Məhkəmə qərarları › İş №2-2(103)-541/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-541/2020

28.10.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-541/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı “xxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı məlumatın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli,e-2-2(113)-182/2020 saylı qətnaməsindən (hakim Fərrux Qasımov) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxxxx” MMC Cavabdeh Açıq Səhmdar Cəmiyyətinəiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ilə borclu “Nikitin” adına kolxozun həbsdə olan bank hesabından pul vəsaitinin silinməsinə dair borclunun sərəncamı barədə, “Nikitin” adına kolxozun hesabındakı pul vəsaitinə dair sərəncam vermək hüququ məhdudlaşdırıldığı halda bank əməliyyatının hansı əsasda aparılması ilə bağlı məlumatın verilməsinin “xxxxxxxxxxx” ASC-nin üzərinə qoyulması və “xxxxxxxxx” MMC tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh “xxxxxxxxxxx” ASC- dən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2018- ci il tarixli qərardadı ilə “Nikitin” adına kolxozun aktiv bank hesabına həbs qoyulmuş və 2018ci ilin oktyabr ayında borclu “Nikitin” adına kolxozun hesabından 53.500 manat pul vəsaiti tutularaq “xxxxxxxxx” MMC-nin hesabına keçirilmişdir. “Nikitin” adına kolxozdan qalıq borcun tutulması ilə bağlı şöbəyə edilən növbəti müraciətdən sonra icra və probasiya şöbəsi xx.xx.2019-cu il tarixdə borclu “Nikitin” adına kolxozun “xxxxxxxxxxx” İsmayıllı rayon filialında yerləşən hesabına inkasso sərəncamı qoymuşdur. Lakin, qanunsuz və əsassız olaraq icra şöbəsi tərəfindən adıçəkilən bankın filialına xx.xx.2019-cu il tarixdə məktub ünvanlayaraq xx.xx.2019- cu il tarixdə qoyulmuş inkasso sərəncamının icra edilmədən geri qaytarılmasını xahiş etmişdir. Həmçinin 2019-cu ilin avqust ayında dövlət tərəfindən “Nikitin” adına kolxozun bank hesabına 334.010 manat subsidiya köçürülmüşdür. Lakin, xx.xx.2019- cu il tarixdə isə iddiaçının bank hesabına borclunun hesabından məhkəmə qərarının icrası ilə bağlı 21646,08 manat pul vəsaiti köçürülmüşdür. Məsələni aydınlaşdırdıqda isə məlum olmuşdur ki, “xxxxxxxxxxx” ASC-nin İsmayıllı rayon filialının İsmayıllı rayon İcra və Probasiya şöbəsinə ünvanladığı məktubda borclunun hesabında olan 334.010 manat puldan 21.689,37 manat məbləğində pul vəsaiti qalmış və icra şöbəsi bununla bağlı inkasso sərəncamı vermişdir. Qalan pul vəsaitinin bank tərəfindən hara yönəldilməsi məlum deyildir. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-182/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-182/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə qeyd edir ki, iddiaçının cavabdehdən tələb etdiyi məlumat bank sirri olduğundan onun tələb edilməsi qanunsuzdur. Halbuki tələb edilən məlumat Azərbaycan Respublikası MM-də bank sirri kimi nəzərdə tutulan məlumatlara aid deyil. Məhkəmə iddia tələbinin araşdırılması üçün müvafiq sorğular verməli olduğu halda verməmiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadının icra edilməməsinə heç bir münasibət bildirməmişdir. Məhkəmə qətnamə qəbul edərkən MPM-nn 9.3-cü, 14.2-ci, 77.1-ci, 88-ci, 106.1-ci, 264.0.5, 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinin tələblərini pozmuşdur. İşə apelyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-182/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 8(107)-120/2018 saylı qərardadı ilə tələbkar “xxxxxxxxx” MMC şikayəti və İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin təqdimatı əsasında borclu “Nikitin” adına kolxozunun Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-2(84)-436/2016 nömrəli icra sənədi üzrə ödəməli olduğu 309347,32 manat borcun ödənilməsinin təmin edilməsi məqsədilə “Nikitin” adına kolxozun “Cavabdehın” İsmayıllı rayon filialında olan aktiv bank hesablarıının üzərinə həbs qoyulmuşdur. Bu qərardadın icrasının təmin edilməsi məqsədi ilə İsmayıllı rayon icra və probasiya şöbəsi tərəfindən borclunun “xxxxxxxxxxx” ASC-nin İsmayıllı rayon filialındakı hesabına inkasso sərəncamı qoyulmuş, “Nikitin” adına kolxoz xx.xx.2019-cu il tarixli məktubla İsmayıllı rayon icra və probasiya şöbəsinə müraciət edərək kolxozun “xxxxxxxxxxx” hesabına xx.xx.2019-cu il tarixində dövlət tərəfindən 334000 manat subsidiya məbləği köçürüldüyünü, həmin məbləğin kolxozda fəaliyyət göstərən işçilərin əmək haqlarının ödənilməsi və kolxozun saxlanılması üçün nəzərdə tutulduğunu göstərərk həmin məbləğin hesablarına köçürülməsinə köməklik göstərilməsi xahiş edilmişdir. İsmayıllı rayon icra və probasiya şöbəsi xx.xx.2019-cu il tarixli, 67357/17-15 saylı məktubu ilə banka müraciət edərək İsmayıllı rayon icra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli inkasso sərəncamının icra edilmədən geri qaytarılması xahiş edilmişdir. “xxxxxxxxxxx” ASC-nin İsmayıllı filialının İsmayıllı rayon icra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2019-cu il tarixli, 28 saylı məktubunda “Nikitin” adına kolxozun “xxxxxxxxxxx” ASC-nin İsmayıllı rayon filialında 21689,37 manat məbləğində pul vəsaitinin olduğu qeyd olunmuşdur. Məhkəmə iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 967.1-ci maddəsinə əsasən bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir; Həmin Məcəllənin 967.2-ci maddəsinə əsasən bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə, habelə kredit bürolarına bu cür məlumatlar yalnız qanunda nəzərdə tutulmuş hallarda və qaydada verilə bilər. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara, maliyyə monitorinqi orqanına və maliyyə bazarlarına nəzarət orqanına verilir. Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. İcra sənədlərinin məcburi icraya yönəldilməsi ilə əlaqədar müştərilərin hesab qalıqları barədə məlumatlar qanunvericiliklə müəyyən olunmuş mənbələrdən əldə edilmiş məlumat əsasında icra məmurlarına verilir. Yuxarıda göstərilən normalarda bank sirrini təşkil edən məlumatların verilməli olduğu şəxslərin dairəsi konkret müəyyən edilmişdir. Hazırkı halda iddiaçı cavabdehdən bankın müştərisinə aid olan və bank sirrini təşkil edən məlumatın (hesab üzrə əməliyyat barədə) verilməsini tələb etmiş, iddiaçının tələbi əsasında üçüncü şəxsə dair bank sirri təşkil edən məlumatın verilməsi qanunvericiliyin tələblərinə zidd olduğundan cavabdeh tərəfindən həmin məlumatın verilməsindən imtina edilməsi əsaslı olmuşdur. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçının irəli sürdüyü tələbin qanuni əsası olmadığından nə iddia ərizəsində, nə də apelyasiya şikayətində bu iddianın hansı normaya əsasən təmin edilməli olduğu iddiaçı tərəfindən göstərilməmiş, iddiaçının nümayəndəsi məhkəmə iclaslarından iddiaçının bu məlumatı hansı məqsədlə əldə etmək istədiyini izah edə bilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən hər hansı maddi və ya prosessual hüquq normasının pozulmasına yol verilmədiyindən apelyasiya şikayəti əsassız hesab edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki,apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)- 182/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı “xxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-182/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar