyri-yaşayış sahələrinin Cavabdeh məxsus olduğunu, əlavə tikilinin Cavabdeh tərəfindən inşa edildiyini və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin sonuncu tərəfindən zəbt edildiyini əsas göstərərək cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını, tikilinin sökülməsini və sahənin boşaldılaraq iddiaçıya təhvil verilməsini tələb edir. Cavabdeh isə - 1 mərtəbəsində yerləşən əlavə tikilinin birləşdirildiyi qeyri-yaşayış sahələrinin ona məxsus olmadığını, belə ki, "xxxx" MTK ilə aralarında bağlanmış müqaviləyə əsasən əldə etdiyi qeyriyaşayış sahəsinin zirzəmidə deyil, birinci mərtəbədə yerləşdiyini bildirərək iddiaya etiraz edir.
41. İddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.3 və 180.4-cü maddələri təşkil edir.
42. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi mübahisə predmeti olan əlavə tikiliyə bitişik olan qeyri-yaşayış sahələrinin kimə məxsus olması, yəni əlavə tikilinin hazırda kimin sahibliyində və istifadəsində olması işin mübahisəli halını təşkil edildiyindən həmin halın müəyyən edilməsi məqsədilə iş üzrə yerində müayinə keçirilmiş və müayinə zamanı MTK-nın qanuni təmsilçisi Qanuni nümayəndə tərəfindən mübahisəli qeyri-yaşayış sahələri əvvəllər Vaqif və Cavabdeh verilsə də, sonradan sonuncuların anası olan Xatın Bayramalıyevanın adına rəsmiləşdirildiyi və mübahisəli qeyri-yaşayış sahələri üzərində sonuncunun mülkiyyət hüququnun qeydiyyata alındığı bildirilmişdir.
43. Bundan sonra məhkəmə tərəfindən İddiaçı MMC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə sorğular ünvanlanmış və PHŞ-nin sorğuya cavabı əsasında 2004-cü ildə İddiaçı MMC ilə X13 arasında bağlanmış müqaviləyə əsasən binanın -1 mərtəbəsində yerləşən mübahisəli qeyri-yaşayış sahələrinin X13 tərəfindən əldə edildiyi və həmin qeyri-yaşayış sahələri üzrə X5 mülkiyyəti hüququnun dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir.
44. Beləliklə, hazırkı halda iddia tələbi Cavabdeh qarşı yönəldilsə də, mübahisəli əlavə tikilinin birləşdirildiyi qeyri-yaşayış sahələrinin və belə olan halda mübahisəli tikilinin və onun altındakı torpaq sahəsinin hazırda cavabdehin mülkiyyətində və ya sahibliyində olması iş materialları ilə öz təsdiqini tapmır, əksinə həmin sahələrin iddiaçı ilə bağlanmış 2004-cü il tarixli müqavilə əsasında X9 verilməklə hazırda sonuncunun mülkiyyətində olması müəyyən edilir. Odur ki, hazırkı iddia iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmadığından rədd edilməlidir.
45. İş üzrə məhkəmənin gəldiyi nəticədən o da görünür ki, işə baxan məhkəmə ödənilmiş dövlət rüsumunun bölüşdürülməsi ilə bağlı qərara gəlməmişdir. Odur ki, iddia rədd edildiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
46. Bununla yanaşı, MPM-in 119.6-cı maddəsinin tələblərinə əsasən qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində dəyişdirilməli və iş üzrə keçirilmiş ekspertizanın dəyəri kimi 100 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.
47. Apellyasiya icraatı zamanı çəkilmiş məhkəmə xərcləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edildiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.
48. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-559/2024 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində dəyişdirilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti iddiaçıdan tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X10, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Apellyasiya şikayəti üçün cavabdeh tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıdan tutularaq cavabdehə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov