Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-521/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdeh və digər Cavabdeh1 MMC-nin nümayənəsi Cavabdeh2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-233/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC-02309LE/2019 saylı ümumi şərtlər toplusu qəbul etməsi barədə razılaşmaya əsasən Cavabdeh1 razılaşmanı imzalamaqla, Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun Bankın rəsmi internet səhifəsində https://www.pashabank.az/gsa_addendum/lang,az/link üzrə yerləşdirilən xx.xx.2020-ci il tarixli 1.0.2 №-li veriyasının şərtlərini diqqətlə oxudğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edlən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdğını qəbul etmişdir.
2. xx.xx.2021-ci il tarixdə DC00250811-04 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və İddiaçı ASC tərəfindən borcalan Cavabdeh1 MMC-yə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 12.000 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir;
3. xx.xx.2021-ci il tarixdə DC00250811-05 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və İddiaçı ASC tərəfindən borcalan Cavabdeh1 MMC-yə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 12000 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir;
4. xx.xx.2022-ci il tarixdə DC00250811-07 saylı Maliyyələşdirmə üçün ərizə imzalanmış və İddiaçı ASC tərəfindən borcalan Cavabdeh1 MMC-yə xx.xx.2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 65800 manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.
5. Kreditor İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında DC00250811-04 saylı, DC00250811-05 saylı və DC00250811-07 saylı müqavilələlərinin təminatı üzrə xx.xx.2021, xx.xx.2021 və xx.xx.2022-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada DC00250811-04 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 6010,87 manat əsas borc, 729,49 manat faiz borcu, 216,38 manat cərimə borcu olmaqla, cəmi 6.956,74 manat; DC00250811-05 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 5259,38 manat əsas borc, 153,09 manat faiz borcu, 54,96 manat cərimə borcu olmaqla, cəmi 5467,43 manat; DC00250811- 07 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 40976,25 manat əsas borc, 5243,83 manat faiz borcu, 1233,41 manat cərimə borcu olmaqla, cəmi 47453,49 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı bildirir ki, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müqavilənin şərtini pozaraq ödəməli оlduğu кreditin, кredit faizinin və cərimə faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra еtməmişdir.
8. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 birgə qaydada DC00250811- 04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6010,87 manat əsas borc, 791,93 manat faiz borcu, 257,95 manat cərimə borcu olmaqla, cəmi 7060,75 manat məbləğində borcun; DC00250811-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5259,38 manat əsas borc, 207,74 manat faiz borcu, 82,14 manat cərimə borcu olmaqla, cəmi 5549,26 manat məbləğində borcun; DC00250811-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40976,25 manat əsas borc, 5669,53 manat faiz borcu, 1466,25 manat cərimə borcu olmaqla, cəmi 48.112,03 manat məbləğində borcun, Mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməmişlər.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-233/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdеhlər Cavabdeh1nə və Cavabdeh2 müştərək qaydada DC00250811-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6,010.87 manat əsas borc, 780,67 manat faiz borcu, 257.95 manat dəbbə pulu olmaqla, cəmi 7049,49 manat məbləğində borcun, DC00250811-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5212,03 manat əsas borc, 201,86 manat faiz borcu, 82.14 manat dəbbə pulu olmaqla, cəmi 5496,03 manat məbləğində borcun, DC00250811-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40,976.25 manat əsas borc, 5,669.53 manat faiz borcu, 1,466.25 manat dəbbə pulu olmaqla, cəmi 48112,03 manat məbləğində borcun, və mediasiya xərcinin əvəzi olaraq 400 (dörd yüz) manat tutularaq İddiaçı ASC-yə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
11. Cavabdeh2 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şirkət tərəfindən kredit götürülməsi üçün ilkin kiçik məbləğlərə dair iddiaçıya müraciət olunmuş, lakin sonradan şirkətin əməkdaşı tərəfindən həmin məbləğlər böyüdülmüşdür. Belə ki, müqavilələrdə (maliyyələşdirmə üzrə ərizə) qeyd olunan məbləğlər (kreditlər) şirkət tərəfindən heç vaxt götürülməmişdir. Şirkətin iddiaçıya heç vaxt elə məbləğdə borcu olmamışdır. Belə ki, "ASAN İMZA" ilə iddiaçıya müraciət edən X3 öz maraqları üçün şirkət adından iddiaçıdan külli miqdarda borc götürmüşdür. Odur ki, Bakı Kommersiya Məhkəməsi qətnaməni çıxararkən maddi normaları düzgün tətbiq etməmiş, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, iddiaçı tərəfindən təqdim olunana müqavilələrin kim tərəfindən imzalandığını, həmin müqavilələrin həqiqəqi əks etdiribetdirmədiyini yoxlamadan qətnamə çıxarmışdır. Eyni zamanda, məhkəmə cavabdehlərin prosessual müdafiə hüquqlarını pozmuş və onların məhkəmədə iştirakını təmin etməmiş, cavabdeh tərəfindən sübutlar təqdim edilməsinə şərait yaradılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında cavabdeh və digər Cavabdeh1 MMC-nin nümayənəsi Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
16. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
17. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
18. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
19. Həmin Məcəllənin 739.1-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
20. Həmin Məcəllənin 741-ci maddəsinə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) əsasən əfər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
21. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Həmin Məcəllənin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar.
23. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 24.Həmin Məcəllənin 209.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.
25. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini, iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
28. Belə ki, əsas və faiz borcunun və dəbbə pulunun tutulması barədə iddia tələblərinin qanuni əsasını yuxarıda göstərilən Mülki Məcəllənin 462.1, 739.1 və 741-ci maddələri təşkil edir.
29. Hazırkı işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur.
30. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli PB/PBŞ-OUT-01071- 2023 saylı maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixə İddiaçı ASC qarşısında kredit üzrə öhdəlikləri DC00250811-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6.010,87 manat əsas borc, 791,93 manat faiz borcu, 257,95 manat cərimə borcu olmaqla, cəmi 7060,75 manat təşkil edir, gecikmə günlərinin sayı: 251 gün; DC00250811-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5.259,38 manat əsas borc, 207,74 manat faiz borcu, 82,14 manat cərimə borcu olmaqla, cəmi 5549,26 manat təşkil edir, gecikmə günlərinin sayı: 170 gün; DC00250811-07 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40.976,25 manat əsas borc, 5669,53 manat faiz borcu, 1466,25 manat cərimə borcu olmaqla, cəmi 48112,03 manat təşkil edir, gecikmə günlərinin sayı: 266 gün olaraq qeyd edilmişdir.
31. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 22 noyabr 2023-cü il tarixli, 9/8214 saylı ekspert rəyi verilmişdir.
32. Həmin rəyə əsasən xx.xx.2021-ci il tarixli DC00250811-04 saylı maliyyələşdirmə üçün ərizə üzrə 18 avqust 2023-cü il tarixinə əsas borc 6011,54 manat, faiz borcu 709,70 manat, cərimə borcu 216,38 manat, 13 sentyabr 2023-cü il tarixinə əsas borc 6011,54 manat, faiz borcu 780,67 manat, cərimə borcu 257,95 manat, xx.xx.2021-ci il tarixli DC00250811-05 saylı maliyyələşdirmə üçün ərizə üzrə 18 avqust 2023-cü il tarixinə əsas borc 5212,03 manat, faiz borcu 140,32 manat, cərimə borcu 54,96 manat, 13 sentyabr 2023-cü il tarixinə əsas borc 5212,03 manat, faiz borcu 201,86 manat, cərimə borcu 82,14 manat, xx.xx.2022-ci il tarixli DC00250811-07 saylı maliyyələşdirmə üçün ərizə üzrə 18 avqust 2023-cü il tarixinə əsas borc 40976,25 manat, faiz borcu 5243,83 manat, cərimə borcu 1233,41 manat, 13 sentyabr 2023-cü il tarixinə əsas borc 40976,25 manat, faiz borcu 5669,53 manat, cərimə borcu 1466,25 manat müəyyən edilmişdir.
33. Birinci instansiya məhkəməsi ekspert rəyinə uyğun olaraq əsas və faiz borcuna aid hissədə iddianı qismən təmin etmiş, habelə dəbbə puluna aid hissədə iddianı tam təmin etmişdir.
34. Qeyd olunanları, o cümlədən kredit borcunun hesablanması barədə maliyyə arayışı və ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 462.1, 739.1 və 741-ci maddələrinə əsaslanaraq kollegiya hesab edir ki, əsas və faiz borcuna, həmçinin dəbbə puluna aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
35. Eyni zamanda, Mülki Məcəllənin 470.1, 472.1 və 472.2-ci maddələrinin tələblərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanılmış zaminlik müqavilələrində qeyd olunan maddi hüquq normalarından fərqli müddəalar müəyyən edilmədiyindən iddiaçı qarşısında zamin olan Cavabdeh2 borclu olan Cavabdeh1 MMC ilə birgə məsuliyyət daşıyır.
36. Bu baxımdan kollegiya hesab edir ki, həmin borcun Cavabdeh2 tutulması barədə nəticə də düzgündür.
37. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, cavabdeh məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üzürlü səbəbdən iştirak etməməsi barədə hər hansı sübut təqdim edə bilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci madəsində isə təsbit edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də, cavabdehin birinci instansiya məhkəməsində istinad etmədiyi yeni faktlara istinad etməsi Mülki Prosessual Məcəllənin 209.3 və 372.2-ci maddələrinin tələblərinə ziddir. Bundan əlavə, cavabdehin istinad etdiyi dəlilər özüözlüyündə əsassızdır. Belə ki, işin mübahisəsiz hallarına görə kredit müqavilələri (maliyyələşdirmə üçün ərizələr) elektron imza ilə imzalanmış və həmin müqavilələr üzrə verilməli olan kredit məbləğləri borcalan Cavabdeh1 MMC-nin hesabına köçürülmüşdür. Sonradan həmin məbləğlərin Cavabdeh1 MMC-nin mühasibi və ya digər əməkdaşı tərəfindən mənimsənilməsi mübahisənin həlli baxımından hər hansı əhəmiyyət daşımır. Çünki bu hallar borcalan Cavabdeh1 MMC-nin İddiaçı ASC qarşısında olan öhdəliklərinin xitamına səbəb olmur.
38. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
39. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-233/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov