Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-535/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı qanunsuz sahiblikdə olan əmlakın qaytarılması, əmlakdan istifadə edilməsində maneələrin aradan qaldırılması, dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin (hakim Leyla Əliyeva) e-iddianı təmin etmə tədbiri görülməsi barədə ərizənin təmin edilməməsi barədə 2-2(113)-2268/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarəyə verənin qanunsuz sahibliyində olan əmlakın qanunsuz sahiblikdən qaytarılaraq icarəçiyə təhvil verilməsi, icarə müqaviləsi əsasında icarəçi tərəfindən istifadə edilən Heydər Əliyev prospekti 101 ünvanında yerləşən sahədən və əmlakdan istifadə edilməsində maneələrin aradan qaldırılması, icarəyə verən tərəfindən ofisdən istifadə edilməsinə tətbiq etdiyi məhdudiyyət dövründə iddiaçıya vurulmuş 15.500 manat məbləğində maddi zərərin, habelə icarəçinin fəaliyyət göstərdiyi müddətdə ofisdə apardığı təmir işləri və texniki avadanlıqların quraşdırılması ilə yaxşılaşdırmalara sərf etdiyi 110.000 manat məbləğində vəsaitin və vəkilə ödənilən 1500 manat haqqın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəkili təkrarən iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə qədər Cavabdeh, onu təmsil edən və onun adından çıxış edən şəxslərə icarəçinin qanuni istifadəsində olan Heydər Əliyev prospekti 101 ünvanında yerləşən ofis sahəsindən icarəçi İddiaçı MMC-nin əməkdaşları tərəfindən istifadə etmələrinə maneələrin törədilməsinin qadağan edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2268/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddianı təmin etmə tədbiri barədə ərizəsi rədd edilmişdir. Hazırda cavabdehin vəkili Vəkil qeyd edilən qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-2268/2020 saylı qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş edir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2020-ci il tarixli ərizəsində qeyd etmişdir ki, hazırkı mərhələdə iş üzrə cavabdeh tərəfindən iddiaçının qanuni istifadəsində olan ofis sahəsinə cavabdeh tərəfindən yaradılan maneələr iddiaçının fəaliyyətini iflic etməklə yanaşı buna görə hər gün maddi itkilərlə üzləşir. X2 prospekti 101 ünvanında rəsmi qeydiyyatda olduğunu və cavabdeh şəxslə qüvvədə olan icarə münasibətlərində olduğunu təsdiq edən müvafiq sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmçinin məhkəməyə təqdim edilən icarə müqaviləsinin məzmunundan da aydın olur ki, Heydər Əliyev prospekti 101 ünvanında yerləşən ofis x xxxx 2020-ci il tarixindən x xxxx 2021-ci il tarixinədək qüvvədədir. Bu iki fakt onu təsdiq edir ki: İddiaçı MMC həmin ünvanda qanuni əsaslarla fəaliyyət göstərir; hazırda ofisdən istifadəyə qoyulan məhdudiyyət nəticəsində sahibkarlıq subyekti olan İddiaçı MMC-yə maddi zərər vurulur, onun fəaliyyəti mümkün olmur və əgər “İddianı təmin etmə tədbirinin görülməsi haqqında” ərizə təmin olunmasa iddiaçının xeyrinə çıxarılacaq qətnamənin gələcəkdə icrasını xeyli çətinləşdirəcək. Məhkəmə cavabdehə iddiaçı tərəfindən ofisdən istifadəyə maneələrin törədilməsini qadağan etdiyi təqdirdə cavabdehin hüquqlarının necə pozula biləcəyi haqqında fikir bildirməyib və cavabdehə qarşı bu cür tədbirin görülməsi ona əsaslı dərəcədə zərər dəyməsinə səbəb ola biləcəyini də əsaslandırmayıb. Ofisdən istifadəyə maneələrin törədilməsinin cavabdehə qadağan edilməsi heç bir halda işi qabaqcadan həll etmir. İddiaçı cavabdehə qarşı iddia tələbi irəli sürərək ondan ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələb edir və iddianı təmin etmə haqqında ərizənin də məqsədi odur ki: iddiaçının qanuni istifadəsində olan ofisin girişinə qoyulan məhdudiyyət nəticəsində o fəaliyyətdən məhrum olduğundan ona dəymiş maddi zərər günbəgün durmadan artır və belə olan halda onun xeyrinə çıxarılacaq qətnamənin gələcəkdə icrası bir xeyli çətinləşəcək. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2268/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, Cavabdeh işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə izahatları dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 2268/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Prosessual qanunvericiliyin tələblərinə əsasən iddianın təmin edilməsi üçün tədbir görülməsinin məqsədi şikayət ərizəsində qeyd edildiyi kimi, işə mahiyyəti üzrə baxılanadək iddiaçıya daha artıq ziyan vurulmasının qarşısını almaq deyil, məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməkdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli qərarında da qeyd edilmişdir ki, MPMnin 157-ci maddəsinin məzmununa görə iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Buna görə də məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsində irəli sürülmüş tələblər təmin edilərsə qətnamənin gələcəkdə icrasının təmin edilməsi üçün iddiaçının iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəsində qeyd etdiyi tədbirin ( işə mahiyyəti üzrə baxılanadək cavabdeh və digər şəxslər tərəfindən iddiaçının icarəyə götürülmüş sahədən istifadə etməsinə maneə törədilməsinin qadağan edilməsi) görülməsi zəruri olmadığından ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2268/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2268/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-535/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-535/2020
08.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver