Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-504/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ 2-2(102)-1/2025 İD: 1669379 xx.xx.2025-ci il Bakı şəhəri Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı “Zena Drilling Limited Şirkətinin” Azərbaycan Respublikasındakı filialının (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X19 Company Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialı) Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiyа iddiası), sübutetmə yükü, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının sədrliyi və məruzəsi ilə, hakimlər X8 və X3 ibarət tərkibdə, X17 oğlunun katibliyi, iddiaçının vəkili Vəkil2, nümayəndəsi Nümayəndə2, cavabdehin vəkili Vəkil3 iştirakları ilə, iddiaçı “Zena Drilling Limited Şirkətinin” Azərbaycan Respublikasındakı Filialının Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X19 Company Limited" Şirkətinin Azərbaycandakı filialı olmaqla) “əmlakın geri qaytarılması və əldən çıxmış faydanın tutulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 13 iyun tarixli 2-2(103)-545/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları
1. 2017-ci il 7 noyabr tarixli KR170246 nömrəli hesab-fakturadan (commercial invoice) görünür ki, “ERUİ X1 CO.LTD” tərəfindən təqdim edilmiş malın (2.531,47 m uzunluğu və 1 metrin qiyməti 13,11 ABŞ dolları olan 2-7/8" 6.5 PPF N80, EUE R2 boru) ümumi dəyəri 41.082,31 ABŞ dolları təşkil etmişdir (sifarişçi - “X19” şirkəti, yük alan - İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı).
2. 2017-ci il 7 noyabr tarixli KR170246 nömrəli hesab-fakturadan görünür ki, “ERUİ X1 CO.LTD” tərəfindən təqdim edilmiş malın 3.550,70 m uzunluğu və 1 metrin qiyməti 10.04 ABŞ dolları olan 4.000 m 2-3/8” 4.7 PPF N-80, EUE R2 borunun ümumi dəyəri 44.129,33 ABŞ dolları, 1.987,74 m uzunluğu və 1 metrin qiyməti 13,11 ABŞ dolları olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boru və 449,30 m uzunluğu və 1 metrin qiyməti 10,04 ABŞ dolları olan 4.000 m 2-3/8" 4.7PPF, N-80, EUE R2 boru) ümumi dəyəri 37.842,36 ABŞ dolları təşkil etmişdir (sifarişçi - “X19” şirkəti, yük alan - İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı).
3. 2017-ci il 27 dekabr tarixli **********2874 nömrəli qısa idxal bəyannaməsindən görünür ki, “ERUİ X1 CO.LTD” tərəfindən İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına invoys dəyəri 39.692,31 ABŞ dolları olan Muradxanlı, Cəfərli və Zərdab neft yataqları üçün 14 bağlama 2-7/8” 6.5 PPF N80, EUE R2 borunun təqdim edilməsi nəzərdə tutulmuşdur.
4. 2017-ci il 27 dekabr tarixli **********2871 nömrəli qısa idxal bəyannaməsindən görünür ki, “ERUİ X1 CO.LTD” tərəfindən İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına invoys dəyəri 37.842,36 ABŞ dolları olan Muradxanlı, Cəfərli və Zərdab neft yataqları üçün 14 bağlama 2-7/8" 6.5 PPF N-80, EUE R2 və 3/8" 4.7PPF, N-80, EUE R2 borunun təqdim edilməsi nəzərdə tutulmuşdur.
5. 2017-ci il 27 dekabr tarixli **********2866, **********2875, **********2877, **********2880, **********2886, **********2888, **********2890, **********2891, **********2892, **********2893, **********2894, **********2895, **********2900, **********2901, **********2902, **********2904, **********12905, **********2906 nömrəli qısa idxal bəyannamələrindən görünür ki, “ERUİ X1 CO.LTD” tərəfindən İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına invoys dəyəri 41.082,31 ABŞ dolları olan Muradxanlı, Cəfərli və Zərdab neft yataqları üçün 14 bağlama 2-7/8” 6.5 PPF N-80, EUE R2 borunun, **********2884 nömrəli qısa idxal bəyannaməsi üzrə isə 10 bağlama 2-3/8” 4.7 PPF N-80, EUE R2 borunun təqdim edilməsi nəzərdə tutulmuşdur.
6. 2018-ci il 1 fevral tarixli KR171733 nömrəli hesab-fakturadan görünür ki, “ERUİ X1 CO.LTD” tərəfindən təqdim edilmiş malın 1.370,68 m uzunluğu və 1 metrin qiyməti 77,60 ABŞ dolları olan 73mm*4.200mm Drill pipe (qazma borular) ümumi dəyəri 106.364.70 ABŞ dolları, 1.458,24 m uzunluğu və 1 metrin qiyməti 77.60 ABŞ dolları olan 73mm*4200mm Drill pipe (qazma borular) ümumi dəyəri 113.159,60 ABŞ dolları və 1.371,08 m uzunluğu və 1 metrin qiyməti 77,60 ABŞ dolları olan 73mm*4.200mm Drill pipe (qazma borular) ümumi dəyəri 106.395,70 ABŞ dolları təşkil etmişdir (sifarişçi - “X19” şirkəti, yük alan - İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı).
7. 2018-ci il 8 fevral tarixli **********6598 nömrəli gömrük bəyannaməsindən görünür ki, ixracatçı “ERUİ X1 CO.LTD” tərəfindən malı qəbul edən İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına ünvanlanmış invoys dəyəri 44.129,33 ABŞ dolları olan 10 bağlama 2-3/8" 4.7PPF, N80, EUE R2 boru Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının adına rəsmiləşdirilmişdir.
8. 2018-ci il 8 fevral tarixli **********6589 nömrəli gömrük bəyannaməsindən görünür ki, ixracatçı “ERUİ X1 CO.LTD” tərəfindən malı qəbul edən İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına ünvanlanmış invoys dəyəri 37.842,36 ABŞ dolları olan 14 bağlama 2-7/8" 6.5 PPF N-80, EUE R2 və 3/8" 4.7PPF, N-80, EUE R2 boru Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının adına rəsmiləşdirilmişdir.
9. 2018-ci il 8 fevral tarixli **********6590 nömrəli gömrük bəyannaməsindən görünür ki, ixracatçı “ERUİ X1 CO.LTD” tərəfindən malı qəbul edən İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına ünvanlanmış invoys dəyəri 39.692,31 ABŞ dolları olan 14 bağlama 2-7/8” 6.5 PPF N-80, EUE R2 boru Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının adına rəsmiləşdirilmişdir.
10. 2018-ci il 8 fevral tarixli **********615, **********6588, **********6593, **********6591, **********6596, **********6601, **********6602, **********6603, **********6606, **********6604, **********6605, **********6600 nömrəli və 2018-ci il 9 fevral tarixli **********7020, **********7064, **********6919, **********6959, **********6822, **********6788 nömrəli gömrük bəyannamələrindən görünür ki, ixracatçı “ERUİ X1 CO.LTD” tərəfindən malı qəbul edən İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına ünvanlanmış invoys dəyəri 41.082,31 ABŞ dolları olan 14 bağlama 2-7/8” 6.5 PPF N-80, EUE R2 boru Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının adına rəsmiləşdirilmişdir.
11. 2018-ci il 12 mart tarixli **********1660 nömrəli gömrük bəyannaməsindən görünür ki, ixracatçı “ERUİ X1 CO.LTD” tərəfindən malı qəbul edən İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına ünvanlanmış invoys dəyəri 106.364,70 ABŞ dolları olan 10 ədəd ölçü 73mm*4.200mm qazma boruları, 113.159,60 ABŞ dolları olan 10 ədəd ölçü 73mm*4.200mm qazma boruları və 106.395,70 ABŞ dolları olan 11 ədəd ölçü 73mm*4.200mm qazma boruları Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının adına rəsmiləşdirilmişdir.
12. Satıcı İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə alıcı “X19 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə 2018-ci il 10 yanvar tarixli AOOC-ZD 0xx-xx/2018 nömrəli alğı-satqı müqaviləsinin 1.1- ci bəndinə əsasən, satıcı bu müqavilənin 1 nömrəli qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə malların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokollarında göstərilir.
13. 2018-ci il 10 yanvar tarixli müqaviləyə 1 nömrəli qoşma olan “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 3.224,93 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 72.496,42 ABŞ dolları, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 1.975 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 44.398 ABŞ dolları və bir metrin qiyməti 22,48 ABŞ dolları olan 1.470 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 33.046 ABŞ dolları təşkil etmişdir.
14. 2018-ci il 12 mart tarixli EAAH seriyalı 649080 nömrəli elektron qaimədən görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “X19 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına 123.224,58 manat dəyərində təqdim edilmiş 3.224,93 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.
15. 2018-ci il 20 avqust tarixli EAAL seriyalı 454846 nömrəli tarixli elektron qaimədən görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “X19 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına 75.464,75 manat dəyərində təqdim edilmiş 1.975 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.
16. İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “X19 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına 56.183,40 manat dəyərində təqdim edilmiş 1.470 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N80, EUE R2 boruya görə 2018-ci il 31 avqust tarixli EAAL seriyalı 708226 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.
17. Satıcı İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə alıcı “X19 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış 2018-ci il 7 dekabr tarixli AOOC-017/2018 nömrəli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə, bu müqaviləyə əsasən satıcı bu müqavilənin 1 nömrəli qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə malların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokollarında göstərilir.
18. 2018-ci il 7 dekabr tarixli müqaviləyə 1 nömrəli qoşma olan “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 4.000 m uzunluğunda olan 2- 7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 89.920 ABŞ dolları təşkil etmişdir.
19. Podratçı İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə sifarişçi “X19 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış əsas xidmətlərin göstərilməsi üzrə 2018-ci il 18 dekabr tarixli AOOC-019/2018 nömrəli çərçivə müqaviləsinin 1.1-ci bəndinə əsasən, həmin müqavilə tərəfləri işlərin yetirilməsi və ya malların çatdırılması barədə sifarişi imzaladıqları təqdirdə podratçı tərəfindən sifarişçiyə xidmətlərin göstərilməsi, işlərin yerinə yetirilməsi və malların satışı üzrə ümumi müddəaları müəyyən edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə podratçı sifarişçiyə avadanlıqlar, işçi heyəti və malları təqdim etmək, sifarişçi isə bunun müqabilində hazırkı müqavilədə müəyyən edilmiş qaydaya uyğun olaraq ödəniş etmək öhdəliyini götürür.
20. İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “X19 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına 152.880 manat dəyərində təqdim edilmiş 4.000 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N80, EUE R2 boruya görə 2018-ci il 28 dekabr tarixli EAAO seriyalı 778876 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.
21. Satıcı İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə alıcı “X19 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış 2019-cu il 14 may tarixli AOOC-023/2019 nömrəli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə, bu müqaviləyə əsasən satıcı bu müqavilənin 1 nömrəli qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə malların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokollarında göstərilir. Həmin müqaviləyə 1 nömrəli qoşma olan “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 2.400 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 53.952 ABŞ dolları təşkil etmişdir.
22. 2019-cu il 21 may tarixli EAAU seriyalı 753421 nömrəli elektron qaimədən görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “X19 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına 91.728 manat dəyərində təqdim edilmiş 2.400 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.
23. Satıcı İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə alıcı “X19 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış 2019-cu il 7 iyun tarixli AOOC-029/2019 nömrəli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə, bu müqaviləyə əsasən satıcı bu müqavilənin 1 nömrəli qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə malların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokollarında göstərilir. Həmin müqaviləyə 1 nömrəli qoşma olan “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 2.479 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 55.727,92 ABŞ dolları təşkil etmişdir.
24. 2019-cu il 7 iyun tarixli EAAV seriyalı 496213 nömrəli elektron qaimədən görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “X19 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına 94.747,38 manat dəyərində təqdim edilmiş 2.479 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.
25. 2019-cu il 25 dekabr tarixli EBAE seriyalı 377766 nömrəli elektron qaimədən görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “X19 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına 109.385,64 manat dəyərində təqdim edilmiş 2.862 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.
26. Satıcı İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə alıcı “X19 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış 2019-cu il 24 iyun tarixli AOOC-031/2019 nömrəli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə, bu müqaviləyə əsasən satıcı bu müqavilənin 1 nömrəli qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə malların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokollarında göstərilir. Həmin müqaviləyə 1 nömrəli qoşma olan “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 1.690 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 37.991,20 ABŞ dolları təşkil etmişdir.
27. 2019-cu il 1 iyul tarixli EAAW seriyalı 540256 nömrəli elektron qaimədən görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “X19 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına 64.591,80 manat dəyərində təqdim edilmiş 1.690 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.
28. 2019-cu il 24 iyun tarixli AOOC-031/2019 nömrəli alğı-satqı müqaviləsinə 1 nömrəli qoşma olan 2019-cu il 17 iyul tarixli 2 nömrəli “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 4.119 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 92.595,12 ABŞ dolları təşkil etmişdir.
29. 2019-cu il 17 iyul tarixli EAAX seriyalı 311818 nömrəli elektron qaimədən görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “X19 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına 157.428,18 manat dəyərində təqdim edilmiş 4.119 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.
30. Satıcı İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə alıcı “X19 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış 2019-cu il 8 iyul tarixli AOOC-032/2019 nömrəli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə, bu müqaviləyə əsasən satıcı bu müqavilənin 1 nömrəli qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə malların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokollarında göstərilir. Həmin müqaviləyə olan 1 nömrəli qoşma “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 1.710 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 38.440,80 ABŞ dolları təşkil etmişdir.
31. 2019-cu il 10 iyul tarixli EAAW seriyalı 959672 nömrəli elektron qaimədən görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “X19 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına 65.356,20 manat dəyərində təqdim edilmiş 1.710 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.
32. 2019-cu il 16 iyul tarixli EAAX seriyalı 222626 nömrəli elektron qaimədən görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “X19 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına 94.747,38 manat dəyərində təqdim edilmiş 2.479 m uzunluğunda olan 2-7/8" 6.5 PPF N80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.
33. Satıcı İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə alıcı “X19 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında bağlanmış 2019-cu il 20 avqust tarixli AOOC-036/2019 nömrəli alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə, bu müqaviləyə əsasən satıcı bu müqavilənin 1 nömrəli qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə malların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokollarında göstərilir. Həmin müqaviləyə olan 1 nömrəli qoşma “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 21,83 ABŞ dolları olan 1.426 m uzunluğunda olan 2- 3/8" 4.7 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 31.129,58 ABŞ dolları təşkil etmişdir.
34. 2019-cu il 28 avqust tarixli EAAZ seriyalı 098766 nömrəli elektron qaimədən görünür ki, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “X19 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına 52.918,86 manat dəyərində təqdim edilmiş 1.426 m uzunluğunda olan 2-3/8" 4.7 PPF N- 80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.
35. 2020-ci il 10 aprel tarixli təhvil-təslim aktından görünür ki, istismara verilmə tarixi 2018-ci il olan uzunluğu 3.465 m olan Muradxanlı 45 nömrəli quyu 2-7/8" 6.5 PPF N-80, EUE R2, uzunluğu 935 m olan Zərdab 21 nömrəli quyu 2-7/8" 6.5 PPF N-80, EUE R2, uzunluğu 1.002 m olan 2-7/8" 6.5 PPF N-80, EUE R2, uzunluğu 1.268 m olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 və uzunluğu 4.000 m olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borular, həmçinin istismara verilmə tarixi 2019-cu il olan uzunluğu 2.400 m olan 2-7/8" 6.5 PPF N- 80, EUE R2, uzunluğu 2.479 m olan 2-7/8" 6.5 PPF N-80, EUE R2, uzunluğu 1.690 m olan 2-7/8" 6.5 PPF N-80, EUE R2, uzunluğu 1.710 m olan 2-7/8" 6.5 PPF N-80, EUE R2, uzunluğu 2.479 m olan 2-7/8" 6.5 PPF N-80, EUE R2, uzunluğu 4.119 m olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 və uzunluğu 1.426 m olan 2-3/8" 4.7 PPF N-80, EUE R2 boruları “X19 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən Cavabdeh Ə.C.Əmirov adına NQÇİ-yə təhvil verilmişdir.
36. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 26 noyabr tarixli e-2-2(113)- 1049/2020 nömrəli qətnaməsi ilə ümumilikdə 1.035.311,57 manat pul vəsaitinin “X19 Company Limited” şirkətindən tutularaq Cavabdehnə ödənilməsi qət edilmişdir.
İş üzrə məhkəmə icraatı
a) Birinci instansiya məhkəməsindəki icraat
37. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra-“iddiaçı”) Cavabdehnə (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus 2-7/8" 6.5 PPF N-80, EUE R2 tipli nasos kompressor borusu (uzunluğu 24.453 m, 1 metrinin dəyəri 13,11 ABŞ dolları, toplam dəyəri 320.578,83 ABŞ dolları), 2-3/8” 4.7PPF, N-80, EUE, R2 tipli nasos kompressor borusu (uzunluğu 2.574 m,1 metrinin dəyəri 10,04 ABŞ dolları, toplam dəyəri 25.842,96 ABŞ dolları) və qazma borusunun (göstəriciləri: 73 mm düym, uzunluğu 4.200 m, 1 metrinin dəyəri 77,60 ABŞ dolları, toplam dəyəri 325.920 ABŞ dolları) cavabdehin qanunsuz sahibliyindən alınaraq ona təhvil verilməsi, 650.000 ABŞ dolları əldən çıxmış faydanın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
38. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən 2-7/8" 6.5 PPF N-80, EUE R2 tipli nasos kompressor borusu, 2 3/8” 4.7PPF, N-80, EUE, R2 tipli nasos kompressor borusu və qazma borusu 2018-ci ildə Azərbaycan Respublikasına gətirilərək İmişli rayonu ərazisində və cavabdehin Ə.C.Əmirov adına NQÇİ-nin Muradxanlı neft və qaz çıxarma sahəsində yerləşdirilmişdir. İddiaçı mülkiyyətində olan həmin boruları ölkədən ixrac etmək niyyətində olmuşdur. Lakin cavabdeh həmin boruların ərazidən çıxarılmasına mane olaraq iddiaçının mülkiyyət hüququnu pozmuş, iddiaçıya məxsus əmlaka qanunsuz sahiblik etmişdir. Boruların ərazidən götürülməsi ilə bağlı cavabdehə ünvanlanmış məktuba sonuncu tərəfindən əsassız cavab olaraq, onun ilə “X19 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı (bundan sonra – “üçüncü şəxs”) arasında olan kommersiya mübahisəsi üzrə məhkəmə qətnaməsinin qəbul olunduğu, iddiaçıya məxsus həmin boruların üçüncü şəxsin borcu ilə əvəzləşdirilməsi barədə sonuncuya müraciət edildiyi və boruların mülkiyyət hüququnun iddiaçıda olduğunu təsdiq edən sənədlərin mövcud olmadığı bildirilmişdir. Cavabdehlə üçüncü şəxs arasında olan mübahisə üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olmuş və həmin qətnamə üzrə qəbul edilmiş icra vərəqi Xətai rayon İcra və Probasiya şöbəsinin icraatında olmuşdur. Həmin mübahisənin predmetinə iddiaçının mülkiyyətində olan borular daxil olmamışdır. Eyni zamanda, nə məhkəmə, nə də icra orqanı tərəfindən həmin boruların üçüncü şəxsə məxsus olması, üzərinə həbs qoyulması və s. barədə bir rəsmi məlumat və ya qərar mövcud olmuşdur. Cavabdeh üçüncü şəxslə arasında olan mübahisəni qanun çərçivəsində həll etmək əvəzinə, mübahisəyə aidiyyəti olmayan boruları qanunsuz olaraq saxlamış, cavabdeh həmin boruların iddiaçıya “aid olmadığını” bildirdiyi məktuba cavab olaraq iddiaçı tərəfindən həmin boruların ölkəyə iddiaçı tərəfindən idxal edildiyini təsdiq edən gömrük bəyannamələri, həmçinin mülkiyyət hüququnu təsdiq edən, Bakı Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 2021-ci il 6 yanvar tarixli e-2- 2(113)- 483/2021 nömrəli qərardadının da surəti göndərilmişdir. Həmin məhkəmə qərardadı iddiaçı ilə “X10 X11 LTD” Şirkəti arasında olan borc mübahisəsi üzrə iddiaçıya məxsus olan əmlaklar (borular) üzərinə həbs qoyulması barədə qəbul edilmişdir. Həmin qərardad icra edilməsi üçün İmişli rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən həmin əmlaklar üzərinə həbs qoyulması barədə 2021-ci il 2 fevral tarixində protokol tərtib edilmişdir. Həmin borular iddiaçıya məxsus olduğu üçün borcu barəsində verilmiş iddianın təmin tədbiri kimi həmin borular üzərinə həbs qoyulmuşdur. Həm gömrük bəyannamələrindən, həm də qeyd edilən məhkəmə qərardadından açıqca həmin boruların iddiaçıya məxsus olduğu müəyyən edildiyi təqdirdə cavabdeh bunların heç birinə əhəmiyyət verməmiş, hətta iddiaçıya ünvanlandığı bir məktubda üçüncü şəxsə məxsus 1.035.341,57 manat borcun ödənilməsi üçün iddiaçı tərəfindən “zəruri tədbirlərin görülməsi”ni xahiş etmişdir. Qeyd olunan boruların ümumi dəyəri 672.341,79 ABŞ dollarıdır. Həmin boruların cavabdeh tərəfindən qanunsuz olaraq saxlanılması nəticəsində isə hazırda cavabdeh 650.000 ABŞ dolları məbləğində gəlirdən məhrum olmuşdur. İddiaçıya məxsus olan əmlaka qanunsuz sahiblik edən cavabdeh həmin əmlaklardan istifadə etməklə üçüncü şəxslərə xidmət göstərmişdir
39. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. 2021-ci il 6 yanvar tarixli məhkəmə qərardadı ilə əmlakın mahiyyət üzrə kimin mülkiyyətində olduğu müəyyən edilməmişdir. İddiaçının istinad etdiyi qərardadda boruların kimə məxsus olması barədə araşdırma aparılması və sübuta yetirilməsi göstərilməmiş, iddiada qeyd edilən borularla qərardadda göstərilən borular eynilik təşkil etməmişdir. İddiaçı boruların nə vaxt və hansı sənədlər əsasında Muradxanlı neft və qazçıxarma sahəsinə gətirilməsi, kimə və hansı qaydada təhvil verilməsi, onlara görə kimin maddi məsuliyyət daşıdığını təsdiq edən sənəd təqdim etməmişdir. Həmin borular üçüncü şəxs tərəfindən cavabdehə təhvil verilmişdir. SOCAR-ın cavabdehlə üçüncü şəxs arasında dalma qurğularının kirayəyə verilməsi, quraşdırılması və təmirinə dair 2016-cı il 28 sentyabr tarixli 52/10/XM nömrəli və 2019-cu il 30 yanvar tarixli 11/09/XM nömrəli xidmət müqavilələri bağlanmışdır. Qeyd olunan müqavilələr çərçivəsində cavabdeh üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirsə də, üçüncü şəxs öz öhdəliklərini icra etməmişdir. Bununla əlaqədar cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuş və məhkəmənin 2020-ci il 26 noyabr tarixli 2-2(113)- 1049/2020 nömrəli qətnaməsi ilə 1.035.341,57 manat pul vəsaitinin üçüncü şəxs tərəfindən cavabdehə ödənilməsi qət edilmişdir. Üçüncü şəxslə SOCAR arasında imzalanmış 2020-ci il 10 aprel tarixli təhvil-təslim aktına əsasən, bir çox avadanlıqlar, inzibatı bina və s. cavabdehin Ə.C.Əmirov adına NQÇİ-yə təhvil verilmiş və onların arasında üçüncü şəxs tərəfindən alınmış “2-7/8" 6.5 PPF N-80, EUE R2 tipli və 2 3/8” 4.7PPF, N-80, EUE, R2 tipli nasos kompressor boruları da mövcud olmuşdur.
40. Məhkəmənin tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 2022-ci il 11 aprel tarixli 10/455 nömrəli rəyinin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: - Cavabdehin Muradxanlı neft və qazçıxarma sahəsində yerləşən borular 73 mmlik, divarın qalınlığı 9,19 mm olan İD 2-1/8” qazma (drill pipe) tipli, diametri 73 mm-lik, divarın qalınlığı 5.51 mm olan 2-7/8” 6.5 PPF N-80, EUE R2 və diametri 60 mm-lik, divarın qalınlığı 4,83 mm olan 2-3/8” 4.7 PPF N-80, EUE R2 tikişsiz nasos kompressor tipli borular olmuşdur. 2022-ci il 15 mart tarixində keçirilmiş baxış zamanı əldə olunmuş məlumatlara əsasən cavabdehin Muradxanlı neft və qazçıxarma sahəsində yerləşən diametri 73 mm olan qazma boruların sayı 431 ədəd, uzunluğu isə 4.197,9 m, diametri 73 mm olan nasos kompressor boruların sayı 2.548 ədəd, uzunluğu isə 24.588,2 m, diametri 60 mm-lik nasos kompressor boruların sayı 266 ədəd, uzunluğu isə 2.558,9 m olmaqla ümumilikdə isə boruların təxmini uzunluğu 31.345 m olmuşdur. - 2022-ci il 19 yanvar tarixli 10/455 nömrəli vəsatətlə məhkəmədən iddiaçıya məxsus olması iddia edilən cavabdehin Muradxanlı neft və qazçıxarma sahəsində yerləşən nasos kompressor və qazma borularının möhkəmlik qrupu və poladın markasının müəyyənləşdirməsi üçün, müvafiq avadanlıqlarla təmin olunmuş yerdə baxış zamanı nümunələr kimi götürülmüş boru hissələrinin sınaq və yoxlamalarının keçirilməsinin təşkil edilməsi və keçirilmiş yoxlamaların nəticələrinin ekspertizaya təqdim olunmasının xahiş edilməsinə baxmayaraq, bu günə kimi həmin nəticələr ekspertizaya təqdim olunmamışdır. Qeyd olunan səbəbdən boruların möhkəmlik qrupu və poladın markasını müəyyən etmək mümkün olmamışdır. - Ekspertizaya təqdim edilmiş gömrük bəyannamələrində, kommersiya invoyslarda, qablaşdırma siyahılarda, mənşə sertifikatına və baxış zamanı əldə olunmuş lövhəciklərdə olan məlumatlara görə, yükün, həmçinin iddia olunan boruların sifarişçisi Aran Oil şirkəti, yükü göndərən “Erui X1 Co. Ltd” şirkəti, malı qəbul edən iddiaçıdır, mənşə ölkəsi Çin Xalq Respublikası, istehsalçısı isə “Darun” X6 Manufacturing Co.Ltd” şirkətidir. - Cavabdehin Muradxanlı neft və qazçıxarma sahəsində yerləşdirilmiş sözügedən borularla iddiaçı tərəfindən Azərbaycan Respublikasına idxal edilmiş nasos kompressor və qazma borularının yuxarıda qeyd olunmuş gömrük bəyannamələrində, packing listlərdə, invoyslarda, mənşə sertifikatlarda göstərilən texniki parametrlər (göstəricilər) eynilik təşkil etmişdir.
41. X5 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, iddiaçıya məxsus girov predmeti olan borulara baxış keçirmişdir. Borular 2017-ci ildə girov qoyulmuşdur. Əmlak girov qoyulduğu zaman kredit mütəxəssisi yoxlamışdır. Monitorinq şöbəsinin nümayəndəsi kimi sonradan yoxlama aparmışdır. Boruları gömrük bəyannamələrindəki məlumatlar ilə müqayisə edirdilər. Bəyannamədə boruların ölçüsü və sayı qeyd edilmişdir. Boruların üzərində nömrələr var idi. Üç dəfə sahəyə getmişlər, borular bir sahədə olmuşdur. Onlara demişdilər ki, iddiaçının boruları Aran Oil şirkətinin ərazisindədir. 2020-ci ildə girov predmeti olan boruların mövcud olub-olmamasını yoxlayırdı.
42. X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, boruların təhvil verilməsində iştirak etmişdir. Sadəcə quyularda işlənən boruları və nasosları təhvil vermişlər. Təhvil verdikləri zaman borular yeraltı təhvil sexində və quyuda idi, sex hazırda da çalışır. Təhviltəslim aktında istismara təhvil tarixi bəndi boruların quyulara istismara verilmə tarixidir. Aran Oil şirkəti 10-15 quyunun üzərində iş aparırdı. Təhvil-təslim bitdikdən sonra sahədə nasos avadanlıqları qalmışdır. Təhvil verilməyən heç nə qalmamışdır. Aran Oil şirkətinə aid olmayan heç nə sahədə yox idi. Daha sonra şahid həmçinin bildirmişdir ki, sahədə borular qalmışdı. Borular iddiaçıya məxsus idi və boruları sahədə saxlanılırdı. X20 şirkətinin istifadə etməsi üçün gətirilmişdir və sonuncu iddiaçı ilə birgə çalışırdı.
43. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 2 iyun tarixli e-2-2(113)-285/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehdən 1 metrinin dəyəri 13,11 ABŞ dolları, uzunluğu 21.591 m olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 tipli nasos kompressor boruları; bir metrinin dəyəri 10,04 ABŞ dolları, uzunluğu 2.558,9 m olan 2 3/8” 4.7PPF, N80, EUE, R2 tipli nasos kompressor boruları; 1 metrinin dəyəri 77,60 ABŞ dolları, uzunluğu 4.197,9 m olan diametri 73 mm-lik qazma boruları, həmin əmlaklar mövcud olmadığı halda isə onların dəyərinin alınaraq iddiaçıya verilməsi, dövlət rüsumunun əvəzi kimi 800 manat və mediasiya xərclərinin əvəzi kimi 200 manat pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qalan hissədə iddia rədd olunmuşdur (hakim – L.Əliyeva).
44. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 157.2-ci maddəsinə istinadla qeyd etmişdir ki, iddianın əsaslı olub-olmaması araşdırılarkən müəyyən edilməli olan birinci hal iddiaçının mübahisəli əmlakın mülkiyyətçisi (qanuni sahibi) olub-olmamasıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 2018-ci il ərzində ümumi uzunluğu 50.000 m, diametri 73 mm olan nasos kompressor boruları; uzunluğu 4.000 m, diametri 60 mm olan nasos kompressor boruları və uzunluğu 4.200 m, diametri 73 mm olan qazma boruları Azərbaycan Respublikasına gətirilərək iddiaçının adına gömrük rəsmiləşdirilməsindən keçirilmişdir. Daha sonra 2018-2019-cu illər ərzində iddiaçı tərəfindən üçüncü şəxsə ümumi uzunluğu 28.409 m, diametri 73 mm olan nasos kompressor boruları, uzunluğu 1.426 m, diametri 60 mm olan nasos kompressor boruları satılmışdır.
45. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, uzunluğu 21.591 metr (50.000 metr-28.409 metr) olan, diametri 73 mm-lik 2-7/8" 6.5 PPF N-80, EUE R2 tipli nasos kompressor boruları; uzunluğu 2.574 metr (4000 metr-1426 metr) olan, diametri 60 mm-lik 2 3/8” 4.7PPF, N-80, EUE, R2 tipli nasos kompressor boruları və uzunluğu 4.200 metr olan, diametri 73 mm-lik qazma boruları hal-hazırda da iddiaçının balansında olmaqla iddiaçı həmin boruların qanuni sahibidir.
46. İddiaçının qaytarılmasını tələb etdiyi 2862 metr uzunluğunda diametri 73 mm-lik 2- 7/8" 6.5 PPF N-80, EUE R2 tipli nasos kompressor borularına (iş materialları ilə həmin ölçüdə 21.591 metr uzunluqda nasos kompressor borularının iddiaçıya məxsus olması təsdiq edildiyi halda iddiaçı həmin ölçüdə 24.453 metr nasos kompressor borularının hazırda ona məxsus olmasını iddia edir) gəldikdə isə məhkəmə qeyd etmişdir ki, 2862 metr uzunluğu olan diametri 73 mm-lik nasos kompressor boruları AOOC-029/2019 alqısatqı müqaviləsi və EBAE seriyalı, 377766 nömrəli, xx.xx.2019-cu il tarixli elektron qaimə əsasında iddiaçı tərəfindən üçüncü şəxsə satılmışdır. İddiaçı həmin boruların dəyəri alıcı tərəfindən ödənilmədiyindən sözügedən boruların sonradan onlara qaytarılması barədə alıcı ilə razılığa gəldiklərini iddia etsə də, həmin halları (yəni ödəniş edilməməsi ilə bağlı müqavilədən imtina etmələrini və boruların qaytarılmasını tələb etmələrini, alıcının da həmin boruları qaytarmasını) təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, həmin boruların hazırda iddiaçıya məxsus olması iş materialları ilə öz təsdiqini tapmır.
47. Məhkəmə tərəfindən araşdırılmalı olan ikinci məsələ iddiaçının mülkiyyətində (qanuni sahibliyində) olan əmlaka hazırda cavabdehin sahiblik edib-etməməsidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, hazırda cavabdehin Ə.Əmirov adında NQÇİ-nin 4 saylı (Muradxanlı) neft və qazçıxarma sahəsinin ərazisində (üçüncü şəxsin əvvəllər fəaliyyət göstərdiyi sahədə) nasos kompressor və qazma boruları saxlanılır. İddiaçı həmin boruların ona məxsus yuxarıda göstərilən borular olmasını iddia edir.
48. Cavabdehin ərazisində yerləşən boruların iddiaçıya məxsus borular olubolmamasını müəyyən etmək məqsədilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası keçirilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin Ə.C.Əmirov adına NQÇİnin 4 saylı (Muradxanlı) neft və qazçıxarma sahəsində yerləşən boruların texniki parametrləri tərəfindən idxal edilmiş boruların texniki parametrləri ilə eynilik təşkil etməklə bərabər həmin boruların miqdarı (uzunluqları) da iddiaçının qaytarılmasını tələb etdiyi boruların miqdarına təxminən uyğun gəlir (73 mm-lik qazma borularının uzunluğu iddia ərizəsində 4200 metr göstərildiyi halda, ekspert rəyində uzunluğun faktiki 4197 metr olması qeyd edilmişdir; 73 mm-lik nasos-kompressor borularının uzunluğu iddia ərizəsində 24453 metr göstərildiyi halda, ekspert rəyində 24588 metr olması qeyd edilmişdir; diametri 60 mm-lik nasoskompressor boruları iddia ərizəsində 2574 metr olduğu halda ekspert rəyində 2558,9 metr olması qeyd edilmişdir).
49. Digər tərəfdən iddiaçı idxal etdiyi boruların Muradxanlı neft və qazçıxarma sahəsinə yerləşdirilməsini təsdiq edən sənəd (təhvil-təslim aktı) təqdim etməsə də, birincisi, işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli boruların hazırda yerləşdiyi 4 saylı Muradxanlı neft və qaz çıxarma sahəsi “AR-də Muradxanlı, Cəfərli və Zərdab neft yataqların daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında xx.xx.2016-cı il tarixli sazişə” əsasən əvvəllər üçüncü şəxsin fəaliyyət göstərdiyi sahə olmuşdur. Sonuncu isə öz növbəsində iddiaçı ilə əsas xidmətlərin göstərilməsi barədə çərçivə müqaviləsindən irəli gələn müqavilə münasibətlərində olmuşdur. İkincisi, iddiaçının idxal etdiyi boruların gömrük bəyannamələrində, yük qaimələrində yüklərin çatdırılması barədə xəbər verilməsi olan tərəf qismində, invoyslarda sifarişçi qismində üçüncü şəxs göstərilmiş, qısa idxal bəyannamələrində isə həmin boruların Muradxanlı, Zərdab, Cəfərli yataqları üçün gətirilməsi qeyd edilmişdir. Üçüncüsü, iddiaçı gətirdiyi nasos kompressor boruların təxminən yarısı iş materiallarına əlavə edilmiş alqı-satqı müqavilələri və elektron qaimələrə əsasən üçüncü şəxsə satılmışdır. Göründüyü kimi, işin yuxarıda göstərilən halları üçüncü şəxsin Muradxanlı ərazisində göstərdiyi neft və qazçıxarma fəaliyyəti ilə bağlı iddiaçı ilə əməkdaşlıq etməsi, iddiaçı tərəfindən boruların üçüncü şəxsin neft və qazçıxarma sahəsində istismar olunması məqsədilə idxal edilməsi barədə iddiaçının dəlillərin əsaslı olmasına dəlalət edir. Bununla yanaşı iddiaçıya məxsus boruların Muradxanlı neft və qazçıxarma sahəsində saxlanılması məhkəmə iclasında şahidlərin verdiyi ifadələrlə də öz təsdiqini tapır.
50. Məhkəmə tərəfindən müəyyən edilməli olan üçüncü hal cavabdehin əmlaka sahibliyinin qanuni olub-olmamasıdır. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehin mübahisəli borulara sahiblik etməsi üçün hər hansı bir qanuni əsasın və ya müqavilə əsasının olması iş materiallarına əsasən müəyyən edilməmişdir. Cavabdeh hazırda Muradxanlı neft və qaz çıxarma sahəsində yerləşən mübahisəli boruların üçüncü şəxsə məxsus olmasını və həmin boruların onlara təhvil verilməsini bildirsə də, göstərilən hallar iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, əvvəla iş materiallarına əlavə edilmiş mübahisəli borularının qanuni sahibi olması iddia edilən üçüncü şəxs cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli AOOC 03/21 nömrəli məktubunda Ə.C.Əmirov adına NQÇİ-nin Muradxanlı sahəsində onun balansında olan hər hansı NKB-lərin olmamasını qeyd etmişdir. İkincisi, cavabdehin etirazının əsasını təşkil edən halları sübuta yetirmək üçün istinad etdiyi təhvil-təslim aktından görünür ki, xx.xx.2020-cı il tarixində üçüncü şəxs tərəfindən ümumi uzunluğu 25.547 metr olan diametri 73 mm-lik 2-7/8" 6.5 PPF N-80, EUE R2 tipli nasos kompressor boruları və ümumi uzunluğu 1.426 metr olan, diametri 60 mm-lik 2 3/8” 4.7PPF, N-80, EUE, R2 tipli Nasos Kompressor boruları SOCAR Cavabdeh Ə.C.Əmirov adına NQÇİyə təhvil verilmişdir. Həmin borular təhvil- təslim aktının əsas vəsaitlər hissəsində 12-17, 19-24-cü nömrələr altında qeyd edilmiş və hər bir nömrənin qabağında həmin nömrə altında təhvil verilmiş boruların istismara verildiyi tarix və yerləşdiyi sahə göstərilmişdir. Həmin məlumatlardan isə aydın olur ki, təhvil alınan zaman sözügedən borular Muradxanlı, Zərdab, Cəfərli sahələrində, bəziləri isə QƏYTX (Quyuların əsaslı və yeraltı Təmiri Xidmətində) yerləşir və 2018-2019-cu illərdə istismara verilmişdir. Yəni hami boruların müxtəlif sahələrdə istismara verilmiş quyularda yerləşən borulardır.
51. Bundan əlavə sözügedən akta əsasən cavabdehin idarəsi tərəfindən təhvil alınmış boruların texniki parametrləri və miqdarı iddiaçının qaytarılmasını tələb etdiyi boruların texniki parametrləri və miqdarına deyil, iddiaçı tərəfindən üçüncü şəxsə satılmış boruların texniki parametrləri və miqdarına uyğun gəlir. Belə ki, iddiaçı tərəfindən üçüncü şəxsə uzunluğu 1.426 metr olan diametri 60 mm-lik nasos kompressor boruları satılmış və eyni miqdarda eyni ölçüdə borular sonuncu tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı tərəfindən üçüncü şəxsə uzunluğu 28.409 metr olan diametri 73 mm-lik nasos kompressor boruları satılmış və həmin boruların 25.547 metr hissəsi (yuxarıda qeyd edildiyi kimi həmin boruların 2862 metr hissəsi Muradxanlı sahəsində saxlanılır) sonuncu tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçının qaytarılmasını tələb etdiyi və hazırda Muradxanlı sahəsində yerləşən ümumi uzunluğu 4197 metr olan qazma borularına gəldikdə isə həmin növdə borular üçüncü şəxsə ümumiyyətlə satılmamış və təhvil-təslim aktına əsasən cavabdehə də təhvil verilməmişdir.Əksinə iddiaçının idxal etdiyi 60 mm-lik nasos kompressor borularının ümumi uzunluğu 4000 metr, iddiaçının qaytarılmasını tələb etdiyi eyni ölçülü nasos kompressor borularının uzunluğu 2574 metr olduğu halda təhvil-təslim aktı ilə cavabdehə təhvil verilmiş eyni ölçülü nasos kompressor boruların uzunluğu 1.426 metr (4000-2574) təşkil edir. İddiaçının idxal etdiyi 73 mm-lik nasos kompressor borularının ümumi uzunluğu 50.000 metr, iddiaçının qaytarılması tələb etdiyi isə eyni ölçülü nasos kompressor borularının uzunluğu 24.453 metr olduğu halda təhvil-təslim aktı ilə cavabdehə təhvil verilmiş eyni ölçülü nasos kompressor boruların uzunluğu 25.547 metr (50.000-24.453) təşkil edir. İddiaçının idxal etdiyi 73 mm-lik qazma borularının ümumi uzunluğu 4200 metr, iddiaçının qaytarılmasını tələb etdiyi eyni ölçülü nasos kompressor borularının uzunluğu 4200 metr olduğu halda təhvil-təslim aktına əsasən qazma boruları ümumiyyətlə təhvil alınmamışdır.
52. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2020-cı il tarixdə üçüncü şəxs tərəfindən cavabdehin Ə.C.Əmirov adına NQÇİ-yə təhvil verilmiş borular iddiaçının qaytarılmasını tələb etdiyi hazırda Muradxanlı sahəsində yerləşən borular deyil, iddiaçı tərəfindən üçüncü şəxsə satılmış borulardır. Odur ki, iddiaçının istinad etditi xx.xx.2020-cı il tarixli təhvil-təslim aktı Muradxanlı sahəsində yerləşən mübahisəli boruların cavabdehin qanuni sahibliyində olmasına dəlalət etmir.
53. Məhkəmə gəldiyi nəticəni MM-in 21.2, 157.2, 157.8, 443.4-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-“MPM”) 4.6, 14.2, 77.1, 101.3, 107, 115.0.9, 119.1, 222.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
54. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
55. Cavabdeh də apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsini, iddianın tam rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki ilk icraat
56. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 26 oktyabr tarixli 2-2(103)-808/2022 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamış, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia təmin edilməmişdir (sədrlik edən-məruzəçi hakim hakim R.Qurbanov, hakimlər V.Məmmədov və V.Baxışova).
57. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı kimi Zena Drilling şirkəti deyil, onun Azərbaycan Respublikasındakı Filialı çıxış etmişdir. İddia tələbləri isə sonuncuya məxsus əmlakın cavabdehin qanunsuz sahibliyindən geri qaytarılması və əldən çıxmış faydanın tutulmasından ibarət olmuşdur. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Filial və nümayəndəliyin fəaliyyət göstərmələri üçün hüquqi şəxs onlara müəyyən əmlak verir və filial və nümayəndəliklər hüquqi şəxs olmadıqlarından həmin nemətlər üzərində mülkiyyət hüququ əldə etmirlər. Hüquqi şəxs həmin əmlakın vahid mülkiyyətçisi olaraq qalır. Öz əmlakına malik olmayan filial müstəqil olaraq mülki dövriyyədə iştirak edə bilməz. Bu baxımdan, iddiaçı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa da malik olmamışdır. Mübahisə predmeti olan əmlaklar onun mülkiyyəti hesab edilə bilməz. Eyni zamanda, sonuncunun fəaliyyəti nəticəsində əldə oluna biləcək gəlir hüquqi şəxsə məxsusdur. Həmçinin, məhkəmə iclasında əsl olmayan tərəfin əvəz edilməsi məsələsi müzakirə olunmuş, lakin iddiaçı tərəf əvəz edilməsinə etiraz etmişdir. İddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından sübutlar araşdırılmamışdır.
58. Məhkəmə kollegiyası gəldiyi nəticəni MM-in 21.2, 43.1, 44.1, 53.2, 53.3, 157.2, 443.4-cü və MPM-in 4.1, 54.1, 54.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
59. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
60. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 fevral tarixli 2-2(102)-88/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır (məruzəçi hakim B.Məmmədli, hakimlər – B.Qəribov və A.Abbasov).
61. Kassasiya məhkəməsi iddiaçının iş üzrə iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmamasına dair apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, hüquqi şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad etdiyi qanun hesab olunur. Hüquqi şəxsin, eləcə də onun filial və nümayəndəliyinin hüquq qabiliyyəti həmin hüquqi şəxsin istinad etdiyi qanunla müəyyən olunur. Bu o anlama gəlir ki, apellyasiya məhkəməsi iddiaçının hüquq qabiliyyətinə Azərbaycan Respublikasının qanunu deyil, iddiaçının tabe olduğu hüquqi şəxsin istinad etdiyi qanun, yəni müvafiq xarici ölkənin hüququ əsasında qiymət verməli idi.
62. Xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı maddi və prosessual hüquq və fəaliyyət qabiliyyətinə, eləcə də xarici investor statusuna və özlərinin qanuni maraqlarını məhkəmələrdə qorumaq hüququna malik olan tam hüquqlu subyektlər kimi qəbul edilməlidirlər. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisə predmeti olan borular məhz iddiaçı tərəfindən Azərbaycan Respublikasına gətirilərək iddiaçının adına da rəsmiləşdirilmiş, daha sonra onların bir hissəsi iddiaçı tərəfindən üçüncü şəxsə satılmışdır.
63. MM-in 166.1-ci maddəsində nəzərdə tutulmuş prezumpsiyaya görə, daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o, əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Bundan başqa, MM-in 159, 160 və 161-ci maddələrinin əlaqəli təhlili onu deməyə əsas verir ki, xarici hüquqi şəxslərin filiallarının qanuni əsaslara əmlaka sahib olmaları yalnız mülkiyyət hüququ əsasında deyil, sahiblik hüququ əsasında da mümkündür. Belə ki, müvafiq xarici hüquqi şəxsin öz filialına təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üçün verdiyi əmlak, ən azından, filialın qanuni sahibliyində də ola bilər. Belə olan halda isə, MMin 157.8-ci maddəsinə uyğun olaraq mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin əmlaka qanuni əsaslarla sahiblik edən xarici hüquqi şəxsin filialına da mənsubdur.
64. Birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı qismən, cavabdeh isə tam mübahisələndirsə də, apellyasiya məhkəməsi iddia tələblərinin buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığını hesab edərək sübutları araşdırmadan rədd etdiyindən, mübahisə predmeti olan əmlakın həqiqətən də iddiaçıya məxsus olubolmaması barədə birmənalı nəticəyə gəlmək mümkün deyil. Yeni apellyasiya baxışı zamanı məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmalı, o cümlədən işdə olan sübutlara və apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidir.
ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
65. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 18 sentyabr tarixli 2-2(103)-466/2023 nömrəli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim M.Rüstəmli, hakimlər A.İsgəndərov və V.Sadıqov).
66. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd etmişdir ki, iddiaçı və üçüncü şəxs aralarında olan alqı-satqı münasibətlərini müqavilələrlə və digər sənədlərlə rəsmiləşdirmişlər.
67. Cavabdeh isə apellyasiya şikayətində iddiaçı tərəfindən mübahisəli boruların iddiaçı ilə əlaqəsi olmayan ərazidə uzun müddət istifadə edilmədiyi, cavabdehin üçüncü şəxsə qarşı pul tələbinə dair iddiası təmin edildikdən sonra iddiaçının iddia ilə məhkəməyə müraciət etdiyini, bununla da üçüncü şəxs qətnamənin icrasından yayınmaq məqsədi güddüyünü bildirsə də, işdən görünür ki, cavabdehlə üçüncü şəxs arasında olan mübahisəyə dair Bakı Kommersiya Məhkəməsi tərəfindən qətnamə 2020-ci il 26 noyabr tarixində qəbul edilmişdir. Qeyd olunan borular isə girov predmeti olduğundan 2019-cu il 17 iyul tarixindən 2021-ci il 22 iyun tarixinədək iddiaçı tərəfindən cavabdehə məxsus ərazidən çıxarıla bilməzdi. Həmin tarixdən sonra iddiaçı tərəfindən boruların ərazidən çıxarılması cavabdehin hərəkətləri nəticəsində mümkün olmamış və iddiaçı buna görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
68. Cavabdeh mübahisəli boruların iddiaçıya deyil, üçüncü şəxsə məxsus olduğunu bildirsə də, üçüncü şəxs tərəfindən cavabdehə ünvanlanmış 2021-ci il 15 aprel tarixli AOOC 03/21 nömrəli məktubunda da cavabdehin Muradxanlı sahəsində üçüncü şəxsin balansında olan hər hansı nasos kompressor borularının olmaması qeyd edilmişdir.
69. Bundan başqa, cavabdehlə üçüncü şəxs arasında 2020-ci il 10 aprel tarixində bir sıra əmlakların təhvil verilməsi barədə təhvil-təslim aktı bağlanarkən mübahisəli borular cavabdehə məxsus ərazidə yerləşsə də, onlar həmin akta daxil edilməmişdir. Cavabdeh həmin boruların üçüncü şəxsə məxsus olmadığından məlumatlı olmuşdur. Əks təqdirdə üçüncü şəxsin ona olan borcunun əvəzi olaraq həmin boruların qeyd olunan akta daxil edilməsini tələb edərdi.
70. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
71. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 6 mart tarixli 2-2(102)-46/2024 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır (məruzəçi hakim İ.Dadaşov, hakimlər E.Şamayev və Z.Babayev).
72. Kassasiya instansiyası məhkəməsi iş üzrə əlavə məhkəmə araşdırmasının zəruri olması qənaətinə gələrək qeyd etmişdir ki, işin materiallarındakı üçüncü şəxslə iddiaçı arasında bağlanmış 2018-ci il 10 yanvar tarixli AOOC-ZD 0xx-xx/2018 nömrəli; 2018-ci il 7 dekabr tarixli AOOC-017/2018 nömrəli, 2019-cu il 14 may tarixli AOOC-023/2019 nömrəli, 2019-cu il 7 iyun tarixli AOOC-029/2019 nömrəli, 2019-cu il 24 iyun tarixli AOOC- 031/2019 nömrəli, 2019-cu il 8 iyul tarixli AOOC-032/2019 nömrəli və 2019-cu il 20 avqust tarixli AOOC-036/2019 nömrəli alqı-satqı müqavilələrinin (bax §§ 12, 17, 21, 23, 26, 30, 33) 1.1-ci bəndinə əsasən, satıcı (iddiaçı) bu müqavilənin 1 nömrəli qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları alıcının (üçüncü şəxs) mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öz öhdəsinə götürmüşdür.
73. Beləliklə, həmin müqavilələrə əsasən iddiaçı ilə üçüncü şəxs arasında olan mübahisəli boruların alıcı olaraq üçüncü şəxsin mülkiyyətinə verilməsi nəzərdə tutulmuş və həmin müqavilələrdə cavabdeh tərəf olmadığından onunla bağlı hər hansı müddəa və ya öhdəlik, hüquqi mexanizm nəzərdə tutulmamış, bu müqavilələr üzrə cavabdehliyi, hüquqi bağlılığı müəyyən edilməmişdir.
74. Bundan əlavə, mübahisələndirilən boruların iddiaçı və ya üçüncü şəxs tərəfindən cavabdehə təhvil verilməsi barədə də hər hansı mötəbər sübut aşağı instansiya məhkəmələrinə təqdim olunmamışdır. Apellyasiya məhkəməsi tərəfindən isə cavabdehin konkret hansı əsaslarla hazırkı iddia üzrə boruların məhz onun tərəfindən qaytarılması barədə öhdəlik daşıdığı müəyyənləşdirilməmişdir. Qətnamədə həmin müqavilələr və onların istinad edilən bəndləri qeyd edilsə də, mübahisə həll edilərkən nəzərə alınmamış, faktiki olaraqsa məhkəmə qiymətləndirilməsindən kənarda qalmışdır. Bu isə öz növbəsində MM-in 152, 157, 159, 166-cı və MPM-in 88-ci maddələrinin pozulması kimi dəyərləndirilməlidir. Belə ki, həmin müqavilələrə əsasən iddiaçı deyil, məhz üçüncü şəxs mübahisəli boruların mülkiyyətçisidir və boruların digər şəxslərin sahibliyindən qaytarılmasını da o tələb edə bilər. Təsadüfi deyildir ki, iddia ərizəsində də iddiaçı sadəcə olaraq mübahisəli boruların 2018-ci il ərzində gətirilərək İmişli rayonu ərazisində cavabdehin Ə.C.Əmirov adına NQÇİ-nin Muradxanlı neft və qazçıxarma sahəsində yerləşdirildiyini göstərmiş, bu yerləşdirmənin hüquqi əsaslarını, hansı müqavilə və yaxud sənədlərə əsasən baş verdiyini isə qeyd etməmişdir.
75. İş materiallarına əsasən borular üçüncü şəxsin sifarişi ilə gətirilmiş və işdəki gömrük bəyannamələrindən boruların üçüncü şəxsin sifarişi ilə gətirildiyi aydın olur. İşdən həmçinin görünür ki, cavabdehin üçüncü şəxsə qarşı qanuni qüvvəyə minən məhkəmə qətnaməsi ilə borc tələbi təmin olunduqdan və cavabdeh üçüncü şəxsdən borcunun əvəzinə boruları tələb etdikdən sonra iddiaçı hazırkı iş üzrə məhkəməyə müraciət etmişdir. İddiaçının isə ona məxsus olduğunu iddia etdiyi boruları ölkəyə sifarişi ilə gətirdiyi və müqavilələrin 1.1-ci bəndinə əsasən mülkiyyətinə verdiyi üçüncü şəxsdən deyil, başqa şəxsdən tələb eməsinə məhkəmələr tərəfindən müqavilələrin müddəaları baxımından düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmələr şahid Nümayəndə1 ifadəsində həmin boruların iddiaçı tərəfindən məhz üçüncü şəxsin istifadə etməsi üçün gətirildiyinin bildirilməsinə, həmçinin iddiaçının təqdim etdiyi idxal bəyannamələrində sifarişçinin üçüncü şəxs olmasına, həmin boruların qeyd edilən əraziyə gətirilməsinə və elektron qaimələrə əsasən üçüncü şəxsə satılmasına istinad etsələr də, sonda əsassız olaraq mübahisəli boruların iddiaçıya məxsus olması qənaətinə gəlməklə iddianı qismən təmin etmişlər.
76. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdehin ərazisinə hər hansı boruları gətirmək və ya orada saxlamaq barədə aralarında bağlanmış müqaviləyə və ya digər sənədə istinad etməmiş, iş materiallarına əsasən isə boruların aralarında bağlanmış müqavilələrə əsasən əraziyə gətirildiyi və üçüncü şəxsə təhvil verildiyi təsdiq olunur. Belə olduğu təqdirdə, iddiaçının boruların ona məxsus olmasını iddia etməsi əsaslı hesab edilmir və habelə iddiaçı hansı səbəbdən üçüncü şəxsin sifarişi ilə ölkəyə gətirdiyi boruları sonuncuya satmaması, satıldığı təqdirdə ödənişi ala bilmədiyini və ya satmamışdırsa uzun müddət boruları cavabdehin sahəsində hansı əsaslarla saxlanılmasını əsaslandırmamışdır.
77. Beləliklə, iddiaçı ilə cavabdeh arasında iddia tələblərini təsdiq edən müqavilə və ya müqavilədən kənar əsaslı sübutlar da mövcud olmadığından, həmçinin iş üzrə qanundan irəli gələn və öhdəliyin yaranması üçün əsas ola biləcək halların hər hansı biri müəyyən edilmədiyindən, cavabdehin iddiaçı qarşısında öhdəlik daşıması hazırkı halda iş materiallarından müəyyən olunmamışdır.
78. Bundan başqa, kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı eyni hesab-fakturanı fərqli adla aşağı instansiya məhkəməsinə təqdim etmiş və məhkəmə buna sübut kimi istinad edərək iddianı qismən təmin etmiş, şahid ifadələri ilə də boruların üçüncü şəxsə məxsus olduğu sübut olunur və iddiaçı boruların ona məxsus olmasını sübuta yetirə bilməmiş, bununla yanaşı, iddiaçı boruların nə vaxt və hansı sənədlər əsasında “Muradxanlı neft və qazçıxarma sahəsi”nə gətirilməsi, kimə və hansı qaydada təhvil verilməsi, onlara görə kimin maddi məsuliyyət daşıdığını təsdiq edən sənədləri təqdim etməmişdir.
79. Kasssasiya məhkəməsi gəldiyi nəticəni MM-in 152.1, 157.2, 157.8, 159, 160, 161, 166.1 və 443.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
e) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
80. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 13 iyun tarixli 2-2(103)-545/2024 nömrəli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Z.Şirinov, hakimlər S.Bəhramzadə və İ.İbrahimli).
81. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçının qaytarılmasını tələb etdiyi 2.862 metr uzunluğunda diametri 73 mm-lik nasos kompressor boruları (iş materialları ilə həmin ölçüdə 21.591 metr uzunluqda nasos kompressor borularının iddiaçıya məxsus olması təsdiq edildiyi halda, iddiaçı həmin ölçüdə 24.453 metr nasos kompressor borularının hazırda ona məxsus olmasını iddia edir) AOOC029/2019 alqı-satqı müqaviləsi və 2019-cu il 25 dekabr tarixli EBAE seriyalı, 377766 nömrəli elektron qaimə əsasında iddiaçı tərəfindən üçüncü şəxsə satılmışdır.
82. Məhkəmə həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının cavabdehdən əldən çıxmış faydaya görə hesablanmış 650.000 ABŞ dolları məbləğində pulun tutulması tələbini təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir. İddiaçıya məxsus boruların üzərinə Bakı Kommersiya Məhkəməsinin 2021-ci il 6 yanvar tarixli e-2-2(113)-483/2021 nömrəli qərardadı ilə həbs qoyulmuş, eyni zamanda həmin borular girov predmeti olmuş və yalnız "xxxx" ASC tərəfindən cavabdehə ünvanlanan 2021-ci il 22 iyun tarixli məktuba əsasən yerləşdiyi ərazidən çıxarılması barədə qadağa aradan qaldırılmışdır. İddiaçı isə iddia ərizəsi ilə 2021-ci il 7 oktyabr tarixində hazırki iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Belə olan halda, iddiaçının hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyi inandırıcı deyil.
83. Məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən hər bir hüquqi şəxsin mülkiyyətində ayrıca əmlakı vardır və o, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir. Hüquqi şəxs öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edir və həyata keçirir,eyni zamanda vəzifələr daşıyır. İki ayrı hüquqi şəxslərin direktorunun və ya təsisçisinin eyni şəxs olması bir hüquqi şəxsin digərinin öhdəlikləri üçün cavabdehlik daşıması anlamına gəlməməlidir.
84. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən mübahisəli boruların iddiaçı ilə əlaqəsi olmayan ərazidə uzun müddət istifadə edilmədiyi, cavabdehin üçüncü şəxsə qarşı pul tələbinə dair iddiası təmin edildikdən sonra iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etdiyini, bununla da üçüncü şəxs qətnamənin icrasından yayınmaq məqsədi güddüyünü bildirsə də, işdən görünür ki, cavabdeh ilə üçüncü şəxs arasında olan mübahisəyə dair Bakı Kommersiya Məhkəməsi tərəfindən qətnamə 2020-ci il 26 noyabr tarixində qəbul edilmişdir. Qeyd edilən borular isə girov predmeti olduğundan 2019-cu il 17 iyul tarixindən 2021-ci il 22 iyun tarixədək iddiaçı tərəfindən cavabdehə məxsus ərazidən çıxarıla bilməzdi. Həmin tarixdən sonra iddiaçı tərəfindən borulanın ərazidən çıxarılması cavabdehin hərəkətləri nəticəsində mümkün olmamış və buna görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
85. Borular 2017-ci il dekabr və 2018-ci il fevral və mart aylarında X7 əsasən, Muradxanlı-29/02 nömrəli idxal-ixrac vergilərindən azad olma haqqında sertifikata, o cümlədən MCZİ840007 nömrəli 0% dərəcəsi ilə ƏDV-yə cəlb olunma haqqında sertifikata (şəhadətnamə) uyğun olaraq iddiaçının adına idxal edilərək onun müştərisi üçüncü şəxsin əvvəlki saziş ərazisi olan Muradxanlı sahəsində (indiki cavabdehin Ə.C.Əmirov adına NQÇİ-nin Muradxanlı neft və qaz çıxarma sahəsi) yerləşdirilmişdir. Buna səbəb isə iddiaçının öz bazasının olmamasıdır. Borular 24 maşınla gətirilmiş və buna görədə ümumi 24 ədəd X14 (deklorasiya) yaranmışdır. Gətirilmiş borular 50000m 2-7/8" 6.5 PPF N-80, EUE, R2 ölçüdə, 4000m 2 3/8” 4.7PPF, N-80, EUE, R2 ölçüdə, 4200m 73mm-lik qazma boruları olmuşdur. Ümumilikdə 58200m (50000m+4000m+4200m) boru iddiaçının adına idxal olunmuşdur.
86. Mübahisələndirilən boruların iddiaçıya məxsus olması həmin boruların 2019-cu ildən indiki dövrə qədər illik mənfəət vergisi və əmlak vergisi bəyənnamələrində əks olunması ilə təsdiqlənir. Gömrük bəyannamələrində də idxalçı olaraq iddiaçının Azərbaycan Respublikasındakı filialı göstərilmişdir.
87. Ekspertiza rəyində qeyd olunmuşdur ki, 2022-ci il 15 mart tarixndə cavabdehin və iddiaçının nümayəndələri tərəfindən cavabdehin Muradxanlı sahəsində, idarənin həyətində borulara baxış zamanı keçirilmişdir. Rəydə qeyd edilən rəqəmlərlə iddia ərizəsində qeyd edilən rəqəmlər və bütün məlumatlar üst-üstə düşmüşdür.
88. 2020-ci ildən məhkəmə işi başlayana qədər iddiaçının direktor müavini Nümayəndə2 tərəfindən həm "xxxx" ASC işçiləri ilə birlikdə, həm də ayrıca hər həftə adı çəkilən boruların yerləşdiyi əraziyə (cavabdehin Ə.C.Əmirov adma NQÇİT- nin 4 saylı Muradxanlı neft və qazçıxarma sahəsi) baxış keçirilmiş və boruların oğurlanmasının qarşısının alınması üçün hər bir boru Nümayəndə2 tərəfindən ayrı- ayrılıqda rənglənmişdir. Borular rəngləndikdən sonra isə həmin boruların şəkilləri və videoları çəkilmişdir. Çəkilmiş video material sübut kimi elekton daşıyıcı (flash disk) vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə təqdim edilmiş və şəkillər elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Bu isə bir daha sübut edir ki, borular iddiaçıya məxsusdur.
89. Həmçinin, cavabdeh mübahisəli boruların iddiaçıya deyil, üçüncü şəxsə məxsus olduğunu bildirsə də, üçüncü şəxs tərəfindən cavabdehə ünvanlanmış 2021-ci il 15 aprel tarixli AOOC 03/21 nömrəli məktubu da cavabdehin Ə.C.Əmirov adına NQÇİ-nin Muradxanlı sahəsində üçüncü şəxsin balansında olan hər hansı NKB-lərin olmaması qeyd edilmişdir.
90. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilmiş 2017-ci il 16 oktyabr tarixli sifariş müqaviləsinə xitam verilməsinə dair 2020-ci il 13 aprel tarixli sazişə görə, icraçı və sifarişçi arasında imzalanmış AOOC-ZD 001/17 saylı, 2017-ci il 16 oktyabr tarixli sifariş müqaviləsinə xitam verilmiş, həmin müqavilə üzrə sifariş edilmiş ümumi uzunluğu 31227m olan aşağıdakı boruların alışından sifarişçi tərəfindən imtina edilmişdir: ümumi uzunluğu 24453 metr olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 tipli nasos kompressor boruları; ümumi uzunluğu 2574m olan 2 3/8” 4.7PPF, N-80, EUE, R2 tipli nasos kompressor boruları; ümumi uzunluğu 4200m olan 73mm düym qazma boruları.
91. Göründüyü kimi iddia olunan borular üçüncü şəxs tərəfindən ödənilmədiyindən iddiaçı və üçüncü şəxs 2017-ci il 16 oktyabr tarixli sifariş müqaviləsinə xitam vermişlər. Bu isə o deməkdir ki, həmin borular iddiaçının mülkiyyətindədir. İş materialları ilə təsdiq olunur ki, həmin borular cavabdehin qanunsuz sahibliyindədir. Cavabdehin boruları özündə saxlamağı və iddiaçıya verməməsinə heç bir hüquqi əsas mövcud deyildir. Odur ki, iddiaçının həmin boruları özgənin qanunsuz sahibliyindən geri tələb etməsi əsaslı və qanuni olmuşdur.
92. Bundan başqa, cavabdehlə üçüncü şəxs arasında 2020-ci il 10 aprel tarixində bir sıra əmlakların təhvil verilməsi barədə təhvil-təslim aktı bağlanarkən mübahisəli borular cavabdehə məxsus ərazidə yerləşsə də, onlar həmin akta daxil edilməmişdir. Bu isə onu deməyə əsas vermişdir ki, cavabdeh həmin boruların üçüncü şəxsə məxsus olmaması barədə məlumatlı olmuş, əks təqdirdə üçüncü şəxsin ona olan borcunun əvəzi olaraq həmin boruların qeyd olunan akta daxil edilməsini tələb edərdi.
93. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
Kassasiya şikayətinin dəlilləri, məhkəmə iclasında iştirak edən şəxslərin izahatları
a) Kassasiya şikayətinin dəlilləri
94. MM-in 152, 157, 159, 166, 385.1 və 386.1-ci maddələri üzrə - üçüncü şəxslə iddiaçı arasında bağlanmış müqavilələrə əsasən iddiaçı ilə üçüncü şəxs arasında olan mübahisəli boruların alıcı olaraq üçüncü şəxsin mülkiyyətinə verilməsi nəzərdə tutulmuş və həmin müqavilələrdə cavabdeh tərəf olmadığından onunla bağlı hər hansı müddəa və ya öhdəlik, hüquqi mexanizm nəzərdə tutulmamış, bu müqavilələr üzrə cavabdehliyi, hüquqi bağlılığı müəyyən edilməmişdir. Bundan əlavə, mübahisələndirilən boruların iddiaçı və ya üçüncü şəxs tərəfindən cavabdehə təhvil verilməsi barədə də hər hansı mötəbər sübut aşağı instansiya məhkəmələrinə təqdim olunmamışdır. Apellyasiya məhkəməsi tərəfindən isə cavabdehin konkret hansı əsaslarla hazırkı iddia üzrə boruların məhz onun tərəfindən qaytarılması barədə öhdəlik daşıdığı müəyyənləşdirilməmişdir. Apellyasiya məhkəməsinin qətnaməsində həmin müqavilələr və onların istinad edilən bəndləri qeyd edilsə də, mübahisə həll edilərkən nəzərə alınmamışdır. İş üzrə müqavilələrə əsasən iddiaçı deyil, məhz üçüncü şəxs mübahisəli boruların mülkiyyətçisidir və boruların digər şəxslərin sahibliyindən qaytarılmasını da o tələb edə bilər. İddia ərizəsində də iddiaçı sadəcə olaraq mübahisəli boruların 2018-ci il ərzində gətirilərək İmişli rayonu əraszisində cavabdehin Ə.C.Əmirov adına NQÇİ-nin Muradxanlı neft və qazçıxarma sahəsində yerləşdirildiyini göstərmiş, bu yerləşdirmənin hüquqi əsaslarını, hansı müqavilə və yaxud sənədlərə əsasən baş verdiyini isə qeyd etməmişdir.
95. İş materiallarına görə, cavabdeh üçüncü şəxsə qarşı qanuni qüvvəyə minən məhkəmə qətnaməsi ilə borc tələbi təmin olunduqdan və cavabdeh üçüncü şəxsdən borcunun əvəzinə boruları tələb etdikdən sonra iddiaçı hazırkı iş üzrə məhkəməyə müraciət etmişdir. İddiaçının isə ona məxsus olduğunu iddia etdiyi boruları ölkəyə sifarişi ilə gətirdiyi və müqavilələrin 1.1-ci bəndinə əsasən mülkiyyətinə verdiyi üçüncü şəxsdən deyil, başqa şəxsdən tələb etməsinə məhkəmələr tərəfindən müqavilələrin müddəaları baxımından düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı ilə cavabdeh arasında iddia tələblərini təsdiq edən müqavilə və ya müqavilədən kənar əsaslı sübutlar da mövcud olmadığından, həmçinin iş üzrə qanundan irəli gələn və öhdəliyin yaranması üçün əsas ola biləcək halların hər hansı biri müəyyən edilmədiyindən, cavabdehin iddiaçı qarşısında öhdəlik daşıması hazırkı halda iş materiallarından müəyyən olunmur. İddiaçı eyni hesab fakturanı fərqli adla aşağı instansiya məhkəməsinə təqdim etmiş və məhkəmə buna sübut kimi istinad edərək iddianı qismən təmin etmiş, iddiaçı boruların ona məxsus olmasını sübuta yetirə bilməmiş, bununla yanaşı, iddiaçı boruların nə vaxt və hansı sənədlər əsasında “Muradxanlı neft və qazçıxarma sahəsi”nə gətirilməsi, kimə və hansı qaydada təhvil verilməsi, onlara görə kimin maddi məsuliyyət daşıdığını təsdiq edən sənədləri təqdim etməmişdir. İddiaçı cavabdehin ərazisinə hər hansı boruları gətirmək və ya orada saxlamaq barədə aralarında bağlanmış müqaviləyə və ya digər sənədə istinad etməmiş, iş materiallarına əsasən isə boruların aralarında bağlanmış müqavilələrə görə əraziyə gətirildiyi və üçüncü şəxsə təhvil verildiyi təsdiq olunmuşdur. Belə olduğu təqdirdə, iddiaçının boruların ona məxsus olmasını iddia etməsi əsaslı hesab edilmir və habelə iddiaçı hansı səbəbdən üçüncü şəxsin sifarişi ilə ölkəyə gətirdiyi boruları sonuncuya satmaması, satıldığı təqdirdə ödənişi ala bilmədiyini və ya satmamışdırsa uzun müddət boruları cavabdehin sahəsində hansı əsaslarla saxlanılmasını əsaslandırmamışdır.
96. MPM-in 88, 372.2 və 420-ci maddələri üzrə - iddiaçı tərəfindən işin üçüncü apellyasiya baxışında təqdim edilmiş saziş iddiaçı tərəfindən nə birinci instansiya, nə də ki, apellyasiya instansiya məhkəməsinə təqdim edilməmiş və məhkəmə tərəfindən səbəblər araşdırılmamışdır. Saziş iddiaçı tərəfindən arxa tarixlə sırf apellyasiya instansiyasının sifarişi ilə tərtib edilmiş bir “sazişdir”. Lakin apellyasiya məhkəməsi kassasiya məhkəməsinin heç bir göstərişinə məhəl qoymamış, onları görməməzlikdən gəlmiş, həmin qərarda göstərilən hallara heç bir hüquqi qiymət verilməmişdir.
b) məhkəmə iclasında iştirak edən şəxslərin izahatları
97. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil3 məhkəmədən kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını xahiş etmişdir.
98. İddiaçının vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir.
99. İddiaçının nümayəndəsi Nümayəndə2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək, iddianın məzmununa uyğun izahat vermiş, şikayətin təmin olunmamasını xahiş etmişdir.
Kassasiya baxışının hədləri
100. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsinin qətnaməsi cavabdehin kassasiya şikayəti əsasında iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyi üçün onun qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq yalnız həmin hissədə yoxlanılacaqdır.
101. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
Tətbiq edilən hüquq
102. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur ”
“Maddə 157. Mülkiyyətin müdafiəsi ... 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. ...”
103. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. ...”
“Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. ...” “Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
“Maddə 417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.4. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; ...”
“Maddə 418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. ...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi
104. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçı tərəfindən Muradxanlı, Cəfərli və Zərdab neft yataqları üçün 2018-ci il ərzində ümumi uzunluğu 50.000 m, diametri 73 mm olan nasos kompressor boruları; uzunluğu 4.000 m, diametri 60 mm olan nasos kompressor boruları və uzunluğu 4.200 m, diametri 73 mm olan qazma boruları Azərbaycan Respublikasına gətirilərək müvafiq gömrük rəsmiləşdirilməsindən keçirilmişdir. Həmin boruların qısa idxal bəyannamələrində sifarişçi kimi üçüncü şəxsin, yük alan kimi isə iddiaçının adı qeyd olunmuşdur. Daha sonra 2018- 2019-cu illər ərzində iddiaçı (satıcı) ilə üçüncü şəxs (alıcı) arasında boruların alqı-satqısı barədə 6 ədəd müqavilə bağlanmış və həmin borular üçüncü şəxsin müqavilə münasibətlərində olduğu və fəaliyyət göstərdiyi cavabdehin, Ə.C.Əmirov adına NQÇİ-nin Muradxanlı neft və qaz çıxarma sahəsində yerləşdirilmişdir. Sonradan 2020-ci il 10 aprel tarixli təhvil-təslim aktına əsasən, üçüncü şəxs tərəfindən ümumi uzunluğu 25.547 metr olan diametri 73 mm-lik və ümumi uzunluğu 1.426 metr olan, diametri 60 mm-lik nasos kompressor boruları cavabdehin Ə.C.Əmirov adına NQÇİ-yə təhvil verilmişdir.
105. Hazırkı iddia ilə iddiaçı ona məxsus olduğunu və cavabdehə məxsus sahədə qanunsuz saxlanıldığını iddia etdiyi uzunluğu 24.453 m olan diametri 73 mm-lik və uzunluğu 2.574 m olan diametri 60 mm-lik nasos kompressor borularının, həmçinin uzunluğu 4.200 m olan qazma borularının cavabdehdən alınaraq ona təhvil verilməsini tələb etmiş, məhkəmələr isə iddianı uzunluğu 21.591 m olan 2 diametri 73 mm-lik və uzunluğu 2.558,9 m olan diametri 60 mm-lik nasos kompressor borularının və uzunluğu 4.197,9 m olan diametri 73 mm-lik qazma borularnın, onlar mövcud olmadığı halda isə dəyərinin alınaraq iddiaçıya verilməsi hissəsində təmin etmişlər.
106. Məhkəmələr bu qənaətə gələrkən iddiaçı tərəfindən iddia tələbinin qanuni əsasını təşkil edən MM-nin 157.2-ci maddəsinin bütün dispozisiya şərtlərinin sübuta yetirildiyinə istinad etmişlər.
107. Həmin maddənin tələbinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin mövcudluğu zəruridir: 1) iddiaçının əşyanın mülkiyyətçisi olması; 2) əşyanın cavabdehin sahibliyində olması; 3) cavabdehin əşyaya sahibliyinin qanunsuz olması. Qeyd olunan şərtlərin hər birinin mövcudluğunu sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür (bax yuxarıda § 102).
108. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, məhkəmələr iddia tələbinin qanuni əsasını düzgün müəyyən etsələr də, işin müəyyən edilmiş faktiki hallarına həmin maddə düzgün tətbiq edilməmişdir.
109. Belə ki, işdə olan gömrük bəyannamələrindən aydın olur ki, iddiaçı tərəfindən idxal olunmuş bütün borular üçüncü şəxsin sifarişi ilə gətirilmişdir.
110. İddiaçı hazırki iddiasında sözügedən boruların bir hissəsinin üçüncü şəxsə satıldığına, hazırki iddianın predmetini təşkil edən hissəsinin isə onun mülkiyyətində qaldığına istinad etsə də, mübahisəli boruların gömrük bəyannamələrində də onların məhz üçüncü şəxsin sifarişi ilə gətirilməsinin qeyd olunmasının ağlabatan izahını verməmiş, bununla bağlı mötəbər sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.
111. Eyni zamanda iddiaçı ilə üçüncü şəxs arasında bağlanmış alqı-satqı müqavilələrinə əsasən mübahisəli boruların alıcı olaraq üçüncü şəxsin mülkiyyətinə verilməsi nəzərdə tutulmuş və həmin müqavilələrdə cavabdeh tərəf olmadığından onunla bağlı hər hansı müddəa və ya öhdəlik nəzərdə tutulmamış, bu müqavilələr üzrə cavabdehliyi, hüquqi bağlılığı müəyyən edilməmişdir. Belə olan halda, apellyasiya məhkəməsi tərəfindən cavabdehin konkret hansı əsaslarla hazırkı iddia üzrə boruların məhz onun tərəfindən qaytarılması barədə öhdəlik daşmasına MM-nin 157.2-ci maddəsinin tələbi baxımından düzgün hüquqi qiymət verilməmişdir.
112. Məhkəmə kollegiyası mübahisəli boruların məhz üçüncü şəxsin sifarişinə əsasən ölkə ərazisinə idxal olunmasını, alqı-satqı müqavilələrinə əsasən ona satılmasını və onun fəaliyyət göstərdiyi neft-qaz çıxarma sahəsində yerləşdirilərək istifadə olunmasını nəzərə alaraq hesab edir ki, MM-nin 157.2-ci maddəsində nəzərdə tutulan ilk şərtiddiaçının əşyanın mülkiyyətçisi olması şərti mövcud deyildir (bax § 105).
113. Bundan əlavə, işin materiallarından, o cümlədən iddianın məzmunundan göründüyü kimi, mübahisəli boruların xüsusi rejimli ərazi olan, Ə.C.Əmirov adına NQÇİ-nin Muradxanlı neft və qaz çıxarma sahəsində yerləşdiriməsində cavabdehin hər hansı qanunsuz hərəkəti olmamış, iddiaçı özü də həmin boruların üçüncü şəxsin tapşırığına əsasən həmin ərazidə yerləşdirildiyini göstərmişdir. Lakin iddiaçı, cavabdehlə hər hansı hüquqi bağlılığı və ya hüquq münasibəti olmadığı halda, ona məxsus olduğunu iddia etdiyi boruların sözügedən xüsusi rejimli ərazidə yerləşdirilməsinin hüquqi əsaslarına dair mötəbər sübutları da təqdim etməmişdir.
114. Kollegiya iddia tələbinə qiymət verərkən həmçinin nəzərə alır ki, iş üzrə iddiaçı və üçüncü şəxs olan şirkətlərin direktorları eyni şəxsdir. İddiaçı boruların qaytarılması barədə hazırkı tələbini, cavabdehin üçüncü şəxsə qarşı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə borc tələbi təmin olunduqdan və cavabdeh üçüncü şəxsdən borcunun əvəzinə boruları tələb etdikdən sonra qaldırmışdır (bax § 36).
115. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi iddia tələbinə qiymət verərkən iddiaçı tərəfindən təqdim edilmiş yeni sübutu da nəzərə almışdır.
116. İşin materiallarından görünür ki, üçüncü apellyasiya baxışında iddiaçı tərəfindən üçüncü şəxslə arasında bağlanmış 2017-ci il 16 oktyabr tarixli sifariş müqaviləsinə xitam verilməsinə dair 2020-ci il 13 aprel tarixli saziş təqdim edilmiş, işə baxan məhkəmə tərkibi isə həmin sübutu qəbul etməklə hesab etmişdir ki, iddiaçı və üçüncü şəxs 2017-ci il 16 oktyabr tarixli sifariş müqaviləsinə xitam vermişlər və sifarişçi həmin müqavilə üzrə sifariş edilmiş boruların alışından imtina etmişdir. Bu isə o deməkdir ki, həmin borular iddiaçının mülkiyyətində olmaqla, cavabdehin qanunsuz sahibliyindədir.
117. Lakin məhkəmə bu mərhələdə yeni təqdim edilmiş həmin sübutu qəbul edərkən hər hansı qiymətləndirmə aparmamışdır. Halbuki, iddiaçı birinci instansiya məhkəməsindən etibarən bütün məhkəmə instansiyalarında iştirak etmiş və eyni şəxslər tərəfindən imzalanan (sifarişçi və icraçı adından eyni şəxs-Andrea Kattaneo) həmin sübutu təqdim etmək imkanı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi zəruri qiymətləndirmə və əsaslandırma aparmadan, sifarişçi və icraçı adından eyni şəxs-iddiaçının direktoru tərəfindən imzalanmış yeni sübutu qəbul etməklə, həmin sübuta əsaslanaraq iddianı əsaslı hesab etməklə qanunvericiliyə zidd qətnamə qəbul etmişdir.
118. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı iddia tələbinin əsaslılığını sübut etmək vəzifəsini yerinə yetirə bilməmişdir. Həmçinin mübahisəli boruların iddiaçıya məxsus olmasını, o cümlədən iddiaçı ilə cavabdeh arasında müqavilə və ya müqavilədən kənar münasibətlərin olmasını təsdiq edən mötəbər sübutlar mövcud olmadığından, iddiaçıya münasibətdə mübahisəli borularla bağlı cavabdehin sahibliyinin qanunsuz olması (MM-nin 157.2-ci maddəsinin üçüncü şərti), eləcə də cavabdehin iddiaçı qarşısında öhdəlik daşıması işin materiallarından müəyyən olunmamışdır.
119. Bunun əksinə cavabdeh tərəfindən iddiaya etirazının, o cümlədən kassasiya şikayətinin əsası kimi istinad etdiyi halları (iddiaçının borulara mülkiyyət hüququnun olmaması, aralarındakı alqı-satqı müqavilələrinə əsasən onları üçüncü şəxsin mülkiyyətinə verməsi, iddiaçı ilə üçüncü şəxsin qanuni təmsilçilərinin eyni şəxs olması, eyni mövqedən çıxış etmələri, hazırkı iddia tələbinin mübahisəli boruların cavabdehin üçüncü şəxsə qarşı pul tələbinə dair iddiasının təmin olunması barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından yayındırmaq məqsədilə qaldırılması, mübahisəli boruların üçüncü şəxs tərəfindən ona təhvil verilməsi, və s. barədə) təsdiq edən kifayət qədər sübutlar təqdim edilmişdir.
120. MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).
121. «Hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).
122. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər
123. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulduğundan və işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsinə zərurət olmadığından, kassasiya şikayəti təmin edilməklə, iş üzrə qəbul edilmiş qətnamə qismən-iddianın təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilərək, iddia həmin hissədə rədd edilməlidir.
124. Məhkəmə kollegiyası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
Qərara aldı:
Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 13 iyun tarixli 2-2(103)-545/2024 saylı qətnaməsi qismən-iddianın təmin edildiyi hissədə ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilərək, iddia həmin hissədə rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.