Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-516/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndə və vəkilləri Nümayəndə1, Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1491/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 04.03.2021-ci il və 15.03.2021-ci il tarixli qərardadlarından Cavabdeh MMC tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası DİN-nin BTYPİ-nin Qİİ) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə onun arasında **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı “KAMAZ” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı “KAMAZ” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ” markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ” markalı yük avtomaşınlarına dair bağlanılmış 31 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin maşınlara görə iddiaçıya ödənilməli 196270,0 (bir yüz doxsan altı min iki yüz yetmiş) manat haqqın, 2012ci il buraxılışlı, “KOMATSU PC 220-8” markalı ekskavatorun cavabdehdən alınaraq iddiaçıya qaytarılması və həmin ekskavatora görə 30670,0 (otuz min altı yüz yetmiş) manat haqqın, cəmi 216940,0 (iki yüz on altı min doqquz yüz qırx) pulun; cavabdehin qanunsuz əməlləri nəticəsində 8 ədəd “KAMAZ” markalı maşınların və 1 ədəd “KOMATSU PC 220-8" markalı ekskavatorun 19 ay dayanmasına və saxlamasına görə 703000, (yeddi yüz üç min) manat real zərərin; AR Mərkəzi Bankının uçot faiz dərəcəsinə illik 5%-dən, cəmi 72824,0 (yetmiş iki min səkkiz yüz iyirmi dörd) manat məbləğində əldə çıxmış faydanın; hüquqi yardıma görə ödənilmiş 1020 manat və dövlət rüsumu üçün ödənilmiş 31 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh MMC ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı “KAMAZ" markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı “KAMAZ” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ” markalı 8 ədəd yük avtomaşının İddiaçı alınaraq Cavabdeh MMC-yə qaytarılması, həmin avtomaşınların 2019-cu ilin may ayından indiyədək ilk iddia üzrə iddiaçı tərəfindən istifadəsinə görə 608.000,00 manat pulun, 220 manat vəkil haqqının və 30 manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia üzrə yekun məhkəmə aktı qəbul edilənədək Cavabdehnə iddiaçının mülkiyyətində olan Yaponiya istehsalı, 2012-ci il buraxılışlı, “KOMATSU PC 220-8” markalı təkərli ekskavatordan istifadənin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 04.03.2021-ci il tarixli 2-2(113)-1491/2021 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Həmçinin Cavabdeh MMC iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək mübahisəli yük avtomaşınlarının qarşılıqlı iddia üzrə cavabdehin istifadəsindən alınaraq Azərbaycan Respublikası DİN BDYPİ-nin müvəqqəti saxlama meydançasına yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 04.03.2021-ci il tarixli 2-2(113)-1491/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Bundan əlavə Cavabdeh MMC iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia üzrə yekun məhkəmə aktı qəbul edilənədək iddianı təmin etmə tədbiri mübahisəli yük avtomaşınlarına həbs qoyulmaqla onların istifadəsinin cavabdehə qadağan edilməsi məqsədi ilə Azərbaycan Respublikası DİN BDYPİ-nin müvəqqəti saxlama meydançasında yerləşdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15.03.2021-ci il tarixli 2-2(113)-1491/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilərək, Cavabdeh mülkiyyətində olan **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı “KAMAZ” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı “KAMAZ” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ” markalı avtonəqliyyat vasitələrinin üzərinə həbs qoyulması və həmin nəqliyyat vasitələrindən istifadə edilməsinin İddiaçı qadağan edilməsi, qərardadın dərhal icra edilməsi və ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh MMC hər üç qərardaddan ayrı-ayrılıqda şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 15.03.2021-ci il və 30.03.2021-ci il tarixli qərardadları ilə şikayətlər təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkilləri Vəkil3 və Vəkil2 şikayətləri müdafiə etdilər, iddiaçının nümayəndə və vəkilləri Nümayəndə1 ilə Vəkil1 isə şikayətlərə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 04.03.2021-ci il tarixli qərardadlarından verilmiş şikayətlər təmin edilməməli, həmin Məhkəmənin 15.03.2021-ci il qərardadından verilmiş şikayət isə qismən təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci maddəsinin tələblərinə görə hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1-ci maddəsinə görə iddianı təmin etmək üçün aşağıdakı tədbirlər görülə bilər: cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq (158.1.1); müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək (158.1.2); mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək (158.1.3). Qanunun mənasına görə iş üzrə çıxarılan qətnamənin gələcəkdə real icra edilə bilməyəcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbirlər görmək zərurəti yaranır. İddianı təmin etmək üçün əsas məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz ola biləcəyi qənaətidir. Bu baxımdan məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, İddiaçı ərizəsi əsaslıdır. Belə ki, mübahisənin mahiyyətindən aydın şəkildə görünür ki, işə mahiyyəti üzrə baxılana qədər İddiaçı mülkiyyətində olan Yaponiya istehsalı, 2012-ci il buraxılışlı, “KOMATSU PC 220-8” markalı təkərli ekskavatorun Cavabdeh MMC tərəfindən istifadəsi nəticəsində məhv edilməsi və ya zədələnməsi gələcəkdə qəbul edilə biləcək qətnamənin icrasına maneçilik törədə bilər. Ona görə də, cavabdehə həmin ekskavatordan istifadənin qadağan edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Cavabdeh MMC tərəfindən verilmiş birinci iddianın təmini tədbiri barədə ərizə isə əsassızdır. Belə ki, Mülki Prosessual Məcəllədə bu növ iddianın təmini tədbiri, eyni zamanda qanunvericilikdə Azərbaycan Respublikası DİN BDYPİ-nin belə vəzifəsi müəyyən edilməmişdir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq həmin ərizənin rədd edilməsi nəticəsinə gəlmişdir. Cavabdeh MMC tərəfindən verilmiş ikinci iddianın təmini tədbiri barədə ərizə isə qismən əsaslıdır. Belə ki, hazırkı mübahisənin predmetini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq işə mahiyyəti üzrə baxılana kimi mübahisəli nəqliyyat vasitələrinin istifadəsinin İddiaçı qadağan edilməsi barədə iddianın təmini tədbirini seçmişdir. Belə ki, mübahisənin mahiyyətindən aydın şəkildə görünür ki, işə mahiyyəti üzrə baxılana qədər həmin əmlakların istifadəsi nəticəsində məhv edilməsi və ya zədələnməsi gələcəkdə qəbul edilə biləcək qətnamənin icrasına maneçilik törədə bilər. Eyni zamanda kollegiya hesab edir ki, həmin istifadəyə qadağanın icra qaydası da müəyyən edilməlidir. Çünki işin mübahisəsiz halıdır ki, həmin nəqliyyat vasitələri İddiaçı sahibliyindədir. Ona görə də, onlardan istifadəyə qadağan edilməsinə nəzarət etmənin təmin edilməsi üçün mübahisəli nəqliyyat vasitələri Cavabdeh MMC-nin tələb etdiyi kimi Azərbaycan Respublikası DİN BDYPİ-nin müvəqqəti saxlama meydançasında deyil, icra məmurunun müəyyən etdiyi və hər iki tərəf üçün neytral olan mühafizə olunan dayanacağa yerləşdirilməlidir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin həmin qərardadı qismən ləğv edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin 04.03.2021-ci il tarixli qərardadlarından verilmiş şikayətlər təmin edilməməli, 15.03.2021-ci il qərardadından verilmiş şikayət isə qismən təmin olunmalı, həmin qərardad yuxarıda göstərilən əsaslara görə qismən ləğv edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin 04.03.2021-ci il tarixli 2-2(113)-1491/2021 saylı qərardadlarından Cavabdeh MMC tərəfindən verilmiş şikayətlər təmin edilməsin və həmin qərardadlar dəyişdirilmədən saxlanılsın. Bakı Kommersiya Məhkəməsinin 15.03.2021-ci il tarixli 2-2(113)-1491/2021 saylı qərardadından Cavabdeh MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin və həmin qərardad qismən (ərizənin təmin edilməyən hissəsində) ləğv edilsin. Cavabdeh mülkiyyətində olan **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı “KAMAZ” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2011-ci il buraxılışlı “KAMAZ” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buralxılışlı “KAMAZ” markalı, 90- ZC-543 dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “KAMAZ” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı "KAMAZ" markalı avtonəqliyyat vasitələri mühafizə olunan dayanacağa yerləşdirilsin. Qərardad dərhal icra edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-516/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-516/2021
04.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver