Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-515/2020 21.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh vəkili Vəkil iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Cavabdehnə qarşı icarə haqqı üzrə borcun ödənilməsi tələbinə dair Bakı Kommersiya Məhkəməsinin e- 2-2 (113)-864/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən (hakim A.Əliyeva) Cavabdeh apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq МÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi cavabdeh “X6 Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 125/3301 nömrəli icarə müqaviləsi üzrə 4.049,99 manat məbləğində vəsaitin Əmlak Məsələləri Dövlət Komitəsinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” xx.xx.1997-ci il tarixli, 629 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh arasında Bakı şəhəri, Nizami rayonu, M.Nərimanov küçəsi, “Şəfa” stadionunun yanı ünvanında yerləşən 600.0 kv.m olan torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2017-ci il tarixli, 125/3301 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtlı-vaxtında ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtlərinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq icarə haqqı ödənilməmişdir. Beləliklə, cavabdehin dövlət büdcəsinə ödənilməli olan 125/3301 nömrəli icarə müqaviləsi üzrə 4.049,99 manat icarə haqqı borcu vardır. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-864/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxxx 2015-ci il və xx xxxxx 2017-ci il tarixli müqavilələr əsasında “xxxxxxxxxxx” QSC X7 Təşkilatına keçmişdir. Həmin Fərmanın və Sərəncamın icrası ilə bağlı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”ASC-nin Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da təhvil-təslim sənədləri əsasında “xxxxxxxxxxx” QSC X7 Təşkilatına təhvil verilmişdir. Həmin borcların qaytarılması məqsədilə “xxxxxxxxxxx” QSC X7 Təşkilatı tərəfindən “X3 Klubu” MMC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmiş, həmin Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli 2-2(82)-590/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, “X4 Klubu” MMC-dən cəmi 30.159.943,20 manat və 3.783.235,95 ABŞ dolları məbləğində kredit borcunun “xxxxxxxxxxx” QSC X7 Təşkilatının xeyrinə tutulması, borc tələbinin Cavabdeh MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, 2023cü məhəllə, Heydər Əliyev prospekti, 96A ünvanında istifadədə olan 0,88169 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 16356,3 kv.m olan əmlak kompleksinə yönəldilməsi, yuxarıda qeyd edilən əmlak üzərində Cavabdeh MMC-nin mülkiyyət hüququna xitam verilməsi, “xxxxxxxxxxx” QSC X7 Təşkilatının həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin üzərinə “xxxxxxxxxxx” QSC X7 Təşkilatının yuxarıda qeyd edilən əmlakın yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması, qeyd edilən əmlak borc tələbinin ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin Cavabdeh MMC-yə məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi, Cavabdeh MMC-nin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, “xxxxxxxxxxx” QSC X7 Təşkilatının həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər səlahiyyətli orqanların üzərinə “xxxxxxxxxxx” QSC X7 Təşkilatının qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması öhdəliyinin qoyulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və qətnamədə göstərilən Bakı şəhəri, Nizami rayonu, 2023-cü məhəllə, Heydər Əliyev prospekti, 96A ünvanında istifadədə olan 0,88169 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 16356,3 kv.m olan əmlak kompleksi və digər əmlaklar borc əvəzində “xxxxxxxxxxx” QSC X7 Təşkilatının mülkiyyətinə verilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2017-ci il tarixli, 1704 saylı Fərmanına əsasən “xxxxxxxxxxx” QSC X7 Təşkilatının “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən həmin Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikası Prezidentinin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2017-ci il tarixli, 1704 nömrəli Fərmanına əlavəyə əsasən “xxxxxxxxxxx” QSC X7 Təşkilatının “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-dən aldığı problemli aktivlərin (borcların) əvəzində mülkiyyət hüququ əldə edilmiş, onun mülkiyyətində (balansında) olan dövlət əmlakının siyahısında Cavabdeh MMC-nin də adı qeyd edilmişdir. Bu səbəbdən,Cavabdeh MMC ilə “xxxxxxxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli əmlakların təhvil-təslim aktına əsasən Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli, 1704 saylı Fərmanına və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin və “xxxxxxxxxxx” QSC X7 Təşkilatının nümayəndələrindən ibarət Təhvil-Təslim Komissiyasının xx.xx.2018-ci il tarixli 08 saylı Protokoluna əsasən təhvil-təslim işləri yekunlaşana və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin adına mülkiyyət hüququ rəsmiləşdirilənədək bu Akta əlavə edilmiş əmlaklar mülkiyyətçi Cavabdeh MMC tərəfindən istifadəçi “xxxxxxxxxxxxxxxxxxx” MMC-yə təhvil verilmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, Cavabdeh MMC-nin bütün əmlakı 2018-ci ilin avqust ayından faktiki olaraq cəmiyyətdən alınaraq “xxxxxxxxxxxxxxxxxxx” MMC-yə təhvil verilmiş və cəmiyyət fəaliyyətsiz qalmışdır. Belə olan halda belə bir qətnamənin qəbul edilməsi əsassız və qanunsuzdur. İşə apelyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, iclasda nümayəndəsi iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh vəkili Vəkil məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-864/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, tərəflər arasında xx.xx.2017ci il tarixli, 125/3301 nömrəli icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə dövlət mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.Nərimanov küçəsi, “Şəfa” stadionunun yanında yerləşən 600.0 kv.m olan torpaq sahəsi cavabdehə icarəyə verilmişdir. Müqavilənin 3.1-ci bəndinə əsasən, illik icarə haqqı 5400 manat, aylıq icarə haqqı 450 manat müəyyən edilmişdir. İddiaçı həmin müqavilə əsasında cavabdehdən 4.049,99 manat icarə haqqı borcunun tutulmasını təmin etmişdir. Cavabdehin apelyasiya şikayətinə əlavə etdiyi sənədlərdən görünür ki,“xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli Fərmanına əsasən səhmləri dövlətə məxsus olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1704 saylı Fərmanına əsasən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin nizamnaməsi təsdiq edilmiş, “xxxxxxxxxxx” Qapalı Səhmdar Cəmiyyəti X7 Təşkilatının “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətindən aldığı, problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində yerləşən və onun mülkiyyətində (balansında) olan əmlak, o cümlədən bu Fərmanın əlavəsində göstərilən hüquqi şəxslərə məxsus olmuş dövlət əmlakı, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə (balansına) verilmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC arasında tərtib edilmiş akta əsasən, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli, 1704 saylı Fərmanına və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin və “xxxxxxxxxxx” QSC X7 Təşkilatının nümayəndələrindən ibarət Təhvil-Təslim Komissiyasının xx.xx.2018-ci il tarixli 08 saylı Protokoluna əsasən təhvil-təslim işləri yekunlaşana və “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin adına mülkiyyət hüququ rəsmiləşdirilənədək bu Akta əlavə edilmiş əmlaklar mülkiyyətçi Cavabdeh MMC tərəfindən istifadəçi “xxxxxxxxxxxxxxxxxxx” MMC-yə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdehin vəkili apelyasiya şikayətinə əlavə edilmiş sübutların birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəbi kimi, cavabdehin hüquqi ünvanı olan Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 2023-cü məhəllə 96A ünvanda artıq “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin fəaliyyət göstərdiyini, buna görə də məhkəmə bildirişlərini almadıqlarını göstərmişdir. İşdəki Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Cavabdeh MMC-yə məxsus olmuş və onun hüquqi ünvanı olan Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 2023-cü məhəllə 96A ünvanında dövlət mülkiyyətində olan 16356,3 kv.m torpaq sahəsində yerləşən əmlak kompleksi üzərində “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. Qeyd edilən sənədlərdən görünür ki, Cavabdeh MMC-nin iddiaçı tərəfindən icarəyə verilmiş torpaq sahəsində yerləşən daşınmaz əmlakı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli Fərmanına əsasən yaradılmış “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin mülkiyyətinə, həmin əmlakın yerləşdiyi torpaq sahəsi isə “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin qanuni istifadəsinə verildiyindən xx.xx.2017-ci il tarixli, 125/3301 nömrəli icarə müqaviləsi əsasında tərəflər arasında icarə hüquq münasibətlərindən irəli gələn öhdəlik xx.xx.2018-ci il tarixdən xitam olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 557.1-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyri-mümkün olduqda, öhdəliyin icrası müddəti uzadıldıqda öhdəliyə tamamilə və ya müvafiq hissədə xitam verilir. Məhkəmə hesab edir ki, MM-nin 557.1-ci maddəsinə əsasən cavabdehin istifadəsindən xx.xx.2018-ci il tarixdən faktiki alınmış torpaq sahəsinə görə icarə haqqı tutulması barədə iddiaçının irəli sürdüyü tələb əsassız olduğundan mübahisələndirilən qətnamə ləğv edilərək iddia rədd ediməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki,apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-864/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apelyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-864/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-515/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-515/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver