Məhkəmə qərarları › İş №2-2(103)-505/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-505/2023

02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-505/2023 02.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2008/2023 saylı qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 021R********** saylı krеdit razılaşmasının və xx.xx.2021-ci il tarixli 021R********** saylı krеdit razılaşmasının ləğv edilməsini, cavabdеhlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə; - 021R********** saylı krеdit razılaşması üzrə 34881,27 manat məbləğində krеdit bоrcu, 3856.02 manat məbləğində faiz bоrcu və 3518,04 manat məbləğində cərimə borcu olmaqla, - 021R********** saylı krеdit razılaşması üzrə 7474,84 manat məbləğində krеdit bоrcu, 564,75 manat məbləğində faiz bоrcu və 198.82 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 50493 manat 74 qəpik məbləğində bоrcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulmasını, tələbin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, X3 küçəsində dövlət istifadəsində olan 0,015410 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 81,70 m² ümumi sahədən ibarət 2a nömrəli fərdi yaşayış evinə yönəldilməsini, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 50493 manat 74 qəpik məbləğində bоrcun, 400 manat mediasiya xərcinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına AccessBank» QSC-ə ödənilməsini, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 ümumi müştərək qaydada tutulmasını, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, X3 küçəsində dövlət istifadəsində olan 0,015410 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyalı 81,70 m² ümumi sahədən ibarət 2a nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-2008/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı QSC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 152.1.7-ci maddəsinin tələblərinə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3, 59.3.1 və 59.4-cü maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyinə görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində olan tələblərə məhkəmə baxılmalı olduğu halda, sonuncu bəndində olan “fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2 həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi” hissəsində tələbə məhkəmədə baxılmalı deyil, belə ki, “İpoteka haqqında” qanunun 59.3-cü maddəsinin xx.xx.2018-ci il tarixdən qüvvədə olan müddəalarına əsasən “tutma məhkəmə qərarına əsasən mənzilə yönəldiyi təqdirdə artıq yeni məhkəmə qərarı olmadan icra sənədi əsasında mənzildə yaşayan şəxslər məcburi qaydada 10 təqvim günü müddətində mənzildən çıxarılmalıdırlar”. Göründüyü kimi iddia ərizəsində məhkəmə baxılmalı olan və olmayan tələblər, yəni bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilmışdir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab etmişdir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmənin gəldiyi nəticə istinad etdiyi maddi və prosessual hüquq normalarına uyğun olmaqla qanuni və əsaslıdır. Əlavə olaraq kollegiya qeyd edir ki, əks yanaşma, yəni predmet baxımından deyil, prosessual baxımdan bir-biri ilə əlaqədar olmayan bir neçə tələbə birlikdə baxılması mülki prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması ilə nəticələnə bilər. Şikayətin dəlilləri isə formal mülahizərə əsaslandığı üçün əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı QSC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2008/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar