Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-515/2025 25.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan, Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(113)-2537/2025 saylı qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 3594-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə: 1 nömrəli Əlavə üzrə 13042.24 manat əsas, 1046.79 manat faiz, 73.27 manat cərimə borcu; 2 nömrəli Əlavə üzrə 31614.49 manat əsas, 3528.53 manat faiz, 289.54 manat cərimə borcu; həmçinin, 3561-KQ nömrəli, xx.xx.2023-cü il tarixli Əlavə Kredit Müqaviləsinə: 1 nömrəli Əlavə üzrə 25047.62 manat əsas, 1743.61 manat faiz, 92.30 manat cərimə borcu; 2 nömrəli Əlavə üzrə 44016.14 manat əsas, 3199.18 manat faiz, 276.48 manat cərimə borcunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş ümumilikdə 52.48 manat məbləğində rüsumun və xidmət haqqının, eyni zamanda 414 manat dövlət rüsumu və 0.62 manat bank xidmət haqqının tutulması, tutmanın ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, Məhəmməd ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi (yüklülük çıxarışının qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2023) yönəldilməsi, həmin əmlaka ilkin satış qiyməti (likvid qiymət) müəyyən edilməklə, əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin borca ödənilməsi, ipoteka predmetinin satışdan əldə olunacaq vəsait tələbləri ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq tələblərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 məhkəməyə vəsatətlə müraciət edərək, hazırki işin aidiyyətı üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2537/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh4 MMCyə, Cavabdeh3 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işin baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsinə dair Cavabdeh3 tərəfindən verilmiş vəsatət rədd edilmişdir. Cavabdeh3 nümayəndəsi/vəkili qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(113)-2537/2025 saylı qərardadının ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əvvəla vəsatət Cavabdeh3 tərəfindən deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilib. Lakin qərardadda vəsatətin Cavabdeh3 tərəfindən verilməsi göstərilib. Cavabdeh3 fiziki şəxsdir, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hüquqi şəxsdir. Odur ki, qərardadla Cavabdeh3 tərəfindən verilmiş vəsatətin rədd edilməsi göstərilməsi əsassızdır. Konstitusiya Məhkəməsinin Plenumu qərarında göstərib: "Mülki Prosessual Məcəllənin 39-cu maddəsində müəyyən kateqoriyadan olan daşınmaz əşyalarla bağlı iddia ərizələrinin daşınmaz əşyanın yerləşdiyi yerin məhkəməsinə verilməsi təsbit edilmişdir." (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 iyun 2021-ci il tarixli qərar). Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında göstərilir ki, "Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Cavabdehlər Sumqayıt şəhərində yaşayırlar. Mülki işdə olan Beynəlxalq Bank tərəfindən Tim Academy və Tim Consalting MMC-lərə göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məktubların qəbzlərindən görünür ki, həmin müəssisələr Xətai rayonunda yerləşən ünvanlarından köçüblər. Onlar artıq Sumqayıtda fəaliyyət göstərirlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 2537/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2537/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, şikayətin dəlillərindən görünür ki, cavabdeh hazırda ipoteka predmetinin Sumqayıt şəhərində yerləşməsi, habelə cavabdehlərin Sumqayıt şəhərində yaşamaqla fəaliyyət göstərməsi səbəbilə işin aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini tələb edir. Kollegiya əvvəla müstəsna ərazi aidiyyəti qaydalarına əsasən hazırkı mübahisəyə ipoteka predmeti olan əmlakın yerləşdiyi yerin məhkəməsində baxılmalı olmasına dair cavabdehin dəlilləri bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci (müstəsna aidiyyət) maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Yuxarıda göstərilən normanın məzmunundan göründüyü kimi daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumun 02 iyun 2021-ci il tarixli qərarı). Hazırki işin hallarından isə görünür ki, iddiaçının tələbi kredit müqaviləsi üzrə borcun ödənilməsi və həmin tələb üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlıdır. Göründüyü kimi hazırkı mübahisə üzrə iddia tələbi müqavilə münasibətlərindən irəli gələn tələb olmaqla daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və ya sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan) kateqoriyasına daxil deyildir. Yəni hazırki mübahisəyə müstəsna aidiyyət şamil oluna bilməz. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdehlərdən Cavabdeh1 MMC və Cavabdeh4 MMC-nin hüquqi ünvanı AZ1025, Bakı şəhəri, Xətai rayonu, ünvan 3cəlləsinin: 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. 36.2-ci maddəsinə görə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçının MPM-in 36.2-ci maddəsində nəzərdə tutulmuş seçim hüququndan istifadə etməklə hazırkı iddianı cavabdehlərdən bir neçəsinin hüquqi ünvanı üzrə Bakı Kommersiya Məhkəməsinə qaldırmasının ərazi aidiyyəti qaydalarının pozuntusu kimi qiymətləndirilməsi üçün əsas yoxdur. Bununla yanaşı cavabdehin şikayətində istinad etdiyi işin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2025-ci il tarixli vəsatətin Cavabdeh3 adından deyil, Cavabdeh1 adından verilməsi barədə dəlillərə münasibətdə kollegiya qeyd edir ki, birincisi, sözügedən vəsatətin mətninin imza hissəsində (aşağı hissəsində) "xxxx" MMCnin adı qeyd edilsə də, vəsatəti verən şəxs hissəsində (yuxarı hissəsində) Cavabdeh3 tərəfindən verilməsi göstərilmiş, bundan başqa vəsatət Cavabdeh3 məxsus elektron imza ilə imzalanmışdır. Odur ki, vəsatətin mətnində Cavabdeh3 həmin vəsatəti "xxxx" MMC-nin qanuni təmsilçisi kimi MMC-nin adındanvə ya iş üzrə cavabdeh qismində öz adından qaldırması ilə bağlı qeyri-müəyyənlik mövcuddur. Bundan başqa vəsatətin təmin edilməməsi barədə qərardaddan şikayət də Cavabdeh3 nümayəndəsi və vəkili tərəfindən verilmişdir. Digər tərəfdən Cavabdeh3 vəsatətin kimin adından qaldırılmasından asılı olmayaraq məhkəmə tərəfindən vəsatətə mahiyyət üzrə münasibət bildirilmişdir. Odur ki, iddiaçının istinad etdiyi dəlil mahiyyətcə düzgün olan məhkəmə qərardadının ləğvi üçün əsas vermir. Yuxarıda göstərilənlərə əsasən, kollegiya belə qənaət gəlir ki, işin baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsinə dair cavabdeh tərəfindən verilmiş vəsatətin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayət isə əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(113)-2537/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Elnur Həsənov Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-515/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-515/2025
25.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver