Məhkəmə qərarları › İş №2-2(103)-540/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-540/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-540/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X4 oğlunun və cavabdehin iştirakı ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh X1 (VÖEN:**********) qarşı «borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-386/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: - xx.xx.2012-ci il tarixli, 17 AV/F20-12 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixinə cavabdehdən əsas borcu üzrə 83.232.40 manat, faiz borcu üzrə 66.641.35 manat, cərimə borcu üzrə 14.268.85 manat və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 15.779.47 manat olmaqla, cəmi 179.922.07 manat borcun tutulması, Tutmanın girov predmeti olan, cavabdehin mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan şassi № NNAMOB5LL02016791, buraxılış ili 2012-ci il, nömrə nişanı **- NP-***, şassi № NNAMOB5LL02016831, buraxılış ili 2012-ci il, nömrə nişanı **-NP-***, şassi № NNAMOB5LL02016834, buraxılış ili 2012-ci il, nömrə nişanı **-NP-***, şassı № NNAMOB5LL02016835, buraxılış ili 2012-ci il, nömrə nişanı **-NP-*** şərnişin daşıma avtobuslarına yönəldilməsi, həmin avtobusların açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan ümumi borc məbləğinin ödənilməsi; - xx.xx.2013-cü il tarixli, 55AV/F20-13 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixinə cavabdehdən əsas borcu üzrə 193.845.49 manat, faiz borcu üzrə 111.892.02 manat, cərimə borcu üzrə 629.16 manat və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 17.311.48 manat olmaqla, cəmi 323.678.15 manat borcun tutulması, Tutmanın girov predmeti olan, cavabdehin mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan şassi № KL5UK42HEDU005723, buraxılış ili 2012-ci il, nömrə nişanı **- VS-***, şassi № KL5UK42HEDU005854, buraxılış ili 2012-ci il, nömrə nişanı **-VS-***, şassi № KL5UK42HEDU005847, buraxılış ili 2012-ci il, nömrə nişanı **-VS-***, şassi № KL5UK42HEDU005875, buraxılış ili 2012-ci il, nömrə nişanı **-VS-***, şassi № KL5UK42HEDU005859, buraxılış ili 2012-ci il, nömrə nişanı **-VS-*** olan sərnişin daşıma avtobuslarına yönəldilməsi, həmin avtobusların açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan ümumi borc məbləğinin ödənilməsi; - xx.xx.2013-cü il tarixli, 63AV/F20-13 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixinə cavabdehdən əsas borcu üzrə 22.606.28 manat, faiz borcu üzrə 22.430.43 manat, cərimə borcu üzrə 4.291.41 manat və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 1.855.60 manat olmaqla, cəmi 51.183.72 manat borc məbləğinin, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi, Tutmanın girov predmeti olan, cavabdehin mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan şassi № NSANPR66P8S101370, buraxılış ili 2008-ci il, nömrə nişanı **- MZ-*** olan sərnişin daşıma avtobusuna yönəldilməsi, həmin avtobusunn açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan ümumi borc məbləğinin ödənilməsi - barədə qətnamə qəbul edilməsini xaiş etmişdir İddianın əsaslarına görə tərəflər arasında bağlanmış qeyd olunan birinci kredit müqaviləsinə əsasən cavabdeh bank tərəfindən iddiaçıya 36 ay müddətinə 20 faiz dərəcəsi ilə 196.900,00 manat kredit məbəlği verilmiş və təminatı olaraq xx.xx.2012-ci il tarixli girov müqaviləsinə əsasən sonuncuya məxsus 4 ədəd qeyd olunan avtobuslar girov qoyulmuş, 2-ci kredit müqaviləsi üzrə 48 ay müddətinə 20 faiz dərəcəsi ilə 348.500,00 manat kredit verilmiş və təminatı olaraq xx.xx.2013-cü il tarixli girov müqaviləsinə əsasən 5 ədəd qeyd olunan avtobuslar girov qoyulmuş, 3-cü kredit müqaviləsi üzrə 48 ay müddətinə 20 faiz dərəcəsi ilə 25.500,00 manat məbləğində kredit verilmiş və təminatı olaraq xx.xx.2013-cü il tarixli girov müqaviləsinə əsasən bir ədəd avtobus banka girov qoyulmuşdur. İddiaçı kredit müqavilələri üzrə üzərinə düşən öhdəliklərinini yerinə yetirsə də cavabdeh müqavilədə nəzərdə tutulan öhdəlikləri lazımınca yerinə yetirilməmiş, banka olan borcunu tam ödəməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-386/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və cavabdehdən iddiaçının xeyrinə: -xx.xx.2012-ci il tarixli, 17 AV/F20-12 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 77.648.41 manat, faiz borcu üzrə 3405.88 manat, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5% hesablanmaqla məhkəməyə müraciət olunan tarixə qədər ümumilikdə 88.778.02 manat və 500 manat cərimə olmaqla, cəmi 89.278.02 manat məbləğində pulun tutulması; Tutmanın girov predmeti cavabdehin mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan şassi № NNAMOB5LL02016791, buraxılış ili 2012-ci il, nömrə nişanı **-NP-***, şassi № NNAMOB5LL02016831, buraxılış ili 2012-ci il, nömrə nişanı **-NP-***, şassi № NNAMOB5LL02016834, buraxılış ili 2012-ci il, nömrə nişanı **-NP-***, şassı № NNAMOB5LL02016835, buraxılış ili 2012-ci il, nömrə nişanı **-NP-*** olan sərnişin daşıma avtobuslarına yönəldilməsi, həmin avtobusların açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaitinin hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi; -xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 184.790.16 manat, faiz borcu üzrə 40.243.19, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5% hesablanmaqla məhkəməyə müraciət olunan tarixə qədər ümumilikdə 242.511.41 manat və 50 manat cərimə olmaqla, cəmi 242.561.41 manat məbləğində pulun tutulması, Tutmanın girov predmeti cavabdehin mülkiyyətində olan və kredit vəsaiti hesabına alınanşassi № KL5UK42HEDU005723, buraxılış ili 2012-ci il, nömrə nişanı **-VS-***, şassi № KL5UK42HEDU005854, buraxılış ili 2012-ci il, nömrə nişanı **-VS-***, şassi № KL5UK42HEDU005847, buraxılış ili 2012-ci il, nömrə nişanı **-VS-***, şassi № KL5UK42HEDU005875, buraxılış ili 2012-ci il, nömrə nişanı 90-VS- 438, şassi № KL5UK42HEDU005859, buraxılış ili 2012-ci il, nömrə nişanı **-VS-*** olan sərnişin daşıma avtobuslarına yönəldilməsi, həmin avtobusların açıq hərracda satılması, satışdan əldə edilmiş pul vəsaitinin hesabına cavabdehin iddiaçıya olan borcun ödənilməsi; - xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 22.606.28 manat, faiz borcu 14.932.43, kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən illik 5% hesablanmaqla məhkəməyə müraciət olunan tarixə qədər ümumilikdə 39.575.33 və 700 manat cərimə olmaqla, cəmi 40.275.33 manat məbləğində pul, 20.10 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutulması, Tutmanın girov predmeti, cavabdehin mülkiyyətində olan və kredit vəsaiti hesabına alınan şassi № NSANPR66P8S101370, buraxılış ili 2008-ci il, nömrə nişanı **-MZ-*** olan sərnişin daşıma avtobusuna yönəldilməsi, həmin avtobus açıq hərracda satılması və satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan borcuna ödənilməsi - qət olunmuşdur. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilərək iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinə əsaslanılmış və bankın məhkəməyə təqdim etdiyi maliyyə arayışlarına və hesabdan çıxarışlara düzgün qiymət verilməmişdir. Məhkəməyə təqdim edilmiş təkrar məhkəməmühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatəti nəzərə almamış, halbuki həmin vəsatətdə xx.xx.2019-cu il tarixli, 16447 saylı ekspert rəyinə etiraz bildirilərək ekspertin kredit müqaviləsinin şərtlərini nəzərə almayaraq, eyni zamanda bir çox gün üzrə faiz məbləği hesablamadığı və ya müqavilənin şərtlərində göstərilən faiz məbləğindən aşağı faiz hesablaması izah edilmişdir. Ekspert rəyinə əsaslı şübhələr olmasına baxmayaraq həmin rəyi mötəbər sübut kimi qəbul etmiş, vəsatətimizə heç bir qiymət verməyərək qətnamə qəbul etmişdir. Buradan göründüyü kimi, məhkəmə təqdim edilmiş ekspert rəyinin düzgünlüyünə əsaslı şübhələr olduğu halda, məhkəmə tərəfindən rəy mötəbər sübut kimi qəbul edilməmiş, sübutlara qiymət verilməmiş, maddi və prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmaqla qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Ə.Yusubov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayədəsi bankın depozitinə qoyulmuş pul vəsaitinin əvəzləşdiriləcəyi halda onun banka borcu qalmadığını bildirərək qətnamə ilə ondan pul tutlması və iddiaçının hazırkı şikayətinin dəlilləri ilə razılaşmamışdır. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsələri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə idiaçının şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrində dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən müəyyən olunur ki, tərəflər arasında qeyd olunan kredit və girov müqavilələrinin bağlanması və kredit müqavilələrində nəzərdə tutulan kredit məbləğlərinin cavabdehə verildiyi işin mübahisələndirilməyən hallarını təşkil edir. Birinci instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi, iddia tələbi tutmanın girov predmetinə yönəldilməsi hissəsində tam təmin olunmuş, kredit müqavilələri üzrə yaranmış borc tələbinə aid hissədə isə iddia qismən təmin edilmişdir. İddiaçının hazırkı apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, qətnamə cavabdehin kredit borcuna münasibətdə hissəsində yalnız mübahisələndirilməklə, iddiaçı məhkəmənin ekspert rəyinə istinadən gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, işə baxılarkən onun təqdim etdiyi sübutlar nəzərə alınmamış, onlara hüquqi qiymət verilməmiş, ekspert rəyinin nəticələri əsas götürülmüşdür. MPM-in 372.6-cı maddəsinin tələbləri baxımından qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirən, yəni, cavabdehin kredit müqavilələri üzrə banka olan borcuna dair hissəsində yoxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən isə görünür ki, məhkəmə qeyd olunan hər üç kredit müqavaləsinin mühüm şərtlərinə aydınlıq gətrmiş, hər müqavilə üzrə iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışları təhlil olunmuş, kreditin təminatı olaraq bağlanmış girov müqavilələri üzrə banka girov qoyulmuş avtomaşınların, cavabdehin mülkiyətində olmasına aydınlıq gətirilmiş, daha sonra iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə verilmiş ekspert rəyinin nəticələrinin təhlili aparılmış, tədqiq olunan həmin sübutlarla müəyyən edilən hallar üzrə hüquqi qiymətləndirmə aparıldıqdan sonra iddia kredit borcuna aid hissədə qismən təmin olunmuşdur. Belə ki, məhkəmə tərəfindən iddiaçının təqdim etdiyi xx xxxx 2019-cu il tarixli maliyyə arayışlarına əsasən cavabdehin kredit müqavilələri üzrə xx xxxx 2019-cu il tarixinə olan borcu aşağıdakı kimi müəyyən edilmişdir: - xx.xx.2012-ci il tarixli, 17 AV/F20-12 saylı kredit müqaviləsi üzrə əsas borcu 83.232.40 manat, faiz borcu 66.641.35 manat, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış cərimə 14.268.85 manat, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 15.779.47 manat olmaqla, cəmi 179.922.07 manat məbləğində borcu vardır. Həmin müqavilə üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2015-ci il tarixə əsas borc 83.232.40 manat, faiz borcu 5.743.03 manat, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış cərimə 827.36 manat ; - xx.xx.2013-cü il tarixli, 55AV/F20-13 saylı kredit müqaviləsi üzrə əsas borcu 193.845.49 manat, faiz borcu 111.892.02 manat, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış cərimə 629.16 manat, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 17.311.48 manat olmaqla, cəmi 323.678.15 manat, borcu gecikdirdiyinə görə hesablanmış cərimə 629.16 manat; -xx.xx.2013-cü il tarixli, 63AV/F20-13 saylı kredit müqaviləsi üzrə əsas borcu 22.606.28 manat, faiz borcu 22.430.43 manat, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış cərimə 4.291.41 manat, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 1.855.60 manat olmaqla, cəmi 51.183.72 manat məbləğində borcu, müqavilə üzrə borcu gecikdirdiyinə görə hesablanmış cərimə 4.291.41 manat. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin maliyyə arayışları ilə müəyyən olunan borcunun düzgünlüyünə aydınlıq gətrilməsi üçün məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və tədqiqatın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmış və həmin qərardadın icrası olaraq Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə xx.xx.2019-cu il tarixli, 16447 saylı ekspert rəyi təqdim olunmuşdur. İddiaçının apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, həmin ekspert rəyinə etiraz edərək mübahisələndirmişdir ki, ekspert kredit müqavilələrinin şərtlərini nəzərə almamış, bir çox günlər üzrə faiz məbləği hesablanmamış və ya müqavilənin şərtlərində göstərilən faiz məbləğindən aşağı faiz hesablaması izah edilməmişdir. Məhkəmə kollegiyası iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyindən görünür ki, mübahisələndirilən kredit müqavilələri üzrə kredit alan cavabdehin əsas və faiz borcu üzrə hərtərəfli tədqiqat aparılmış, hər müqavilə üzrə qrafik şəkilində, cavabdehin ödənişləri nəzərə alınmaqla onun əsas borcu və müqavilə müddətinə olan faiz borcu araşdırılaraq aylar üzrə müəyyənləşdirilmişdir. O cümlədən: - xx.xx.2012-ci il tarixli 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə bağlanmış kredit müqaviləsi üzrə, xx.xx.2019-cu il tarixinə kimi cavabdeh 201.591,40 manat ödəniş etmiş, həmin ödənişin 119.251,59 manatı onun əsas borcuna, 82.339,81 manatı isə faiz borcuna slinmişdir. Həmin müqavilə üzrə xx.xx.2019-cu il tarixinə onun əsas borcu 77.648,41 manat, xx.xx.2015-ci il tarixə, yəni, müqavilə müddətinə olan faiz borcu 3.405,88 manat, ödəməni gecikdirdiyinə görə xx.xx.2019-cu il tarixinə kimi illik 5 faiz də hesablanmaqla, ümumilikdə onun borcu məbləği 88.778,02 manat təşkil edir; -xx.xx.2013-cü il tarixli 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə bağlanmış kredit müqaviləsi üzrə, cavabdeh xx.xx.2019-cu il tarixinə kimi 342.203,15 manat ödəniş etmiş, həmin ödənişin 163.709,84 manat hissəsi əsas borcuna,178.493,31 manatı ilə faiz borcuna slinmişdir. Həmin müqavilə üzrə onun xx.xx.2019-cu il tarixinə olan əsas borcu 184.790,16 manat, müqavilə müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə olan faiz borcu 40.243,19 manat, xx.xx.2019-cu il tarixinə hesablanmış illik 5% də nəzərə alınmaqla ümumilikdə borcu 242.511,41 manat təşkil edir; -xx.xx.2013-cü il tarixli 48 ay müddətinə illik 20 faiz dərəcəsi ilə bağlanmış kredit müqaviləsi üzrə, cavabdeh xx.xx.2019-cu il tarixinə kimi 6.341,32 manat ödəniş etmiş, həmin ödənişin 2.836,96 manat məbləğində hissəsi onun əsas borcuna, 3.504,36 manatı isə faiz borcuna slinmişdir. Həmin müqavilə üzrə onun xx.xx.2019-cu il tarixinə olan əsas borcu 22.663,04 manat, müqavilə müddətinin bitiyi xx.xx.2017-ci il tarixinə olan faiz borcu isə 14.932,43 manat, xx.xx.2019-cu il tarixinə illik 5% də hesablanmaqla, ümumilikdə borcu 39.575,33 manat təşkil etmişdir. Rəyindən görünür ki, ekspert tərəfindən cavabdehin ödənişləri üzrə aparılmış həmin silinmələr mülki qanunvericilyin tələblərinə uyğun olmuşdur. Belə ki, Mülki əcəllənin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının apellyasiya şikayətinin ekspert rəyi üzrə müəyyən olunan faiz məbləğlərini əsassız hesab edən dəlilləri əsassızdır. Rəydən həmçinin görünür ki, ekspert tərəfindən bankın təqdim etdiyi sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumatlar olmadığı üçün kredit müqavilələri üzrə cərimənin hesablanması mümkün olmamışdır. Hər bir halda, qətnamədən görünür ki, iddiaçının təqdim etdiyi maliyyə arayışlarında təsbit olunan cərimə məbləğləri məhkəmə tərəfindən Mülki Məcəllənin 467-ci maddəsi tətbiq olunmaqla azaldılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, tərəflər arasındakı kredit müqavilələrinin 5-ci bəndinin müddəalarından görünür ki, ödəmənin gecikdirildiyi hər gün üçün 1% miqdarında dəbbə pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdehə həmin miqdarda dəbbə pulunun hesablanması tənasübsüz surətdə yüksəkdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehə müqavilə müddəti üçün maliyyə arayışları üzrə, o cümlədən, 1-ci müqavilə üzrə hesablanmış cərimənin 827.36 manatdan 500 manata, 2-ci müqavilə üzrə hesablanmış cərimənin 629.16 manatdan 50 manata, 3cü müqavilə üzrə hesablanmış cərimənin 4.291.41 manatdan 700 manata azaldılmasını tərəflərin qarşılıqlı şəkildə əmlak mənafeyinə uyğun sayır. Mülki Məcəllənin 467-ci maddəsin tələbində də məhz nəzərdə tutulur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə də qeyd olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunan əsas, faiz, illik beş faiz və cərimə borcunun həqiqiliyi iş materallarında olan sübutlarla öz təsdiqini tapır. Bu mənada, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın təmin olunmasını faktlar nöqteyi-nəzərindən mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də MPM-in 385.2-ci maddəsinin tələbi baxımından məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin formal xarakterli ekspert rəyini mötəbər hesab etməyən və məhkəmə tərəfindən sübutlara qiymət verilmədiyini və maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-386/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-386/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar