Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-512/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh1 qarşı kommersiya işi üzrə Açar söz: kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X8 cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və digər tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-22/2023 nömrəli qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. xx.xx.2019-cu il tarixli, 19/04 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC X5 24 ay müddətinə, illik 16% hesablanmaqla 150.000 manat məbləğində kredit vermişdir.
2. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.
3. xx.xx.2019-cu il tarixli 19/04 nömrəli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2019- cu il tarixli, 19/04 nömrəli kredit müqaviləsi üzrə borcalanın bank qarşısında mövcud olan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə ipoteka qoyan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 0,0978 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7A nömrəli, 2 mərtəbəli, 405,9 m2 ümumi, 124,6 m2 yaşayış, 133 m2 yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evi mülkiyyət hüquqları Azərbaycan ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2019-cu tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ipoteka saxlayan "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin ipoteka müqaviləsində ipoteka predmetinin bazar dəyəri 220.000, likvid dəyəri isə 190.000 manat məbləğində müəyyən edilmişdir. İpoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş və qeydə alınması barədə sübut məhkəməyə təqdim edilmişdir.
4. xx.xx.2021-ci il tarixli ********* nömrəli 30,40 manat məbləğində, xx.xx.2021-ci il tarixli ********* nömrəli 51,34 manat məbləğində, xx.xx.2023-cü il tarixli ********** nömrəli 87,88 manat məbləğində qəbzlərdən görünür ki, "xxxx" ASC ümumilikdə 170,02 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti MMC iddia ərizəsi və tələbin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 19/04 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 115346,74 manat əsas, 21360,29 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu və 10765,54 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc olmaqla, cəmi 147472,57 manat kredit borcunun, iddia ərizəsinin verilməsi üçün ilkin olaraq ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xidmət haqqının, daha sonra tələbin dəqiqləşdirilməsi üçün ödənilmiş ümumilikdə 140,02 manat dövlət rüsumu və bank xidmət haqqının, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10,65 manat dövlət rüsumu və bank xidmət haqqının və 20,71 manat xidmət haqqı və bank xidmət haqqının tutulmasını, Tutmanın Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 0,0978 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 7A saylı, 2 mərtəbəli, 405,9 m2 ümumi, 124,6 m2 yaşayış, 133 m2 yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evinə (yüklülük çıxarışı: seriya RX, Ns 1492983, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin ümumi borca ödənilməsi, Cavabdeh2 əmlaka dair istifadə hüququna xitam verilməklə , ən geci bir ay ərzində mənzili ailə üzvləri ilə birlikdə tərk etmələri və boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilməsi, əks təqdirdə məcburi şəkildə boşaldılaraq təhvil verilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər X1 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Nərimanov filialı ilə cavabdeh X10 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 19/04 saylı kredit müqaviləsinə əsasən X6 24 ay müddətinə, illik 16% hesablanmaqla 150000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə Cavabdeh2 arasında ona məxsus ünvan 1 0,0978 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7A nömrəli, 2 mərtəbəli, 405,9 m2 ümumi, 124.6 m2 yaşayış, 133 m2 yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evinin (Yüklülük çıxarışı: Seriya RX, № 1492983, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2019) ipotekaya qoyulması barədə xx.xx.2019-cu il tarixli, 19/04 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmçinin, kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh1 arasında zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Cavabdehlər kreditin qaytarılması haqqında tərəfimizdən xəbərdar olunmuş, lakin kredit müqaviləsi üzrə öhdəliklər tam olaraq yerinə yetirilməmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-22/2023 nömrəli qərardadı ilə Cavabdeh2 əmlaka dair istifadə hüququna xitam verilməklə , ən geci bir ay ərzində mənzili ailə üzvləri ilə birlikdə tərk etmələri və boşaldılaraq yeni mülkiyyətçisinə təhvil verilməsi, əks təqdirdə məcburi şəkildə boşaldılaraq təhvil verilməsi hissədə iddia tələbləri üzrə icataa xitam verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-22/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) iddia tələbi qalan hissədə təmin edilmişdir.
8. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7489 saylı 05 yanvar 2023-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli, 19/04 nömrəli kredit müqaviləsi üzrə cavabdehlərin xx.xx.2021-ci il tarixə 115346,74 manat əsas, 21360,29 manat faiz, 4197,34 manat müqavilə müddəti bitdikdən sonra hesablanmış 5 % borcu vardır təşkil edir.
9. "xxxx" MMC-nin fərdi yaşayış evinin qiymətləndirilməsi barədə ilə 18 noyabr 2021-ci il tarixli hesabatından görünür ki, ünvan 1 0,0978 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7A nömrəli, 2 mərtəbəli, 405,9 m2 ümumi, 124,6 m2 yaşayış, 133 m2 yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evinin xx.xx.2021-ci il tarixinə olan bazar dəyəri 200.000 manat, likvid dəyəri 170.000 manat təşkil edir. Tədqiqatın dəyəri 400 manatdır.
10. Məhkəmə iddianı əsaslı hesab edərək qeyd etmişdir ki, əsas və faiz borcu hissədə tələb ekspert rəyinə uyğun olaraq 115346,74 manat əsas, 21360,29 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu hissədə əsaslı olduğundan təmin edilməlidir.
11. Məhkəmə illik 5% tələbi ilə bağlı isə qeyd etmişdir ki, həmin tələb də əsaslıdır və təmin olunmalıdır, belə ki, ekspert rəyində müqavilənin müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə 4197,34 manat məbləğində borc hesablanmış, bir gün üçün isə 16,02 manat məbləğində faiz borcu hesablanmışdır. Məhkəmə xx.xx.2021-ci il tarixdən ərizədə qeyd olunan xx.xx.2023-cü il tarixə 410 gün keçdiyini nəzərə alaraq hesab edir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə illik 5% borcu 6600,24 manatdır.(16,02x410=6568,2 manat). Həmçinin ekspert rəyində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə 4197,34 manat hesablandığını nəzərə alan məhkəmə qeyd edir ki, ümumilikdə 5% borcu 10765,54 manatdır (6568,2+4197,34=10765,54 manat).
12. Cavabdeh2 mülkiyyətində olan ünvan 1 0,0978 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7A nömrəli, 2 mərtəbəli, 405,9 m2 ümumi, 124,6 m2 yaşayış, 133 m2 yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evinin ipoteka müqaviləsində likvid qiymətinin 190000 manat məbləğində müəyyən edildiyini nəzərə alan məhkəmə hesab etmişdir ki, həmin əmlakın ilkin satış qiyməti müqavilədə olan qiymətə yaxın "xxxx" MMCnin qiymətləndirdiyi kimi 170000 manat (likvid) müəyyən edilməlidir.
13. İddia təmin edildiyindən ödənilmiş məhkəmə xərclərinin cavabdehdən tutulması barədə tələb də əsaslı hesab edilərək təmin edilmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh X9 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-22/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, cavabdehlərin adına şişirdilərək artıq yazılmış faiz və cərimə borclarının silinməsinə, hər dəfə iddiaçı bankın dəqiqləşmə verməklə artırdığı əsas məbləğin azaldılmasına və ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus ünvan 2 ünvanında yerləşən 0,0978 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 7 A saylı, 2 mərtəbəli, 405,9 kv.m ümumi, 124,6 kv.m yaşayış, 133 kv.m yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması və əldə olunan vəsaitin hesabına cavabdehlərin borcunun ödənilməsi, bu da yetmədikdə cavabdehlərdən qalan məbləğlərin tutulması hissələrinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər X2, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulan 115346,74 manat əsas, 21360,29 manat faiz borcu və 10765,54 manat gecikdirilmiş vaxt üçün borc məbləğləri müəyyən olunarkən hər məhkəmə iclasında iddiaçı bankın yeni məbləğlər ilə çıxış etməsi təkrar və yaxud yeni məhkəmə mühasibatlılıq ekspertizasının keçirilməsini zəruri etmiş və gedişatda iddiaçı tərəfindən təqdim olunmuş şişirdilmiş 115346,74 manat əsas, 21360,29 manat faiz borcu və 10765,54 manat gecikdirilmiş vaxt üçün borc məbləğləri iddiaçı tərəfin yazdığı kimi cavabdehlərin adına yazılması qanunsuz və ədalətsizdir. Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Malik Musayev küçəsi, 10-cu döngə ünvanında yerləşən 0,0978 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 7 A saylı, 2 mərtəbəli, 405,9 kv.m ümumi, 124,6 kv.m yaşayış, 133 kv.m yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evinin dəyəri real bazar qiymətindən iki dəfə aşağı yazılmasının özü qanunsuz olduğundan yenidən qiymətləndirmə barədə ekspertiza keçirilməlidir. Bu hallar yuxarı instansiya məhkəməsi tərəfindən ədalətli və obyektiv araşdırılmalı, Bakı Kommersiya Məhkəməsinin 09 fevral 2023-cü il e-2-2(113)-22/2023 saylı qətnaməsi ləğv edilərək,ekspertizalar təyin edilməklə iddiaçı tərəfindən şişirdilmiş əsas, faiz və cərimə məbləğlərinin cavabdehlərin adından silinərək ədalətli qətnamə çıxarılmalıdır. Bu iş üzrə məhkəmə ekspertiza təyin etsə də ekspert qarşısında cavabdehlərin sual qoymaq uçun hüquqlarını izah etməmiş və sual qoyulmasında iştirakına şərait yaratmamışdır. Həmçinin iddiaçı bank hər dəfə məhkəmə bildirişi göndəriləndə məhkəmə qarşısında yeni rəqəmlər ilə çıxış etməsinin özünə tənqidi yanaşılmalı və iddiaçının qanunsuz şişirtdikləri rəqəmlər qətnamədə azaldılmalı olduğu halda məhkəmə sanki notariat orqanı mövqeyində duraraq iddiaçının bütün təqdim etdiyi rəqəmləri təsdiq etməklə ədalətsiz və birtərəfli nəticəyə gəlmişdir. Bu mübahisə üzrə tələbə baxılan zaman 115.346,74 manat əsas, 21.360,29 manat faiz borcu və 10.765,54 manat gecikdirilmiş vaxt üçün borc məbləğləri yalnız iddiaçı tərəfin təqdim etdiyi formada qətnaməyə köçürülmüş, ümumiyyətlə bu tələb üzrə yalnız iddiaçı bankın maraqları birtərəfli qaydada nəzərə alçnaraq tərəflərin bərabərliyi pozulmuşdur. Bakı Kommersiya Məhkəməsinin 09 fevral 2023-cü il e-2-2(113)-22/2023 saylı işi üzrə cavabdehlər X9, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulan 115346,74 manat əsas, 21360,29 manat faiz borcu və 10765,54 manat gecikdirilmiş vaxt üçün borc məbləğləri müəyyən olunarkən məhkəmə mühasibatlılıq ekspertizası təyin edilərkən cavabdehlərin həmin şişirdilmiş borc məbləğlərinin müəyyən olunması üçün sualların qoyulmasında iştirakları təmin edilməmiş və bu tipli hər hansı təklif edilməmişdir. Cavabdeh2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Malik Musayev küçəsi, 10-cu döngə ünvanında yerləşən 0,0978 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 7 A saylı, 2 mərtəbəli, 405,9 kv.m ümumi, 124,6 kv.m yaşayış, 133 kv.m yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evinin bazar qiyməti iddiaçı bankın təzyiqi ilə azaldılaraq real bazar qiymətindən iki dəfə aşağı yazılmasının özü qanunsuz olduğundan yenidən qiymətləndirmə barədə rəyin alınması zəruridir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Cavabdeh T.Fərhadovun nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətinə müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
17. İddiaçının nümayəndəsi X12 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
18. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhəkəm iclasında iştirak etməmişdirlər.
19. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddə- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddə- borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddə-öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddə-bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddə- əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddə- dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470-ci maddə- zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddə- borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 421.1-ci maddə- müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddə- tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddə- müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. “İpoteka haqqında” Qanun 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1- ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 39.3-ci maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti-bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka pedmetinin satış (likvid) qiymətidir. 34.1-ci maddə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1-əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsi; 34.1.4. bu qanunda nəzərdə tutulmuş digər hallarda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə- hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
20. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
21. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-22/2023 nömrəli qətnaməsi faiz borcu və ipoteka predmentinin ilkin satış qiyməti (likvid dəyər) ilə bağlı hissədə dəyişdirilməli, cavabdehlər X9, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 12.132,55 manat müqavilə üzrə faiz borcu tutulmalı, ipoteka predmentinin likvid dəyəri 244.000 manat müyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. İşin məhkəmə tərəfindən sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, xx.xx.2019-cu il tarixli, 19/04 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən X7 24 ay müddətinə, illik 16% hesablanmaqla 150.000 manat məbləğində kredit verilmiş, kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli 01 nömrəli zaminlik müqaviləsi bağlanmış, xx.xx.2019-cu il tarixli 19/04 nömrəli ipoteka müqaviləsinə əsasən öhdəliyin təminatı kimi, ipoteka qoyan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 0,0978 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7A nömrəli, 2 mərtəbəli, 405,9 m2 ümumi, 124,6 m2 yaşayış, 133 m2 yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.
23. Cavabdeh X11 apellyasiya şikayətində əsas borc, faiz və cərimə məbləğinin düzgün müəyyən edilmədiyini qeyd etsə də, işə birinci instansiya qaydasında baxılarkən xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında əsas borcla bağlı hissədə iddianı qəbul etdiyindən və işə apellyasiya qaydasında baxılarkən əsas borcla bağlı hissədə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, həmin hissədə qətnamə qanuni və əsaslıdır. Cavabdehlərdən ümumiyyətlə cərimə tutulmadığından məhkəmə bu hissəni texniki səhv olaraq qəbul edir və apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən edir ki, cavabdehin əsasən mübahisələndirdiyi hissələr faiz borcları və ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib bilir ki, “ləğvetmə” və “müqavilədən imtina” hallarından fərqli olaraq, ikitərəfli müqavilələrdə tərəflərdən birinin icranı gecikdirməsi hallarında digər tərəfin həmin “öhdəliyin icrasından imtina” edib onun əvəzinə öhdəliyin dəyərinin və vaxtında icra edilməməsi ilə bağlı zərərin ödənilməsini tələb etməsi də mümkündür ki, bu halda tərəflər arasında müqavilə münasibətləri davam edir və öhdəliyin icrasından imtina edən tərəfin müqavilə üzrə qarşı tərəfə olan öhdəliyi aradan qalxmır. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.”
25. İş materiallarından görünür ki, "xxxx" ASC cavabdehlərə xx.xx.2020-ci il tarixdə bildiriş göndərərək kredit müqaviləsi üzrə 114511,53 manat əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etmiş, əks halda ipoteka predmetinə tutma yönəldilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir.
26. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi və vəkili borcun yenidən hesablanması üçün iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsi barədə vəsatət vermiş, məhkəmə tərəfindən vəsatət təmin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4260-9/4501-9/4466 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixədək T.Fərhadovun müqavilə üzrə illik 16 faizlə hesablanmış faiz borcu 12132,55 manat təşkil etmiş, həmin tarixdən sonra illik 5%-lə hesablanmaqla xx.xx.2023cü il tarixədək cəmi faiz borcu 25669,77 manat olmuşdur.
27. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə edilmiş hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, hazırkı halda borcalan tərəfindən kredit öhdəliyi üzrə ödənişlər gecikdirildiyi üçün iddiaçı bank müqavilədən birtərəfli imtina etməklə müqaviləyə xitam vermiş və bu barədə iradə ifadəsini tərəflərə xx.xx.2020-ci il tarixli bildirişlə çatdırmışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, kredit müqaviləsinə bildirişin (iddiaçının iradə ifadəsinin) qarşı tərəfə çatdığı xx.xx.2020-ci il tarixdən (bu barədə sürətli poçt qəbzləri işə əlavə edilmişdir) xitam verilmiş hesab edilməli və müqavilə üzrə faizlər (illik 16 faizlə) həmin tarixədək hesablanmalıdır. Müqavilə xitam olunduğu tarixdən sonra isə bankın cavabdehlərdən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5%-lə faiz tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4260-9/4501-9/4466 saylı ekspert rəyinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçının xeyrinə hesablanmış illik 5%-lə faiz borcu 13537,22 manat təşkil etsə də, iddiaçı sonuncu iddia ərizəsində cavabdehlərdən əldən çıxmış fayda olaraq cəmi 10765,54 manat faiz borcunun tutulmasını xahiş etdiyindən, məhkəmənin bu tələbdən kənara çıxmaq səlahiyyəti olmadığından və hazırda cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxıldığından məhkəmə hesab edir ki, mübahisələndirilən qətnamə yalnız cavabdehlərdən müqavilə üzrə 21360,29 manat faiz borcu tutulması hissəsində dəyişdirilərək həmin hissədə 12132,55 manat məbləğində faiz tutulmalıdır.
28. Məhkəmə eyni zamanda hesab edir ki, ipoteka predmeti olan daşınmaz əmlakın likvid dəyərinin məhkəmə tərəfindən düzgün müəyyən edilmədiyinə dair hissədə də apellyasiya şikayəti əsaslıdır. İşdən görünür ki, xx.xx.2019-cu il tarixli 19/04 nömrəli ipoteka müqaviləsində ünvan 1 0,0978 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7A nömrəli, 2 mərtəbəli, 405,9 m2 ümumi, 124,6 m2 yaşayış, 133 m2 yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evinin likvid dəyəri 190.000 göstərildiyi halda, işə birinci instansiya qaydasında baxılarkən özəl qiymətləndirici şirkət olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixdə verilmiş ekspert rəyində əmlakın likvid dəyəri 2019-cu il tarixdə qoyulmuş qiymətdən daha aşağı-170.000 manat göstərilmişdir. Halbuki daşınmaz əmlak bazarında bu müddət ərzində qiymətlərdə azalma olmamış, artım olmuşdur. Rəydən qiymətləndirici tərəfindən eyni ərazidə yerləşən və eyni sahəyə malik daşınmaz əmlakların qiymətləri ilə müqayisəli tədqiqat aparıldığı müəyyən olunmur.
29. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsinin vəsatəti əsasında iş üzrə təkrar əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/4260-9/4501-9/4466 saylı ekspert rəyinə əsasən ipoteka predmenti olan ünvan 1 0,0978 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7A nömrəli, 2 mərtəbəli, 405,9 m2 ümumi, 124,6 m2 yaşayış, 133 m2 yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə likvid dəyərinin 244.000 manat olduğu müəyyən edilmişdir. Rəydə müqayisəli tədqiqat aparılması ilə bağlı istinad edilmiş mənbələr əksini tapdığından məhkəmə rəyi əsaslı hesab edir və belə nəticəyə gəlir ki, qətnamə eyni zamanda ipoteka predmetinin likvid dəyəri ilə bağlı hissədə dəyişdirilməlidir.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Hazırkı halda mübahisə cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulması ilə əlaqədar yarandığından məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərci cavabdehdən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır.
31. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-22/2023 nömrəli qətnaməsi faiz borcu və ipoteka predmentinin ilkin satış qiyməti (likvid dəyər) ilə bağlı hissədə dəyişdirilməli, cavabdehlər X9, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 12.132,55 manat müqavilə üzrə faiz borcu tutulmalı, ipoteka predmentinin likvid dəyəri 244.000 manat müyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh X3 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-22/2023 nömrəli qətnaməsi faiz borcu və ipoteka predmetinin likvid dəyərilə bağlı hissədə dəyişdirilsin. Cavabdehlər X9, Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 12.132,55 manat müqavilə üzrə faiz borcu tutulsun. İpoteka predmenti olan ünvan 1 0,0978 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7A nömrəli, 2 mərtəbəli, 405,9 m2 ümumi, 124,6 m2 yaşayış, 133 m2 yardımçı sahədən ibarət 6 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid dəyər) 244.000 manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. 100 manat ekspertiza xərci cavabdeh X2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.