Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-537/2023 21.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı müqavilələrin ləğvi və borcun tutulması tələbi barədə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli e-2-2(113)-315/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı QSC-nin xeyrinə xx.xx.2021-ci il tarixli E38/21 saylı “Öhdəliklərin verilməsi müqaviləsi” və ona əlavə edilmiş xx.xx.2021-ci il tarixli Exx/xx-0002 saylı və xx.xx.2021-ci il tarixli E-xx/xx-0001 saylı sazişlərin ləğv edilməsini, həmin müqavilə və xx.xx.2021-ci il tarixli E-xx/xx-0001 saylı sazişə əsasən Ferrum Kapital QSC qarşısında 50000 əsas, 2918,89 cərimə borcu , 6800,56 manat komissiya borcu, xx.xx.2021-ci il tarixli E-xx/xx- 0002 saylı sazişə əsasən İddiaçı QSC qarşısında 270000 əsas 13317,81 cərimə borcu, 28044,11 manat komissiya borcu olmaqla ümumilikdə 371081,38 manat borcun, 661,08 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-315/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) iddia qismən təmin edilmiş, xx.xx.2021-ci il tarixli E-38/21 saylı öhdəliklərin verilməsi müqaviləsi və ona əlavə edilmiş xx.xx.2021-ci il tarixli E-xx/xx-0002 saylı və xx.xx.2021-ci il tarixli E-xx/xx-0001 saylı sazişlərin ləğv edilməsi, Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli E-xx/xx-0001 nömrəli saziş üzrə 50000 manat əsas, 6800,56 manat komissiya borcu və 699,44 manat cərimə cəmi 57500 manat, xx.xx.2021-ci il tarixli E-xx/xx-0002 nömrəli saziş üzrə isə 270000 manat əsas, 28044,11 manat komissiya və 5955,89 manat cərimə cəmi 304000, ümumlikdə 361500 manat, həmçinin 400 manat mediasiya xərci, 261,08 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı alınaraq İddiaçı QSC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-315/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-315/2023 nömrəli qətnaməsi qismən ləğv edilməli, xx.xx.2021-ci il tarixli E-38/21 saylı öhdəliklərin verilməsi müqaviləsi və ona əlavə edilmiş xx.xx.2021-ci il tarixli E-xx/xx-0002 saylı və xx.xx.2021-ci il tarixli E-xx/xx-0001 saylı sazişlərin ləğv edilməsi tələbi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcələsinin 421.1-ci maddəsinə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən-müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.” İşdən görünür ki, hazırkı halda iddiaçı xx.xx.2022-ci il tarixli pretenziya məktubu ilə cavabdehə müraciət edərək xx.xx.2022-ci il tarixədək yaranmış borc ödənilməzsə müqavilələrə iddiaçı tərəfindən xitam verilməklə borcun tutulması üçün məhkəmədə iddia qaldırılacağını bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarındakı mövqeyi nəzərə alaraq hesab edir ki, iddiaçının müqavilələrin ləğvi ilə bağlı tələbinə məhkəmədə baxılmalı olmadığından (iddia qaldırılanadək iddiaçı müqavilədən imtina etməklə onu ləğv etdiyinə dair iadə ifadəsini qarşı tərəfə bildirdiyindən) mübahisələndirilən qətnamə qismən ləğv edilərək müqavilələrin ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-315/2023 nömrəli qətnaməsi qismən ləğv edilməli, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2021-ci il tarixli E-38/21 saylı öhdəliklərin verilməsi müqaviləsi və ona əlavə edilmiş xx.xx.2021-ci il tarixli E-xx/xx-0002 saylı və xx.xx.2021-ci il tarixli E-xx/xx-0001 saylı sazişlərin ləğv edilməsi tələbi üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384.0.5, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-315/2023 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2021-ci il tarixli E-38/21 saylı öhdəliklərin verilməsi müqaviləsi və ona əlavə edilmiş xx.xx.2021-ci il tarixli E-xx/xx-0002 saylı və xx.xx.2021-ci il tarixli E-xx/xx-0001 saylı sazişlərin ləğv edilməsi tələbi üzrə icraata xitam verilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-537/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-537/2023
21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver