Məhkəmə qərarları › İş №2-2(103)-542/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-542/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-542/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-91/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 25 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı LPO İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xeyrinə cavabdehdən 2.032.413,81 ABŞ dolları əsas borc, 1.382.780,04 ABŞ dolları faiz borcu, 529.330,89 ABŞ dolları cərimə olmaqla, cəmi 3.944.524,74 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 25 dekabr tarixli 2-2(81)- 91/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 2011-ci il 27 aprel tarixli 114/0-USD saylı kredit müqaviləsi üzrə yaranmış əsas borc kimi 2032413,81 ABŞ dolları, faiz borcu 1238417,48 ABŞ dolları, 200 ABŞ dolları cərimə borcu, cəmi 3270831,29 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq, iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət etmişdir. İddiaçı LPO İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 19 mart 2020-ci il tarixli 2-2(103)-209/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli 2-2(81)-91/2019 saylı qətnaməsini dəyişdirilmədən saxlanılmışdır. İddiaçı LPO İddiaçı ASC və Cavabdeh MMC həmin qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.03.2021-ci il tarixli 2-2(102)-6/2021 saylı qərarı ilə hər iki kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 19 mart tarixli 2- 2(103)-209/2020 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə hazırki apellyasiya qaydasında baxılarkən Cavabdeh MMC apellyasiya şikayəti, eyni zamanda apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Kollegiya hesab edir ki, iş apellyasiya baxışından çıxarılmalı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizəyə baxılması üçün iş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 362, 363 və 364-cü maddələrinin mənasına görə, apellyasiya şikayəti işə baxmış birinci instansiya məhkəməsinə təqdim edilir və birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qəbul və ya qaytarılması məsələsini müzakirə edir. MPM-nin tələblərinə cavab verən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Eyni zamanda həmin Məcəllənin 133.2-ci maddəsinə görə buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Göründüyü kimi apellyasiya şikayətinin verilməsinə dair müddətin bərpası haqqındakı ərizəyə baxılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı kredit borcunun tutulması tələbinə dair kommersiya mübahisəsi apellyasiya baxışından çıxarılsın və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizəyə baxılması üçün iş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar