Məhkəmə qərarları › İş №2-2(103)-544/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-544/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-544/2024 30.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-60/2024 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə - 05R000004675 saylı krеdit razılaşması üzrə 114181.97 ABŞ Dolları krеdit bоrcu, 76262.85 ABŞ Dolları faiz bоrcu və 59094.70 ABŞ Dolları cərimə olmaqla,cəmi 249539.52 ABŞ Dolları, - 05R000005515 saylı krеdit razılaşması üzrə 14351.82 ABŞ Dolları krеdit bоrcu, 8444.08 ABŞ Dolları faiz bоrcu və 5156.36 ABŞ Dolları cərimə olmaqla,cəmi 27952.26 ABŞ Dolları, - 05R000008573 saylı krеdit razılaşması üzrə 37501.78 ABŞ Dolları krеdit bоrcu, 22097.03 ABŞ Dolları faiz bоrcu və 13922.26 ABŞ Dolları cərimə olmaqla,cəmi 73521.07 ABŞ Dolları, - 005R********** saylı krеdit razılaşması üzrə 147965.71 ABŞ Dolları krеdit bоrcu, 88492.97 ABŞ Dolları faiz bоrcu və 69263.32 ABŞ Dolları cərimə olmaqla,cəmi 305722 ABŞ Dolları, - 005R********** saylı krеdit razılaşması üzrə 61657.36 ABŞ Dolları krеdit bоrcu, 36194.60 ABŞ Dolları faiz bоrcu və 42464.19 ABŞ Dolları cərimə olmaqla,cəmi 140316.15 ABŞ Dolları, - 005R********** saylı krеdit razılaşması üzrə 65133.21 ABŞ Dolları krеdit bоrcu, 36755.25 ABŞ Dolları faiz bоrcu və 23868.31 ABŞ Dolları cərimə olmaqla,cəmi 125756.77 ABŞ Dolları, - 005R********** saylı krеdit razılaşması üzrə 35803.93 ABŞ Dolları krеdit bоrcu, 20031.85 ABŞ Dolları faiz bоrcu və 11951.55 ABŞ Dolları cərimə olmaqla,cəmi 67787.33 ABŞ Dolları, 7 (yeddi) kredit razılaşması ümumilikdə cəmi 990595 ABŞ Dolları 10 sent məbləğində bоrcun, dövlət rüsumunun ödənilməsi haqqında məlumat ərizəni imzalayan şəxs haqqında məlumat: məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1232 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manatın, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsum və 240 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsi 39 saylıevin 9 saylı mənzilinə və Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospekti 22 ünvanında yerləşən qeyri yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ümumilikdə cəmi 990595 ABŞ Dolları 10 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 1232 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manat, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 30 manat rüsumun və 150 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, Hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2, Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, 4. Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsində 39 saylı binanın 100 m ümumi sahədən ibarət 9 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; Bakı şəhəri Nəsimi rayonu Azadlıq prospektində 22 saylı binanın 1-ci mərtəbəsində 186.2 m ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində qeyri-yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə (vəsatət) ünvanlayaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-60/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə vəsatət təmin edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş üzrə tərəf olmayan X2 həmin qərardaddan şikayət vermişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-60/2024 saylı, 07 mart 2024-cü il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. X2 həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsində isə təsbit edilmişdir ki, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Lakin, X2 hazırkı iş üzrə tərəf və ya üçüncü şəxs deyildir. Eyni zamanda, iş materiallarından görünür ki, X2 məhkəməyə yazılı vəsatət vermiş, hazırkı işə cəlb edilməsini xahiş etmiş və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1261/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Hazırki mübahisə üzrə iddianın əsasını təşkil edən kredit müqaviləsi və ona əlavələr, habelə ipoteka müqavilələrindən də müəyyən edilir ki, o, müqavilə tərəfi deyildir. Ona görə də, qəbul edilmiş yekun məhkəmə aktının onun hər hansı hüquq və mənafelərinə toxunması nəticəsinə gəlmək üçün əsaslar mövcüd deyil və o, Mülki Prosessual Məcəllənin 357.2-ci maddəsində göstərilən şəxslərə aid edilə bilməz. Mülki Prosessual Məcəllənin 363.1.1-ci maddəsində isə təsbit edilmişdir ki, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətin dəlilləri isə formal mülahizələrdən ibarət olduğuna görə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 363.1.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-60/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar