Məhkəmə qərarları › İş №2-2(103)-529/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-529/2024

02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-529/2024 02.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, Baxışova Vüsalə Ələkbər qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə və Qax rayon Notariat ofisinin notariusu X1 qarşı icra qeydinin ləğv edilməsi və kredit limit razılaşmasına əsasən borcun azaldılması və banka olan borcun real məbləğinin müəyyənləşdirilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-687/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edilməsi barədə ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə və Qax rayon Notariat ofisinin notariusu X1 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Qax rayon Notariat Ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş 07 sentyabr 2023-cü il tarixli “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” İcra Qeydinin ləğv edilməsinə və xx.xx.2022-ci il tarixli 9201***- *******01L saylı əsas kredit limit razılaşmasına əsasən Cavabdeh2 ASC-nə olan borcumun azaldılaraq, banka olan borcumun real məbləğinin müəyyən edilməsi barədə qənamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-687/2024 saylı qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-687/2024 saylı qəraradadı ilə İddiaçı Cavabdeh2 ASC-yə qarşı kredit limit razılaşmasına əsasən borcun azaldılması və banka olan borcun real məbləğinin müəyyənləşdirilməsi tələbinə dair hissədə kommersiya mübahisəsinə dair iş üzrə icraata xitam verilmişdir. Həmin qərardadan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 04 mart 2024-cü il tarixli, e-2-2(113)-687/2023 saylı qərardadının ləğv edilməsinə və İddiaçı Cavabdeh2 ASC-yə qarşı “kredit limit razılaşmasına əsasən borcun azaldılması və banka olan borcun real məbləğinin müəyyənləşdirilməsi tələbinə” də mahiyyəti üzrə baxılmasına, yəni apelyasiya şikayəti qaydasında mübahisələndirəcəyimiz “notariusun icra qeydinin ləğv edilməsi” tələbi ilə birlikdə baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının səlahiyyətli nümayəndəsi və vəkili tərəfindən elektron məhkəmə vasitəsilə apellyasiya şikayətindən imtina edilməsi barədə ərizə daxil olmuşdur. Məhkəmə kollegiyası iddiaçı tərəfin ərizəsinə baxaraq hesab edir ki, ərizə iddiaçı tərəfin apellyasiya şikayətindən imtina edilməsi kimi qiymətləndirilməli və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfin şikayətdən imtinası qəbul edilməli və cavabdeh tərəfə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: İddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayətindən imtinası qəbul edilsin. Apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Ziya Şirinov Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar