Məhkəmə qərarları › İş №2-2(103)-520/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-520/2025

24.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-520/2025 24.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh1nə qarşı müqavilənin ləğv edilməsi tələbinə dair ilkin, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı Mənzil Tikinti Kooperativinə və X1rşı müqavilənin etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin təhvil verilməsi barədə qarşılıqlı iddia ərizələrinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X8 Əliyevanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə4 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 478/2025 saylı qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 ŞİKŞ tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MTK (Birinci tərəf) ilə Cavabdeh1 ŞİKŞ (İkinci tərəf) arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin predmetindən görünür ki, "Tərəf 1" Bakı şəhəri Nəsimi rayonu, 741 -cl məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən mövcud yaşayış binalarının sökülərək yerində çox mərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin həyata keçirilməsi və "Tərəf 2" isə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin (zirzəmi və yarımzirzəmi) boşaltdırılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının əvəzləşməsi barədə razılığa gəlmişlər. Həmin müqavilənin: 1.2-ci bəndinə əsasən "Tərəf 1" Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 614 saylı 24 dekabr 2014-cu il tarixli sərəncamın əsasən ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək və tam təmir edilib, təhvil verilənədək "Tərəf 2"yə kirayə edilmiş qeyri- yaşayış sahəsində yerləşdirilməsi üçün təhvil veriləcək qeyri-yaşayış obyektinin təhvil-təslim aktının iki tərəfin imzaladığı günədək aylıq 5000 (beş min) manat kompensasiya (kirayə haqqını) ödəmək barədə şərtləşmişlər. 1.3-cü bəndinə əsasən "Tərəf 1” Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 614 saylı 24 dekabr 2014-cü il tarixli sərəncamına və “Tərəf 2"-nin razılığına əsasən ********** qeydiyyat nömrəli, Seriya MH ******* saylı, xx.xx.2007-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********57-05101-083001 olan Çıxarışa əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0.08 ha torpaq sahəsində yerləşən 20 nömrəli binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m ümumi, 225.0 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahənin sökülərək, əvəzinə sözügedən sahənin ümumi sahəsinə əlavə olaraq 134.9 kv.m qeyri-yaşayış sahəsi əlavə gəlməklə, binanın bünövrəsinin qazıntısına başladıqdan sonra 18 (on səkkiz) ay tikinti-inşaat işlərinin bitməsi, 6 (altı) ay təmir işlərinin bitməsi olmaqla ümumilikdə 24 (iyirmi dörd) təqvim ayı ərzində ünvan 1 ünvanında inşa ediləcək 12 (on iki) mərtəbəli yaşayış kompleksində yol ilə eyni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibərət qeyri-yaşayış sahəni tam təmir edib təhvil verməyi öz üzərinə götürmüşdür. 1.4-cü bəndinə əsasən "Tərəf 2" nin əldə etdiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın idarə olunması, nəzarətdə saxlanılması və ona texniki xidmətlərin göstərilməsi "Tərəf 1" tərəfindən və ya "Tərəf 1"in təyin etdiyi digər şirkətlər tərəfindən həyata keçirilir, qeyri-yaşayış sahəsi təhvil verildikdən sonra xidmət müqaviləsi imzalanır və kommunal haqqı ödənilməsi şərtləşdirilmişdir. 2.1-ci bəndinə əsasən müqavilədə qeyd edilən qeyri-yaşayış sahəsi sökülərək, əvəzinə yeni inşa ediləcək yaşayış binasında, təmirli qeyri-yaşayış sahəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli "Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" 86 saylı Qərarı və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 614 saylı 24 dekabr 2014-cü il tarixli sərəncamı ilə tənzimləndiyindən dəyişdirilmiş mənzillərin dəyəri bir-birinə bərabər tutulur.

2. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli 614 saylı Yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında Sərəncamından görünür ki, İddiaçı xx.xx.2014-cü ü tarixli, 1 saylı müraciəti nəzərə alınaraq, Nəsimi rayonu, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsindəki 741 saylı məhəllədə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilməsi qərara alınmışdır.

3. İddiaçı MTK (MTK) ilə Cavabdeh2 (Payçı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin predmetindən görünür ki, “MTK” pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “A” bloku, 1-ci mərtəbə, ümümi sahəsi 260 kv.m olan qeyriyaşayış sahəsini tikib və “Payçı”nın mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür, “Payçı” bu müqaviləyə əsasən pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “A” bloku, 1-ci mərtəbə, ümümi sahəsi 260 kv.m olan qeyri-yaşayış sahəsini təmirsiz qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada qeyri-yaşayış sahəsi üzrə tələb olunan bütün ödənişlərin “MTK”-ya ödənilməsini və həmçinin, İddiaçınə məxsus yaşayış kompelksində xidmət göstərəcək şirkətə kommunal və digər xidmət ödənişini etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci maddəsinə əsasən “Payçı” “MTK”-nə aldığı qeyri-yaşayış sahəsi üçün aşağıda müəyyənləşdirilmiş qaydada ümumilikdə 512356 manat ödəməyi şərtləşdirmişdir. Müqavilənin 3.2-ci maddəsinə əsasən “Payçı” “MTK”nə aldığı qeyri-yaşayış sahəsinin 1 kv.m üçün 1970,60 manat ödəməyi şərtləşdirmişdir.

4. Qarşılıqlı iddia üzrə cavabdeh X3 nümayəndəsi, Vəkil təqdim etdiyi müqavilə, qəbzlər, ərizə, aktlar və texniki şərtlərdən görünür ki, ünvan 2 ünvanında elektrik enerjisi və təbii qaz üzrə komunal xidmət müqavilələri X3 adınadır.

5. Məhkəmə tərəfindən mübahisəli yaşayış kompleksi yerində müayinə olunaraq müəyyən edilmişdir ki, tikilmiş kompleksin yerləşdiyi relyef enişli və yoxuşludur, həmin binada yer səviyyəsində 500 kv.m. sahəsi olan 1-ci mərtəbə mövcud deyil, Cavabdeh1 ŞİKŞ-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsi ikimərtəbəli yaşayış binasının zirzəmisində (yarımzirzəmisində) yerləşir, qeyri-yaşayış sahəsinin yerləşdiyi bina İddiaçı MTK tərəfindən tikilmiş yaşayış binasından xeyli aralıda (15-20 metr) yerləşir, həmin bina sökülməyib və binada yaşayış mövcuddur. Binanın 1-ci mərtəbəsində yerləşən (yoldan hündürdə) X5 ilə bağlanmış müqaviləyə əsasən sonuncuya verilməsi nəzərdə tutulmuş qeyri-yaşayış sahəsi hazırda market kimi istifadə olunur. Cavabdeh1 ŞİKŞ-yə əvvəllər təklif edilmiş qeyri-yaşayış sagəsi yoldan 1,5-2 metr hündürdə yerləşir.

Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı MTK iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 ŞİKŞ arasında bağlanmış 08 iyun 2020-ci il tarixli müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin 614 saylı, 24 dekabr 2014-cü il tarixli sərəncamına əsasən, İddiaçı MTK-ya Bakı şəhəri, Nəsimi rayonu, 741-ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən mövcud binaların sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinə icazə verilmişdir. İddiaçı MTK da həmin sərəncamdan irəli gələn məsələlərin həlli məqsədi ilə sərəncamda qeyd olunan ərazidə, yəni Bakı şəhəri, Nəsimi rayonu, 741-ci məhəllə, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsində yerləşən mövcud yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri, qanuni sahibləri ilə danışıqlar aparılmış, sökütüsü planlaşdırılan yaşayış və qeyri-yaşayış sahələrinin əvəzinə MTK-nın həmin ərazidə inşa edəcəyi binalarda razılaşdırılmış ölçülərdə yaşayış və qeyri-yaşayış sahələrinin verilməsi barədə mülkiyyətçilərlə ayrı-ayrı müqavilələr bağlanmışdır. Həmin müqavilələrin biri də 08 iyun 2020-ci il tarixdə Bakı şəhəri, Nəsim rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,08 ha torpaq sahəsində yerləşən 20 nömrəli binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahənin mülkiyyətçisi, hazırki iş üzrə Cavabdeh1 ilə bağlanmışdır. İddiaçı MTK və Cavabdeh1 ŞİKŞ arasında bağlanmış həmin müqavilənin 1.3-cü maddəsinə görə, İddiaçı MTK, cavabdehin mülkiyyətində olan və Bakı şəhəri, Nəsim rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,08 ha torpaq sahəsində yerləşən 20 nömrəli binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahənin sökülərək, əvəzinə sözügedən sahənin ümumi sahəsinə əlavə olaraq 134.9 kv.m qeyri-yaşayış sahəsi əlavə gəlməklə, ünvan 3 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyri-yaşayış sahəsini tam təmir edib cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. Bundan başqa, müqavilənin 1.3-cü maddəsinə görə, İddiaçı MTK tərəfindən yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsini Cavabdeh1 ŞİKŞ-yə təhvil verməsinin müddəti binanın bünövrəsinin qazıntısına başladıqdan sonra ümumilikdə 24 ay ( 18 ay tikinti-inşaat işlərinin bitməsi, 6 ay təmir işlərinin bitməsi) müəyyən edilmişdir. Müqavilənin 2.1-ci maddəsinə görə, tərəflər razılığa gəlmişlər ki, cavabdehə məxsus söküləcək qeyri-yaşayış sahəsinin dəyəri ilə ona təhvil veriləcək yeni qeyri-yaşayış sahəsinin dəyəri bir-birinə bərabər tutulur. İddiaçı MTK, inşasına başlamaq istədiyi çoxmərtəbəli yaşayış binasının fundamentinin qazılması məqsədilə Cavabdeh1 ŞİKŞ-yə məxsus və ünvan 4 ünvanda yerləşən binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahənin cüzi bir hissəsini zədələmişdir. Lakin sonradan cavabdehə aid əmlakla bağlı İddiaçı MTKnın hər hansı hərəkət etməsinə, o cümlədən sökülməsinə zərurət qalmamışdır. Belə ki, cavabdehə aid əmlakın yerləşdiyi yerdə çoxmənzilli yaşayış binasının tikintisinə İddiaçı MTK-ya icazə verilməmişdir. İddiaçı MTK-nın inşasına icazə verilən çoxmənzilli yaşayış binasının bünövrəsi isə cavabdehə aid qeyri-yaşayış sahəsindən kənara salınmış, qeyri-yaşayış sahəsi ilə bina arasında 15 metr ara məsafəsi yaranmışdır. İddiaçı MTK, cavabdeh məxsus zirzəmi və yarımzirzəmi sökməməsinə baxmayaraq, ünvan 3 ünvanında inşa etdiyi çoxmərtəbəli binanın inşası başa çatdıqdan sonra, MTK razılaşdırıldığı kimi, binanın R.Axundov və V.Plotnikav küçələrinin kəsişməsində yol ilə eyni səviyyədə binanın 1-ci mərtəbəsində yerləşən 500 kv.m ibarət qeyri-yaşayış sahəsinin təmirli vəziyyətdə təhvil almasını Cavabdeh1 ŞİKŞ təklif etmişdir. Lakin Cavabdeh1 ŞİKŞ həmin sahəni qəbul etməkdən imtina etmişdir. MTK tərəfindən cavabdehə dəfələrlə şifahi və xx.xx.2023-cü il və xx.xx.2023-cü il və sair tarixlərdə yazılı qaydada müraciətlər ünvanlanaraq, müqavilə predmeti olan qeyri-yaşayış sahəsinin tam təmirli vəziyyətdə hazır olması bildirilmiş və təhvil-təslim üçün MTK-nın ofisinə yaxınlaşması təklif olunmuşdur. Lakin Cavabdeh1 ŞİKŞ bu müraciətlərə məhəl qoymamış, əsassız bəhanələr gətirərək qeyri-yaşayış sahəsini qəbul etməkdən imtina etmişdir. Cavabdeh1 ŞİKŞ, hüquqdan sui-istifadə edərək ona C.Hacıbəyli və V.Plotnikov küçələrinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin ona verilməsini “Yeni "xxxx" MTK-dan tələb etmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, İddiaçı MTK tərəfindən Cavabdeh1 ŞİKŞ təhvil veriləcək qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın ünvanı, mərtəbəsi və hətta yer səviyyəsi (yol ilə eyni səviyyədə) dəqiq göstərilmişdir (maddə 1.3). Həmin müqavilədə təhvil veriləcək qeyri-yaşayış sahəsinin məhz C.Hacıbəyli və V.Plotnikov küçələrinin kəsişməsində yerləşməsi barədə şərt nəzərdə tutulmamışdır. İddiaçı MTK, Cavabdeh1 ŞİKŞ-yə məxsus yarımzirzəmi və zirzəmisində 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahənin zədələnmiş cüzi bir hissəsini sonradan bərpa etmiş, həmin hissəni əvvəlki vəziyyətindən daha da yaxşı vəziyyətə gətirmişdir. Göründüyü kimi İddiaçı MTK və Cavabdeh1 ŞİKŞ-arasında 08 iyun 2020-ci il tarixdə müqavilə bağlanmasının məqsədi, MTK tərəfindən inşa ediləcək çoxmərtəbəli binanın bünövrəsinin (yerləşmə yeri) cavabdehə məxsus qeyri-yaşayış sahəsinin olduğu əraziyə düşməsi olmuşdur. Lakin sonradan həmin yerdə binanın tikintisinə icazə verilməmiş, yeni inşa ediləcək binanın bünövəsinin yeri isə isə cavabehə aid qeyri-yaşayış sahəsindən 15 metr aralıda müəyyən edilmişdir. Qeyd olunan bu dəyişikliklərin aparılmasına İddiaçı MTK-nın iradə ifadəsi olmamışdır. İddiaçı MTK bütün bu dəyişmələrin olacağını əvvəlcədən bilsəydi, o, Cavabdeh1 ŞİKŞ ilə 08 iyun 2020-ci il tarixdə müqaviləni heç bağlamazdı. Yuxarıda qeyd olunduğu kimi, İddiaçı MTK artıq küçələrinin kəsişməsində çoxmərtəbəli binanın inşasını başa çatdırmışdır. Cavabdeh1 ŞİKŞ-yə məxsus 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi (yarımzirzəmi və zirzəmi) isə tərəflər arasında müqavilə bağlandığı tarixə (08 iyun 2020-ci il) olan vəziyyətdə hazırda da mövcuddur. İddiaçı MTK həmin əmlakın zədələnmiş cüzi bir hissəsini bərpa etmişdir. Qeyri-yaşayış sahəsi texniki paspotunda göstərilən ölçülərdə və vəziyyətdədir. Həmin qeyri-yaşayış sahəsi İddiaçı MTK-nın mülkiyyətinə keçməmişdir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Cavabdeh1 ŞİKŞ-nin əmlak üzərində qeydə alınmış mülkiyyət hüququ bu gün qüvvədədir. İddiaçı MTK tərəfindən Cavabdeh1 ŞİKŞ-ə hər hansı formada zərər vurulmamışdır. İddiaçı MTK, xx.xx.2023-cü il, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə pretenziya məktubu ilə Cavabdeh1 ŞİKŞ-yə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin 3 gün ərzində ləğv edilməsini və Cavabdeh1 ŞİKŞ-yə məxsus, ünvan 5 ünvanda yerləşən binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin İddiaçı MTK tərəfindən sökülmüş cüzi bir hissəsinə görə razılaşacaqları məbləğdə kompensasiyanın İddiaçı MTK-dan qəbul edilməsini xahiş etmişdir. Cavabdeh bütün bu təkliflərdən də imtina etmişdir.

8. Həmçinin Cavabdeh1 ŞİKŞ qarşılıqlı iddia ərizəsi və əlavə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsi (Ceyhun Hacıbəyli küçəsi ilə Vladislav Plotnikov küçəsinin kəsişməsində) 21 və 23 ünvanında inşa edilən 12 mərtəbəli yaşayış komleksinin 1- ci mərtəbəsində yol ilə eyni səviyyədə yerləşən 500 kv.m tam təmirli qeyri-yaşayış sahəsinin cavabdeh İddiaçı MTK-dan alınaraq cavabdehə təhvil verilməsinə və həmin sahə üzərində sahiblik və istifadə hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia ərizəsindən də göründüyü kimi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ŞİKŞ arasında bağlanan müqavilənin 1.3-cü bəndinə görə, İddiaçı MTK, cavabdehin mülkiyyətində olan və Bakı şəhəri, Nəsim rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,08 ha torpaq sahəsində yerləşən 20 nömrəli binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahənin sökülərək, əvəzinə sözügedən sahənin ümumi sahəsinə əlavə olaraq 134.9 kv.m qeyri-yaşayış sahəsi əlavə gəlməklə, ünvan 3 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyri-yaşayış sahəsini tam təmir edib cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər arasında bağlanan müqaviləyə əsasən, cavabdeh öz mülkiyyətində olan sahəni ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın istifadəsinə və sərəncamına verməyi, həmin tərəf isə bütövlükdə bu sahəni qəbul edib orada hündürmərtəbəli bina inşa etdikdən sonra ünvan 3 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyri-yaşayış sahəsini tam təmir edib bizə təhvil verməyi öhdəsinə götürmüşdür. Elə iddia ərizəsindən görünən növbəti hal ondan ibarətdir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ŞİKŞ müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, öz mülkiyyətində olan sahənin sökülməsinə razılıq vermiş, lakin, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK onun mülkiyyətində olan sahəni söküərək, yararsız hala gətirmiş və müqavilə üzrə öz öhdəsinə düşən qeyriyaşayış sahəsini isə ona təhvil verməkdən yayınmışdır. Tərəflər arasında rəsmiləşdirilən müqavilənin şərtlərindən də açıq aydın görünür ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK ünvan 3 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyri-yaşayış sahəsini tam təmir edib onlara təhvil verməli olsa da bunu etməmiş, bu öhdəliyindən yayınmaq üçün isə hazırki iddianı məhkəməyə təqdim etmişdir. Nəticədə mülki qanunvericiliyin vicdanlılıq və öhdəliklərini yerinə yetirmə ilə bağlı normaları pozulmuş, həmçinin, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın qanunsuz hərəkətləri nəticəsində onların əmlakı yararsız hala düşmüş, bundan əlavə, bu hərəkətlər əldən çıxmış faydanın yaranmasına və haqları olan sahənin əldən çıxmasına səbəb olmuşdur. Hazırki mübahisədən isə o aydın olur ki, müqavilə tərəfi olaraq iddiaçı öz öhdəliklərini yerinə yetirsə də qarşı tərəf vicdanlılığın tələb etdiyi qaydada hərəkət etməmiş, öz öhdəliklərini yerinə yetirmək əvəzinə cavabdehə təklif etdiyi sahəni tikib hazır vəziyyətə gətirsə də bu sahəni cavabdehə təhvil verməkdən yayınmağa çalışmaqdadır. Mülkiyyətdə olan sahəni təhvil almaq üçün ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK ünvan 3 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyri-yaşayış sahəsinin harada yerləşəcəyini onlara bildirmiş, həmin sahəni də tikib tam təmir edib hazır vəziyyətə gətirmişdir, lakin, sonradan bu sahənin dəyərini əldə etmək niyyəti ilə iddia qaldırıb müqavilənin ləğvinə nail olmaq fikrinə düşmüşdür. Nəticədə öhdəliklərin lazımınca icra edilməməsi səbəbindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ŞİKŞ-nə zərər dəyməkdədir. Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsi (Ceyhun Hacıbəyli küçəsi ilə Vladislav Plotnikov küçəsinin kəsişməsində) 21 və 23 ünvanında inşa edilən 12 mərtəbəli yaşayış komleksinin 1- ci mərtəbəsində yol ilə eyni səviyyədə yerləşən 500 kv.m tam təmirli qeyri-yaşayış sahəsinin cavabdeh İddiaçı MTK-dan alınaraq cavabdehə təhvil verilməsinə və həmin sahə üzərində sahiblik və istifadə hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdeh "xxxx" MTK ilə digər Cavabdeh2 arasında ünvan 6 ünvanında tikilməkdə olan A bloku, 1-ci mərtəbə, ümumi sahəsi 260 kv.m. olan qeyriyaşayış sahəsinin tikib təhvil verilməsinə dair 06 yanvar 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, C.Hacıbəyli küçəsi (Ceyhun Hacıbəyli küçəsi ilə Vladislav Plotnikov küçəsinin kəsişməsində) 21 və 23 ünvanında inşa edilən 12 mərtəbəli yaşayış komleksinin 1-ci mərtəbəsində yol ilə eyni səviyyədə yerləşən 500 kv.m tam təmirli qeyri-yaşayış sahəsinin cavabdeh İddiaçı MTK-dan alınaraq onlara təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Həmin ərizəni ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı MTK ilə iddiaçı Cavabdeh1 ŞİKŞ arasında bağlanan 08 iyun 2020-ci il tarixli müqavilənin 1.3-cü bəndinə görə, cavabdeh, iddiaçının mülkiyyətində olan və Bakı şəhəri, Nəsim rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,08 ha torpaq sahəsində yerləşən 20 nömrəli binanın yarım-zirzəmi və zirzəmisində 365.1 kv.m. əsas, 140.1 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahənin sökülərək, əvəzinə sözügedən sahənin ümumi sahəsinə əlavə olaraq 134.9 kv.m qeyri-yaşayış sahəsi əlavə gəlməklə, ünvan 3 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eyni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyri-yaşayış sahəsini tam təmir edib cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər arasında bağlanan müqaviləyə əsasən, iddiaçı öz mülkiyyətində olan sahəni cavabdeh İddiaçı MTK-nın istifadəsinə və sərəncamına verməyi, cavabdeh isə bütövlükdə bu sahəni qəbul edib orada hündürmərtəbəli bina inşa etdikdən sonra ünvan 3 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyri-yaşayış sahəsini tam təmir edib onlara təhvil verməyi öhdəsinə götürmüşdür. İddiaçı Cavabdeh1 ŞİKŞ müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, öz mülkiyyətində olan sahənin sökülməsinə razılıq vermiş, lakin cavabdeh İddiaçı MTK müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Mülki qanunvericiliyin normalarından da görünür ki, tərəflər öz öhdəliklərini vicdanla yerinə yetirməli və bu öhdəliklərin yerinə yetirilməsi üçün zəruri tədbirləri görməlidirlər. Hazırki mübahisədən isə o aydın olur ki, müqavilə tərəfi olaraq onlar öz öhdəliklərini yerinə yetirsələr də, qarşı tərəf vicdanlılığın tələb etdiyi qaydada hərəkət etməmiş, öz öhdəliklərini yerinə yetirmək əvəzinə onlar təklif etdiyi sahəni tikib hazır vəziyyətə gətirsə də, bu sahəni təhvil verməkdən yayınmağa çalışmaqdadır. Mülkiyyətlərində olan sahəni təhvil almaq üçün cavabdeh İddiaçı MTK ünvan 3 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyri-yaşayış sahəsinin harada yerləşəcəyini onlara bildirmiş, həmin sahəni də tikib tam təmir edib hazır vəziyyətə gətirmiş, lakin sonradan bu sahənin dəyərini əldə etmək niyyəti ilə iddia qaldırıb müqavilənin ləğvinə nail olmaq fikrinə düşmüşdür. Nəticədə öhdəliklərin lazımınca icra edilməməsi səbəbindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ŞİKŞ-nə zərər dəyməkdədir. Mülki qanunvericiliyin normalarına əsasən hər bir tərəf öz öhdəliyini icra etməməyə görə məsuliyyət daşımalıdır. Hazırda müqavilələri qüvvəsində olmasına baxmayaraq təəssüflər olsun ki, cavabdeh hələ də öz öhdəliklərini yerinə yetirməməkdədir. Bunun üçün onlar pretenziya ilə cavabdehə müraciət etmiş və müqavilə üzrə öhdəlikləri xatırladılmaqla öhdəliklərin icrası tələb edilmişdir. Hətta mübahisənin məhkəmədən kənar həlli üçün nümayəndə vasitəsi ilə cavabdehin məsul şəxsi ilə görüş də təşkil edilmiş, lakin bu tədbirlər heç bir müsbət nəticə verməmişdir. Bütün bu tədbirlərdən sonra məlum olur ki, cavabdeh öz öhdəliklərindən yayınmaqla yanaşı, onlara zərərin də vurulmasında maraqlıdır. Belə ki, tərəflərindən X6 görülməsinə dair Bakı Kommersiya Məhkəməsinə ərizə təqdim edilmiş və Bakı Kommersiya Məhkəməsinin e16(113)-484/2024 saylı qərardadı ilə ərizələri təmin edilmişdir. Həmin qərardad icrada olarkən onlara məlum olmuşdur ki, onlara təklif edilən 500 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsi üç yerə bölünməklə ayrı-ayrı şəxslərə satılmışdır. Təəssüflər olsun ki, bu üç sahənin alıcısından yalnız birinin adını müəyyən etmək mümkün olmuşdur ki, həmin şəxsin vəkili yuxarıda qeyd edilən qərardadın onların hüquqlarına toxunduğunu bəhanə gətirərək məhkəmə qərardadından şikayət vermişdir. Hazırki iddia ərizəsinə surəti əlavə edilən 06 yanvar 2021-ci il tarixli Müqavilədən də görünür ki, cavabdeh onlara təklif etdiyi qeyri-yaşayış sahəsinin bir hissəsini adını sonradan dəqiqləşdirdikləri və hazırki ərizələri ilə cavabdeh kimi qoyduqları Cavabdeh2 satmışdır. Hazırda həmin sahə məhz bu xanımın istifadəsində və sahibliyindədir. Məhz bunu nəzərə alaraq, onlar hazırki məqamda iddianın həcminin artırılması və həmin xanımın da cavabdeh qismində cəlb edilməsi qərarına gəlmişlər. Düşünürlər ki, cavabdehlə Cavabdeh2 qızı arasında ünvan 6 ünvanında tikilməkdə olan A bloku, 1-ci mərtəbə, ümumi sahəsi 260 kv.m. olan qeyriyaşayış sahəsinə görə bağlanan 06 yanvar 2021-ci il tarixli müqavilə etibarsız hesab edilməlidir. Qanunvericiliyin tələbləri və işin hallarından bir daha təsdiq edilir ki, Cavabdeh2 ilə 2021-ci il tarixdə müqavilə bağlayan zaman, artıq 2020-ci il tarixli müqavilə ilə bu sahəni iddiaçıya verdiyini bilmiş, lakin 2021-ci il tarixli müqaviləni bağlamaqla Cavabdeh2 aldadaraq pulunu almağı qarşısına məqsəd qoymuşdur. Bu səbəbdən də belə hesab edirlər ki, cavabdeh İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməli, cavabdeh müqavilə üzrə öhdəliklərindən yayınmasını dayandırmalı və onlara vəd edilən daşınmaz əmlakın onlara təhvil verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İlkin və qarşılıqlı iddia tələblərinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 422, 423, 424, 425, 430.1, 443, 448.1, 448.2-ci maddələrinə istinad olunmuşdur.

12. İddiaçının nümayəndəsi qarşılıqlı iddia tələbinə münasibətdə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, Bakı şəhəri, Nəsim rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,08 ha torpaq sahəsində yerləşən 20 nömrəli binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahənin mülkiyyətçisi Cavabdeh1 ŞİKŞ ilə İddiaçı MTK arasında 08 iyun 2020-ci il tarixli müqavilə bağlanmışdır. Tərflər arasında bağlanmış həmin müqavilənin 1,3-cü maddəsinə görə, iddiaçı “Yeni Dünya" MTK, cavabdehin mülkiyyətində olan və Bakı şəhəri, Nəsim rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,08 ha torpaq sahəsində yerləşən 20 nömrəli binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahənin sökülərək, əvəzinə sözügedən sahənin ümumi sahəsinə əlavə olaraq 134.9 kv.m qeyri-yaşayış sahəsi əlavə gəlməklə, ünvan 3 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyri-yaşayış sahəsini tam təmir edib cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. Bundan başqa, müqavilənin 1.3-cü maddəsinə görə, İddiaçı MTK tərəfindən qeyd olunan qeyri-yaşayış sahəsini Cavabdeh1 ŞİKŞ-yə təhvil verməsinin müddəti binanın bünövrəsinin qazıntısına başladıqdan sonra ümumilikdə 24 ay (18 ay tikinti-inşaat işlərinin bitməsi, 6 ay təmir işlərinin bitməsi) müəyyən edilmişdir. İddiaçı MTK, inşasına başlamaq istədiyi çoxmərtəbəli yaşayış binasının fundamentinin qazılması məqsədilə cavabdeh “Əliyev və K" ŞİKŞ-yə məxsus və ünvan 4 ünvanda yerləşən binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahənin cüzi bir hissəsini zədələmişdir. Lakin sonradan cavabdehə aid əmlakla bağlı “Yeni Dünya" MTK-nın hər hansı hərəkət etməsinə, o cümlədən sökülməsinə zərurət qalmamışdır. Belə ki, cavabdehə aid əmlakın yerləşdiyi yerdə çoxmənzilli yaşayış binasının tikintisinə “Yeni Dünya" MTK-ya icazə veriməmişdir. “Yeni Dünya" MTK-nın inşasına icazə verilən çoxmənzilli yaşayış binasının bünövrəsi isə cavabdehə aid qeyri-yaşayış sahəsindən kənara salınmış, qeyri-yaşayış sahəsi ilə bina arasında 15 metr ara məsafəsi yaranmışdır. "xxxx" MTK, cavabdeh məxsus zirzəmi və yarımzirzəmi sökməməsinə, ona hərhansı zərər vurmamasna baxmayaraq, ünvan 3 ünvanında inşa etdiyi çoxmərtəbəli binanın inşası başa çatdıqdan sonra, MTK razılaşdırıldığı kimi, binanın R.Axundov və V.Plotnikav küçələrinin kəsişməsində yol ilə eyni səviyyədə binanın 1-ci mərtəbəsində yerləşən 500 kv.m ibarət qeyri-yaşayış sahəsinin təmirli vəziyyətdə təhvil almasını "Əliyev və K” ŞİKŞ təklif etmişdir. Lakin Cavabdeh1 ŞİKŞ həmin sahəni qəbul etməkdən imtina etmişdir. Müqavilə üzrə razılaşdırılmış qeyri-yaşayış sahəsini qəbul etməkdən imtina edən Cavabdeh1 ŞİKŞ əvəzinə həmin binanın “Ceyhun Hacıbəyli və Vladislav Plotnikov küçələrinin kəsişməsində yerləşən tərəfdən ona qeyri-yaşayış sahəsinn verilməsini tələb etmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, iddiaçı tərəfindən cavabdehə təhvil veriləcək qeyriyaşayış sahəsinin yerləşdiyi binanın ünvanı, mərtəbəsi və hətta yer səviyyəsi (yol ilə eyni səviyyədə) dəqiq göstərilmişdir (maddə 1.3). Həmin müqavilədə təhvil veriləcək qeyriyaşayış sahəsinin məhz C.Hacıbəyli və V.Plotnikov küçələrinin kəsişməsində yerləşməsi barədə şərt nəzərdə tutulmamışdır. Bu müqavilə bağlandıqdan sonra tərəflər müqaviləyə dəyişiklik və ya əlavə etməmişlər. Cavabdeh müqavilə şərtlərini və öhdəliyini pozmuşdur, öhdəliklərini yerinə yet irməmişdir, həm də əsassız olaraq ayrıayrı orqanlara MTK-dan əsassız şikayətlər verməklə MTK-nın fəaliyyətinə və nüfuzuna ziyan yetirmişdir. Göründüyü kimi, iddiaçı “Yeni Dünya" MTK, yarımzirzəmi və zirzəmidə yerləşən ümumi sahəsi 365.1 kv.m. qeyri-yaşayış sahəsinin zədəlnmiş, lakin sonra əvvəlki vəziyyətindən də yaxşı vəziyyətə gətirilmiş cüzi hissəsinin əvəzinə yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində, 500 kv.m ölçüdə qeyri-yaşayış sahəsini tam təmirli vəziyyətdə cavabdehə təhvil verməyə cəhd göstərsə də, cavabdeh həmin əmlakın qəbulundan əsassız olaraq imtina etmişdir. Bununla da cavabdeh, onunla iddiaçı arasında bağlanmış 08 iyun 2020-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Bundan başqa, “Yeni Dünya" MTK, müqavilə predmeti olan qeyri-yaşayış sahəsinin əvəzinə Cavabdeh1 ŞİKŞ-yə razılaşdırılmış məbləğdə kompensasiya ödənilməsini do təklif etmiş, lakin cavabdeh bu təklifi də rədd etmişdir.

13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 2254/2024 saylı qətnaməsi ilə ilkin iddia təmin edilmiş və qarşılıqlı iddia isə təmin edilməmişdir. İlkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin ilkin iddia üzrə Cavabdeh1 ŞİKŞ-dən ilkin iddia üzrə İddiaçı MTK-nın xeyrinə tutulması, Qarşıqlıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ŞİKŞ-in özünə aid edilməli olduğu qət edilmişdir.

14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı MTK, Cavabdeh1 ŞİKŞ-in mülkiyyətində olan və Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,08 ha torpaq sahəsində yerləşən 20 nömrəli binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahənin sökülərək, əvəzinə sözügedən sahənin ümumi sahəsinə əlavə olaraq 134.9 kv.m qeyri-yaşayış sahəsi əlavə gəlməklə, ünvan 3 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyriyaşayış sahəsini tam təmir edib cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab etmişdir ki, ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. İlk öncə ilkin iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, ilkin iddia üzrə İddiaçı MTK ilkin iddia üzrə Cavabdeh1 ŞİKŞ-in əmlakını sökərək yerində hündür mərtəbəli bina tikmək məqsədi ilə sonuncunun 365,1 kv.m. əmlakının əvəzində tikiləcək binanın 1-ci mərtəbəsindən yer səviyyəsində 500 kv.m. təmirli əmlak verməyi öhdəsinə götürsə də, sonradan binanın həmin ərazidə tikilməsinə müvafiq orqanlar tərəfindən icazə verilməmişdir. Buna görə də ilkin iddia üzrə İddiaçı MTK ilkin iddia üzrə Cavabdeh1 ŞİKŞ-in əmlakını tam deyil, yalnız bir hissəsini sökdükdən sonra dayanmışdır. Həmçinin məhkəmə tərəfindən yerində müayinə aparılarkən də bu fakt, ilkin iddia üzrə Cavabdeh1 ŞİKŞ-in əmlakının çox hissəsinin sökülməməsi öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmə tərəfindən yerində müayinə aparılarkən tikilmiş kompleksin yerləşdiyi relyefin enişli və yoxuşlu olduğu, həmin binada yer səviyyəsində 500 kv.m. sahəsi olan 1-ci mərtəbənin olmadığı, Cavabdeh2 əmlakının sahəsinin 500 kv.m. olmadığı vizual olaraq aşkar görünmüşdür. Hətta ilkin iddia üzrə iddiaçının müqavilə şərtlərinə nisbətən uyğun gələn, təklif etdiyi 500 kv.m. sahəni isə ilkin iddia üzrə cavabdeh qəbul etməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə İddiaçı MTK öz iradəsindən asılı olmayan səbəblərdən müqavilə üzrə nəzərdə tutulmuş vəzifələrini həyata keçirə bilmədiyindən, onun xx.xx.2020-ci il tarixli müqavilənin ləğv edilməsi ilə bağlı tələbi haqlıdır. Belə ki, müqavilənin ləğvi üçün səbəb ilk növbədə şəraitin ilkin iddia üzrə İddiaçı MTK üçün əhəmiyyətli dərəcədə dəyişməsi halı ilə bağlıdır. Çünki İddiaçı MTK müqaviləni bağlayarkən gələcəkdə tikiləcək kompleksin ilkin iddia üzrə Cavabdeh1 ŞİKŞin əmlakının yerində tikilməyəcəyini ağlabatan şəkildə əvvəlcədən görə bilsəydi, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə bağlamazdı. Bu hal İddiaçı MTK-nın özünün iradəsi ilə baş verməmiş, hərəkətləri nəticəsində yaranmamış, sadəcə müvafiq orqanlar tərəfindən ona həmin ərazidə bina tikilməsinə icazə verilməmişdir. İlkin iddia üzrə İddiaçı MTK-nın müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, artıq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə bərabər tutulmalıdır. İlkin iddia üzrə Cavabdeh1 ŞİKŞ-in nümayəndəsi ilkin iddiaya münasibətini qarşılıqlı iddiada qeyd etmişdir. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə işin yuxarıda sadalanan hallarını əsas götürərək hesab etmişdir ki, ilkin iddia təmin olunaraq tərəflər arasındakı xx.xx.2020-ci il tarixli müqavilə ləğv ediləcəyindən qarşılıqlı iddia təmin olunmamalıdır. Çünki həmin müqavilə ləğv edildikdən sonra qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın qarşıqlıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ŞİKŞ qarşısında hər hansı öhdəliyi qalmayacaqdır. Belə olan halda isə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ŞİKŞ xx.xx.2020-ci il tarixli müqavilədən irəli gələn öhdəliyin icrasını tələb edə bilməz. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ŞİKŞ qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-dan əmlakına dəymiş ziyanın ödənilməsini tələb edə bilər. Beləliklə məhkəmə hesab etmişdir ki, ilkin iddia təmin olunaraq xx.xx.2020-ci il tarixli müqavilə ləğv edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Bundan başqa, ilkin iddia iddia təmin, qarşılıqlı iddia rədd olunduğundan məhkəmə hesab etmişdir ki, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi ilkin iddia üzrə cavabdehdən ilkin iddia üzrə iddiaçının xeyrinə tutulmalı, qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir.

15. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 ŞİKŞ həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məcəllənin müvafiq normasından da göründüyü kimi hər bir tərəf öz hüquqlarını həyata keçirərkən vəzifələrini də vicdanlılıq çərçivəsində həyata keçirməli və bu vəzifələrdən yayınmamalıdır. Lakin, hazırki iş üzrə ilkin iddia üzrə iddiaçı bu vicdanlılıqdan irəli gələn hərəkətləri icra etmək əvəzinə, öz öhdəliklərindən "yan keçmək" üçün dəfələrlə cəhd etmiş ilk cəhdi olan e-2- 2(113)-634/2024 saylı iş üzrə keçirilən ekspertiza bu niyyətlərinə nail olmağa imkan verməmişdir. Lakin, sonrakı cəhdləri olan hazırki iş üzrə isə bu tərəf ona göstərilən "müstəsna yardımlarla" vidanlılıqdan yayınmağa nail olmuşdur. Prosessual qanunvericiliyin müvafiq normasından da görünür ki, məhkəmənin ədalətli qətnamə çıxara bilməsi üçün işdə olan sübutları tədqiq etməli və ondan sonra qətnamə çıxarmalıdır. Bu tədqiqat isə istənilən cür deyil, yalnız, obyektiv, qərəzsiz, tam və hərtərəli aparılmalıdır. Lakin, hazırki iş üzrə bu norma pozulmuş sübutlar bilərəkdən təhrif edilmişdir. Artıq yuxarıda da qeyd etdiyi kimi işdə olan sübutlar tərəflər arasında bağlanan müqavilənin layihədən 1 il sonra bağlandığını təsdiq etdiyi halda hakim, bunun əksini "iddia etmiş", sonrakı abzaslarda isə daha da irəli gedərək, qeyd etmişdir ki, guya iddianın həcminin artırılması ilə bağlı ərizə verərək Mecidova Nataliya ilə bağlanan müqavilənin etibarsızlığını istəsələr də bu xanımın sahibliyində və istifadəsində olan sahə 500 kv.m. deyil. Buradan isə hakim dolayısı ilə o qənaətə gəlmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçıya verilməli olan 500 kv.m. sahə məhz binanın 12 mərtəbədən ibarət A blokunda ola bilməz. Lakin, qarşılıqlı iddia üzrə iddiaçının ərizəsi və yekun məhkəmə çıxışı da bir daha təsdiq edir ki, qarşılıqlı iddia üzrə iddiaçı A blokunda olan yol ilə eyni səviyyədə 1-ci mərtəbədəki qeyri-yaşayış sahəsinin bölünərək bir neçə şəxsə satıldığını, bunlardan yalnız birinin (Nataliya Mecidovanın) şəxsiyyətini müəyyən edə bildiyini qeyd edib. Digər şəxslərin şəxsiyyətini müəyyən etməyi isə məhkəmə özünə lazım bilməmişdir. Əgər qarşılıqlı iddia üzrə iddiaçı iş materiallarında saxlanılan binanın B girişinin ( iddia tələblərinə A girişi olmasına baxmayaraq) ümumi sahəsinə nəzər salsa görər ki, orada ümumi sahə 2005 kv.m. təşkil edir. Buna baxmayaraq hakim nə səbəbdənsə A girişində 500 kv.m. sahəni görə bilməmişdir. Məhkəmə qətnaməsi ilə tanış olan zaman məlum olur ki, məhkəmə instansiyası işdə iki iddia ərizəsinin olmasına baxmayaraq, yalnız ilkin iddia üzrə araşdırma aparmış, qarşılıqlı iddia üzrə aparılan araşdırmanı isə ümumiyyətlə qətnaməsində qeyd etməmişdir. Bunu məhkəmə onunla əsaslandırmışdır ki, "...Qarşılıqlı iddiaya münasibətdə məhkəmə işin yuxarıda sadalanan hallarını əsas götürərək hesab edir ki, ilkin iddia təmin olunaraq tərəflər arasındakı xx.xx.2020-ci il taxli müqavilə ləğv ediləcəyindən qarşılıqlı iddia təmin olunmamalıdır. Çünki həmin müqavilə ləğv edildikdən sonra qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın qarşıqlıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ŞİKŞ qarşısında hər hansı öhdəliyi qalmayacaqdır. Belə olan halda isə qarşıqlıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ŞİKŞ xx.xx.2020-ci il tarixlimüqavilədən irəli gələn öhdəliyin icrasını tələb edə bilməz." Lakin, ilkin iddia ərizəsindən də göründüyü kimi ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ŞİKŞ arasında bağlanan müqavilənin 1.3-cü bəndinə görə, İddiaçı MTK, cavabdehin mülkiyyətində olan və Bakı şəhəri, Nəsim rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,08 ha torpaq sahəsində yerləşən 20 nömrəli binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahənin sökülərək, əvəzinə sözügedən sahənin ümumi sahəsinə əlavə olaraq 134.9 kv.m qeyri-yaşayış sahəsi əlavə gəlməklə, ünvan 3 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyri-yaşayış sahəsini tam təmir edib cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər arasında bağlanan müqaviləyə əsasən, cavabdeh öz mülkiyyətində olan sahəni ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın istifadəsinə və sərəncamına verməyi, həmin tərəf isə bütövlükdə bu sahəni qəbul edib orada hündürmərtəbəli bina inşa etdikdən sonra ünvan 3 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyri-yaşayış sahəsini tam təmir edib bizə təhvil verməyi öhdəsinə götürmüşdür. Elə iddia ərizəsindən görünən növbəti hal ondan ibarətdir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ŞİKŞ müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, öz mülkiyyətində olan sahənin sökülməsinə razılıq vermiş, lakin, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK onun mülkiyyətində olan sahəni sökərək, yararsız hala gətirmiş və müqavilə üzrə öz öhdəsinə düşən qeyri-yaşayış sahəsini isə ona təhvil verməkdən yayınmışdır. Tərəflər arasında rəsmiləşdirilən müqavilənin şərtlərindən də açıq aydın görünür ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK ünvan 3 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyri-yaşayış sahəsini tam təmir edib onlara təhvil verməli olsa da bunu etməmiş, bu öhdəliyindən yayınmaq üçün isə hazırki iddianı məhkəməyə təqdim etmişdir. Nəticədə mülki qanunvericiliyin vicdanlılıq və öhdəliklərini yerinə yetirmə ilə bağlı normaları pozulmuş, həmçinin, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nın qanunsuz hərəkətləri nəticəsində onların əmlakı yararsız hala düşmüş, bundan əlavə, bu hərəkətlər əldən çıxmış faydanın yaranmasına və haqqları olan sahənin əldən çıxmasına səbəb olmuşdur. Hazırki mübahisədən isə o aydın olur ki, müqavilə tərəfi olaraq iddiaçı öz öhdəliklərini yerinə yetirsə də qarşı tərəf vicdanlılığın tələb etdiyi qaydada hərəkət etməmiş, öz öhdəliklərini yerinə yetirmək əvəzinə cavabdehə təklif etdiyi sahəni tikib hazır vəziyyətə gətirsə də bu sahəni cavabdehə təhvil verməkdən yayınmağa çalışmaqdadır. Mülkiyyətdə olan sahəni təhvil almaq üçün ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK ünvan 3 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyriyaşayış sahəsinin harada yerləşəcəyini onlara bildirmiş, həmin sahəni də tikib tam təmir edib hazır vəziyyətə gətirmişdir, lakin sonradan bu sahənin dəyərini əldə etmək niyyəti ilə iddia qaldırıb müqavilənin ləğvinə nail olmaq fikrinə düşmüşdür. Ümumiyyəltə bu ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin ilk belə cəhdi olmamışdır. Belə ki, bundan əvvəl də həmin tərəf qarşılıqlı iddia üzrə iddiaçıya qarşı Bakı Kommersiya Məhkəməsində hər kv.m. sahəyə 1500 manat kompensasiya ödəməklə müqavilənin ləğvinə dair mülki iş başlatmış, lakin, iş üzrə keçirilən ekspertiza ilə həmin sahədə bir kv.m. sahənin real dəyərinin 5000 olduğunu gördükdən sonra dərhal iddiasını geri götürmüşdür. Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-634/2024 saylı mülki iş materialları bu dedikləri tam olaraq sübuta yetirir. Məhkəmə isə öz maraqları naminə bu qeyd edilənləri ört-basdır etmiş və qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbləri üzrə araşdırmanı qətnaməsində bilərəkdən qeyd etməmişdir. Belədə sual yaranır, 1. Əgər həqiqətən də ilk başdan məhkəmədə müqavilənin ləğvi barədə yəqinlik var idisə nə üçün yerli baxış keçirib, ekspertiza keçirilməsi üçün zəruri addım olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMlak Məsələləri Dövlət Xidmətinin mütəxəssislərini cəlb etmək zərurətini duymuşdur? 2. Yaxud da, əvvəldən işi araşdırmaq üçün bu addımları atan hakimi sonradan fikrini dəyişməyə və qərəzli addımlar atmağa vadar edən hal nədir? Görünən odur ki, hakim əvvəlcədən araşdırmanı aparsa da sonradan ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehə sübutları gizlətməyə şərait yaradaraq bu fikrindən daşınmışdır. Bu isə MPM-nin ən əsas prinsiplərinin pozulması deməkdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair növbəti dəlil isə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin təqdim etdiyi layihədə qeyd edilən rəqəmlərin məhkəmə tərəfindən iclas zalında təhrif edilməsi və hakimin həmin tərəfi öz sualları ilə yönəltməsi ilə bağlıdır. Belə ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh MTK tərəfindən məhkəməyə natamam təqdim edilən layihənin 16-cı vərəqinə nəzər salsaq görmək olar ki, həmin layihədə binanın ən aşağı mərtəbəsinin mərtəbə hündürlüyünü göstərən ölçülər -5.400 və -8.400 göstəricilərini göstərir ki, bu həmin sahənin artıq zirzəmi və ya yarımzirzəmi olduğunu təsdiq edir. Lakin, hakim Kənan Hüseynov 25 yanvar 2025-ci il tarixli iclasda yerli baxış zamanı həmin ünvanda olduğunu ortaya baxış keçirtdiyini və bu sahənin guya 1-ci mərtəbə olduğunu qeyd edərək artıq öz qərəzini nümayiş etdirmişdir. Hakimin diqqətinə layihədə bu göstəricilərin mənfi olduğu üçün zirzəmi (bəlkə də qaraj) olduğunu, qarşılıqlı iddia üzrə iddiaçıya isə müqavilə üzrə birinci mərtəbə verilməli olduğunu bildirsə də, hakim bu deyilənlərə məhəl qoymamışdır. Hətta ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi 12 fevral 2025-ci il tarixli məhkəmə baxış iclasında yekun çıxış edərkən (iş materialları vərəq 95) bildirmişdir ki, “... Yol ilə eyni səviyyədə binanın 1-ci mərtəbəsində 500 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsinin təmirli vəziyyətdə təhvil alınması barədə tərəfə təklif etmişdik, lakin, tərəf razılaşmamışdır. Bununla bağlı tərəflər arasında dəfələrlə danışıqlar oldu, bizim onların əlindən sahələrini almaqla, halbuki biz onlara zirzəmi verirdik”. Bundan sonra nümayəndələri ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsinə sual ünvanlayaraq, “... Zirzəmi verdiyinizi özünüz də təsdiqləyirsiniz?” soruşduqda, qarşı tərəf, “...Yalnışlıqla həmin ifadədən istifadə etdim, Sizə tam təmirli sahə təklif edilmişdi” bildirmişdir. Hakimin işdə qərəzli olduğunu təsdiq edən və yenidən sübutu təhrif etdiyi digər hal isə tərəflər arasında bağalan müqavilənin təhrifi ilə bağlıdır ki, burada da hakim, müqavilədə açıq-aydın qeyd edilən ifadəni öz bildiyi kimi qəbul etdiyini 25 yanvar 2025-ci il tarixli iclasda zalda biruzə verməklə növbəti dəfə müşavirə otağının sirrini yaymışdır. Belə ki, mübahisə tərəfləri arasında bağlanan 08 iyul 2020-ci il tarixli müqavilənin 1.3-cü bəndində qeyd edilmişdir ki, ünvan 3 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyri-yaşayış sahəsini tam təmir edib təhvil verməyi ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh öz öhdəsinə götürür, hakim burada da 12 mərtəbəli kompleksində dedikdə bütünlüklə iki binanın yerləşdiyi kompleksdən söhbət getdiyini bildirərək, özünü ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi kimi aparmışdır. Lakin, bildirməyi zəruri hesab edirik ki, hakimin bu “müdafiəsi”, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin məhkəməyə təqdim etdiyi layihənin 1-ci vərəqinin “Ümumi göstəricilər” hissəsində yazılanlarla tam ziddiyyət təşkil edir və hakim yenə tələsik sübutu qiymətləndirmiş olur. Əgər , qeyd edildiyi kimi “Ümumi göstəricilər” hissəsinə nəzər salsaq görərlər ki, orada aşağıdakı ifadə qeyd edilmişdir: ünvan 7 ünvanlarında ayrılmış ərazidə kaskad tipli bir bloklu 9 12 mərtəbəli (plan ölçüləri 18,00 m X 57,60 m) yaşayış binası layihələndirilir. Buradan isə o nəticə hasil olur ki, binada 9 və 12 mərtəbədən ibarət 2 kompleks vardır, bizə isə 2020-ci il tarixli müqavilə ilə 12 mərtəbəli kompleksdə olan 1-ci mərtəbədən 500 kv.m. sahə verilməlidir. Hakimin isə bizim üçün “nəzərdə tutduğu” sahə 9 mərtəbəli kompleksin zirzəmisində yerləşməklə müqavilə şərtlərinə uyğun gəlmir. Hətta hakim bu mövqeyini sonuncu, yəni, 12 fevral 2025-ci il tarixli iclasda da müdafiə etmiş, nümayəndələri tərəfindən verilən məhkəmə-linqvistik ekspertizanın keçirilməsinə dair vəsatəti təmin etməmişdir. Vəsatətin təmin edilməməsini isə məcəllələrin yazılması üçün istifadə edilən dillə əsaslandırmış və bildirmişdir ki, 155-158-ci maddələr dedikdə burada tək iki maddədən deyil, qeyd edilən iki maddə arasında olan bütün maddələrdən söhbət gedir. Maraqlıdır ki, hakim Kənan Hüseynov layihədə 9 12 qeyd edilməyi, yəni, iki rəqəm arasında defis işarəsinin olmamasını dinləmək də istəməmişdir. Məhkəmə öz qətnaməsaində qeyd etmişdir ki, "...İlk öncə ilkin iddiaya münasibətdə məhkəmə qeyd edir ki, ilkin iddia üzrə İddiaçı MTK ilkin iddia üzrə Cavabdeh1 ŞİKŞ-in əmlakını sökərək yerində hündür mərtəbəli bina tikmək məqsədi ilə sonuncunun 365,1 kv.m. əmlakınını əvəzində tikiləcək binanın 1-ci mərtəbəsindən yer səviyyəsində 500 kv.m. təmirli əmlak verməyi öhdəsinə götürsə də, sonradan binanın həmin ərazidə tikilməsinə müvafiq orqanlar tərəfindən icazə verilməmişdir. Buna görə də ilkin iddia üzrə İddiaçı MTK ilkin iddia üzrə Cavabdeh1 ŞİKŞ-in əmlakını tam deyil, yalnız bir hissəsini sökdükdən sonra dayanmışdır. Həmçinin məhkəmə tərəfindən yerində müayinə aparılarkən də bu fakt, ilkin iddia üzrə Cavabdeh1 ŞİKŞ-in əmlakının çox hissəsinin sökülməməsi öz təsdiqini tapmışdır." Daha sonra isə məhkəmə qətnamdəə qeyd etmişdir ki, "...Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı MTK öz iradəsindən asılı olmayan səbəblərdən müqavilə üzrə nəzərdə tutulmuş vəzifələrini həyata keçirə bilmədiyindən, onun xx.xx.2020-ci il tarixli müqavilənin ləğv edilməsi ilə bağlı tələbi haqlıdır. Belə ki, müqavilənin ləğv üçün səbəb ilk növbədə şəraitin ilkin iddia üzrə İddiaçı MTK üçün əhəmiyyətli dəyərəcədə dəyişməsi halı ilə bağlıdır. Çünki İddiaçı MTK müqaviləni bağlayarkən gələcəkdə tikiləcək kompleksin ilkin iddia üzrə Cavabdeh1 ŞİKŞ-in əmlakının yerində tikilməyəcəyini ağlabatan şəkildə əvvəlcədən görə bilsəydi, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə bağlamazdı. Bu hal İddiaçı MTKnın özünün iradəsi ilə baş verməmiş, hərəkətləri nəticəsində yaranmamış, sadəcə müvafiq orqanlar tərəfindən ona həmin ərazidə bina tikilməsinə icazə verilməmişdir. İlkin iddia üzrə İddiaçı MTK-nın müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, artıq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə bərabər tutulmalıdır." Göründüyü kimi məhkəmə bu hissəni qeyd etməklə ilkin iddia üzrə iddiaçının şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini görmədiyi qənaətini əsaslandırmağa çalışmışdır. Lakin, biz iş materiallarında olan sübutlara baxdıqda açıq-aşkar görünür ki, məhkəmə tərəfindən bu qeyd edilənlər yalandır və həqiqəti əks etdirmir. Belə ki, iş materiallarında olan, tərəflər arasında bağlanan Müqavilənin 1.2-ci bəndinə əsasən "Tərəf 1" Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 614 saylı 24 dekabr 2014-cu il tarixli sərəncamın əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək və tam təmir edilib, təhvil verilənədək "Tərəf 2"yə kirayə edilmiş qeyri- yaşayış sahəsində yerləşdirilməsi üçün təhvil veriləcək qeyri-yaşayış obyektinin təhvil-təslim aktının iki tərəfin imzaladığı günədək aylıq 5000 (beş min) manat kompensasiya (kirayə haqqını) ödəmək barədə şərtləşmişlər. Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2014-cü il tarixli 614 saylı Yaşayış binasının tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında Sərəncamından görünür ki, İddiaçı xx.xx.2014-cü ü tarixli, 1 saylı müraciəti nəzərə alınaraq, Nəsimi rayonu, V.Plotnikov, C.Hacıbəyli və R.Axundov küçələrinin kəsişməsindəki 741 saylı məhəllədə yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin Kooperativə icazə verilməsi qərara alınmışdır. Bundan əlavə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən məhkəməyə natamam təqdim edilən layihədən görünür ki, bu layihənin yekun variantı 2019-cu il tarixdə hazırlanmış və həmin layihədə binaların yerləşməsi öz əksini tapmışdır. Bu sübutları araşdırdıqdan sonra məlum olur ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh bizimlə müqavilə bağlamazdan ən azı 6 il əvvəl hansı ünvanda hansı binanı tikəcəyini bilmiş və bunu razılaşdırmışdır. Müqavilənin (2020ci il), hazırlanan layihənin yekun variantından (2019- cu il) bir il sonra bağlandığını nəzərə alsaq, məhkəmənin istinad etdiyi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı qeyd etdiklərinin yalan olduğunu görmək o qədər də çətin deyildir. Görünən odur ki, məhkəmə qərəzli olaraq, bu prinsipə istinad etmiş və əsası olmayan qətnaməsini "əsaslandırmağa" çalışmışdır. Nəticədə MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Hazırki apellyasiya şikayətlərində qeyd edilənlərdən də görünür ki, iş üzrə məhkəmə araşdırması düzgün aparılmamış, qərəzli qiymətləndirilmiş və ədalətsiz qətnamə çıxarılmışdır. Onu da qeyd etmək istərdim ki, iş üzrə elektron audio-video protokollarla tanış olmaq üçün ərizə versə də bu günədək həmin protokollarla tanış ola bilməmişəm. Qeyd edilən protokollarla tanış olduqdan sonra digər pozuntular barədə hazırki şikayətimə əlavə təqdim ediləcəkdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri :

17. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar daxil olmamışdır. Etiraz onunla əsaslandırlmışdır ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri, Nəsim rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,08 ha torpaq sahəsində yerləşən 20 nömrəli binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahənin mülkiyyətçisi Cavabdeh1 ŞİKŞ ilə İddiaçı MTK arasında 08 iyun 2020-ci il tarixli müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış həmin müqavilənin 1.3-cü maddəsinə görə, İddiaçı MTK, cavabdehin mülkiyyətində olan və Bakı şəhəri, Nəsim rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,08 ha torpaq sahəsində yerləşən 20 nömrəli binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahənin sökülərək, əvəzinə sözügedən sahənin ümumi sahəsinə əlavə olaraq 134.9 kv.m qeyri-yaşayış sahəsi əlavə gəlməklə, ünvan 3 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyri-yaşayış sahəsini tam təmir edib cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. Bundan başqa, müqavilənin 1.3-cü maddəsinə görə, İddiaçı MTK tərəfindən yuxarıda qeyd olunan qeyri-yaşayış sahəsini Cavabdeh1 ŞİKŞ-yə təhvil verməsinin müddəti binanın bünövrəsinin qazıntısına başladıqdan sonra ümumilikdə 24 ay ( 18 ay tikintiinşaat işlərinin bitməsi, 6 ay təmir işlərinin bitməsi) müəyyən edilmişdir. Müqavilənin 2.1-ci maddəsinə görə, tərəflər razılığa gəlmişlər ki, cavabdehə məxsus söküləcək qeyri-yaşayış sahəsinin dəyəri ilə ona təhvil veriləcək yeni qeyri-yaşayış sahəsinin dəyəri bir-birinə bərabər tutulur. İddiaçı MTK, inşasına başlamaq istədiyi çoxmərtəbəli yaşayış binasının fundamentinin qazılması məqsədilə Cavabdeh1 ŞİKŞ-yə məxsus və ünvan 4 ünvanda yerləşən binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m əsas, 140.1 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahənin cüzi bir hissəsini zədələmişdir. Lakin sonradan cavabdehə aid əmlakla bağlı İddiaçı MTK-nın hər hansı hərəkət etməsinə, o cümlədən sökülməsinə zərurət qalmamışdır. Belə ki, cavabdehə aid əmlakın, habelə başqa hşəxslərə aid yaşayış sahələrinin yerləşdiyi yerdə binanın tikintisinə Şəhərsalma və Arxiterktura İdarəsindən icazə verilməmiş, binanın fundamenti həmin ərazidən kənara salınmışdır. Binanın sözügedən ərazidə tikilməsinə müvafiq orqanlar tərəfindən icazə verilmədiyinə görə İddiaçı MTK cavabdehin əmlakını tam deyil, yalnız bir hissəsini sökdükdən sonra dayanmışdır. Sonradan həmin sökülmüş cuzi hissə də bərpa olunmuşdur və halhazırda cavabdehə aid həmin əmlak tərəflər arasında müqavilə bağlanmamışdan əvvəlki vəziyyətdədir. Qeyd olunan bu fakt Bakı Kommersiya Məhkəməsi tərəfindən yerində müayinə aparılarkən də öz təsdiqini tapmışdır. İddiaçı MTK, cavabdeh məxsus zirzəmi və yarımzirzəmi sökməməsinə, ona hər-hansı zərər vurmamasna baxmayaraq, ünvan 3 ünvanında inşa etdiyi çoxmərtəbəli binanın inşası başa çatdıqdan sonra, MTK razılaşdırıldığı kimi, binanın R.Axundov və V.Plotnikav küçələrinin kəsişməsində yol ilə eyni səviyyədə binanın 1-ci mərtəbəsində yerləşən 500 kv.m ibarət qeyri-yaşayış sahəsinin təmirli vəziyyətdə təhvil almasını Cavabdeh1 ŞİKŞ təklif etmişdir. Lakin Cavabdeh1 ŞİKŞ həmin sahəni qəbul etməkdən imtina etmişdir. Cavabdeh müqavilə şərtlərini və öhdəliyini pozmuşdur, öhdəliklərini yerinə yetirməmişdir, həm də əsassız olaraq ayrı-ayrı orqanlara MTK-dan əsassız şikayətlər verməklə MTK-nın fəaliyyətinə və nüfuzuna ziyan yetirmişdir. Göründüyü kimi, İddiaçı MTK, yarımzirzəmi və zirzəmidə yerləşən ümumi sahəsi 365.1 kv.m. qeyri-yaşayış sahəsinin zədəlnmiş, lakin sonra əvvəlki vəziyyətindən də yaxşı vəziyyətə gətirilmiş cüzi hissəsinin əvəzinə yeni inşa edilmiş binanın 1-ci mərtəbəsində, 500 kv.m ölçüdə qeyriyaşayış sahəsini tam təmirli vəziyyətdə cavabdehə təhvil verməyə cəhd göstərsə də, cavabdeh həmin əmlakın qəbulundan əsassız olaraq imtina etmişdir. Bununla da cavabdeh, onunla iddiaçı arasında bağlanmış 08 iyun 2020-ci il tarixli müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Bundan başqa, İddiaçı MTK, müqavilə predmeti olan qeyri-yaşayış sahəsinin əvəzinə Cavabdeh1 ŞİKŞ-yə razılaşdırılmış məbləğdə kompensasiya ödənilməsini də təklif etmiş, lakin cavabdeh bu təklifi də rədd etmişdir. Cavabdeh1 ŞİKŞ- yə məxsus qeyri-yaşayış sahəsi texniki paspotunda göstərilən ölçülərdə və vəziyyətdədir. Həmin qeyri-yaşayış sahəsi İddiaçı MTK-nın mülkiyyətinə keçməmişdir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Cavabdeh1 ŞİKŞ-nin əmlak üzərində qeydə alınmış mülkiyyət hüququ bu gün qüvvədədir. İddiaçı MTK tərəfindən Cavabdeh1 ŞİKŞ-ə hər hansı formada zərər vurulmamışdır. Müqavilə üzrə razılaşdırılmış qeyri-yaşayış sahəsini qəbul etməkdən imtina edən Cavabdeh1 ŞİKŞ əvəzinə həmin binanın “Ceyhun Hacıbəyli və Vladislav Plotnikov küçələrinin kəsişməsində yerləşən tərəfdən ona qeyriyaşayış sahəsinn verilməsini tələb etmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə, iddiaçı tərəfindən cavabdehə təhvil veriləcək qeyri-yaşayış sahəsinin yerləşdiyi binanın ünvanı, mərtəbəsi və hətta yer səviyyəsi (yol ilə eyni səviyyədə) dəqiq göstərilmişdir (maddə 1.3). Həmin müqavilədə təhvil veriləcək qeyri-yaşayış sahəsinin məhz C.Hacıbəyli və V.Plotnikov küçələrinin kəsişməsində yerləşməsi barədə şərt nəzərdə tutulmamışdır. Bu müqavilə bağlandıqdan sonra tərəflər müqaviləyə dəyişiklik və ya əlavə etməmişlər. Göründüyü kimi, İddiaçı MTK Cavabdeh1 ŞİKŞ ilə müqaviləni bağlayarkən gələcəkdə tikiləcək kompleksin cavabdehin əmlakının yerində tikilməyəcəyini ağlabatan şəkildə əvvəlcədən görə bilsəydi, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə bağlamazdı. Bu hal İddiaçı MTK-nın özünün iradəsi ilə baş verməmiş, hərəkətləri nəticəsində yaranmamış, sadəcə müvafiq orqanlar tərəfindən ona həmin ərazidə bina tikilməsinə icazə verilməmişdir. İddiaçı MTK-nın müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, artıq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə bərabər tutulur. Göstərilənləri nəzərə alan Bakı Kommersiya Məhkəməsi də haqlı olaraq İddiaçı MTK-nın ilk iddiasını təmin, cavbadeh Cavabdeh1 ŞİKŞ-nin qarşılıqlı iddiasını isə rədd etmişdir. Bakı Kommersiya Məhkəməsi tərəfindən iş üzrə gəldiyi həmin nəticə işin hallarına uyğundur. Məhkəmə tərəfindən maddi və ya prosessual huquq normalarının pozulmasına yol vreilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

18. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə4 apellyasiya şikayətini müdafiə etdi, təmin edilməsini xahiş etdi.

19. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə ikin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

20. Əvvəlki iclasda iştirak etmiş ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili verdikləri apellyasiya şikayətinə etiraza uyğun izahat verərək həmin şikayətin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

21. Mülki Məcəllənin:

-422.1-ci maddəsinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.[404] -422.2-ci maddəsinə görə əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: -422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; -422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; -422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; -422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. -424.2-ci maddəsinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. - 437.2. Əgər borclu fərdi-müəyyən əşyanı verməyə borcludursa, o, orta tipli və keyfiyyətli eyni əşyanı verməlidir. Əgər borclu həmin əşyanın verilməsi üçün zəruri olan özündən asılı hər şeyi etmişdirsə, borc öhdəliyi bu əşya ilə məhdudlaşır. -596.1-ci maddəsinə görə alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. -596.3-cü maddəsinə görə alıcı alğı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etmədikdə və ya onun qəbulundan imtina etdikdə satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. -662.2-ci maddəsinə görə dəyişdirmə müqaviləsinə alğı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. -337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

22. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Həmin Məcəllənin 372.7-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. MPM-in 372.6-cı maddəsinin tələblərini, birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddianın təmin və qarşılıqlı iddianın isə rədd olunduğunu, , ilkin cavabdeh, qarşılıqlı iddiaçının apellyasiya şikayətində tam şəkildə mübahisələndirdiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam şəkildə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ilkin İddiaçı MTK, ilkin Cavabdeh1 ŞİKŞ-in mülkiyyətində olan və Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsində istifadədə olan 0,08 ha torpaq sahəsində yerləşən 20 nömrəli binanın yarımzirzəmi və zirzəmisində 365.1 kv.m. ümumi, 225 kv.m. əsas, 140.1 kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin sökülərək, əvəzinə sözügedən sahənin ümumi sahəsinə əlavə olaraq 134.9 kv.m. qeyri-yaşayış sahəsi əlavə gəlməklə, ünvan 3 ünvanında inşa ediləcək 12 mərtəbəli yaşayış komleksində yol ilə eni səviyyədə 1-ci mərtəbədə 500 kv.m ibarət qeyri-yaşayış sahəsini tam təmir edib cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür.

28. Digər tərəfdən iş materiallarından o da görünür ki, ilkin iddiaçı, qarşılıqlı cavabdeh İddiaçı MTK ilə qarşılıqlı cavabdeh X5 arasında bağlanmış müqaviləyə əsasən “MTK” pay qismində çıxış edən ünvan 1 ünvanında tikilməkdə olan “A” bloku, 1-ci mərtəbə, ümümi sahəsi 260 kv.m olan qeyri-yaşayış sahəsini tikib X4 təhvil verilməsini öhdəsinə götürmüş, həmin qeyri-yaşayış sahəsi X4 təhvil verilmiş və hazırda sonuncunun sahibliyindədir (market kimi istifadə olunur).

29. Hazırda ilkin İddiaçı MTK Cavabdeh1 ŞİKŞ ilə 08 iyun 2020-ci il tarixli mübahisəli müqavilənin tərəflərindən inşa ediləcək çoxmərtəbəli binanın bünövrəsinin (yerləşmə yeri) cavabdehə məxsus qeyri-yaşayış sahəsinin olduğu əraziyə düşməli olması səbəbindən bağlandığı halda, sonradan həmin ərazidə bina tikintisinə icazə verilmədiyini və binanın qeyri-yaşayış sahəsində 15 metr aralıda inşa edildiyini, eləcə də bina inşa edildikdən sonra ilkin iddiaçı tərəfindən ilkin cavabdehə müqavilə şərtlərinə uyğun qeyriyaşayış sahəsi təklif edilsə də, ilkin iddiaçının həmin qeyri-yaşayış sahəsini almaqdan imtina etdiyini əsas göstərməklə həmin müqavilənin ləğv edilməsini tələb edir. Qarşılıqlı iddiaçı Cavabdeh1 ŞİKŞ isə 08 iyun 2020-ci il tarixli müqaviləyə əsasən ona təhvil verilməli olan qeyri-yaşayış sahəsinin qarşılıqlı cavabdeh İddiaçı MTK tərəfindən digər qarşılıqlı cavabdeh X4 satıldığını iddia edərək MTK ilə X5 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini və həmin qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini tələb edir.

30. Məhkəmə kollegiyası ilk növbədə ilkin iddia tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin bağlanmasında ilkin iddiaçı MTK-nın məqsədi Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə bina tikintisi üçün onlara ayrılmış torpaq sahəsində çoxmərtəbəli yaşayış binası komöpleksinin inşasının başa çatdırılması üçün həmin torpaq sahəsinin hüdudları daxilində yerləşən ilkin cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsindən ibarət olmuşdur.

31. Məhkəmə araşdırması isə müəyyən edildi ki, ilkin cavabdehə məxsus mübahisəli qeyri-yaşayış sahəsi ikimərtəbəli yaşayış binanın zirzəmisində (yarımzirzəmisində) yerləşir. Həmin binanın sakinləri ilə MTK arasında binada yerləşən qeyri-yaşayış və yaşayış sahələrinin sökülməsi barədə razılıq əldə edilmədiyindən MTK tərəfindən həmin binanın sökülməsi (o cümlədən mübahisəli qeyri-yaşayış sahəsinin) mümkün deyildir. Eyni zamanda ilkin iddiaçı tərəfindən həmin ərazidə inşa edilən yaşayış kompleksinin tikintisi artıq başa çatmışdır. Kompleks ilkin cavabdehə məxsus qeyriyaşayış sahəsindən xeyli aralıda yerləşməklə həmin qeyri-yaşayış sahəsinin yerində hər hansı tikinti işlərinin aparılması planlaşdırılmır.

32. Beləliklə, inşa edilmiş yaşayış kompleksinin layihəsində dəfələrlə dəyişiklik edilməsi (iş materiallarında 2018,2019 və 2021-ci il tarixli layihələr mövcuddur), eləcə də cavabdehə məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi bina sakinlərinin MTK ilə razılığa gəlməməsi səbəbindən MTK-nın ilkin cavabdehə məxsus qeyri-yaşayış sahəsini əldə etməyə dair hər hansı iqtisadi marağı qalmamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi göstərilən halları müqavilə bağlandıqdan sonra baş vermiş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirməklə və göstərilən əsasla müqavilənin ləğv edilməli olması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.

33. Bundan əlavə o da qeyd edilməlidir ki, ilkin iddiaçı qeyri-yaşayış sahəsini əldə etməsinə dair hər hansı marağının qalmamasına baxmayaraq müqavilə şərtlərinə uyğun olaraq ilkin cavabdehə tikinti yaşayış kompleksinin birinci mərtəbəsində qeyriyaşayış sahəsi təklif etmiş, lakin ilkin cavabdeh həmin qeyri-yaşayış sahəsini qəbul etməkdən imtina etmişdir.

34. Bununla bağlı müqaviləyə əsasən 12 mərtəbəli yaşayış binasında birinci mərtəbəsində yol ilə eyni səviyyədə yerləşən qeyri-yaşayış sahəsinin verilməli olduğu halda onlara təklif edilən qeyri-yaşayış sahəsinin zirzəmi mərtəbəsində yerləşməklə 8 mərtəbəli binada yerləşməsi və yol ilə eyni səviyyədə olmaması barədə dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, birincisi, müqavilədə ilkin cavabdehə məxsus qeyriyaşayış sahəsinin əvəzində verilməli olan qeyri-yaşayış sahəsinin 12 mərtəbəli yaşayış binasında deyil, “12 mərtəbəli yaşayış kompleksində” yerləşməsi nəzərdə tutulmuşdur ki, bu da həmin qeyri-yaşayış sahəsinin kompleksin səkkizmərtəbə olan hissəsində yerləşməsi imkanını istisna etmir. Bununla yanaşı iş materiallarına əlavə edilmiş layihələrdən görünür ki, binanın zirzəmi mərtəbələrində (-1, -2) qarajlar və texniki sahələr yerləşməklə həmin mərtəbələrdə qeyri-yaşayış sahələri nəzərdə tutulmamışdır. Digər tərəfdən yerində müayinə zamanı inşa edilmiş binanın birinci mərtəbəsində yol ilə eyni səviyyədə yaşayış sahəsinin olmaması, həm ilkin cavabdehə təklif edilən sahənin, həm də ilkin cavabdehin ona verilməsini tələb etdiyi sahənin (X3 sahibliyində olan sahə də daxil olmaqla) yol səviyyəsindən hündürdə yerləşməsi müəyyən edilmişdir.

35. Göründüyü kimi ilkin cavabdeh müqaviləyə əsasən ilkin iddiaçı tərəfindən təklif edilmiş sahədən əsassız olaraq imtina etmişdir.

36. Bununla bağlı kollegiya qeyd edir ki, ilkin cavabdehin istinad etdiyi mübahisəli müqavilə mahiyyət etibarilə dəyişmə müqaviləsi olduğundan həmin müqaviləyə alqı-satqı müqaviləsinə dair qaydalar tətbiq edilməlidir.

37. Odur ki, hazırkı halda ilkin cavabdeh müqaviləni pozaraq əşyanın qəbulundan imtina etdiyindən ilkin iddiaçı Mülki Məcəllənin 596.3-cü maddəsinə əsasən də müqavilənin icrasından imtina etməkdə haqlı olmuşdur.

38. Qarşılıqlı iddiaya münasibətdə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə ləğv edildməklə tərəflərin müqavilə üzrə öhdəliklərinə xitam verildiyindən qarşılıqlı iddiaçı həmin müqaviləyə əsaslanaraq qeyri-yaşayış sahəsinin ona verilməsini tələb etməkdə haqlı deyildir. Eləcə də iddiaçının mübahisəli qeyri-yaşayış sahəsi üzərində hər hansı əmlak hüququnun (əşya və ya tələb hüququnun) mövcud olması iş materialları ilə öz təsdiqini tapmadığından qarşılıqlı iddiaçının həmin qeyri-yaşayış sahəsinə dair MTK ilə X5 arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini tələb etməyə dair subyektiv hüququ yoxdur.

39. Kollegiya həmçinin birinci instansiya məhkəməsi ilə razılaşaraq qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ŞİKŞ qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK tərəfindən onun əmlakına zərər vurulduğunu hesab etdiyi halda dəymiş ziyanın ödənilməsini tələb edə bilər.

40. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.

41. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 ŞİKŞ tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 478/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın Apellyasiya şikayətləri verilərkən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar