Məhkəmə qərarları › İş №2-2(103)-545/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-545/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-545/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialının cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğluna qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh4 Qüdrət oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-78/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh4 Qüdrət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı ilə Cavabdeh2 MMC arasında 18 oktyabr 2010-cu il tarixli, 145 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana bank tərəfindən 36 ay müddətinə, illik faiz dərəcəsi 20% olmaqla, 85000 manat məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı kimi Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı ilə Cavabdeh4 Qüdrət oğlu və Cavabdeh2 MMC arasında 15 iyul 2009-cu il tarixli, 17 nömrəli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh4 Qüdrət oğlunun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən 369/370- 1100/1108 saylı bağ evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Daha sonra həmin ipoteka müqaviləsinə dəyişiklik edilməsinə dair 18 oktyabr 2010-cu il tarixli Razılaşma imzalanmışdır.

3. Həmçinin kredit müqaviləsinin təminatı kimi Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı ilə Cavabdeh1 arasında 18 oktyabr 2010-cu il tarixli, 110 nömrəli zaminlik müqaviləsi bağlanılmış və müqaviləyə əsasən zamin borclu Cavabdeh2 MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır.

Birinci instansiya məhkəməsindəki icraat 4.İddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMC-dən, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğlundan müştərək qaydada Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialının xeyrinə 43594,88 manat əsas borc, 43022,73 manat faiz borcu olmaqla, cəmi 86617,61 manat məbləğində borcun, xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış 18662,19 manat faiz borcunun, xx.xx.2022-ci il tarixdən qətnamənin faktiki icra olunan gününə 43594,88 manata illik 5% hesablanmaqla zərər məbləğinin, ödənilmiş 400 manat mediasiya xərcinin, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh4 Qüdrət oğlunun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 157 m2 yaşayış, 107,2 m2 köməkçi sahədən ibarət 369/370-1100/1108 nömrəli bağ evinə yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması, borcun göstərilən ipoteka predmetinin hərracdan satışdan əldə olunan vəsait hesabına Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialına ödənilməsi, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh2 MMC-dən, Cavabdeh3 MMC-dən, Cavabdeh1 və Cavabdeh4 Qüdrət oğlundan müştərək qaydada tutulması, tutmanın Cavabdeh4 Qüdrət oğluna məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 157 m2 yaşayış, 107,2 m2 köməkçi sahədən ibarət 369/370-1100/1108 nömrəli bağ evinə yönəldikdən və həmin əmlak satıldıqdan 1 ay sonra Cavabdeh4 Qüdrət oğlunun və digər şəxslərin həmin bağ evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4 Qüdrət oğlunun və digər şəxslərin həmin bağ evindən çıxarılmaları, həmin bağ evinin boşaldılması və Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialına təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddiaçı bildirir ki, Cavabdeh2 MMC-nin xx.xx.2010-cu il tarixli 145 saylı kredit müqaviləsi üzrə 43594,88 manat əsas borc, 43022,73 manat faiz borcu, xx.xx.2013cü il tarixdən xx.xx.2022-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış 18662,19 manat faiz borcu mövcüddur. 6.Cavabdeh X2 iddiaya etiraz edir və iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin ötürüldüyünü bildirmiş və həmin əsasla da iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 7.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-78/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 43559,15 manat (qırx üç min beş yüz əlli doqquz manat on beş qəpik) əsas borc, 19137,95 manat (on doqquz min yüz otuz yeddi manat doxsan beş qəpik) faiz borcu, 14609,43 manat (on dörd min altı yüz doqquz manat qırx üç qəpik) gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz dərəcəsi ilə hesablanan faiz borcu, 400 (dörd yüz) manat mediasiya xərci və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumu olmaqla, cəmi 77751,53 manat (yetmiş yeddi min yeddi yüz əlli bir manat əlli üç qəpik) məbləğində pulun tutularaq iddiaçı Pakistan Milli Bankının Azərbaycan Respublikası Bakı şəhərində Filialına ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh4 Qüdrət oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğin müvafiq olaraq Cavabdeh4 Qüdrət oğluna qaytarılması, Cavabdeh4 Qüdrət oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evinin ilkin satış qiymətinin 118000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh4 Qüdrət oğlunun həmin bağ evindən çıxarılması və əmlakın boşaldılaraq təhvil verilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Cavabdeh4 Qüdrət oğlu apellyasiya şikayəti verərək, həmin qətnamənin ona aid olan hissədə ləğv edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a)Apellyasiya şikayətinin dəlilləri 9.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2010-cu il tarixli 145 saylı kredit müqaviləsinin müddəti xx.xx.2013-cü il tarixində bitir və həmin tarixə də iddia müddəti buraxılmış hesab edilir. Birinci instansiya məhkəməsində iddia müddətinin buraxılması barədə vəsatətlə məhkəməyə müraciət olunmuş, məhkəmə isə Mülki Məcəllənin 373.3-cümaddəsinin tələblərinə əsasən iddia müddətinin üç il olmasına münasibət bildirməmiş və düzgün hüquqi qiymət verməmişdir. Bundan əlavə, xəstə olmağı barədə məhkəməyə teleqram vurularaq onun iştirakının təmin edilməsi üçün məhkəmənin başqa vaxta təxirə saslınması xahiş edilmişdir. Lakin məhkəmə bu teleqramı da nəzərə almamış və nəticədə də iş hərtərəfli obyektiv və tam araşdırılmamışdır. Bundan əlavə ipoteka müqaviləsinə xitam veriməsi barədə vəsatət verilmişdir. Lakin məhkəmə bunu da nəzərə almamış və münasibət bildirməmişdir. Həmçinin ipoteka predmetinin qiymətinin 2023-cü il üçün yüksək olduğunu nəzərə alınaraq, əmlakın və torpağın qiymətləndirilməsi məqsədi ilə ekspertiza keçirilmiş, lakin ekspertizanın rəyi əmlakın dəyərlədirilməsi hissəsində qeyri-realdır. Hal-hazırda torpağın və əmlakın dəyəri dəfələrlə xeyli yüksəkdir. Bundan əlavə məhkəmədə kredit götürən ”Meri-Dian” MMC-nin götürdüyü kreditin hansı hissəsinin ödədiyini, əsas və faiz borcu dəqiq müəyyən edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c)Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında Cavabdeh4 Qüdrət oğlunun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi.

12. Digər cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Mülki Məcəllənin 323-1-ci maddəsinə əsasən daşınmaz əmlakın mülkiyyətçisi eyni zamanda ipoteka ilə təmin edilmiş tələbin şəxsi borclusu olmasa da, o, ipoteka saxlayana yalnız şəxsi borcluya məxsus olan qarşılıqlı tələb irəli sürə bilər; xüsusi olaraq bu pul öhdəliklərinin əvəzləşdirilməsi və tələbdən şikayətin verilməsi ilə bağlı qarşılıqlı tələblərdir. Bu, həmçinin mülkiyyətçinin ipoteka saxlayanın şəxsi borclusu olduğu hala da aiddir.

14. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

15. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. http://e-qanun.az/framework/49254

16. Həmin Məcəllənin 376-cı maddəsinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

17. Həmin Məcəllənin 379.1 və 379.1.1-ci maddələrinə əsasən iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda iddia müddətinin axımı dayandırılır.

18. Həmin Məcəllənin 380.1-ci madəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

19. Həmin Məcəllənin 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz.

20. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, iddianın qismən təmin edildiyini, lakin apellyasiya şikayətinin yalnız Cavabdeh4 Qüdrət oğlu tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində iddia rədd edilməlidir.

24. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə görə kredit 36 ay müddətinə verilib və kreditdən istifadə müddəti 18 oktyabr 2013-cü il tarixdə başa çatır.

25. Hazırkı iddia ərizəsi isə 04 may 2022-ci il tarixdə, yəni 18 oktyabr 2013-cü il tarixdən hesablanmaqla təxminən 8 il 7 ay keçdikdən sonra verilmişdir.

26. Halbuki, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarında isə müəyyən edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

28. Göründüyü kimi iddiaçı Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etmiş, eyni zamanda cavabdehin 18 oktyabr 2013-cü il tarixdən sonra 3 il müddətində ödənişlər etdiyini və ya digər etirafedici hərəkətlər etməsini təsdiq edən sübutları təqdim etməmişdir.

29. Cavabdeh2 MMC tərəfindən xx.xx.2021-ci il tarixdə 3000 manat və xx.xx.2021-ci il tarixdə 1000 manat məbləğində pul vəsaitinin iddiaçının hesabına ödənilməsi isə birinci instansiya məhkəməsinin istinad etdiyi kimi Mülki Məcəllənin 380.1-ci maddəsində göstərilən iddia müddətinin axımının kəsilməsi hallarına aid edilə bilməz.

30. Belə ki, Mülki Məcəllənin 380-ci maddəsinin mənasına görə iddia müddətinin axımının kəsilməsinə səbəb olan hərəkətlər (iddia irəli sürülməsi və borcu etiraf etməsini göstərən hərəkətlər edilməsi) yalnız iddia müddəti çərçivəsində edildikdə müddətin axımının kəsilməsinə səbəb olur.

31. İddia müddəti keçdikdən sonra edilmiş belə hərəkətlər isə iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və bu baxımdan hər hansı hüquqi əhəmiyyət daşımır.

32. Mülki Məcəllənin 383-cü maddəsi də qanunun bu şəkildə təfsirini təsdiq edir.

33. Həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutlar təqdim edilməmiş və Cavabdeh4 Qüdrət oğlu tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

34. Sonuncu ilə bağlı kollegiya qeyd edir ki, Cavabdeh4 Qüdrət oğlu borcalan deyil, ipoteka qoyan olsa da, iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermək hüququna malikdir.

35. Belə ki, Mülki Məcəllənin 323-1-ci maddəsinə əsasən daşınmaz əmlakın mülkiyyətçisi eyni zamanda ipoteka ilə təmin edilmiş tələbin şəxsi borclusu olmasa da, o, ipoteka saxlayana yalnız şəxsi borcluya məxsus olan qarşılıqlı tələb irəli sürə bilər; xüsusi olaraq bu pul öhdəliklərinin əvəzləşdirilməsi və tələbdən şikayətin verilməsi ilə bağlı qarşılıqlı tələblərdir. Bu, həmçinin mülkiyyətçinin ipoteka saxlayanın şəxsi borclusu olduğu hala da aiddir.

36. Eyni zamanda, kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsində borcalan tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə, habelə qətnamədən apellyasiya şikayəti verilməmişdir. Cavabdeh4 Qüdrət oğlu tərəfindən verilmiş apellyasiya şikayətində isə qətnamə yalnız ona aid hissədə, yəni tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirilmişdir.

37. Ona görə də, hazırda kredit müqaviləsi üzrə iddia müddətinin ötürülməsinə qiymət verilməklə hazırki apellyasiya baxışının predmetinə aid məsələnin həll edilməsi kredit müqaviləsi üzrə borcun tutulması tələbinə qiymət verilməsi kimi qiymətləndirilməməlidir.

38. Çünki yuxarıda qeyd edildiyi kimi hazırki apellyasiya baxışının həddi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsindən ibarətdir.

39. Qeyd olunan halları və Mülki Məcəllənin 376 və 375.2-cı maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə aid hissədə iddia rədd edilməlidir.

40. Belə ki, Mülki Məcəllənin 376-cı maddəsinin tələblərinə görə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

41. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. http://e-qanun.az/framework/49254

42. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia rədd edilməlidir.

43. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh4 Qüdrət oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-78/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən, yəni tutmanın ipoteka predmeti olan Cavabdeh4 Qüdrət oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda, həmin məbləğin müvafiq olaraq Cavabdeh4 Qüdrət oğluna qaytarılması, Cavabdeh4 Qüdrət oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evinin ilkin satış qiymətinin 118000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ sahəsində 0.10 ha torpaq sahəsində yerləşən 369/370-1100/1108 saylı bağ evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh4 Qüdrət oğlunun həmin bağ evindən çıxarılması və əmlakın boşaldılaraq təhvil verilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar