Məhkəmə qərarları › İş №2-2(103)-510/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-510/2025

09.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-510/2025 09.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, mülkiyyət hüququndan istifadəyə yaradılmış məhrumiyyətə görə kompensasiya ödənilməsi, əldən çıxmış fayda, maddi ziyan, ədalətli tarazlıq) hakimlər X1 (sədrlik edən və məruzəçi), X11 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “hasarın sökülməsi və dəymiş maddi zərərin əvəzinin tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 138a ünvanında yerləşən 99,0 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixli ********** nömrəli qeydiyyata əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 140a ünvanında yerləşən 65,4 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixli ********** nömrəli qeydiyyata əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 140a ünvanında yerləşən 52 kv.m sahədən ibarət qeyriyaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixli ********** nömrəli qeydiyyata əsasən iddiaçının xüsusi mülkiyyətindədir;

2. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2023-cü il tarixli 164 nömrəli sərəncamı ilə Bakı şəhəri, Nərimanov rayonu, X18, Faiq Yusifov və Ağa Nemətulla küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1,6 ha torpaq sahəsinin dövlətə məxsus 56 saylı uşaq bağçası-körpələr evinin və transformator stansiyasının fəaliyyətinin təmin edilməsi ilə bağlı məsələlərin aidiyyəti üzrə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və "xxxx" ASC ilə razılaşdırılması, həmin ərazidə qeydə alınmış digər daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə əmlak-hüquq münasibətlərinin mülki qanunvericiliyin tələbləri əsasında həll edilməsi və kommunikasiya xətlərinin mühafizə zonasına dair tələblərin gözlənilməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi üçün icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır;

3. Bakı Şəhər İcra Hakimiyyəti ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 1778 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin şərtlərindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçının xx.xx.2023-cü il tarixli 164 nömrəli sərəncamı və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski, F.Yusifov və A.Nemətulla küçələrinin kəsişməsində yerləşən 16000 kv.m torpaq sahəsi 49 il müddətinə illik 49420,8 manat icarə haqqının ödənilməsi şərtilə yeni yaşayış kompleksinin tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən cavabdehə icarəyə verilmişdir.

4. İddiaçı ilə X13 arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 138a ünvanında yerləşən, ümumi sahəsi 99 kv/m olan qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 3.000 manat olmaqla X10 icarəyə verilmişdir.

5. İddiaçı ilə X7 arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 138a ünvanında yerləşən, ümumi sahəsi 99 kv/m olan qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 1.000 manat olmaqla X3 icarəyə verilmişdir.

6. İddiaçı ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 140A ünvanında yerləşən, ümumi sahəsi 65,40 kv.m olan qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 1.500 manat olmaqla X2 icarəyə verilmişdir.

7. İddiaçı ilə X4 arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixli icarə müqaviləsi ləğv edilmişdir.

8. İddiaçı ilə Bakı şəhəri 25 saylı Vəkil Bürosu arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən X18 prospekti, 140A ünvanında yerləşən, ümumi sahəsi 52 kv.m olan qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 1.512 manat olmaqla Bakı şəhəri 25 saylı Vəkil Bürosuna icarəyə verilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən yaradılmış maneələrin, yəni çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi və dəymiş maddi zərərin əvəzi olaraq 25 000 manat məbləğində pulun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi aşağıda göstərildiyi kimi əsaslandırılmışdır:

10.1. Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 140A ünvanında yerləşən sahəsi 65,40 kv.m və 52 kv.m, eləcə də X18 prospekti, 138A ünvanında 99 kv.m olmaqla qeyri-yaşayış sahələri xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçı sözügedən qeyri-yaşayış sahələrini ayrı-ayrılıqda müxtəlif şəxslərə icarəyə verməklə ailəsini dolandırır. Cavabdeh bir ilə yaxındır ki, heç bir qanuni əsas olmadan, eləcə də ərazidə tikinti aparılmasını təsdiq edən sərəncam, müvafiq icazə, məlumat lövhəsi olmadan ərazini hasara almış, iddiaçının mülkiyyətçi kimi mülkiyyət hüquqlarını tam məhdudlaşdırmışdır. 10.2. Mülkiyyətində olan qeyri-yaşayış sahələri müxtəlif şəxslərə 2022-ci ildən icarəyə verilsə də, cavabdehin iddiaçıya yaratdığı süni maneələr hesabına həmin icarəçilər icarə haqlarını 50% azaltmış, bəziləri isə ümumiyyətlə işləyə bilmədikləri üçün icarə sahəsini tərk edib çıxıb getmişdir. Bu da öz növbəsində iddiaçıya küllü miqdarda maddi ziyan vurmuşdur. Ümumilikdə cavabdehin iddiaçıya vurduğu ziyanın məbləği 25000 manat təşkil edir. İddiaçı dəfələrlə cavabdehə şifahi, yazılı formada müraciət edib mülkiyyətçi kimi yaradılmış maneələrin aradan qaldırılmasını tələb etsə də, hal-hazıra qədər heç bir nəticə verməmişdir. Cavabdehin mülkiyyətdə olan ərazini hasara alması qanuna ziddir və bunun nəticəsində iddiaçı mülkiyyətindən istifadə hüquqlarından məhrum olunmuş, nəticədə küllü miqdarda ziyana düşmüşdür. Bu səbəbdən cavabdeh təşkilat tərəfindən yaradılmış maneələr, yəni, çəkilmiş hasar onların hesabına sökülməli və dəymiş maddi ziyanın əvəzi cavabdehdən tutulmalıdır.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) göndərilməsi qərara alınmış, iş materialları xx.xx.2024-cü il tarixdə həmin məhkəməyə daxil olmuşdur.

12. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın rədd olunması, ekspertiza xərci olaraq 100 manatın İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X5, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN– **********, hesab AZ34CTRE********************) köçürülməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

13.1. İddiaçının maneələrin aradan qaldırılması tələbi neqator iddiadır. Mülki qanunvericilikdə neqator iddianın məzmunu açıqlanmışdır. Neqator iddia sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntuların aradan qaldırılması barədə iddiadır. Neqator iddianın məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrum etmə ilə bağlı olmayan digər səlahiyyətlərini (istifadə və sərəncam səlahiyyətlərini) müdafiə etməklə pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddianın məqsədi üç niyyətlə şərtlənir, birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara bilən hərəkətlərin qarşısını qabaqcadan almaq məqsədi; üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək (məsələn, mülkiyyətçinin evinin pəncərəsi qarşısında tikilən hasarı sökmək və s.). Neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir. İddiaçı faktiki əsas kimi sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntu kimi qanunsuz qurğu – hasarın ucaldıldığına istinad etdiyindən mülki qanunvericiliyin özbaşına tikinti və onun nəticələri ilə bağlı normaları nəzərdən keçirilə bilər. Mülki Məcəllənin 180-ci maddəsinin məzmunundan göründüyü kimi, tikililər tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edildikə özbaşına tikili hesab edilir. Göstərilən üç haldan ən azı birinin mövcudluğu tikilinin qanunvericiliyin tələblərinə riayət edilməklə inşa edilməsini istisna edir. Bununla belə, həmin tikilinin sökülməsi tələbinə münasibətdə hüquqi dəyərləndirmə ilk öncə “subyektiv hüquq”a malik olma kontekstində aparılmalıdır. Bu həm də özbaşına tikinti və onun nəticələrini müəyyən edən müvafiq qanunun müddəalarından irəli gəlir, çünki Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən, bu cür tələbi irəli sürmək hüququna malik olan subyektlərin dairəsi müvafiq icra hakimiyyəti orqanı və ya “maraqlı tərəf”lə məhdudlaşdırılmışdır. Beləliklə, məhkəməyə göstərilən məzmunlu iddia ərizəsi ilə müraciət etmiş şəxsin “maraqlı tərəf” sayılması qanunvericilikdə məhz tikilinin onun hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmasının təsdiq edilməsi ilə şərtləndirilmişdir, tikili qanunvericiliyin tələblərinə cavab verməsə belə, şəxs yalnız bu zaman həmin tikilinin sökülməsini tələb etmək hüququ qazanır. 13.2. Hazırda mübahisələndirilən qurğu – hasar iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 140A ünvanında yerləşən sahəsi 65,40 kv.m və 52 kv.m, eləcə də X18 prospekti, 138A ünvanında yerləşən sahəsi 99 kv.m olan qeyri-yaşayış sahələrinin ətrafında ucaldıldığından iddiaçının mövcud iddia ilə çıxış etməyə subyektiv hüququ mövcuddur. Buna görə də məhkəmə şəhərsalma və tikinti qanunvericiliyində hasarların çəkilməsi ilə bağlı normaları nəzərdən keçirməyi zəruri hesab edir. Qeyd edilən normalardan göründüyü kimi, şəxsin icarəsində olan torpaq sahəsində hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan hasarlar ucaltması üçün icazə və ya məlumatlandırma icraatı tələb olunmur. Həmçinin Bakı şəhər İcra Hakimiyyəti ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli 1778 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin 3.1-ci bəndinə əsasən, «İcarəyəverənin» razılığı ilə icarəyə götürülmüş torpaq sahələrində torpaqdan təyinatı üzrə səmərəli istifadə etmək məqsədilə tikililər və avadanlıqlar quraşdırmaq icarəçinin hüquqlarından biridir. 13.3. Məhkəmə cavabdeh tərəfindən ucaldılmış hasarların cavabdehə Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2023-cü il tarixli 164 nömrəli sərəncamı ilə ayrılmış və xx.xx.2024-cü il tarixli 1778 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə üzrə icarəyə verilmiş 1,6 ha torpaq sahəsinin daxilində yerləşməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə xx.xx.2024-cü il tarixli 2-2(113)-3385/2024 nömrəli qərardadla məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/7452 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, F.Yusifov və A.Nemətulla küçələrinin kəsişməsində F.X.Xoyski küçəsi boyunca Cavabdeh tərəfindən çəkilmiş hasarların (metal lövhələr) xx.xx.2023-cü il tarixli torpaq sahəsinin planına əsasən Cavabdeh istifadəsinə ayrılmış 1,6 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Göründüyü kimi, qeyd edilən qurğunun – hasarın özbaşına tikinti hesab edilməsi üçün əsas yoxdur. 13.4. Bununla yanaşı, şəhərsalma və tikinti normalarında o da nəzərdə tutulmuşdur ki, tikinti meydançasının təşkilində məqsəd tikinti işlərinin təhlükəsizlik tələblərinə, eləcə də şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən olunmuş digər tələblərə uyğun aparılmasını təmin etməkdən ibarətdir. Tikinti meydançasının sərhədləri tikinti layihələri əsasında müəyyənləşdirilir. Tikinti zamanı üçüncü şəxslərə ziyan vurulmasının qarşısını almaq məqsədilə tikinti meydançası tikinti işlərinə başlamazdan əvvəl hasara alınmalı (reklam qurğularının tikintisi zamanı istisna olmaqla) və müvafiq xəbərdarlıq nişanları quraşdırılmalıdır. Hasarlar tikinti işlərinin aparılması zamanı tikinti materiallarının və məmulatının tikinti meydançasından kənara düşməsinin qarşısını ala bilməli və işıqlandırılmalıdır. İddiaçıya məxsus əmlakların olduğu binaların yerləşdiyi ərazidə söküntü işlərinin aparıldığı (qanuniliyindən asılı olmayaraq) işin müəyyən olunan halıdır. Belə olan halda, həmin işlərin aparılması tikinti materiallarının və məmulatının tikinti meydançasından kənara düşməsinin qarşısını ala bilmək üçün hasarlanmanı zəruri edir. Məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin 16 dekabr 2024-cü il tarixli tikinti işlərinin dayandırılması barədə 1219 nömrəli qərarından görünür ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması qərara alınmışdır. Göründüyü kimi, şəhərsalma və tikinti qanunvericiliyinə əsasən, hətta lazımi icazələr alınmadığı üçün tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi halda belə, tikintinin podratçısı (podratçı olmadığı hallarda sifarişçisi) üçüncü şəxslərin həyatının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyini təmin etmək məqsədilə tikinti meydançasında mühafizə tədbirləri görməlidir. Şəhərsalma və tikinti qanunvericiliyinə əsasən qeyd edilənlərdən aydın olur ki, hazırkı halda hasarları çəkmək nəinki icarəçi kimi cavabdehin hüququdur, belə növ hasarın çəkilməsi hazırda bilavasitə qanunvericiliyin tələbidir. 13.5. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırda iddiaçının mülkiyyətçi kimi və sahibkar kimi mənafeləri ilə üçüncü şəxslərin həyat və sağlamlığı ilə bağlı olan ictimai maraqlar arasında da balans qorunmalıdır. İş materiallarından görünür ki, kimə ünvanlanmasından asılı olmayaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə- Konstruktor və Texnoloji İnstitutunun 10 mart 2022-ci il tarixli Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 138A və 140A ünvanında yerləşən yaşayış binalarının texniki vəziyyəti haqqında aktından görünür ki, bina uzun müddət təmirsiz istismar edildiyindən bütün inşaat elementləri fiziki aşınmaya məruz qalmışdır. Dam örtüyü fiziki aşınmalara məruz qalaraq yararsız vəziyyətə düşmüşdür. Atmosfer suları bilavasitə yuxarı mərtəbələrə sızdığından mənzillərin örtük tavalarını və divarlarını yararsız vəziyyətə salmışdır. Binada yanğın təhlükəsizliyini təmin etmək məqsədi ilə insanların təxliyyəsi üçün nəzərdə tutulmuş bütün mərtəbələrin dəhlizləri sakinlər tərəfindən müxtəlif taxta və digər materiallardan düzəldilmiş tikililərlə məhdudlaşdırmışdır. Bütün su, kanalizasiya elektrik xətləri, aksessuarları, binanın daxilində və xaricində xaotik şəkildə, inşaat normalarına riayət olunmadan quraşdırılmışdır. Üstü açıq qalan elektrik xətləri, asılı vəziyyətdə qalan beton qırıqları sakinlərin həyatı üçün təhlükə mənbəyidir. Binanın texniki vəziyyəti qəzalıdır. Bununla əlaqədar aşağıdakı təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir: sakinlər köçürülməli; binaya daxil olan kommunikasiya xətlərinin fəaliyyəti dayandırılmalı; binanın ətrafı çəpərlənməli; binaya giriş qadağan edilməli və digər lazımi tədbirlər görülməlidir. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X6 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun 28 noyabr 2024-cü il tarixdə təsdiq edilmiş Bakı şəhəri, Nərimanov rayonu, X18, Faiq Yusifov və Ağa Nemətulla küçələrinin kəsişməsində yerləşən yaşayış və yataqxana binalarının texniki vəziyyəti barəsində rəyindən görünür ki, X18 küçəsi, 138A və 140A saylı ünvanlarda yerləşən yataqxana binaları 2 girişli, 4 mərtəbəli, planda düzbucaqlı şəkilli olub 1963-cü ildə inşa edilmişdir. Binaların əsas yükdaşıyan divarlarının qalınlığı 0,4 metr olmaqla mişarlanmış əhəng daşından yerinə yetirilmişdir. Mərtəbəarası örtükləri boşluqlu panellərdəndir. Damı yastı tipli olub yumşaq materiallar ilə örtülmüşdür. Yataqxana binalarının plan həlli birtipli layihə əsasında dəhliz sistemlidir (eni 2,00 metr). Dəhlizin hər iki tərəfində yataq otaqları, kəllə (yan) tərəflərdə bütün mərtəbələrdə ümumi istifadə üçün nəzərdə tutulan sanitar qovşaqları (tualet və hamam), mətbəx və saxlanc otaqları yerləşir. Baxış zamanı yataqxana binalarında aşağıda qeyd edilən qüsurlar müşahidə olundu: yataqxana binaları uzun müddət təmirsiz istismar edildiyindən fiziki cəhətdən köhnəlmişdir; təmirsiz istismar nəticəsində binaların ümumi sahələrində və fasadlarında hörgü və suvaq məhlulları aşınmışdır; binaların əsas yükdaşıyan divarlarında müxtəlif ölçülü keçici çatlar yaranmışdır; yığma dəmirbeton elementlərdən olan eyvanların beton mühafizə qatları aşınmış, armatur milləri isə açıqda qalaraq ciddi şəkildə korroziyaya uğramışdır; bəzi sahələrdə mərtəbəarası örtüklər birbirinə nəzərən deformasiyaya uğramışdır; binaların yığma demir - beton elementlərdən olan pilləkən tirlərində müxtəlif ölçülü çatlar yaranmış, pilləkənin tapdaqları isə aşınaraq armatur milləri açıqda qalmışdır; binaların ümumi sahələrində - sanitar qovşaqlarında kommunikasiya xətlərindən axan suların təsirindən boşluqlu panellərin beton mühafizə qatları aşınmış, armaturlar isə ciddi şəkildə korroziyaya uğramışdır; binaların əsas yükdaşıyan divarlarında da sakinlər tərəfindən gücləndirmə tədbirləri görülmədən müxtəlif ölçüdə boşluqlar açılmış və sonradan inşa edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə keçid yaradılmışdır; binaların fasadları boyunca sakinlər tərəfindən sonradan müxtəlif inşaat materiallarından olmaqla yaşayış və qeyri-yaşayış sahələri inşa edilmişdir; binaların əksər mənzillərində açıq eyvanlar müxtəlif inşaat materialları ilə hörülərək bağlanmış və genişləndirilmişdir; yuxarıda qeyd olunan əlavə tikililər və yenidənqurma işləri binanın yükgötürmə qabiliyyətinin azalmasına səbəb olmuş, onun tikinti və fəza sərtliyini xeyli zəiflətmişdir; binaların ümumi sahələrində və fasadları boyunca kommunikasiya xətləri xaotik şəkildə çəkilmişdir; binaların kommunikasiya xətləri istismar üçün yararsızdır; yaşayış binaları mövcud tikinti norma və qaydalarına cavab vermir; binalar qüvvədə olan seysmik normaların tələblərinə cavab vermir; yaşayış binaları memarlıq nöqteyi nəzərindən heç bir tarixi əhəmiyyət kəsb etmir. Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi 138A və 140A saylı ünvanlarda yerləşən 4 mərtəbəli yataqxana binaları texniki cəhətdən qəzalı vəziyyətdədir, istismar üçün yararsızdır. 13.6. Adıçəkilən rəy və aktdan göründüyü kimi, məhz iddiaçıya məxsus əmlakların yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, X18 küçəsi 138A və 140A saylı ünvanlarda yerləşən binalar qəzalı vəziyyətdə olduğundan üçüncü şəxslərin hüquqları naminə ərazinin hasarlanmalı olması qənaətinə gəlinmişdir. Bu mənada hazırkı halda, həmin hasarların mövcudluğunun iddiaçının mülkiyyət hüququna mütənasib müdaxilə hesab olunması məsələsi də araşdırılmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 13-cü maddəsi ilə mükiyyət toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Bununla belə, bu toxunulmazlıq mütləq deyildir və məhdudlaşdırıla bilər. Mülkiyyət hüququ məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Hazırda isə iddiaçının icarə obyeklərinə giriş-çıxış məhdudlaşdırılmadan (məhkəməyə iddiaçı tərəfindən təqdim edilən videoyazı və xx.xx.2025-ci il tarixli 10/7452 nömrəli ekspert rəyindəki fotoşəkillərlə bu hal təsdiq olunur) hasarlar çəkildiyindən qeyd edilən məhdudiyyət də mütənasib hesab edilməlidir. 13.7. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, iddiaçı tərəfindən özbaşına tikinti – qanunsuz olaraq hasarın çəkilməsi ilə sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntu təsdiq edilmədiyindən iddia tələbi – cavabdeh tərəfindən yaradılmış maneələr, yəni çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi hissəsində rədd edilməlidir. 13.8. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi zərərlə bağlı ümumi müddəaları əks etdirir. Həmin norma zərərin əvəzinin ödənilməsi tələbinin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin hüquqi əsası mülki hüququn müvafiq normalarında əks olunmuşdur. Hazırkı tələb isə bilavasitə delikt hüququna əsaslanır. Mülki Məcəllənin doqquzuncu bölməsi mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər adlanır. Mülki Məcəllənin 1096-cı maddəsi mülki hüquq pozuntusuna anlayış verir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Verilən anlayışdan aydın olur ki, mülki hüquq pozuntusunun tərkibi hüquqazidd əməl, bu əməllə zərər arasında səbəbli əlaqə və təqsirdir. Göründüyü kimi, deliktin yaranması üçün üç mühüm şərtin olması vacibdir və bu, bütün deliktlər üçün ümumi normadır. Lakin işin yuxarıda göstərilən hallarından cavabdehin hüquqazidd əməli öz təsdiqini tapmadığından iddiaçıya dəymiş zərərdən də söhbət gedə bilməz. Bu mənada nəzərə alınmalıdır ki, yalnız hüquqazidd əməl öz təsdiqini tapdığı halda, səbəbli əlaqə, təqsir və son nəticədə zərərin qiymətləndirilməsi aparıla bilərdi. Belə olan halda, məhkəmə şahid kimi dindirilən X8 ifadələrinə hüquqi qiymət verilməsinə ehtiyac görmür. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi dəymiş zərərin əvəzinin ödənilməsi hissəsində də rədd edilməlidir. 13.9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixli 10/7452 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 100 manat təşkil edir. Məhkəmə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin edilmədiyini nəzərə alaraq belə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, ekspertiza xərci olaraq 100 manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

14. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21, 152.5, 157.4, 180, 180.4, 385.1, 1096-cı maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1, 74, 74.1, 79.1.3, 79.2, 80.1, 80.4, 92.4.1, 92.6, 95.1.2-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarına, Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarına, Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 107, 115.0, 115.0.4, 119.1-ci maddələrinə istinad etmişdir.

15. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “... Cavabdeh tərəfindən qanunsuz tikinti işlərinin aparılması İddiaçı mülkiyyət hüququnu faktiki olaraq pozmuşdur. Belə ki, tikinti-söküntü işlərinin aparıldığı əraziyə yaxınlıqda İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahələri vardır, hansı ki, onları müxtəlif şəxslərə icarəyə verərək ailəsini dolandırır. Lakin Cavabdeh tərəfindən həyata keçirilən hasarlama nəticəsində icarə obyektlərindən istifadə çətinləşmiş, icarəçilərin narazılığına səbəb olmuşdur. Nəticədə isə, icarəçilər icarə obyektinin öz qiymətini ödəməkdən imtina etmiş, ödənişlər 50 faizə qədər aşağıya endirilmişdir. Bununla da iddiaçıya xeyli miqdarda zərər dəymişdir. Cavabdeh tikintinin qanuni olduğunu iddia etsə də, faktiki olaraq 3-cü şəxslərin mülkiyyət hüquqlarını pozur. Xüsusi mülkiyyətdə olan qeyri-yaşayış sahəsindən istifadə etməyə imkan vermir, insanların təhlükəsizliyinə və onların fəaliyyətinə mane olur. Bütün bu hallar şübhəsizdir, lakin niyəsə bu məqamlara lazımi hüquqi qiymət verilmir. İddiaçı konstitusion hüququ olan mülkiyyət hüququ pozularaq ona maddi zərər dəymişdir. Hazırki işdə delikt törətmiş Cavabdeh iddiaçıya vurduğu maddi ziyana görə hüquqi məsuliyyət daşımalıdır. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 140a ünvanında 65 və 52 kv.m., 138a ünvanında isə 99 kv.m. sahəsi olan qeyriyaşayış sahələri mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Və 01 oktyabr 2023-cü ildən etibarən adıçəkilən ərazidə qanunsuz hasarlama işlərinin aparılmasına başlanmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısının yaşayış kompleksinin tikintisi məqsədilə Cavabdeh MMC-nin icarə əsasında istifadəsinə verdiyi ərazidə 2023-cü ilin oktyabr ayından qanunsuz hasarlama işləri başlandığından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin təqdim etdiyi sənədlərdən də görünür ki, Bakı Şəhəri İcra Hakimiyyəti ilə icarə müqaviləsi mart ayında bağlanmış, 21 sentyabr 2023-cü il tarixində sərəncam verilmiş, 01 oktyabr tarixində isə artıq bütün ərazi hasarlanmışdır. Yəni, ümumiləşdirsək, aydın məsələdir ki, icarə müqaviləsi mart ayında bağlanmışdır, lakin hələ oktyabr ayından etibarən qanunsuz hasarlama işləri başlanılmışdır. Belə ki, iddiaçı mülkiyyətində olan bir-birinə yaxın yerləşən 3 qeyri-yaşayış sahəsini müxtəlif şəxslərə icarəyə vermişdir. Qeyri-yaşayış sahələrinin biri boşdur, digərində vəkillər fəaliyyət göstərir. Üçüncüsü isə “Xan” şirniyyat evidir, hansı ki, bu obyekt əvvəlcə X10 3000 manata icarəyə verilmişdir, hasarlama başlanandan sonra isə o, icarə obyektindən çıxmışdır. 138A ünvanında yerləşən həmin icarə obyekti bir müddət boş qalmış, daha sonra 1000 manata obyekt X7 ilə 01 aprel 2024-cü ildə bağlanmış icarə müqaviləsi əsasında icarəyə verilmişdir. 6 ayı 3000 manatdan hesablayanda iddiaçıya 18000 manat ziyan dəymişdir. 140A ünvanında yerləşən obyekt 1500 manata X2 icarəyə verilmişdir. Lakin ərazi hasarlanandan sonra o da icarə obyektindən çıxmışdır. İcarə haqqını 6 ay üçün 1500 manatdan hesabladıqda 9000 manat ziyan dəymişdir. İcarəçilər özləri şifahi qaydada bildiriblər ki, ərazi hasarlandığına görə icarə obyektindən çıxırlar. Nəticədə görünür ki, ərazi hasarlandıqdan sonra heç kəs həmin ərazidə icarə münasibətlərinə daxil olmaq istəmir, icarə obyektlərini boşaldırlar və hasarlara görə obyektlər görünmədiyindən kommersiya fəaliyyətinin həyata keçiirlməsinə ciddi surətdə mane olur. Buna görə də əldən çıxmış fayda şəklində dəymiş ziyan tələb olunur. Ümumilikdə, iddiaçıya 25000 manat məbləğində zərər dəymişdir və bu məbləğ iddiaçının bağladığı icarə müqavilələrinə uyğun olaraq hesablanmışdır. Faktiki olaraq burda cavabdeh mart ayında icarə müqaviləsinin imzalanmasından əvvəl - oktyabrdan etibarən hasarları inşa etməyə başlayıb. AzDTN 1.6-2 “Tikintinin təşkili” Azərbaycan Respublikasının dövlət tikinti normalarına əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyinə görə tikinti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və yerli icra hakimiyyəti orqanının nəzarəti altında aparılır. Sifarişçi tikintidə nəzarəti həyata keçirmək məqsədilə həmin orqanları tikinti meydançasında tikinti işlərinə başlama tarixi, tikintinin dayandırılması, konservasiyası və (və ya) başa çatdırılması, habelə obyektin istismara verilməsi barədə qabaqcadan məlumatlandırmalıdır. Sonuncu bənddən görünür ki, tikintiyə başlamazdan əvvəl vətəndaşlara məlumat verilməli, köçürülmə həyata keçirilməlidir. Hazıki işdə isə tam əksinə - hasarlama başladıqdan sonra əhali köçürülməklə bağlı məlumatlandırılmışdır. Aydındır ki, cavabdehin qəbul etdiyi sərəncamın şərtləri və Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyinin tələbləri MMC tərəfindən kobud surətdə pozulmuş, Şəhərsalma və Tikinti sahəsində olan qanunvericliyin tələblərinə riayət edilməmişdir. Bu isə sərəncamın ləğvi üçün əsas hesab olunmalıdır. Bununla da Cavabdeh hüquqazidd əməli sübuta yetirilir. Səbəbli əlaqə və təqsir də olduğundan burada konkret olaraq mülki hüquqi məsuliyyətin yaranması üçün əsas vardır. Cavabdehin fəaliyyəti nəticəsində iddiaçıya maddi zərər dəydiyindən və bu fəaliyyətin davam etdirilməsi halında bu ziyanın artacağından Məhkəmə qətnamə qəbul edərək Cavabdeh müvafiq ərazidəki fəaliyyətinə son qoymalıdır. Bu cür fəaliyyəti dayandırmaqdan və ya ona xitam verməkdən imtina edilməsi zərərçəkənləri həmin fəaliyyətlə vurulmuş zərərin əvəzinin ödənilməsi hüququndan məhrum etmir. Ümumilikdə isə iddiaçıya dəymiş zərərin ödənilməsi nəinki onun hüququdur, hətta qanunvericiliyin tələbidir. Məhkəmə bu mübahisəyə baxarkən prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Məhkəmə sübutlara obyektiv və qərəzsiz baxılması prinsiplərinə əməl etməmişdir. Faktiki olaraq vaxtından əvvəl, rəsmi icazə olmadan hasarlama işlərinə başlanılması halını qiymətləndirməmiş, Bakı Şəhər İcra Hakimiyyət Orqanı və Cavabdeh arasında bağlanan sərəncam və icarə müqaviləsinin tarixləri nəzərə alınmamışdır. Faktiki olaraq konstitusion hüququn pozulduğu halda, Məhkəmənin işin hallarını və sübutlarını lazımi qiymətləndirməməsi ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qarşısını almışdır. Beləliklə, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmayaraq, qanunsuz qətnamə qəbul etmişdir.”

Apellyasiya şikayətinə qarşı etiraz

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya baxışı, izahatlar

17. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehin nümayəndəsi (vəkili) isə apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin 11 iyun 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və ekspertin qarşısında - Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 140A ünvanında yerləşən, ümumi sahəsi 65,40 kv.m olan qeyri-yaşayış sahəsinin icarə haqqının orta bazar qiyməti hasar çəkilənədək (2023-cü ilin oktyabr ayına qədər) nə qədər olmuşdur? Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 140A ünvanında yerləşən, ümumi sahəsi 65,40 kv.m olan qeyri-yaşayış sahəsinin icarə haqqının orta bazar qiyməti hasar çəkiləndən sonra (2023-cü ilin oktyabr ayından xx.xx.2024cü il tarixə qədər) nə qədər olmuşdur? Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 140A ünvanında yerləşən, ümumi sahəsi 52 kv.m olan qeyri-yaşayış sahəsinin icarə haqqının orta bazar qiyməti hasar çəkilənədək (2023-cü ilin oktyabr ayına qədər) nə qədər olmuşdur? Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 140A ünvanında yerləşən, ümumi sahəsi 52 kv.m olan qeyri-yaşayış sahəsinin icarə haqqının orta bazar qiyməti hasar çəkiləndən sonra (2023cü ilin oktyabr ayından xx.xx.2024-cü il tarixə qədər) nə qədər olmuşdur? Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 138A ünvanında yerləşən, ümumi sahəsi 99 kv.m olan qeyri-yaşayış sahəsinin icarə haqqının orta bazar qiyməti hasar çəkilənədək (2023-cü ilin oktyabr ayına qədər) nə qədər olmuşdur? Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 138A ünvanında yerləşən, ümumi sahəsi 99 kv.m olan qeyri-yaşayış sahəsinin icarə haqqının orta bazar qiyməti hasar çəkiləndən sonra (2023-cü ilin oktyabr ayından xx.xx.2024-cü il tarixə qədər) nə qədər olmuşdur? – sualları qoyulmuşdur

19. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti 140A ünvanında yerləşən, ümumi sahəsi 65,40 kv.m olan qeyri-yaşayış sahəsinin icarə haqqının orta bazar qiyməti hasar çəkiləndən əvvəl və sonra 1750,0 manat olmuş, Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 140A ünvanında yerləşən, ümumi sahəsi 52 kv.m olan qeyri-yaşayış sahəsinin icarə haqqının orta bazar qiyməti hasar çəkilənədək 1400 manat, hasar çəkildikdən sonra 600 manat olmuş, Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 138A ünvanında yerləşən, ümumi sahəsi 99 kv.m olan qeyri-yaşayış sahəsinin icarə haqqının orta bazar qiyməti hasar çəkilənədək 3300 manat, hasar çəkiləndən sonra isə 1300 manat olmuşdur.

20. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının “çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi” tələbi ayrıca icraata ayrılmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Maddə 203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə.

23. Maddə 203.5. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir.

24. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

25. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

26. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

27. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

28. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

29. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

30. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı

31. “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

35. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

38. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

43. İddiaçının “dəymiş maddi zərərin əvəzinin tutulması” tələbi mülkiyyət hüququna müdaxiləyə görə kompensasiya (əvəz) ödənilməsi ilə bağlı olduğundan, iddiaya mülkiyyət hüququnun müdаfiəsi ilə bаğlı qanunvericilik çərçivəsində qiymət verilməlidir.

44. Azərbaycan Respublikasının tərəf olduğu və mahiyyət etibarilə mülkiyyət hüququnu təmin edən Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi (§ 30) üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı iş).

45. Avropa Məhkəməsinin presedent hüququna əsasən, müdaxilə - “qanunla nəzərdə tutulmuş şərtlərə” uyğun olaraq həyata keçirilməli; “ictimai marağa” uyğun olmalı və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığı” müəyyən etməlidir.

46. İstismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması şübhəsiz olsa da, belə fəaliyyət nəticəsində mülkiyyət hüququna olunan müdaxilənin cəmiyyətin ümumi maraqları ilə əsas hüquqlardan biri olan mülkiyyətin müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyubqorumadığı əhəmiyyət kəsb edir.

47. Buna görə də kollegiya, prosessual qənaət prinsipindən çıxış edərək birbaşa olaraq aşağıdakı sualı araşdıracaq: cavabdehin tikinti fəaliyyəti nəticəsində iddiaçının mülkiyyət hüququndan istifadəsinə yaranan məhrumiyyət (müdaxilə) cəmiyyətin ümumi maraqlarının tələbləri ilə iddiaçının əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?.

48. İddiaçı hesab edir ki, cavabdehin fəaliyyəti nəticəsində onun mülkiyyət hüququndan istifadə imkanı faktiki olaraq məhdudlaşdırıldığı üçün vurulmuş zərər (itirilmiş gəlir) ödənməlidir; cavabdeh isə iddiaya etiraz edərək hasarlanmanın tikinti təhlükəsizliyinin təmin edilməsi məqsədilə qanunla nəzərdə tutulmuş qaydada çəkildiyini və iddiaçının gəlir itkisinə görə heç bir məsuliyyət daşımadığını irəli sürür.

49. Birinci instansiya məhkəməsi iddiaçının əmlakının ətrafında cavabdeh MMC tərəfindən “çəkilmiş hasarın özbaşına tikili olmadığı”nı, “hasarları çəkməyin nəinki icarəçi kimi cavabdehin hüququ, belə növ hasarın çəkilməsinin bilavasitə qanunvericiliyin tələbi” olduğunu, “iddiaçıya məxsus əmlakların yerləşdiyi ünvanlarda yerləşən binalar qəzalı vəziyyətdə olduğundan üçüncü şəxslərin hüquqları naminə ərazinin hasarlanmasının zəruriliyi”ni və buna görə “məhdudiyyətin də mütənasib hesab edilməli olduğu”nu, “hasarın qanunsuz çəkildiyi təsdiq edilmədiyindən” iddia tələbinin “çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi hissəsində rədd edilməli” olduğunu, həmin tələb əsassız olduğundan “maddi zərərin ödənilməsi” tələbinin də təmin edilməməli olduğunu vurğulamaqla müvafiq nəticəyə gəlmişdir.

50. Kollegiya bir daha qeyd edir ki, iddiaçının “dəymiş maddi zərərin əvəzinin tutulması” tələbi mülkiyyət hüququna müdaxiləyə görə kompensasiya (əvəz) ödənilməsi ilə bağlı olduğundan, bu tələbin əsaslılığına qiymət verilərkən müdaxilənin qanuni olub-olmamasından əlavə, onun “ictimai marağa” və mülkiyyətçinin hüquqları və cəmiyyətin maraqları arasında “ədalətli tarazlığa” da uyğun olub-olmadığı müəyyənləşdirilməlidir.

51. Başqa sözlə, hasarın tikinti təhlükəsizliyinin təmin olunması məqsədi ilə qanuni əsaslarla çəkildiyi və “ictimai marağa” uyğun olduğu qəbul edilsə belə, bu hal iddiaçının “dəymiş maddi zərərin əvəzinin tutulması” tələbinin rəddi üçün əsas ola bilməz – bunun üçün müvafiq müdaxilənin (hasarın çəkilməsinin) həm də “ədalətli tarazlığa” uyğunluğu sübuta yetirilməlidir.

52. Bu kontekstdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müvafiq iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlməmiş, “ictimai marağın” təmin olunması istiqamətində fəaliyyət göstərsə belə, həm də kommersiya marağı olan MMC-nin iddiaçıya yaratdığı məhrumiyyətlə həmin maraqların arasında “ədalətli tarazlığın” pozulduğunu nəzərə almamışdır.

53. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının mülkiyyət hüququndan istifadəsi yalnız "xxxx" məqsədilə deyil, həm də MMC-nin kommersiya marağının təmin olunması məqsədilə məhdudlaşdırılmışdır və “ədalətli tarazlığın” qorunub-qorunmadığına qiymət verilərkən həmin kommersiya marağının mövcudluğu da gözdən keçirilməli idi.

54. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının “çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi” tələbi ayrıca icraata ayrılmışdır və hasarın qanuni olub-olmadığı məsələsinə gələcəkdə qiymət veriləcəkdir.

55. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə əsasən iddiaçı, Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti 138A ünvanında yerləşən, ümumi sahəsi 99 kv/m olan qeyri-yaşayış sahəsini aylıq icarə haqqı 3000 manat olmaqla X10 icarəyə vermişdir.

56. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X13 göstərmişdir ki, iddiaçı ilə 2023-cü ilin sentyabr ayında qeyri-yaşayış sahəsini 3000 manata icarəyə götürməyə razılaşmış, ancaq obyektin qarşısının bağlandığını gördüyü üçün orada fəaliyyət göstərməmiş, icarə haqqını ödəmədən obyektdən çıxmışdır.

57. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə əsasən isə sözügedən qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 1000 manat olmaqla X3 icarəyə verilmişdir.

58. Belə olan halda kollegiya hesab edir ki, 2023-cü il oktyabr ayından (hasarın çəkildiyi vaxtdan) 12 mart 2024-cü il tarixinədək (iddia ərizəsinin verilmə tarixinədək) olan 5 ay 12 günlük dövrdə iddiaçı real gəlirdən məhrum qalmışdır.

59. Beləliklə icarə müqaviləsi, işə apellyasiya qaydasında baxılarkən əldə edilən məhkəmə-əmtəəşünaslıq rəyi (§ 19) və şahid ifadəsi birlikdə qiymətləndirildikdə, iddiaçının Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 138A ünvanında yerləşən, ümumi sahəsi 99 kv/m olan qeyri-yaşayış sahəsi üzrə (5 ay üzrə ( 5 x 3.000=15.000); 12 gün üzrə ((3.000 : 12= 96,8);(12 x 96,8=1.161,6)); 15.000 + 1.161,6=16.161,6) 16.161,6 manat məbləğində itirilmiş gəlir formasında zərərə məruz qaldığı sübut olunmuşdur.

60. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı hasarlanma başlayan zamandan 12 mart 2024-cü il tarixinə qədər olan dövr üzrə dəymiş ziyanı tələb etdiyindən xx.xx.2024-cü il tarixli icarə müqaviləsi üzrə məhrum olduğu gəlir hazırki mübahisənin predmetini təşkil etmir.

61. Digər qeyri-yaşayış sahələrinə münasibətdə isə iddia tələbi rədd edilməlidir.

62. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 140A ünvanında yerləşən, ümumi sahəsi 65,40 kv.m olan qeyri-yaşayış sahəsi 1500 manata X2 icarəyə verilmiş, xx.xx.2024-cü il tarixdə isə sözügedən icarə müqaviləsi ləğv edilmişdir. Həmçinin birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçı bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 140A ünvanında yerləşən qeyri-yaşayış sahəsini 1500 manata icarəyə verir və həmin obyektlə bağlı zərəri yoxdur.

63. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, sözügedən qeyri-yaşayıs sahəsi ilə bağlı həmin dövr üzrə iddiaçının faktiki gəlir itkisi müəyyən edilmir.

64. Bakı şəhəri, Nərimanov rayonu, X18 prospekti, 140A ünvanında yerləşən, ümumi sahəsi 52 kv.m olan qeyri-yaşayış sahəsinə münasibətdə qeyd olunmalıdır ki, sözügedən obyekt xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 25 saylı Vəkil Bürosuna icarəyə verilmişdir, lakin icarə münasibətlərinə xitam verilməsi, obyektin boşaldılması halı iş materialları ilə sübut olunmadığından məhkəmə kollegiyası bu obyekt üzrə gəlirdən məhrum qalma faktını təsdiq olunmuş hesab etmir.

65. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “maddi ziyanın ödənilməsi”nə dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin olunaraq İddiaçı xeyrinə 16 161,6 manat Cavabdehndən tutulmalıdır.

66. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə kollegiya hesab edir ki, apellyasiya şikayətini verərkən ödədiyi 85 manat dövlət rüsumunun əvəzi qismində 27,5 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin, yaxud apellyasiya dəlilinin olub-olmamasına bağlı deyildir.

67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-203/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinin rədd edilməsi hissəsində ləğv olunsun. İddiaçı Cavabdehnə qarşı “maddi ziyanın əvəzinin tutulması” tələbi qismən təmin edilsin. Cavabdehndən maddi ziyanın əvəzi qismində 16 161,6 (on altı min yüz altmış bir manat altmış qəpik) manat İddiaçı xeyrinə tutulsun. Həmin iddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 85 manat dövlət rüsumunun 27,5 (iyirmi yeddi manat əlli qəpik) manatı Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddiaçı “çəkilmiş hasarın cavabdehin hesabına sökülməsi” tələbinin ayrıca icraata ayrıldığı nəzərə alınsın. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar