Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-549/2025 09.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" QSC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə iş (Açar sözlər: xidmət müqaviləsi, öhdəliklərin lazımi qaydada icra olunmaması, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi iddiaçı "xxxx" QSC-nin nümayəndələri X3 və X1, Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" QSC-nin (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 19 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Cavabdeh 01 mart 2023-cü il tarixdə iddiaçıya ünvanlandığı müraciətdə ünvanlarına Rusiya Federasiyasından gələn vaqonların "xxxx" ASC-nin dalan yoluna verilməsinə icazə verilməsini xahiş etmiş, bütün dəmir yolu yığımlarının ödənilməsinə zəmanət verildiyini göstərmişdir.
2. İddiaçı tərəfindən tərtib edilmiş 2023-cü ilin aprel ayı üzrə əlavə yığımlar üçün yığım vərəqəsinə əsasən vaqonların QSC-nin stansiyalarında boşdayanması ilə bağlı hesablanmış yığım 456 492,02 manat təşkil edir. Həmin vərəqə cavabdehin nümayəndəsinin imzası və MMC-nin möhürü ilə təsdiq edilmişdir.
3. İddiaçı tərəfindən tərtib edilmiş 2023-cü ilin may ayı üzrə əlavə yığımlar üçün yığım vərəqəsinə əsasən cavabdehə hesablanmış yığım 5359,56 manat təşkil edir. İddiaçı tərəfindən tərtib edilmiş 2023-cü ilin noyabr ayı üzrə əlavə yığımlar üçün yığım vərəqəsinə əsasən cavabdehə hesablanmış yığım 283,20 manat təşkil edir. İddiaçı tərəfindən tərtib edilmiş 2023-cü ilin aprel ayı üzrə əlavə yığımlar üçün yığım vərəqəsinə əsasən cavabdehə hesablanmış yığım 113 223,87 manat təşkil edir. Həmin vərəqə cavabdehin nümayəndəsinin imzası və MMC-nin möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş 2023-cü ilin avqust ayı üzrə əlavə yığımlar üçün yığım vərəqəsinə əsasən vaqonların QSC-nin stansiyalarında boşdayanması ilə bağlı hesablanmış yığım 266 601,92 manat təşkil edir.
4. 18 avqust 2023-cü il tarixli, 89/2 nömrəli hesab fakturaya əsasən cavabdeh tərəfindən iddiaçıya 2189,57 manat, 04 may 2023-cü il tarixli, 48 nömrəli hesab-fakturaya görə 113 223,87 manat, 04 may 2023-cü il tarixli, 48/1 nömrəli hesab-fakturaya görə 456 492,02 manat, 68 nömrəli hesab-fakturaya görə 5359,14 manat, 01 iyul 2023-cü il tarixli, 75 nömrəli hesab-fakturaya görə 38 506,79 manat, 15 avqust 2023-cü il tarixli, 89 nömrəli hesab-fakturaya görə 266 601,92 manat, 31 iyul 2023-cü il tarixli, 79 nömrəli hesab-fakturaya görə 38 792,38 manat, 16 avqust 2023-cü il tarixli, 89/1 nömrəli hesabfakturaya görə 30 041,94 manat vəsait ödənilməlidir.
5. Cavabdeh tərəfindən X6 verilmiş 03 iyun 2023-cü il tarixli etibarnaməyə əsasən, şirkət adından "xxxx" QSC-nin Hövsan Stansiyasında sənədlərin imzalanması, sənədlərin alınması və təqdim etmək üzrə səlahiyyətlidir. Cavabdeh tərəfindən X4 verilmiş 03 iyul 2023-cü il tarixli etibarnaməyə əsasən şirkət adından yükləmə, boşaltma, sənədlərin qəbulu və sairə əməliyyatların yerinə yetirilməsi üzrə səlahiyyətlidir.
6. İddiaçı tərəfindən cavabdehə 05 may 2023-cü il tarixli EBDF 011691 nömrəli 569 715,89 manat məbləğində, 11 sentyabr 2023-cü il tarixli EBDO 053402 nömrəli 296 643,82 manat məbləğində, 29 avqust 2023-cü il tarixli EBDN 073779 nömrəli 2189,57 manat məbləğində, 06 iyun 2023-cü il tarixli EBDH 160173 nömrəli 5359,13 manat məbləğində, 20 iyul 2023-cü il tarixli EBDK 287648 nömrəli 38 506,79 manat məbləğində, 04 avqust 2023-cü il tarixli EBDL 390867 nömrəli 38 792,32 manat məbləğində, 15 noyabr 2023-cü il tarixli EBDS 730399 nömrəli 283,20 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.
7. İddiaçı tərəfindən təqdim olunmuş 31 iyul 2024-cü il tarixli debitor borcu barədə arayışa görə, 01 aprel 2023 - 01 aprel 2024-cü il tarixləri ərzində iddiaçı tərəfindən cavabdehə göstərilmiş stansiya xidmətlərinə görə cavabdehin borcu 526 415,69 manat, faiz borcu 21 897,68 manat təşkil edir.
8. 12475 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 314,40 manat, 12711 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 1375,90 manat, 12987 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 360,82 manat, 13327 nömrəli qəbultəhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 954,85 manat, 12985 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 2760 manat, 13465 nömrəli qəbultəhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 1815,56 manat, 19615 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 1304,43 manat, 12255 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 4331,52 manat, 12254 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 115,30 manat, 11878 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 1342,96 manat, 12017 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 2278,72 manat, 12018 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 138,50 manat, 11714 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 4076,26 manat, 11879 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 1393,94 manat, 11576 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 231,44 manat, 11515 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 774,40 manat, 11775 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 3736,46 manat, 11113/11481 nömrəli qəbul- təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 1609,32 manat, 10919 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 26520,90 manat, 09624 nömrəli qəbultəhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 26 946,32 manat, 10920 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 7648,14 manat, 19049 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 4542 manat, 24259 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 3842,50 manat, 25039 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 3208,30 manat, 25425 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 7368 manat, 26403 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 2208,15 manat, 26051 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 3041,91 manat, 26610 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 1729,82 manat, 26948 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 660,05 manat, 27513 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 730,26 manat, 28260 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 718,65 manat, 28366 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 5571,12 manat, 28159 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 813,37 manat, 20318 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 1016,42 manat, 21041 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 2477,23 manat, 20965 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 284,09 manat, 21919 nömrəli qəbultəhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 3305,56 manat, 21341 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 5755,91 manat, 20617 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 981,87 manat, 12381 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 7290,60 manat, 23663 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 7170,16 manat, 23984 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 3116,60 manat, 30063 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 1855,57 manat, 28946 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 2560,04 manat, 28521 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 8257,06 manat, 29441 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 2706,18 manat, 28861 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 1339,11 manat, 29789 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 2173,35 manat, 30269 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 2314,80 manat, 30562 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 4610,07 manat, 30564 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 1498,64 manat, 24797 nömrəli qəbul-təhvilçinin yaddaş vərəqəsinə görə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin dəyəri 3462,65 manat təşkil edir. Yaddaş vərəqələri cavabdehin nümayəndələri olan Qanuni nümayəndə, N.Əliyev və Ə.Bəşirov tərəfindən imzalanmışdır.
9. İddiaçı ASC-nin 10 avqust 2023-cü il tarixli əmrinə əsasən cavabdehə Hövsan stansiyasında hesablanmış 575 075,44 manat məbləğində yığım 425 075,44 manat olan hissədə ləğv edilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
10. İddiaçı "xxxx" QSC Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2023-cü ilin aprel, may, iyun, iyul, avqust və noyabr aylarında Cavabdeh MMC-yə göstərilmiş stansiya xidmətlərinə görə hesablanmış 526 415,69 manat əsas borc, 21 897,68 manat faiz borcu, 839 manat dövlət rüsumu, cəmi 549 152,37 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" QSC (ADY) tərəfindən Cavabdeh MMC-yə 2023-cü ilin aprel, may, iyun, iyul, avqust və noyabr aylarında stansiya xidmətləri göstərilmiş və həmin xidmətlərə görə yığımlar hesablanmışdır. Belə ki, ADY-nin Hövsan stansiyasında göstərilmiş xidmətlərə (“vaqonların dalan yoluna verilib götürülməsinə görə”, “dalan yolundan istifadə zamanı cərimə” və s.) görə Cavabdeh MMC- yə 526 415,69 (beş yüz iyirmi altı min dörd yüz on beş manat altmış doqquz qəpik) manat yığım hesablanmışdır. Bununla bağlı, Cavabdeh MMC-yə 30 may 2024-cü il tarixində pretenziya ünvanlanmış, lakin pretenziya tələbi icra edilməmişdir. Ona görə də ADY pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 fevral 2010cu il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 3.1-ci bəndinə əsasən cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikası iqtisadiyyatının, fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsindən və təkmilləşdirilməsindən, dəmir yollarında hərəkətin idarə edilməsinin təmin olunmasından, dəmir yolu nəqliyyat vasitələri parkının, maddi-texniki bazasının müasirləşdirilməsindən və səmərəli istifadə olunmasından və bu sahədə kadr hazırlığının aparılmasından ibarətdir. 3.2.4-cü yarımbəndinə əsasən sərnişin və yük daşımaları ilə əlaqədar xidmət göstərilməsinin həyata keçirilməsi; 3.2.25-ci yarımbəndinə əsasən dəmir yolu nəqliyyatı sahəsində rabitə, informasiya, marketinq, servis və digər xidmətlərin göstərilməsi; 3.2.26-cı yarımbəndinə əsasən ümumi istifadədə olan dəmir yolu infrastrukturundan istifadə ilə bağlı xidmətlərin göstərilməsi; 3.2.29-cu yarımbəndinə əsasən dəmir yolu daşımalarında (ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları) göstərilən xidmətlərin tariflərinin, yığımların, habelə tariflər üzrə güzəştlərin müəyyən edilməsi cəmiyyətin fəaliyyət istiqamətlərindəndir. Stansiya xidmətlərinin göstərilməsi ADY-nin təbii inhisar fəaliyyətidir. Ölkə ərazisində bu xidməti göstərən alternativ bir qurum yoxdur. Nəqliyyat Nazirliyi tərəfindən 2008-ci il 28 yanvar tarixdə təsdiq edilmiş No 04/S Yük və baqaj qəbul-təhvilçisinin vəzifə təlimatının 3.1.2-ci bəndində qeyd olunmuşdur ki, vaqon və konteynerlərin qeyri-ümumi istifadə yerlərinə (və ya yerlərində) verilməsinin (və ya götürülməsinin) qeydiyyatı qəbul-təhvilçinin vaqonların verilməsi və götürülməsinə dair QU-45 formalı yaddaş vərəqəsi üzrə aparılır. Eyni zamanda, təlimatın 6 nömrəli əlavəsi ilə müvafiq olaraq vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı arayışın tərtib olunma qaydası göstərilmişdir. İddia ərizəsinə əlavə edilmiş və cavabdeh təşkilatın nümayəndəsinin imzası ilə təsdiq olunmuş vaqonların verilməsi və götürülməsi barədə QU-45 formalı arayış yuxarıda qeyd edilən təlimata uyğun tərtib edilmiş və həmin arayışlarla stansiya xidmətlərinin göstərilməsi tam təsdiq olunur. Hazırkı mübahisə ilə bağlı yazılı müqavilə mövcud olmasa da, tərəflər arasında şifahi xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır.
12. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh onlara 2023-cü ilin mart ayında müraciət edərək, Rusiya Federasiyasından ünvanlarına gələcək yüklərin olduğu vaqonların ASC-nin dalan yoluna verilməsini xahiş etmiş, bu səbəbdən 2023-cü il ərzində cavabdehin müraciəti əsasında ona müxtəlif stansiya xidmətləri göstərilmişdir. Cavabdehin qanuni təmsilçisi, habelə cavabdehin etibarnamə verdiyi şəxslər müvafiq sənədlərə imza etmişdir. Yükü müşayiət edən sənədlərdə də yük alan kimi cavabdeh MMC göstərilmiş, yalnız həmin MMC yüklərlə bağlı vaqonları qəbul etmək və sairəyə səlahiyyətli olmuşdur. Bundan əlavə, hazırkı iş üzrə yazılı müqavilənin olması ilə bağlı qanunvericilikdə hər hansı tələb göstərilməmişdir.
13. Əvvəlki məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iddia ərizəsinə etiraz edib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı hazırkı iddia tələbini düzgün cavabdehə qarşı yönəltməmişdir. Yükü müşayiət edən sənədlərdə onların adı yük alan kimi yanlış göstərilmiş, əslində yükü alan, yükün sahibi "xxxx" Şirkətidir. Belə ki, həmin şirkətlə, habelə yükü göndərən "xxxx" ilə şəxsi tanışlığı vardır, lakin MMC-nin onlara hər hansı aidiyyəti yoxdur. Həmin şirkətlərin müraciəti əsasında iddiaçıya müraciət edərək yüklərin boşdayanmasının qarşısının alınması üçün yüklərin əksər hissəsi ilə bağlı müvafiq sənədlərə qol çəkmişdir. 127-ci vaqondan sonra yükləri cavabdeh deyil, "xxxx" Şirkəti qəbul etmişdir. Yükü müşayiət edən sənədlərdə onların adını yük alan kimi yanlış göstərən "xxxx" olmuşdur. Bundan əlavə, tərəflər arasında hər hansı yazılı razılaşma, müqavilə mövcud deyildir. Bu səbəbdən hazırkı borc onlardan tələb edilə bilməz.
14. Birinci instansiya məhkəməsinin 19 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur.
15. Məhkəmə gəldiyi qənaəti aşağıdakı kimi əsaslandırmışdır: - Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. - Belə ki, iddiaçı iddia ərizəsində 2023-cü ilin aprel, may, iyun, iyul, avqust, noyabr, aylarında cavabdehə müxtəlif stansiya xidmətlərinin göstərildiyini, ADY-nin Hövsan stansiyasında göstərilmiş xidmətlərə (“vaqonların dalan yoluna verilib götürülməsinə görə”, “dalan yolundan istifadə zamanı cərimə” və s.) görə Cavabdeh MMC-yə hesablanmış 526 415,69 manat yığımın tutulmasını xahiş etmişdir. - Cavabdeh iddiaya etiraz edərək hazırkı iddiaya cavab verməli olan şəxs olmadığını, ona iddiaçı tərəfindən hər hansı xidmət göstərilmədiyini, vaqonlarda olan malların ona deyil, başqa hüquqi şəxsə məxsus olduğunu, habelə tərəflər arasında ümumiyyətlə yazılı müqavilə olmadığını, yükü müşayiət edən sənədlərdə yük alan kimi yanlışlıqla cavabdeh MMC-nin adının göstərildiyini bildirir. - Məhkəmə ilk öncə, cavabdehin tərəflər arasında yazılı müqavilə olmaması barədə dəlilinə cavab verməyi zəruri hesab edir. - Belə ki, materiallardan görünür ki, cavabdeh özü 01 mart 2023-cü il tarixdə stansiya xidmətlərinin göstərilməsi ilə bağlı iddiaçıya müraciət etmiş, iddiaçı tərəfindən cavabdehin müraciəti əsasında ona müxtəlif stansiya xidmətləri (dalan yolundan istifadə, vaqonların dalan yoluna verilib götürülməsi, vaqonlardan, konteynerlərdən istifadə və ilaxır) göstərilmiş, bu barədə tərtib edilmiş aktları cavabdehin qanuni təmsilçisi, habelə MMC tərəfindən yazılı etibarnamə verilmiş şəxslər imza etmişlər. - Mülki qanunvericilikdə tərəflər arasında hazırkı halda müqavilənin yazılı olması ilə bağlı hər hansı tələb müəyyən edilməmişdir. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş çoxsaylı qaimələrdən (nakladnoy) görünür ki, yük göndərən "xxxx" Səhmdar Cəmiyyəti, yükü alan Cavabdeh MMC-dir (ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, X16 küçəsi, ev 7A, mənzil 45A-dır). - Bundan əlavə, göstərilmiş xidmətlərlə bağlı cavabdeh MMC-yə iddiaçı tərəfindən 2023-cü ilin may ayından noyabr ayına qədər göndərilmiş elektron qaimələrə hər hansı etiraz verilməmiş, qaimələr ləğv edilməsi, habelə düzəliş edilməsi üçün geri qaytarılmamışdır. - Cavabdeh yükü müşayiət edən sənədlərdə yük alan kimi cavabdeh MMC-nin adının səhv olmasını göstərsə də, bununla bağlı cavabdeh MMC-nin "xxxx" SCnə, Homat LTD Şirkətinə, habelə iddiaçıya müraciət etməsi barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. - Məhkəmə iclasında cavabdehin qanuni təmsilçisi cavabdeh MMC-nin ümumiyyətlə hansı səbəbdən stansiya xidmətlərinin göstərilməsi üçün iddiaçıya müraciət etməsinin, "xxxx" Şirkəti tərəfindən göndərilmiş yüklərin olduğu vaqonlara xidmət göstərilməsi ilə bağlı stansiyalara gedib iddiaçı tərəfindən tərtib edilmiş sənədləri imza edib möhürləməsinin, "xxxx" Şirkətinin yük alan kimi qaimələrdə cavabdeh MMC-ni (ünvanı göstərilməklə) qeyd etməsinin səbəblərini ağlabatan şəkildə izah edə bilməmişdir. - Bu səbəbdən məhkəmə cavabdehin dəlillərini əsassız hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında stansiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmış, iddiaçı tərəfindən cavabdehə həmin müqavilə üzrə mütəmadi olaraq xidmətlər göstərilmiş, cavabdeh tərəfindən iddiaçıya həmin xidmətlərin müqabilində hər hansı ödəniş edilməmişdir. - Materiallardan görünür ki, iddiaçı tərəfindən göstərilmiş xidmətlər (vaqonların verilib götürülməsi, dalan yolundan istifadə, vaqonlardan istifadə) cavabdeh tərəfindən qəbul edilsə də, göstərilmiş xidmətlərlə bağlı təqdim edilmiş elektron qaimələr hazırkı günə qədər ödənilməmişdir. - Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. - Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 21 897,68 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. - Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini vaxtında icra etmədiyi müəyyən edildiyindən iddiaçının tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. - Cavabdeh tərəfindən təsdiq edilmiş xx.xx.2017-ci il tarixli Yük daşımaları üzrə xidmətlərə görə yığımların hesablanması və tətbiqi Qaydalarının 1-ci bəndinə əsasən X15, X7, X5 haqqında Sazişi rəhbər tutaraq dəmir yolu xidmətlərindən istifadə edən bütün yük göndərənlərdən, yükalanlardan və dalan yolu sahiblərindən stansiyalar tərəfindən onlara göstərilmiş xidmətlərə görə yığımlıar tutulur. Həmin Qaydaların 3-cü bəndinə görə dəmir yolu tərəfindən göstərilmiş xidmətlərə: yükün mühafizəsi və müşayiət olunması; yükün tərəzidə çəkilməsi”, ümumi istifadə yollarında (yük həyətlərində, yükləmə-boşaltma yollarında, dəmir yoluna məxsus dalan yollarında və sairə) vaqonların dəmir yoluna məxsus olmayan dalan dəmir yoluna verilib-götürülməsi və digər xidmətlər aiddir. Həmin Qaydaların 6.7-ci bəndinə görə dalan yolunda boşaldılması (yüklənməsi) üçün daxil olmuş vaqonlar (konteynerlər) (məxsusluğundan asılı olmayaraq) yükalanın (yükgöndərənin) təqsiri səbəbindən dəmir yolunun ümumi istifadə yolunda gecikdirilirsə, vaqonların (konteynerlərin) ümumi istifadə yollarında dayanmasına görə yığım stansiyanın texnoloji iş prossesi nəzərə alınmaqla müvafiq olaraq cədvəl No 8 və cədvəl No 9-dakı qiymətlərə 1,5 əmsalı tətbiq edilməklə hesablansın və əgər stansiyanın işində çətinlik yaranarsa, cəmiyyət rəhbərliyi tərəfindən yığımın məbləği yükalanı (yükgöndərəni) yazılı formada məlumatlandırdıqdan 24 saat sonra 5 dəfəyə qədər artırıla bilər. - Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 526 415,69 manat əsas borc, 21 897,68 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
16. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 385.1-ci, 386.1-ci, 398.1-ci, 399.1-ci, 406.1-ci, 408.1-ci, 442-ci, 445.2-ci, 445.7-ci, 448.2-ci, 777.1-ci, 783.2-ci, maddələrinə istinad etmişdir.
17. Qətnamədən cavabdeh MMC apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığını, Cavabdeh MMC ilə “Homat Kabul LTD” arasında əlaqəni müəyyən etməməklə, eləcə də gömrük rəsmiləşdirilməsi zamanı sonuncuya gələn yüklərlə bağlı sənədlərdə səhvən onun adının qeyd edilməsini nəzərə almamaqla, əsassız nəticəyə gəlməsi barədə arqumentlər irəli sürmüşdür.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
18. Apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
19. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 20 iyun 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Homat" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) 25 yanvar 2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır və təsisçisi Qanuni nümayəndədur, hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda bildiririk ki, reyestrdə "xxxx" MMC adlı kommersiya qurumu aşkar edilməmişdir.”
20. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin 24 iyun 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, “2023-cü il ərzində Rusiya Federasiyasında qeydiyyatda olan "xxxx" Səhmdar Cəmiyyəti (AО “Апатит”) tərəfindən "xxxx" LTD şirkətinə yüklər tranzit gömrük prosedurunda yerləşdirilməklə “Yalama” dəmiryolu gömrük postundan keçməklə dəmiryolu nəqliyyatı vasitəsilə "xxxx" gömrük postuna göndərilmişdir. Qeyd olunan yüklər "xxxx" gömrük postunda gəmilərə yüklənərək tranzit çıxış istiqamətində ölkə ərazisini tərk etmişdir. Eyni zamanda “X10” MMC tərəfindən "xxxx" LTD şirkəti vasitəsi ilə 15 iyun 2023-cü il tarixində yüklərin tranzit gömrük prosedurunda yerləşdirilməklə daşınmasına dair Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə müraciət ünvanlanmışdır”.
21. Cavabdeh tərəfindən “Apatit OAO” ilə “DGCİ Trading Company LLC”, “X11” ilə “Homat LTD Kabul AFG”, “Sara Logistics” ilə “DGCİ General Trading” LLC arasında müqavilələri təqdim edilmişdir.
22. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndələri apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
24. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
27. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
28. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
29. Maddə 408.1. Müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır.
30. Maddə 409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır.
31. Maddə 409.4. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır.
32. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi
33. Maddə 174.1. Beynəlxalq tranzit xüsusi gömrük proseduru xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınmasıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 11.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı Azərbaycan Respublikasının dövlət dilində — Azərbaycan dilində və ya müəyyən ərazi əhalisinin əksəriyyətinin dilində aparılır.
35. Maddə 11.3. Məhkəmə sənədləri işdə iştirak edən şəxslərə məhkəmə icraatının aparıldığı dildə verilir.
36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
39. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
44. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
47. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
50. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
51. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
52. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
53. Kollegiya cavabdehin dəlillərini əsassız hesab edir.
54. Belə ki, cavabdeh borcun yaranmasını gömrük rəsmiləşdirilməsi zamanı nöqsan olması ilə əsaslandırsa da, bununla bağlı kifayət qədər əsaslı dəlil təqdim etməmişdir.
55. İlk növbədə kollegiya ona diqqət çəkir ki, "xxxx" MMC tərəfindən tərtib edilən sənədlərdə məhz cavabdehin adı, ünvanı və digər məlumatları qeyd edilmiş, cavabdeh də həmin sənədləri təsdiq etmişdir.
56. Bu müstəvidə kollegiya qeyd edir ki, “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 aprel 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır”.
57. Digər tərəfdən, cavabdeh bunu nöqsan olduğunu və sadəcə texniki xətanın aradan qaldırılması üçün etdiyini bildirsə də, kollegiya bu dəlili ağlabatan hesab etmir. Belə ki, Dövlət Gömrük Komitəsinin məktubundan görünür ki, sözügedən mallar Azərbaycan Respublikasına daxil olaraq beynəlxalq tranzit rejimi əsasında ölkədən çıxarılmışdır. Yuxarıdakı normadan da görünür ki, beynəlxalq tranzit rejimi malların xüsusi şərtlər çərçivəsində bir yerdən başqa yerə daşınmasını ehtiva edir . Bu halda isə malların məhz cavabdehə məxsus olması zərurəti yoxdur.
58. Nəhayət, kollegiya cavabdeh tərəfindən təqdim edilən müqavilələrlə bağlı qeyd edir ki, apellyasiya baxışında yeni sübutların verilməsi yol verilməzdir. Belə ki, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində icraat zamanı onları təqdim etməmişdir - yeni sübutlar isə apellyasiya instansiyası məhkəməsi tərəfindən, tərəf yalnız onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda qəbul oluna bilər (§ 44).
59. Nəzərə alınmalıdır ki, müvafiq prosessual norma (§ 44) həm də hüquqi müəyyənliyin təmin olunması, hüquq münasibətlərinin iştirakçılarının intizamlandırılması və vaxtında həyata keçirilməyən prosessual hərəkətlər, habelə etinasız davranışlar üçün məsuliyyəti məhz onların özlərinin daşıması məqsədinə xidmət edir.
60. Digər tərəfdən, həmin müqavilələr xarici dildə tərtib edilmiş və cavabdeh onların rəsmi notarial tərcüməsi təqdim etməmişdir. Halbuki, yuxarıda istinad edilən normalardan (§ 34, 35) görünür ki, kommersiya mübahisələri üzrə icraat Azərbaycan dilində həyata keçirlir. Belə olan halda isə cavabdeh sübutları Azərbaycan dilində təqdim etmək öhdəliyi daşıyır.
61. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur.
62. Kollegiya, məhkəmə xərclərinin bölüşdürülməsinə dair məhkəmənin gəldiyi nəticə ilə də razılaşır; belə ki, Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-727/2025 saylı iş üzrə 19 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən Cavabdeh MMC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.