Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-536/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-284/2023 nömrəli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12000 (on iki min) manat məbləğin, 200 (iki yüz) manat mediasiya xərci məbləğinin ümumilikdə 12200 (on iki min iki yüz) manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-284/2023 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı ASC həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işin icraatı zamanı İddiaçı ASC xx.xx.2023-cü il tarixdə ərizə vermiş və ərizədə texniki səhv olaraq iddiadan imtina edilməsi xahiş etmişdir. Halbuki İddiaçı ASC-nin niyyəti iddianı baxılmamış saxlanılması olmuşdur. Məhkəmə tərəfindən təyin olunmuş iclaslarda İddiaçı ASC-nin nümayəndəsi şifahi şəkildə iddianı baxılmamış saxlanılmasını qeyd etmiş, lakin ərizəni elektron qaydada məhkəməyə təqdim edərkən texniki səhv olaraq iddiadan imtina edilməsi qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddiadan imtina etdiklərini bildirmiş və məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsində də təsbit olunmuşdur ki, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Eyni zamanda, nəzərə alınır ki, hazırki işdə Mülki Prosessual Məcəlləsinin 52.5 və 191.4-cü maddəsində nəzərdə tutulmuş hallar mövcud deyil. Ona görə də kollegiya hesab edir ki, iş üzrə icraata xitam verilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri isə əsassızdır. Belə ki, iddiaçı tərəfindən verilmiş ərizədə aydın şəkildə iddiadan imtina etdiklərini bildirilmiş və məhkəmədən iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Bundan başqa, məhkəmənin hazırlıq və məhkəmə baxışı iclaslarının audio-video yazılarına baxış keçirilmiş və iddiaçının nümayəndəsinin şifahi şəkildə iddianı baxılmamış saxlanılmasını qeyd etməsi müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-284/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-2(103)-536/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-536/2023
12.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver