Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-512/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu, Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, iddiaçının nümayəndəsi X5 və cavabdehin iştirakı ilə, İddiaçı ləğv prosesində olan QSC “Bank Standard» Kommersiya Bankının (ləğvedicisi X3) Cavabdeh qarşı «kredit borcun tutulması və s. tələblərinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-219/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-219/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx xxxxxx 2011-ci il tarixli 161/02/29/11 saylı kredit müqaviləsi üzrə 15531,80 manat məbləğində əsas borc, 129,50 manat məbləğində faiz borcu, 30,12 manat məbləğində cərimə borcu, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış 2258,58 manat məbləğində faiz borcu, cəmi 17950 manat məbləğində pul, həmçinin məhkəmə və ipotekanın qeydə alınması üçün dövlət rüsumu kimi ödənilmiş 60 manat məbləğində pul tutularaq ləğvetmə prosesində olan QSC “Bank Standard” Kommersiya Banka ödənilməsi, tutmanın ilkin olaraq Cavabdeh LD********** saylı depozit müqaviləsinə əsasən yerləşdirilmiş **********27329701 saylı hesabındakı 220000 manat məbləğində olan əmanətinə yönəldilməsi, **********27329701 saylı hesabda olan pul tələb olunan vəsaitin ödənilməsinə kifayət etmədikdə tutma ilkin satış qiyməti 400000 manat olan Abşeron rayonu Pirəküşkül kəndində Cavabdeh mülkiyyətində olan 1,20 ha torpaq sahəsində yerləşən 1743,9 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli əmlak kompleksinə yönəldilsin və həmin əmlak açıq hərracda satılması qət edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə «e-məhkəmə sistemi» vasitəsilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin həmin xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, müddətin bərpa edilməsindən imtina olunmuşdur. İddiaçı həmin qərardaddan şikayət verərək ləğv edilməsini və müddətin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X4 və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini, “Sanitar-epidimioloji sağlamlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4, 11, 12 və 25-ci maddələrinin tələblərini nəzərə alaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarına əsasən məhkəmə işləri qeyri-müəyyən vaxta təxirə salınmış, xüsusi karantin rejimi ilə əlaqədar bir sıra sahələr üzrə işlərə məhdudiyyətlər tədbiq edilmişdir. QSC «Bank Standard» KB ləğv prosesindədir. Bankın ləğvedicisi X1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” 2020-ci il 31 mart tarixli 122 nömrəli və “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 2020-ci il 2 aprel tarixli 124 nömrəli qərarlarına əsasən işləmək icazəsi olan təşkilatların siyahısında ƏSF qeyd olunmamışdır. Cavabdeh də müddətin bərpa olunmasına etiraz etməmişdir. Bildirilir ki, elektron imza sahibi Nümayəndə digər əməkdaşlar kimi məlum pandemiya ilə əlaqədar inzibati binaya operativ qərargahın tapşırığına əsasən məhdudlaşdırılmışdır. Bu baxımdan elektron kabinetə giriş etmək mümkün olmamışdır. Beləliklə də üzrlü səbəblərdən qətnamədən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi T.Quliyevşikayəti dəlillərinə uyğun müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdeh isə buna etirazının olmadığını bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin («MPM») 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İş üzrə “Elektron məhkəmə” informasiya sisteminin “sənədlər məhkəmə aktı” bölməsindən (çıxarış əlavə edilir) görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsi xx.xx.2020-ci il tarixdə imzalanmış, iddiaçının səlahiyyətli nümayəndəsi Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində avtomatik yerləşdirilmiş, lakin apellyasiya şikayəti xx.xx.2020-ci il tarixində müddətin bərpası barədə ərizə ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmişdir. Beləliklə də, iddiaçı, MPM-in 360-cı maddəsi ilə müəyyən edilən bir aylıq şikayət vermə müddəti xx.xx.2020-ci il tarixində bitdiyi halda, həmin müddəti 3 ay 05 gün ötürmüşdür . MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunula müəyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İddiaçının birinci instansiya məhkəməsinin qərardadından verdiyi şikayətində müddəti üzrlü sməbəbdən ötürdüyünü bildirərək birinci səbəb kimi onu göstərir ki, dünyaya yayılmış, hamıya məlum pandemiya ilə əlaqədar, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarına əsasən məhkəmə işləri qeyri-müəyyən vaxta təxirə salınmış, xüsusi karantin rejimi ilə əlaqədar bir sıra sahələr üzrə işlərə məhdudiyyətlər tədbiq edilmişdir. İddiaçının istinad etdiyi qeyd olunan hallar müddətin buraxılmasının üzrlü səbəbi kimi qəbul edilə bilməz. Ən azından ona görə ki, xx xxx 2020-ci il tarixdən məhkəmələrin fəliyyəti bərpa olunaraq xx xxxx 2020-ci il tarixinə qədər işlərə baxılması prosessual qanunvericiliyin tələbləri qaydasında davam etmişdir. Konkret halda, qətnamədən apellyasiya şikayəti vermə müddətinin son günü xx.xx.2020-ci il tarixinə düşdüyü gün sərt karantin və məhkəmənin fəaliyyət göstərmədiyi günə təsdüf edirdi. Belə olan halda, MPM-in 129.2-ci maddəsinə müvafiq olaraq, növbəti iş günü, yəni, xx xxx 2020-ci il tarixində artıq məhkəmələr fəaliyyət göstərməyə başlamış və iddiaçı apellyasiya şikayətini həmin Məcəllənin 10.1-3-cü maddəsinin tələbinə müvafiq elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilməli idi. Lakin o, nəinki xx xxx 2020-ci il tarixində, heç xx xxxx 2020-ci il tarixinə qədər belə apellyasiya şikayətini e-kabineti vasitəsilə verməmiş, xx.xx.2020-ci il tarixində yalnız onu “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmişdir . Belə olan halda, iddiaçının şikayətində müddəti buraxmasının üzrlü səbəbi kimi istinad etdiyi bankın ləğvedicisi X2 işləmək icazəsi olan təşkilatlar siyahısında adının qeyd olunmadığını və elektron imza sahibi Nümayəndə digər əməkdaşlar kimi məlum pandemiya ilə əlaqədar inzibati binaya operativ qərargahın tapşırığına əsasən məhdudlaşdırıldığını və elektron kabinetə giriş etmək mümkün olmaması halı da əhəmiyyətsiz olur. Hərçənd istinad olunan bu hal belə üzrlü səbəbi kimi qiymətləndirilə bilməz. Çünki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 122 nömrəli qərarına 1 nömrəli əlavədə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının siyahısında (sıra № 68) və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxx 2020-ci il tarixli 124 nömrəli qərarına 2 nömrəli əlavədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra hərəkətinə yol verilən dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin siyahısında (sıra № 33) X2 adı qeyd edilmişdir. Digər tərəfdən, həm də qeyd olunmalıdır ki, Bakı şəhərində “Elektron məhkəmə” informasiya sistemi mütəmadi fəaliyyət də göstərmiş, ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması həmin sistemdə yaradılan e-kabinet vasitəsilə heç bir məhdudiyyət olmadan həyata keçirilmişdir. Beləliklə də, qeyd edilənləri onu deməyə əsas verir ki, iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət vermə müddətini baraxmasının üzrlü səbəbləri müəyyən olunmur. Çünki, onun üzrlü səbəb kimi istinad etdiyi halların faktiki şərtlərinin mövcudluğu öz təsdiqini tapmır, tamamilə təkzib olunur. Ona görə də məhkəmə kollegiyası belə qənatə gəlir ki, həmin səbəblər müddətin buraxılmasının üzrlü səbəbləri hesab edilə bilməz MPM-in 133.1-ci maddəsinin mənasından da göründüyü kimi məhkəmə o halda işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir ki, qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etsin. «Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxx 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkməsinin qərardadı ilə prosessual müddətin bərpa olunmasından imtina edilməsi işin halları, prosessual qanunvericilyin tələbləri və Konstitusiya Məhkəməsinin qeyd olunan qərarından irəli gələn mövqeyi baxımından əsaslıdır. Ona görə də məhkəmə kollegiyası iddiaçının şikayətinin həmin qərardadın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-219/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və MPM-in 133, 263-264, 395-397, 398, 400, 402-cı maddələrini rəhbər tutaraq kollegiyası q ə r a r a a l d ı: İddiaçı Ləğv prosesində olan QSC “Bank Standard» Kommersiya Bankı (ləğvedicisi X3) tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-219/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz və çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-512/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-512/2020
24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver