Məhkəmə qərarları › İş №2-2(103)-549/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-549/2024

26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-549/2024 26.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı kommersiya mübahisəsi Açar söz: icarə, kompensasiya, əldən çıxmış fayda Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-yə qarşı icarə sahəsinin boşaldılması, icarə haqqı borcunun və əldən çıxmış faydanın tutulması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-256/2024 nömrəli qətnaməsindən hər iki tərəfin apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə “X7” ASC arasında 25 yanvar 2017-ci il tarixli icarə müqavilə bağlanmış, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Vəzirovküçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsini (Azadlıq prospekti 124) icarəçinin istifadəsinə verilmişdir.

2. İddiaçı və Cavabdeh ASC arasında bağlanmış 14 aprel 2020-ci il tarixli razılaşmaya əsasən xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə dəyişiklik edilmiş, xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin 1-ci bəndinə dəyişiklik edilərək icarə predmeti Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Vəzirov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsini və həmin qeyri-yaşayış sahəsinin zirzəmisində yerləşən 155,8 kv.m sahə müəyyən edilmiş, icarə haqqı bütün vergilər də daxil olmaqla hər ay 8280 manat müəyyən edilmişdir. Razılaşmanın 8.10-cu bəndinə əsasən tərəflər razılaşırlar ki, ödəniləcək aylıqicarə haqqı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-2803/2016 nömrəli qətnaməsinin icrası üçün İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 14 aprel 2020ci il tarixli razılaşmaya əsasən Cavabdeh ASC-yə yönəldilir.

3. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 31 may 2020-ci il tarixli **********077 nömrəli məktubdan görünür ki, Cavabdeh ASC ilə iddiaçı arasında bağlanan 25 yanvar 2017-ci il tarixli icarə müqaviləsinə və həmin icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında 14 aprel 2020-ci il tarixli razılaşmaya 01 iyun 2020-ci il tarixindən etibarən tərəflərindən xitam veriləcək.

4. "xxxx" MMC tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli 02 nömrəli təklifdən görünür ki, iddiaçının mülkiyyətində olan Nəsimi rayonu, Azadlıq prospekti və Nəcəfbəy Vəzirov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin 1-ci və zirzəmi hissəsini götürülmüş reklamdan 450 m2 sahəsini ƏDV daxil 9500-10000 manat sığorta şirkəti, bank, o cümlədən internet telekommunikasiya, şəbəkə provayderi üçün icarəyə götürülməsini təklif edir.

5. "xxxx" MMC tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli 05 nömrəli təklifdən görünür ki, mülkiyyətində olan Nəsimi rayonu, Azadlıq prospekti və Nəcəfbəy Vəzirov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin 1-ci və zirzəmi hissəsini götürülmüş reklamdan 450 m2 sahəsini ƏDV daxil 10500 manat məbləğinə qeyri- bank təşkilatın icarəyə götürülməsini təklif edir.

6. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 124 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin zirzəmisindən Əmanətlərin Sığortalanması Fonduna məxsus 1ədəd “Avanqard UPS” firmasının istehsalı olan “UPS cihazı” (Bar kod: 0********) və 87 ədəd metal depozit yeşikləri (saxlancı, seyfi) (Bar kod: 070000***-*******19) Əmanətlərin Sığortalanması Fondu tərəfindən götürülmüş, zirzəminin bunker otağı, depozit otağı və server otağı qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə təhvil verilmiş, bunker otağının və depozit otağının iki ədəd metal seyf qapıları götürülməmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizələr verərək icarə haqqı ödənilməməsinə görə ona vurulmuş maddi ziyana görə kompensasiya olaraq 356.040 manat pulun (2020-ci ilin iyun ayından 2024-cü ilin fevral ayınadək olan aylar üçün), 80.000 manat məbləğində əldən çıxmış faydanın və qətnamə icra edildiyi gün 2020-ci ilin iyun ayının 1-dən illər üzrə ödənilməsi gecikdirilmiş məbləğin 5 faizinin və 400 manat məbləğində mediasiya xərcinin və 326 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC ilə aralarında bağlanmış 14 aprel 2020-ci il tarixli xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə dəyişiklik edilərək 1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir: Bu müqaviləyə görə icarə verən Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə N. Vəzirov küçəsinin kəşişməsində yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsini və həmin qeyri-yaşayış sahəsinin zirzəmisində yerləşən 155,8 kv.m sahəni icarəçinin istifadəsinə verməyi, icarəçi isə həmin icarə obyektini istifadəsinə qəbul edib, əvəzində icarəyə verənə bu müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə icarə haqqını ödəməyi öhdəsinə götürür. 2. xx.xx.2017-ci il tarixli icarə müqaviləsinin 3.1-ci bəndi aşağıdakı redaksiyada verilsin: 3.1. Bu müqavilə üzrə icarəçi icarə obyektindən istifadəyə görə icarəyə verənə ödəniləcəkbütün vergilər də daxil olmaqla, hər ay 8.280 manat icarə haqqı ödəyir. 3. xx.xx.2017-ci il tarixli İcarə müqaviləsinə 8.10 bəndi əlavə edilsin: 8.10 Tərəflər razılaşırlar ki, ödəniləcək aylıq icarə haqqı Bakı Apellyasiya Məhkaməsinin xx.xx.2016-ci il tarixli, 2(103)-2803/2016 nömrəli qətnaməsinin icrası üçün İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 14 aprel 2020-ci il tarixli razılaşmaya əsasən Cavabdeh ASC-yə ödənilməsinə yönəldilir. Bundan sonra Cavabdeh ASC Bakı Apellyasiya Məhkaməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli, 2-3(103)- 129/2020 saylı qərarı ilə müflis elanedilmiş və banka X6 ləğvedici təyin edilmişdir. Daha sonraX2 31 may 2020-ci il tarixli, 200/200601077 saylı məktubu göndərmişdir. Həmin məktubda qeyd edilmişdir ki: Cavabdeh ASC BakıApellyasiya Məhkaməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli, 2-3(103)- 129/2020 saylı qərarı ilə müflis elan edilmiş və banka X6 ləğvedici təyin edilmişdir; Yuxarıda qeyd olunanlara əsasən Cavabdeh ASC ilə aranızda bağlanmış xx.xx.2017-ci il tarixli İcarə müqaviləsinə və həmin icarə müqaviləsinə dəyişiklikedilməsi haqqında 14 aprel 2020-ci il tarixli Razılaşmaya 01 iyun 2020-ci il tarixdən tərəfimizdən xitam veriləcəkdir; Nəzərə almağınız xahiş olunur. Cavabdeh ASC ilə aralarında bağlanmış 14 aprel 2020-ci il tarixli xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında razılaşmaya əsasən. xx.xx.2017-ci il tarixli icarə müqaviləsinə 8.10 bəndi əlavə edilmişdir. 8.10 - Tərəflər razılaşırlar ki, ödəniləcək aylıq icarə haqqı Bakı Apellyasiya Məhkaməsinin xx.xx.2016-ci il tarixli, 2(103)-2803/2016 nömrəli qətnaməsinin icrası üçün İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış 14 aprel 2020-ci il tarixli razılaşmaya əsasən Cavabdeh ASC-yə ödənilməsinə yönəldilir. Aylıq icarə haqqını ödəməmək, yəni Cavabdeh ASC-nin üzərinə götürdüyü öhdəliklərdən birdəfəlik azad olmaq üçün X2 məktub göndərərək Razılaşmaya xitam verildiyini bildirmişdir. İlk olaraq bildirmək istəyir ki, X3 məhkəmə qətnaməsi olmadan ləğvedicisi təyin olunduğu Cavabdeh ASC-nin üzərinə götürdüyü öhdəliklərə birtərəfli qaydada xitam verməsi qanunsuzdur. Bundan əlavə bildirmək istəyir ki, mən obyektini cavabdehə görə icarəyəverə bilmir. Belə ki, Cavabdeh ASC obyektin zirzəmisini depozit otağını bağlamaqla və obyektin 1-ci mərtəbəsi isə öz əşyaları ilə zəbt etmişdir. Bu barədə Cavabdeh ASC-ni və X4 nə qədər xəbərdar etsə də, bu problem hələ də aradan qaldırılmamışdır. Nəticə etibarilə, X3 təqsirli hərəkətləri nəticəsində obyektini icarəyə verə bilmədiyinə görə icarə haqqından və əldə edəcəyi faydadan məhrum olmuşdur. Bu səbəbdən cavabdeh X1 273.240 manat məbləğində icarə haqqını (aylıq 8280 manat olmaqla), 60.000 manat məbləğində əldən çıxmış faydanı və qətnamə icra edildiyi gün 2020-ci iyin iyun ayının 1-dən illər üzrə ödənilməsi gecikdirilmiş məbləğin 5 faizini iddia və tələb edir.

9. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-256/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Əmanətlərin Sığortalanması Fondu əsl cavabdeh LPO Cavabdeh ASC (bundan sonra – cavabdeh) ilə əvəz edilmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-256/2024 nömrəli qətnaməsi (hakim Ülkər Həsənova) ilə iddia qismən təmin edilərək, Cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-dən 356040 manat məbləğində pul, ödənilmiş 400 manat dövlət rüsumu, ümumilikdə 356440 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Vəzirov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin birinci mərtəbəsi və həmin qeyri-yaşayış sahəsinin zirzəmisində yerləşən 155,8 kv.metr sahənin boşaldılaraq İddiaçı təhvil verilməsi öhdəliyinin cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-yə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə işin mübahisəsiz halları kimi müəyyən etmişdir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə müqavilə, həmin müqaviləyə əlavələr imzalanmış, icarə müqaviləsi cavabdeh (icarəçi) tərəfindən xx.xx.2020-ci il tarixdə birtərəfli qaydada ləğv edilmiş, həmintarixdən iddiaçıya hər hansı vəsait ödənilməmişdir. Cavabdeh iddia ərizəsinə bu hissədə etiraz edərək, icarə sahəsinin iddiaçıya geri təhvil verildiyini, bank müflis elan edildiyi üçün faktiki olaraq həmin sahədən istifadə edilmədiyini bildirir.

12. Məhkəmə cavabdehin həmin dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həmin sahədə olan və cavabdehə məxsus əşyaların bir qismi yalnız həmin tarixdə qeyri-yaşayış sahəsindən çıxarılmışdır. Bundan əlavə, həmin qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində, həm də zirzəmisində cavabdehə məxsus əşyaların tam şəkildə boşaldılmadığını tərəflərin nümayəndələri dəməhkəmə iclasında təsdiq etmişlər. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən iddiaçıya məxsus qeyriyaşayış sahəsi Nəsimi Rayon Mühafizə İdarəsi ilə cavabdeh arasında olan müqavilə əsasında Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən mühafizə edilir.

13. Bundan əlavə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4167/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddiaçının müvəqqəti təminat tədbiri barədə ərizəsi təmin edilmiş, icarə sahəsinə cavabdehin giriş-çıxışına qadağa qoyulmuşdur. Həmin qərardaddan cavabdeh tərəfindən şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-8342/2020 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4167/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilərək iddiaçının ərizəsi təmin edilməmişdir.

14. İcarə sahəsinin müqaviləyə birtərəfli xitam verildikdən sonra geri təhvil verildiyi halda, cavabdehin sahəyə giriş-çıxışına qoyulmuş qadağa ilə bağlı müvəqqəti təminat tədbiri barədə qərardaddan hansı səbəbdən şikayət verilməsini cavabdehin nümayəndəsi ağlabatan şəkildə izah edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməli, icarə sahəsi boşaldılaraq iddiaçıya geri təhvil verilməlidir.

15. Məhkəmə iddia tələbini ikinci hissədə də əsaslı hesab edərək qeyd etmişdir ki, iddia ərizəsindən görünür ki, iddiaçı 2020-ci ilin 1 iyun tarixindən 2024-cü ilinfevral ayına qədər kompensasiya olaraq 43 aylıq müddət üçün 356.040 manat vəsait tələb edir. Məhkəmə hesab edir ki, icarə müqaviləsinə xitam verildikdən sonra qeyri-yaşayış sahəsi iddiaçıya geri qaytarılmadığından iddia həmin hissədə təmin edilməli, cavabdehdən 356040 manat məbləğində pul (aylıq icarə haqqı 8280 manat * 43 ay) tutularaq iddiaçıya ödənilməlidir.

16. Məhkəmə iddia tələbini 80000 manat əldən çıxmış faydanın ödənilməsi hisəsində əsassız hesab edərək qeyd etmişdir ki, hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir.

17. İddiaçı iddia tələbində cavabdehdən hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırkı tələb qeyri-müəyyən olduğundan, tələb edilən məbləğin əsaslı olub-olmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır. Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. İddiaçı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-256/2024 nömrəli qətnaməsinin qismən iddianın rədd edildiyi hissədə ləğv edilərək həmin hissədə təmin edilməsini xahiş etmişdir.

19. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hesab edirik ki, məhkəmə tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, iş üzrə sübutlara hüquqi qiymət verilməmişdir. Lakin cavabdehin ona borcu olmasına baxmayaraq onun əmlakların üzərinə həbs qoyulması barədə verilmiş ərizə birinci instansiya məhkəməsi tərəfindən rədd edilmişdir. Halbuki məhkəmə sübutlara hərtərəfli, tam, obyektiv baxaraq həqiqəti müəyyən etməlidir. Əgər əsas məbləğ, yəni 356040 manat tanınırsa ona münasibətdə illik 5%-də hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Eyni zamanda, qanunvericiliyin tələblərinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (realzərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Ona çatacaq puləldən çıxmasaydı, iddiaçı müəyyən işlərində həmin əldən çıxmış faydadan istifadə edəcəkdir.

20. Cavabdehin apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-256/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

21. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi iddia tələbini təmin edərkən icarə müqaviləsinə xitam verilməsi əsaslarını tənzimləyən Mülki Məcəllənin müvafiq müddəalarını nəzərə almamışdır ki, bu da son nəticədə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Mülki Məcəllənin 700-cü maddəsinin birinci bəndi hüquqi təbiətinə görə icarə müqaviləsini əmlak kirayə müqaviləsinin bir növü kimi təsbit edir. Əmlak kirayə müqaviləsi üzrə tərəflər arasında mövcud münasibətləri tənzimləyən Mülki Məcəllənin 689.1-ci maddəsində qeyd olunur ki, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Həmin maddənin 2-ci bəndində isə qeyd olunur ki, əgər kirayə müqaviləsində müddət müəyyənləşdirilməyibsə, kirayə hüquq münasibətlərinin istənilən iştirakçısı bu Məcəllənin 690-cı maddəsinin göstərişlərinə uyğun olaraq müqavilənin ləğvinə dair bildiriş verə bilər. Maraqlıdır ki, elə tərəflər arasında bağlanmış 25 yanvar 2017-ci il tarixli icarə müqaviləsinin 4.5-ci bəndində də müqaviləyə xitam verilməsi əsaslarında həmin hal qeyd olunmuşdur. Həmin maddədə qeyd olunur ki, icarəçi icarəyə verənə 30 (otuz) təqvim günü əvvəlcədən yazılı xəbərdarlıq verməklə bu müqaviləyə birtərəfli qaydada xitam verə bilər. Məhz tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.5-ci maddəsinə müvafiq olaraq, Əmanətlərin Sığortalanması Fondu 31 may 2020-ci il tarixli, **********077 nömrəli bildirişlə icarəyə verən İddiaçı xəbərdar etmiş və Cavabdeh ASC ilə iddiaçıarasında bağlanmış 25 yanvar 2017-ci il tarixli icarə müqaviləsinə və həmin icarə müqaviləsinə dəyişiklik edilməsi haqqında 14 aprel 2020-ci il tarixli razılaşmaya 01 iyun 2020-ci il tarixindən etibarən xitam veriləcəyi barədə məlumat vermişdir. Deməli 01 iyun 2020-ci il tarixdən etibarən tərəflər arasında icarə münasibətləri mövcud olmamışdır və olması da mümkün deyildi. Çünki CavabdehASC-nin X5 xx.xx.2017-ci il tarixli, 04 №-li protokoluna əsasən, “X7 (CDB)” ASC-nin Cavabdeh ASC-yə qoşulması şəklində Cavabdeh ASC-nin yenidən təşkil edilməsi, “CaspianDevelopment Bank (CDB)”ASC-nin fəaliyyətinə xitam verilməklə hüquq və vəzifələrinin (aktiv və öhdəliklərinin) yenidən təşkil olunan Cavabdeh ASC-yə ötürülməsi qərara alınmışdır. Bundan sonra sözügedən icarə obyektində Cavabdeh ASCnin “Dostluq” filialı fəaliyyət göstərmiş və Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3(103)-129/2020 nömrəli Qərarı ilə Cavabdeh ASC müflis elan edilərək, bankın ləğv prosesinə başlanılmışdır. Müflis elan edilmiş bankın isə təyinatı üzrə müştərilərə bank xidmətləri göstərməsi qeyri-mümkündür. Deməli xitam verildiyi tarixdən sonrakı dövr üçün icarə haqqının tələb edilməsi əsassızdır və məhkəmə bu hissədə düzgün nəticəyə gəlməmişdir. İddia ərizəsinə diqqət yetirsək görərik ki, İddiaçı cavabdehdən 2020-ci ilin iyun ayından 2024- cü ilin fevral ayına (43 aylıq) qədər olan icarə haqqını – 356.040 manat pul məbləğini tələb edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 25 yanvar 2017-ci il tarixli icarə müqaviləsinin 1-ci maddəsinə əsasən icarə obyekti olan, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 124 ünvanında, Azadlıq prospekti ilə Nəcəf bəy Vəzirov küçəsində yerləşənqeyri-yaşayış sahəsini bütövlükdə “X7 (CDB)” ASC-yə icarəyə vermişdir. Yəni bank aylıq 8280 manat icarə haqqını bütün binadan istifadə üçün ödəmişdir. Lakin iş materiallarında daha bir icarə müqaviləsi mövcuddur. Bu İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 19 iyun 2020-ci il tarixli icarə müqaviləsidir ki, həmin müqavilədən də hazırki icarə obyektinin 2, 3, 4 və 5-ci mərtəbələrinin "xxxx" ASC-yə icarəyə verildiyi aydın olur. Nəticə etibarilə cavabdeh Əmanətlərin Sığortalanması Fondu xx.xx.2024-cü il tarixdə icarə obyektini təhvil verdikdən heç bir ay keçməmiş həmin binanın 4 mərtəbəsini digər bir hüquqi şəxsə aylıq icarə haqqı 8000 manat olmaqla icarəyə vermişdir. Sözügedən müqavilə hələ də qüvvədədir və indiyə qədər "xxxx" ASC həmin qeyri-yaşayış obyektinin 2, 3, 4 və 5-ci mərtəbələrindən istifadə etməklə İddiaçı aylıq icarə haqqı ödəyir. Bundan başqa, iş materiallarından görünür ki, qeyri-yaşayış obyektinin 1-ci mərtəbəsinin açarları elə iddiaçının özündə olmuş və oraya iddiaçının sərbəst giriş çıxışına heç bir məhdudiyyət qoyulmamışdır. Bir halda ki, icarə obyektinin 4 mərtəbəsi digər bir şirkətdə icarədədir, onda həmin mərtəbələrə görə əvvəlki icarəçidən icarə haqqı tələb etmək tamamilə əsassızdır. 25 yanvar 2017-ci il tarixli icarə müqaviləsinin 2.1.6-cı maddəsinə əsasən, icarəyə verən icarə obyekti ilə bağlı üçüncü şəxslərin heç bir hüquq və iddialarının olmamasına və icarə obyektinin hüquqi sənədlərinin qanunvericiliyə uyğun olmasına təminat verir. Müqavilədəki həmin maddənin hüquqi əsasını da Mülki Məcəllənin 676.0.3-cü maddəsi təşkil edir. Məhkəmə bu fakta diqqət yetirməmişdir. Mülki prosesdə sübutmə vəzifəsi halın mövcudluğuna istinad edən tərəfin üzərindədir. Yəni hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırda Bakı Kommersiya Məhkəməsi Nəsimi Rayon Mühafizə İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli akta istinad edərək qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli akta əsasən iddiaçıya məxsus qeyri-yaşayış sahəsi Nəsimi Rayon Mühafizə İdarəsi ilə cavabdeh arasında olan müqavilə əsasında Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən mühafizə edilir. Məhkəmə bu halı faktiki davam edən icarə münasibətlərinin mövcudluğunu əsaslandırmaq üçün istifadə etsə də, yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə araşdırmasının gedişində dəfələrlə qeyd etmişik ki, qeyri-yaşayış sahəsinin mühafizəsi üçün Nəsimi Rayon Mühafizə İdarəsinə LPOCavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən sonuncu dəfə 02 iyul 2020-ci il tarixdə ödəniş edilmişdir. Həmin ödəniş də əvvəlki aylar üçün hesablanmış xidmət haqqıdır. Həmin tarixdən sonra Mühafizə İdarəsinə tərəfimizdən ümumiyyətlə ödəniş edilməmişdir ki, bu da təbiidir. Çünki artıq həmin dövrdən sonra LPO Cavabdeh ASC qeyri-yaşayış sahəsinin mülkiyyətçisi ilə icarə münasibətlərində olmamışdır. Sonrakı ödənişlər "xxxx" A S C - yə aiddir. İddiaçı Mühafizə İdarəsinə sonradan tərəfimizdən hər hansı ödənişin edilməsi ilə bağlı heç bir sübut təqdim edə bilmir. Halbuki həmin halı sübut etmək iddiaçının vəzifəsidir. Aktla bağı isə onu bildirilir ki, Nəsimi Rayon Mühafizə İdarəsi texniki olaraq yanlışlığa yol vermiş, mühafizə xidmətinin göstərilməsi ilə bağlı müqaviləyə yeni icarədarın adını daxil etməmiş, yəni texniki düzəliş aparmamışdır. Bu da o səbəbdən baş vermişdir ki, İddiaçı icarədar "xxxx" ASC ilə bağladığı yeni icarə müqaviləsini Nəsimi Rayon Mühafizə İdarəsinə təqdim etməmişdir. Qətnamədə qeyd edildiyi kimi, xx.xx.2024-cü il tarixdə Mühafizə Xidmətinin əməkdaşı məhz ona görə qeyd edilən aktın LPO Cavabdeh ASC-nin əməkdaşı tərəfindən imzalanmasını istəmişdir ki, müqavilədə əvvəlki icarədar kimi hələ də Cavabdeh ASC göstərilmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. İddiaçı məhkəmə iclaslarında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

23. Cavabdeh LPO Cavabdeh ASC məhkəmə iclaslarında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

24. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 700.1-ci maddə- icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddə- əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 697.1-ci maddə- kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. 705-ci maddə- əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmişillik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. 445.7-ci maddə-(tərəflər arasında hüquq münasibəti yaranan zaman qüvvədə olan redaksiya) bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 21.1-ci maddə-zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddə-zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

25. Qətnamə həm iddianın təmin edildiyi, həm də rədd edildiyi hissələrdə mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

26. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, cavabdeh LPO Cavabdeh ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-256/2024 nömrəli qətnaməsi qismən ləğv edilməli, iddia cavabdeh LPO Cavabdeh ASC-dən İddiaçı xeyrinə 16.560 manat pul tutulması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

27. İşin məhkəmə tərəfindən sübutlar əsasında müəyyən edilmiş hallarından görünür ki, iddiaçı və Cavabdeh ASC arasında bağlanmış 25 yanvar 2017-ci il tarixli icarə müqaviləsinə dəyişiklik edilməsi barədə 14 aprel 2020-ci il tarixli razılaşmaya əsasən İddiaçı mülkiyyətində olan Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Vəzirov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsi və həmin qeyri-yaşayış sahəsinin zirzəmisində yerləşən 155,8 kv.m sahə aylıq 8280 manat müqabilində Cavabdeh ASC-yə icarəyə verilmişdir. xx.xx.2020-ci il tarixədək icarə haqqı ödənişləri həyata keçirilsə də, həmin tarixdən sonra ödənişlər dayandırılmışdır. Cavabdeh iddiaçıya 31 may 2020-ci il tarixdə məktub göndərərək icarə müqaviləsinə və 14 aprel 2020-ci il tarixli razılaşmaya 01 iyun 2020-ci il tarixindən etibarən xitam veriləcəyini bildirsə də həmin müddətdən sonra sahəni boşaldaraq iddiaçıya təhvil verməmişdir.

28. İcarə müqaviləsinin 4.5-ci bəndində icarəçinin icarəyə verənə 30 təqvim günü əvvəlcədən yazılı xəbərdarlıq verməklə bu müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ nəzərdə tutulmuşdur.

29. Bakı Apellyasiya Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh ASC müflis elan edilmiş, bankın ləğv prosesi başlamış, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir.

30. Əsli iş materiallarının 2-ci cildinin 45-ci vərəqinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, icarəyə verilmiş qeyri-yaşayış sahəsindən icarəçiyə məxsus əmlaklar həmin tarixdə ləğvedici Əmanətlərin Sığortalanması Fondu tərəfindən götürülmüş və qeyri-yaşayış sahəsi mülkiyyətçiyə təhvil verilmişdir.

31. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizədə cavabdeh tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin 2024-cü ilinfevral ayında boşaldılmaqla mülkiyyətçiyə təhvil verildiyinin nəzərə alınmasını, 2020-ci ilin 1 iyun tarixindən həmin tarixədək kompensasiya olaraq 43 aylıq müddət üçün 356.040 manat pulun tutulmasını xahiş etmiş, məhkəmə iddianı bu hissədə təmin etmişdir.

32. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-4167/2020 saylı iddianı təmin etmə tədbiri görülməsi barədə qərardadına əsasən müəyyən edilmişdir ki, İddiaçı ləğvedici Əmanətlərin Sığortalanması Fonduna qarşı vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddiasına baxılarkən həmin iş üzrə iddianı təmin etmə tədbiri görülərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Vəzirov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinə ləğvedici Əmanətlərin Sığortalanması Fondunun əməkdaşlarının giriş-çıxışına qadağa qoyulmuş, qərardad 2 ay qüvvədə olmuş, cavabdehin şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-8342/2020 saylı qərardadı ilə ləğv edilərək iddiaçının ərizəsi təmin edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə bu hissədə razılaşır ki, birinci instansiya məhkəməsi Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-4167/2020 saylı qərardadının qüvvədə olduğu müddətdə cavabdeh icarəyə verilmiş sahədən istifadə etmək imkanından məhrum olduğunu nəzərə alaraq iddiaçının tələbini 2020-ci ilin sentyabr və oktyabr ayları üçün 16.560 manat pulun (8280x2) cavabdehdən tutulması hissəsində rədd etməli idi. Məhkəmə bu halı nəzərə almadığından qətnamə bu hissədə qismən ləğv edilərək iddia 16.560 manat pulun cavabdehdən tutulması hissəsində rədd edilməlidir.

33. İddianın təmin edildiyi qalan hissədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı hesab edilir. Belə ki, cavabdeh xx.xx.2020-ci il tarixdən icarə müqaviləsi ilə bağlı hüquq münasibətlərinə xitam veriləcəyi barədə iddiaçıya bildiriş göndərsə də, icarəyə götürülmüş sahədən öz əmlaklarını götürərək sahəni boş vəziyyətdə icarəyəverənə qaytarmadığından icarəyəverən sahəni başqa şəxsə icarəyə vermək imkanından məhrum olduğundan onun həmin müddət üçün icarəçidən aylıq icarə haqqı məbləğində kompensasiya tutulması MM-nin 705-ci maddəsinin tələbinə uyğundur.

34. Cavabdehin icarəsində olmuş sahənin xx.xx.2020-ci il tarixdən "xxxx" ASC-nin icarəsinə verildiyində dair cavabdehin mülahizələri sübutlarla təsdiq olunmadığı üçün məhkəmə tərəfindən əsassız hesab edilir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı ilə "xxxx" ASC ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə N.Vəzirov küçəsinin kəsişməsində yerləşən qeyri-yaşayış sahəsinin "xxxx" ASC-yə icarəyə verilmiş hissəsi 2, 3, 4, 5-ci mərtəbələr və zirzəmidə yerləşən 11,6 kv.m sahə olmuşdur. Cavabdeh ASC-yə isə 14 aprel 2020-ci il tarixli razılaşmaya əsasən qeyri-yaşayış sahəsinin 1-ci mərtəbəsi və zirzəmidə yerləşən 155,8 kv.m sahə icarəyə verilmişdir. 35.Göründüyü kimi eyni gündə bağlanmış müqavilələrə əsasən icarəyə verilmiş sahələr fərqli olduğundan "xxxx" ASC ilə bağlanmış icarə müqaviləsinin hazıkı mübahisəyə aid sübut olmadığı müəyyən olunur. MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

36. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, icarə sahəsi müqaviləyə birtərəfli xitam verildikdən sonra geri təhvil verilmişdisə, cavabdehin sahəyə giriş-çıxışına qoyulmuş qadağa ilə bağlı iddianı təmin etmə tədbiri barədə qərardaddan cavabdeh tərəfindən hansı səbəbdən şikayət verildiyi anlaşılan deyil. Belə ki, əgər xx.xx.2020-ci il tarixdən sonra cavabdehin həqiqətən icarəyə götürülmüş sahədən istifadəyə marağı qalmamışdısa həmin sahəyə giriş-çıxışa qadağa qoyulması ləğv prosesində olan bankın və ləğvedicinin hər hansı hüququnu poza bilməzdi.

37. Məhkəmə kollegiyası eyni zamanda iddianın rədd edildiyi hissədə qətnaməni qanuni və əsaslı, iddiaçının apellyasiya şikayətini əsassız hesab edir. İddiaçının 80.000 manat məbləğində əldən çıxmış fayda tələbi ilə bağlı məhkəmə qeyd edir ki, icarə obyektinin geri qaytarılmamasına görə MM-nin 705-ci maddəsində nəzərdə tutulmuş kompensasiya icarəyəverənin həmin müddət ərzində əldə edə biləcəyi faydanın əvəzi olaraq müəyyən edildiyindən tutulmuş kompensasiya məbləğindən əlavə əldən çıxmış fayda tələbi əsassızdır.

38. MM-nin 445.7-ci maddəsinə əsasən tələb edilən ilik 5 faiz zərər məbləği ilə bağlı məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, bu hissədə iddianın qiyməti dəqiq göstərilmədiyində və tələb edilən məbləğin konkret hansı dövr üçün (başlanğıc və son tarixi) qeyd edilmədiyindən iddia bu hissədə təmin edilə bilməz.

39. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, cavabdeh LPO Cavabdeh ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-256/2024 nömrəli qətnaməsi qismən ləğv edilməli, iddia cavabdeh LPO Cavabdeh ASC-dən İddiaçı xeyrinə 16.560 manat pul tutulması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh LPO Cavabdeh ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-256/2024 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddia cavabdeh LPO Cavabdeh ASC-dən İddiaçı xeyrinə 16.560 manat pul tutulması hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar