Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-544/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)292/2018 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 478209 manat əsas, kredit xətti müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə faiz borcu 44470 manat, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 41448 manat, cəmi isə 564127 manat, xx.xx.2015-ci il tarixli, KM 02 saylı kredit müqaviləsi üzrə əsas borcu 30308 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə faiz borcu 2774 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 2445 ABŞ dolları, cəmi isə 35527 ABŞ dolları və xx.xx.2016-cı il tarixli, KM 03 saylı kredit müqaviləsi üzrə əsas 46500 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə faiz borcu 3558 ABŞ dolları müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 3752 ABŞ dolları, cəmi isə 53810 ABŞ dollar borcun və iddiaçı tərəfindən ödənilən 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2-2(82)292/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 478209 (dörd yüz yetmiş səkkiz min iki yüz doqquz) manat əsas, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016cı il tarixinə faiz borcu 44470 (qırx dörd min dörd yüz yetmiş) manat, xx.xx.2015-ci il tarixli, KM 02 saylı kredit müqaviləsi üzrə əsas borcu 30308 (otuz min üç yüz səkkiz) ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə faiz borcu 2774 (iki min yeddi yüz etmiş dörd) ABŞ dolları, xx.xx.2016-cı il tarixli, KM 03 saylı kredit müqaviləsi üzrə əsas borc 46500 (qırx altı min beş yüz) ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə faiz borcu 3558 (üç min beş yüz əlli səkkiz) ABŞ dolları ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq iddiaçıya ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni iddianın təmin olunmuş hissəsində ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasının vaxtı və yeri barədə onlara bildiriş çatmayıb və qətnamənin mövcudluğu barədə məlumatları olmayıb. Həmçinin cavabdeh tərəfindən iddiaçının bank hesabına edilən ödənişlər nəzərə alınmamışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya edilmiş ödənişlər barədə material və məlumat iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə tam təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə qətnaməsində borc məbləği səhv göstərilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənilən məbləğ ümumilikdə 291870,16 manat təşkil edib və qeyd edilən ödənişlərin yarıdan çox hissəsi cavabdehin iddiaçı bankda olan hesabından cavabdehlə razılaşdırılmadan iddiaçı tərəfindən hesabda olan borca silinirdi. Lakin iddiaçının bank hesabından çıxarışda köçürmələrin (silinmələrin) əsas borcdan və ya faizdən və yaxud hansı müqavilə üzrə silinmənin təyinatı tam göstərilməyib. Həmçinin iddiaçı faizlərin hesablanmasını müqavilənin müddəti bitdikdən sonra hesablanmasını davam edərək cavabdeh tərəfindən ödənilən pulu faizlərdən də silmişdir. Halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarının müddəalarına görə kredit müqaviləsinin müddəti bitdikdən sonra müqavilə üzrə faiz borcunun tələb edilməsi hissəsində iddia rədd olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-2(103)-11/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - tərəflər arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli KM 02 saylı kredit müqaviləsi üzrə 46,28 ABŞ dolları, xx xxxxxx 2016-cı il tarixli, KM 03 saylı kredit müqaviləsi üzrə 47,25 ABŞ dolları faiz borcunun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh MMC həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(102)-279/20 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-2(103)-11/2020 saylı qətnaməsi qismən – xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 478209 manat əsas, kredit xətti müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxx 2016-cı il tarixə 44470 manat faiz borcunun tutulması tələbinin təmin olunması hissəsində ləğv edilmiş, həmin tələbə yenidən baxılması üçün iş yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(102)-279/20 saylı qərarındakı göstərişləri nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 478209 manat əsas, kredit xətti müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx xxx 2016-cı il tarixə 44470 manat faiz borcunun tutulması barədə tələblərin təmin olunması hissəsində yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi bağlanılmış və müqaviləyə əsasən bank tərəfindən cavabdehə 12 ay müddətinə, illik 18 faiz ödəmək şərti ilə 600000 manat məbləğində kredit verilmişdir. İddiaçı bildirir ki, cavabdeh müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin xx.xx.2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə əsas borcu 478209 manat, kredit xətti müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə faiz borcu 44470 manat təşkil edir. Cavabdehin mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, əsas və faiz borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1 və 741-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (741). Hazırkı işdə də qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur. Belə ki, tərəflər arasında yuxarıda qeyd olunan kredit müqaviləsinin bağlanması mübahisəsizdir və hazırda mübahisə kredit borcunun məbləği ilə bağlıdır. Kredit borcunun məbləğinin müəyyən edilməsi üçün əvvəlki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 20167 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə cavabdehin xx xxx 2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarix) banka olan borcu 556500,71 manat, o cümlədən əsas borc üzrə 510871,20 manat, faiz borcu üzrə 45629,51 manatdır. İş üzrə aparılmış ekspertiza tədqiqatı zamanı cavabdeh tərəfindən xx xxx 2016-cı il tarixdən (müqavilə müddəti bitdiyi tarix) sonra xx xxx 2015-ci il tarixli, KXM 01 saylı kredit müqaviləsi üzrə 68900 manat məbləğində ödəniş edilməsi müəyyən edilmişdir. Göründüyü kimi ekspert rəyi ilə mübahisəli kredit müqaviləsi üzrə əsas borcun 510871,20 manat və faiz borcunun 45629,51 manat olması müəyyən olunmuş, iddiaçı isə 478209 manat əsas və 44470 manat müqavilə müddətinə hesablanan faiz borcunun tutulması tələbini irəli sürmüşdür. Eyni zamanda ekspert rəyindən görünür ki, müqavilə müddəti bitdiyi xx xxx 2016-cı il tarixindən sonra cavabdeh tərəfindən cəmi 68900 manat məbləğində ödəniş edilmiş, lakin ödənilmiş həmin məbləğlər borcun hesablanması zamanı nəzərə alınmamışdır. Tərəflər arasında bağlanılmış xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti birinci növbədə ödəniş tarixinə olan vəziyyət üzrə mövcud kredit xətti faizlərinin, ikinci növbədə dəbbə pulunun (cərimənin, penyanın) və üçüncü növbədə kredit xətti məbləğinin ödənilməsinə yönəldilir. Bu baxımdan kollegiya hesab edir ki, xx xxx 2015-ci il tarixli KXM 01 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti bitdiyi xx xxx 2016-cı il tarixdən sonra cavabdeh tərəfindən ödənilmiş 68900 manat məbləğində pul vəsaiti əvvəlcə 44470 manat faiz borcuna, daha sonra isə 478209 manat əsas borca silinməlidir. Belə olan halda isə müəyyən olunur ki, cavabdehin faiz borcu qalmır, əsas borcu isə 453779 manat təşkil edir (68900 – 44470 manat faiz borcu = 24430; 478209 manat əsas borc – 24430 = 453779). Ona görə də kollegiya hesab edir ki, həmin müqavilə üzrə əsas borc 453779 manat müəyyən edilməli, faiz borcu hissəsində isə iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)292/2018 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxx 2018-ci il tarixli qətnaməsi qismən, yəni xx xxx 2015ci il tarixli KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 478209 manat əsas və kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 44470 manat faiz borcunun tutulması hissəsində ləğv edilsin. Həmin müqavilə üzrə əsas borcun tutulması barədə iddia qismən təmin edilsin və Cavabdeh MMC-dən əsas borc üzrə 453779 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Həmin müqavilə üzrə faiz borcunun tutulması barədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-544/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-544/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver