Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-506/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər "Ömər-2020” MMC və Cavabdeh2 qarşı kommersiya işi Açar söz: kredit müqaviləsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər "Ömər-2020” MMC və Cavabdeh2 qarşı kredit razılaşması üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-153/2024 nömrəli qətnaməsindən cavabdeh "Ömər-2020” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı ASC (bank) ilə Cavabdeh1 MMC (müştəri) arasında 07 iyun 2021- ci il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********07062021 nömrəli ümumi müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank həmin müqavilə çərçivəsində müştəriyə aşağıdakı xidmət və məhsulları təqdim etmişdir: a) Cari hesabın açılması, aparılması və “Müştəri-Bank” Xidməti; b) Əmanət; c) Kredit; d) Qarantiya; e) Akkreditiv; f) Faktorinq; g) Korporativ kart; h) Lokal kart; i) Əmək haqqı kartları; j) POS-terminal; k) İnkassasiya xidməti; l) Elektron ticarət (e-commerce) xidməti. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən müştəri, bank tərəfindən yuxarıda qeyd olunan xidmət və məhsullardan istifadə etmək istədikdə (tələb olunduğu hallarda və məhsullar üzrə) müştəri və Bank arasında həmin məhsul və xidmətin xüsusi şərtlərini özündə əks etdirən və müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan əlavə (razılaşma) imzalanır.
2. İddiaçı ASC (bank) ilə Cavabdeh1 MMC (borcalan) arasında 07 iyun 2021- ci il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********07062021 nömrəli ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair xx.xx.2022-ci il tarixli 01 saylı əlavə bağlanmışdır. Həmin əlavənin: - 1-ci bəndinə əsasən hazırkı əlavə Bank və Borcalan arasında bağlanmış **********07062021 saylı Bank Xidmətlərinin Göstərilməsi X3 (bundan sonra “Müqavilə” adlanacaq) ayrılmaz tərkib hissəsi hesab olunur. - 2-ci bəndinə əsasən bank aşağıdakı xüsusi şərtlərlə borcalana kredit ayırır, Borcalan isə kreditdən Müqavilənin və Əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı Müqavilə (Əlavə) ilə müəyyən olunan müddətdə və qaydada Banka ödəməyi öhdəsinə götürür: 2.2. Kreditin məqsədli təyinatı:xx.xx.2020-ci il tarixli, 01/153 saylı X1 Kreditlər Üzrə Ümumi Müqavilənin Xüsusi Şərtlərinə dair xx.xx.2020-ci il tarixli 01 saylı Əlavəsinə əsasən verilmiş 50000 (əlli min) manat məbləğli overdraft limitinin restruktrizasiya edilməsi 2.3. Kreditin müddəti: 12 (on iki) ay 2.4. Kreditin məbləği: 58.547,20 manat 2.6. Kredit üzrə illik faiz dərəcəsi: 16 (on altı)% 2.7. Kreditin qaytarılma müddətləri pozulduqda tətbiq olunan faiz dərəcəsi: Bu Əlavənin 2.6-cı bəndində qeyd olunmuş illik faiz dərəcəsindən əlavə 5 (beş)% 2.8. FİFD: 16 (on altı)%
3. İddiaçı ASC (kreditor) ilə Cavabdeh2 (zamin) arasında 24 yanvar 2022-ci il tarixli 01/153 saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqavilənin 1.1-ci bəndinə əsasən zamin borc alanın kreditor qarşısında yaranmış, bu Müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. - 1.2-ci bəndinə əsasən icrası zaminliklə təmin olunmuş əsas öhdəlik və onun məzmunu **********07062021 saylı Bank Xidmətlərinin Göstərilməsi X5 və həmin müqaviləyə Kreditləşmənin xüsusi şərtlərinə dair 24 yanvar 2022-ci il tarixli 01 saylı əlavə ilə müəyyən olunur. - 1.11-ci bəndinə əsasən zamin əsas borc, hesablanmış istifadə faizi, dəbbə pulu, maliyyə sanksiyası, tələbin yönəldilməsi ilə bağlı bütün növ xərclər, habelə borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borcalanla eyni həcmdə, birgə məsuliyyət daşıyır. - 1.12-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik (borc), habelə kredit müqaviləsi üzrə hüquqlar hər hansı bir səbəbdən, o cümlədən vərəsəlik, hüquqi varislik qaydasında başqa şəxsə keçdikdə, borcalan öldükdə və ya hüquqi şəxs ləğv edildikdə zaminlik qüvvəsində qalır. - 2.4.3-cü bəndinə görə bu müqavilənin 1.2-ci bəndində qeyd olunmuş müqavilədə nəzərdə tutulmuş digər hallarda; kreditor kredit müqaviləsi üzrə əsas və faiz borclarını zaminin sərəncamı olmadan, akseptsiz qaydada onun bankdakı hesabından tuta (silə) bilər.
4. Kreditləşmənin xüsusi şərtlərinə dair 24 yanvar 2022-ci il tarixli 01 saylı əlavənin ödəniş cədvəlinə əsasən Cavabdeh1 MMC tərəfindən kredit müqaviləsi üzrə ödəyəcək əsas məbləğ 58.547,20 manat, faizin məbləği 5.222,46 manat, cəmi ödəniləcək məbləğ 63.769,66 manat məbləğində müəyyən edilmişdir.
5. İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan müəyyən edilir ki, kredit razılaşması üzrə Cavabdeh1 MMC sonuncu dəfə xx.xx.2022-ci il və Cavabdeh2 isə sonuncu dəfə xx.xx.2022-ci il olmaqla müxtəlif vaxtlarda ödənişlər etmişdir.
6. xx.xx.2023-cü il tarixli 85/6252 saylı maliyyə arayışına əsasən İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 07 iyun 2021-ci il tarixli, Bank Xidmətlərinin Göstərilməsi Haqqında **********07062021 saylı Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 24 yanvar 2022-cı il tarixli 01 saylı Əlavəsinə əsasən Cavabdeh1 MMC-yə 12 ay müddətinə illik 16% olmaqla 58.547,20 manat kredit verilmişdir. Bankla Cavabdeh1 MMC arasında bağlanmış 07 iyun 2021-ci il tarixli Bank Xidmətlərinin Göstərilməsi Haqqında **********07062021 saylı Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 24 yanvar 2022-cı il tarixli 01 saylı Əlavəsi üzrə Cavabdeh1 MMC və Cavabdeh2 22 iyun 2023-cü il tarixə 20.595,84 manat əsas borc, 2.340,75 manat faiz borcu və 549,17 manat cərimə borcu olmaqla cəmi 23.485,76 manat kredit borcu təşkil edir.
7. İddiaçı ASC tərəfindən Cavabdeh1 MMC və Cavabdeh2 pretenziya (xəbərdarlıq məktubları) ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2023-cü il tarixli, 9/6049 saylı ekspert rəyinə əsasən Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə əsas kredit borcu 27.538,78 manat, faiz borcu 1.101,55 manat təşkil edir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Kapital Bank” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 iyun 2021-ci il tarixli, Bank Xidmətlərinin Göstərilməsi X5 və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 24 yanvar 2022-cı il tarixli 01 saylı Əlavəsi üzrə 20.595,84 manat əsas borc, 2.340,75 manat faiz borcu və 549,17 manat cərimə borcu olmaqla cəmi 23.485,76 manat kredit borcu və mediasiya xərci olaraq ödənilmiş 200 manat dövlət rüsumunun Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 09 iyun 2021-ci il tarixli, Bank Xidmətlərinin Göstərilməsi Haqqında **********07062021 saylı ümumi müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 24 yanvar 2022-cı il tarixli 01 saylı Əlavəsinə əsasən Cavabdeh1 MMC-yə 12 ay müddətinə illik 16% olmaqla 58.547,20 manat kredit verilmişdir. Bankla Cavabdeh2 arasında 24 yanvar 2022-ci il tarixli 01/153 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh2 borc alanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş qrafikinə əsasən Cavabdeh1 MMC hər ay ödəniş etməli olduğu halda o bu öhdəliyi lazımi qaydada yerinə yetirməmişdir. Hazırda 22 iyun 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 MMC və Cavabdeh2 09 iyun 2021ci il tarixli, Bank Xidmətlərinin Göstərilməsi Haqqında **********07062021 saylı Ümumi Müqavilə və həmin müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair 24 yanvar 2022-cı il tarixli 01 saylı Əlavəsi üzrə 20.595,84 manat əsas borc, 2.340,75 manat faiz borcu və 549,17 manat cərimə borcu olmaqla cəmi 23.485,76 manat kredit borcu təşkil edir. Cavabdeh borcun qaytarılması haqqında tərəfimizdən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi borcun və hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-153/2024 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 müştərək qaydada krеdit müqaviləsi üzrə 20.595,84 manat məbləğində krеdit bоrcu, 1.101,55 manat məbləğində faiz bоrcu, 549,17 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 22.246,56 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 190 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC -yə ödənilməsi qət edilmişdir.
12. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 07 iyun 2021-ci il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********07062021 nömrəli ümumi müqavilə və həmin müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2022-ci il tarixli 01 saylı əlavədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh1 MMC-yə müqavilədə və əlavədə müəyyən edilmiş şərtlərlə cəmi 58.547,20 manat məbləğində kredit verməklə, razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.
13. Mübahisəli kredit müqaviləsinin şərtlərinə əsasən hesablanmış faiz borcunun məbləğinə gəldikdə məhkəmə qeyd etmişdir ki, ekspert rəyi ilə mübahisəli müqavilə üzrə faiz borcunun xx.xx.2023-cü il tarixə (kredit müqaviləsinin bitdiyi tarixə) 1.101,55 manat olması müəyyən edilmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, 07 iyun 2021-ci il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********07062021 nömrəli ümumi müqavilə və həmin müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2022-ci il tarixli 01 saylı əlavə üzrə 20.595,84 manat əsas və 1.101,55 manat məbləğində faiz borcu Cavabdeh1 MMC-dən bankın xeyrinə tutulmalıdır.
15. Məhkəmə iddianın cərimə borcunun tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, 07 iyun 2021-ci il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********07062021 nömrəli ümumi müqavilə və həmin müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2022-ci il tarixli 01 saylı əlavə üzrə 549,17 manat məbləğində dəbbə pulu tutularaq İddiaçı ASC-yə ödənilməlidir.
16. Məhkəmə zamin Cavabdeh2 07 iyun 2021-ci il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********07062021 nömrəli ümumi müqavilə və həmin müqaviləyə Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2022-ci il tarixli 01 saylı əlavə üzrə borc alan Cavabdeh1 MMC-nin bütün öhdəliklərinə zamin durduğundan həmin öhdəliklərə görə borc alanla birgə məsuliyyət daşıdığını nəzərə alaraq hesab etmişdir ki, İddiaçı ASC kredit müqaviləsi üzrə borcun (kredit, faiz və dəbbə pulu borcu daxil olmaqla) müştərək (birgə) qaydada borc alan və zamindən tutulmasını tələb etməkdə də haqlıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh "Ömər-2020” MMC qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-153/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul olunarkən işin faktiki halları müəyyən edilməmiş, maddi hüquq normaları pozulmuşdur. Birinci instansiya məhkəməsi öz mövqeyində bildirir ki, “iddiaçı"xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 07 iyun 2021-ci il tarixli, bank xidmətlərinin göstərilməsi haqqında **********07062021 nömrəli ümumi müqavilə və həmin müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair xx.xx.2022-ci il tarixli 01 saylı əlavədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ASC Cavabdeh1 MMC-yə müqavilədə və əlavədə müəyyən edilmiş şərtlərlə cəmi 58.547,20 manat məbləğində kredit verməklə, razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 MMC kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır. Cavabdeh1 MMC-nin kredit müqaviləsi üzrə iddiaçıya olan əsas və faiz borcunun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyi ilə Cavabdeh1 MMC-nin xx.xx.2023-cü il tarixə (kredit müqaviləsinin bitdiyi tarixə) əsas borcunun 27.538,78 manat məbləğində olması müəyyən edilmişdir. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmənin ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcud deyil, odur ki, həmin rəy iş üzrə sübut qismində qəbul edilməlidir. Digər tərəfdən iddiaçı bank isə iddiasında həmin kredit müqaviləsi üzrə 20.595,84 manat əsas borcun tutulmasını tələb etdiyindən və məhkəmə işə iddia tələbləri həddində baxdığından hesab edir ki, kredit müqaviləsi üzrə əsas borcun tutulması hissəsində iddia tam təmin edilməlidir. Mübahisəli kredit müqaviləsinin şərtlərinə əsasən hesablanmış faiz borcunun məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, yuxarıda göstərilən ekspert rəyi ilə mübahisəli müqavilə üzrə faiz borcunun xx.xx.2023- cü il tarixə (kredit müqaviləsinin bitdiyi tarixə) 1.101,55 manat olması müəyyən edilmişdir.” İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2023-cü il tarixli, 9/6049 saylı ekspert rəyinə əsasən Cavabdeh1 MMC-nin İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə əsas kredit borcu 27.538,78 manat, faiz borcu 1.101,55 manat təşkil edir. İddiaçı bank isə iddiasında həmin kredit müqaviləsi üzrə 20.595,84 manat əsas borcun tutulmasını tələb etmişdir. İddiaçı ASC tərəfindən tələb olunan borc tələbi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 dekabr 2023-cü il tarixli, 9/6049 saylı ekspert rəyi mütənasib deyil, birinci iunstansiya məhkəməsi işin faktiki halını müəyyən etmədən ədalətsiz məhkəmə qətnaməsi qəbul etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
20. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
21. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddə (mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddə- ( mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş) əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 10-1.3-cü maddə-kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5-ci maddə-bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz 385.2-ci maddə-birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
22. Qətnamə cavabdeh "Ömər-2020” MMC tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən qismən yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
23. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-153/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
24. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili bundan ibarətdir ki, işə baxmış birinci instansiya məhkəməsi tərəfindən prosessual pozuntuya yol verilmiş, cavabdehin məhkəmə iclasında iştirakı təmin edilmədən işə baxılmış, nəticədə çəkişmə prinsipi pozulmuşdur.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsinə əsasən işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılması şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadının ləğvi üçün əsasdır. Apellyasiya şikayətinin bu dəlili yoxlanılaraq müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərin məhkəmə iclaslarında iştirakının təmin edilməsi üçün qanunla müəyyən edilmiş bütün tədbirlər görülmüşdür. Elektron məhkəmə sistemindən görünür ki, "Ömər- 2020” MMC-nin xx.xx.2022-ci ildən elektron məhkəmə sistemində elektron kabineti mövcuddur. Məhkəmə tərəfindən bildirişlər, qərardadlar həm hüquqi şəxsin, həm də qanuni təmsilçisi Nümayəndə2 elektron kabinetinə yerləşdirilmiş, nümayəndəsinə SMS xəbərdarlıq göndərilmiş, lakin cavabdeh iddiaya etiraz bildirməmiş və məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir.
26. Eyni zamanda qeyd edilməlidir ki, işə apellyasiya qaydasında baxılarkən məhkəmə iclasının vaxtı barədə bildiriş "Ömər-2020” MMC-nin və qanuni təmsilçisi Nümayəndə2 elektron kabinetinə yerləşdirilsə də, cavabdeh apellyasiya instansiyası mərhələsində də nümayəndəsinin iştirakını təmin etməmişdir.
27. Cavabdeh apellyasiya şikayətində iş üzrə verilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə razılaşmadığını qeyd etsə də, bu mövqeyini əsaslandırmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayətindəki formal mülahizələr iş üzrə qəbul edilmiş qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
28. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 153/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh "Ömər-2020” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-153/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.