Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-511/2025 25.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı «pul» tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-38/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X8nun xx.xx.2019-cu il tarixli 1.0.1 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-01201LE/2019 saylı Razılaşma imzalanmışdır. Razılaşma müştəri Cavabdeh1 elektron imzası ilə təsdiq edilmişdir
2. Bank xidmətlərinin göstərilməsinə dair X8nun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının: 1-ci bəndinin 1-ci yarımbəndinə əsasən həmin müqavilədə müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartların verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. 1-ci bəndinin 2-ci yarımbəndinə əsasən müqavilədə qeyd olunan xidmətlərdən hər birinin bank tərəfindən müştəriyə təqdim olunması üçün bu müqavilədən başqa müvafiq ərizə formalarının da müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq banka təqdim olunması tələb olunur. İV-cü bəndinin 1.1-ci yarımbəndinə əsasən bank “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə və ya birdəfəlik verilən kredit (birdəfəlik, bərpa olunan, bərpa olunmayan, overdraft, tranş kredit, invoys əsasında maliyyələşdirmə və ya qarantiya /akkreditivin maliyyələşdirilməsi, kredit xətti və s.kimi öhdəliklər) üçün Müştəriyə “Maliyyələşdirmə üçün ərizə” forması göstərilən şərtlərlə kredit verir. Kredit üzrə faizlərin hesablanması və ödənilməsi qaydası , qevvədə olma müddət , cərimə, məqsəd, Müştəriyə verilməsi qaydasıvə bu kimi “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunacaq. Həmin müqavilənin Kredit (Maliyyələşdirmə) adlanan İV-cü bəndinin 1.4-cü yarımbəndinə əsasən kredit limitinin ayrılması bankın müştəriyə kredit vermək vədini ifadə etmir. “Maliyyələşmə üçün ərizə” formasında göstərilən məbləğ çərçivəsində müştərinin hər bir kredit sifarişinə ayrıca baxılır və qərar verilir. Müsbət qərar olduğu təqdirdə tərəflər arasında müvafiq kredit şərtləri göstərilərək “Maliyyələşmə üçün ərizə” imzalanır. İV-cü bəndinin 3.1-ci yarımbəndinə əsasən kredit, bank tərəfindən kredit məbləğinin müştəriyə bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir. İV-cü bəndinin 3.2-ci yarımbəndinə əsasən müştəri kreditdən istifadəyə görə banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir.
3. İddiaçı ASC (bank) ilə Cavabdeh2 MMC (müştəri) xx.xx.2020-ci il tarixli DC00200950-01 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 19%, illik cərimə faizi 15%,kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 34% olmaqla, 41 900 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. Ərizə müştəri Cavabdeh1 elektron imzası ilə təsdiq edilmişdir.
4. İddiaçı ASC (bank) ilə Cavabdeh2 MMC (müştəri) xx.xx.2020-ci il tarixli DC00200950-02 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 18%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 33% olmaqla, 50 000 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. Ərizə müştəri Cavabdeh1 elektron imzası ilə təsdiq edilmişdir.
5. İddiaçı ASC (bank) ilə Cavabdeh2 MMC (müştəri) xx.xx.2021-ci il tarixli DC00200950-03 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16.5%, illik cərimə faizi 16.5%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31.5% olmaqla, 96 852 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. Ərizə müştəri Cavabdeh1 elektron imzası ilə təsdiq edilmişdir.
6. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli,DG**********50 saylı zaminlik müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən bank ilə borc alan arasında müqavilənin 2.3-cü bəndində göstərilən kredit müqaviləsi əsasında borc alana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən kreditlə əlaqədar olaraq borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik: DC00200950-03 saylı maliyyələşdirmə üçün ərizə. 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmetini borc alana illik 16.5% olmaqla 96852 manat məbləğində və 18 ay müddətə birdəfəlik kredit təşkil edir. 3-cü bəndinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.məbləği həcmində məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən borc alan zaminliklə birlikdə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamindən borc alanın öhdəliyi üzrə yaranan bütün xərcləri ödəməyi tələb etmək hüququna malikdir. Müqavilə bank tərəfindən imza və möhür ilə, zamin tərəfindən imza ilə təsdiq edilmişdir.
7. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli,DG**********95 saylı zaminlik müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən bank ilə borc alan arasında müqavilənin 2.3-cü bəndində göstərilən kredit müqaviləsi əsasında borc alana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən kreditlə əlaqədar olaraq borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik: DC00200950-02 saylı maliyyələşdirmə üçün ərizə. 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmetini borc alana illik 18 % olmaqla 50 000 manat məbləğində və 18 ay müddətə birdəfəlik kredit təşkil edir. 3-cü bəndinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.məbləği həcmində məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən borc alan zaminliklə birlikdə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamindən borc alanın öhdəliyi üzrə yaranan bütün xərcləri ödəməyi tələb etmək hüququna malikdir. Müqavilə bank tərəfindən imza və möhür ilə, zamin tərəfindən imza ilə təsdiq edilmişdir.
8. İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli, DG**********64 saylı zaminlik müqaviləsi imzalanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən bank ilə borc alan arasında müqavilənin 2.3-cü bəndində göstərilən kredit müqaviləsi əsasında borc alana veriləcək müqavilənin 2.2-ci bəndində göstərilən kreditlə əlaqədar olaraq borc alan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borc alan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. 2.1-ci bəndinə əsasən zaminliklə təmin olunan öhdəlik: DC00200950-01 saylı maliyyələşdirmə üçün ərizə. 2.2-ci bəndinə əsasən zaminliklə təmin olunan müqavilənin predmetini borc alana illik 19 % olmaqla 41 900 manat məbləğində və 18 ay müddətə birdəfəlik kredit təşkil edir. 3-cü bəndinə əsasən zamin bank qarşısında borcalanın müqavilənin 2.1-ci bəndində göstərilən öhdəliyi üzrə banka olan borcları, həmçinin bu öhdəliklə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.məbləği həcmində məsuliyyət daşıyır. 5.1-ci bəndinə əsasən borc alan zaminliklə birlikdə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamindən borc alanın öhdəliyi üzrə yaranan bütün xərcləri ödəməyi tələb etmək hüququna malikdir. Müqavilə bank tərəfindən imza və möhür ilə, zamin tərəfindən imza ilə təsdiq edilmişdir.
9. PB/BPŞ-OUT-00410-2023/10 nömrəli, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixinəCavabdeh2 MMC-nin: - DC00200950-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə İddiaçı ASC-yə əsas borc 9845.11 manat, cərimə borcu 4174.88 manat olmaqla cəmi borcu 140919.99 manat təşkil edir. Gecikmə günü: 500; - DC00200950-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə İddiaçı ASC-yə əsas borc 32311.49 manat, faiz borcu 2901.58 manat,cərimə borcu 11.673.54 olmaqla cəmi borcu 46886.61 manat təşkil edir. Gecikmə günü: 500; - DC00200950-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə İddiaçı ASC-yə əsas borc 56859.47 manat, cərimə borcu 12587.25 manat olmaqla cəmi borcu 69446.72 manat təşkil edir. Gecikmə günü: 500;
10. İddiaçı ASC tərəfindən Cavabdeh2 MMC və Cavabdeh1 pretenziya məktubu ilə müraciət edilərək, müvafiq müqaviləyə əsasən Bank qarşısında yaranmış gecikmiş öhdəliklərinin icrası xahiş edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8137 saylı ekspert rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 28 avqust 2020-ci il tarixli DC00200950-01 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixə) əsas borc üzrə 8.306,70 manat, faiz borcu üzrə 1.964,07 manat, 17 dekabr 2020-ci il tarixli DC00200950-02 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixə) əsas borc üzrə 31.318,10 manat, faiz borcu üzrə 8.205,34 manat. 15 fevral 2021-ci il tarixli DC002Q0950-03 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixə) əsas borc üzrə 57.887,42 manat, faiz borcu üzrə 6.686,00 manat Cavabdeh2 MMC-nin banka olan borcu müəyyən olunur. Qeyd edilir ki, iş materiallarında 28 avqust 2020-ci il tarixli DC00200950-01 saylı, 17 dekabr 2020-ci il tarixli DC00200950-02 saylı və 15 fevral 2021-ci il tarixli DC00200950-03 saylı kredit müqavilələri üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh2 MMC -yə cərimə hesablanmadı.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/2959/2024 saylı ekspert rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 28 avqust 2020-ci il tarixli DC00200950- 01 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 8.306,70 manat, faiz borcu üzrə 2213.97 manat, 17 dekabr 2020-ci il tarixli DC00200950-02 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 31.318,10 manat, faiz borcu üzrə 9097.91 manat. 15 fevral 2021-ci il tarixli DC002Q0950-03 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə (maliyyə arayışında tələb olunan tarixə) əsas borc üzrə 57.887,42 manat, faiz borcu üzrə 8198.31 manat Cavabdeh2 MMC-nin banka olan borcu müəyyən olunur. Qeyd edilir ki, iş materiallarında 28 avqust 2020-ci il tarixli DC00200950-01 saylı, 17 dekabr 2020- ci il tarixli DC00200950-02 saylı və 15 fevral 2021-ci il tarixli DC00200950-03 saylı kredit müqavilələri üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh2 MMC -yə cərimə hesablanmadı.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/6527/2024 saylı ekspert rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış 28 avqust 2020-ci il tarixli DC00200950- 01 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 8.306,70 manat, faiz borcu üzrə 2213,97 manat, 17 dekabr 2020-ci il tarixli DC00200950-02 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 31.318,10 manat, faiz borcu üzrə 9097,91 manat. 15 fevral 2021-ci il tarixli DC002Q0950-03 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə əsas borc üzrə 57.887,42 manat, faiz borcu üzrə 8198,31 manat Cavabdeh2 MMC-nin banka olan borcu müəyyən olunur. Qeyd edilir ki, iş materiallarında 28 avqust 2020-ci il tarixli DC00200950-01 saylı, 17 dekabr 2020-ci il tarixli DC00200950-02 saylı və 15 fevral 2021-ci il tarixli DC00200950-03 saylı kredit müqavilələri üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh2 MMC -yə cərimə hesablanmadı. Birinci instansiya məhkəməsindəki icraat:
14. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DC00200950-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9,845.11 manat əsas borc, 4,174.88 manat cərimə borcu olmaqla, cəmi 14,019.99 manat məbləğində borcun; DC00200950-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 32,311.49 manat əsas borc, 2,901.58 manat faiz borcu, 11,673.54 manat cərimə borcu olmaqla, cəmi 46,886.61 manat məbləğində borcun; - DC00200950-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 56,859.47 manat əsas borc, 12,587.25 manat cərimə borcu olmaqla, cəmi 69,446.72 manat məbləğində borcun;mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 21 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X8nun xx.xx.2019-cu il tarixli 1.0.1 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC- 01201LE/2019saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X5 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda OnGTC-01201LE/2019 saylı Razılaşma çərçivəsində İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixli DC00200950-01 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 19%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 34% olmaqla, 41 900 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. Bundan başqa Bank ilə Borcalan Cavabdeh2 MMC arasında bağlanmış DC00200950-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli DG**********64 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bununla yanaşı İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X8nun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-00200950LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X5 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda OnGTC00200950LE/2019 saylı Razılaşma çərçivəsində tərəflər arasında: - xx.xx.2020-ci il tarixli DC00200950-02 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 18%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 33% olmaqla, 50.000 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmiş; - xx.xx.2021-ci il tarixli DC00200950-03 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16.5%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 31.5% olmaqla, 96.852 manat məbləğində zəruri xərclər üçün birdəfəlik kredit verilmişdir. Bundan başqa Bank ilə Borcalan Cavabdeh2 MMC arasında bağlanmış DC00200950-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixli DG**********95 saylı zaminlik müqaviləsi, DC00200950-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli DG**********50 saylı zaminlik müqaviləsi bağlanmışdır. Lakin Borcalan DC00200950-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 500 gün, DC00200950-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 500 gün, DC00200950-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 469 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borcalanın xx.xx.2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: - DC00200950-01 saylı kredit müqaviləsinə əsasən 9,845.11 manat əsas borc, 4,174.88 manat cərimə borcu olmaqla, cəmi 14,019.99 manat; - DC00200950-02 saylı kredit müqaviləsinə əsasən 32,311.49 manat əsas borc, 2,901.58 manat faiz borcu, 11,673.54 manat cərimə borcu olmaqla, cəmi 46,886.61 manat; - DC00200950-03 saylı kredit müqaviləsinə əsasən 56,859.47 manat əsas borc, 12,587.25 manat cərimə borcu olmaqla, cəmi 69,446.72 manat təşkil edir. Buna görə də Bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bundan başqa iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında 9 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı ASC mediasiya prosesi üzrə 400 manat məbləğində xidmət haqqı və iddia ərizəsinin verilməsinə görə 21 manat dövlət rüsumu ödəmişdir. X7 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X8nun 4-cü bölümünün 5.2.1-ci bəndinə əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə Bank Müştəriyə verilən Krediti vaxtından əvvəl ləğv edə və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda X7 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur.
16. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qaydada DC00200950-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 9845.11 manat əsas borc, 121.19 manat faiz borcu, 4583,68 manat cərimə borcu olmaqla, cəmi 14549,98 manat; DC00200950-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 32311.49 manat əsas borc, 2901,58 manat faiz borcu, 13,361.84 manat cərimə borcu olmaqla, cəmi 48,574.91 manat;- DC00200950-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 56,859.47 manat əsas borc, 3311.01 manat faiz borcu, 12112,13 manat cərimə borcu olmaqla, cəmi 72,282.61 manat məbləğində borcun; mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 26 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-861/2024 saylı qətnaməsi ilə iddia qismən edilmiş, Cavabdeh2 MMC-dən xx.xx.2020-ci il tarixli DC00200950-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 9845.11 manat əsas borc, 121.19 manat faiz borcu, 492.25 manat cərimə borcu; xx.xx.2020-ci il tarixli DC00200950-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 32,311.49 manat əsas borc, 2901.58 manat faiz borcu,1615.55 manat cərimə borcu və Cavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli DC00200950-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 56859.47 manat əsas,3311.01 manat faiz borcu,2589.45 manat cərimə borcu və mediasiya xərcinin əvəzi olaraq 400 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC yə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 250 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməsi müəyyən edilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X8nun xx.xx.2019-cu il tarixli 1.0.1 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-01201LE/2019 saylı Razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X5 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda X8 çərçivəsində İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixli DC00200950-01 saylı,xx.xx.2020-ci il tarixli DC00200950-02 saylı, xx.xx.2021-ci il tarixli DC00200950-03 saylı maliyyələşdirmə üçün ərizələr imzalanmış və Bank tərəfindən Borcalana həmin ərizələrdə göstərilən müddətə və məbləğdə kredit xətti ayrılmışdır. Bundan başqa Bank ilə Borcalan arasında bağlanmış DCL00261621-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında DG**********50, DG**********95, DG**********64 saylı zaminlik müqavilələri bağlanmış, iddiaçı razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh2 MMC kredit müqaviləsi üzrə, Cavabdeh1 isə bankla aralarında bağlanmış zaminlik müqaviləsi üzrə əsas kredit borcunu öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehlərin iddiaçıya borcu yaranmışdır. Mübahisəli kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği işin mübahisəli halı olduğundan həmin halın müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizaları keçirilmiş, lakin hər iki rəyin məzmunundan göründüyü kimi, ekspertiza rəylərində müəyyən edilən məbləğ bir-birinə ziddiyyət təşkil etməklə, faiz borcları iddia tələbində tələb edilən faiz borclarından bir neçə dəfə fərqli göstərilmişdir. Məhkəmə iddia tələbinin əsas borca dair hissədə iddiaçının nümayəndəsi və vəkili tərəfindən audio video yazı ilə keçirilmiş 24 avqust 2023-cü il tarixli iclasda mübahisələndirilmədiyini, faiz borcunun isə ekspert rəylərində həm bir-birindən fərqli məbləğlər olmaqla, həmçinin faiz borcunun iddia tələbi həcmindən xeyli miqdarda artıq hesablandığını, əsas borcun isə iddiaçının nümayəndəsi tərəfindən mübahisələndirilmədiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, əsas borc və faiz borcuna dair hissədə məhkəmə iddia ərizəsinə əlav əedilmiş digər sübutları əsas götürməli, və iddia tələbində müəyyən edilən əsas borc və faiz borcunu əsaslı hesab etməlidir. Məhkəmə MPM-in 206.1-ci maddəsinə əsasən, ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, hazırkı halda məhkəmə ekspert rəyi ilə razılaşmaması üçün əsaslar mövcuddur, həmin rəylər iş üzrə sübut qismində qəbul edilməməlidir. Cavabdehlərin nümayəndəsi Nümayəndə2 24 avqust 2023-cü il tarixli məhkəmə iclasında iddia ərizəsində qeyd olunan borcu qismən-əsas borc hissəsində etiraf etmiş, digər məbləğ ilə razı olmadığını bildirmişdir. Odur ki, kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində iddia əsaslı olduğundan həmin hissədə Cavabdeh2 MMC-yə aid hissədə təmin edilməlidir. Bundan əlavə iddiaçı kredit müqaviləsi üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə Cavabdeh2 MMC-yə DC00200950-01 saylı müqavilə üzrə 4174.88 manat, DC00200950-02 saylı müqavilə üzrə 11673.54 manat, DC00200950-03 saylı müqavilə üzrə hesablanmış 12587.25 manat məbləğində dəbbə pulunun cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür .Məhkəmə qeyd etmişdir ki, kredit əməliyyatları üzrə maliyyələşdirilmiş pul məbləğlərinin borclu tərəfindən ödənilməsi gecikdirildiyi halda cərimə faizlərinin ödənilməli olması Şərtlər Toplusunda və maliyyələşdirmə üçün ərizələrdə nəzərdə tutulmuşdur. Odur ki, hazırkı halda mübahisəli maliyyələşdirmə üçün ərizə üzrə verilmiş kredit məbləğinin ödənilməsi gecikdirildiyindən iddiaçı həmin ərizə üzrə əsas borc məbləğinə hesablanmış dəbbə pulunun ödənilməsini də tələb etmək hüququna malikdir. Dəbbə pulunun məbləğinə gəldikdə məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinin tələblərini əsas görürməklə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu (müqavilələr üzrə əsas borca nisbətdə 5 faiz məbləğində) DC00200950-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 492.25 manat, DC00200950-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1615.55 manat, DC00200950-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2589.45 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə zamin Cavabdeh1 xx.xx.2020-ci il tarixli DC00200950- 01 saylı,xx.xx.2020-ci il tarixli DC00200950-02 saylı, xx.xx.2021-ci il tarixli DC00200950-02 saylı müqavilələr üzrə borc alan Cavabdeh2 MMC-nin bütün öhdəliklərinə zamin durmuş, lakin DC00200950-01 saylı maliyyələşdirmə üçün ərizənin müddəti xx.xx.2022-ci il tarixdə, DC00200950-02 saylı kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmiş və həmin öhdəliklərə görə zaminə qarşı Mülki Məcəllənin 477-ci maddəsində göstərilən müddət ərzində tələb irəli sürülməmişdir. Qeyd olunan halı nəzərə alaraq məhkəmə hesab etmişdir ki, zamin Cavabdeh1 qarşı həmin maliyyələşdirmə üçün ərizələr üzrə (xx.xx.2021-ci il tarixli DC00200950-03 saylı müqavilə istisna olmaqla) tələb irəli sürülə bilməz, yəni yuxarıda göstərilən zaminlik müqavilələri üzrə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə göstərilən müddətlər keçdiyindən zaminliyə xitam verilməli, və Cavabdeh1 aid hissədə xx.xx.2020-ci il tarixli DC00200950-01 saylı,xx.xx.2020-ci il tarixli DC00200950-02 saylı müqavilələr üzrə idda təmin edilməməlidir. Belə olan halda məhkəmə işə iddia tələbləri həddində baxaraq hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh2 MMC-dən xx.xx.2020-ci il tarixli DC00200950-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə 9845.11 manat əsas borc, 492.25 manat cərimə borcu; xx.xx.2020-ci il tarixli DC00200950-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 32311.49 manat əsas borc,2901.58 manat faiz borcu, 1615.55 manat cərimə borcu vəCavabdeh2 MMC və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli DC00200950-03 saylı maliyyələşdirmə üçün ərizə üzrə 56859.47 manat əsas,2589.45 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR Mülki Məcəlləsinin 385.1, 386, 442, 443.1, 448.1, 462.1, 467, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739 və 743-cü maddələrinə istinadla əsaslandırmışdır.
20. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-38/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin borcun Cavabdeh1 tutulmayan hissəsində ləğv edilməsini və qətnamə üzrə təmin edilmiş borcun cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəf öhdəliyini pozduğu üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edilməzdən əvvəl mediasiya prosesini başlamaq üçün bank tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. xx.xx.2023-cü il tarixdə İlkin Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Mediasiya sessiyasından sonra cavabdeh tərəfindən barışıq üçün müraciət edilmiş, lakin barışıq baş tutmadığında, bank tərəfindən borcun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023 tarixdə müraciət edilmişdir. Göründüyü kimi mediasiya prosesinin tətbiqi barədə təklifin göndərildiyi xx.xx.2023 tarixdən mediasiya arayışının verildiyi xx.xx.2023 tarixə kimi 29 gün müddətinə zaminə qarşı iddia müddətinin axımı dayandırılmışdır. Nəzərə alınsa ki, DC00200950-02 saylı müqavilənin müddəti xx.xx.2022 tarixdə bitir, o zaman bu müqavilənin təminatı olan DG**********95 saylı zaminlik müqaviləsi üzrə iddia müddəti 1 il sonra, yəni xx.xx.2023 tarixdə bitir. Lakin Mediasiya prosesinə görə iddia müddətinin axımı 29 gün müddətinə dayandığı üçün həmin zaminlik müqaviləsi üçün iddia müddəti 29 gün sonra, yəni xx.xx.2023 tarixdə bitmiş sayılır. Bank tərəfindən də məhkəməyə iddia xx.xx.2023 tarixdə verildiyi üçün DG**********95 saylı zaminlik müqaviləsi və xx.xx.2020-ci il tarixli DG**********64 saylı zaminlik müqaviləsi üzrə iddia müddəti ötürülməmiş sayılır. Qətnamədən də göründüyü kimi məhkəmə qanunvericiliyin normalarını nəzərə almamışdır və qanunun müəyyən etdiyi imperativ tələblərə riayət edilmədən tərtib edilmiş məhkəmə qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi, hazırkı mübahisədə zaminlik müqaviləsi üzrə iddia müddətinin ötürülməsinin müəyyən edilməsi zamanı işin halları ətraflı araşdırılmamışdır. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq iddia müddətlərinin axımının dayandırıldığı hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Bildirir ki, məhkəmə tərəfindən Mediasiya haqqında qanunun və Mülki Məcəllənin mediasiya dövrü ərzində iddia müddətinin axımının dayandırılması hallarını nəzərə almadan, qətnamə qəbul etmişdir ki, bu da zaminlik müqavilələri üzrə iddia müddətinin ötürülməməsi üçün əhəmiyyətlidir. Şikayətdə sadalanan pozuntular, yəni işin hallarının prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmaması və qiymətləndirilməməsi qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə də dəlalət edir. Bu barədə yuxarıda kifayət qədər dəlil göstərilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
22. Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 etiraz mahiyyətli ərizə ilə müraciət edərək, qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olduğundan, maddi hüquq normaları ilə əsaslandırıldığından və zəruri olan bütün prosessual hərəkətlərə riayət edildiyindən əsaslıdır və dəyişdirilməməlidir. Belə ki, bütün sübutlar birinci instansiya məhkəməsinə təqdim edilməli olduğu halda iddiaçı apellyasiya instansiyasına birinci instansiya məhkəməsində araşdırılmayan sübutlar təqdim etmişdir. MPM-yə əsasən yeni sübutlar o halda təqdim edilə bilər ki, onların birinci instansyaya təqdim edilməsi onların iradəsindən aslı olmamış və bu mümkün olmamışdır. Lakin iddiaçının təqdim etmiş olduğu sübütun birinci instansiyaya təqdim edilməməsi onlardan asılı olmuş olsa da bu onlar tərəfindən zamanında təqdim edilməmişdir. Hesab edir ki, belə olan halda apellyasiya şikayətində göstərilən əsaslar qəbul edilə bilməz. Sonda qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
23. Digər cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları: 24 İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. 25 Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 26 Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 izahatında apellyasiya şikayətinə etiraz etdi, şikayətin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq:
25. Mülki Məcəllənin:
-379.1.6-cı maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. -379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. -467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. - 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. -mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
26. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
27. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir: iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir;iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.
Apellyasiya baxışının hədləri:
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı apellyasiya şikayətində qətnaməni DC00200950-01 saylı və DC00200950-02 kredit müqavilələri üzrə borcun tutulması tələbinin Cavabdeh1 münasibətdə rədd edilməsi hissəsində mübahisələndirmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı müvafiq olaraq həmin hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Belə ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X8nun xx.xx.2019-cu il tarixli 1.0.1 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-01201LE/2019 saylı razılaşma və həmin razılaşma çərçivəsində bağlanmış xx.xx.2020-ci il tarixli DC00200950-01 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 19% olmaqla 41 900 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə birdəfəlik kredit verilmişdir. Bununla yanaşı İddiaçı ASC ASC ilə cavsabdehCavabdeh2 MMC arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X8nun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-00200950LE/2019 saylı Razılaşma imzalanmış, həmin razılaşma çərçivəsində bağlanmış xx.xx.2020-ci il tarixli DC00200950-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən iddiaçı tərəfindən Cavabdeh2 MMC-yə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 18% olmaqla 50.000 manat məbləğində əməliyyat xərclərinin ödənilməsi məqsədi ilə; xx.xx.2021-ci il tarixli DC00200950-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən isə xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 16.5% olmaqla, 96.852 manat məbləğində zəruri xərclər üçün birdəfəlik kredit verilmişdir. İddiaçı ilə digər Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli DG**********64 saylı; xx.xx.2020-ci il tarixli DG**********95 saylı və xx.xx.2021-ci il tarixli DG**********50 saylı zaminlik müqavilələrinə əsasən Cavabdeh1 Cavabdeh2 MMC-nin yuxarıda göstərilən maliyyələşdirmə üçün ərizələr üzrə öhdəliklərinə zamin durmuşdur. Hazırda İddiaçı ASC yuxarıda göstərilən maliyyələşdirmə üçün ərizələr üzrə borcun cavabdehlərdən müştərək qaydada tutulmasını tələb edir.
33. Birinci instansiya məhkəməsi DC00200950-01 saylı və DC00200950-02 saylı maliyyələşdirmə üçün ərizələr (kredit müqavilələri) üzrə borcun tutulması tələbinə dair iddianı Cavabdeh1 münasibətdə rədd etmiş və əsas kimi sözügedən kredit müqavilələrinin təminatı olaraq cavabdehlə bağlanmış zaminlik müqavilələri üzrə zaminliyə müddətin bitməsi əsası ilə xitam verilməsinə istinad etmişdir.
34. Bununla bağlı kollegiya qeyd edir ki, DC00200950-01 saylı maliyyələşdirmə üçün ərizə üzrə kreditin verilmə müddəti xx.xx.2022-ci il tarixdə, DC00200950-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə kreditin verilmə müddəti isə xx.xx.2022-ci il tarixdə bitmiş, lakin həmin öhdəliklər üzrə zaminə qarşı Mülki Məcəllənin 477-ci maddəsində göstərilən müddət ərzində tələb irəli sürülməmiş, hazırkı iddia ərizəsi yalnız xx.xx.2023-cü il tarixdə qaldırılmışdır.
35. İddiaçı apellyasiya şikayətində istinad etdiyi - birinci instansiya məhkəməsinin zaminliyə xitam verilməsi barədə qənaətə gələrkən mediasiya prosesinin davam etdiyi müddət ərzində zaminliyin verilmə müddətinin axımının dayanmasını nəzərə almaması barədə - dəlillərinə gəldikdə iş materiallarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdehlərə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş və xx.xx.2023-cü il tarixdə mediator tərəfindən ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir.
36. Sözügedən dəlillərə münasibətdə kollegiya ilk növbədə Mülki Məcəllənin 477.0.4-cü maddəsində nəzərdə tutulan zaminliyin verilməsi müddətinin hüquqi təbiəti ilə bağlı qeyd etməyi zəruri sayır ki, həmin müddət kreditorun müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi və ya lazımi qaydada istifadə etməsi nəticəsində hüquqa xitam verilməsini nəzərdə tutan kəsici müddətdir. Mülki hüquqda kəsici müddətlər dedikdə subyektiv hüququnun zamana görə qüvvədə olduğu müddətlər başa düşülür. Həmin müddətlər hüquq sahiblərinə onların hüquqlarının həyata keçirilməsi üçün vaxt verməklə yanaşı mülki dövriyyənin müəyyənliyinin və dayanıqlığının təmin edilməsinə yönəlir. Pozulmuş hüquqların məhkəmədə müdafiə edilməsi imkanını aradan qaldıran iddia müddətlərindən fərqli olaraq kəsici müddətlərin başa çatması hüququn özünün mövcudluğuna xitam verir. Buna görə də iddia müddətlərindən fərqli olaraq kəsici müddətin axımı dayanmır, kəsilmir və bərpa olunmur.
37. Beləliklə, zaminliyin verilmə müddəti kəsici müddət olduğundan mübahisə bağlı mediasiya prosesinin keçirilməsi həmin müddətin axımına hər hansı təsir göstərmir, mediasiya prosesinin davam etdiyi dövr ərzində iddia müddətinin axımının dayandırılmasını nəzərdə tutan Mülki Məcəllənin 379.1.6-cı maddəsinin mübahisəli hüquq münasibətinə tətbiqi isə istisna olunur.
38. Digər tərəfdən o da vurğulanmalıdır ki, mediasiya prosesi xx.xx.2023-cü il tarixdə başa çatdığı halda DC00200950-01 saylı müqavilə üzrə zaminliyin verilməsi müddəti xx.xx.2023-ci il tarixdə, DC00200950-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə zaminliyin verilmə müddəti isə xx.xx.2023-cü başa çatmışdır, yəni mediasiya prosesi başa çatdıqdan sonra iddiaçı zaminliyin qüvvədə olduğu müddət ərzində məhkəmədə iddia qaldırmaq üçün kifayət qədər vaxtı mövcud olmuşdur.
39. O da qeyd edilməlidir ki, DC00200950-01 saylı müqavilə üzrə kreditin verilmə müddəti xx.xx.2022-ci il tarixdə bitdiyi halda hazırkı iddia həmin tarixdən 1 il 4 aydan artıq müddət sonra, xx.xx.3023-cü ildə qaldırılmışdır. Digər tərəfdən mediasiya haqqında qanunvericiliyinin tələblərinə əsasən mediasiya prosesinin uzadıldığı hallar istisna olmaqla (hazırkı halda uzadılma olmamışdır) həmin prosesin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edir. Göstərilən halları nəzərə alındıqda aydın görünür ki, mediasiya prosesinin davam etdiyi 30 günlük müddət sözügedən müqavilə üzrə əsas öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni xx.xx.2022-ci il tarixdən hesablanan bir illik zaminliyin verilməsi müddətinə daxil edilməsəydi belə sözügedən müqavilə üzrə zaminliyin verilməsi müddəti iddia qaldırılanadək bitmiş olacaqdı.
40. Yuxarıda göstərilənlərə əsasən , kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq belə qənaətə gəlir ki, xx.xx.2020-ci il tarixli DG**********64 saylı; xx.xx.2020-ci il tarixli DG**********95 saylı zaminlik müqavilələri üzrə Mülki Məcəllənin 477.0.4-cü maddəsində göstərilən müddətlər keçməklə zaminliyə xitam verildiyindən Cavabdeh1 qarşı xx.xx.2020-ci il tarixli DC00200950-01 saylı və xx.xx.2020ci il tarixli DC00200950-02 saylı maliyyələşdirmə üçün ərizələr üzrə tələb irəli sürülə bilməz. Odur ki, həmin hissədə iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
41. Apellyasiya şikayəti təmin edilmədiyindən MPM-in 119.5-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-38/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Cəmilə Musayeva