Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-543/2025 09.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X9 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh2, Cavabdeh1 qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisələrinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə cavabdehlər arasında ayrı-ayrılıqda 30 dekabr 2023-cü il tarixində şifahi şəkildə bağlanmış borc müqaviləsinə əsasən yaranmış 59400 AZN ( gecikdirmə faizi daxil olmaqla) borc məbləğinin Cavabdeh1, həmçinin hüquqi yardımın göstərilməsi üçün çəkilən xərcin əvəzi olaraq, 300 AZN və 269 AZN dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2023-cvüə xx.xx.2024-cü il tarixlərində borc müqavilələri şifahi şəkildə bağlanmışdır. Şifahi borc müqavilələrinə əsasən, İddiaçı MMC 10000 (on min) və 45000 (qırx beş min) AZN (qeyd olunan 45 000 AZN borc məbləğini kuryer Cavabdeh2 vasitəsilə təhvil alınmış və cavabdehə çatdırılmışdır) məbləğlərini Cavabdeh1 borc olaraq vermiş, cavabdeh isə həmin məbləğləri iddiaçıya geri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı şifahi müqavilədən irəli gələn öhdəliyini lazımınca yerinə yetirməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilənin tələbləri pozularaq borc məbləğinin qaytarılmasının ağlabatan müddəti ötürülmüş və nəticədə, iddiaçıya hər hansı bir ödəniş edilməmişdir. İddiaçı hər cavabdehə dəfələrlə borc məbləğini ödəməsi barədə xəbərdarlıq etsə də, cavabdeh buna məhəl qoymamış, müqavilədən irəli gələn öhdəliklərini icra etməməkdə davam etmişdir. Cavabdeh1 tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi (xx.xx.2023xx.xx.2024) səbəbilə, yuxarıda qeyd edilən borc məbləğinin (55 000 AZN) 8%-i həcmində, yəni 4 400 (dörd min dörd yüz) AZN gecikdirilmə faizi tətbiq olunmuşdur. Nəticədə, 55 000 AZN əsas borc və 4 400 AZN faiz məbləği olmaqla, 59 400 ( əlli doqquz min dörd yüz) AZN ümumi borc məbləği yaranmışdır. Nəzərinizə çatdıraq ki, borc məbləğinin ödənilməsi tələbilə iddiaçı tərəfindən cavabdehlərə elektron qaydada pretenziya məktubu göndərilmiş, borcun ödənilməsi üçün möhlət də verilmişdir. Həmçinin məktubda cavabdehlərə ödənişin ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticəsi olmamışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək “İddiaçı MMC ilə cavabdehlər arasında ayrı-ayrılıqda 30 dekabr 2023-cü il tarixində şifahi şəkildə bağlanmış borc müqaviləsinə əsasən yaranmış 55 000 AZN əsas borc və 4 400 AZN faiz məbləği olmaqla, 59 400 ( əlli doqquz min dörd yüz) AZN ümumi borc məbləğinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2, həmçinin hüquqi yardımın göstərilməsi üçün çəkilən xərcin əvəzi olaraq, 300 AZN və 269AZN dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh1 nümayəndəsinin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin iddia tələbi tamamilə əsassız və qanunsuzdur, iddia ərizəsində göstərilən əsaslar isə cəfəngiyyatdır. Belə ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixlərində borc müqavilələri şifahi şəkildə bağlanmışdır. Şifahi borc müqavilələrinə əsasən, İddiaçı MMC 10000 (on min) və 45000 (qırx beş min) AZN (qeyd olunan 45 000 AZN borc məbləğini kuryer Cavabdeh2 vasitəsilə təhvil alınmış və cavabdehə çatdırılmışdır) məbləğlərini Cavabdeh1 borc olaraq vermiş, cavabdeh isə həmin məbləğləri iddiaçıya geri qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin iddiaçı kassa məxaric orderini əlavə etmişdir və ona istinad edərək borcun cavabdehə verilməsi faktının öz təsdiqini tapdığını qeyd etmişdir. İlkin olaraq İddiaçı MMC və Cavabdeh1 arasında kommersiya münasibətləri mövcud olmuşdur, hər-hansı bir borc münasibəti olmamışdır. Həmin kommersiya münasibətləri zamanı müəyyən ödənişlər həyata keçirilmişdir. Artıq Prokuroluqda icraat aparılmışdır, tərəflər dindirilib və məsələyə aydınlıq gətirilib. İddiaçı sadəcə həmin münasibətləri borc münasibətləri kimi göstərməyə çalışaraq əsassız olaraq pul tələb edir. Əgər tərəflər arasında borc münasibətləri olsa idi, İddiaçı MMC, yəni hüquqi şəxsin 55000 (əlli beş min) məbləğində borc pulu yazılı müqavilə əsasında verməməsi inandırıcı deyil. MMC özünü sığortalamaq üçün, həmçinin qanunvericliyin tələbləri üzrə hərəkət edərək yazılı borc müqaviləsi bağlamalı idi. Lakin, tərəflər arasında belə bir müqavilə mövcud deyildir. Bu isə ona dəlalət edir ki, hər hansı bir borc münasibəti mövcud olmamışdır. Eyni zamanda iddiaçının məhkəməyə təqdim etdiyi kassa məxaric orderi Cavabdeh1 tərəfindən imzalanmamışdır. Həmçinin iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh1 tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi (xx.xx.2023- xx.xx.2024) səbəbilə, yuxarıda qeyd edildiyi kimi borc məbləğinin (55 000 AZN) 8%-i həcmində, yəni 4400 (dörd min dörd yüz) AZN gecikdirilmə faizi tətbiq olunmuşdur. Nəticədə, 55 000 AZN əsas borc və 4 400 AZN faiz məbləği olmaqla, 59 400 ( əlli doqquz min dörd yüz) AZN ümumi borc məbləği yaranmışdır. İddiaçının iddia ərizəsi cəfəngiyyat olduğundan və tərəflər arasında borc münasibətlərinin olmamasından, həmin hissədə iddiaçının tələbi əsassızdır və borc məbləği üzərində heç bir faiz tətbiq oluna bilməz.
4. Cavabdehin nümayəndəsi Vəkil2 xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" Şirkəti ilə Cavabdeh1 arasındakı münasibətlər vasitəçilik münasibətləri olmuş, mal alan şirkətin "Atlas Mühəndisliyə" ödədiyi pul vəsaitindən komisyon haqqı kimi Cavabdeh1 45000 manat pul ödənilmişdir. Qeyd edim ki, 30 dekabr 2024-cü il tarixdə X6 Cavabdeh1 iki şirkət arasında qalmaması, vasitəçilik etdiyinə görə cinayət təqibinə məruz qaldığına görə komisyon haqqı kimi aldığı vəsaiti tam həcmdə geri qaytarmış və müstəntiq tərəfindən rəsmiləşdirilmişdir. Cavabdeh1 heç vaxt borc kimi Həsənov Salam adlı şəxsdən pul vəsaiti almamışdır. Ödənilmiş vasitəçilik haqqının geri qaytarılmasını nəzərə almağınızı xahiş edirəm. Qeyd edim ki, "xxxx" MMC-nin rəhbəri Həsənov Salam mal verməli olduğu şirkətə malları vermədiyindən AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cavabdeh1 isə düşdüyü bu vəziyyətdən çıxış yolu kimi həmin cinayət işi üzrə aldığı pul vəsaitini X8 geri ödəmiş, həmin pul vəsaiti vurulmuş ziyan kimi zərərçəkmişə qaytarılmışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-436/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 55.000 manat pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 255 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş istintaq orqanlarında verilmiş izahatlardan (45.000 manat), iki məxaric orderlərindən (55.000 manat) və Cavabdeh1 xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasında şəxsən verdiyi izahatından (55.000 manat) müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh1, onun özünün göndərdiyi şəxs (Cavabdeh2) vasitəsi ilə 55.000 manat pul vəsaiti verilmişdir. Beləliklə, iddiaçı MMC tərəfindən verilmiş 55.000 manat pulun Cavabdeh1 alması işin mübahisə edilməyən halıdır. Həmin pulları iddiaçı şirkətdən Cavabdeh2 götürsə də, A.Araza çatdırmışdır. Cavabdeh A.Arazın mübahisələndirdiyi hal ondan ibarətdir ki, iddiaçıdan aldığı pul borc olaraq deyil, iddiaçı şirkət ilə “X12” MMC arasında olan münasibətlər zamanı etdiyi vasitəçiliyə görə ona ödənilən komission haqqıdır. Lakin, məhkəmə gedişatı zamanı cavabdeh iddiaya etirazının əsasını təşkil edən faktları təsdiq edəcək hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, cavabdehin vəkili/nümayəndəsi məhkəməyə son olaraq yazılı verdiyi ərizədə və şifahi olaraq məhkəmədə bildirsə də ki, həmin pul vəsaitini Cavabdeh1 iddaçıya geri qaytarılıb, lakin iddiaçı şirkətinin rəhbəri bu faktı inkar edir, cavabdeh isə, öz növbəsində, pulun qaytarılmasını təsdiq edəcək hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Hazırki mübahisəyə borc münasibətləri kimi deyil, əsassız varlanma kimi qiymət verildiyi üçün və iddiaçı tərəfindən cavabdehin mübahisələndirilən məbləğ müqabilində hər-hansı faydanın götürülməsi iş materialları ilə müəyyən edilmədiyi üçün bu hissədə iddia tələbi təmin edilə bilməz
7. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv, iddia tələbinin isə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin zəruri halları ətraflı aydınlaşdırmamış və onlara düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı MMC və Cavabdeh1 arasında kommersiya münasibətləri mövcud olmuşdur, hər hansı bir borc münasibəti olmamışdır. Həmin kommersiya münasibətləri zamanı müəyyən ödənişlər həyata keçirilmişdir. Bildirmiş ki, artıq Prokurorluqda icraat aparılmışdır, tərəflər dindirilib və məsələyə aydınlıq gətirilib. İddiaçı sadəcə həmin münasibətləri borc münasibətləri kimi göstərməyə çalışaraq əsassız olaraq pul tələbedir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının iddia etdiyi kimi tərəflər arasında borc münasibətləri olmamışdır,bu səbəbdən cavabdeh əsassız varlanmışdır. Halbuki, cavabdeh tərəfindən məhkəmə iclası zamanı verilmiş izahatdan da görünür ki, cavabdeh "xxxx" MMC ilə “X12” MMC arasında müqavilənin bağlanmasına vasitəçilik edib və buna görə komisyon haqqını alıb. Nəzərə alınmalıdır ki, iddiaçı cavabdeh ilə arasında olan borc müqaviləsinə istinad edərək pul tələb edir, cavabdeh isə iddiaçı və digər tərəf arasında bağlanan müqaviləyə vasitəçilik etdiyi üçün pul məbləği aldığını qeyd edir, yəni xidmət göstərmiş və pul almışdır, burada da müqavilə münasibətləri mövcuddur. Lakin, məhkəmə tərəflər arasında müqavilə olmadığına istinad edərək cavabdehin əsassız varlanmasına istinad etmişdir. Göründüyü kimi, hazırki iş üzrə əsassız varlanma mövcud deyildir, tərəflər arasında müqavilə münasibətləri mövcuddur. Həmçinin iddiaçının iddia tələbində, iddiaçı və cavabdeh arasında ayrı-ayrılıqda 30 dekabr 2023-cü il tarixdə bağlanmış borc müqaviləsinə əsasən yaranmış 59400 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Birinciinstansiya məhkəməsi isə hüquqi dəlillər irəli sürərək 55000 min pul məbləğinin geri qaytarılmasını qət etmişdir, yəni iddia tələbindən kənara çıxmışdır. İddianın əsası borc müqaviləsi olduğu halda, məhkəmə borc müqaviləsinin olmadığı qənaitinə gəlmiş və iddianın əsasın dəyişərək iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi borc müqaviləsinin olmadığına və əsassız varlanma olduğuna istinad etdiyi təqdirdə, iddiaçının iddia tələbini rədd etməli idi, ona görə ki, iddiaçının tələbi borc müqaviləsi ilə bağlı olmuşdur. Bundan əlavə olaraq, nəzərə alınmalıdır ki, artıq Cavabdeh1 həmin pul vəsaitini iddiaçıya geri qaytarmışdır. Bu səbəbdən, həmin pul məbləğinin iddiaçıya geri qaytarılması barədə qətnamə qəbul edilməsi əsassızdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
10. Məhkəmə iclasına cavabdehin nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
11. Digər cavabdehə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN MÜLKİ MƏCƏLLƏ
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
13. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
14. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
TƏTBİQ EDİLƏN MÜLKİ PROSESSUAL MƏCƏLLƏ
16. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
17. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
18. Mülki Prosessual Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
19. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Mülki Prosessual Məcəllənin 372.1.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
21. Mülki Prosessual Məcəllənin 372.2.-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
22. Mülki Prosessuaal Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın təmin edilən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qətnaməsi qismən, iddianın təmin edilən hissəsində qismən ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.
26. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixli məxaric orderinə əsasən 10.000 manat məbləğində pul vəsaiti Cavabdeh1 (Cavabdeh2) və xx.xx.2024-cü il tarixli kassa məxaric orderinə əsasən 45000 manat məbləğində pul vəsaiti Cavabdeh2 ödənilmişdir.
27. Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinə Cavabdeh2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatda Cavabdeh1 tapşırığına əsasən İddiaçı MMC-nin fəaliyyət göstərdiyi ofisə yaxınlaşaraq Cavabdeh1 çatacaq 45000 manat pulu götürüb ona çatdırdığını, Arazın tapşırığı əsasında ofisə yaxınlaşan zaman dediyini, həmin vaxt Salam adlı şəxsin özünün ofisdə olmadığını və adını xatırlamadığı 35-37 yaşlı bir oğlan ona pulu verərək kassa məxaric orderinə imza etdirdiyini, pulu verən şəxs iş günü sonu olduğu üçün onu tələsdirdiyini və pulu tam dəqiqliklə saya bilmədiyini, daha sonra pulu Nərimnov rayonu ərazisində fəaliyyət göstərən “Confetti” adlı kafeyə gedərək həmin pulu tam şəkildə Cavabdeh1 verdiyini bildirmişdir.
28. X4 xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası DİN Hacıqabul RPŞ-nin İqtintaq bölməsində verdiyi izahatında “2024-cü ilin yanvar ayının əvvəlləri Cavabdeh1 onun yanına gələrək ondan 55000 manat borca pul istədiyini, o isə həmin pulu iki dəfə 45.000 və 10.000 manat olmaqla borca verdiyini bildirmişdir.
29. Cavabdeh1 xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası DİN Hacıqabul RPŞ-nin İstintaq bölməsində verdiyi izahatında İddiaçı MMC-nin direktoru Həsənov Salam tərəfindən ona 45000 manat məbləğində pul verildiyini qeyd etmişdir.
30. Azərbaycan Respublikası DİN Hacıqabul RPŞ-nin İstintaq bölməsinin xx.xx.2025-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarında “X12” MMC-nin direktoru X11 xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edilərək, Cavabdeh1 tərəfindən ona 45000 manat pul vəsaitinin tam həcmdə ödənildiyi qeyd olunmuşdur.
31. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, birinci instansiya mərhələsində şahidin dindirilməməsi işin faktiki hallarının tam araşdırılmamasına gətirib çıxardıb. Buna görə də apellyasiya instansiyasında həmin vəsatətin təmin olunması, şahidin dindirilməsi və ifadəsinin iş materiallarına əlavə edilməsi ədalətli məhkəmə araşdırması prinsipinin reallaşdırılması məqsədilə həyata keçirilmişdir.
32. MPM-nin 14.1-ci maddəsində təsbit olunmuş obyektivlik və tərəflərin bərabərliyi prinsipi məhkəmədən tələb edir ki, işin bütün halları tam, hərtərəfli və obyektiv şəkildə araşdırılsın.
33. Həmçinin, AR Konstitusiyasının 125-ci maddəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
34. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında dindirilmiş şahid “X12” MMC-nin direktoru X11 ifadəsində göstərdi ki, 2023-cü il tarixdə metal dirəkləri ilə bağlı material lazım olduğundan Cavabdeh1 Raman Babayevi İddiaçı direktoru ilə tanış elədi. 556000 manat iddiaçıya mallarla bağlı pul köçürüldü. Beş ay ərzində malların müəyyən bir qismi verildi. Qalan malları tələb ediləndə isə, iddiaçının direktoru X17 Aslanovla bu qiymətə razılaşmadığından verməkdən boyun qaçırdı. Müqavilə şərtinə görə malların ədədi 19 manat 50 qəpikdən hesablanmalı idi. Belə olduğu halda hər ikisindən polisə şikayət verdi və cinayət işi başlanıldı. Cavabdeh1 və Salam Həsənov gəlib ifadə verdilər. O, Salam Həsənovun bu əməlliyatlarından Cavabdeh1 komisyon haqqı verdiyini ifadə verdiyi zaman bilmişdir. Bir gün sonra X14 Aslanova komisyon haqqı kimi verdiyi 45000 manatı Cavabdeh1 ona geri qaytardı. Həmin şikayətin üstündən 5 ay sonra isə Salam Həsənov ona 45000 manat pul verdi. X15 179000 manat borcu qalmışdı. X14 Aslanova verdiyi 45000 manat pulda 179000 manat pulun daxilində idi. Ayrı-ayrılıqda hər iki şəxs ona 45000 manat ödədi. Daha sonra Salam Həsənovla aralarındakı razılığa əsasən 32000 manatlıq mallar ona verildi. 50000-60000 manatda özü xərc çəkdi ki, artıq bu iş yekunlaşsın. Beləliklə, cinayət işinə xitam verildi. Hazırdda istintaqda verdiyi izahatı təsdiq edir.
45.000 manatla bağlı hissə:
35. Məhkəmə araşdırması zamanı şahid Raman Babayevin ifadəsinə əsasən, Cavabdeh1 verilmiş 45.000 manat məbləğində vəsait borc kimi deyil, görülmüş işin komisyon haqq kimi təqdim edilmiş, daha sonra həmin məbləğ cinayət işi üzrə istintaq zamanı ona geri qaytarılmışdır.
36. Məhkəmə iclasında Cavabdeh2 izahat verən zaman 45000 manat pulu mühasibdən qəbzə qol çəkib götürərək Cavabdeh1 verdiyini etiraf elmişdir.
37. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində hazırlıq iclası zamanı Cavabdeh1 İddiaçı MMC-dən cəmi 55.000 manat pul aldığını və həmin pulun “X12” MMC ilə bağlanan müqavilənin bağlanmasına vasitəçilik etdiyinə görə komisyon haqqı olduğunu etiraf etmişdir.
38. Müqavilənin etibarlılığı üçün tərəflərin iradə və niyyəti üst-üstə düşməlidir. Borc müqaviləsinin mahiyyətindən irəli gəlir ki, bu münasibət yalnız pulun qaytarılması məqsədi ilə verilməsi halında yaranır.
39. Məhkəmə kolegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayət şikayətinin dəlillərində tərəflər arasında müqavilə münasibətlərinin mövcud olduğunu, bu münasibətlər əsasında ona vasitəçilik etdiyindən, xidmət göstərdiiyndən komisyon haqq aldığını bildirsə də, bununla bağlı heç bir sübut iş materillaırna əlavə olunmamışdır.
40. Belə ki, Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də borc müqaviləsidir. Kredit müqaviləsi qanunvericilikdə borc müqaviləsinin bir növü kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 407.2-ci maddəsinin “sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır” müddəasının “müvafiq qaydada imzalanma” tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur.
41. Göründüyü kimi tərəflər arasında mübahsəli məbləğ üç min manatdan çox olduğundan iddiaçı və cavabdehin qeyd etdiyi kimi müqavilə münasibəti olsa idi, bu yazılı şəkildə təfərlərin iradə ifadələrinin bəyanı olan imza ilə təsdiqlənməli idi.
42. İddiaçı tərəf bildirsə də ki, 55.000 manat pul vəsaitini borc olaraq cavabdehə vermişdir, lakin tərəflər arasında yazılı müqavilənin mövcudluğunu və ya məhkəmə iclaslarında bildirdiyi kimi, cavabdehin həmin pulun borc olaraq alınmasını təsdiq edəcək (səs yazısı və s.) sübutları məhkəməyə təqdim edə bilməmişdir.
43. İş materiallarından göründüyü kimi, 45.000 manat məbləğində verilmiş vəsaitin borc kimi deyil, komisyon ödənişi kimi verildiyi həm şahid ifadələri, həm də cinayət işi üzrə toplanmış sübutlarla təsdiqlənmişdir. Buna görə, bu hissədə borc münasibətinin hüquqi tərkib elementləri – öhdəlik, qaytarma niyyəti və razılaşdırılmış qaytarma müddəti sübut edilməmişdir.
10.000 manatla bağlı olan hissə:
44. İş materiallarına görə, 10.000 manat məbləğində vəsait iddiaçı tərəfindən cavabdehə borc kimi verilmiş bu məbləğin komisyon haqqı və ya digər ödənişlə əlaqəsi barədə heç bir sübut təqdim edilməmişdir. Cavabdeh tərəfindən də bu məbləğin qaytarılması barədə hər hansı sübut təqdim etməmişdir.
45. Məhkəmə iclasında Cavabdeh2 izahat verən zaman 10000 manat pulun mühasibdən qəbzə qol çəkib götürməsini təkzib etmiş, imzasının saxtalaşdırılmasını bildirmişdir.
46. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında şifahi vəsatət verərək, 10000 manat pulu qəbul eləmədiklərini və hazırki işin obyektiv və tam həlli məqsədi ilə xətşünaslıq ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etmişdir.
47. Bakı Apellyasiya Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, 2-2(103)-543/2025 saylı qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspertin müvafiq rəyi alınana qədər iş üzrə icraat dayandırılmışdır.
48. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 01 avqust 2025-ci il tarixli, 4/1174 №-li ekspert rəyi məhkəməyə daxil daxil olmuş rəyinin nəticə hissəsində xx.xx.2024-cü il tarixli və xx.xx.2023-cü il tarixli kassa məxaric orderlərində “Alanın imzası” qrafalarında olan imzalar eyni şəxsə- Cavabdeh2 tərəfindən icra olunduğu qeyd olunmuşdur.
49. Ekspert rəyi xüsusi elmi biliklərə əsaslanan sübut hesab olunur və digər sübutlarla birlikdə qiymətləndirilir. Cavabdehin etirazı ekspert rəyini təkzib edə biləcək alternativ sübutlarla dəstəklənmədiyindən, məhkəmə kollegiyası ekspert rəyini etibarlı və obyektiv sübut kimi qəbul edir.
50. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmçinin, MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf iddia və etirazlarını sübut etməlidir. Cavabdeh pulun qaytarıldığını sübut edə bilmədiyindən, iddia 10.000 manat hissədə əsaslı sayılır və təmin olunmalıdır.
51. Ekspertiza nəticəsində müəyyən olunmuş imzanın Cavabdeh2 məxsus olması barədə nəticə Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə uyğun olaraq, məhkəmə tərəfindən əsas sübut kimi qəbul edilmiş və cavabdehin etirazı əsassız sayılmışdır.
52. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2).
53. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025ci il tarixli, e-2-2(113)-436/2025 nömrəli qətnaməsi ilə Cavabdeh1 55.000 manat pul vəsaiti və dövlət rüsumunun əvəzi olaraq 255 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilsə də, yuxarda qeyd olunanlara əsasən apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə qismən ləğv olunmalı, iddia tələbi Cavabdeh1 55.000 manat pul vəsaitinin 45.000 manat tutulması hissəsində rədd olunmalı, qətnamə qalan hissədə yəni 10000 manat pul vəsaitinin tutulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
54. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
55. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
56. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-436/2025 nömrəli qətnaməsi qismən, yəni iddia tələbinin 45.000 manat pul vəsaitinin tutulması hissəsində ləğv edilsin, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaitinin 18 manat hissəsi iddiaçı, 82 manat hissəsi isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu 135 manat pulun 98 manatı iddiaçıdan tutularaq Cavabdeh1 ödənilsin və 37 manat apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.