Məhkəmə qərarları › İş №2-2(103)-506/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-506/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-506/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Qanuni nümayəndə qarşı borcun ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-41/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin Halları

1. xx.xx.2021-ci il tarixli, DC90072783-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16,5%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31,5% olmaqla, 100000 (yüz min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.

2. 12. xx.xx.2021-ci il tarixli, DC90072783-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 191424 (yüz doxsan bir min dörd yüz iyirmi dörd) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir.

3. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında imzalanmış xx.xx.2021-ci il tarixli, DG**********68 nömrəli zaminlik müqaviləsinə əsasən, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında razılaşdırılmış xx.xx.2021-ci il tarixli, DC90072783-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

4. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında imzalanmış xx.xx.2021-ci il tarixli, DG**********243 nömrəli zaminlik müqaviləsinə əsasən, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında razılaşdırılmış xx.xx.2021-ci il tarixli, DC90072783-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 MMC-yə pretenziya qaydasında xx.xx.2023-cü il tarixli, PB-OUT-03846-2023/10 nömrəli xəbərdarlıq məktubu göndərilərək, yaranmış borcun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

6. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Qanuni nümayəndə pretenziya qaydasında xx.xx.2023-cü il tarixli, PB-OUT-03846-2023/11 nömrəli xəbərdarlıq məktubu göndərilərək, yaranmış borcun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh1 (Cavabdeh1 MMC) və Qanuni nümayəndə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada DC90072783-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 29298,69 (iyirmi doqquz min iki yüz doxsan səkkiz manat altmış doqquz qəpik) manat əsas borc, 1199,01 (bir min bir yüz doxsan doqquz manat bir qəpik) manat gecikdirilmiş faiz borcu, 8336 (səkkiz min üç yüz otuz altı) manat cərimə borcu olmaqla, cəmi 38833,70 (otuz səkkiz min səkkiz yüz otuz üç manat yetmiş qəpik) manat məbləğində borc, DC90072783-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 163823,86 (bir yüz altmış üç min səkkiz yüz iyirmi üç manat səksən altı qəpik) manat əsas borc, 35354,11 (otuz beş min üç yüz əlli dörd manat on bir qəpik) manat faiz borcu, 10293,18 (on min iki yüz doxsan üç manat on səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 209471,15 (iki yüz doqquz min dörd yüz yetmiş bir manat on beş qəpik) manat məbləğində borc, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 139 (bir yüz otuz doqquz) manat dövlət rüsumu və mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Daha sonra iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada DC90072783-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 29298,69 manat (iyirmi doqquz min iki yüz doxsan səkkiz manat altmış doqquz qəpik) əsas borc, 1191,01 manat (min yüz doxsan bir manat bir qəpik) faiz borcu, 9797,27 manat (doqquz min yeddi yüz doxsan yeddi manat iyirmi yeddi qəpik) cərimə borcu olmaqla, cəmi 40294,97 manat (qırx min iki yüz doxsan dörd manat doxsan yeddi qəpik) məbləğində borcun, DC90072783-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 163823,86 manat (yüz altmış üç min səkkiz yüz iyirmi üç manat səksən altı qəpik) əsas borc, 39763,71 manat (otuz doqquz min yeddi yüz altmış üç min yetmiş bir qəpik) faiz borcu, 13245,21 manat (on üç min iki yüz qırx beş manat iyirmi bir qəpik) cərimə borcu olmaqla, cəmi 216832,78 manat (iki yüz on altı min səkkiz yüz otuz iki manat yetmiş səkkiz qəpik) məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 148 (yüz qırx səkkiz) manat dövlət rüsumu və mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqının tutularaq, İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-41/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada DC90072783-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 29258,50 manat (iyirmi doqquz min iki yüz əlli səkkiz manat əlli qəpik) əsas borc, 1072,81 manat (min yetmiş iki manat səksən bir qəpik) faiz borcu, 1500 (min beş yüz) manat cərimə borcu olmaqla, cəmi 31831,31 (otuz bir min səkkiz yüz otuz bir manat otuz bir qəpik) manat; DC90072783-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 163823,86 manat (yüz altmış üç min səkkiz yüz iyirmi üç manat səksən altı qəpik) əsas borc, 34996,48 manat (otuz dörd min doqquz yüz doxsan altı manat qırx səkkiz qəpik) faiz borcu, 8200 (səkkiz min iki yüz) manat cərimə borcu olmaqla, cəmi 207020,34 (iki yüz yeddi min iyirmi manat otuz dörd qəpik) manat məbləğində borc; ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 508,24 manat (beş yüz səkkiz manat iyirmi dörd qəpik) olmaqla, ümumilikdə 239359,89 manat (iki yüz otuz doqquz min üç yüz əlli doqquz manat səksən doqquz qəpik) məbləğində pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 (iki yüz) manat pulun 92,90 manat hissəsi cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə birgə qaydada, 7,10 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. İddiaçı ASC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(113)-41/2025 nömrəli qətnaməsinin DC90072783-02 saylı müqavilə üzrə əsas və faiz borcuna münasibətdə, eyni zamanda DC90072783-04 saylı müqavilə üzrə isə faiz borcuna münasibətdə ləğv edilməsi və iddia tələbi üzrə əsas və faiz tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zamin) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024- cü il tarixli, 9/4797 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi DC90072783-02 maliyyələşdirmə üçün ərizə üzrə əsas kredit borcunun tutulması hissəsində qismən, DC90072783-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas kredit borcunun tutulması hissəsində tam və həmin ərizələr üzrə faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC və Qanuni nümayəndə birgə qaydada DC90072783-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 29258,50 manat (iyirmi doqquz min iki yüz əlli səkkiz manat əlli qəpik) əsas borc, 1072,81 manat (min yetmiş iki manat səksən bir qəpik) faiz borcu (müqavilə müddətinin sonuna) və DC90072783-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 163823,86 manat (yüz altmış üç min səkkiz yüz iyirmi üç manat səksən altı qəpik) əsas borc, 34996,48 manat (otuz dörd min doqquz yüz doxsan altı manat qırx səkkiz qəpik) faiz borcu İddiaçı ASCnin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Eyni zamanda faiz borcunun tutulması hissəsində hazırkı nəticəyə gəlinərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarındakı hüquqi mövqe də əsas götürülmüşdür.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iş məhkəmənin icraatında olduğu dövrdə iki dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyləri məhkəməyə təqdim edilmişdir. İlkin rəy ekspert tərəfindən düzgün verilmədiyindən məhkəmənin təşəbbüsü ilə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Müvafiq vəsatətə uyğun olaraq məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və yeni rəy təqdim edilmişdir. Bu sübut edir ki, ekspert tərəfindən rəy düzgün verilməmişdir ki, məhkəmə əlavə ekspertiza keçirilməsi barədə qərar vermişdir. Lakin bu hələ o demək deyil ki, əlavə ekspertizanın da rəyi mütləq düz qəbul edilməlidir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/4797 saylı ekspert rəyində ekspert qarşısında qoyulmuş suallara cavab olaraq, qeyd edilmişdir ki, DC90072783-02 saylımaliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2022-ci il tarixə əsas borcu 29258.50 manat, faiz borcu 1072.81 manat, xx.xx.2023-cü il tarixə əsas borc üzrə 29258.50 manat, faiz borcu üzrə 5136.09 manat, xx.xx.2023- cü il tarixə əsas borc üzrə 29258.50 manat, faiz borcu üzrə 5873.64 manat, DC90072783-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə xx.xx.2023-cü il tarixə əsas borcu 163960.61 manat, faiz borcu 34996.48 manat, xx.xx.2023-cü il tarixə əsas borcu 163960.61 manat, faiz borcu 39254.90 manat, xx.xx.2023-cü il tarixə isə 163960.61 manat, faiz borcu 46145.80 manat hesablanmışdır. Ekspert rəyində qeyd edilir ki, DC90072783-04 saylı kredit üzrə faiz borcundan cəmi 4 dəfə ödəniş edilmişdir. Ekspert tərəfindən faiz borcunun hesablanması düzgün aparılmadığı üçün silinmələrin nəticəsində faiz borcunda 4767.23 manat kəskin fərq yaranmışdır. Lakin bütün bunlara baxmayaraq ekspert bunu nəzərə almamış və silinmələrin təyinatını dəyişmiş, mülki məcəllənin tələbini pozmaqla rəy vermişdir. Ekspert maliyyələşdirmə üçün ərizələrdə də ödənişlərin silinmə ardıcıllığını Bankla müştəri arasında bağlanmış razılaşmaya uyğun olmayan qaydada aparmışdır. Bununla belə nəinki ekspert, hətta hakim də bunu nəzərə almamış və düzgün olmayan qərar qəbul etmişdir. Bu isə özlüyündə qanunvericiliyin tələbinə ziddir. Məhkəmə müqavilə şərtlərinə uyğun olmayan düzgün hesablanmayan ekspert rəyini iş üzrə sübut kimi qiymətləndirmiş ekspert rəyinə əsaslanaraq qətnamə qəbul etmişdir. Qeyd edilənlərə əsasən hesab edilir ki, ekspert özü təqdim etdiyi rəyi müdafiə etmədiyi halda məhkəmə ekspert rəyini əsas sübut kimi qiymətləndirmişdir. Qeyd edilənlərə əsasən hesab edilir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-41/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin DC90072783-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas və faiz borcunun, DC90072783-04 maliyyələşdirmə üçün ərizə üzrə faiz borcunun tutulması hissəsində əsassızdır. Yuxarıda qeyd edildiyi kimi, hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış əsas və faiz borcu məbləğinin müəyyən edilməsi zamanı işin halları ətraflı araşdırılmamışdır. Əlavə olaraq məhkəmə tərəfindən işin faktiki halları (müqavilənin şərtləri) araşdırılmadan əsas və faiz məbləği əsassız surətdə düzgün hesablanmamışdır. Bundan başqa, hazırkı mübahisədə cavabdehin müqavilə üzrə yaranmış əsas və faiz borcu məbləğinin müəyyən edilməsimühüm əhəmiyyət kəsb edən məsələdir ki, bu da işin faktiki hallarına aiddir. Məhkəmə tərəfindən işin faktiki halları araşdırılmadan ekspertin rəyi mötəbər hesab edilmiş və əsas və faiz borcu məbləğləri əsassız surətdə azaldılmışdır. Bildirilir ki, ekspert tərəfindən DC90072783-02 saylı müqavilə üzrə məhkəmə əsas və faiz məbləğini azaltdıqda, DC90072783-04 saylı müqavilə üzrə isə faiz məbləğini azaltdıqda müqavilə üzrə şərtləri nəzərə almamışdır. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən əsas və faiz məbləği əsaslı hesab edilə bilməz. Əlavə olaraq iddiaçı tərəfindən məqbul hesab edilməyən ekspert rəyinə uyğun olaraq məhkəmə tərəfindən cavabdehin əsas və faiz borcu müəyyən edilmişdir. Belə ki, ekspert cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlərin silinmə ardıcıllığını tərəflər arasında əldə edilmiş razılığa uyğun olmadan aparmışdır. Ekspert rəyi məhkəmə üçün məcburi olmadığı üçün əsas və faiz borcu hissəsində də tam təmin etməlidir. Yəni Bankın məhkəməyə təqdim etdiyi maliyyə arayışına əsasən borc rəqəmləri tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən yaranmış və hesablanmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Sədirlik edənin sualına cavab olaraq bildirdi ki, əsasən faiz borcunun tutulmayan hissəsində mübahisələndiririk.

8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

10. Həmin məcəllənin 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

11. Həmin məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

12. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

14. Həmin məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

15. Həmin məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

16. Həmin məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

17. Həmin məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

18. Həmin məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla,zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

19. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

20. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

21. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

25. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022- ci il tarixli, OnGTC-90072783LE/2019 saylı bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2022-ci il tarixli, 1.0.5 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır. Eyni zamanda tərəflər arasında xx.xx.2021-ci il tarixli, DC90072783-02 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və həmin ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16,5%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31,5% olmaqla, 100000 (yüz min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Tərəflər arasında xx.xx.2021-ci il tarixli, DC90072783-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 191424 (yüz doxsan bir min dörd yüz iyirmi dörd) manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. İddiaçı ASC ilə Qanuni nümayəndə arasında imzalanmış xx.xx.2021-ci il tarixli, DG**********243 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında razılaşdırılmış xx.xx.2021-ci il tarixli, DC90072783-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər (borc alan və zamin) müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır.

28. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış, ödəniş cədvəlləri əlavə edilmişdir.

29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 9/9483 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DC90072783- 02 saylı fərdi maliyyələşdirmə üçün ərizə üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2023-cü il tarixə 29258,5 manat əsas borc, 5873,64 manat faiz borcu, xx.xx.2021-ci il tarixli DC90072783-04 saylı fərdi maliyyələşdirmə üçün ərizə üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2023-cü il tarixə 163960,61 manat əsas borc, 39254,9 manat faiz borcu təşkil edir.

30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 9/4797 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 MMC ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DC90072783- 02 saylı fərdi maliyyələşdirmə üçün ərizə üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2022-ci il tarixə 29258,5 manat əsas borc, 1072,81 manat faiz borcu, xx.xx.2023-cü il tarixə 29258,5 manat əsas borc, 5136,09 manat faiz borcu, xx.xx.2023-cü il tarixə 29258,5 manat əsas borc, 5873,64 manat faiz borcu, xx.xx.2021-ci il tarixli DC90072783-04 saylı fərdi maliyyələşdirmə üçün ərizə üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2023-cü il tarixə 163960,61 manat əsas borc, 34996,48 manat faiz borcu, xx.xx.2023-cü il tarixə 163960,61 manat əsas borc, 39254,9 manat faiz borcu, xx.xx.2023-cü il tarixə 163960,61 manat əsas borc, 46145,8 manat faiz borcu təşkil edir.

31. Apellyasiya şikayətinin dəlilləri qismində yalnız ekspert rəylərinin nəzər alınmaması, sübut hesab olunmaması qeyd olunduğundan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən ekspert rəylərini şübhə altına alacaq hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Ona görə apellyatorun əsas borcun və faiz borclarının düzgün hesablanmaması dəlili heç bir sübutla möhkəmləndirilmədiyindən əsassız hesab edilməlidir.

32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

33. Həmçinin qətnamənin mübahisləndirilən hissəsi on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-41/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçının apellyasiya şikayətinə görə ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar