Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-54/2025 14.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı “X10 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-564/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 356/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 1787969,58 manat əsas, 880580,60 manat faiz borcu, 100000 manat cərimə borcu, habelə 1354 manat sığorta haqqı və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2769934,18 manat məbləğində pulun alınaraq iddiaçı “X10 Azərbaycan” QSC-yə ödənilməsi, tutmanın ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr., 65C ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 103,6 kv.m qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 180000 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş X3 mülkiyyətində olan ünvan 1 ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 51,2 kv.m, əsas sahəsi 28,5 kv.m, köməkçi sahəsi 22,7 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 225000 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 28 ünvanında, 5-ci mərtəbəsində və çardaqda yerləşən, ümumi sahəsi 195.0 kv.m, əsas sahəsi 195.0 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 85000 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 28 ünvanında, yerləşən, ümumi sahəsi 22,8 kv.m, əsas sahəsi 22,8 kv.m olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 30000 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında, ümumi sahəsi 205,7 kv.m, yaşayış sahəsi 128,6 kv.m, yardımçı sahəsi 77,1 kv.m, 5 otaqlı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 360000 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında, ümumi sahəsi 177,18 kv.m, yaşayış sahəsi 110,55 kv.m, yardımçı sahəsi 66,63 kv.m, 4 otaqlı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 310000 manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılması, satışlardan əldə olunmuş vəsait hesabına Cavabdeh iddiaçı “X10 Azərbaycan” QSC-yə olan kredit borcunun ödənilməsi, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda artıq qalan pul vəsaitinin müvafiq olaraq cavabdehlər Cavabdeh və X4 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 1800 manat məbləğində pulun Cavabdeh tutularaq "xxxx" MMCnin "xxxx" KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 2(103)-154/2023 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-356/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsinin qismən, yəni əsas və faiz borcun məbləği, eləcə də ipoteka predmetinin ilkin satış qiymətinin məbləği hissəsində dəyişdirilməsi, Cavabdeh alınmalı olan əsas borcun məbləğinin 1786369,58 manat manat, faiz borcun məbləğinin 204055,57 manat, əsas və faiz borcun, cərimənin, sığorta haqqının və dövlət rüsumu əvəzinin cəminin isə 2091809,15 manat müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr., 65C ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 103,6 kv.m olan qeyriyaşayış sahəsinin ilkin satış qiymətinin 443000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr., 65C ünvanlarında, ümumi sahəsi 205,7 kv.m olan 51 saylı mənzilin ilkin satış qiymətinin 410000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr., 65C ünvanlarında, ümumi sahəsi 177,18 kv.m olan 51 saylı mənzilin ilkin satış qiymətinin 353000 manat, ünvan 1 ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 51,2 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin ******* manat, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 28 ünvanında, 5-ci mərtəbəsində və çardaqda yerləşən, ümumi sahəsi 195.0 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 320000 manat, Bakı şəhəri, Yasamal rayonu, inşaatçılar pr., 28 ünvanında, yerləşən, ümumi sahəsi 22,8 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 42000 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatlarının ümumi dəyərinin - 300 manatın 150 manatının “X10 Azərbaycan” QSCdən, 150 manatının isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməsi, qiymətləndiricinin xidmət haqqı 900 manatın 450 manatının “X10 Azərbaycan” QSC-dən, 450 manatının isə Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN: ********** H h N° AZ33İBAZ******************** "Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ******************** S W.İ.F T BİK. İBAZAZ2X hesabına köçürülməsi, apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-563/2024 saylı qərarı ilə kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-154/2023 nömrəli, 2023-cü il 9 oktyabr tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
4. “X10 Azərbaycan” QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, 210/21176/2018/1 nömrəli kredit müqaviləsi əsas borcdan qalan 1787969,58 manatın ödənilməsinin 826 gün gecikdirilməsinə görə dəymiş zərər məbləği 202309,98 (hesablama: 1787969,58 manat * 5% / 360 gün * 826 gün = 202309,98 manat təşkil edir.
5. “X10 Azərbaycan” QSC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, məhkəmə qətnaməsinin icra olunmadığına görə dəymiş zərərin 5 iş günü müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə maddi zərərin tutulması barədə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
6. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, “X10 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 210/21176/2018/1 saylı müqavilə üzrə müəyyən edilən 1.786.369,58 manat məbləğində əsas borca xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət üçün illik 5%-lə hesablanmış faiz məbləği 201.959,01 manat təşkl edir.
Birinci instansiya məhkəməsindəki icraat:
7. İddiaçı “X10 Azərbaycan” QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1.787.969,58 manat pulun ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 21 noyabr 2023-cü il tarixinə 202309,98 manatın, mediasıya xərcinin əvəzi kimi 400 manat pulun və 92,31 manat dövlət rüsumunun tutularaq iddiaçı “X10 Azərbaycan” QSC-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X10 Azərbaycan” QSC ilə Cavabdeh arasında 27 fevral 2018-ci il tarixdə kredit verilməsi haqqında 210/21176/2018/1 saylı müqavilə bağlanmış həmin kredit müqaviləsinə əsasən cavabdehə 13 ay müddətində, illik faiz dərəcəsi 16 % olmaqla ******* manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin icrasının təmin еdilməsi məqsədilə - 27 fevral 2018-cü il tariхində bank ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətinə olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül pr., 65C ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 103.0 kv.m qeyri-yaşayış sahəsini (AR ƏMDK yanında DƏDRX-in Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tariхili, RX sеriyalı ******* nömrəli çıхarış); - 27 fevral 2018-cü il tariхində bank ilə ipoteka qoyan X5 arasında bağlanmış İpoteka müqaviləsinə əsasən X3 mülkiyyətində olan ünvan 6 ünvanında, 1-ci mərtəbədə yerləşən, ümumi sahəsi 51.2 kv.m, əsas sahəsi 28.5 kv.m, köməkçi sahəsi 22.7 kv.m olan qeyri-yaşayış sahəsini (AR ƏMDK yanında DƏDRX-in Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tariхili, RX sеriyalı ******* №-li Çıхarış); - 27 fevral 2018-cü il tariхində bank ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 28 ünvanında, 5-ci mərtəbəsində və çardaqda yerləşən, ümumi sahəsi 195.0 kv.m, əsas sahəsi 195.0 kv.m, köməksi sahəsi-kv.m olan qeyriyaşayış sahəsini (AR ƏMDK yanında DƏDRX-in Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tariхili, RX sеriyalı ******* nömrəli çıхarış); - 27 fevral 2018-cü il tariхində bank ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., 28 ünvanında yerləşən, ümumi sahəsi 22.8 kv.m, əsas sahəsi 22.8 kv.m, köməksi sahəsikv.m olan qeyri-yaşayış sahəsini (AR ƏMDK yanında DƏDRX-in Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tariхili, RX sеriyalı 12479018 nömrəli çıхarış); - 27 fevral 2018-cü il tariхində bank ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında, ümumi sahəsi 205.7 kv.m, yaşayış sahəsi 128.6 kv.m, yardımcı sahəsi 77.1 kv.m, 5 otaqlı mənzilini (AR ƏMDK yanında DƏDRX-in Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tariхili, RX sеriyalı ******* nömrəli çıхarış); 27 fevral 2018-cü il tariхində bank ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 4 ünvanında, ümumi sahəsi 177.18 kv.m, yaşayış sahəsi 110.55 kv.m, yardımçı sahəsi 66.63 kv.m, 4 otaqlı mənzilini (AR ƏMDK yanında DƏDRX-in Bakı Şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tariхili yüklülük barədə RX sеriyalı ******* nömrəli çıхarış) "xxxx" QSC-nin хеyrinə ipоtеka ilə yüklü еtmişdir. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmiş və işə baxan Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-356/2021 saylı qətnaməsi ilə cavabdehdən cəmi 2.769.934,18 manat məbləğin tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi qət olunmuşdur. Göründüyü kimi, cavabdehin xx.xx.2021-ci il tarixə əsas borc üzrə 1787969,58 manat ödənilməmiş borcunun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh 17 avqust 2021-ci ildən sonra bu günə kimi hər hansı bir ödəniş etməmişdir və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməməsi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanan məbləği tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kərar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonra da öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehin kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc məbləğindən 1787969,58 manat hissəsi ödənilməmiş qalmaqdadır. xx.xx.2021-ci ildən 21 noyabr 2023cü ilə qədər bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla hesablanmış məbləğ 202.309,98 manat təşkil edir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1, 445.7-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına istinad olunmuşdur.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-564/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1.786.369,58 manat məbləğində pulun ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi illik 5 faizlə hesablanan 202128,90 manat, 400 manat mediasiya xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 92,31 manat olmaqla, cəmi 202621,21 manat məbləğində pul iddiaçı “X10 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbini Cavabdeh 1787969,58 manat məbləğində pulun ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 202309,98 manat məbləğində pulun tutulması təşkil edir. Məhkəmənin qənaətinə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarından göründüyü kimi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-356/2021 saylı qətnaməsi ilə “X10 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X4 qarşı “kredit üzrə borcun qaytarılması və s.” tələbinə dair iddiası qismən təmin olunmuşdur. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-154/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuşdur. Həmin qətnamədən cavabdehlər kassasiya şikayətləri vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-563/2024 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-154/2023 nömrəli, 2023-cü il 9 oktyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Hazırda iddiaçı iddia tələbində xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qətnamənin icra edilmədiyini bildirərək, gecikdirilmiş vaxt (826 gün) üçün illik beş faiz məbləğin cavabdehlərdən tutulmasını tələb edir. Cavabdeh xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr ərzində “X10 Azərbaycan” QSC-yə olan faiz borcunun hesablanması barədə” təqdim edilən arayışda Cavabdeh xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr ərzində “X10 Azərbaycan” QSC-yə 5%-lə hesablanmış faiz borcunun 202309,98 manat təşkil etdiyi qeyd olunur. Həmin arayışdan görünür ki, göstərilən dövr üzrə hesablama aparılarkən ödənilməsinin gecikdirildiyi iddia edilən məbləğ 1787969,58 manat, il üzrə günlərin sayı 360 gün, gecikdirilmiş günlərin sayı isə 826 gün qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli, 2-2(103)-154/2023 saylı qətnaməsindən göründüyü kimi, əsas borc 1786369,58 manat məbləğində müəyyən edilmişdir. Həmin hal nəzərə alınaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-154/2023 saylı qətnaməsi ilə müəyyən edilən 1786369,58 manat əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan dövr üzrə 5%-lə hesablanmış məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin məbləğ 202128,90 manat (1786369,58X5:100:365X826=202128,90) təşkil edir. Beləliklə, mübahisələndirilən dövr üzrə əsas borca 5%-lə hesablanmış ümumi məbləğ 202128,90 manat təşkil edir. Məhkəmə yuxarıda qeyd olunanları, qanunvericilik normalarını, işin faktiki hallarını nəzərə alaraq, hesab etmişdir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır, cavabdehin etirazı isə əsassızdır. Ona görə də iddia qismən təmin edilməli, Cavabdeh 1786369,58 manat məbləğində pulun ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi illik 5 faizlə hesablanan 202128,90 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.
11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsinə və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixindən, yəni Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra əsas borc üzrə olan 1.787.969,58 manat məbləğində kredit borcunun ödənilməsinin gecikdirilməsinə yol verməmiş və həmin borcun ödənilməməsində təqsirli deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Nəsimirayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin qismən, yəni əsas və faiz borcun məbləği, eləcədəipoteka predmetinin ilkin satış qiymətininməbləği hissəsində dəyişdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə tərəflərin verdiyi kassasiya şikayətləri təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi “X10” QSC-nin iddia tələbi üzrə qəbul edilmiş olan yekun məhkəmə aktı xx.xx.2024-cü il tarixdə qüvvəsini almışdır. Buna baxmayaraq iddiaçı “X10” QSC qəbul edildikdən sonra apellyasiya şikayəti verilmiş və qismən ləğv edilmiş olan Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli(hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilən zaman) qətnaməsinə əsaslanaraq, əsas borc üzrə olan 1.787.969,58 manat məbləğində kredit borcunun ödənilməməsinə görə əsassız olaraq illik 5% olmaqla gecikdirilmiş faiz məbləği tələb edir. Həmçinin qeyd edir ki, işdə olan məhkəmə aktı ilə müəyyən olunur ki, Cavabdeh götürdüyü kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmiş dəyəri yüksək olan kifayət qədər daşınmaz əmlakları açıq hərracda satılaraq, əldə olunan vəsait hesabına borcun ödənilməsinin təmin edilməsi qət edilmişdir. Göründüyü kimi həmin kredit müqaviləsi üzrə borcun ödənilməsinin gecikdirilməsi halları mövcud deyildir, kredit müqaviləsi üzrə yekun borcun məbləği məhkəmə aktına əsasən müəyyən edilmiş və borcun ödənilməsi ipoteka predmetləri hesabına təmin olunacaqdır. Buna baxmayaraq işə baxmış birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan faktiki halları araşdırılmamış, bununla iddia tələbinin təmin edilməsinə dair qanunsuz və əsassız məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, iddia tələbinin təmin edilməsi hissəsində qətnamənin ləğv edilməsinə və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi.
15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. X9:
16. Mülki Məcəllənin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. -445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. -Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
17. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.
Apellyasiya baxışının hədləri:
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayətində qətnamənin əsaslılığı iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Odur ki, kollegiya Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, qətnamənin əsaslığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-356/2021 saylı qətnaməsi ilə “X10 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X4 qarşı “kredit üzrə borcun qaytarılması və s.” tələbinə dair iddiası qismən təmin olunmuş, “X10 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 210/21176/2018/1 saylı kredit müqaviləsi üzrə 1787969,58 manat məbləğində əsas borc da daxil olmaqla ümumilikdə 2.769.934,18 manat məbləğində borcun cavabdehdən tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-154/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş, qətnamə əsas və faiz borcunun məbləği, eləcə də ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, cavabdehdən tutulmalı olan əsas borcun məbləği 1.786.369,58 manat məbləğində müəyyən edilmişdir. Həmin qətnamədən cavabdehlər kassasiya şikayətləri vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-563/2024 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)- 154/2023 nömrəli, 2023-cü il 9 oktyabr tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Hazırda iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində kredit müqaviləsi üzrə əsas borcun ödənilməsinin gecikdirildiyini əsas göstərərək, həmin müddət (826 gün) üçün illik 5% olmaqla faizlərin cavabdehdən tutulmasını tələb edir.
23. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir.
24. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı halda cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya olan 1.786.369,58 manat məbləğində əsas borcun ödənilməsinin gecikdirilməsi qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir.
25. Digər tərəfdən məhkəmə kollegiyası onu da qeyd edir ki, mülki hüquqda təşəkkül tapmış təqsirlilik prezumpsiyasına əsasən öhdəliyi pozmuş şəxs əksi sübuta yetirilənədək öhdəliyin pozulmasında təqsirli hesab edilir. Hazırkı halda isə cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsinin xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində gecikdirilməsində təqsirli olmamasını sübuta yetirə bilməmişdir.
26. Belə ki, kreditin təminatı olaraq daşınmaz əmlakın ipoteka ilə yüklü edilməsi və öhdəliyin ipoteka predmetinə tutma yönəldilməsi hesabına icra ediləcəyi barədə cavabdehin istinad etdiyi dəlillərə münasibətdə kollegiya ilk növbədə qeyd edir ki, kredit müqaviləsi üzrə öhdəliyin ipoteka təminatının olması faktı özü-özlüyündə kredit alanın öhdəliklərinin icrasının gecikdirilməsinə görə məsuliyyətdən azad edilməsi üçün əsas hesab edilmir. Digər tərəfdən, cavabdehin istinad etdiyi hallar borclunun öhdəliyin icrasının gecikdirilməsində təqsirli olmamasının müəyyən edilməsinə yönəldilmiş dəlillər kimi nəzərdən keçirilərsə, qeyd edilməlidir ki, məhkəmə qaydasında ipoteka predmetinə tutma yönəldilməsi müvafiq qətnamə qanuni qüvvəyə mindikdən sonra həyata keçirilir. Bu baxımdan ipoteka qoyanın ipoteka predmeti olan əmlakı hərrac keçirilməsi üçün təqdim etməsi, hərracın keçirilməsinə hər hansı maneəçilik törətməməsi kimi hallar yalnız qətnamənin icra edilməsi mərhələsində borclunun öhdəliyin icrasının gecikdirilməsində təqsirli olmamasına dəlalət edən hallar kimi qəbul edilə bilər. Hazırkı halda isə iddiaçının faizlərin tutulmasını tələb etdiyi müddət kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə qətnamə qanuni qüvvэнə minənədək olan müddət olduğundan cavabdehin istinad etdiyi dəlillər cavabdehin öhdəliyin icrasının gecikdirilməsində təqsirli olmaması barədə nəticəyə gəlmək üçün kifayət etmir.
27. Faizlərin tutulmasının tələb edildiyi müddət ərzində kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair işə yuxarı instansiya məhkəmələrində baxılması, iş üzrə yekun məhkəmə aktının yalnız xx.xx.2024-cü il tarixdə qüvvəyə minməsi, belə olan halda icranın tərəfindən gecikdirilməməsi barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı iddia tələbinin faktiki əsası kimi cavabdeh tərəfindən qətnamənin icrasının gecikdirilməsinə deyil, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcun ödənilməsinin gecikdirilməsinə istinad etmişdir. Odur ki, tərəflər arasında məhkəmə mübahisəsinin davam etməsi kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasına obyektiv maneə yaradan, onun icrasını qeyri-mümkün edən hal olmadığından öhdəliyin icrasına möhlət verilməsi və ya borclunun gecikdirilməyə görə məsuliyyətdən azad edilməsi üçün əsas vermir.
28. Beləliklə, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında formalaşdırılmış hüquqi mövqeyə uyğun olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün həmin müqavilə üzrə əsas borcun gecikdirilməsinə görə illik 5% olmaqla faizlərin tutulmasını tələb etməkdə haqlıdır.
29. Tutulmalı olan faizlərin məbləğinə gəldikdə kollegiya qeyd edir ki, ekspert rəyi ilə 1.786.369,58 manat məbləğində əsas borca xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət üçün illik 5%-lə hesablanmalı olan faiz məbləğinin 201.959,01 manat təşkil etməsi müəyyən edilmişdir. Ekspert rəyinin tədqiqat hissəsində əks olunmuş hesablama cədvəlindən görünür ki, sözügedən faiz məbləği 814 günlük gecikdirmə müddəti üçün hesablanmışdır. Halbuki iddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçı 826 gün üçün (xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan) hesablanmış faizlərin tutulmasını tələb edir. Bununla bağlı kollegiya qeyd edir ki, adi riyazi hesablama ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddətin 814 gün deyil, məhz 826 gün təşkil etməsini müəyyən etmək mümkündür.
30. xx.xx.2021-xx.xx.2022-ci il – 365 gün xx.xx.2021-xx.xx.2022-ci il – 365 gün xx.xx.2023-xx.xx.2023-cü il – 96 gün cəmi 826 gün
31. Belə olan halda məhkəmə ekspert rəyi ilə razılaşmayaraq hesab edir ki, cavabdehdən tutulmalı olan faiz məbləği ekspert rəyindəki hesablama cədvəlində əks olunmuş bir gün üçün faiz məbləği (248,11 manat) əsas götürülməklə 826 gün üçün hesablanmalıdır.
32. Odur ki, iddia ərizəsində tələb edilən müddət üçün cavabdehdən tutulmalı olan faiz borcunun məbləği 826günx248,11 manat =204.938,86 manat təşkil edir.
33. Beləliklə, kollegiya qətnamənin əsaslılığını mübahisələndirilən hissədə, yəni cavabdehdən iddiaçının xeyrinə 202.128,90 manat məbləğində faiz tutulmasına dair iddianın təmin edilməsi hissəsində yoxlayaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qanuni və əsaslıdır.
34. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə xərclərinə münasibətdə kollefiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsi iddiaçıdan, 50 manat hissəsi isə cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.
36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-564/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsi iddiaçıdan, 50 manat hissəsi isə cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova Ziya Şirinov