Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-534/2021 06.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil X2 və cavabdeh xxxx MMC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh xxxx MMC-yə qarşı İddiaçı MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi tələbinə dair” iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-657/2021 saylı 26.02.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı MMC cavabdeh xxxx MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin müflis elan edilməsi və Azərbaycan Respublikasının vətəndaşı X1 əmlak inzibatçısı təyin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə “xxxx” MMC iddiaçının kreditorudur. Kreditor “xxxx” MMC qarşısında iddiaçının müqavilə üzrə yerinə yetirilmiş işlər üçün tərəflərin qarşılıqlı təsdiqlədiyi icra aktlarına və üzləşmə aktlarına əsasən icra edilməmiş ƏDV xaric 644.307,36 manat məbləğində qalıq borc (işçilik haqqı) öhdəliyi vardır. Digər kreditor və ya debitor borcları mövcud deyildir. Hazırki ərizə məhkəməyə təqdim edildikdən sonra 1 (bir) il ərzində onun vaxtı çatacaq digər borc öhdəliyi də mövcud deyildir. İddiaçı borc öhdəliyini icra etmək iqtidarında deyil. Bakı Kommersiya Məhkəməsinin 26.02.2021-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin (“MPM”) 19.1.3-cü maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, hakimə etiraz üçün kifayət qədər ciddi əsaslar olmasına baxmayaraq, iddiaçının hakim Aytən Əliyevaya etirazı və onun başqa hakimlə əvəz edilməsi barədə müraciəti nəzərə alınmamışdır. X11 əvvəllər bu işlə bağlı iddianın rədd edilməsi barədə 19.11.2020-ci il tarixli e-2-2(113)-2991/2020 saylı Qətnamə qəbul etmişdir. Bu hal həm də hakimin işə qərəzli yanaşmasını ehtimal etməyə əsas verir. Məhkəmənin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin (iddianın rədd edilməsi barədə) olmasını əsas gətirərək iş üzrə icraata xitam verməsi barədə qərardadını doğru və ədalətli deyil. Belə ki, iddiaçının (ərizəçinin) Bakı Kommersiya Məhkəməsinə həm birinci, həm də ikinci dəfə ünvanladığı ərizələrə baxarkən predmetin eyni olmadığı aşkar görünür. Yəni birinci məhkəmə zamanı məhkəmədən İddiaçı MMC-nin müflis elan olunması barədə qərarın qəbul edilməsi xahiş edilmiş, ikinci məhkəmə zamanı isə həm MMC-nin müflis elan olunması barədə, həm də Azərbaycan Respublikasının vətəndaşı X1 əmlak inzibatçısı təyin edilməsi barədə qərarın qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Beləliklə göründüyü kimi predmetin eyni olmasından söhbət belə gedə bilməz. Lakin hakim qanunvericiliyin tələblərini pozaraq yanlış olaraq bu hala “eyni predmet” kimi hüquqi qiymət vermiş və icraata xitam vermişdir. Daha sonra, birinci məhkəmə zamanı tərəflər iddiaçı (borclu) və cavabdeh olduğu halda, ikinci məhkəmə prosesində tərəflərin statusu dəyişərək iddiaçı və maraqlı şəxs olmuşdur. Bu isə tərəflərin hüquqi statusunun dəyişərək “eyni tərəflər” olmadığını söyləməyə əsas verir. Məlum olduğu kimi, bu işə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxmalıdır. Lakin ikinci məhkəmə zamanı müraciət edən tərəfin ərizəçi yox iddiaçı kimi qeyd olunması sırf elektron məhkəmə portalında sistemin faktiki olaraq imkan məhdudluğu ilə bağlı olmuşdur. Belə ki, elektron məhkəmə sistemində tərəfləri ərizəçi və maraqlı şəxs kimi seçmək texniki baxımdan mümkün olmamışdır. Bu səbəbdən uyğunluğun təmin olunması üçün iddia ərizəsində də iddiaçı və maraqlı şəxs qeyd olunmuşdur. Hazırki işdən də göründüyü kimi məhkəmənin mübahisə predmetinin davam edən münasibətə aid olmasını unutması iş üzrə qanunsuz və əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki hüquq nəzəriyyəsi hüquq subyektləri arasında olan hüquq münasibətlərini davam edən və hər hansı bir hərəkətlə (hərəkətsizliklə) bitən münasibətlərə bölmüşdür. Davam edən münasibətlərə misal kimi istifadə hüququ ilə bağlı bəzi münasibətlər, dövlət və vətəndaş arasında mövcud olan bəzi münasibətlər, bəzi ailə münasibətləri (aliment, uşağın valideynin yanında saxlanılması), eləcə də hazırki mübahisənin predmeti olan hüquqi şəxslərin fəaliyyəti, ələxsus da müflis elan olunması ilə bağlı münasibətləri göstərmək olar. Bakı Kommersiya Məhkəməsinin 04.03.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X5 şikayəti dəlillərinə uyğun müdfaiə etmiş və təmin olunmasını məhəmədən xahiş tmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh xxxx MMC-nin nümayəndəsi X6 iddiaçının şikayətini etirazını bildirərək, 644.307,36 manat məbləğində qalıq borcun məhkəmənin qanuni qüvvəsini almış qərarına əsasən İddiaçı MMC-nin cavabdeh xxxx MMC-nin xeyrinə tutulmasının qət edildiyini və hal-hazırda həmin qərarın icra edilmə mərhələsində olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, birinci instaniya məhkəməsi ilk öncə iddia ərizəsini 08.12.2020-ci il tarixli qərardadı ilə icraata qəbul etsə də, sonradan işə mahiyyəti üzrə baxılması mərhələsində, eyni tərəflər arasında eyni predmet və eyni əsaslarla, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcud olduğundan iş üzrə icraata xitam vermişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Birincisi, iş materiallarına əsasən müəyyən olunur ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-102/2018 saylı 24.01.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı “xxxx” MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı “müqavilə üzrə yerinə yetirilmiş işlərə görə ödənilməmiş qalıq muzdun ödənilməsi tələbinə dair” iddia tələbi təmin edilərək ƏDV xaric 644,307 manat məbləğində pulun İddiaçı MMC-dən alınıb “xxxx” MMC-yə verilməsi qət olunmuşdur. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlalmış və qətnamə 06 fevral 2019-cu il tarixdə qanuni qüvvəsini almış, işdə iştirak tərəflərin nümayəndələrinin məhkəməyə verdiyi izahatlarına əsasən müəyyən olunur ki, qətnamə hazırda icra olunma mərhələsindədir. Eyni zamanda, işdən görünür ki, məhkəmənin həmin qətnaməsi icraya yönəldikdən sonra İddiaçı MMC ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək İddiaçı MMC müflis elan olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2991/2020 saylı 19.11.2020-ci il tarixli qətnaməsi ilə onun həmin ərizəsi rədd olunmuşdur (X4). İş materiallarına və tərəflərin nümayəndələrinin izahatlarına əsasən müəyyən olunur ki, həmin qətnamədən şikayət verilməmiş, qanuni qüvvəsini almış və bu işin mübahisələndirilməyən halıdır. Bakı Kommersiya Məhkəməsinin qeyd edilən 19.11.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilən hallardan isə görünür ki, İddiaçı MMC-nin müflis olunması barədə ərizəsinin əsasını 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.01.2018-ci il tarixli qətnaməsinə əsasən kreditoru onun “xxxx” MMC-yə ödəməli olduğu 644,307 manat məbləğində borc məbləği təşkil etmişdir. Hazırkı işin də əsasını məhz, iddiaçının kreditor “xxxx” MMC-yə olan 644,307 manat məbləğində borcu təşkil edir. Eyni zamanda hər iki işin predmetini onun “İddiaçı MMC-nin müflis elan olunması” məsələsi təşkil edir. Həmin işdə prosessual iştirakçılar isə ”İddiaçı” MMC ərizəçi, “xxxx” MMC isə kreditor qismində məhkəmə promsesinin iştirakçıları olmuşlar. Hazırkı işdə ikinci bir tələbin, yəni əmlak inzibatsçısının təyin olunması tələbinə gəldikdlə isə, bu məsələnin həlli müəssisənin müflis olunmasından asılı olan və ondan doğan bir məsələdir. Yəni, müəssisə müflis elan olunduğu təqdirdə, əmlak inzibatçısı təyin olunması mükün olan bir şeydir. Hər iki işdə tərəflərin eyni olub-olmamasına gəldikdə isə, baxmaypraq ki, ”İddiaçı” MMC özünü formal olaraq hazırkı işdə iddiaçı, “xxxx” MMC-ni isə cavabdeh qismində göstərmişdir, faktiki olaraq ”İddiaçı” MMC ərizəçidir, “xxxx” MMC isə onun kreditorudur ki, bu da iddia ərizəsində özü tərəfindən təsbit olunur. Bütün bunlar isə hər iki işdə tərəflərin eyni olmasını deməyə əsas verir. Beləliklə də müəyyən olunur ki, əvvəllər Bakı Kommersiya Məhkəməsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə işə baxılmış və həmin iş üzrə 19.11.2020-ci il tarixdə qətnaməsi qəbul olunmuşdur. MPM-in 261.0.2-ci maddəsinin tələbinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-657/2021 saylı 26.02.2021-ci il tarixli qərardadı ilə, MPM-in 261.0.2-ci maddəsinə istinadən iş üzrə icraata xitam verilməsi işin hallarına və prosessual qanunvericliyin tələblərinə uyğun olmuşdur. İddiaçının şikayətinin, MPM-in 19.1.3-cü maddəsinə istinadən hazırkı işə hakim Aytən Əliyeva tərəfindən baxılmasının əsassız olduğunu mübazhisələndirən dəlilləri ilə də məhkəmə kollegiyası razılaşmır. Çünki, Məcəllənin həmin normasında həmin işə baxılmasını nəzərdə tutur. Konkret halda həmin məhkəmə işi üzrə yekun məhkəmə aktı var və iddiavçı yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Digər tərəfdən MPM-in 387.1-ci maddəsinin mənası baxımından prosessual hüquq normalarının pozulması o halda məhkəmənin ləğv edilməsinə səbəb ola bilər ki, düzgün olmayan məhkəmə aktı qəbul edilsin. Birinci instasiya məhkəməsinin mübahisələndirilən qərardadı ilə gəlinmiş nəticə isə düzgün olan bir nəticədir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası İddiaçı MMC-nin şikayətinin Bakı Kommersiya Məhkəməsinin 26.02.2021-ci il tarixli qərardadının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun şikayəti təmin edilmədən, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və MPM-nin 263-264, 398, 400, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-657/2021 saylı 26.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-534/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-534/2021
06.05.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver