Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-541/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Namiq Şamil oğlu Cəfərovdan və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc qızının katibliyi ilə, İddiaçı QSC BOKT-un cavabdeh “xxxx” MMC-yə qarşı ümumilikdə ********.15 manat kredit üzrə əsas və faiz borcunun tutulması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi 2-2(81)-461/2017 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh “xxxx” MMC tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT-un cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən əsas borc üzrə ********.40 manat, faiz borcu üzrə 3297176.75 manat olmaqla, ümüumilikdə ********.15 manat kredit borcunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-461/2017 saylı xx xxx 2017-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh “xxxx” MMC tərəfindən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə verilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-461/2017 saylı xx xxx 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(81)-461/2017 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan cavabdeh “xxxx” MMC tərəfindən şikayət verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-633/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 2-2(81)- 461/2017 saylı xx.xx.2020-ci il tarixli qərardadından cavabdeh “xxxx” MMC tərəfindən verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-75/21 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-633/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilərək işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla bağlı hazırki iş üzrə verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə yenidən baxılır. Məhkəmə kollegiyası hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edlməli və şikayətin geri qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, 1436-VQD saylı xx xxxxxx 2018-ci il tarixli Azərbaycan Respblikası Qanunu ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə yeni məzmunda 10-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin 3-cü bəndinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göründüyü kimi, kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, şikayətin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sözügedən norma kommersiya mübahisələri üzrə iddia ərizəsinin (ərizənin), şikayətin və ona əlavə edilmiş sənədlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. Buna baxmayaraq hazırki iş üzrə cavabdeh “xxxx” MMC mülki prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq verdiyi şikayəti Bakı Kommersiya Məhkəməsinə elektron kabinet vasitəsilə göndərməmişdir. Bu nöqsan iş kassasiya qaydasında baxılıb yenidən apellyasiya instansiyası məhkəməsinə göndərildikdən sonra da aradan qadırılmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, yaranmış vəziyyət işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Cavabdeh “xxxx” MMC-nin şikayətinin Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun olaraq verilmədiyini nəzərə alaraq və həmin Məcəllənin 366.2- ci maddəsini rəhbər tutaraq kollegiya hesab edir ki, onun tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayətin qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi 2-2(81)-461/2017 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh “xxxx” MMC tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilsin və şikayətin geri qaytarılması üçün iş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Namiq Cəfərov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-2(103)-541/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-541/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver