Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-511/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X3 və cavabdehin nümayəndəsi (vəkili) X2 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı1 ASC-nin (ləğvedicisi X1) cavabdeh “xxxxxxxxxxxx” MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-66/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı LPO İddiaçı1 ASC cavabdeh “xxxxxxxxxxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “xxxxxxxxxxxx” MMC-dən xx xxxx 2012-ci il tarixli, 266/F23 saylı təminatsız kredit müqaviləsinə əsasən əsas borc üzrə 4861,41 manat, faiz borcu üzrə 2364,73 manat, cərimə borcu üzrə 1013,31 manat, cəmi 8239,45 manat borcun və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xərcinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında bağlanmış xx xxxx 2012-ci il tarixli, 266/F23 saylı təminatsız kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 18% olmaqla, 100.000 manat məbləğində kredit verilmiş, lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Mübahisəni məhkəmədən kənar qaydada həll etmək məqsədilə cavabdehə borcun qaytarılması üçün şifahi və yazılı xəbərdarlıqlar heç bir nəticə verməmiş, cavabdeh borcu ödəməmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-66/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. İddia müddətinin tətbiq olunmaqla iddianın rədd edilməsi bərabərlik və obyektivlik prinsiplərinin pozulması deməkdir. Çünki, məhkəmə işin tam və obyektiv araşdırılması üçün iddiaçıya pretenziya xarakterli məktub göndərib və borclu krediti götürən zamandan etibarən tam və düzgün qaydada ödəniş etməmişdir. Bu da onun əvvəldən ödəniş etmək fikrində olmadığını sübut edir. Qətnamə əsassızdır. Məhkəmənin iddia müddətinin axımının iddia ərizəsinin geri qaytarılması səbəbindən yenidən hesablanmsı və bu səbəbdən iddia tələbinin rədd edilməsi yanlış qərardır. Çünki bank tərəfindən bank tərəfindən kredit müqaviləsindəki ünvan göstərilmiş, lakin bütün bunlar məhkəmə tərəfindən nəzərə alınmamış, məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013, xx.xx.2014 və xx.xx.2008-ci il tarixli qərarlarını nəzərə almamışdır. İddia müddəti tətbiq edilən müqavilələrdən birini Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən maddəsində kredit müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borgluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Qeyd olunmalıdır ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi ilk növbədə tərəfin qanuni maraqlarına və mülki dövriyyyənin sabitliyinə xidmət edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Ə.Yusifov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək şikayətin təmin olunmasını, cavabdehin nümayəndəsi (vəkili) E.Səfərov onunla razılaşmamış, iddia müddətinin buraxılmasının iş materiallarına əsasən öz təsdiqini tapdığını bildirərək, qətnamənin qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlillərindən aydın görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiq edilməsini işin hallarına və maddi və prosessual hüquq normalarına uyğun hesab etmir. İddiaçı bu mövqeyini iddia müddətini ötürmədiyini bəyan etməklə deyil, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini vicdansızcasına pozmasına, əvvəldən onun ödəniş etmək fikrində olmadığını bildirməklə, məhkəmənin diqqətini daha çox işin borcla bağlı mahiyyətinə dəlalət edən hallarına çəkməyə çalışır. Yalnız bir halda iddiaçı iddia müddətini buraxılmadığını sübuta yetirməyə çalışaraq öz dəlillərində mübahisələndirir ki, məhkəmənin iddia müddətinin axımının iddia ərizəsinin geri qaytarılması səbəbindən yenidən hesablanmsı və bu səbəbdən iddia tələbinin rədd edilməsi yanlış qərardır. Çünki, bank tərəfindən kredit müqaviləsindəki ünvan göstərilmiş, lakin bütün bunlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, tərəflər arasında təminatsız kredit müqaviləsi xx xxxx 2012-ci il tarixdə 12 ay müddətinə bağlanmış, həmin müddətin sonunda xx xxxx 2013-cü il tarixdə tərəflərin həmin müqaviləyə 1 saylı Əlavə imzalayaraq həmin müqavilənin müddətini xx.xx.2014-cü il tarixinə qədər uzadılmış, daha sonra xx xxxx 2014-cü il yenidən kredit müqaviləsinə əlavə imzalanmaqla müqavilə müddəti yenidən xx.xx.2015-ci il tarixinə qədər uzadılmışdır. Daha sonra, 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2- 1(81)-1404/2016 nömrəli qərarı ilə İddiaçı1 ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış, həmin qərara əsasən X1 bankın ləğvedicisi təyin edilmişdir. Ləğvedici tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh banka qeyd olunan kredit müqaviləsi ilə üzərinə düşən öhdəliklərini tam yerinə yetirməmiş, onun banka əsas borc üzrə 4.861,41 manat qalıq borcu, 2.364,73 manat qalıq faiz borcu və ödənişin gecikdirilməsinə görə hşesablanmış 1.013,31 manat cərimə borcu mövcud olmaqla, banka olan cəmi borcu 8.239,45 manat təşkil edir. İddiaçının təqdim etdiyi maliyyə arayışı və hesabdan çıxarışa əsasən müəyyən edilir ki, cavabdehin kredit müqaviləsi banka həyata keçirdiyi son ödənişi isə xx.xx.2015-ci il tarixində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcələsinin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məcəllənin qeyd olunan tələbləri nəzərə alınmaqla tədqiq iş materialları üzrə təhlil aparıldıqda aşağıdakılar müəyyən edilir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə son ödəniş xx.xx.2015-ci il tarixində həyata keçirildiyi halda, qanunla müəyyən olunan üç illik müqavilə müddətinin son günü xx.xx.2018-ci il tarixinə düşür. İşdə olan məhkəmə aktlarına, göndərmə məktublarına və üzərindəki qeydlərə və poçt xidməti qəbzinə, iddia ərizəsinə, üzərindəki və s. əsasən müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı ilk öncə 2018-ci ilin avqust ayında iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə 152.1.4-cü maddəsinə əsasən onun iddia ərizəsi geri qaytarılmış və o, həmin qərardadı xx.xx.2018-ci il tarixində almışdır. Bundan sonra, xx.xx.2018-ci il tarixində (hazırkı tələbləri ilə eynilik təşkil edən) yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, onun həmin iddia ərizəsi də həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə geri qaytarılmış və həmin qərardadı da iddiaçı xx.xx.2018-ci il tarixində almışdır. Qeyd olunan qərardaların isə iddiaçı tərəfindən mübahisələndirilmədiyi işin mübahisələndirilməyən halıdır. Göründüyü kimi hər iki halda, iddiaçının iddia ərizəsi geri qaytarılmışdır. Onun iddia ərizələri geri qaytarıldığı, yəni, icraata qəbul edilmədiyi halda, isə iddia müddətinin kəsilməsinə səbəb də ola bilməz. İddiaçının hazırkı iddia ərizəsi isə xx.xx.2018-ci il tarixində imzalanmış, xx.xx.2019cu il tarixində poçt xidmətinə təqdim edilmiş və xx.xx.2019-cu il tarixində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuş və həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmənin icraatına qəbul edilmişdir.(SKY Mail Servisin qəbzi). Beləliklə də qeyd olunanlardan göründüyü kimi, iddiaçı mübahisələndirilən kredit müqaviləsi üzrə iddia müddətini 2 aydan da çox ötürmüşdür. Belə olan halda, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə də müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən faktlarnöqteyi nəzərindən cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə əsasən iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması mahiyyəti üzrə düzgün nəticədir. MPM-in 385.2-ci maddəsinin tələbində isə nəzərdə tutulur ki, məhkəmənin fakitlar nöqteyi nəzərindən qanuni və əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğunu və əsassız qətnamə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-66/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən (cərimə) hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ləğvetmə prosesində olan İddiaçı1 ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-66/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-511/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-511/2020
01.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver