Məhkəmə qərarları › İş №2-2(103)-545/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-545/2024

13.06.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-545/2024 13.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Şirinovun sədrliyi və məruzəsi ilə, İbrahim Adil oğlu İbrahimli və X4 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı “Zena Drilling Limited Şirkətinin” Azərbaycan Respublikasındakı Filialının Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X28 Company Limited" Şirkətinin Azərbaycandakı filialı olmaqla) “əmlakın geri qaytarılması və əldən çıxmış faydanın tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)285/2022 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. 2017-ci il 7 noyabr tarixli KR170246 saylı hesab-fakturadan (commercial invoice) görünür ki, “ERUİ X2 CO.LTD” tərəfindən təqdim edilmiş malın (2.531,47 metr uzunluğu və 1 metrin qiyməti 13,11 ABŞ dolları olan 2-7/8" 6.5 PPF N80, EUE R2 boru) ümumi dəyəri 41.082,31 ABŞ dolları təşkil etmişdir (sifarişçi “X28” şirkəti, yük alan - İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı).

2. 2017-ci il 7 noyabr tarixli KR170246 saylı hesab-fakturadan (commercial invoice) görünür ki, “ERUİ X2 CO.LTD” tərəfindən təqdim edilmiş malın 3.550,70 metr uzunluğu və 1 metrin qiyməti 10.04 ABŞ dolları olan 4.000 metr 2-3/8” 4.7 PPF N-80, EUE R2 borunun ümumi dəyəri 44.129,33 ABŞ dolları, 1.987,74 metr uzunluğu və 1 metrin qiyməti 13,11 ABŞ dolları olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boru və 449,30 metr uzunluğu və 1 metrin qiyməti 10,04 ABŞ dolları olan 4.000 metr 2-3/8" 4.7PPF, N- 80, EUE R2 boru) ümumi dəyəri 37.842,36 ABŞ dolları təşkil etmişdir (sifarişçi - “X28” şirkəti, yük alan - İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı).

3. 2017-ci il 27 dekabr tarixli **********2874 saylı qısa idxal bəyannaməsindən görünür ki, “ERUİ X2 CO.LTD” tərəfindən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına invoys dəyəri 39.692,31 ABŞ dolları olan Muradxanlı, Cəfərli və Zərdab neft yataqları üçün 14 bağlama 2-7/8” 6.5 PPF N80, EUE R2 borunun təqdim edilməsi nəzərdə tutulmuşdur.

4. 2017-ci il 27 dekabr tarixli **********2871 saylı qısa idxal bəyannaməsindən görünür ki, “ERUİ X2 CO.LTD” tərəfindən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına invoys dəyəri 37.842,36 ABŞ dolları olan Muradxanlı, Cəfərli və Zərdab neft yataqları üçün 14 bağlama 2-7/8" 6.5 PPF N80, EUE R2 və 3/8" 4.7PPF, N-80, EUE R2 borunun təqdim edilməsi nəzərdə tutulmuşdur.

5. 2017-ci il 27 dekabr tarixli **********2866, **********2875, **********2877, **********2880, **********2886, **********2888, **********2890, **********2891, **********2892, **********2893, **********2894, **********2895, **********2900, **********2901, **********2902, **********2904, **********12905, **********2906, saylı qısa idxal bəyannamələrindən görünür ki, “ERUİ X2 CO.LTD” tərəfindən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına invoys dəyəri 41.082,31 ABŞ dolları olan Muradxanlı, Cəfərli və Zərdab neft yataqları üçün 14 bağlama 2-7/8” 6.5 PPF N-80, EUE R2 borunun, **********2884 saylı qısa idxal bəyannaməsi üzrə isə 10 bağlama 2-3/8” 4.7 PPF N-80, EUE R2 borunun təqdim edilməsi nəzərdə tutulmuşdur.

6. 2018-ci il 1 fevral tarixli KR171733 saylı hesab-fakturadan (commercial invoice) görünür ki, “ERUİ X2 CO.LTD” tərəfindən təqdim edilmiş malın 1.370,68 metr uzunluğu və 1 metrin qiyməti 77,60 ABŞ dolları olan 73mm*4.200mm Drill pipe (qazma borular) ümumi dəyəri 106.364.70 ABŞ dolları, 1.458,24 metr uzunluğu və 1 metrin qiyməti 77.60 ABŞ dolları olan 73mm*4200mm Drill pipe (qazma borular) ümumi dəyəri 113.159,60 ABŞ dolları və 1.371,08 metr uzunluğu və 1 metrin qiyməti 77,60 ABŞ dolları olan 73mm*4.200mm Drill pipe (qazma borular) ümumi dəyəri 106.395,70 ABŞ dolları təşkil etmişdir (sifarişçi - “X28” şirkəti, yük alan İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı).

7. 2018-ci il 8 fevral tarixli **********6598 saylı gömrük bəyannaməsindən görünür ki, göndərən (ixracatçı) “ERUİ X2 CO.LTD” tərəfindən malı qəbul edən (idxalatçı) İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ünvanlanmış invoys dəyəri 44.129,33 ABŞ dolları olan 10 bağlama 2-3/8" 4.7PPF, N80, EUE R2 boru Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının adına rəsmiləşdirilmişdir.

8. 2018-ci il 8 fevral tarixli **********6589 saylı gömrük bəyannaməsindən görünür ki, göndərən (ixracatçı) “ERUİ X2 CO.LTD” tərəfindən malı qəbul edən (idxalatçı) İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ünvanlanmış invoys dəyəri 37.842,36 ABŞ dolları olan 14 bağlama 2-7/8" 6.5 PPF N-80, EUE R2 və 3/8" 4.7PPF, N-80, EUE R2 boru AR-in gömrük sərhədindən keçirilərək İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının adına rəsmiləşdirilmişdir.

9. 2018-ci il 8 fevral tarixli **********6590 saylı gömrük bəyannaməsindən görünür ki, göndərən (ixracatçı) “ERUİ X2 CO.LTD” tərəfindən malı qəbul edən (idxalatçı) İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ünvanlanmış invoys dəyəri 39.692,31 ABŞ dolları olan 14 bağlama 2-7/8” 6.5 PPF N-80, EUE R2 boru Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının adına rəsmiləşdirilmişdir.

10. 2018-ci il 8 fevral tarixli **********615, **********6588, **********6593, **********6591, **********6596, **********6601, **********6602, **********6603, **********6606, **********6604, **********6605, **********6600 saylı və 2018-ci il 9 fevral tarixli, **********7020, **********7064, **********6919, **********6959, **********6822, **********6788 saylı gömrük bəyannamələrindən görünür ki, göndərən (ixracatçı) “ERUİ X2 CO.LTD” tərəfindən malı qəbul edən (idxalatçı) İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ünvanlanmış invoys dəyəri 41.082,31 ABŞ dolları olan 14 bağlama 2-7/8” 6.5 PPF N-80, EUE R2 boru Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının adına rəsmiləşdirilmişdir.

11. 2018-ci il 12 mart tarixli **********1660 saylı gömrük bəyannaməsindən görünür ki, göndərən (ixracatçı) “ERUİ X2 CO.LTD” tərəfindən malı qəbul edən (idxalatçı) İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ünvanlanmış invoys dəyəri 106.364,70 ABŞ dolları olan 10 ədəd ölçü 73mm*4.200mm qazma boruları, 113.159,60 ABŞ dolları olan 10 ədəd ölçü 73mm*4.200mm qazma boruları və 106.395,70 ABŞ dolları olan 11 ədəd ölçü 73mm*4.200mm qazma boruları Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının adına rəsmiləşdirilmişdir.

12. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (satıcı) ilə “X28 Company Limited” Şirkətinin Azərbaycandakı filialı (alıcı) ilə 2018-ci il 10 yanvar tarixli AOOC-ZD 0xx-xx/2018 saylı alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, satıcı bu müqavilənin 1 saylı Qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə malların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokollarında göstərilir.

13. 2018-ci il 10 yanvar tarixli müqaviləyə 1 Saylı qoşma olan “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 3.224,93 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 72.496,42 ABŞ dolları, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 1.975 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 44.398 ABŞ dolları və bir metrin qiyməti 22,48 ABŞ dolları olan 1.470 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 33.046 ABŞ dolları təşkil etmişdir.

14. 2018-ci il 12 mart tarixli EAAH seriyalı, 649080 nömrəli elektron qaimədən görünür ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X28 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 123.224,58 manat dəyərində təqdim edilmiş 3.224,93 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.

15. 2018-ci il 20 avqust tarixli EAAL seriyalı, 454846 nömrəli tarixli elektron qaimədən görünür ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X28 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 75.464,75 manat dəyərində təqdim edilmiş 1.975 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.

16. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X28 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 56.183,40 manat dəyərində təqdim edilmiş 1.470 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N80, EUE R2 boruya görə 2018-ci il 31 avqust tarixli EAAL seriyalı, 708226 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.

17. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (satıcı) ilə “X28 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı (alıcı) arasında bağlanmış 2018-ci il 7 dekabr tarixli, AOOC-017/2018 saylı alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən satıcı bu müqavilənin 1 saylı Qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə malların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokollarında göstərilir.

18. 2018-ci il 7 dekabr tarixli müqaviləyə 1 Saylı qoşma olan “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 4.000 metr uzunluğunda olan 2- 7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 89.920 ABŞ dolları təşkil etmişdir.

19. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X28 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 152.880 manat dəyərində təqdim edilmiş 4.000 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N80, EUE R2 boruya görə 2018-ci il 28 dekabr tarixli, EAAO seriyalı, 778876 nömrəli, elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.

20. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (satıcı) ilə “X28 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı (alıcı) arasında bağlanmış 2019-cu il 14 may tarixli AOOC-023/2019 saylı alğı-satqı müqaviləsinin 1.1ci bəndinə əsasən, bu müqaviləyə əsasən satıcı bu müqavilənin 1 saylı Qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə malların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokollarında göstərilir. Həmin müqaviləyə 1 Saylı qoşma olan “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 2.400 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 53.952 ABŞ dolları təşkil etmişdir.

21. 2019-cu il 21 may tarixli EAAU seriyalı, 753421 nömrəli elektron qaimədən görünür ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X28 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 91.728 manat dəyərində təqdim edilmiş 2.400 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.

22. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (satıcı) ilə “X28 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı (alıcı) arasında bağlanmış 2019-cu il 7 iyun tarixli AOOC-029/2019 saylı alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən satıcı bu müqavilənin 1 saylı Qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, n bu müqavilə üzrə malların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokollarında göstərilir. Həmin müqaviləyə 1 Saylı qoşma olan “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 2.479 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 55.727,92 ABŞ dolları təşkil etmişdir.

23. 2019-cu il 7 iyun tarixli EAAV seriyalı, 496213 nömrəli elektron qaimədən görünür ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X28 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 94.747,38 manat dəyərində təqdim edilmiş 2.479 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.

24. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (satıcı) ilə “X28 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı (alıcı) arasında bağlanmış 2019-cu il 24 iyun tarixli AOOC-031/2019 saylı alğı-satqı müqaviləsinin 1.1ci bəndinə əsasən, bu müqaviləyə əsasən satıcı bu müqavilənin 1 saylı Qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə malların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokollarında göstərilir. Həmin müqaviləyə 1 Saylı qoşma olan “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 1.690 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 37.991,20 ABŞ dolları təşkil etmişdir.

25. 2019-cu il 1 iyul tarixli EAAW seriyalı, 540256 nömrəli elektron qaimədən görünür ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X28 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 64.591,80 manat dəyərində təqdim edilmiş 1.690 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.

26. 2019-cu il 24 iyun tarixli AOOC-031/2019 saylı alğı-satqı müqaviləsinə 1 saylı qoşma olan 2019-cu il 17 iyul tarixli 2 nömrəli “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 4.119 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N80, EUE R2 borunun ümumi qiyməti 92.595,12 ABŞ dolları təşkil etmişdir.

27. 2019-cu il 17 iyul tarixl, EAAX seriyalı, 311818 nömrəli elektron qaimədən görünür ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X28 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 157.428,18 manat dəyərində təqdim edilmiş 4.119 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.

28. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (satıcı) ilə “X28 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı (alıcı) arasında bağlanmış 2019-cu il 8 iyul tarixli AOOC-032/2019 saylı alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən satıcı bu müqavilənin 1 saylı Qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə malların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokollarında göstərilir. Həmin müqaviləyə olan 1 Saylı qoşma “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 22,48 ABŞ dolları olan 1.710 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 38.440,80 ABŞ dolları təşkil etmişdir.

29. 2019-cu il 10 iyul tarixli EAAW seriyalı, 959672 nömrəli elektron qaimədən görünür ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X28 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 65.356,20 manat dəyərində təqdim edilmiş 1.710 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.

30. 2019-cu il 16 iyul tarixli EAAX seriyalı, 222626 nömrəli elektron qaimədən görünür ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X28 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 94.747,38 manat dəyərində təqdim edilmiş 2.479 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.

31. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (satıcı) ilə “X28 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı (alıcı) arasında bağlanmış 2019-cu il 20 avqust tarixli AOOC-036/2019 saylı alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə əsasən satıcı bu müqavilənin 1 saylı Qoşmasında göstərilmiş spesifikasiyaya, miqdara və qiymətə uyğun boruları alıcının mülkiyyətinə verməyi, alıcı isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə malların təsviri bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymətlərin razılaşdırılması protokollarında göstərilir. Həmin müqaviləyə olan 1 Saylı qoşma “Qiymətlərin razılaşdırılması protokolu”ndan görünür ki, bir metrin qiyməti 21,83 ABŞ dolları olan 1.426 metr uzunluğunda olan 2- 3/8" 4.7 PPF N-80, EUE R2 borunun ümumi qiyməti 31.129,58 ABŞ dolları təşkil etmişdir.

32. 2019-cu il 28 avqust tarixli EAAZ seriyalı, 098766 nömrəli elektron qaimədən görünür ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X28 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 52.918,86 manat dəyərində təqdim edilmiş 1.426 metr uzunluğunda olan 2-3/8" 4.7 PPF N-80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.

33. 2020-ci il 10 aprel tarixli təhvil-təslim aktından görünür ki, istismara verilmə tarixi 2018- ci il, uzunluğu 3.465 metr olan Muradxanlı 45 saylı quyu 2-7/8" 6.5 PPF N- 80, EUE R2, istismara verilmə tarixi 2018-ci il, uzunluğu 935 metr olan Zərdab 21 saylı quyu 2-7/8" 6.5 PPF N-80, EUE R2, istismara verilmə tarixi 2018-ci il, uzunluğu 1.002 metr olan 2-7/8" 6.5 PPF N-80, EUE R2, istismara verilmə tarixi 2018-ci il, uzunluğu 1.268 metr olan 2-7/8" 6.5 PPF N-80, EUE R2, istismara verilmə tarixi 2018-ci il, uzunluğu 4.000 metr olan 2- 7/8" 6.5 PPF N-80, EUE R2, istismara verilmə tarixi 2019-cu il, uzunluğu 2.400 metr olan 2- 7/8" 6.5 PPF N-80, EUE R2, istismara verilmə tarixi 2019-cu il, uzunluğu 2.479 metr olan 2- 7/8" 6.5 PPF N-80, EUE R2, istismara verilmə tarixi 2019-cu il, uzunluğu 1.690 metr olan 2- 7/8" 6.5 PPF N-80, EUE R2, istismara verilmə tarixi 2019-cu il, uzunluğu 1.710 metr olan 2- 7/8" 6.5 PPF N-80, EUE R2, istismara verilmə tarixi 2019-cu il, uzunluğu 2.479 metr olan 2- 7/8" 6.5 PPF N-80, EUE R2, istismara verilmə tarixi 2019-cu il, uzunluğu 4.119 metr olan 2- 7/8" 6.5 PPF N-80, EUE R2 və istismara verilmə tarixi 2019-cu il, uzunluğu 1.426 metr olan 23/8" 4.7 PPF N-80, EUE R2 boruları “X28 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən SOCAR Cavabdeh Ə.C.Əmirov adına NQÇİ-yə təhvil verilmişdir.

34. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (podratçı) ilə “X28 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı (sifarişçi) arasında bağlanmış əsas xidmətlərin göstərilməsi üzrə 2018-ci il 18 dekabr tarixli AOOC- 019/2018 saylı çərçivə müqaviləsinin 1.1-ci bəndinə əsasən, həmin müqavilə tərəfləri işlərin yetirilməsi və ya malların çatdırılması barədə sifarişi imzaladıqları təqdirdə podratçı tərəfindən sifarişçiyə xidmətlərin göstərilməsi, işlərin yerinə yetirilməsi və malların satışı üzrə ümumi müddəaları müəyyən edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, bu müqavilə üzrə podratçı sifarişçiyə avadanlıqlar, işçi heyəti və malları təqdim etmək, sifarişçi isə bunun müqabilində hazırkı müqavilədə müəyyən edilmiş qaydaya uyğun olaraq ödəniş etmək öhdəliyini götürür.

35. İddiaçı Şirkəti tərəfindən Cavabdehnə ünvanlanmış 2021-ci il 24 avqust tarixli pretenziya məktubundan görünür ki, qeyd olunan NKB-ləri: 2-7/8” 6.5 PPF N-80, EUE R2 tipli Nasos Kompressor borusu, uzunluğu 24.453 metr, 1 metrinin dəyəri 13,11 ABŞ dolları olan, toplam dəyəri 320.578,83 ABŞ dolları, 23/8” 4.7 PPF N-80, EUE R2 tipli Nasos Kompressor borusu, uzunluğu 2.574 metr, 1 metrinin dəyəri 10,04 ABŞ dolları olan, toplam dəyəri 25.842,96 ABŞ dolları, QB: 73 mm düym qazma borusu, uzunluğu 4.200 metr, 1 metrinin dəyəri 77,60 ABŞ dolları olan, toplam dəyəri 325.920 ABŞ dolları təşkil etmiş, 2021-ci il 16 aprel tarixdən etibarən NKBləri və QB-ni geri qaytarılmaması səbəbindən 650.000 ABŞ dolları məbləğində gəlir əldə olunmamışdır. Həmin məktubda 2021-ci il 16 aprel tarixindən 2021-ci il 23 avqust tarixinədək 650.000 ABŞ dolları dəyərində əldən çıxmış faydanın ödənilməsi xahiş edilmiş, əks təqdirdə, məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

36. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)- 1049/2020 nömrəli qətnaməsi ilə ümumilikdə 1.035.311,57 manat məbləğində pul vəsaitinin “X28 Company Limited” şirkətindən tutularaq Cavabdehnə ödənilməsi qət edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat

38. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra – “iddiaçı”) Cavabdehnə (bundan sonra – “cavabdeh”) qarşı 2021-ci il 7 oktyabr tarixdə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus 2- 7/8" 6.5 PPF N-80, EUE R2 tipli Nasos Kompressor borusu, (uzunluğu 24.453 metr, 1 metrinin dəyəri 13,11 ABŞ dolları, toplam dəyəri 320.578,83 ABŞ dolları), 2-3/8” 4.7PPF, N80, EUE, R2 tipli Nasos Kompressor borusu (uzunluğu 2.574 metr,1 metrinin dəyəri 10,04 ABŞ dolları, toplam dəyəri 25.842,96 ABŞ dolları) və qazma borusunun (göstəriciləri: 73mm düym uzunluğu 4.200 metr, 1 metrinin dəyəri 77,60 ABŞ dolları, toplam dəyəri 325.920 ABŞ dolları) cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi və 650.000 ABŞ dolları məbləğində əldən çıxmış faydanın və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

41. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)- 5099/2021 nömrəli qərardadı ilə “X28 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunması qərara alınmışdır.

42. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)- 5099/2021 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/455 rəyinə əsasən: - Cavabdehin Ə.C.Əmirov adına NQÇİT-nin Muradxanlı neft və qazçıxarma sahəsində yerləşən borular 73 mm-lik, divarın qalınlığı 9,19 mm olan İD 2-1/8” qazma (drill pipe) tipli, diametri 73 mm-lik, divarın qalınlığı 5.51 mm olan 2-7/8” 6.5 PPF N-80, EUE R2 və diametri 60 mm-lik, divarın qalınlığı 4,83 mm olan 2-3/8” 4.7 PPF N-80, EUE R2 tikişsiz nasos kompressor tipli borular olmuşdur. 2022-ci il 15 mart tarixində keçirilmiş baxış zamanı əldə olunmuş məlumatlara əsasən cavabdehin Ə.C.Əmirov adına NQÇİT-nin 4 saylı (Muradxanlı) neft və qazçıxarma sahəsində yerləşən diametri 73 mm-lik qazma boruların sayı 431 ədəd, uzunluğu isə 4.197,9 metr, diametri 73 mmlik nasos-kompressor boruların sayı 2.548 ədəd, uzunluğu isə 24.588,2 metr, diametri 60 mm-lik nasoskompressor boruların sayı 266 ədəd, uzunluğu isə 2.558,9 metr olmaqla ümumilikdə isə boruların təxmini uzunluğu 31.345 metr olmuşdur. - 2022-ci il 19 yanvar tarixli 10/455 nömrəli vəsatətlə məhkəmədən iddiaçıya məxsus olması iddia edilən cavabdehin Ə.C.Əmirov adına NQÇİT-nin Muradxanlı neft və qazçıxarma sahəsində yerləşən nasos kompressor və qazma borularının möhkəmlik qrupu və poladın markasının müəyyənləşdirməsi üçün, müvafiq avadanlıqlarla təmin olunmuş yerdə (laboratoriyada, stenddə və s.) baxış zamanı nümunələr kimi götürülmüş boru hissələrinin sınaq və yoxlamalarının keçirilməsinin təşkil edilməsi və keçirilmiş yoxlamaların nəticələrinin ekspertizaya təqdim edilməsinin xahiş edilməsinə baxmayaraq, bu günə kimi həmin nəticələr ekspertizaya təqdim edilməmişdir. Qeyd olunan səbəbdən boruların möhkəmlik qrupu və poladın markasını müəyyən etmək mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş gömrük bəyannamələrində, kommersiya invoyslarda, qablaşdırma siyahılarda (packing list), mənşə sertifikatına və baxış zamanı əldə olunmuş lövhəciklərdə olan məlumatlara görə, yükün (həmçinin iddia olunan boruların) sifarişçisi “X28 Companu Limited” şirkəti, yükü göndərən “Erui X2 Co. Ltd” şirkəti, yükalan (malı qəbul edən) “Zena Driling LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialıdır, mənşə ölkəsi Çin Xalq Respublikası, istehsalçısı isə “Darun” X10 Manufacturing Co.Ltd” müəssisəsidir (şirkətidir). - Cavabdehin Ə.C.Əmirov adına NQÇİT-nin 4 saylı (Muradxanlı) neft və qazçıxarma sahəsində yerləşdirilmiş sözügedən borularla iddiaçı tərəfindən Azərbaycan Respublikasına idxal edilmiş nasos kompressor və qazma borularının yuxarıda qeyd olunmuş gömrük bəyannamələrində, packing listlərdə, invoyslarda, mənşə sertifikatlarda göstərilən texniki parametrlər (göstəricilər) eynilik təşkil etmişdir.

44. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-285/2022 nömrəli qətnaməsi ilə (hakim L.R.Əliyeva) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 1 metrinin dəyəri 13,11 ABŞ dolları, uzunluğu 21.591 metr olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 tipli nasos kompressor boruları; bir metrinin dəyəri 10,04 ABŞ dolları, uzunluğu 2.558,9 metr olan 2 3/8” 4.7PPF, N80, EUE, R2 tipli nasos kompressor boruları; 1 metrinin dəyəri 77,60 ABŞ dolları, uzunluğu 4.197,9 metr olan diametri 73 mm-lik qazma boruları, həmin əmlaklar mövcud olmadığı halda isə onların dəyəri alınaraq iddiaçıya verilmiş, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 800 manat, ekspertiza xərci olan 200 manat (100 manatı iddiaçıdan, 100 manatı isə cavabdehdən) və mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilmiş, iddia qalan hissədə rədd edilmişdir.

45. Mülkiyyət hüququnun məhkəmədə müdafiə vasitələrindən biri olan vindikasiya iddiasına əsasən mülkiyyətçi (qanuni sahib) fərdi-müəyyən edilmiş əşyanı digər şəxsin qanunsuz sahibliyindən tələb edir. Vindikasiya iddiasının əsaslı hesab edilməsi üçün məhkəmə tərəfindən iddiaçının mübahisəli əmlakın mülkiyyətçisi(qanuni sahibi) olması, həmin əşyanın hal-hazırda cavabdehin sahibliyində olması, eləcə də cavabdehin sahibliyinin qanunsuz olması müəyyən edilməlidir. Beləliklə, iddianın əsaslı olub-olmaması araşdırılarkən məhkəmə tərəfindən müəyyən edilməli olan birinci hal iddiaçının mübahisəli əmlakın mülkiyyətçisi (qanuni sahibi) olub-olmamasıdır.

46. İş materiallarından isə görünür ki, iddiaçı tərəfindən 2018-ci il ərzində ümumi uzunluğu 50.000 metr olan, diametri 73 mm-lik nasos kompressor boruları; uzunluğu 4.000 metr olan, diametri 60 mm-lik nasos kompressor boruları və uzunluğu 4.200 metr olan, diametri 73 mm-lik qazma boruları Azərbaycan Respublikasına gətirilərək iddiaçının adına gömrük rəsmiləşdirilməsindən keçirilmişdir. Daha sonra 2018-2019-cu illər ərzində iddiaçı tərəfindən üçüncü şəxsə ümumi uzunluğu 28.409 metr olan, diametri 73 mm-lik nasos kompressor boruları, uzunluğu 1.426 metr olan, diametri 60 mm-lik nasos kompressor boruları satılmışdır.

47. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, uzunluğu 21.591 metr (50.000 metr-28.409 metr) olan, diametri 73 mm-lik nasos kompressor boruları; uzunluğu 2.574 metr (4000 metr-1426 metr) olan, diametri 60 mm-lik nasos kompressor boruları və uzunluğu 4.200 metr olan, diametri 73 mm-lik qazma boruları hazırda da iddiaçının balansında olmaqla iddiaçı həmin boruların qanuni sahibidir.

48. İddiaçının qaytarılmasını tələb etdiyi 2.862 metr uzunluğunda diametri 73 mmlik nasos kompressor borularına (iş materialları ilə həmin ölçüdə 21.591 metr uzunluqda nasos kompressor borularının iddiaçıya məxsus olması təsdiq edildiyi halda, iddiaçı həmin ölçüdə 24.453 metr nasos kompressor borularının hazırda ona məxsus olmasını iddia edir) gəldikdə isə, 2.862 metr uzunluğu olan diametri 73 mm-lik nasos kompressor boruları AOOC029/2019 alqı-satqı müqaviləsi və 2019-cu il 25 dekabr tarixli EBAE seriyalı, 377766 nömrəli elektron qaimə əsasında iddiaçı tərəfindən üçüncü şəxsə satılmışdır. İddiaçı həmin boruların dəyəri alıcı tərəfindən ödənilmədiyindən sözügedən boruların sonradan onlara qaytarılması barədə alıcı ilə razılığa gəldiklərini iddia etsə də, həmin halları (yəni ödəniş edilməməsi ilə bağlı müqavilədən imtina etmələrini və boruların qaytarılmasını tələb etmələrini, alıcının da həmin boruları qaytarmasını) təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, həmin boruların hazırda iddiaçıya məxsus olması iş materialları ilə öz təsdiqini tapmır.

49. Məhkəmə tərəfindən araşdırılmalı olan ikinci məsələ iddiaçının mülkiyyətində (qanuni sahibliyində olan əmlaka hazırda cavabdehin sahiblik edib-etməməsidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, hazırda cavabdehin Ə.Əmirov adında NQÇİ-nin 4 saylı (Muradxanlı) neft və qazçıxarma sahəsinin ərazisində (üçüncü şəxsin əvvəllər fəaliyyət göstərdiyi sahədə) nasos kompressor və qazma boruları saxlanılır. İddiaçı həmin boruların ona məxsus yuxarıda göstərilən borular olmasını iddia edir.

50. Cavabdehin ərazisində yerləşən boruların iddiaçıya məxsus borular olubolmamasını müəyyən etmək məqsədilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası keçirilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Azneft” İB-nin Ə.C.Əmirov adına NQÇİ-nin 4 saylı (Muradxanlı) neft və qazçıxarma sahəsində yerləşən sözügedən boruların texniki parametrləri ilə iddiaçı tərəfindən Azərbaycan Respublikasına idxal edilmiş nasoskompressor və qazma borularının yuxarıda qeyd olunmuş gömrük bəyannamələrində, packing listlərdə, invoyslarda, mənşə sertifikatlarda göstərilən texniki parametrlər (göstəricilər) eynilik təşkil edir. Eyni zamanda, həmin rəylə müəyyən edilmişdir ki, sahədə yerləşən diametri 73 mm-lik qazma boruların sayı 431 ədəd, uzunluğu isə 4.197,9 metr, diametri 73 mm-lik nasoskompressor boruların sayı 2.548 ədəd, uzunluğu isə 24588,2 metr, diametri 60 mm-lik nasos-kompressor boruların sayı 266 ədəd, uzunluğu isə 2.558,9 metr, ümumilikdə isə boruların təxmini uzunluğu 31.345 metrdir.

51. Göründüyü kimi, cavabdehin Ə.C.Əmirov adına NQÇİ-nin 4 saylı (Muradxanlı) neft və qazçıxarma sahəsində yerləşən boruların texniki parametrləri iddiaçı tərəfindən AR-ə idxal edilmiş boruların texniki parametrləri ilə eynilik təşkil etməklə bərabər həmin boruların miqdarı (uzunluqları) da iddiaçının qaytarılmasını tələb etdiyi boruların miqdarına təxminən uyğun gəlir (73 mm-lik qazma borularının uzunluğu iddia ərizəsində 4.200 metr göstərildiyi halda, ekspert rəyində uzunluğun faktiki 4.197 metr olması qeyd edilmişdir; 73 mm-lik nasoskompressor borularının uzunluğu iddia ərizəsində 24.453 metr göstərildiyi halda, ekspert rəyində 24.588 metr olması qeyd edilmişdir; diametri 60 mm-lik nasoskompressor boruları iddia ərizəsində 2.574 metr olduğu halda ekspert rəyində 2.558,9 metr olması qeyd edilmişdir).

52. Digər tərəfdən, iddiaçı Azərbaycan Respublikasına idxal etdiyi boruların Muradxanlı neft və qazçıxarma sahəsinə yerləşdirilməsini təsdiq edən sənəd (təhviltəslim aktı) təqdim etməsə də, birincisi, işin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisəli boruların hazırda yerləşdiyi 4 saylı Muradxanlı neft və qaz çıxarma sahəsi “AR-də Muradxanlı, Cəfərli və Zərdab neft yataqların daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” 2016-cı il 16 mart tarixli sazişə əsasən, əvvəllər üçüncü şəxsin fəaliyyət göstərdiyi sahə olmuşdur. Üçüncü şəxs isə öz növbəsində iddiaçı ilə əsas xidmətlərin göstərilməsi barədə çərçivə müqaviləsindən irəli gələn müqavilə münasibətlərində olmuşdur. İkincisi, iddiaçının Azərbaycan Respublikası ərazisinə idxal etdiyi boruların gömrük bəyannamələrində, yük qaimələrində yüklərin çatdırılması barədə xəbər verilməsi olan tərəf qismində, invoyslarda sifarişçi qismində üçüncü şəxs göstərilmiş, qısa idxal bəyannamələrində isə həmin boruların Muradxanlı, Zərdab, Cəfərli yataqları üçün gətirilməsi qeyd edilmişdir. Üçüncüsü, iddiaçı Azərbaycan Respublikasına gətirdiyi nasos kompressor boruların təxminən yarısı iş materiallarına əlavə edilmiş alqı-satqı müqavilələri və elektron qaimələrə əsasən üçüncü şəxsə satılmışdır.

53. Göründüyü kimi, işin yuxarıda göstərilən halları üçüncü şəxsin Muradxanlı ərazisində göstərdiyi neft və qazçıxarma fəaliyyəti ilə bağlı iddiaçı ilə əməkdaşlıq etməsi, iddiaçı tərəfindən boruların üçüncü şəxsin neft və qazçıxarma sahəsində istismar olunması məqsədilə Azərbaycan Respublikasına idxal edilməsi barədə iddiaçının dəlillərinin əsaslı olmasına dəlalət edir.

54. Bununla yanaşı, iddiaçıya məxsus boruların Muradxanlı neft və qazçıxarma sahəsində saxlanılması məhkəmə iclasında şahidlərin verdiyi ifadələr ilə də öz təsdiqini tapır.

55. İşin yuxarıda göstərilən hallarını nəzərə alan məhkəmə mübahisəli boruların Azərbaycan Respublikasına gətirildikdən sonra üçüncü şəxsin fəaliyyət göstərdiyi Muradxanlı sahəsində yerləşdirilməsi barədə iddiaçının dəlillərini ağlabatan hesab etmişdir.

56. Muradxanlı neft və qazçıxarma sahəsində saxlanılan boruların miqdarı ilə bağlı sahədə saxlanılan hər növdən olan boruların uzunluğu ekspert rəyi ilə müəyyən edilmişdir.

57. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək bu baxımdan, eyni zamanda məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşmış və belə nəticəyə gəlmişir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməli və sahədə saxlanılan, yəni faktiki cavabdehin sahibliyində olan boruların uzunluqları ekspert rəyinə əsasən müəyyən edilməlidir.

58. Digər tərəfdən, ekspert rəyində sahədə saxlanılan diametri 73 mm-lik nasoskompressor boruların sayı 2.548 ədəd, uzunluğu isə 24.588,2 metr olmasını göstərildiyi halda, yuxarıda da qeyd edildiyi kimi, iş materiallarına əsasən həmin ölçüdə olan uzunluğu 21.591 metr olan boruların iddiaçıya məxsus olması müəyyən edilmişdir (belə ki, iddiaçının qaytarılmasını tələb etdiyi 24.453 metr boruların 2.862 metr hissəsi təqdim edilmiş sənədlərə əsasən üçüncü şəxsə satılmışdır).

59. Beləliklə, iş materiallarında olan sübutlara əsasən təsdiq edilir ki, iddiaçıya məxsus 1 metrinin dəyəri 13,11 ABŞ dolları, uzunluğu 21.591 metr olan nasos kompressor borularına; bir metrinin dəyəri 10,04 ABŞ dolları, uzunluğu 2.558,9 metr olan nasos kompressor borularına; 1 metrinin dəyəri 77,6 ABŞ dolları, uzunluğu 4.197,9 metr olan diametri 73 mm-lik qazma borularına hazırda faktiki olaraq cavabdeh sahiblik edir.

60. Nəhayət, məhkəmə tərəfindən müəyyən edilməli olan üçüncü hal cavabdehin əmlaka sahibliyinin qanuni olub-olmamasıdır.

61. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehin mübahisəli borulara sahiblik etməsi üçün hər hansı bir qanuni əsasın və ya müqavilə əsasının olması iş materiallarına əsasən müəyyən edilməmişdir.

62. Cavabdeh hazırda Muradxanlı neft və qaz çıxarma sahəsində yerləşən mübahisəli boruların “X28 Company Limited” Şirkətinə məxsus olmasını və həmin boruların onlara təhvil verilməsini bildirsə də, göstərilən hallar iş materialları ilə öz təsdiqini tapmır.

63. Belə ki, əvvəla iş materiallarına əlavə edilmiş mübahisəli borularının qanuni sahibi olması iddia edilən “X28 Company Limited” Şirkəti cavabdehə ünvanladığı 2021ci il 15 aprel tarixli AOOC 03/21 nömrəli məktubunda cavabdehin Ə.C.Əmirov adına NQÇİ-nin Muradxanlı sahəsində “X28 Company Limited” Şirkətinin balansında olan hər hansı NKB-lərin olmamasını qeyd etmişdir.

64. İkincisi, cavabdehin etirazının əsasını təşkil edən halları sübuta yetirmək üçün istinad etdiyi təhvil-təslim aktından görünür ki, 2020-ci il 10 aprel tarixində “üçüncü şəxs tərəfindən ümumi uzunluğu 25.547 metr olan diametri 73 mm-lik nasos kompressor boruları və ümumi uzunluğu 1.426 metr olan, diametri 60 mm-lik Nasos Kompressor boruları cavabdehin Ə.C.Əmirov adına NQÇİ-yə təhvil verilmişdir.

65. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, həmin borular təhvil-təslim aktının əsas vəsaitlər hissəsində 12-17, 19-24-cü nömrələr altında qeyd edilmiş və hər bir nömrənin qabağında həmin nömrə altında təhvil verilmiş boruların istismara verildiyi tarix və yerləşdiyi sahə göstərilmişdir. Həmin məlumatlardan isə aydın olur ki, təhvil alınan zaman sözügedən borular Muradxanlı, Zərdab, Cəfərli sahələrində, bəziləri isə QƏYTX (Quyuların əsaslı və yeraltı Təmiri Xidmətində) yerləşir və 2018-2019-cu illərdə istismara verilmişdir. Yəni həmin borular müxtəlif sahələrdə istismara verilmiş quyularda yerləşən borulardır.

66. Bundan əlavə, sözügedən akta əsasən cavabdehin idarəsi tərəfindən təhvil alınmış boruların texniki parametrləri və miqdarı iddiaçının qaytarılmasını tələb etdiyi boruların texniki parametrləri və miqdarına deyil, iddiaçı tərəfindən “X28 Company Limited” Şirkətinə satılmış boruların texniki parametrləri və miqdarına uyğun gəlir.

67. Belə ki, iddiaçı tərəfindən “X28 Company Limited” Şirkətinə uzunluğu 1.426 metr olan diametri 60 mm-lik nasos kompressor boruları satılmış və eyni miqdarda eyni ölçüdə borular sonuncu tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı tərəfindən “X28 Company Limited” Şirkətinə uzunluğu 28.409 metr olan diametri 73 mm-lik nasos kompressor boruları satılmış və həmin boruların 25.547 metr hissəsi (yuxarıda qeyd edildiyi kimi həmin boruların 2.862 metr hissəsi Muradxanlı sahəsində saxlanılır) sonuncu tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçının qaytarılmasını tələb etdiyi və hazırda Muradxanlı sahəsində yerləşən ümumi uzunluğu 4.197 metr olan qazma borularına gəldikdə isə həmin növdə borular “X28 Company Limited” Şirkətinə ümumiyyətlə satılmamış və təhvil-təslim aktına əsasən cavabdehə də təhvil verilməmişdir.

68. Və əksinə, iddiaçının idxal etdiyi 60 mm-lik nasos kompressor borularının ümumi uzunluğu 4.000 metr, iddiaçının qaytarılmasını tələb etdiyi eyni ölçülü nasos kompressor borularının uzunluğu 2.574 metr olduğu halda, təhvil-təslim aktı ilə cavabdehə təhvil verilmiş eyni ölçülü nasos kompressor boruların uzunluğu 1.426 metr (4.000-2.574) təşkil edir. İddiaçının idxal etdiyi 73 mm-lik nasos kompressor borularının ümumi uzunluğu 50.000 metr, iddiaçının qaytarılması tələb etdiyi isə eyni ölçülü nasos kompressor borularının uzunluğu 24.453 metr olduğu halda təhvil-təslim aktı ilə cavabdehə təhvil verilmiş eyni ölçülü nasos kompressor boruların uzunluğu 25.547 metr (50.000-24.453) təşkil edir. İddiaçının idxal etdiyi 73 mm-lik qazma borularının ümumi uzunluğu 4.200 metr, iddiaçının qaytarılmasını tələb etdiyi eyni ölçülü nasos kompressor borularının uzunluğu 4.200 metr olduğu halda təhvil-təslim aktına əsasən qazma boruları ümumiyyətlə təhvil alınmamışdır.

69. Beləliklə, 2020-ci il 10 aprel tarixində “X28 Company Limited” Şirkəti tərəfindən cavabdehin Ə.C.Əmirov adına NQÇİ-yə təhvil verilmiş borular iddiaçının qaytarılmasını tələb etdiyi hazırda Muradxanlı sahəsində yerləşən borular deyil, iddiaçı tərəfindən “X28 Company Limited” Şirkətinə satılmış borulardır. Odur ki, istinad edilən 2020-ci il 10 aprel tarixli təhvil-təslim aktı Muradxanlı sahəsində yerləşən mübahisəli boruların cavabdehin qanuni sahibliyində olmasına dəlalət etmir.

70. Belə olan halda, iddiaçı mübahisəli, 1 metrinin dəyəri 13,11 ABŞ dolları, uzunluğu 21.591 metr olan nasos kompressor boruları; bir metrinin dəyəri 10,04 ABŞ dolları, uzunluğu 2.558,9 metr olan tipli nasos kompressor boruları; 1 metrinin dəyəri 77,60 ABŞ dolları, uzunluğu 4.197,9 metr olan diametri 73 mm-lik qazma boruları cavabdehin qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır.

71. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin əldən çıxmış faydaya görə hesablanmış 650.000 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Əldən çıxmış fayda dedikdə, zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır. İş materiallarından isə görünür ki, hazırkı işdə iddiaçı hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir.

72. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-285/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən 1 metrinin dəyəri 13,11 ABŞ dolları, uzunluğu 21591 metr olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 tipli nasos kompressor boruları; bir metrinin dəyəri 10,04 ABŞ dolları, uzunluğu 2558,9 metr olan 2 3/8” 4.7PPF, N-80, EUE, R2 tipli nasos kompressor boruları; 1 metrinin dəyəri 77,60 ABŞ dolları, uzunluğu 4197,9 metr olan diametri 73 mm-lik qazma boruları, həmin əmlaklar mövcud olmadığı halda isə onların dəyəri alınaraq iddiaçı “Zena Drilling Limited Şirkətinin” Azərbaycan Respublikasındakı Filialına verilməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 800 manat və mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul vəsaitinin 100 (yüz) manat hissəsi cavabdehdən, 100 (yüz) manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X6, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

Apellyasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətlərinin dəlilləri

76. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

77. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi tam əsaslı və ədalətli deyil. Məhkəmə tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırılsaydı, iddianın tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilərdi. Belə ki, iddiaçı həmin boruların dəyəri alıcı tərəfindən ödənilmədiyindən sözügedən boruların sonradan onlara qaytarılması barədə alıcı ilə razılığa gəliblər. Lakin məhkəmə tərəfindən belə bir razılıq nəzərə alınmamışdır. Həmçinin, məhkəmə qətnaməsində həmin boruların hazırda iddiaçıya məxsus olması iş materialları ilə öz təsdiqini tapmır qeyd edilmişdir. Buna baxmayaraq boruların kimin mülkiyyətində olduğu barədə də hər hansı bir qeyd öz əksini tapmamışdır. Bundan əlavə, mübahisəli boruların qanuni sahibi olması iddia edilən “X28 Company Limited” Şirkəti “Azneft” İByə ünvanladığı xx.xx.2021-ci il tarixli AOOC 03/21 nömrəli məktubunda “Azneft”İB-nin Ə.C.Əmirov adına NQÇİ-nin Muradxanlı sahəsində “X28 Company Limited” Şirkətinin balansında olan hər hansı NKB-lərin olmamasını qeyd etmişdir. Eyni zamanda, cavabdehin ərazisində yerləşən boruların iddiaçıya məxsus borular olub-olmamasını müəyyən etmək məqsədilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası keçirilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Azneft”İB-nin Ə.C.Əmirov adına NQÇİ-nin 4 saylı (Muradxanlı) neft və qazçıxarma sahəsində yerləşən sözügedən boruların texniki parametrləri ilə iddiaçı tərəfindən Azərbaycan Respublikasına idxal edilmiş nasoskompressor və qazma borularının yuxarıda qeyd olunmuş gömrük bəyannamələrində, packing listlərdə, invoyslarda, mənşə sertifikatlarda göstərilən texniki parametrlər (göstəricilər) eynilik təşkil edir. Bütün bu sadalananlar onu deməyə əsas verir ki, məhkəmə tərəfindən iddiaçının mübahisələndirdiyi bütün avadanlıqlar (olmadıqda isə dəyəri) cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıydı. Məhkəmə əsassız olaraq belə qənaətə gəlmişdir ki, hazırkı işdə iddiaçı hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir. Halbuki, qeyd edilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Lakin məhkəmə iddiaçının hüquqlarının pozulduğu qənaətinə gəlməmiş, iddiaçının hansı hazırlıq işləri apardığını müəyyənləşdirməmişdir. Halbuki, məhkəmə mübahisəsinə qədər iddiaçı tərəfindən cavabdehlə dəfələrlə yazılı və şifahi danışıqlar aparılmışdır. Yuxarıda adlarıçəkilən boruların ümumi dəyəri 672.341,79 ABŞ dollarıdır. Həmin boruların cavabdeh tərəfindən qanunsuz olaraq saxlanılması nəticəsində isə hal hazırda cavabdeh 650.000 ABŞ dolları məbləğində gəlirdən məhrum qalmışdır. Bundan əlavə, iddiaçıya məxsus olan əmlaka qanunsuz sahiblik edən cavabdeh həmin əmlaklardan istifadə etməklə üçüncü şəxslərə xidmət göstərir. Məhkəmə tərəfindən həmin boruların iddiaçının sahibliyinə qaytarılması və 650.000 ABŞ dolları məbləğində əldən çıxmış faydanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə məhkəməsi qətnaməsi qəbul edilməli idi.

78. Cavabdeh də qətnamədən apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın qismən təmin olunduğu hissədə ləğv edilərək, iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

79. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qətnaməsini qanunsuz və əsassızdır. Belə ki, “SOCAR-ın “Azneft” İB ilə "xxxx" Operating Company Limited şirkətinin Azərbaycan Respublikasında olan filialı arasında Dalma qurğularının kirayəyə verilməsi, quraşdırılması və təmirinə dair xx.xx.2016-ci il tarixli 52/10/XM nömrəli və xx.xx.2019cu il tarixli 11/09/XM nömrəli xidmət müqavilələri bağlanmışdır. Qeyd olunan müqavilələr çərçivəsində “Azneft” İB öz üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirsə də, "xxxx" Operating Company Limited şirkəti öz öhdəliklərini icra etməmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq “Azneft” İB tərəfindən Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş və Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-2(113)- 1049/2020 nömrəli Qətnaməsinə əsasən 1.035.341,57 manat pul vəsaitinin "xxxx" Operating Company Limited şirkəti tərəfindən “Azneft” İB-nə ödənilməsi qət edilmişdir. "xxxx" Operating Company Limited şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə SOCAR arasında imzalanmış xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktına əsasən, bir çox avadanlıqlar, inzibatı bina və s. SOCAR “Azneft” İB-in Ə.C.Əmirov adına NQÇİ-ə təhvil verilmişdir ki, onların arasında "xxxx" Operating Company Limited şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən alınmış “2-7/8"6.5 PPF N-80, EUE R2 tipli və 23/8”4.7PPF, N-80, EUE, R2 tipli Nasos Kompressor boruları mövcuddur. İddiaçının məhkəməyə boruları alması barədə təqdim etdiyi hesab-fakturaların 18 ədədinin tarixi, sayı, məbləği, borunun uzunluğu (xx.xx.2017-ci il tarixli, KR170246 saylı hesab-fakturadan (commercial invoice) görünür ki, “ERUİ X2 CO.LTD” tərəfindən təqdim edilmiş malın (2531,47 metr uzunluğu və 1 metrin qiyməti 13,11 ABŞ dolları olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 boru) ümumi dəyəri 41.082,31 ABŞ dolları təşkil edir. İddiaçı məhkəməyə eyni hesab-fakturanı fərqli adıyla təqdim edir və məhkəmə buna sübut kimi istinad edib iddianı təmin edir. Məhkəmənin əsaslandırmasından belə məlum olur ki, məhkəmə sırf iddiaçının öz seçimi ilə təqdim etdiyi sənədlər, alqı-satqı müqavilələri əsasında "xxxx" şirkətinin sifarişi ilə ölkəyə gətirilmiş boruların niyəsə bir qisminin sifarişçiyə satılır, amma digər qismi məhkəməyə məlum olmayan və araşdırılmayan hansısa səbəbdən satılmayaraq, iddiaçı ilə əlaqəsi olmayan ərazidə 3 ildən çox müddət ərzində istifadə edilmədən saxlanılır. Və maraqlısı budur ki, bu illər ərzində iddiaçı mübahisəli borulardan istifadə etmir, heç kəsə də satmır, hətta "xxxx" Şirkəti qeyd edilən ərazidəki fəaliyyətini dayandırdıqdan və istifadəsində olan hər şeyi təhvil verib getdikdən xeyli müddət sonra da boruları ərazidən götürmür. Ancaq “Azneft” İB "xxxx" şirkətinə qarşı iddia qaldırıb, borcu tələb etdikdən, iddia təmin edildikdən və qətnamə qanuni qüvvəyə mindikdən, “Azneft” İB "xxxx" şirkətindən borcunun əvəzinə boruları tələb etdikdən sonra iddiaçı məhkəməyə müraciət edir. Maraqlıdır ki, iddiaçı ona məxsus olduğunu iddia etdiyi boruları ölkəyə sifarişi ilə gətirdiyi "xxxx" şirkətindən deyil, 3-cü şəxsdən tələb edir. Əlbəttə ki, "xxxx" şirkəti borcu olduğu “Azneft” İB-nə borcunu ödəməkdən, Azərbaycan Respublikası adından qəbul edilmiş qətnaməni icra etməkdən yayınmaq üçün digər şirkəti olan "xxxx" şirkəti əsassız iddia qaldıraraq, boruları ölkədən çıxartmaq istəyir. Bundan başqa, Mülki Məcəllənin 53.3-cü maddəsinə əsasən, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir və buna görə də ərizə təmin edilməməliydi. Daha sonra məhkəmə iddiaçının məhkəməyə təqdim etdiyi idxal bəyannamələrində sifarişçinin "xxxx" şirkəti olmasına, həmin boruların qeyd edilən əraziyə gətirilməsinə və elektron qaimələrə əsasən "xxxx" şirkətinə satılmasına istinad edərək mübahisəli boruların iddiaçıya məxsus olması qənaətinə gəlmişdir. İstinad edilənlərə baxıldıqda bununla boruların "xxxx" şirkətinə məxsus olması sübut edilsə də, məlum olmayan səbəbdən məhkəmə bununla iddianın sübut olunması nəticəsinə gəlmişdir. Məhkəmə həmçinin qeyd edir ki, şahid ifadələri ilə də iddia sübut olunur. Halbuki, "xxxx" ASC-nin işçisi olan X27 bildirmişdir ki, onun bruların məhz iddiaçıya məxsus olmasını müəyyən etmək səlahiyyəti və qabiliyyəti olmamışdır. Sadəcə o gedib ərazidə borulara baxış keçirmişdir. Həm "xxxx" Operating Company Limited şirkətinin Azərbaycan Respublikasında olan filialının direktoru, həm də “Zena Driling Limited” şirkətinin təsisçisi və direktoru Andrea Kattaneodur. Hər iki şirkəti ölkədə qanuni münayəndə Nümayəndə2 təmsil etdiyi üçün “Azneft” İB-nin ərazisinə gəldikdə sonuncunun hansı şirkətdən gəlməsi məlum olmadığı üçün onların əraziyə girişi maneəsiz olmuşdur. Təbii ki, banka da ölkəyə boruların gətirilməsi barədə yəqin sənədi təqdim edərək, boruların guya onlara məxsus olmasını bildirmişlər. Amma qeyd edilənlər boruların doğrudan da iddiaçı məxsus olmasını sübut etmir. İkinci X22 ifadəsində bildirmişdi ki,“yeni boruları idarənin həyətindən götürürdülər. Təhvil verilməyən heç nə qalmamışdır.“X28 Company Limited” Şirkətinə aid olmayan heç nə sahədə yox idi.” Daha sonra iddiaçının vəkilinin konkret istiqamətverici sözündən sonra şahid bildirdi ki, sahədə borular qalıb və borular iddiaçıya məxsusdur. Bu borular "xxxx" Şirkətinin istifadə edilməsi üçün gətirilmişdir. Göründüyü kimi, şahid ifadələri ilə borunun "xxxx" Şirkətinə məxsus olduğu sübut olunur. Beləliklə, iddiaçı boruların ona məxsus olmasını sübuta yetirə bilmir. İddiaçı əsaslandıra bilmir ki, bu borular ona məxsusdursa və iddiaçı ilə cavabdeh arasında heç bir əməkdaşlıq olmayıbsa, nəyə görə borular “Azneft” İB-nin ərazisində yerləşir? İddiaçı sözügedən NKB və QBlərin nə vaxt və hansı sənədlər əsasında Muradxanlı neft və qazçıxarma sahəsinə gətirilməsi, kimə və hansı qaydada təhvil verilməsi və onlara görə kimin maddi məsuliyyət daşıdığını təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Əgər əraziyə gətirilbsə və Aran Oil” Şirkətinə təhvil veilmişdirsə, nəyə görə iddiaçı boruların ona məxsus olmasını iddia edir? Məhkəmə həmçinin qeyd edir ki, “göründüyü kimi cavabdeh “Azneft” İB-nin Ə.C.Əmirov adına NQÇİ-nin 4 saylı (Muradxanlı) neft və qazçıxarma sahəsindəyerləşən boruların texniki parametrləri İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən AR-ə idxal edilmiş boruların texniki parametrləri ilə eynilik təşkil etməklə bərabər həmin boruların miqdarı (uzunluqları) da iddiaçının qaytarılmasını tələb etdiyi boruların miqdarına təxminən uyğun gəlir. Yuxardıa qeyd edilənlərdən belə məlum olur ki, iddiaçının tələb etdiyi boruların uzunluqları ilə mövcud olan boruların uzunluğu təxmini uyğun gəlsə də, bu iddianı təmin edilməsi üçün əsasdır. Məlum olduğu kimi, qeyd edilən boruların parametrləri onların məhz kimə məxsus olmasının göstəricisi deyildir. Çünki eyni növ, eyni ölçüdə boruları ölkəyə qanun çərçivəsində digərləri də gətirə bilərdi. Yəni oxşar borular başqalarına da məxsus ola bilərdi. İddiaçı "xxxx" Şirkətinin sifarişi ilə boruları ölkəyə gətirməsinə dair sənədlər təqdim etsə də, ancaq həmin boruların satılması barədə "xxxx" şirkəti ilə "xxxx" Şirkəti arasında bağlanan alqı-satqı müqavilələrinin ancaq bir qismini məhkəməyə təqdim edərək, digərlərini təqdim etməyərək, guya ki, yerdə qalan boruların satılmamasını iddia edir. Halbuki, iddiaçı məhkəməyə heç bir sübut, əsaslandırma təqdim etmir ki, niyə "xxxx" Şirkətinin sifarişi ilə ölkəyə gətirdikləri boruları "xxxx" Şirkətinə satmayıbdır və yasatıbdırancaq borulara görə ödənişiala bilməyibdir və yasatmayıbdırsa niyə uzun müddət boruları yenə də “Azneft” İB-nin sahəsində saxlayırdı? Maraqlıdır ki, məhkəmə də yuxarıda qeyd edilən suallara cavabları araşdırmadan, ancaq iddiaçının təqdim etdiyiəksik sənədlərəsasında “təxmini” qərar qəbul etmişdir. Məhkəmə həmçinin məhkəmə qeyd edir ki, iddiaçı idxal etdiyi boruların Muradxanlı neft və qazçıxarma sahəsinə yerləşdirilməsini təsdiqedən sənəd (təhviltəslim aktı) təqdim etməsədə: Birincisi, işin mübahisəsizhalı ondan ibarətdirki, mübahisəli boruların hazırda yerləşdiyi 4 saylı Muradxanlı neft və qaz çıxarma sahəsi “AR-də Muradxanlı, Cəfərli və Zərdab neft yataqların daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi vəhasilatın pay bölgüsü haqqında xx.xx.2016-cı il tarixli sazişə” əsasən əvvəllər “X28 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının fəaliyyət göstərdiyi sahə olmuşdur. “X28 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı isə öz növbəsində İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə əsas xidmətlərin göstərilməsi barədəçərçivə müqaviləsindən irəli gələn müqavilə münasibətlərindəolmuşdur. “X28 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialıarasında bağlanan əsasxidmətlərin göstərilməsi barədə çərçivə müqaviləsinin 1.1-ci bəndinə əsasən, hazırki əsas xidmətlərin göstərilməsi barədə çərçivə müqaviləsi tərəflər Sifarişi-işlərinyerinə yetirilməsinə dair sifarişi və ya malların çatdırılması üzrə sifarişi imzaladıları təqdirdə Podratçı tərəfindən sifarişçiyə Xidmətlərin göstərilməsi, işlərin yerinə yetirilməsi və Malların satışı üzrə ümumi müddəaları müəyyən olunur. Qeyd olunandan məlum olur ki, işlərin yetirinə yetirilməsi barədə razılıq olsaydı tərəflər arasında ona dair razılaşma imzalanırdı. İddiaçı işlərin görülməsi barədə məhkəməyə tərəflər arasında olan hər hansı razılaşma təqdim etməmişdir. Əksinə, iddiaçı məhkəməyə malların çatdırılması barədə alqı-satqı müqavilələrin bir qismini təqdim etmişdir ki, bununla da Çərçivə sazişi əsasında ancaq malların gətirilməsi barədə razılıq olunması məlum olur. Ancaq məhkəmə niyəsə məhkəmə prosesi zamanı araşdırmadığı Çərçivə sazişinə istinad edərək, iddiaçının əvəzinə boruların ona məxsus olması barədə iddianın əsaslandırması üçün həmin boruların “Azneft” İB–nin ərazisində olma səbəbini göstərməyə çalışmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

80. Cavabdeh iddiaçının apelyasiya şikayətinə qarşı etiraz vermişdir. Etiraz iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmışdır.

81. İddiaçı cavabdehin apelyasiya şikayətinə qarşı etiraz vermişdir.

82. Etiraz belə əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilən sənədlər tam olaraq qanunidir və baxmayaraq ki, iki müəssisə arasında edilmiş alqı-satqı əməliyyalarını özündə əks etdirir, burada qanunsuz və təəccüblənəsi heç bir hal yoxdur və müəssisələr bu əməliyyatın aparılmasında hərəsinin öz üzərinə düşən öhdəlikləri (vergi və digər xərclər) tam olaraq yerinə yetirmişlər. “ERUİ X1 CO Ltd” boruları təşkil edən və onları Azərbaycana məhz idxalçı İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının adına göndərən bir şirkətdir. "xxxx" şirkəti servis şirkəti olduğu üçün sifariş etdiyi bütün əmlakları Sifarişçisi olan Əməliyyat Şirkətinin adına yəni "xxxx" şirkətinin adına gətirməlidir. İndiki halda bu baş vermis və borular "xxxx" şirkətinin 0% İdxal İxrac sertifikatı altında ölkəyə gətirilmişdir. Gətirilən bu borular ilə servis müqavilələrinə əsasən "xxxx" tərəfindən "xxxx" şirkətinin saziş ərazisində xidmət göstərilməli idi. Sonradan razılığa əsasən bu boruların bir hissəsi "xxxx" şirkətinə satılmışdır. Adı çəkilən həmin borular X26, yol sənədləri (CMR), hesab faktura sənədləri əsasında Azərbaycan Respublikasının ərazisinə, iddiaçının müştərisi olan "xxxx"-in əvvəlki Saziş ərazisinə gətirilərək İmişli rayonu ərazisində və indiki “AZNEFT” İB-in Ə.C.Əmirov adına NQÇİ-nin Muradxanlı neft və qaz çıxarma sahəsində yerləşdirilmişdir. Həmin boruların satılması və ya istifadəyə verilməsi yaranmış zərurətə uyğun həyata keçirilmişdir. Belə ki, "xxxx" 2018 və 2019-cu illər ərzində həmin boruların bir hissəsini satın almış və digər qalan boruları isə gələcəkdə fəaliyyətinin daha aktiv olacağı təqdirdə "xxxx"-ə xidmət üçün sifariş verəcəyini və ya alacağını planlaşdırırdı. Lakin, sonaradan "xxxx" fəaliyyətinin zəifləməsi nəticəsində həmin boruları almağa lüzum görməmişdir və 2020-ci il aprel ayında "xxxx" 2018 və 2019-cu illər ərzində "xxxx"dən həmin satın aldığı bir hissə borularda daxil olmaqla bütün əmlakını “AZNEFT” İB təhvil vermişdir. Həmin satılmış borular "xxxx" ilə SOCAR arasında imzalanmış xx.xx.2020-ci il tarixli təhvil-təslim aktındanda görmək olar. Satılmayan borular məhz 2019-cu ilin iyul ayından 2021-ci ilin iyun ayına qədər "xxxx" ASC girovluğunda olmuşdur. O vaxtdan (2021-ci ildən) indiyə qədər həmin borular Cavabdeh qanunsuz sahibliyindədir və boruların ərazidən çıxarılmasına əngəllər yaradır. Boruların iddiaçıya məxsusluğunu, həm gömrük bəyannamələri, həm vergi hesabatları (X3 və Əmlak Vergisinin Bəyənnamələri), həm "xxxx" ASC ilə bağlanılan Girov müqaviləsi, həm Bakı Kommersiya Məhkəməsinin (hakim Zeynəb Axundova) e- 2-2(113)-483/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı, həmçinin həmin borularla eyni yerdə, eyni vaxtda gəlmiş atqıya qarşı preventorun Fövqaladə Hallar Nazirliyində İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı flialının adına qeydiyyata alınması, o cümlədən “X28 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə bağlanmış çoxsaylı alqı-satqı müqaviləsində öz təsdiqini tapmışdır. Cavabdeh “Azneft” İB-nin "xxxx" Operating Company Limited şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı olan iddiasının hazırkı iş üzrə əhəmiyyətinin olması mənasızdır, çünki burada məsələ fərqli fərqli tələblərdən gedir. X30-lin “Azneft” İB-nə qarşı borcu mövcud idisə, onu hansı yolla və hansı əmlaklara tələb yönəltməklə alacağını cavabdeh “Azneft” İB özü qərar verərdi. O ki qaldı boruların iddiaçı tərəfindən "xxxx"-ə qarşı deyil də, cavabdeh “Azneft” İB-dən istəməsinə, qeyd etmək lazımdır ki, həmin borular məhz “Azneft” İB-in İmişlidə (Muradxanlı sahəsində) yerləşən ərazisində cavabdehin nümayəndələri tərəfindən qeyri-qanuni saxlanılır və iddiaçının onları götürməyə şərait yaradılmır. Cavabdeh tərəfindən həmin boruların mühafizəsi üçün xüsusi şəxslərin də xidmət göstərdiyi görsənilir. Cavabdeh “Azneft” İB-nə "xxxx"-in borcu mövcuddursa, o zaman onun ödənilməsi istiqamətində tədbirlər görülməlidir. Bu borcun iddiaçı "xxxx"ə heç bir aidiyyatı yoxdur, çünki bu şirkətlər (Aran Oil və Zena Drilling) ayrı-ayrı şirkət olaraq yaradılmış və ayrı-ayrı vergi ödəyiciləri olaraq fəaliyyət göstərmişlər. Hər iki filial Azərbaycan Respublikasında tam qanuni şəkildə yaradılmış və fəaliyyət göstərmişdir. Onun rəhbərlərinin eyni şəxs olması, ilk növbədə hazırkı işin mahiyyətinə heç bir aidiyyatı yoxdur, ikincisi, ölkə qanunvericiliyi bir şəxsin bir neçə filial rəhbəri olmasına heç bir məhdudiyyət yaratmır. X27 məhkəmədədə qeyd etdiyi kimi xx.xx.2020, xx.xx.2020 və o cümlədən xx.xx.2020-ci il tarixlərində İmişli rayon Muradxanlı kəndinə ezam edilmiş və girov predmeti olan hazırki mübahisədə tərəf kimi iştirak edən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına məxsus borulara baxış keçirmişdir. Şahid həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borular 2019cu ildən "xxxx" ASC-nin girovluğundadır və əmlak girov qoyulduğu zaman kredit mütəxəssisi tərəfindən borular yoxlanılmışdır. O, həmçinin qeyd etmişdir ki, monitorinq şöbəsinin nümayəndəsi kimi sonradan yoxlama aparmış, boruları gömrük bəyannamələrindəki məlumatlar ilə müqayisə etmişdir. Hətta qeyd etmişdir ki, borular olan ərazidə onu əvvəl içəri buraxmayıblar lakin sonra girovda olan borulara baxacaqları üçün gəldiklərini qeyd etdikdən sonra onları sahəyə buraxmışlar. Şahid ifadəsində qeyd etmişdir ki, üç dəfə sahəyə getmişlər və hər dəfədə boruların eyni sahədə olduğunu müşahidə etmişlər. O, həmçinin boruların təxmini sahədə 100 metr uzunluğundakı məsafədə yerləşdiyini qeyd etmişdir. O, qeyd etmişdir ki: “Bizə demişdilər ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının boruları “X28 Company Limited” Şirkətinin ərazisindədir. Bundan əlavə qeyd edək ki, X27 sahəyə hər dəfə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialınının direktor müavini Nümayəndə2 ilə getmişdir. İkinci X22 ifadəsində bildirmişdi ki, “yeni boruları idarənin həyətindən götürürdülər. Təhvil verilməyən heç nə qalmamışdır. "xxxx"ə aid olmayan heç nə sahədə yox idi.” Daha sonra iddiaçının vəkilinin konkret istiqamət verici sözündən sonra şahid bildirdi ki, sahədə borular qalıb və borular iddiaçıya məxsusdur. Bu borular "xxxx"in istifadə edilməsi üçün gətirilmişdir. X22 Aran Oil şirkəti yaranan gündən həmin şirkətdə baş mexanik kimi fəaliyyət göstərir. O cümlədən, Səxavət Məmmədovun adını xx.xx.2020-ci il tarixli "xxxx" və SOCAR arasında olan təhvil təslim aktında da görmək olar ki, bu şəxs şəxsən hansı avadanlıqların "xxxx"ə aid olduguna imza atmışdır. O, öz ifadəsində bildirmişdir ki: “ 2006-ci ildən 2020-ci ilin iyun ayınadək “X28 Company Limited” Şirkətində baş mexanik vəzifəsində çalışmış, hazırda çalışmır”. Şahid həmçinin ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, “boruların təhvil verilməsində iştirak etmişdir. Sadəcə quyularda işlənən boruları təhvil vermişlər”. O, qeyd etmişdir ki, təhvil verdikləri zaman borular yeraltı təmir sexində və quyuda olmuşdur. O, bildirmişdir ki, “X28 Company Limited” Şirkəti 10-15 quyunun üzərində iş aparırdı və quyuların arasında məsafə 1 kilometr də, 100 metr də olurdu. Qeyd etmişdir ki, “Aran Oil ” şirkəti sahədə çalışmağa başladığı vaxtdan o, şirkətdə çalışır. Onun ifadəsinə görə onlar boruları hər quyuda ayrı-ayrı təhvil vermişlər və borular bir yerdə təhvil verilməyib. Daha sonra şahid həmçinin bildirdi ki, sahədə borular qalmışdı. Borular İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına məxsus idi. İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı boruları sahədə saxlayırdı və boruları “X28” şirkətinin istifadə etməsi üçün gətirmişdir. “X28 Company Limited” Şirkəti İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə birgə çalışırdı. Onun ifadəsində yer alan “yeni boruları idarənin həyətindən götürürdülər” ifadəsinə gəlincə bildirmək istərdi ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ona məxsus olan boruları 2017 ci ilin sonundan indiki “Azneft” İB-nin Muradxanlı sahəsində (əvvəlki Aran Oil şirkətinin saziş ərazisi) yəni idarənin həyətində yerləşdirmişdir. Sonradan bu boruların bir hissəsi "xxxx" şirkətinə satılmışdır. "xxxx" şirkəti onun saziş ərazisinə daxil olan yataqların quyularında istifadə etmək üçün həmin satın alınmış boruları birdəfəlik yox "xxxx"ə məxsus olan boruların içindən hiss-hissə götürürdü. X18 demək istədiyi də məhz bu anlamdadır. Bundan əlavə borular gələrkən (2017 və 2018-ci illər) və məhkəmə prosesi başlayana qədər boruların yerləşdiyi məkan eyni olmuşdur və həmin illərdə boruların yerləşdiyi yer və boruların şəkilləri çəkilmişdir.Bu şəkillər elektron məhkəmə sisteminə yüklənmişdir. Hətta məhkəmə prosesi üçün 2021-ci ildə həmin məkandan video çəkilərək elektron daşıyıcı ilə Bakı Kommersiya Məhkəməsinin hakiminə təqdim edilib. “X28 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı flialı aktivliyinin olmaması səbəbindən SOCAR-ın razılığı əsasında ona məxsus olan bütün əmlakları Cavabdehnə təhvil vermişdir (xx.xx.2020-ci il tarixli təhvil təslim aktı). “X28 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı flialı hər şeyi təhvil verdikdən sonra onun əvvəlki ərazisində, indiki Cavabdeh ərazisində olan Zena Drilling Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Filialına məxsus olan, mübahisələndirən borular 2020-ci ilin 10 aprel tarixindən elə həmin yerində yəni Cavabdeh Ə.C.Əmirov adına NQÇİ-nin Muradxanlı NQÇ sahəsində qalmışdır, çünki həmin borular "xxxx" ASC-nin girovluğunda olmuşdur. Sonradan "xxxx" ASC-nin borcu bağlandıqdan sonra dəfələrlə müraciət edilməsinə baxmayaraq Cavabdeh iddiaçıya məxsus olan əmlakların çıxarılmasına əngəl yaratmışdır. "xxxx"in özünə məxsus ərazisi olmadığı üçün boruları "xxxx" şirkətinin saziş ərazisi olan Muradxanlıya yığmışdır. "xxxx" tərəfindən "xxxx" a boruların yerinin dəyişdirilməsinin tələb olunduğu istənilsədə "xxxx" buna razı olmamışdır. Burada söhbət 2862 m (təxminən 300 ədəd) 2-7/8" 6.5 PPF N80, EUE R2 tipli borulardan gedir ki, həmin borular da “Zena Driling Limited” şirkətinin Azərbaycan Respublikasındakı flialı tərəfindən "xxxx" Operating Company Limited şirkətinin Azərbaycan Respublikasındakı flialına verilmişdir. Borular verilən zaman həmin boruların dəyəri məbləğində elektron qaimə tərtib edilməsinə baxmayaraq “Zena Driling Limited” şirkətinin Azərbaycan Respublikasındakı flialına "xxxx" Operating Company Limited şirkətinin Azərbaycan Respublikasındakı flialı tərəfindən heç bir ödəniş olmamışdır. Sonradan “Zena Driling Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı ödənişin ödənilməyəcəyini bildikdən sonra hər iki tərəf razılığa gəlmişdirki, həmin borular (2862m) “Zena Driling Limited” şirkətinin Azərbaycan Respublikasındakı flialına təhvil verilsin. Bu barədə həmin vaxtlar "xxxx" Operating Company Limited şirkətinin Azərbaycan Respublikasındakı flialının yataq üzrə direktoru olan Arif Qarayevin 25 fevral tarixində yazdığı emaildədə qeyd olunub və həmin email yazışmaları elektron məhkəmə sisteminə yüklənib. Həmin borular "xxxx" Operating Company Limited şirkətinin Azərbaycan Respublikasındakı flialının saziş ərazisinə daxil olan yataqların quyularında dəfələrlə işlənmiş və ona görə də həmin boruların səthi pas atmışdır. Bu borular haqqında Məhkəmə Ekspertizanın rəyində də tanış olmaq olar. Bundan əlavə, hər bir satılan və ya satılmayan boruların vaxtında dəqiq hesabatı aparılmış və X19 bununla bağlı məlumat (Əmlak bəyənnaməsi) verilmişdir. Satılan boruların isə elektron qaiməsi Vergilər Nazirliyinin sisteminə yüklənmişdir ki, "xxxx" ona ödəniləcək pulu ala bilsin. Hansı boru satılmışdırsa, onunda elektron qaiməsi yüklənmişdir. Satılmayan boruların sübutunu isə "xxxx" və “Azneft” arasında olan təhvil-təslim aktı ilə də sübüt etmək olar. Beləki, təhvil təslim (xx.xx.2020-ci il) zamanı iddia ərazisində qeyd edilmiş boruların olduğu sahəyə baxış keçirərərkən komissiya üzvləri yəni SOCAR, ARAN, SOCAR UPSTREAM, AZNEFT işçiləri müəyyən etmişlər ki hal hazırda mübahisələndirilən borular məhs "xxxx" şirkətinin balansında olan borulardır. "xxxx" hər bir avadanlığını “Aznef” İB-yə təhvil verdikdən sonra müəyyən olunmuşdur ki, “Azneft” İB ona təhvil verilmiş hər bir avadanlığın üzərində inventarizasiya nömrəsi yazmışdır. Belə olan halda, ortaya bir sual çıxır, əgər “Azneft” İB "xxxx"in mubahisələndirdiyi boruları özününkü hesab edirsə, o zaman onların üzərində niyə inventazisasiya nömrəsi qoymamışdır? Xidməti müqavilələr mövcuddur və o müqavilələrə əsasən hətta İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialı, "xxxx" Operating Company Şirkətinin Azərbaycan Respublikasındakı filialının saziş ərazisinə daxil olan Cəfərli yatağında qazma işi də aparmışdır. Bu əməliyyat 2019-cu ilin əvvəlindən AOOC018/2019 saylı, qazma və ona uyğun xidmətlər adlı müqaviləyə əsasən aparılmış və 2019-cu ilin sonunda başa çatmışdır. Bununla əlaqədar lazımi qazıma və geoloji sənədləşməni “Azneft” İB-nin Muradxanlı neft və qaz çıxarma sahəsinin geoloji şöbəsindən əldə edə bilərsiniz. Bundan əlavə nəzərə alsaq ki, "xxxx" Operating Company Şirkətinin Azərbaycan Respublikasındakı flialı SOCAR ilə Hasilatın Pay bölgüsü Sazişi əsasında işləmişdir o zaman bu məsələni SOCAR-ın xarici şirkətlərlə əlaqə idarəsi olan SOCAR UPSTREAM ilə də dəqiqləşdirə bilərsiniz, çunki "xxxx" yarandığı gündən “Azneft” İB-ə təhvil verilənə qədər SOCAR UPSTREAM-in nəzarətində olmuşdur. Boruların iddiaçı tərəfindən 3 il ərzində ərazidən çıxarılmasını həyata keçirə bilməməsinin səbəbləri odur ki, iddiaçı tərəfindən adı çəkilən borular 2017-ci ilin dekabrında və 2018-ci il ərzində Azərbaycan Respublikasına gətirilərək İmişli rayonu ərazisində, Muradxanlı neft və qaz çıxarma sahəsində yerləşdirilmişdir və onların bu ərazidə saxlanılmasına səbəb, həmin boruların xx.xx.2021-ci ilə qədər "xxxx" ASC ilə bağlanılmış 17 İyul 2019-cu il tarixli, rb/km1125 saylı daşınar əmlakın girov müqaviləsi əsasında yüklü edilməsi olmuşdur. "xxxx" ASC-ın Mübariz Quliyevə ünvanladığı sonuncu məktubdan sonra Cavabdeh ilə şifahi danışıqlar aparılmış lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Sonradan yazılı olaraq İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı olaraq Cavabdehnə bu məsələ ilə bağlı 25 iyun 2021-ci il tarixli, ZDL 055/21 nömrəli Pretenziya məktubu göndərilmiş və bildirilmişdir ki, boruların İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına verilməsinə şərait yaradılsın, əks halda tərəfimizdən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına məxsus olan əmlakların özgəsinin qanunsuz sahibliyindən geri tələb olunmasıvindikasiya iddiası ilə məhkəməyə və özgəsinin əmlakını talayaraq mülkiyyətçinin mülkiyyət hüquqlarının pozulmasına səbəb olması barədə hüquq mühafizə orqanlarına müraciət olunacaqdır. Bundan sonra, pretenziya məktubuna cavab olaraq Cavabdeh həmişə olduğu kimi məsələni “X28 Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı flialı arasında olan borc məsələsi ilə qarışdıraraq məsuliyətdən boyun qaçırmışdır. Nəzərə alsaq ki, dəymiş zərər 2021-ci ildəki qiymətlərə uyğun hesablanıb o zaman məlum olur ki, indiki vəziyyətdə dəymiş zərər 40-45% əlavə olaraq hesablanmalıdır. Məhkəməyə müraciət edilməsinin əsas səbəbi "xxxx" ASC-ə olan borcun bağlandıqdan sonra Cavabdeh şirkətimizə məxsus olan həmin boruların qeyd olunan ərazidən çıxarılmasına əngəl yaratması olmuşdur.

Apellyasiya instansiyası məhkəməsindəki birinci və ikinci icraat

82. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(103)-808/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim – R.Qurbanov, hakimlər – V.Məmmədov və V.Baxışovadan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması qət edilmişdir.

83. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərar qəbul edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

89. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(102)-88/2023 nömrəli qərarı ilə (hakimlər B.M.Məmmədli (sədrlik edən və məruzəçi), B.F.Qəribov və A.Ə.Abbasovdan ibarət tərkibdə) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(103)-808/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

89. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-466/2023 nömrəli qətnaməsi ilə (X12 (sədrlik edən və məruzəçi), X13 və X7 ibarət tərkibdə) iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin olunmaması, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 285/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

89. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(102)-46/2024 nömrəli qərarı ilə (hakim Dadaşov İlqar Ağababaş oğlunun məruzəsi ilə, hakimlər X20 və X14 ibarət tərkibdə) Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-466/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

Proses iştirakçılarının izahatları

90. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin və cavabdehin apellyasiya şikayətinə qarşı verilmiş etirazın məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdilər.

91. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil3 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin və iddiaçının apellyasiya şikayətinə qarşı verilmiş etirazın məzmununa uyğun olaraq izahat verdi və şikayətin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.

Tətbiq edilən hüquq

92. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 160. Əgər sahib əşyanı məhdud əşya və ya şəxsi sahiblik hüququnun həyata keçirilməsi üçün kiməsə vermişsə, onların hər ikisi sahibdirlər. Onlardan birincisi vasitəli, ikincisi isə vasitəsiz sahibdir. Maddə 161. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Maddə 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldə çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir.

93. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir: 2.0.7. hüquqi şəxslərin dövlət qeydiyyatı - Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir; ... Maddə 4.1. Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

94. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 12. Hüquqi şəxsin təsis edildiyi ölkənin hüququ onun istinad etdiyi qanun hesab olunur. Maddə 13.1. Hüquqi şəxsin hüquq qabiliyyəti onun istinad etdiyi qanunla müəyyən olunur. Bu qayda hüquqi şəxsin nümayəndəliyinə və filialına da şamil edilir.

95. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən cədvələ əsasən xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və filialları daxil olmaqla kommersiya hüquqi şəxsləri kommersiya mübahisəsinin subyektlərinin dairəsinə daxil edilmişdir.

96. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

97. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

98. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.

99. Hazırki işdə iddia qismən təmin olunduğundan və iddiaçının apellyasiya şikayətində qətnamə iddianın təmin olunmayan hissəsində, cavabdehlərin apellyasiya şikayətində isə qətnamə iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

120. İşi yeni apellyasiya baxışına göndərən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı cavabdehin ərazisinə hər hansı boruları gətirmək və ya orada saxlamaq barədə aralarında bağlanmış müqaviləyə və ya digər sənədə istinad etməmiş, iş materiallarına əsasən isə boruların aralarında bağlanmış müqavilələrə əsasən əraziyə gətirildiyi və üçüncü şəxsə təhvil verildiyi təsdiq olunur. Belə olduğu təqdirdə, iddiaçının boruların ona məxsus olmasını iddia etməsi əsaslı hesab edilmir və habelə iddiaçı hansı səbəbdən üçüncü şəxsin sifarişi ilə ölkəyə gətirdiyi boruları sonuncuya satmaması, satıldığı təqdirdə ödənişi ala bilmədiyini və ya satmamışdırsa uzun müddət boruları cavabdehin sahəsində hansı əsaslarla saxlanılmasını əsaslandırmamışdır.

121. Qeyd edilənlər isə iş üzrə faktiki halların araşdırılmasını tələb etdiyindən, iş üzrə sübutların düzgün qiymətləndirilməsi və işin ədalətli həllinin şübhə altına alınmaması üçün həmin halları da apellyasiya məhkəməsi qiymətləndirməli və işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Məhkəmə işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini aydın göstərməlidir.

122. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

123. Belə ki, işdə olan sənədlərlə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2018-ci il ərzində ümumi uzunluğu 50.000 metr olan, diametri 73 mm-lik nasos kompressor boruları; uzunluğu 4.000 metr olan, diametri 60 mm-lik nasos kompressor boruları və uzunluğu 4.200 metr olan, diametri 73 mm-lik qazma boruları Azərbaycan Respublikasına gətirilərək iddiaçının adına gömrük rəsmiləşdirilməsindən keçirilmişdir. Daha sonra 2018-2019-cu illər ərzində iddiaçı tərəfindən üçüncü şəxsə ümumi uzunluğu 28.409 metr olan, diametri 73 mm-lik nasos kompressor boruları, uzunluğu 1.426 metr olan, diametri 60 mm-lik nasos kompressor boruları satılmışdır. Qalan uzunluğu 21.591 metr (50.000 metr-28.409 metr) olan, diametri 73 mm-lik nasos kompressor boruları; uzunluğu 2.574 metr (4000 metr1426 metr) olan, diametri 60 mm-lik nasos kompressor boruları və uzunluğu 4.200 metr olan, diametri 73 mm-lik qazma boruları hazırda da iddiaçının balansındadır.

124. Məhkəmə kollegiyası ilkin olaraq iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçının qaytarılmasını tələb etdiyi 2.862 metr uzunluğunda diametri 73 mm-lik nasos kompressor boruları (iş materialları ilə həmin ölçüdə 21.591 metr uzunluqda nasos kompressor borularının iddiaçıya məxsus olması təsdiq edildiyi halda, iddiaçı həmin ölçüdə 24.453 metr nasos kompressor borularının hazırda ona məxsus olmasını iddia edir) AOOC029/2019 alqı-satqı müqaviləsi və 2019-cu il 25 dekabr tarixli EBAE seriyalı, 377766 nömrəli elektron qaimə əsasında iddiaçı tərəfindən üçüncü şəxsə satılmışdır.

120. Borular gətirildikdən sonra 2018 və 2019-cu illər ərzində İddiaçı Şirkəti tərəfindən 26973 m hissəsi “X28 Company” Şirkətinə satılmışdır. Həmin satılmış borular (26973m) üçün hər iki tərəfdən imzalanmış müqavilələr və elekton qaimələr elektron məhkəmə sisteminə yüklənmişdir. Lakin məhkəmə 2.862 metr uzunluğunda diametri 73 mmlik nasos kompressor boruların da satılmasını müəyyən etmişdir. Əsas kimi məhkəmə AOOC029/2019 alqı-satqı müqaviləsi və 2019-cu il 25 dekabr tarixli EBAE seriyalı, 377766 nömrəli elektron qaiməyə istinad etmişdir.

121. 2019-cu il 25 dekabr tarixli EBAE seriyalı, 377766 nömrəli elektron qaimədən görünür ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən “X28 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialına 109.385,64 manat dəyərində təqdim edilmiş 2.862 metr uzunluğunda olan 2-7/8" 6.5 PPF N80, EUE R2 boruya görə elektron qaimə tərtib edilərək elektron sistem vasitəsi ilə göndərilmişdir.

122. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının əldən çıxmış faydaya görə hesablanmış 650.000 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması tələbini təmin etməməkdə haqlı olmuşdur.

123. Belə ki, iddiaçı hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir.

124. Bununla bağlı kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus boruların üzərinə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-22(113)-483/2021-ci il tarixli qərardadı ilə həbs qoyulmuş, eyni zamanda həmin borular girov predmeti olmuş və yalnız "xxxx" ASC tərəfindən cavabdehə ünvanlanan xx.xx.2021-ci il tarixli məktuba əsasən yerləşdiyi ərazidən çıxarılması barədə qadağa aradan qaldırılmışdır. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə hazırki iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Belə olan təqdirdə iddiaçının hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyi inandırıcı deyil.

125. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir:

126. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyə əsasən hər bir hüquqi şəxsin mülkiyyətində ayrıca əmlakı vardır və o, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir. Hüquqi şəxs öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə edir və həyata keçirir,eyni zamanda vəzifələr daşıyır. İki ayrı hüquqi şəxslərin direktorunun və ya təsisçisinin eyni şəxs olması bir hüquqi şəxsin digərinin öhdəlikləri üçün cavabdehlik daşıması anlamına gəlməməlidir.

127. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən mübahisəli boruların iddiaçı ilə əlaqəsi olmayan ərazidə uzun müddət istifadə edilmədiyi, cavabdehin üçüncü şəxsə qarşı pul tələbinə dair iddiası təmin edildikdən sonra iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etdiyini, bununla da üçüncü şəxs qətnamənin icrasından yayınmaq məqsədi güddüyünü bildirsə də, işdən görünür ki, cavabdeh ilə üçüncü şəxs arasında olan mübahisəyə dair Bakı Kommersiya Məhkəməsi tərəfindən qətnamə xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Qeyd edilən borular isə girov predmeti olduğundan xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçı tərəfindən cavabdehə məxsus ərazidən çıxarıla bilməzdi. Həmin tarixdən sonra iddiaçı tərəfindən borulanın ərazidən çıxarılması cavabdehin hərəkətləri nəticəsində mümkün olmamış və buna görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

128. Borular 2017-ci il dekabr və 2018-ci il fevral və mart aylarında X11 əsasən, Muradxanlı-29/02 nömrəli X5 X15, və o cümlədən, MCZİ840007 nömrəli Sıfır faiz (0 %) dərəcəsi ilə ƏDV-nə cəlb olunma haqqında Sertifikata (Şəhadətnamə) uyğun olaraq İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının adına idxal edilərək İddiaçı Şirkətinin müştərisi “X28 Company” Şirkətinin əvvəlki saziş ərazisi olan Muradxanlı sahəsində (indiki “Azneft” İB-nin Ə.C.Əmirov adına NQÇİ-nin Muradxanlı neft və qaz çıxarma sahəsi) yerləşdirilmişdir. Buna səbəb isə İddiaçı Şirkətinin öz bazasının olmamasıdır.

129. Borular 24 maşınla gətirilmiş və buna görədə ümumi 24 ədəd X21 (deklorasiya) yaranmışdır. Gətirilmiş borulardan 50000m 2-7/8" 6.5 PPF N-80, EUE, R2 ölçüdə, 4000m 2 3/8” 4.7PPF, N-80, EUE, R2 ölçüdə, 4200m 73mm-lik qazma boruları olmuşdur. Ümumilikdə 58200m (50000m+4000m+4200m) boru İddiaçı Şirkətinin adına idxal olunmuşdur.

130. Mübahisələndirilən boruların İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus olması həmin boruların 2019-cu ildən indiki dövrə qədər illik Mənfəət Vergisi və Əmlak Vergisi bəyənnamələrində əks olunması ilə təsdiqlənir. Gömrük Bəyannamələrində də idxalçı olaraq İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı flialı göstərilmişdir.

131. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi xx.xx.2022-ci il tarixli, 10/455 nömrəli ekspertiza rəyində qeyd olunmuşdur ki, 15 mart 2022-ci ildə “Azneft” İB-nin və İddiaçı Şirkətinin nümayəndələri tərəfindən “Azneft” İB- nin Muradxanlı sahəsində, idarənin həyətində borulara baxış zamanı keçirilmişdir. Ekspertiza rəyində qeyd edilən rəqəmlər ilə iddia ərizəsində qeyd edilən rəqəmlər və bütün məlumatlar üst üstə düşür.

132. 2020-ci ildən məhkəmə işi başlayana qədər İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının direktor müavini Nümayəndə2 tərəfindən həm "xxxx" ASC işçiləri ilə birlikdə həmdə ayrıca hər həftə adı çəkilən boruların yerləşdiyi əraziyə (AZNEFT” İstehsalat Birliyinin Ə.C.Əmirov adma NQÇİT-nin 4 saylı Muradxanlı neft və qazçıxarma sahəsi) baxış keçirilmiş və boruların oğurlanmasının qarşısının alınması üçün hər bir boru Nümayəndə2 tərəfindən ayrı ayrılıqda rənglənmişdir. Borular rəngləndikdən sonra isə həmin boruların şəkilləri və videoları çəkilmişdir. Çəkilmiş video material sübüt kimi elekton daşıyıcı (flash disk) vasitəsi ilə Bakı Kommersiya Məhkəmıəsinin hakimi Leyla Əliyevaya təqdim edilmiş və o cümlədən şəkillər elektron məhkəmə sisteminə yerləşdirilmişdir. Bu isə bir daha sübut edir ki, borular İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialına məxsusdur.

133. O da qeyd edilməlidir ki, cavabdeh mübahisəli boruların iddiaçıya deyil, üçüncü şəxsə məxsus olduğunu bildirsə də, üçüncü şəxs tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli AOOC 03/21 nömrəli məktubu da cavabdehin Ə.C.Əmirov adına NQÇİ-nin Muradxanlı sahəsində üçüncü şəxsin balansında olan hər hansı NKB-lərin olmaması qeyd edilmişdir.

134. İş materiallarına iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2017-ci il tarixli sifariş müqaviləsinə xitam verilməsinə dair xx.xx.2020-ci il tarixli sazişdən görünür ki, İcraçı və Sifarişçi arasında imzalanmış AOOC-ZD 001/17 saylı, 16 Oktyabr 2017-ci il tarixli Sifariş Müqaviləsinə xitam verilmiş, AOOC-ZD 001/17 saylı, 16 Oktyabr 2017-ci il tarixli Müqavilə üzrə sifariş edilmiş ümumi uzunluğu 31227m olan aşağıdakı boruların alışından Sifarişçi tərəfindən imtina edilmişdir: Ümumi uzunluğu 24453 metr olan 2-7/8" 6.5 PPF N-80, EUE R2 tipli Nasos Kompressor boruları, Ümumi uzunluğu 2574m olan 2 3/8” 4.7PPF, N-80, EUE, R2 tipli Nasos Kompressor boruları, Ümumi uzunluğu 4200m olan 73mm düym Qazma boruları.

135. Göründüyü kimi iddia olunan borular üçüncü şəxs tərəfindən ödənilmədiyindən iddiaçı və üçüncü şəxs xx.xx.2017-ci il tarixli sifariş müqaviləsinə xitam vermişlər. Bu isə o deməkdir ki, həmin borular iddiaçının mülkiyyətindədir. İş materialları ilə təsdiq olunur ki, həmin borular cavabdehin qanunsuz sahibliyindədir. Cavabdehin boruları özündə saxlamağı və iddiaçıya verməməsinə heç bir hüquqi əsas mövcud deyildir. Odur ki, iddiaçının həmin boruları özgənin qanunsuz sahibliyindən geri tələb etməsi əsaslı və qanuni olmuşdur.

136. Bundan başqa, “SOCAR” və “X28 Company” Şirkəti arasında bağlanmış və Socar, Socar Upstream, Azneft İB, X28 Company Şirkətinin əməkdaşlarıda daxil olmaqla 40 nəfərə yaxın adam təhvil təslim aktına (xx.xx.2020-ci il) qol çəkərək hansı boruların “X28 Company” şirkətinə məxsus olduğunu təsdiq etmişlər. Həmin cavabdeh ilə üçüncü şəxs arasında xx.xx.2020-ci il tarixdə bir sıra əmlakların təhvil verilməsi barədə təhvil-təslim aktı bağlanarkən mübahisəli borular cavabdehə məxsus ərazidə yerləşsə də, onlar həmin akta daxil edilməmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh həmin boruların üçüncü şəxsə məxsus olmaması barədə məlumatlı olmuş, əks təqdirdə üçüncü şəxsin ona olan borcunun əvəzi olaraq həmin boruların qeyd olunan akta daxil edilməsini tələb edərdi.

137. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

138. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-285/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar