Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-507/2025 08.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “kompensasiya” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)- 856/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin Halları
1. Bakı Kommersiya əhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-6283/2022 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilərək 56895 manat məbləğində pul vəsaitinın Cavabdehndən tutularaq İddiaçı ödənilməsi, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 150 manat və ilkin mediasiya sessiyasının keçirilməsinə görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 400 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq İddiaçı ödənilsi qət edilmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-6283/2022 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2023-ci il tarixli icra vərəqəsi tərtib edilmiş və həmin icra vərəqəsində 56.895 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən tutularaq iddiaçıya ödənilməsi qeyd olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, CPS Construction MMC-dən əsas borcun ödənilməsində 01 oktyabr 2021-ci il tarixində 01 oktyabr 2024-cü il tarixinədək 1095 gün olan gecikmə kompensasiya 8534 manat məbləğində tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-856/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinə kimi borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 8534 manat məbləğində faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 106 manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
5. Cavabdeh MMC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-856/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5%-lə pulun tutulmasına dair məhkəmə qeyd edir ki, cavabdehdən pul vəsaitinin tutulmasına dair məhkəmə qətnaməsi öz təbiətinə görə pul öhdəliyi olduğundan həmin öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi Mülki Məcəllənin 443.1-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyəti yaradır. Odur ki, həmin öhdəliyi pozan şəxsə münasibətdə Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbiri də tətbiq edilə bilər. Lakin, icra işinin materiallarından da görünür ki, borclunun mülkiyyətində ən azı çoxsaylı nəqliyyat vasitələrinin olmasına baxmayaraq icra sənədinin icrasını təmin etmək üçün icra şöbəsinə təqdim etməmiş və bu məqsədlə icra məmuru tərəfindən borclu Cavabdeh MMC-yə məxsus nəqliyyat vasitələrinin yerini müəyyən etmək üçün axtarış elan edilmişdir.Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçının borcun ödənişinin tələb etmək hüququ 2019-cu ildən yarandığı üçün və əvvəlki iddia ilə məhkəməyə müraciət edildiyi zaman faiz borcu tələbi irəli sürülmədiyi üçün, son üç il üçün (xx.xx.2021-xx.xx.2024) borcun ödənişinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5% ilə hesablanan faiz borcunu tələb etməkdə haqlıdır. Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixinə kimi borcun ödənişinin gecikdirilməsinə görə illik 5% ilə hesablanan 8534 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ilkin qətnamə üzrə iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Təqdim olunmuş qaimələrdə təmir olunan farsunkaların sayı və ayrılıqda xidmət haqları göstərilməmiş, yerinə yetirilən işlərin ümumi məbləği açıqlanmamışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən, hakim mübahisəli hüquq münasibətində maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nın 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməli idi. Lakin hakim qərəzli mövqe nümayiş etdirərək qanun pozuntusuna yol vermişdir. Borcun ödənilməsi üçün nəqliyyat vasitələri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)- 337/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə müəyyən edilərək üzərinə həbs qoyulmuş və icra məmurlarına təqdim edilmişdir. Odur ki, məhkəmənin axtarış elan olunması barədə icra məmurunun qərarı olduğunu əsas gətirməsi tamamilə yalnışdır. Məhkəmə qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə istinad edərək işə cavabdehin iştirakı olmadan baxmış və qərəzli qətnamə qəbul etmişdir. Həmçinin сavabdehin iştirakı olmadan iş birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırılmamış və сavabdeh tərəfindən təqdim olunmalı əsaslandırıcı sənədlərə müvafiq olaraq hüquqi qiymət verilməmişdir. Beləliklə də, birinci instansiya məhkəməsi əhəmiyyətli ziddiyyətləri aradan qaldırmaqla tam hərtərəfli və obyektiv araşdırma aparmaq əvəzinə, yalnız İddiaçı tərəfindən təqdim olunmuş sənədləri nəzərdən keçirib, göstərilən məsələləri araşdırmadan və onlara hüquqi qiymət vermədən iş üzrə yekun nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı xx.xx.2025-ci il tarixində Elektron Məhkəmə sistemi vasitəsi ilə iddiaçı tərəfindən etiraz daxil olmuş və apellyasiya şikayətinin təmin edilməməsi xahiş edilmişdir.
9. Etiraz onunla əsaslandırılmışdır ki, 2(113)-856/2025 nömrəli məhkəmə işində yalnız "xxxx" MMC tərəfindən borcun ödənilməsi üçün qanunsuz etinadsızlığa görə kompensasiyanın mənə ödənilməsi barədə məsələyə baxıldı. Cavabdehin borc məbləğinin yaranması ilə bağlı iş üzrə hüquqi qiymətləndirmələrə istinad edilməsi yersizdir, çünki bunun tam qiymətləndirilməsi və hüquqi əsaslandırılması Kommersiya Məhkəməsinin e-2-2(113)- 6283/2022 saylı 20 dekabr 2022-ci il tarixli Qətnamədə əks olunmuşdur (16(103)-638/2023 saylı xx.xx.2023-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası Qərardadı və 27 oktyabr 2023-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının Qərarı ilə təsdiq edilmişdir). Əlavə müzakirə və (və ya) şikayət verilə bilməz. Qərar 01 Yanvar 2022-ci il tarixində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 419.4-ci maddə əsasında qanuni qüvvəyə minmişdir. Borcun ödənilməsi zərurəti barədə Bakı Şəhəri Sabunçu rayon İcra şöbəsinin e31 3235/2023-4-28-004 nömrəli 16 dekabr 2023-cü il tarixli bildirişinə, habelə 09" aprel 2024-cü il tarixli borclunun əmlakının axtarışı barədə Qərara, "xxxx" MMC -ə məxsus avtonəqliyyat vasitələrinə həbs qoyulması barədə qərardada (İş № 8 (0081-337/2024 xx.xx.2024-cü il) baxmayaraq, cavabdeh bütün əxlaq və hüquq normalarına məhəl qoymadan Azərbaycan Respublikası Məhkəmələrinin bütün qərar və qətnamələrinə tamamilə məhəl qoymur. Borcları ödəmir, tutulan əmlakı gizlədir. 09 aprel 2024-cü ildən bu günə qədər bu nəqliyyat vasitələri axtarışdadır (313235-4/28 nömrəli 09 aprel 2024-cü il tarixli məktub əlavə olunur). Birinci instansiya məhkəməsində kompensasiyanın ödənilməsi ilə bağlı məhkəmə araşdırılması 30 oktyabr 2024-cü il tarixindən 24 fevral 2025-ci il tarixinədək aparılmışdır. Nəticədə 5 məhkəmə iclası keçirilib. Onların keçirildiyi yer və vaxt barədə tərəflərə bildirişlər göndərilib. Lakin heç bir iclasda cavabdeh iştirak etməyib. Baxılan məsələnin mahiyyəti üzrə elektron kabinetə heç bir şərh (bildiriş) daxil olmayıb. AR MPM-in 185-ci maddəsi əsasssız tətbiq olunub, açıqca uydurmadır. Borc qəsdən ödənilmir. Əmlak həbsdən gizlənir. "xxxx" MMC-nin məsul şəxsləri tərəfindən məhkəmələrin bütün qətnamələri, qərarları və məhkəmə icraçılarının bildirişlərə məhəl qoyulmur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
1. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etirazı müdafiə edərək, etirazın məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
2. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
4. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
5. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
6. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
7. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
8. Həmin Məcəllənin 443.2-ci maddəsinə görə zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
9. Həmin Məcəllənin 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.
10. Həmin Məcəllənin 445.5-ci maddəsinə görə əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.
11. Həmin Məcəllənin 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
14. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.
16. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında təmir xidmətlərin göstərilməsi barədə müqaviləyə əsasən cavabdehin 2019-cü ildən etibarən iddiaçıya borcu yaranmışdır. Həmin borc məbləği məhkəmə qətnaməsi ilə də öz təsdiqini tapmışdır. İddiaçı bildirir ki, baxmayaraq ki, onun cavabdehdən borcun ödənişinin gecikdirilməsinə görə faiz borcunu 2019-cü ildən tələb edə bilər, lakin o, iddia müddətini nəzərə alaraq xx.xx.2021-xx.xx.2024-cü il tarixinə kimi hesablayaraq tələb edir.
17. Göründüyü kimi "CPS Construction MMC" iddiaçıdan son xidməti (2019-cu ildə) təhvil aldıqdan sonra heç bir ödənişi etməmiş, həmçinin e-2-2(113)-6283/2022 saylı 20 dekabr 2022-ci il tarixli İcra vərəqəsi bugünə kimi icra edilməmişdir. Bundan başqa icra vərəqəsinin icrasını həyata keçirən səlahiyyətli icra şöbəsi tərəfindən qətnamənin icrası istiqamətində müxtəlif tədbirlər görülməsinə baxmayaraq, cavabdeh bugünə kimi qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına etinasız yanaşmışdır.
18. Məhkəmə kollegiyası borcun ödənilməsi üçün nəqliyyat vasitələrinin icra məmuruna təhvil verilməsi dəlilinə münasibətdə qeyd edir ki, Bakı Şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə icra məmurunun təqdimatı qismən təmin olunaraq nəqliyyat vasitələrinin üzərinə həbs qoyulsada nəqliyyat vasitələrini təqdim etməmiş və icra məmuru tərəfindən onların barəsində axtarış elan edilmiş, həmçinin nəqliyyat vasitələrinin icra məmuruna təqdim olunmasına dair hər hansı sübut təqdim olunmamışdır.
19. Birinci instansiya məhkəməsində cavabdehin iştirakı olmadan işə baxılması və qərəzli qətnamə qəbul edilməsi dəlilinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiya məhkəməsində iştirak etməmişdir.
20. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək, iş üzrə mövcud olan bütün mötəbər sübutları araşdırmış və düzgün nəticəyə gəlmişdir.
21. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
22. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(113)-856/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.