Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-522/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İlk idia tələbi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, İlkin iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “borcun ödənilməsi” tələbi barədə ilkin, Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbi barədə qarşılıqlı, Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1nə qarşı “müqaviləyə xitam verilməsi” tələbi barədə qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli e- 2-2(113)-65/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən xx.xx.2012-ci il tarixdə tranşla verilmiş 5.000.000 manat məbləğli kredit üzrə xx.xx.2022-ci il tarixə banka asas borcu 4.550.813,27, xx.xx.2019-cu il tarixə faiz borcu üzrə 390.567,92 manat, xx.xx.2019-cu il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu üzrə 229.109,62 manat, xx.xx.2019-cu il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında - illik 5%) olmaqla 789.439,69, cəmi 5.959.930,5 manat pulun, Cavabdeh1 MMC-yə xx.xx.2012-ci il tarixdə tranşla verilmiş 2.000.000 manat məbləğli kredit üzrə xx.xx.2022-ci il tarixə banka əsas borcu 1.664.122,27 manat, xx.xx.2019-cu il tarixə faiz borcu üzrə 134.091,44 manat, xx.xx.2019-cu il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu üzrə 77.721,04 manat, kredit müqaviləsinin bitdiyi tarixdən yəni xx.xx.2019-cu il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində Banka vurulmuş zərər (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında - illik 5% olmaqla) 288.678,99 manat, cəmi 2.164.613,74 manat, hər iki tranş üzrə ümumilikdə 8.124.544,24 manat məbləğində kredit borcunun, 4.922,88 manat məbləğində dövlət rüsumunun, 400 manat mediasiya xərcinin və 130 manat məbləğində digər xərclərin (İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 120 manat xidmət haqqı) tutulması, Cavabdeh2 MMC-yə məxsus, 13 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümümi səhəsi 20 ha olan əmlak kompleksi kimi müəssisəyə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan 8.124.544,24 manat məbləğində borcun, 4922.88 (dört min doqquz yüz iyirmi iki manat 88 qəpik) manat məbləğində dövlət rüsumunun və 130 (bir yüz otuz) manat məbləğində digər xərclərin ödənilməsi, Cavabdeh2 MMC-yə məxsus 13 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən girov qoyulmuş ünvan 1i ünvanında yerləşən ümümi səhasi 20 ha olan əmlak kompleksi kimi müəssisənin məcburi boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilərək İddiaçı ASC və Cavabdeh1 MMC arasında bağlanmış 18 may 2012-ci il tarixli, 27747-1/SKMF saylı “Krediti müqaviləsi”nin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1nə qarşı qarşılıqlı iddia ərizəsi üzrə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin iddia tələbi aşağıdakı hissədə yəni Cavabdeh2 MMC-ə məxsus 13 avqust 2015-ci il tarilxi ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisəyə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borcun, 4922,88 manat məbləğində dövlət rüsumunun və 130 manat məbləğində digər xərclərin odənilməsi, Cavabdeh2 MMC-yə məxsus 13 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən girov qoyulmuş Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisənin məcburi boşaldılmasına dair hissədə rədd edilməsini, İddiaçı ASC ilə Cavabdeh2 MMC və Cavabdeh1 MMC arasında bağlanmış 13 avqust 2015-ci il tarixli İpoteka müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli e-2-2(113)-65/2021 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, qarşılıqlı iddiaların isə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-65/2022 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən, ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissələrində ləğv edilməsini, ilkin iddianın tamamən rədd edilməsini, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh2 MMC-nin qarşılıqlı iddiasının təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin qətnamədən həmçinin ilkin iddia üzrə Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-65/2022 saylı qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin qarşılıqlı iddiasının təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetə əlavə edilmiş vəsatətdə qeyd etmişdir ki, eyni predmet (girov predmeti eyni olan), eyni tərəflər arasında Bakı Apellyasiya Məhkəməsində 2(103)-460/2023 nömrəli kommersiya işi vardır. Həmin işlərdə girov predmeti eyni olduğundan, iddia tələblərinə görə ödənişin eyni girova yönəldilməsi halına görə hazırkı işi 2(103)-460/2023 nömrəli kommersiya işinə birləşdirməklə bir icraatda baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 elektron kabinet vasitəsilə vəsatət verdiklərini, eyni tərəflər arasında, eyni girov predmetinə yönəldilmə ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin hakimi Raqib Qurbanovun icraatında olan 2-2(103)-460/2023 nömrəli kommersiya işinə billəşdirilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, girov predmetinin qiyməti ilə bağlı böyük ziddiyyət var. Raqib Qurbanovun icraatında olan işdə ipoteka predmeti 43.000.000 göstərilib. Lakin hazırkı işdə 17.000.000 göstərilib. Bu da böyük ziddiyyətdir. Bu səbəbdən də işlərin bir icraatda birləşdirilməsinə zərurət vardır. Məhkəmə iclasında iştirak edən ilk idia tələbi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 vəsatətin təmin edilməsinə etiraz edərək dayandırılmış işə icraatda olan işin birləşdirilməsinin prosessual qanunvericiliyin tələblərinə zidd olduğunu bildirdi və vəsatətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 vəsatətin təmin edilməsini xahiş etdi. İşə apellyasiya qaydasında baxılarkən müəyyən olundu ki, İddiaçı ASC Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə xx.xx.2012-ci il tarixdə tranşla verilmiş 4.500.000 manat məbləğli kredit üzrə onun Banka xx.xx.2023-cü il tarixə əsas borcu 735871,92 manat, kredit müqaviləsinin bitdiyi xx.xx.2023-cü il tarixə faiz borcu üzrə 500,79 manat, kredit müqaviləsinin bitdiyi xx.xx.2022-cu il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 500,79 manat, xx.xx.2022-ci il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində əsas borc üzrə banka vurulmuş zərər ümumilikdə (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) 38531,07 manat, cəmi 775404,57 manat, xx.xx.2012-ci il tarixdə tranşla verilmiş 2.500 000 manat məbləğli kredit üzrə onun Banka xx.xx.2023-cü il tarixə banka əsas borcu 256860,47 manat, kredit müqaviləsinin bitdiyi xx.xx.2022-ci il tarixə faiz borcu üzrə 174,80 manat, kredit müqaviləsinin bitdiyi xx.xx.2022-cu il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış dəbbə pulu (cərimə) üzrə 174,80 manat, xx.xx.2022-ci il tarixdən sonra borclunun icranın gecikdirməsi nəticəsində 256860,47 manat əsas borc üzrə banka vurulmuş zərər ümumilikdə (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla 13449,50 manat) cəmi 270659,57 manat, ümumilikdə 1046064,14 manatın, 1551,46 manat məbləğində dövlət rüsumunun və 130 manat məbləğində digər xərclərin (İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 120 manat xidmət haqqı) tutulması; cavabdehə məxsus, 13 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Bankın ipoteka hüquqları ilə yüklü edilmiş Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümümi səhasi 20 ha olan əmlak kompleksi kimi müəssisəyə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan ümumilikdə 1046064,14 manatın, 1551,46 manat məbləğində dövlət rüsumunun və 130 manat məbləğində digər xərclərin ödənilməsi; cavabdehə məxsus 13 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən girov qoyulmuş ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisənin məcburi boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-135/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh2 MMC-dən xx.xx.2012-ci il tarixdə tranşla verilmiş kredit üzrə 735871,92 manat əsas borc, 500,79 manat faiz borcu, 500,79 manat dəbbə pulu, illik 5 faizlə hesablanmış 38531,07 manat faiz borcu; xx.xx.2012-ci il tarixdə tranşla verilmiş kredit üzrə 256860,47 manat əsas borc, 174,80 manat faiz borcu, 174,80 manat cərimə, illik 5 faizlə hesablanmış 13449,50 manat faiz borcu; ümumilikdə 1046064,14 (bir milyon qırx altı min altmış dörd manat on dörd qəpik) manat məbləğində pul və ödənilmiş 1551,46 (bir min beş yüz əlli bir manat qırx altı qəpik) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 130 (bir yüz otuz) manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan Cavabdeh2 MMC-yə məxsus olan Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümümi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, Cavabdeh2 MMC-yə məxsus olan Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümümi sahəsi 20 ha olan əmlak kompleksinin ilkin satış qiymətinin 43.000.000 (qırx üç milyon) manat müəyyən edilməklə açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına ümumilikdə 1046064,14 (bir milyon qırx altı min altmış dörd manat on dörd qəpik) manat məbləğində pul və ödənilmiş 1551,46 (bir min beş yüz əlli bir manat qırx altı qəpik) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 130 (bir yüz otuz) manat pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, satışdan artıq qalan vəsaitin Cavabdeh2 MMC-yə qaytarılması, ipoteka predmeti olan cavabdeh "X6” MMC-yə məxsus 13 avqust 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Qəbələ rayonu Vəndam kəndində yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi müəssisə açıq hərracda satıldıqdan sonra Cavabdeh2 MMC tərəfindən məcburi boşaldılması, aparılmış ekspertiza tədqiqatı ilə bağlı 2000 (iki min) manat ekspertiza xərcinin Cavabdeh2 MMC-dən tutularaq Əmlak Ekspert Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin qiymətləndirilməyə aid hissədə dəyişdirilməsi, Cavabdeh2 MMC-yə məxsus olan Qəbələ rayonu, Vəndam kəndi ünvanında yerləşən ümumi sahəsi 20 ha olan əmlak kompleksi kimi Müəssisənin ilkin satiş qiymətinin 17200000 (on yeddi milyon iki yüz min) manat müəyyən edilməklə açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(103)-460/2023 saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə mühəndis-texniki (daşınmaz əmlakın qiymətləndirilməsi) ekspertizası təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işlər bir icraatda birləşdirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 169.3-cü maddəsinin tələblərinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Kommersiya mübahisələri üzrə tərəfləri, iddiaların əsası və predmetlərini, qeyd olunan işdə irəli sürülmüş iddia tələbləri ilə hazırkı iş üzrə irəli sürülmüş iddia tələbləri arasında əlaqə və bağlılığın olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, kommersiya mübahisələrinin birləşdirilməsi məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirməlidir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi X1 “dayandırılmış işə icraatda olan işin birləşdirilməsinin prosessual qanunvericiliyin tələblərinə zidd olması” barədə dediklərinə münasibətdə isə kollegiya qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd edilən normasında eyni məhkəmənin icraatında olan işlərin birləşdirilməsi nəzərdə tutulmuşdur ki, iş üzrə icraatın dayandırılması həmin işin məhkəmənin icraatından çıxarılması demək deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 169.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-2(103)-522/2023 saylı kommersiya mübahisəsi ilə 2-2(103)-460/2023 saylı kommersiya mübahisəsi birlikdə baxılmaq üçün bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-522/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-522/2023
08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver