Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-531/2022 16.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC və qeyrilərinə qarşı iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-33/2022 nömrəli iş üzrə 11 aprel 2022-ci il tarixli qərardadından cavabdeh "xxxx" MMC-nin şikayətinə əsasən kommersiya mübahisəsinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraicət edərək, cavabdehlər Cavabdeh9 MMC-dən, Cavabdeh4 MMC-dən, "xxxx" MMC-dən, Cavabdeh1 MMC-dən, Cavabdeh10, Əliyeva (Lahıczadə) Günel Elçin qızından, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2 və Cavabdeh7 K2019-547LGm01 nömrəli kreditə çevrilmiş bank qarantiyasına əsasən 23.379,89 manat əsas borc, 194,83 manat faiz borcu, 7.111,38 manat cərimə borcu olmaqla, cəmi 30.686,1 manat borcun, K2019-547LG_02 nömrəli kreditə çevrilmiş bank qarantiyasına əsasən 4.035,6 manat əsas borc, 10,43 manat faiz borcu, 889,94 manat cərimə borcu olmaqla, cəmi 4.935,97 manat borcun, 2019-549LG nömrəli bank qarantiyasına əsasən faiz borcu üzrə 393,31 manat borcun, K2019-549LG_01 nömrəli kreditə çevrilmiş bank qarantiyasına əsasən 300.000 manat əsas borc, 2.500 manat faiz borcu, 116.458,33 manat cərimə borcu olmaqla, cəmi 418.958,33 manat borcun, K2912/01 nömrəli kredit müqaviləsinə əsasən 693.436,24 manat əsas borc, 110.391,55 manat faiz borcu, 53.076,33 manat cərimə borcu olmaqla, cəmi 856.904,12 manat borcun, K2912/02 nömrəli kredit müqaviləsinə əsasən 3.000.000 manat əsas borc, 379.978,13 manat faiz borcu, 176.674,21 manat cərimə borcu olmaqla, cəmi 3.556.652,34 manat borcun, 2019-1051LG nömrəli bank qarantiyasına əsasən faiz borcu üzrə 1.100 manat borcun onun xeyrinə tutulması, tutmanın cavabdeh "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Kənar Dairəvi küçəsi 46B nömrəli əmlak kompleksi kimi müəssisəyə və cavabdeh Əliyeva (Lahıczadə) Günel Elçin qızının mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 253 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, Bakı şəhəri Nərimanov rayonu Kənar Dairəvi küçəsi 46B nömrəli əmlak kompleksi kimi müəssisənin hərracda ilk satış qiymətinin 4.400.000 manat məbləğdə, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 253 nömrəli fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 250.000 manat məbləğdə müəyyən edilərək açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin cavabdehlərin ona olan kredit borclarının ödənilməsinə yönəldilməsi, əmlaklar satıldıqdan sonra 1 ay ərzində boşaldılaraq mülkiyyətçilərə təhvil verilməsi, ipoteka predmetlərinin satışından əldə olunan pul vəsaitləri cavabdehlərin ona olan kredit öhdəliklərinin icrasına kifayət etmədiyi halda qalıq borcun Cavabdeh9 MMC-dən, Cavabdeh4 MMC-dən, "xxxx" MMCdən, Cavabdeh1 MMC-dən, Cavabdeh10, Cavabdeh6, Cavabdeh8, Cavabdeh2 və Cavabdeh7 birgə qaydada tutularaq onun hesabına ödənilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetmə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat məbləğində xidmət haqqının cavabdehlərdən birgə qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.01.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh9 MMC, Cavabdeh4 MMC, "xxxx" MMC, Cavabdeh1 MMC, Cavabdeh10, Cavabdeh6, Cavabdeh7 Əziz oğlu, Cavabdeh2, Cavabdeh8 K2019- 547LGm01 nömrəli kreditə çevrilmiş bank qarantiyasına əsasən 23.379,89 manat əsas borcun, 194,83 manat faiz borcunun, K2019-547LG_02 nömrəli kreditə çevrilmiş bank qarantiyasına əsasən 4.035,6 manat əsas borcun, 10,43 manat faiz borcunun, 2019- 549LG nömrəli bank qarantiyasına əsasən faiz borcu üzrə 393,31 manatın, K2019- 549LG_01 nömrəli kreditə çevrilmiş bank qarantiyasına əsasən 300.000 manat əsas borcun, 2.500 manat faiz borcunun, K2912/01 nömrəli kredit müqaviləsinə əsasən 693.436,24 manat əsas borcun, 110.391,55 manat faiz borcunun, K2912/02 nömrəli kredit müqaviləsinə əsasən 3.000.000 manat əsas borcun, 379.978,13 manat faiz borcunun, 2019-1051LG nömrəli bank qarantiyasına əsasən faiz borcu üzrə 1.100 manatın, K2019- 547LGm01 nömrəli kreditə çevrilmiş bank qarantiyasına əsasən 2.337,9 manat cərimə borcunun, K2019-547LG_02 nömrəli kreditə çevrilmiş bank qarantiyasına əsasən 889,94 manat cərimə borcunun, K2019-549LG_01 nömrəli kreditə çevrilmiş bank qarantiyasına əsasən 30.000 manat cərimə borcunun, K2912/01 nömrəli kredit müqaviləsinə əsasən 53.076,33 manat cərimə borcunun, K2912/02 nömrəli kredit müqaviləsinə əsasən 176.674,21 manat cərimə borcunun iddiaçının xeyrinə tutulması, cavabdeh "Sfera-96” MMC-yə məxsus Bakı şəhəri Nərimanov rayonu Kənar Dairəvi küçəsi 46B əmlak kompleksinin, Cavabdeh3 məxsus ünvan 1 ünvanda fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsinin həyata keçirilməsi, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması, cavabdeh "Sfera-96” MMC-yə məxsus Bakı şəhəri Nərimanov rayonu Kənar Dairəvi küçəsi 46B əmlak kompleksinin ilk satış qiymətinin 4.400.000 manat, Cavabdeh3 məxsus ünvan 1 ünvanda fərdi yaşayış evinin ilk satış qiymətinin isə 250.000 manat məbləğdə müəyyən edilməsi, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 MMC, "xxxx" MMC, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 MMC, Cavabdeh10 iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsumunun, ipoteka predmetmə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat məbləğdə xidmət haqqının müştərək qaydada iddiaçının, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı ödənilməli olan 200 manatın Məhkəmə Ekspertizası Mərkəzinin, 25.08.2021-ci il tarixli əmlakın qiymətləndirilməsi ilə bağlı ödənilməli olan 150 manatın və 27.01.2021-ci il tarixli əmlakın qiymətləndirilməsi ilə bağlı ödənilməli olan 600 manatın "xxxx" MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh "Sfera-96” MMC ondan apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin 11.04.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardadın əsaslarına görə, “Elektron məhkəmə” informasiya sistemindəki məlumatlardan aydın olur ki, Bakı Kommersiya Məhkəməsinin 14.01.2022-ci il tarixli qətnaməsi 18.02.2022-ci il tarixdə "xxxx" MMC və Vəkil məxsus elektron kabinetə yerləşdirilmişdir. İddiaçının nümayəndəsi isə qeyd olunan qətnamədən 28.03.2022-ci il tarixdə apellyasiya şikayət vermiş, bununla da qanunvericilikdə müəyyən olunmuş müddəti keçirmişdir. Qərardadla razılaşmayan cavabdeh "Sfera-96” MMC ondan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, elektron məhkəmə sistemində şəxsi kabinetin bildirişlər hissəsində ilk olaraq son yerləşdirilmiş qətnamələri və ya qərardadların məlumatları əks olunur. 24.02.2022-ci il tarixdə qeyd olunan hissəyə daxil olduqları zaman sözügedən qətnamənin 23.02.2022-ci il tarixdə elektron kabinetə yerləşdirilməsi barədə məlumat öz əksini tapmışdır. Qətnamənin elektron kabinetə 23.02.2022-ci il tarixdən yerləşdirildiyini gördükdə ehtimal belə etməmişlər ki, həmin qətnamənin bundan öncə yerləşdirilməsi də mümkün olar. Nəzərə alınsa ki, məhkəmə qərarlarının elektron kabinetə yerləşdirilməsi bir dəfə olmalıdır ki, tərəflərin şikayət vermək müddəti həmin tarixdən hesablansın, lakin qərardaddan görünür ki, qətnamə 18.02.2022-ci il tarixdə də elektron kabinetə yüklənməsi barədə bildiriş göndərilmişdir. Bu barədə məlumatı isə apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı aldıqdan sonra bilmişlər. Qətnamənin 2 dəfə elektron kabinetə yerləşdirilməsi avtomatik olaraq onları yanıltmış, şikayətin vaxtından gec verilməsinə səbəb olmuşdur. Apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı aldıqdan sonra işin araşdırılması məqsədilə məhkəmə ilə əlaqə saxladıqları zaman bildirilmişdir ki, qətnamə 23.02.2022-ci il tarixi ilə yanaşı, həmçinin 18.02.2022-ci il saat 18:07-də elektron kabinetə yerləşdirilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, bildirişlər siyahısı ilə yanaşı sənədlər siyahısında “84” və “92”-ci sırada qətnamə adlı sənəd yüklənmişdir. Yəni qətnamənin iki dəfə yüklənməsi aşkardır. Nəzərə alınsa ki, 18.02.2022-ci il tarixi cümə gününə təsadüf edir, şənbə və bazar günü istirahət günü olduğundan və ondan sonra həftənin ilk 3 günü məhkəmə proseslərimin çox olduğundan elektron kabinetə girmək mümkün olmamışdır. 24.02.2022-ci il tarixdə elektron kabinetinə girdikdə isə qətnamənin 23.02.2022-ci il tarixdə yerləşdirildiyini görüb şikayət vermə müddətini müəyyən edib prosessual hərəkətlərə başlamışlar. 18.02.2022-ci il tarixinin cümə gününə və ondan sonra ilk 3 iş günün işlərinin çox olması apelyasiya şikayətinin gec verilməsinə səbəb ola bilməz, sadəcə olaraq 24.02.22ci il tarixdə daxil olduqları zaman qətnamənin 23.02.22-ci il tarixdə yükləndiyini görüb şikayətvermə müddətini bu müddətdən hesablamışdır. Qanuna əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunun məqsədinə nəzər salınsa qətnaməni aldıqdan sonra 1 ay müddətində şikayətverməni ona görə nəzərdə tutulduğu məlum olur ki, şikayətverən şəxs qətnamə barəsində məlumatlı olduqdan sonra ondan sonra şikayətvermə əsaslarını 1 ay içərisində formalaşdıra bilsin. Qətnamənin elektron kabinetə məhkəmə tərəfindən iki dəfə yüklənməsi şikayətverəni açıq-aşkar yanıltmışdır. Əslində qanunun onlara məlumatlı olmaq üçün verdiyi 1 aylıq hüquq 23.02.2022-ci il tarixdən başlamışdır. Qətnamədən apellyasiya şikayətinin sonuncu günü verilməsi zərurətdən irəli gəlmişdir. Belə ki, nümayəndənin mart ayında qəza nəticəsində sağ qolunun çiyin hissəsi çıxmış və sınmışdır ki, bu da şikayətin sonuncu gün verilməsinə səbəb olmuşdur. Bakı Kommersiya Məhkəməsinin 18.04.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. MPM-in 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşdən müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin 14.01.2022-ci il tarixli qətnaməsi 18.02.2022-ci il tarixdə özünün və vəkili və nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilməklə cavabdeh "xxxx" MMC-yə çatdırılmış, sonuncu tərəfindən tərtib olunmuş şikayət isə elektron kabinet vasitəsilə 28.03.2022-ci il tarixdə göndərilmiş, bununla da qətnamədən şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 1 aylıq prosessual müddət ötürülmüşdür. Belə ki, MPM-in: Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Şikayətdən görünür ki, cavabdehin vəkili Vəkil qətnamənin 18.02.2022-ci il tarixdə elektron kabinetə yüklənməsi barədə məlumatlı olmuşdur. Fərz olunsa ki, cavabdehin vəkili qətnamənin 18.02.2022-ci il tarixdə elektron kabinetə yüklənməsindən, onun özünün bildirdiyi kimi, 24.02.2022-ci il tarixdə məlumatlı olmuşdur, o halda 24.02.2022-ci il tarixdən 18.03.2022-ci il tarixədək apellyasiya şikayəti verilməməsinin səbəbləri əsaslandırılmalı idi. Cavabdehin vəkilinin istinad etdiyi 24.02.2022-ci il tarix isə, 14.01.2022-ci il tarixli qətnamə 23.02.2022-ci il tarixdə kabinetə yerləşdirildikdən sonra vəkilin həmin məlumata daxil olaraq onu oxuduğu tarixdir. Cavabdehin vəkilinin elektron sistemdən çıxarış kimi təqdim etdiyi eyni sənəddən məlum olur ki, o, qətnamə 18.02.2022-ci il tarixdə kabinetə yerləşdirildikdən sonra həmin məlumata ümumiyyətlə daxil olmamışdır. Vəkil çıxarışda qeyd olunan, ona göndərilən digər məhkəmələrin yekun aktlarını və bildirişlərini də oxumamışdır. Şikayətdə irəli sürülən məntiqə görə, cavabdehin vəkili həmin sənədləri nə vaxt oxuyacaqsa, müddətlər də həmin tarixlərdən başlayacaqdır. Başqa sözlə, “Elektron məhkəmə” informasiya sistemi məhkəmələrdə tətbiq olunmazdan əvvəlki, yəni məhkəmə sənədlərinin MPM-in 135.1-ci maddəsində təsbit olunan qaydada “Poçt haqqında” AR Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırıldığı dövrdə müddətlər zərfin ünvana təqdim olunduğu deyil, proses iştirakçısının onu açaraq, tanış olduğu tarixdən hesablanmalı idi. Bu mövqe isə qəbuledilməzdir. Belə ki, qanunverici məhkəmə sənədinin rəsmi qaydada verilməsi (təqdim olunması) ilə, bu barədə sənədin göndərildiyi şəxsin elektron qaydada məlumatlandırılmasını fərqləndirmişdir. Kommersiya mübahisələri üzrə məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir və prosessual müddətlərin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən sonrakı gündən başlanır ki, həmin təqvim tarixi də məhz məhkəmə sənədlərinin elektron kabinetə yerləşdirildiyi tarixdir. Çünki, qanunvericiliklə prosessual müddətlərin başlanğıcının müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Digər tərəfdən, 14.01.2022-ci il tarixli qətnamə 18.02.2022-ci il tarixdə cavabdeh "xxxx" MMC-nin də kabinetinə yerləşdirilmişdir ki, apellyasiya şikayətində bu məsələyə də toxunulmamışdır. MPM-in: Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: Maddə 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası şikayətin dəliiləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qanunun istinad olunan tələblərini nəzərə alıb, MPM-lə nəzərdə tutulan 1 aylıq prosessual müddətdə verilməyən apellyasiya şikayətini qaytarmaqda haqlı olmuşdur. MPM-in: Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-33/2022 nömrəli iş üzrə 11 aprel 2022ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh "xxxx" MMC-nin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-531/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-531/2022
16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver