Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-514/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh ASC-yə qarşı “sənədlərin rəsmi qaydada verilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-512/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatna alınmışdır.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxlərin Dövlət qeydiyyat İdarəsi tərəfindən təqdim edilmiş Cavabdeh ASC-nin yeni redaksiyada olan Nizamnaməsinin: 1.4-cü bəndinə əsasən Cəmiyyət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 15 iyul 1999-cu il il tarixdə, D 3049 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Bakı Tütün" Acıq Səhmdar Cəmiyyətinin (xx.xx.2000-ci il tarixdə cəmiyyətin adı dəyişdirilmiş və European Tobacco- Baku adlandırılmışdır) hüquqi varisidir; 3.2-ci bəndinə əsasən Cəmiyyətin Nizamnamə kapitalı 44635220 (qırx dörd milyon altı yüz otuz beş min iki yüz iyirmi) manat olmaqla ******* (iki milyon iki yüz otuz bir min yeddi yüz altmış bir) ədəd adi adsız səhm təşkil edir; 3.3-cü bəndinə əsasən bir səhmin nominal qiyməti 20 (iyirmi) manatdır; 5.1-ci bəndinə əsasən səhmdarlar Cəmiyyətin illik mənfəətinin məbləğindən malik olduğu səhmin dəyərinə uyğun olaraq dividend alırlar. Hər bir səhmə düşən dividendin məbləği səhmdarların Ümumi Yığıncağının qərarı ilə müəyyənləşdirilir. Dividendlər rüblər üzrə və ya ildə bir dəfə ödənilə bilər; 5.7-ci bəndinə əsasən hər bisəhmdarın Azərbaycan Respublikasının Qanunvericiliyə müvafiq olaraq Ümumi Yığıncağda iştirak etmək və protokolun surətini tələb etmək hüququ vardır; 5.8-ci bəndinə əsasən Səhmdar Cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək hüququna malikdir.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxlərin Dövlət qeydiyyat İdarəsi tərəfindən təqdim edilmiş qiymətli kağız mülkiyyətçilərinin reyestrindən çıxarışı ilə təsdiq edilir ki, emitent Cavabdeh ASC AZ********** dövlət qeydiyyat nömrəli, nominal dəyəri 20 manat olan adi adlı səhmlər buraxmış və qiymətli kağızlar AR Mərkəzi Bankında qeydiyyata alınmışdır (yerləşdirilmiş qiymətli kağızların miqdarı ******* təşkil edir). Qiymətli kağız sahibləri haqqında məlumatlar bölməsində fiziki şəxslər İddiaçı1 (şəxsi hesabın nömrəsi 0********), İddiaçı2 (şəxsi hesabın nömrəsi 0********), İddiaçı3 (şəxsi hesabın nömrəsi 0********), İddiaçı4 (şəxsi hesabın nömrəsi xxxxxxx) hər biri ayrı-ayrılıqda 28 ədəd səhmin mülkiyyətçisi olmaqla göstərilmişdirlər.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Səhmdar Cəmiyətinin səhmdarlarının 2023-cü il üzrə reyestrinin və Nizamnaməsinin; 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci, 2022-ci, 2023-cü illər üzrə maliyyə-təftiş komissiyasının və auditor aktlarının; 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021, 2022, 2023-cü illər üzrə “Maliyyə hesabatlarını və onların Əlavələrinin”, debitor və kreditor borcları və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarının; 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci, 2022-ci, 2023-cü illər üzrə “Mənfəət vergisi Bəyannamələrinin və onların Əlavələrinin” və ya Sadələşdirilmiş vergi Bəyannamələrinin”, həmçinin “Torpaq vergisi Bəyannamələrinin; Səhmdar Cəmiyyətin 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci, 2022-ci, 2023-cü illər üzrə ümumi yığıncağının Protokollarının; 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021, ci, 2022-ci, 2023-cü -ci illər üzrə Səhmdar Cəmiyyətin Müşahidə Şurasının iclaslarının Protokollarının; 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021-ci, 2022-ci, 2023-cü illər üzrə Səhmdar Cəmiyyətin “aktivlərini və öhdəliklərin inventarizasiya Aktlarının”; 2017-ci, 2018ci, 2019-cu, 2020-ci, 2021-ci, 2022-ci, 2023-cü illər üzrə Səhmdar Cəmiyyətin “əsas vəsaitlərinin ləğvi Aktlarının”; Səhmdar Cəmiyyətin yerləşdiyi sahənin plan cizgisinin və Daşınmaz Əmalkın dövlət reyestrində Çıxarışın; 2017-ci, 2018-ci, 2019-cu, 2020-ci, 2021ci, 20222-ci, 2023-cü illər üzrə Səhmdar Cəmiyyətin digər təşkilatlarla bağlanmış əqdlər, kontrakylar, müqavilələr, həmçinin aidiyyatı şəxslərlə bağlanmış və xüsusi əhəmiyyətli əqdlər barəsində məlumatların; Səhmdar Cəmiyyətin emissiya prospektində (özəlləşdirmə planında) əksini tapmış “əsas vəsaitlərin inventarlaşdırılıması və qiymətləndirilməsi Aktlarının” iddiaçılara təqdim edilməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-512/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh ASC-nin səhmdarlarının 2023-cü il üzrə reyestrinin və nizamnaməsinin, 2017-2023-cü illər üzrə auditor aktlarının, 2017- 2023-cü illər üzrə maliyyə hesabatlarının və onların əlavələrinin, cavabdehin 2017-2023cü illər üzrə ümumi yığıncağının protokollarının, 2017-2023-cü illər üzrə cavabdehin digər təşkilatlarla bağlanmış əqdlər, kontraktlar, müqavilələr, həmçinin aidiyyatı şəxslərlə bağlanmış və xüsusi əhəmiyyətli əqdlər barəsində məlumatların təsdiq olunmuş surətlərinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 təqdim edilməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması, ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsinin əvəzinin Cavabdeh ASC-dən tutularaq İddiaçı3 ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
6. Məhkəmə mövqeyini onunla əsasladırmışdır ki, açıq səhmar cəmiyyətinin səhmdarı olan iddiaçılar üzvü olduqları cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ümumi yığıncağın protokolları, illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, səhmdarların reyestrini tələb etmək, cəmiyyətin nizaməsinin surəti almaq və s. kimi hüquqları vardır. Həmçinin cavabdeh açıq səhmar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını, hesabat dövrü üzrə maliyyə göstəricilərini, aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdləri, cəlb edilmiş maliyyə vəsaitlərini və s. hamının tanış olması üçün hər il dərc etməyə borcludur. Hazırda cavabdeh məhkəmə iclaslarından məlumatı olmasına baxmayaraq iddia tələbinə qarşı etiraz və ya iddiaçların bildirdiklərinin əksini təsdiq etdən sübutları məhkəməyə təqdim etmədiyi üçün məhkəmə iddiaçıların bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları, yəni müvafiq məlumatların dərc olunmamasını vəiddiaçıların müraciəti ilə müvafiq sənədlərin təqdim edilməməsini müəyyən olunmuş hesab edir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh ASC-nin səhmdarları olmaqla səmdarların reyestrini, nizamnamənin surətini, ümumi yığıncağın protokolunun surətini tələb etmək, maliyyə hesabatları ilə tanış olmaq, bağlanmış müqavilələr, əqdlər aidiyyəti şəxslərlə bağlanmış və xüsusi əhəmiyyətli əqdlər barədə məlumat almaq hüquqları vardır və onlar bu barədə tələbləri haqlıdır. Lakin bununla belə məhkəmə qeyd edir ki, iddiaçılar öz tələblərində qanunvericilikdə nəzərdə tutulduğundan daha artıq məlumaların və sənədlərin təsdiq olunmuş surətlərinin onlara təqdim olunmasını tələb etmişlər. Belə ki, yuxarıda sadalanmış normalarda cəmiyyətin Müşahidə Şurasının iclas protokollarının, maliyyə-təftiş komissiyasının aktlarının, debitor və kreditor borcları və pul vəsaitlərinin hərəkəti haqqında hesabatların, Mənfəət vergisi Bəyannamələrinin və onların Əlavələrinin” və ya Sadələşdirilmiş vergi Bəyannamələrinin”, həmçinin “Torpaq vergisi Bəyannamələrinin, aktivlərin və öhdəliklərin inventarizasiya aktlarının, əsas vəsaitlərin ləğvi aktlarının, Səhmdar Cəmiyyətin yerləşdiyi sahənin plan cizgisinin və Daşınmaz Əmalkın Dövlət Reyestrində Çıxarışın, Səhmdar Cəmiyyətin emissiya prospektində (özəlləşdirmə planında) əksini tapmış əsas vəsaitlərin inventarlaşdırılıması və qiymətləndirilməsi aktlarının səhmdarlara təqdim edilməsi nəzərdə tutulmamışdır. Həmçinin maliyyə hesabatlarında həmin hissələrdə qeyd edilmiş bir çox məlumatlar özü əksini tapacaqdır. Buna görə də həmin hissələrdə iddia tələbi təmin edilməməlidir. İddia qismən təmin olunaraq cavabdehin səhmdarlarının 2023-cü il üzrə reyestrinin və nizamnaməsinin; 2017-2023-cü illər üzrə auditor aktlarının; 2017-2023-cü illər üzrə maliyyə hesabatlarının və onların əlavələrinin; cavabdehin 2017-2023-cü illər üzrə ümumi yığıncağının protokollarının; 2017-2023-cü illər üzrə cavabdehin digər təşkilatlarla bağlanmış əqdlər, kontraktlar, müqavilələr, həmçinin aidiyyatı şəxslərlə bağlanmış və xüsusi əhəmiyyətli əqdlər barəsində məlumatların təsdiq olunmuş surətlərinin iddiaçılara təqdim edilməlidir.
7. Cavabdeh ASC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(113)-512/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsi, əks halda qətnamənin ləğv edilərək iddia tələblərinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh ASC hər il ümumi yığıncaq keçirir, səhmdarlara iclas barədə bildirişlər göndərir və eyni zamanda bu barədə məlumatları mətbu orqanlarda dərc etdirir. Ümumi yığıncağın keçirilməsi qanunla məcburi olduğu üçün, cəmiyyətin belə bir iclası təşkil etməməsi mümkün deyil. İddiaçılar indiyədək keçirilən iclaslar barədə məlumatlı olsalar da, həmin iclasların heç birində iştirak etməmişlər. Bundan əlavə, keçirilən iclaslarda iştirak edən səhmdarlara cəmiyyətin illik fəaliyyətinə dair qanunvericilikdə nəzərdə tutulmuş bütün məlumatlar təqdim edilmişdir. İclasda iştirak edən səhmdarlar, o cümlədən auditor rəyini əldə etmək istəyən şəxslər, cəmiyyətin fəaliyyətinə dair auditor rəyinin surətlərini və digər açıq məlumatları əldə etmişlər. İddiaçılar isə keçirilən iclasların heç birində iştirak etmədiklərindən və ümumi yığıncaqlara qarşı məsuliyyətsiz yanaşdıqlarından, həmin məlumatları əldə etməmişlər. Bu səbəbdən onların müvafiq məlumatları almamaları öz səhlənkarlıqlarından irəli gəlmişdir. Mülki qanunvericilikdə səhmdar cəmiyyətin Mülki Məcəllənin 99 və 106-1.3-cü maddəsində nəzərdə tutulan məlumatları səhmdarlara göndərmək kimi bir vəzifəsi yoxdur. Səhmdar cəmiyyətin səhmdarı cəmiyyətin fəaliyyəti barədə məlumat əldə etmək istəyirsə, hər il keçirilən ümumi yığıncaqda iştirak etməlidir. Cəmiyyətin iclaslarında iştirak etməyən səhmdarın sonradan həmin məlumatları almaq hüququ olsa da, o, həmin məlumatları cəmiyyətə müraciət etməklə əldə edə bilər. Lakin iddiaçılar həmin məlumatları əldə etmək üçün ümumiyyətlə cəmiyyətə belə müraciət etməmişlər. Yəni, hər bir şəxs pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət edə bilər. Əgər hüquq pozulmamışdırsa və bu pozuntunu göstərən hər hansı hal yoxdursa, bu halda məhkəməyə müraciət edilməsi üçün əsas yoxdur. Mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət etməmiş və prosessual tələbləri pozmuşlar. Məhkəmə işə baxarkən işin bu hallarını nəzərə almamışdır. Qətnaməyə nəzər saldıqda, orada iddiaçıların cəmiyyətə müraciət etdiklərini təsdiq edən hər hansı sənədə istinad olunmadığı görünür. Yəni, qətnamənin “Təqdim olunan sübutlar” hissəsində iddiaçıların mübahisə predmeti olan sənədləri əldə etmək məqsədilə cəmiyyətə müraciət etmələri, cəmiyyətin isə həmin məlumatları təqdim etməkdən imtina etməsi və ya müraciətə cavab verməməsi faktını təsdiq edən hər hansı sənədə istinad edilməmişdir. Məhkəmə cavabdehin üzərinə 2017-2023-cü illər üzrə ümumi yığıncağının protokollarının verilməsi vəzifəsini qoymuşdur. Mülki Məcəllənin 99.2-ci maddəsində səhmdar cəmiyyətin dərc etməli olduğu məlumatlar göstərilmişdir. Eyni zamanda Mülki Məcəllənin 106-1.3-cü maddəsində səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş hüquqları sadalanmışdır. Həmin hüquqlar sırasında ümumi yığıncağın protokollarının surətlərinin əldə edilməsi ilə bağlı hər hansı hüquq göstərilməmişdir. İddiaçılar keçirilən iclaslarda iştirak etmiş olsa idilər, ümumi yığıncaqda müzakirə olunan bütün məsələlər haqqında məlumatları olardı. Səhmdar cəmiyyətin qanunla ümumi yığıncaq protokollarının surətlərini adi səhm sahibinə təqdim etmək vəzifəsi, eləcə də adi səhm sahibinin həmin protokolların surətini əldə etmək hüququ təsbit olunmadığı halda, iddiaçıların həmin protokolların surətlərinin onlara verilməsi tələbi əsassız hesab edilməli və bu hissədə qətnamə ləğv edilməlidir. Qeyd olunduğu kimi iddiaçılar səhmdar cəmiyyət tərəfindən keçirilən heç bir iclasda iştirak etməmişlər. İclasların keçirilməsi barədə bildirişlər iddiaçılara göndərilsə də və onlar ildə bir dəfə keçirilən ümumi yığıncaq barədə məlumatlı olsalar da, yığıncağa məlum olmayan səbəblərdən gəlməmişlər. Mülki Məcəllənin yuxarıda göstərilən müddəalarına əsasən, səhmdarların ildə bir dəfə səhmdar cəmiyyətin illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq hüquqları mövcuddur. Eyni zamanda, onlar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrini əldə edə bilərlər. İddiaçılar iddia tələbində 2017-ci ildən 2023-cü ilədək olan dövr üçün auditor aktlarının təsdiq edilmiş surətlərinin, maliyyə hesabatlarının və onların əlavələrinin onlara təqdim edilməsini tələb etmişlər. Lakin qanunvericiliyin tələblərindən göründüyü kimi, səhmdar yalnız ildə bir dəfə səhmdar cəmiyyət barədə məlumat əldə etmək hüququna malikdir. İddiaçılar səhmdar cəmiyyətin 2017-2022-ci illərdə keçirilmiş iclaslarında heç bir üzrlü səbəb olmadan iştirak etmədiklərindən və həmin illərə aid maliyyə hesabatlarını, auditor rəylərini və digər məlumatları əldə etmədiklərindən, onların hazırda 2017-2022-ci illərə dair bu məlumatları tələb etmək hüququ mövcud deyil. İddiaçılar yalnız müraciət etdikləri vaxtdan əvvəlki hesabat ili üçün (2023) Mülki Məcəllənin 106-1.3 və 106-2.3-cü maddələrində nəzərdə tutulmuş sənədləri tələb edə bilərlər. İşə baxan məhkəmə isə Mülki Məcəllənin 106-1.3 və 106-2.3-cü maddələrini düzgün tətbiq etməmiş və bu səbəbdən səhv nəticəyə gəlmişdir. Beləliklə, işə baxan məhkəmə iddiaçıların mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət etməməsini nəzərə almadan işə baxmış, həmçinin Mülki Məcəllənin yuxarıda qeyd olunan maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmişdir. İddiaçıların səhmdar cəmiyyətin fəaliyyətinə dair Mülki Məcəllədə nəzərdə tutulmuş məlumatları əldə etmək hüquqları olduğu kimi, cəmiyyətin həmin məlumatları təqdim etmək vəzifəsi vardır. Lakin iddiaçılar nə səhmdar cəmiyyətin ildə bir dəfə keçirilən iclasında iştirak etmiş, nə də ki, həmin məlumatların əldə edilməsi üçün rəsmi qaydada cəmiyyətə müraciət etmişdilər. Belə olan halda onların mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət etməmələri çıxarılmış qətnamənin ləğv edilməsi və irəli sürülmüş iddianın baxılmamış saxlanılması üçün əsas hesab edilir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəm iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
11. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş, nümayəndəsi və vəkili Vəkil2 ərizə ünvanlayaraq məhəkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 98.1-ci maddəsinə əsasən nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır.
13. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər.
14. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə aşağıdakı məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur: 99.2.1. hesabat dövrü üzrə maliyyə göstəriciləri; 99.2.2. aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər; 99.2.3. cəlb edilmiş maliyyə vəsaitləri; 99.2.4. idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri; 99.2.5. idarəetmə strukturu; 99.2.6. inkişaf siyasəti; 99.2.7. səhmdar kapitalının gəlirliyi və dividend siyasəti; 99.2.8. idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər; 99.2.9. investisiyaların həcmi və mənbəyi; 99.2.10. cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi; 99.2.11. ictimai layihələr.
15. Həmin Məcəllənin 102.4-cü maddəsinə əsasən səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanmı yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir.
16. Həmin Məcəllənin 106-1.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir.
17. Həmin Məcəllənin 106-1.2-ci maddəsinə əsasən bir neçə şəxsə bir səhm mənsub olduğu halda, onlar səhmdar cəmiyyətinə münasibətdə bir səhmdar kimi tanınırlar və öz hüquqlarmı nümayəndə vasitəsi ilə həyata keçirə bilərlər.
18. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: 106-1.3.1. cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; 106-1.3.2. qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq; 106-1.3.3. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; 106-1.3.4. cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək; 106-1.3.5. cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək; 106-1.3.6. cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; 106-1.3.7. cəmiyyətin xalis mənfəətindən dividend almaq; 106-1.3.8. cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; 106-1.3.8-1. icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; 106-1.3.8-2. cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək; 106-1.3.8-3. bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək;
19. 106-1.3.8-4. bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq;
20. 106-1.3.9. bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq.
21. Həmin Məcəllənin 107-6.3-cü bəndinə əsasən səhmdarın tələbi ilə protokolun (ümumi yığıncağın) surəti ona təqdim edilməlidir. 22. Mülki Prosessual Məcəllə
23. 4.3-cü maddəsinə əsasən əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər.
24. 4.6.-cı maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
25. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
30. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatna alınmışdır. Cəmiyyətin nizamnaməsinin 3.2-ci bəndinə əsasən Cəmiyyətin Nizamnamə kapitalı 44635220 manat olmaqla ******* ədəd adi adsız səhm təşkil edir. Nizamnamənin 3.3-cü bəndinə əsasən bir səhmin nominal dəyəri 20 manatdır. Həmçinin İşin digər mübahisələndirilməyən halı ondan ibarətdir ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh Açıq Səhmdar Cəmiyyətində hər birinin nominal dəyəri 20 manat olan hər biri 28 ədəd adi səhmə malikdir.
33. Apellyasiya şikayətinin səhmdar cəmiyyətin məlumatları mətbuat orqanlarında dərc etdirməsi dəlilinə münasibətdə kollegiya qeyd edir ki, bununla bağlı cavabdeh cəmiyyət hər hansı sübut təqdim etməmişdir.
34. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyə əsasən səhmdarların ümumi yığıncağın iclaslarında iştirak edib-etməməsi onların vəzifələri kimi yox, hüquqları kimi müəyyən olunmuşdur. Bu isə qanunla müəyyən edilmiş sənəd və məlumatların səhmdarlara verilməsi öhdəliyindən cavabdehi azad etmir.
35. İddiaçıların mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət etməmələri dəlilinə münasibətdə kollegiya qeyd edir ki, mülki prosessual qanunvericilikdə və mediyası prosesini tənzimləyən qanunvericilikdə kommersiya mübahisəsi üzrə mediyasiya prosesinin tətbiqi qanunla və yaxud tərəflər arasında müqavilədə nəzərdə tutulmadığı halda məcburi tələb kimi nəzərdə tutulmamış, əksinə iddaçının mülahizəsinə həvalə olunmuşdur. Tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər .
36. Kollegiya iddiaçıların yalnız müraciət etdikləri vaxtdan əvvəlki hesabat ili üçün sənədləri tələb hüquqları olması dəlilinə münasibətdə bildirir ki, qanunvericilikdə səhmdarların cəmiyyətlə əlaqəli sənədləri tələb etməsinə dair müddətlə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.
37. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, cavabdehin tələb olunan sənədlərin verməməsi üçün heç bir hüquqi əngəl mövcud deyildir.
38. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-512/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.