Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-514/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Lalə Adil qızı Əbdürrəhimovanın katibliyi ilə, 3-cü şəxsin vəkili X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-1328/2020 saylı qərardadından iddiaçı “Azəriqaz” İB tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “Azəriqaz” İB Cavabdehnə qarşı (3-cü şəxs “Zeynalabdin” ATSC) şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hərəkətlərin qanunsuz hesab edilməsi, tərəfin onun vərəsəsi və ya hüquqi varisi ilə əvəz edilməsi haqqında Cavabdeh xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və icranın dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-1328/2020 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. İddiaçı “Azəriqaz” İB həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında 3-cü şəxs “Zeynalabdin” ATSC-nin vəkili X2 şikayətə etiraz etdi. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 361.1.3, 13.4, 357.1 və 363.2-ci maddələrinə istinad edərək, qeyd etmişdir ki, iş üzrə qərardad qəbul edilməsinə baxmayaraq, “Azəriqaz” İB mövcud olmayan qətnaməni mübahisələndirir və Cavabdehnə qarşı şikayət ilə məhkəməyə müraciət etdiyi halda, qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə apelyasiya şikayətinin geri qaytarılması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə həmin nəticəyə gələrkən prosessual normaların tələblərini pozmuşdur. Belə ki, iddiaçı “Azəriqaz” İB tərəfindən verilmiş şikayətin məzmunundan aydın olur ki, iddiaçı şikayətin başlıq, təsviri və nəticə hissəsində qətnamədən apelyasiya şikayəti verildiyini qeyd etsə də, şikayətin giriş hissəsində Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-1328/2020 saylı qərardadının adı çəkilir. Həmçinin şikayətin məzmunundan və əsaslandırılmasından müəyyən olunur ki, iddiaçı məhz Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-1328/2020 saylı qərardadını mübahisələndirir və həmin qərardadın ləğv edilməsini xahiş edir. Bundan başqa şikayətdən açıq-aşkar görünür ki, mübahisələndirilən məhkəmə aktının bütün rekvizitləri (tarixi və nömrəsi) düzgün qeyd olunmuş, sadəcə olaraq qərardad əvəzinə qətnamə yazılmışdır. Bunun isə texniki səhv olaraq baş verməsi halı istisna olunmur. Kollegiya qeyd edir ki, açıq-aşkar görünən texniki yanlışlığa görə həmin şikayətin geri qaytarılması həm də prosessual qənaət prinsipinə ziddir. Ona görə də, kollegiya hesab edir ki, şikayətin qətnamədən deyil, məhz qərardaddan verildiyi qəbul edilməli və məhkəmə tərəfindən buna hüquqi qiymət verilməli idi. Bu baxımdan kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı “Azəriqaz” İB tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(113)-1328/2020 saylı qərardadı ləğv edilsin. Müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün iş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-514/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-514/2020
22.09.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver