Məhkəmə qərarları › İş №2-2(103)-509/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-509/2021

28.04.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-509/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı cavabdeh X1rşı pul tələbinə dair “iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması” barədə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)- 1687/2021 saylı, 02.03.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1687/2021 saylı, 02.03.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X1rşı pul tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1687/2021 saylı, 02.03.2021-ci il tarixli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardadı qəbul edərkən pretenziya qaydasına əməl edilməməsi və bu barədə sənədin məhkəməyə təqdim edilməməsini əsas kimi göstərsə də, pretenziya məktubu və onun göndərilməsinə dair qəbz skan edilərək elektron məhkəmə portalında yerləşdirilmişdir. Ona görə də hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1687/2021 saylı, 02.03.2021-ci il tarixli qərardadı ləqv edilməli və iş baxılması üçün icraata qəbul edilməlidir. İşə apelyasiya qaydasında baxılması 28.04.2021-ci il tarixə təyin edilmiş, iddiaçıya işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1687/2021 saylı, 02.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 150.0.4-cü maddəsinə əsasən, iddia ərizəsinə kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 150.0.7-ci maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinin tələbinə görə, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Birinci instansiya məhkəməsi qeyd edilən normalara istinad edərək düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddia ərizəsinə pretenziya məktubunun və iddia ərizəsinin cavabdeh tərəfindən alınması barədə sübut əlavə edilmədiyindən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İddia ərizəsində əlavə edilmiş qəbzlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, göndərilmiş sənədin cavabdehə çatıb-çatmaması və ya hansı tarixdə çatması barədə xəbərnamə əlavə edilmədiyindən pretenziya məktubunun yalnız göndərilməsi ilə bağlı qəbz mübahisənin məhkəməyədək nizama salınması qaydasına riayət edildiyini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Bundan əlavə iddiaçı şikayət ərizəsinə iddia ərizəsinin surətinin cavabdehə təqdim edildiyini təsdiq edən sübutu əlavə etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1687/2021 saylı, 02.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-1687/2021 saylı, 02.03.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar