Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-55/2020 23.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Ağayev Valeh Məmməd oğlundan və Nuriyeva Afaq Bayram qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X4, iddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndələri X2 və X5 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iqtisad işi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-54/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh “xxxx” ASC-nə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən hesablanmış 53.388 manat məbləğində borcun silinməsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizəsini (İ cild: i.v.116-117) təqdim edərək 74.587,60 manat məbləğində maddi ziyan, 50.000 manat məbləğində mənəvi ziyan, ümumilikdə isə 124.587,60 manat məbləğdə pul vəsaitinin “xxxx” ASC-dən tutularaq iddiaçıya ödəmnilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə cəmiyyətə məxsus quşçusuluq fabrikinə iki elektrik xətti daxil olur. Bunların biri əsas, digəri isə köməkçi xətt kimi istifadə edilir. Hər iki elektrik xətti “xxxx” ASC-nin Suraxanı rayon Enerji Təchizat və Satışı İdarəsinin nəzarətindədir və hər iki xəttdə də elektrik sayğacı mövcuddur. “xxxx” ASC-nin Suraxanı Rayon şöbəsinin əməkdaşları Cəmiyyətin balansında olan və ərazisində yerləşən sayğacda nasazlıq aşkar etmişlər. Lakin həmin nasazlığı aradan qaldırmaq mümkün olmadığından onlar tərəfindən yeni sayğac quraşdırılaraq möhürlənib MMC-yə təhvil verilmiş və bununla bağlı xx xxxxxxx 2017-cı il tarixdə akt tərtib olunmuşdur. xx xxxxxxx 2017-ci il tarixdə həmin idarəsinin əməkdaşları yenidən baxış keçirmək məqsədi ilə fabrikə daxil olmaq istəyərkən mühafizəçi cəmiyyətin direktorunun və digər səlahiyyətli nümayəndəsinin fabrikdə olmadığını bildirərək növbəti gün gəlmələrini onlardan xahiş etmiş, lakin elə həmin gün saat 11:00 radələrində cəmiyyətə xəbərdarlıq məktubu təqdim edərək 53.388 manat debitor borcu olduğunu bildirərək ödənilməsini tələb edərək bildirmişlər ki, borc tam şəkildə 3 saat ərzində ödənilmədiyi halda elektrik enerjisi verilişi dayandırılacaq. Halbuki, AR Nazirlər Kabinetinin x xxxxxx 2005-ci il tarixli «Elektrik enerjisindən istifadə Qaydaları»nın («EEİQ») 8.34-cü bəndinə əsasən “xxxx” ASC-nin Suraxanı rayonu şöbəsinin əməkdaşları sayğaclara baxış keçirərkən fabrikin səlahiyyətli nümayəndəsinin iştirakı, ilə özlərinin xidməti vəsiqələri ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməli olduqları halda buna riayət etməmişlər. Cəmiyyətə xx xxxxxxx 2017-ci il tarixdə təqdim edilmiş bildirişdə elektrik təchizatının dayandırlmasının əsası kimi EEİQ-in 9.13.2-ci bəndinə əsaslanmışlar. Halbuki, həmin bənddə elektrik verilişinin dayandırılması 1 ay nəzərdə tutulmuşdur. Elektrik enerjisi kəsildiyi üçün fabrikdə olan quşlar tələf olmağa başlamış və nəticədə xx.xx.2017-ci il xx.xx.2017-ci il tarixinə kimi olan dövrdə MMC-də saxlanılan 14.199 baş quş tələf olmuş, beləliklə MMC-yə külli miqdarda ziyan dəymişdir. MMC-də cücə alınması 115.515 manat, 5.468,01 kq dəyəri, 253573 manat məbləğində yem məsrəfləri, 1421 manat əmək haqqı, 312 manat DSMF-dən ayırmalar, 5370 enerji, 4236 manat “Azəriqaz”, 93 manat sair xərclər, ümumilikdə 380.520 manat məbləğində maliyyə vəsaiti xərclənmişdir. Bir baş cücənin maya dəyəri 2.80 manat (380520 manat:135.900 baş) məbləğindədir. Ümumilikdə elektrik enerjisinin kəsilməsindən normativdən artıq ölən 10.122 baş quş 2.80 manatdan 28.341.60 manat, çəkimi normadan az olduğundan 46.246 manat, cəmi, təssərrüfata 74.587 manat 60 qəpik məbləğində ziyan dəymişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-54/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxx” ASC tərəfindən qəbul edilmiş 003708 saylı xx.xx.2017-ci il tarixli aktın ləğv edilməsi, həmin akt əsaında hesablanmış 53.388 manat məbləğində cərimənin İddiaçı ASC-nin şəxsi hesabından silinməsi, 12.365,72 manat dəyərində maddi ziyanın cavabdeh “xxxx” ASC-dən tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hisədə təmin edilməməsi və aparılmış ekspertiza ilə bağlı 300,0 manat ekspertiza xərcinin tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin büdcəsinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamədən tərəflərin hər ikisi apellyasiya şikayəti vermiş: -iddiaçı qətnamənin dəyişdirilərək iddianın tam təmin edilməsini, -cavabdeh isə qətnamənin qismən ləğv edilərək iddianın tam rədd olunmasını xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin xx xxxx 2019-cu il tarixli qərarddadı ilə təyin olunmuş ekspertiza üzrə alınmış ekspert rəyinin işin hallarına uyğun olmaması ilə bağlı gəldiyi nəticə o anlamda qəbul edilməlidir ki, məhkəmə iş üzrə iddiaçı tərəfin təqdim etdiyyi Auditor Hesabatını sübut kimi qəbul etmiş, lakin tam təhlil edib lazımi hüquqi qiymət verməmiş, üstəlik həmin hesabat cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Hesabatda isə bir baş cücənin maya dəyəri 2.80 manat müəyyən edilməsinə baxmayaraq, məhkəmə cücənin bir başının dəyərini 0,68 manat qəbul etmişdir. Auditor təbii ölüm faizi kimi 4.077 baş cücəni, ölən 14.199 baş cücədən çıxaraq 10.122 baş cücə müəyyən etmişdir. Nəzərə alınsa ki, hesabatda bir cücənin real dəyəri bütün vergi və kommunal xərclər daxil olmaqla 2,80 manatla hesablanmışdır. Belə olan halda məhkəmə bir günlük cücənin qiymətini, yəni 0,68 manatı götürərək digər xərcləri nəzərə almadan düzgün nəticəyə gəlməmişdir. Cavabdeh EEİQ-in 8.34-cü bəndinə riayət etməli idi. Lakin onun əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli aktda iddiaçının rəhbəri və səlahiyyətli nümayəndəsinin iştirakı olmadan tərtib olunmuş, səlahiyyətli nümayəndəsinə təqdim olunmamışdır. Aktda qeyd olunan Əlizadə Mikayıl cəmiyyətin səlahiyyətli nümayəndə deyil, cəmiyyətin elektrikidir. Fabrikin normal fəaliyyəti dayanmasın deyə çəkilmiş ehtiyat xətti üzərində quraşdırılmış sayğacın mübahisəli sayğaca heç bir aidiyyəti yoxdur. Həmin sayğacdda heç bir nasazlıq olmamış, lakin cavabdenhin əməkdaşları buna məhəl qoymayaraq ehtiyat xətdən də gələn energi verilişini dayandırmış, nəticədə fabrikin normal fəaliyyəti dayanmış və külli miqdarda ziyan vurulmuşdur. Məhkəmə tərəfindən hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməməsi son nəticədə iddiaçının hüquqlarının və qanuni mənafelərinin pozulması ilə nəticələnmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin Suraxanı rayon Enerji Təchizat və Satışı İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli akta əsasən “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunması vəziyyətinin yoxlanması zamanı sayğac uçot kompleksinə baxış keçirilərkən obyektin ikitərəfli dövriyyədən qidalandığı, ASC-yə məxsus TM-də dövrənin 6 Kv-luq tərəfində daxili PQ-də quraşıdırlmış “Makel” tipli 60018015 saylı elektrik sayğacının işləmədəyi, displey göstəricisinin gərginlik altında “Hata” yazısı işıqlandırdığı, uçot kompleksi yerləşən yuvada şin və xət ayrıcısının açıq şəkildə müvafiq olaraq ******* və ******* saylı qara möhürlə möhürləndiyi, həmin möhürlərin stəkanlarının sim keçən hissəsində genişlənmə və cızıq izlərinin, o cümlədən, möhürün qara içliklərində cızıq, dəlik və yapışqan izlərinin olduğu, gərginlik transformatorunun yerləşdiyi yuva qapısında sıxaclar üçün nəzərdə tutulmuş pəncərədə gərginlik transformatorunun 100 V-luq çubuqlarından ikinci çubuqlarından ikinci tərəf naqilləri açmağın mümkün olması, şin və xətt ayrıcısını qoşmaqla elektrik enerjisindən istifadənin mümkünlüyü, ölçmə ilə dövrədən axan yükün 193,3 kvt təşkil etdiyi müəyyən edilmişdir. Aktı abonentin nümayəndəsi imzalamaqdan imtina etmi, yoxlamaya maneə yaradılmışdır. Sayğac labarotoriya şəraitində müayinə edilib Sayğacquraşdırma və uçota nəzarət darəsinin əməkdaşları tərəfindən rəy verilməsi üçün çıxarılmış, yenisi ilə əvəz edilmiş və bu barədə xx.xx.2017-ci il tarixli akt tərtib edilmişdir. Çıxarılmış müayinəsinin vaxtı barədə abonentin nümayəndəsi Mikayıl Əlizadəyə xəbərdarlıq edilmişdir. Laborator müayinən nəticələrinə dair həmin idarənin əməkdaşları tərəfindən xx.xx.2017-ci il tarixli akt və 091752 saylı protokol tərtib olunmuşdur Həmin sənədlərə əsasən idarə tərəfindən sayğacın göstəricisinin “Hata” yazısını işıqlandırdığı, bu səbəbdən axan yükü qeyd etmədiyi, istismara yararsız olduğu, qırmızı möhürün normal, ******* və ******* saylı qara möhürlərin isə pozulması, xüsusi proqramm əlavəsi ilə göstəricinin oxunaraq 2017-ci ilin fevral ayından işləmədiyi barədə rəy verilmiş və Akt Komissiyasının xx.xx.2017-ci il tarixli icra vərəqinə əsasən istehlakçı ilə 219 gün müddətinə yenidən hesablaşma aparılaraq, itirilmiş elektrik enerjisinə görə (193,3kvt x 0,7x24 saat x 219gün) 117981 kvts=593208 kvts əlavə sərfiyyat (53.388,72 manat əlavə ödəniş) hesablanmış və xx.xx.2017-ci il tarixdə hesab ödəniş vərəqi iddiaçıya təqdim olunmuş, ödənilmədiyi təqdirdə EEİQ-in tələblərinə əsasən elektrik enerjisi verilişinin heç bir xəbərdarlıq edilmədən dayandırılacağı bildirilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2017-ci il tarixli xəbərdarlıq məktubu ilə abonentə borcu barədə bir daha məlumat verilmiş və həmin borcun ödənişi təmin edilməsə, müəssisəyə verilən elektrik enerjisi təchizatının dayandırılacağı bildirilmişdir. Məhkəmə qətnamə qəbul edərkən, MPM-in 218.3-cü maddəsinə zidd olaraq iddia tələbindən kənara çıxmışdır. Eyni zamanda, məhkəmənin “Sahibkarılıq sahəsində aparılan yoxlamaların dyandırılması haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunvericilik aktlarının və EEİQ-in 8.34-cü bəndinin müddəalarının tətbiq edilməsi əsasızdır. Çünki, iddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlama onun maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin aparılması ilə bağlı olmamış, yalnız elektrik enerjisinin uçotu və həmin Qaydalara riyayət olunması vəziyyətini yoxlamışdır. Aktda göstərilən hallar EEİQ-in 8.17-ci bəndində nəzərdə tutulan pozuntu hallarından ikisini hesablaşma uçot cihazlarınqın uçot sxemlərinin pozulması hallarını ifadə etmişdir. Pozuntu halları xx.xx.2018-ci il tarixli ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmənin EEİQ-in 8.17-ci bəndini tətbiq etməməklə maddi hüquq normalarının pozuntusuna yol vermiş, əsassız olaraq cavabdehə hesablanmış borcu silmişdir. Vurulmuş maddi ziyana görə cavabdehdən pul tutulması barədə məhkəmənin gəldiyi nəticə də əsassız olmaqla, işin hallarına və qanunvericiliyin tələblərinə uyğun deyil. Belə ki,EEİQ-in 8.17-ci bəndində imperativ şəkildə təsbit edilmişdir ki, pozuntu halları aşkar edildikdə enerji təchizatı müəssisəsi istehlakçını elektrik şəbəkəsindən açılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən tərəflərin nümayəndələri apellyasia şikayətlərini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktlarda təsbit olunur ki, iddiaçıya məxsus obyektdə “Elektrik enerjisindən istifadə Qaydaları”na riayət olunması vəziyyəti yoxlanılmış, aşkar edilən nöqsanların müayinə edilməsi üçün çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Laborator müayinədən sonra xx.xx.2017-ci il tarixdə “sayğacların və cərəyan transformatorların yoxlanması barədə” protokol tərtib olunmuş, daha sonra Akt Komissiyasının xx.xx.2017-ci il tarixli icra vərəqinə əsasən iddiaçıya itirilmiş elektrik enerjisinə görə 219 gün müddəti üçün 53.388,72 manat məbləğində əlavə ödəniş hesablanmış və hesab faktura təqdim edilərək ödənilməsi ondan tələb olunmuş, əks halda, elektrik enerjisinin verilişinin xx.xx.2017-ci il saat 14:00-dan dayandırılacağı barədə xəbərdar edilmiş və elə həmin gün də obyektin elektrik enerjisi ilə təchizatı dayandırılmışdır. Həm qeyd olunan aktlardan, həm də protokoldan aydın şəkildə görünür ki, iddiaçıya məxsus obyektdə Elektrik elektrik enerojisindən istifadə qaydalarına riayət olunma vəziyyəti ilə bağlı cavabdeh tərəfindən yoxlama aparılmış, nəticələri icra vərəqi verilməklə rəsmiləşdirilərək iddiaçıya 53.389 manat mənat məbləğində əlavə sərfiyyat hesablanmış və ona ödəniş üçün hesab-faktura təqdim olunmuşdur. Bununla əlaqədar, birincisi, məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən xx.xx.2017-ci il tarixli aktdan və işin digər materiallarından görünür ki, iddiaçıya məxsus obyektdə quraşdırılan transformator məntəqəsi (TM), ümumiyyətlə, obyektdə istifadə etdiyi hər iki mübahisəli elektrik xətti cavabdeh “xxxx” ASC-nin Suraxanı rayon Enerji Təchizat və Satışı İdarəsinin nəzarətindədəir. Belə olan halda, onun əməkdaşları tərəfindən mübahisəli sayğacda aşkar olunan nasazlıqların iddiaçının təqsirinə yozulması əsassızdır. İkinci bir tərəfdən və ən başlıcası, cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə aparılan yoxlama qanunvericiliyin müəyyən etdiyi prosedur qaydalara uyğun olmamışdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinəəsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Eyni zamanda, cavabdeh enerjitəchizatı müəssisisənin bilavasitə əldə rəhbər tutduğu – Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.34-cü bəndinin tələbində də nəzərədə tutulur ki, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər.” Göründüyü kimi, elektrik enerjisi təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh “xxxx” ASC - sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçının təsərrüfat subyektində EEİQna riayət olunma vəziyyətini –Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra yalnız həyata keçirə bilərdi. Lakin, işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, qanunvericiliyin qeyd olunan tələblərinə riayət etməmiş, mübahisəli obyektdə aparılacaq yoxlamanı əvvəlcədən vahid məlumat reyestrində qeydə aldırınmadan yoxlama aparmışdır. Belə olan halda, həmin yoxlamanın nəticələrinə dair tərtib olunmuş bütün sənədləşmələr, o cümlədən, elektrik enerjisi uçotu və EEİQ-ə riyayət olunması vazəiyyətinin yoxlanılmasına və sayğac sxemlərinin dəyişdirilməsi ilə bağlı tərtib olunmuş xx.xx.2017-ci il tarixli aktlar, saycacların və cərəyan transformatorlarının yoxlanılmasına dair protokol və icra vərəqinin doğurduğu, iddiaçını elektrik enerjisi sərfiyyatına görə 53.389 manat məbləğində əlavə ödənişə cəlb edən hüquqi nəticələri qəbul edilməz və əhəmiyyətsizdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkməsinin qətnaməsi ilə iddiaçının əlavə ödənişə cəlb edilməsinə əsas olan elektrik enerjisi uçotu və EEİQ-ə riyayət olunması vazəiyyətinin yoxlanılmasına dair xx.xx.2017-ci il tarixli 003708 saylı aktın ləğv edilməsi - yoxlamanın nəticələrini özündə əks etdirən Akt Komissiyasının xx.xx.2017-ci il tarixli icra vərəqisi ilə 53.389 manat əlavə ödənişin silinməsini zəruri edən şərti kimi qəbul edilməlidir. Odur ki, həmin aktı ləğv etməsini məhkəmə kollegiyası formal baxımdan məhkəmənin iddia tələbindən kənara çıxması kimi qiymətləndirilməsini əhəmiyyətsiz hesab edir və həmin hissədə qətnamənin ləğv edilməsinə lüzum görümür. Bu mənada faktlar nöqteyi nəzərindən cavabdehin apellyasiya şikayətinin həmin hissədə məhkəmənin MPMin 218.3-cü maddəsinin tələblərindən kənara çıxdığını mübahisələndirən dəlillərini əhəmiyyətsiz və formal xarakterli dəlillər kimi qiymətləndirir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin iddiaçsıya məxsus mübahisəli təsərrüfat subyektində elektrik enerjisi uçotu və EEİQ-ə riyayət olunması vazəiyyətinin yoxlanılması hüquqa zidd olduğu sübuta yetirilir. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbindən isə görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericilyin qeyd olunan tələbləri baxımından hüquqa zidd hərəkət törətməkdə təqsirli olan cavabdeh bu hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya vurulan zərərə görə mülki məsuliyyt daşıyır. İddia ərizəsindən, ona əlavə edilmiş sənədlərdən, cavabdehin apellyasiaya şikayətinin dəlillərindən və işin digər materialları ilə müəyyən olunan faktiki hallarından isə göründüyü kimi, sonuncu hüquqa zidd hərəkətləri nəticəsində iddiaçıya hesabladığı əlavə ödənişin yerinə yetirilməsi üçün xx.xx.2017-ci il tarixdə ona hesab ödəniş vərəqi təqdim etmiş, ödənilmədiyi təqdirdə EEİQ-in 9.13.2-ci bəndində ödəniş üçün 1 ay nəzərdə tutulduğu halda, elektrik enerjisi verilişinin heç bir xəbərdarlıq edilmədən dayandırılacağı növbəti gün xx.xx.2017-ci il tarixində isə xəbərdarlıq məkğtubunu təqdim edərək 53388 manat məbləğində aranmış borcu ödəmədiyi dəqdirdə saat 14:00-dan elektrik enerjisi təchizatının dayandırılacağı bildirilərək, elə həmin gün də obyektin elektrik enerjisi ilə təchicatı dayandırılmış və 24-xx xxxxxxx 2017-ci il tarixlərində müəssisənin elektrik enerjisi ilə təchiz olunmaması nəticəsində ona maddi zərər dəymişdir. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Birinci instansiaya məhkəməsinin qətnaməsindən görünür ki, iddiaçıya vurulmuş zərərin əvəzi olaraq cavabdehdən 12.365,72 manat tutulması qət olunmuşdur. Məhkəmə bu nəticəyə gələrkən işdə olan aktlara, şahid ifadələrinə, auditor rəyi ilə sübut edilən hallara əsaslanmış və 14199 baş tələf olan cüccələrdən, 3 faiz təbii ölüm halı nəzərə alınmaqla, 10.122 başının bir ədədinin qiymətini 0,68 manatdan olmaqla, həmin sayda cücələrin tələfatına görə 6.882,96 manat və bu zaman çəkilmiş kommunal xərclərə görə 809,76 manat yem məsrəfinə görə isə 4673 manat, beləliklə də iddiaçıya vurulmuş zərəri 12.365,72 manat məbləğində müəyyənləşdirilmişdir. Məhkəmə kollegiyası məhkəmənin maddi ziyanla bağlı gəldiyi həmin nəticə ilə razılaşır. Ən azından ona görə ki, tərəflər arasında hadisəyə qədər 2003-cü ildə bağlanmış 002225 saylı enerji alqı-satqısına dair müqavilənin (müqavilənin surətlərini hər iki tərəf təqdim etmiş və mübahisəli yoxlamaya qədər onlar arasında başqa bir müqavilənin olduğu mübahisələndirilmir) 3.1-ci bəndinə əsasən cavabdeh elektrik energisi paylacısı kimi istehlakçını 630 KVA güc səviyyəsində daimi olaraq iddiçının elektrik energisi idə təmin edilməsi öhdəliyini öz üzərinə götürsə də, iş materiallarından görünür ki, mübahisəli obyektdə iddiaçı tərəfindən 415 KVA gücünə malik quraşdırılmış dizel-generator da mövcud olmuş, iş üzrə alınmış Məhkəmə Eekspertizası Mərkəzinin rəyinə əsasən ekspert tərəfindən həmin generatorun gücü müəssisənin elektrik avadanlığının istimarını mümkün etməsinə dair rəy verilmişdir. Məhkəmə kollegiyası ekspert rəyi ilə qismən razılaşaraq hesab edir ki, dizel generatorun mövcud gücü, müqavilədə nəzərdə tutulan - istehlakçının təmin ediləcəyi güclə tam uyğunluq təşkil etməsə belə, obyektin elektrik enerjisi ilə təchizatı üçün zəruri olan elektrik enerjisinin 60-70 faiz həcmində təmin edilməsi mümükün olduğu halda, iddiaçının bu imkandan onun bilərəkdən bu imkandan yararlanmaması qiymətləndirilməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.3-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Məcəllənin qeyd olunan tələbləri baxımından işin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin maddi ziyanla bağlı gəldiyi nəticəni ağlabatan sayır və işin hallarına, maddi hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası həm cavabdehin, həm də iddiaçının maddi ziyanla bağlı məhkəmənin gəldiyi nəticə ilə razılaşmayan dəlillərini əsassız sayır. Beləliklə də məhkəmə kollegiyası qeyd edilənlərə əsasən tərəflərin apellyasiya şikayətlərinin dəlilləri, o cümlədən, iddiaçının birinci instansiya məhkəməsi tərəfindən müəssisənin hüquq və mənafelərinin tam nəzərə alınmadığını, cavabdehin isə işdə olan sübutlara düzgün qiymət verilmədiyini və maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onların apellyasiya şikayətləri təmin edilmədən, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-54/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət e t d i: İddiaçı və cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətininin apellyasiya şikayətləri təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-54/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2(iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasma (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiygündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-55/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-55/2020
23.01.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver