Məhkəmə qərarları › İş №2-2(103)-535/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-535/2025

15.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-535/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 36/2021 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İlk iddia üzrə İddiaçı MMC cavabdeh "xxxx" Şirkətinə qarşı «borcun və vurulmuş zərərin ödənilməsi tələbinə dair» ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Şirkətinə məxsus avadanlığın iddiaçının təsərrüfat idarəçiliyində olan, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km. ünvanında yerləşən təsərrüfat sahəsinin 2000 kv.m. hissəsində saxlanc xidmətinə görə yaranmış 9.371.052,46 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Daha sonra ilk iddiaçının nümayəndəsi iddianın həcminin artırılması barədə növbəti, 30 aprel 2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “Total E&P Absheron BV» şirkətinə məxsus avadanlığın iddiaçı “Caspian Survey and Vetting Services LTD" MMC-nın təsərrüfat idarəçiliyində olan. Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km ünvanında yerləşən təsərrüfat sahəsinin 2000 kv.m hissəsində saxlanc xidmətinə görə yaranmış 54 437 175,10 (əlli dörd milyon dörd yüz otuz yeddi min yüz yetmiş beş manat 10 qəpik) manat borcun cavabdeh “Total E&P Absheron BV»şirkətindən tutularaq iddiaçı “Caspian Survey and Vetting Services LTD" MMC-yə ödənilməsini xahiş etmişdir. Həmçinin, “Total E&P Absheron BV Şirkəti"nin Azərbaycan Respublikasindaki filiali İddiaçı MMC-yə qarşı «özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair» qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə 2 üzrə Murphy şirkətinə saxlanca verilmiş avadanlıqlarıın qarşılıqlı iddia üzrə cavabdeh CSVS şirkətinin qanunsuz sahibliyindən geri alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya verilməsi, qanunsuz sahiblik nəticəsində dəyən zərər olaraq qarşılıqlı iddia üzrə cavabdeh CSVS şirkətindən 5,395,039 USD dollar manat məbləğində pul vəsaiti alınaraq qarşılıqlı iddia üzrə iddiaçı TOTAL-a verilməsini xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin 08 may 2021-ci il tarixli, e-2-2(113)-36/2021 nömrəli qətnaməsinə əsasən iddiaçı “Caspian Survey and Vetting Services LTD" MMC cavabdeh “Total E&P Absheron B.V.” ("xxxx") şirkətinə qarşı «borcun və vurulmuş zərərin ödənilməsi tələbinə dair» ilkin iddiası rədd edilmiş, “Total E&P Absheron B.V.” ("xxxx") Şirkəti"nin Azərbaycan Respublikasindaki filialının İddiaçı MMC-yə qarşı «özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi və dəymiş zərərin ödənilməsi haqqında qarşılıqlı iddiası qismən təmin edilmiş, TEPAB-12-20- 00 saylı, 15 noyabr 2012-ci il tarixində qüvvəyə minən müqavilə üzrə Murphy şirkətinə saxlanca verilmiş avadanlıqlar İddiaçı MMC–nin qanunsuz sahibliyindən geri alınaraq “Total E&P Absheron B.V.” ("xxxx") Şirkətinə verilməsi, qalan hissədə qarşılıq iddianın təmin edilməməsi qət edilmişdir. Bundan sonra “Caspian Survey and Vetting Services LTD" MMC ərizə verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-36/2021 nömrəli qətnaməsində TEPAB-12-20-00 saylı, xx.xx.2012-ci tarixli qüvvəyə minən müqavilə üzrə “Murphy” şirkətinə saxlanca verilmiş avadanlıqların nədən ibarət olması barədə izah verilməsi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-36/2021 nömrəli qətnaməsinin icra edilməsi ilə bağlı, TEPAB12- 20-00 saylı, xx.xx.2012 tarixli müqaviləyə əlavə kimi göndərilmiş natamam “Murphy şirkətinin təchizat bazasında saxlanılan ABX 2 quyusunun avadanlıqları” adlı siyahının TEPAB-12-20-00 saylı, xx.xx.2012 saylı müqaviləyə necə aid olması barədə izah verilməsi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-36/2021 nömrəli qətnaməsində “saxlanca verilmiş avadanlıqlar” yazısı altında məhz avadanlıqların (borular, istifadə olunmuş borular və konteynerlər bura aid deyildir) nəzərdə tutulması haqqında izah verilməsi xahiş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-36/2021 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 08 may 2021-ci il tarixli, e-2-2(113)-36/2021 nömrəli qətnaməsinə izah verilməsi barədə “Caspian Survey and Vetting Services LTD" MMC-nin ərizəsi təmin edilməməsi qərara alınmışdır. Qeyd olunan qərardaddan “Caspian Survey and Vetting Services LTD" MMC şikayət verərək xx.xx.2025-ci il tarixli e-2-2(113)-36/2021 nömrəli qərardadın ləğv edilməsi, qətnaməyə izahla bağlı verilən ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işin hallarından da göründüyü kimi məhkəmə qətnaməsində TEPAB-12-20-00 saylı, xx.xx.2012-ci il tarixli qüvvəyə minən müqavilə üzrə “Murphy” şirkətinə saxlanca verilmiş avadanlıqlar kimi qeyd edilsə də, həmin avadanlıqların nədən ibarət olması haqqında hər hansı bir məlumat nə qətnaməyə, nə də ki icra vərəqəsinə əlavə edilməmişdir. Lakin, işə baxan məhkəmə bu məsələ ilə əlaqədar qərarda qeyd etmişdir ki, “Murphy” şirkətinə saxlanca verilmiş avadanlıqların nədən ibarət olması qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş dörd vərəqdən ibarət siyahıda göstərilmiş və məhkəmə gedişatı zamanı siyahı mübahisə edilməmişdir. Bununla bağlı bildirmək istəyir ki, Total şirkətinin filialı tərəfindən təqdim olunmuş siyahının məhkəmə işində əks olunduğu bildirilir. Lakin bu siyahı heç vaxt məhkəmə iclasında elan olunmayıb və müvafiq qaydada araşdırılmayıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (AR MPM) 199-cu maddəsinə əsasən, yazılı sübutların tədqiqi məcburidir. Məhkəmənin qeyd edilən siyahının məhkəmə iclasında mübahisələndirilmədiyi üçün hüquqi əsas kimi qəbul olunması barədə arqumenti AR MPM-in tələblərinə ziddir. Siyahı mübahisələndirilməyib, çünki ümumiyyətlə məhkəmə araşdırmasının predmeti olmayıb və məhkəmə qərarlarında nə təsviri, nə də nəticəvi hissədə adı çəkilməyib. Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-36/2021 nömrəli 08 may 2021-ci il tarixli, e-2-2(113)-36/2021 nömrəli qətnaməsi ilə qarşılıqlı iddia qismən təmin edilmişdir, lakin məhkəmə konkret olaraq hansı avadanlıqların qarşılıqlı iddia üzrə cavabdehdən alınaraq iddiaçıya verilməsini qeyd etməmiş, ümumiyyətlə qətnamə hansı avadanlıqların iddiaçıya verilməsinə münasibət bildirməmiş, qətnamənin nəticə hissəsində sözügedən siyahıya istinad etməmiş və qeyri-müəyyən qətnamə qəbul etmişdir. Həmçinin, tərəflərindən verilən ərizədə də qeyd edildiyi kimi TEPAB-12-20-00 saylı, xx.xx.2012-ci il tarixli müqavilənin 1 saylı əlavəsinin “Malların podratçının həyətinə köçürülməsi” bölməsində qeyd edilmişdir ki, avadanlıqlar və borular 1A (borular) və 1B (avadanlıqlar) nömrəli əlavələrdə öz əksini tapmışdır. Eyni yerdə “İnventar” bölməsində qeyd olunan sənədlərin tərəflər tərəfindən imzalanmalı olduğu qeyd edilmişdir. Məhkəmə tərəfindən icra şöbəsinə təqdim edilən müqavilənin 1 saylı əlavəsi (appendix 1) isə imzasız və möhürsüzdür. Yəni, göndərilən siyahının TEPAB-12-20-00 saylı, xx.xx.2012-ci il tarixli müqaviləyə heç bir aidiyyəti yoxdur. Məhkəmə tərəfindən icra şöbəsinə təqdim edilən 1 saylı əlavədə (appendix 1) onu bağlayan şəxslər göstərilməmiş, əlavə təsdiq edilməmiş və tərtib edildiyi vaxt qeydə alınmamışdır. Bundan başqa, əlavə edilmiş 6 səhifəli siyahıdan yalnız 2, 3, 4 və 5-ci səhifələr təqdim edilmişdir. Məhkəmə bu məsələ ilə əlaqədar qeyd etmişdir ki, “Murphy şirkətinin təchizat bazasında saxlanılan ABX 2 quyusunun avadanlıqları” adlı siyahının TEPAB-12-20-00 saylı, xx.xx.2012 saylımüqaviləyə necə aid olması, avadanlıqlara boruların aid olub-olmaması məsələsi isə izahlıq deyil, yeni məhkəmə araşdırılmasının və məhkəmə aktının qəbul edilməsini ehtiva edir, bu isə üç məhkəmə instansiyalarında qüvvədə qalmış məhkəmə aktına münasibətdə yolverilməzdir. Bununla bağlı bildirmək istəyir ki, məhkəmə sözügedən Qərardadda bir hissədə qeyd edir ki, “Murphy” şirkətinə saxlanca verilmiş avadanlıqların nədən ibarət olması qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş dörd vərəqdən ibarət siyahıda göstərilmiş və məhkəmə gedişatı zamanı siyahı mübahisə edilməmişdir, digər tərəfdən isə qeyd edir ki, “Murphy şirkətinin təchizat bazasında saxlanılan ABX 2 quyusunun avadanlıqları” adlı siyahının TEPAB-12-20-00 saylı, xx.xx.2012 saylı müqaviləyə necə aid olması yeni məhkəmə araşdırılmasının və məhkəmə aktının qəbul edilməsini ehtiva edir. Göründüyü kimi işə baxan məhkəmə qətnamənin nəticə hissəsini izah edərkən “avadanlıqların cavabdehə verilməsi” məsələsini avadanlıqların nədən ibarət olması qarşılıqlı iddia ərizəsinə əlavə olunmuş dörd vərəqdən ibarət siyahı ilə əlaqələndirmiş, lakin “Murphy şirkətinin təchizat bazasında saxlanılan ABX 2 quyusunun avadanlıqları” adlı siyahının TEPAB-12-20-00 saylı, xx.xx.2012 saylı müqaviləyə necə aidiyyəti olmasını izah etməmişdir. Çünki işə baxan məhkəmə də sözügedən siyahının TEPAB-12-20-00 saylı, xx.xx.2012 saylı müqaviləyə aidiyyətini müəyyən edə bilməmişdir və əsassız olaraq bu məsələni izah etməkdən imtina etmişdir. Onu da məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, məhkəmə “avadanlıqların iddiaçıya verilməsi” dedikdə avadanlığın yoxsa borunun verilməsini də araşdırmayıb. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodlarına (HS kodları) əsasən, borular, avadanlıq və digər materiallar vahid kateqoriya kimi birləşdirilə bilməz. Halbuki təqdim olunan siyahıda bütün materiallar "avadanlıq" adı altında birləşdirilib ki, bu da gömrük rəsmiləşdirilməsinə və vergi hesablanmasına maneə yaradır. Həmçinin, onu da qeyd edir ki, məhkəmə işində “X2 Servıces” MMC-nin təqdim etdiyi sənədlər araşdırılıb və 26-29 oktyabr 2018-ci il tarixlərində “Total E&P Absheron B.V” şirkətinə boruların, avadanlıqların və aksessuarların təhvil verilməsi faktı məhkəmə tərəfindən təsdiqlənib. Bu fakt “Total E&P Absheron B.V” şirkəti tərəfindən təkzib olunmayıb. Lakin, təqdim edilən siyahıda həmin borular və avadanlıqlar əks olunmayıb. Məsələn, xx/xx/2018-ci il tarixli 002 saylı akta əsasən “Total E&P Absheron B.V” şirkətinə 7 düym diametrli 88 boru təhvil verilib, lakin siyahıda yalnız 75 boru qeyd olunub. Bundan başqa, sözügedən qətnamə üzrə izaha ehtiyac olması bir daha onunla təsdiqlənir ki, icra şöbəsi sözügedən iş üzrə məhkəməyə sorğu vermiş, sorğu əsasında məhkəmə tərəfindən məhkəmənin “əsli ilə düzdür” imzası və möhürü ilə təsdiqlənmiş müqavilə və ona əlavə edilmiş sənədlərin göndərilməsi tələb olunduğu halda bunun əksi olaraq təsdiqlənməmiş natamam sənədlər göndərilmişdir. Belə ki, TEPAB-12-20-00 saylı, xx.xx.2012 saylı müqavilə ingilis dilində tərtib edilmiş və müqavilə 51 vərəqdən ibarətdir. Buna baxmayaraq, məhkəmə tərəfindən cəmi 8 vərəqdən ibarət natamam müqavilə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsi Təqdim edilən siyahı yazılı sübutlara dair AR MPM-nin 89.3-cü maddəsinə uyğun deyil. Bu maddəyə əsasən, sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim olunmalıdır. Total şirkəti tərəfindən təqdim edilən siyahı isə altı səhifədən ibarət sənədin yalnız dörd səhifəsinin qeyri-dəqiq fotokopiyasıdır. Səhifələrin nömrələnməsindən görünür ki, siyahının 1-ci və 6-cı səhifələri yoxdur, sənəddə imza, möhür, tərtib tarixi və onun rəsmi statusu (balans çıxarışı, inventar siyahı, təhvil-təslim aktı və s.) qeyd edilməyib. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli plenum qərarına əsasən rəsmi sənəd aşağıdakı xüsusiyyətlərə malik olmalıdır: onu səlahiyyətli şəxs tərtib etməli, müəyyən olunmuş forma və rekvizitləri (möhür, imza, tarix və s.) ehtiva etməlidir. Təqdim olunan siyahı bu meyarlara cavab vermir, buna görə də icraata qəbul edilə bilməz. Eyni zamanda, bu siyahı əsasında materialların “Total E&P Absheron B.V” şirkətinə məxsus olduğu müəyyən edilə bilməz. Siyahının yalnız ikinci səhifəsinin yuxarı hissəsində "ABX 2 materialları, Murphy bazasında saxlanılır" yazılıb. Bu ifadədən materialların Total şirkətinə aid olduğu nəticəsini çıxarmaq mümkün deyil. Əksinə, bu materialların ABX 2 adlı müəssisəyə aid olması və ya ABX 2 layihəsi üçün nəzərdə tutulması ehtimalı var. Həmçinin, siyahıya əlavə olunmuş Azərbaycan dilinə tərcümə təsdiq olunmayıb və orijinal ingilis versiyasına uyğun deyil. Məsələn, “ABX 2 materialları” ifadəsi tərcümədə “ABX 2 quyusunun avadanlığı” kimi ifadə olunaraq təhrif edilib, bu isə siyahının hüquqi mahiyyətini dəyişdirir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 14 aprel 2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət mümkün hesab edilmiş və xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətə 08 may 2025-ci il tarixdə şifahi icraat qaydasında baxılması qərara alınmışdır. Daha sonra ilkin iddia üzrə iddiaçı apellyasiya şikayətinə əlavə təqdim etmişdir. Əlavədə göstərilmişdir ki, siyahıya əsasən, orada göstərilən materialların "xxxx" şirkətinə məxsusluğunu müəyyən etmək mümkün deyil. Siyahının 2-ci səhifəsinin yuxarı hissəsində yalnız bir qeyd var: “Əlavə 1 – ABX 2 materialları Murphy bazasında anbarlanmışdır.” Siyahıda materialların "xxxx" şirkətinə məxsusluğu göstərilməmiş, yahud TEPAb 12-20-00 müqaviləsinə istinad edilməmişdir. Siyahıya əsasən görünür ki, materiallar "xxxx" şirkətinə deyil, ABX 2 qısaltması ilə göstərilən müəssisəyə məxsusdur və ya bu layihə üçün nəzərdə tutulmuşdur – dəqiq istinad olmadığından bu, yalnız ehtimallar səviyyəsindədir. "xxxx" şirkətinin filialı tərəfindən verilmiş qarşılıqlı iddianın mətninə baxdıqda isə görünür ki, təqdim olunan siyahı ABX 2-yə deyil, TEPAb 12-20-00 müqaviləsində heç bir yerdə adı çəkilməyən ABD-01 neft quyusuna aiddir. Həm "xxxx" şirkətinin filialının qarşılıqlı iddiasında, həm də xx/xx/2021 tarixli məhkəmə qərarında göstərilir ki, "xxxx" şirkəti filialının CSVS şirkətinin qanunsuz istifadəsində olduğunu iddia etdiyi materiallar Abşeron yatağındakı ABD-01 neft quyusunda istifadə olunmalı idi (xx/xx/2021 tarixli qərarın 16-cı səhifəsi və qarşılıqlı iddianın 4-cü səhifəsi). Siyahı bu müqaviləyə uyğun deyil, çünki xx/xx/2021 tarixli qərarın təsviri hissəsində göstərildiyi kimi, materiallar ABX 2 layihəsinə deyil, ABD-01 yatağına aiddir. TEPAb 12-20-00 müqaviləsinin Əlavə 1-indəki “İnventarizasiya” bölməsinə əsasən, tərəflər arasında materialların inventar siyahısı tərtib olunmalı və bu siyahı hər iki tərəf tərəfindən imzalanmalıdır. "xxxx" nümayəndəsi öz etirazlarında müqavilənin çərçivə xarakterli olduğunu, avadanlıqlar siyahısının ona daxil edilmədiyini bildirərək bu məsələni inventarizasiya vasitəsilə həll etdiklərini və xx/xx/2020 tarixində qarşılıqlı iddiaya inventar siyahısını əlavə etdiklərini bildirir. Lakin təqdim olunan həmin siyahı TEPAb 12-20-00 müqaviləsinin tələblərinə cavab vermir, çünki müqavilə tərəflərinin imzaları yoxdur. TEPAb 12-20-00 müqaviləsinin Əlavə 1-də materialların necə uçota alınmalı olduğunu müəyyən edir və onları iki ayrı siyahıda göstərməyi nəzərdə tutur – borular 1A siyahısında, avadanlıqlar isə 1B siyahısında (müqavilənin ingilis dilindəki 35-ci, Azərbaycan versiyasında isə 41-ci səhifəsi). Həmin əlavədə inventarizasiyanın keçirilməsi və sənədləşdirilməsi qaydası da təsbit olunub (ingilis dilində 37-ci, Azərbaycan dilində 43-cü səhifə). Bu səbəbdən, qarşılıqlı iddiaya əlavə olunan ABX 2 qısaltmalı altında gösterilən siyahı "xxxx" şirkətinə aid materialların identifikasiyası üçün əsas sayıla bilməz və Murphy şirkəti tərəfindən CSVS şirkətinə saxlanmaq üçün təhvil verilmiş "xxxx" materiallarına şamil edilə bilməz. xx/xx/2021 tarixli qərarla məhkəmə CSVS şirkətinin iddiasını yazılı müqavilənin olmaması səbəbindən rədd edib. Eyni qərarda Murphy və Total arasında bağlanmış TEPAb 12-20-00 müqaviləsi qüvvədə olan hüquqi sənəd kimi tanınıb və Total filialının qarşılıqlı iddiası qismən təmin olunub. Beləliklə, xx/xx/2021 tarixli qərarın icrası zamanı əsas götürülməli yeganə sənəd məhkəmənin qərarında da istinad etdiyi TEPAb 12-20-00 müqaviləsidir və icra bu müqavilə əsasında həyata keçirilməlidir. Bu baxımdan, məhkəmə icraçısı TEPAb 12-20-00 müqaviləsinin Əlavə 1-ə uyğun olaraq, Total və Murphy şirkətlərinin qanuni nümayəndələri tərəfindən imzalanmış və möhürlənmiş 1B siyahısını (avadanlıq) tələb etməlidir. Bu, Azərbaycan Respublikasının rəsmi sənədlərlə bağlı qanunvericiliyinə uyğundur. TEPAb 12-20-00 Əlavə 1-ə uyğun tərtib edilmiş ancaq avadanliqlara aid 1B siyahisi uzərində icrat tələb olunur. Buna əsas həm Total şirketinin fiflialinin qarişiqli iddiasinda avadanliqlarin qaytarilmasi barəsinde təlebləri və məhkəmənin xx/xx/2021-ci il tarixli qərari əsas verir. Müqavilənin Əlavə 1-i inventarizasiyanın keçirilməsi qaydasını və boru ilə avadanlığın ayrıca siyahılarla ayrılmasını aydın şəkildə tənzimləyir. Eyni zamanda, TEPAb 12-20-00 müqaviləsinin predmeti də boru və avadanlığın ayrı-ayrılıqda uçota alınmasını nəzərdə tutur. İngilis versiyasının 2-ci (Azərbaycan versiyasının 3-cü) səhifəsində, müqəddimədə (Preambula) göstərilir ki, "xxxx" şirkəti “neft avadanlığı və boruların saxlanılması və dəstəklənməsi ilə bağlı müəyyən logistik xidmətlər” istəyir. Həmin müqavilənin İngilis versiyasının 6-cı (Azərbaycan versiyasının 7-ci) səhifəsində 1-ci maddədə müqavilənin məqsədi kimi “boruların və neft avadanlıqlarının saxlanılması, o cümlədən boruların dövri yoxlanışı” göstərilir. Bunula əlaqdar Total şirkətinin və məhkəmənin avadanliqlarin hər bir materiallara-borulara, borular və neft avadanliqlarinin aksessuarlarina, konteynerlərə aidiyyəti barəsinde izahlari əsassizdir və istinad olunan TEPAb 12-20-00 müqaviləsinin məqsədinə, predmetinə və tələblərinə ziddir. Hakim Namazovanın qətnaməsində sadəcə olaraq TEPAb 12-20-00 müqaviləsinə istinad etməsi və Əlavə 1-in tələblərinə əsasən məhkəmə icraçısının hansı inventar siyahıları əsasında icra həyata keçirməli olduğunu izah etməsi kifayət edərdi. Bu halda, məhkəmədən avadanlıqların siyahısını təqdim etməsi tələb olunmur. Bu siyahılar məhkəmə icraçısı tərəfindən, ona təqdim olunmuş TEPAb 12- 20-00 müqaviləsinin təsdiqlənmiş Azərbaycan dilində tam nüsxəsinə əsasən tərəflərdən tələb olunmalıdır – xüsusilə də icranı tələb edən tərəf, yəni Total filialı tərəfindən. Əgər bu tərəfdə tələb olunan qaydada tərtib olunmuş inventar siyahısı yoxdursa, məhkəmə icraçısı bu siyahıları cavabdeh tərəf – CSVS şirkətindən də tələb edə bilər. Əgər tərəflərin heç birində TEPAb 12-20-00 müqaviləsinin Əlavə 1-də nəzərdə tutulan 1B (avadanlıq) siyahısi yoxdursa, o zaman məhkəmə icraçısı TEPAb 12-20-00 müqaviləsinin deyil, Azərbaycan qanunvericiliyinin anbar sənədlərinin tərtib olunması ilə bağlı müddəalarını tətbiq etməlidir.Bu halda, CSVS şirkəti məhkəmə icraçısının tələbi ilə Total şirkətinə Murphy şirkəti tərəfindən təhvil verilmiş materiallara dair, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 828-ci maddəsinə uyğun tərtib olunmuş anbar qəbzi və ya anbar şəhadətnaməsini təqdim etməyə borcludur. Məhkəmə icraçısına təqdim olunmuş müqavilənin yalnız 8 səhifəlik hissəsi göndərilmiş (96 səhifəlik tam tərcümə əvəzinə), eləcə də siyahı təqdim olunmuşdur ki, bu siyahı məhkəmədə araşdırma obyekti olmamış, rəsmi sənəd deyil, TEPAb 12-20-00 müqaviləsində nəzərdə tutulmamışdır və anbardakı malların hərəkətini və real qalıq miqdarını əks etdirmir. Nəticədə, icra prosesində ziddiyyətlər yaranmış və yaranmaqda davam edir ki, bu da CSVS şirkətini məhkəməyə müraciət etməyə vadar etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil3 şikayət və şikayətə əlavədə göstərilənlərə uyğun izahat verdi, şikayətin təmin edilməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasında iştirak etmədilər. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-36/2021 saylı qərardadı ləğv edilməli və iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Məcəllənin 230.1-ci maddəsinə görə işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli “Məhkəmə qətnaməsi haqqında” Qərarına diqqəti çəkir və qeyd edir ki, həmin qərarın 14-cü bəndinə əsasən “Qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Göründüyü kimi, qətnaməyə izah verilməsi qətnamənin çatışmazlıqlarının aradan qaldırılması üsullarından biri olmaqla qətnamənin məzmunu aydın və dəqiq olmadığı, qeyri-müəyyən olduğu, göstərilən qeyri-dəqiqliyin qətnamənin icrasında çətinliklər yaratdığı hallarda tətbiq edilir. Hazırkı halda Bakı Kommersiya Məhkəməsinin 08 may 2021-ci il tarixli, e-2-2(113)- 36/2021 nömrəli qətnaməsində TEPAB-12-20- 00 saylı, 15 noyabr 2012-ci il tarixində qüvvəyə minən müqavilə üzrə Murphy şirkətinə saxlanca verilmiş avadanlıqların və digər İddiaçı MMC–nin qanunsuz sahibliyindən geri alınaraq “Total E&P Absheron B.V.” ("xxxx") Şirkətinə verilməli olduğu qət edilmiş olsa da, qaytarılmalı olan avadanlıqların nədən ibarət olduğu dəqiq göstərilməmişdir. Bununla yanaşı o da qeyd edilməlidir ki, qarşılıqlı iddiaçı tərəfindən qarşılıqlı iddia verilərkən həmin ərizəyə 208 adda cəmi 6.433.066 ABŞ dolları dəyərində əmlakların (avadanlıq, boru, aksessuarların və s.)siyahısı (xx.xx.2016-cı il tarixli, total ep X5 adlı 4 səhifədən ibarət siyahı) əlavə edilmişdir. Qətnamənin icra mərhələsində isə məhkəmə tərəfindən icra məmuruna fərqli siyahı (siyahının adı “əlavə 1 kimi qeyd edilmiş, murphy şirkətinin təchizat bazasında saxlanılan ABX2 quyusunun avadanlıqları”, 7 səhifədən ibarətdir və 152 adda 4800.521,79 ABŞ dolları dəyərində əmlakları əhatə edir) təqdim edilmişdir. Göründüyü kimi qətnamənin məzmunu qeyri-müəyyən olmaqla qətnamə izah verilmədən onun icrası mümkünsüzdür, bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri nəzərə almamış, bununla da qətnamənin izah edilməsindən imtina etməklə səhv nəticəyə gəlmişdir. Odur ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və yuxarıda qeyd olunanlar nəzərə alınaraq Bakı Kommersiya Məhkəməsinin 08 may 2021-ci il tarixli, e-2-2(113)-36/2021 saylı qətnaməsinə izah edilməsi barədə borclu qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-36/2021 saylı qərardadı ləğv edilsin. İş materialları Bakı Kommersiya Məhkəməsinin 08 may 2021-ci il tarixli, e-2-2(113)- 36/2021 saylı nömrəli qətnaməsinin izah edilməsi barədə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar