Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-524/2024 11.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 və cavabdehin nümayəndəsi və vəkil Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4765/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (satıcı) ilə Cavabdeh (alıcı) arasında 09 sentyabr 2022-ci il tarixdə 22/046-AİSCO-Ə.E.-K.S saylı korporativ satış üzrə alqı-satqı müqaviləsi bağlanmışdır.
2. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən satıcı müqavilə qüvvədə olduğu müddətdə müqavilənin ayrılmaz tərkib hissələri olan X1 dəqiq adları, qiymətləri və digər göstəriciləri göstərilmiş malları satmağı, alıcı isə həmin malları satıcı tərəfindən mal ilə birlikdə təqdim olunan qaimə-fakturaya əsasən qəbul edərək almağı və müqavilənin ayrılmaz tərkib hissələri sayılan X1, həmçinin qaiməfakturalarda göstərilən məbləğdə dəyərini ödəməyi öz öhdəsinə götürür.
3. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malların satıcı tərəfindən alıcıya təhvil verilməsi müddəti müqavilənin ayrılmaz tərkib hissələri olan X1 göstərilir.
4. Həmin müqavilənin 2.4.1-ci bəndinə əsasən malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (malların dəyərini) ödəmək alıcının vəzifəsidir.
5. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqaviləyə əsasən alıcı, malın dəyərinin ödənilməsini müqavilənin ayrılmaz tərkib hissələri olan X1 göstərilən şərtlərə uyğun həyata keçirir.
6. Həmin müqavilənin 10.1-ci bəndinə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və imzalandığı tarixdən etibarən 1 (bir) il müddətində etibarlı hesab edilir.
7. Həmin müqavilənin 10.2-ci bəndinə əsasən müqaviləyə vaxtından əvvəl xitam verilməzsə müqavilənin qüvvədə olma müddəti bitdikdən sonra o, eyni şərtlərlə daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir.
8. 09 sentyabr 2022-ci il tarixli 22/046-AİSCO-Ə.E.-K.S saylı müqavilə üzrə xx.xx.2022ci il və xx.xx.2023-cü il tarixli müvafiq olaraq 001 və 002 nömrəli qiymət razılaşma protokollarına əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malın adı (SOCAR karbamid, Nitroammafos və s.), ölçüsü, miqdarı və qiyməti barədə razılaşmışlar.
9. 001 və 002 nömrəli qiymət razılaşma protokollarının 4-cü bəndinə əsasən alıcı tərəfindən ödəmə üçün nəzərdə tutulmuş hər gecikdirilən gün üçün alıcı müqavilə dəyərinin 0,1 (%) faizi məbləğində dəbbə pulunu satıcıya ödəyəcəkdir. Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış 09 sentyabr 2022-ci il tarixli korporativ satış üzrə alqı-satqı müqaviləsinə əsasən 342.035,70 manat borcun, 5000 manat dəbbə pulunun, mediasiya üçün ödənilmiş 400 manat mediasiya xərcinin və 238 manat dövlət rüsumunun, cəmi 347.673,70 manat məbləğində pul vəsaitinin Cavabdeh oğundan tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı bildirir ki, tərəflər arasında bağlanmış müaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ümumi dəyəri 563.416,05 manat olan mineral gübrələr satılmışdır. Cavabdeh tərəfindən həmin məbləğdən cəmi 221.380,35 manat ödəniş aparılmışdır. Qeyd edilən müqavilə üzrə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə hazırda 342.035,70 manat borcu vardır.
12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi əlavə olaraq bildirmişdir ki, Cavabdeh tərəfindən borc məbləğindən 8640 manat ödəniş edilmişdir. Hazırda onun İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təxmini 333.000 manat borcu vardır.
13. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddiaya etiraz etməmiş və borcu etiraf etmiş, əlavə olaraq isə bildirmişdir ki, borc məbləğindən 8646 manat da ödənilmiş, əlavə ödənişlər də ediləcəkdir.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4765/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 333.395,7 manat məbləğində əsas borc, 5000 manat məbləğində dəbbə pulu, cəmi 338.395,7 manat məbləğində pul vəsaitini, dövlət rüsumunun əvəzi olaraq 400 manat və mediasiya xərclərinin əvəzi olaraq 220 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASCyə ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
15. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasındakı razılaşmaya əsasən alqı-satqı ilə bağlı hesablaşmalar məhsul əldə edildikdən sonra həyata keçirilməli idi. Çünki cavabdehin işləri mövsimi xarakter daşıdığından, hesablaşmaların aparılması yalnız məhsul yığımından sonra mümkündür. Razılaşmaya əsasən kübrənin qalıq dəyəri 2024-cü ilin payız ayrlarında ödənilməli idi. Bununla belə müqavilənin müddəti də hələ bitməmişdir. Belə ki, həmin alqı-satqı müqaviləsinin 10.1-ci maddəsində qeyd edilir ki, müqavilə imzalandığı andan qüvvəyə minir və imzalandığı tarixdən 1(bir) il müddətində etibarlı hesab edilir. Həmin müqavilənin 10.2-ci maddəsində isə qeyd edilir ki, müqaviləyə vaxtından əvvəl xitam verilməzsə müqqavilənin qüvvədə olma müddəti bitdikdən sonra, eyni şərtlərlə daha 1(bir) il müddətinə uzadılmış hesab edilir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkil Nümayəndə3 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
20. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
22. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Həmin Məcəllənin 209.3-cü maddəsinə görə işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.
24. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.
27. Belə ki, tərəflər arasında 09 sentyabr 2022-ci il tarixdə 22/046-AİSCO-Ə.E.-K.S saylı korporativ satış üzrə alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.
28. Bu baxımdan kollegiya qeyd edir ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 598.3-cü maddəsi təşkil edir.
29. Hazırki işdə də həmin maddənin dispozisiya şərtləri mövcüddur.
30. Belə ki, Mülki Məcəllənin 567-ci maddəsinin dispozisiya şərtlərinə görə alqı-satqı müqaviləsi üzrə malın təhvil verilməsi halını satıcı, malın dəyərinin ödənilməsi halını isə alıcı, yəni birinci halı iddiaçı, ikinci halı isə cavabdeh sübut eləməlidir.
31. İddiaçı tərəfindən təqdim edilmiş sübutlardan müəyyən edilir ki, Aqrar İnnovasiya və Təchizat Şirkəti” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müxtəlif ölçü və miqdarda malların (SOCAR karbamid, Nitroammafos və s.) verilməsinə dair sentyabr 2022aprel 2023-cü illəri əhatə edən elektron qaimələr tərtib edilərək Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron informasiya sistemi vasitəsilə Cavabdeh təqdim edilmişdir.
32. Malların təhvil-təslim aktları ilə təsdiq edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən iyul 2021-mart 2023-cü il tarixlərində müxtəlif ölçü və miqdarda mallar (SOCAR karbamid, Nitroammafos və s.) Cavabdeh təhvil verilmişdir.
33. Tərəflər arasında tərtib edilmiş və hər iki tərəfin möhür və imzası ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən xx.xx.2020xx.xx.2023-cü il tarixləri arasında 563.416,05 manatlıq satış həyata keçirilmiş, həmin müddət üçün 221.380,35 manat ödəniş edilmiş və Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixə qalıq borcu 342.035,70 manat məbləğində borcun olduğu qeyd olunmuşdur.
34. Cavabdeh isə məhkəmə iclasında vermiş olduğu izahatında borc məbləğinin 8646 manat hissədə ödədiyini, əlavə ödənişlər də edəcəyini bildirməklə iddiaya qarşı etirazının olmadığını və tələb olunan borc məbləğini (ödənişlər edildiyi nəzərə alınmaqla) olması faktını təsdiq etmişdir.
35. Qeyd olunanlara əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən 563.416,05 manat dəyərində mallar cavabdehə təhvil verilmiş, cavabdehin isə həmin malların dəyərindən 333.395,70 manat məbləğində ödənilməmiş borcu qalmışdır.
36. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən ödənilməyən 333.395,70 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
37. Cərimənin tutulmasına dair qeyd edilir ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir.
38. Tərəflər arasında bağlanmış 001 və 002 nömrəli qiymət razılaşma protokollarının 4cü bəndinə də müəyyən edilmişdir ki, alıcı tərəfindən ödəmə üçün nəzərdə tutulmuş hər gecikdirilən gün üçün alıcı müqavilə dəyərinin 0,1 (%) faizi məbləğində dəbbə pulunu satıcıya ödəyəcəkdir.
39. İşin hallarını, yəni cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirildiyi günlərin sayını və cərimə məbləğinin əsas borc məbləğinə nisbətini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 5000 manat məbləğində cərimə tutulmasını tələb etməkdə haqlıdır.
40. Apellyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Belə ki, cavabdeh birinci instansiya məhkəməsində müqavilənin və öhdəliyin icrası müddəti ilə bağlı məsələlərə istiad etməmiş, apellyasiya şikayətində isə tərəflər arasında bağlanmış müqavilənin 10.1 və10.2-ci maddələrinə istinad edərək, tərəflər arasında bağlanmış müqavilənin müddətinin bitməməsi faktına əsaslanmışdır. Kollegiya hesab edir ki, hazırda həmin faktlar nəzərə alına bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 209.3 və 372.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad edə bilməzlər. Apellyasiya icraatında isə həmin hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir.
41. Bununla yanaşı, kollegiya qeyd edir ki, cavabdehin istinad etdiyi hallar özü-özlüyündə əsassızdır.
42. Belə ki, tərəflər arasında bağlanmış 09 sentyabr 2022-ci il tarixli 22/046-AİSCO-Ə.E.- K.S saylı müqavilənin 4.1-ci bəndinə əsasən müqaviləyə əsasən alıcı, malın dəyərinin ödənilməsini müqavilənin ayrılmaz tərkib hissələri olan X1 göstərilən şərtlərə uyğun həyata keçirir.
43. Həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixli 001 nömrəli qiymət razılaşma protokolunun 3-cü bəndinə əsasən təhvil verilmiş mallar üzrə ödəniş şərti kimi Alıcı təhvil aldığı malların dəyərini Satıcının hesabına bank köçürməsi yolu ilə və ya subsidiya kartı ilə xx.xx.2022-ci il tarixədək tam məbləği ödəyəcəkdir.
44. Həmin müqavilə üzrə xx.xx.2023-cü il tarixli 002 nömrəli qiymət razılaşma protokolunun 3-cü bəndinə əsasən təhvil verilmiş malların dəyərini Alıcı xx.xx.2023cü il tarixədək Bank köçürmə yolu və ya subsidiya kartı ilə Satıcının bank hesabına ödəyəcəkdir.
45. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrası müddəti təyin edilmişdir.
46. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
47. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4765/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Ziya Şirinov