Məhkəmə qərarları › İş №2-2(103)-55/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-55/2025

12.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-55/2025 12.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pulun tutulmaı və ipoteka kreditinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: kredit borcunun tutulması, borcun düzgün hesablanmaması, ipoteka predmetinə tutma yönəldilməsi, ekspert rəyi) hakimlər X1 (sədrlik edən və məruzəçi), X5 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçı BOKT MMC-nin nümayəndəsi X4 iştirakı ilə İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pulun tutulmaı və ipoteka kreditinə yönəldilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-226/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında 25 oktyabr 2017-ci il tarixdə 507 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən BOKT, Cavabdeh1 dövriyyə vəsaitinin alınması məqsədilə (biznes (ticarət və xidmət) təyinatlı) 72 ay müddətinə, illik 14% olmaqla 100 000 ABŞ dolları kredit verməyi, Cavabdeh1 isə krediti və faizlərini BOKT-a geri qaytarmağı öhdələrinə götürmüşlər.

2. Müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit və ya ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məlbəğinin 1% dəbbə pulu v vaxtı keçmiş kredit üzrə illik 28% olmaqla faiz hesablana bilər.

3. 25 oktyabr 2017-ci il tarixli 507 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq BOKT, Cavabdeh1 və Cavabdeh2 arasında 25 oktyabr 2017-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır.

4. Müqavilənin 2.3-cü bəndinə əsasən borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazıəmınca icra etmədikdə zamin və borcalan BOKT qarşısında birgə məsuliyyət daşıyır.

5. İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında 25 oktyabr 2017-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış, xx.xx.2017-ci il tarixli 507 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23 ünvanında yerləşən 50 saylı mənzil ipotekaya qoyulmuş İpoteka predmeti 200000 manat (xx.xx.2017-ci il tarixə 117633,22 ABŞ məlbəğində) məbləğində qiymətləndirilmiş və Azərbaycan Respublikası ƏMDK DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən verilmiş RX1264342 saylı çıxarışla xx.xx.2018-ci il tarixində İddiaçı BOKT MMC-nin xeyrinə yüklü edilmişdir.

6. xx.xx.2017-ci il tarixli 507 saylı kredit müqaviləsi üzrə ayrılması nəzərdə tutulmuş 100000 ABŞ dolları pul məbləği Cavabdeh1 hesabına köçürülmüşdür.

7. İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında 21 dekabr 2018-ci il tarixdə 023/2 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə görə BOKT tərəfindən Cavabdeh1 həyət evinin tikintisi üçün 21 dekabr 2021-ci il tarixinədək qaytarması şərtilə illik 24% faiz olmaqla, 36 ay müddətinə 26000 manat məbləğində kredit ayrılmışdır.

8. Müqavilənin 2.5-ci bəndinə əsasən borcalan kredit və ya ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məlbəğinin 1% dəbbə pulu və vaxtı keçmiş kredit üzrə illik 48% olmaqla faiz hesablana bilər.

9. İddiaçı BOKT MMC ilə Cavabdeh1 arsında 21 dekabr 2018-ci il tarixdə 023/2 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış, 21 dekabr 2018-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184cü məhəllə, ev 23 ünvanında yerləşən 50 saylı mənzil ipotekaya qoyulmuşdur. İpoteka predmeti 200.000 manat məbləğində qiymətləndirilmiş və Azərbaycan Respublikası ƏMDK DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən verilmiş RX1457009 saylı çıxarışla xx.xx.2019-cü il tarixində İddiaçı BOKT MMC-nin xeyrinə yüklü edilmişdir.

10. xx.xx.2018-ci il tarixli 023/2 saylı kredit müqaviləsi üzrə ayrılması nəzərdə tutulmuş 26000 manat pul məbləği Cavabdeh1 hesabına köçürülmüşdür.

11. Cavabdeh1 xx.xx.2020-ci il tarixinə İddiaçı BOKT-a olan 023/2 saylı kredit müqaviləsi üzrə kredit borcunun hesablanması haqqında arayışına əsasən cəmi borc məbləği 30742,84 manat müəyyən edilmişdir.

12. "xxxx" MMC-nin mənzilin qiymətləndirilməsi barədə xx.xx.2020-ci il tarixli, 01/618 saylı rəyinə əsasən ƏlCavabdeh1 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin xx.xx.2020-ci il tarixə olan bazar dəyəri 230000 manat və likvid dəyəri 195500 manat müəyyən edilmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in xx.xx.2021-ci il tarixli, 9/4712 saylı ekspert rəyinə əsasən İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 İddiaçı BOKT MMC-yə iddia tələbi tarixinə yəni 01 aprel 2019-cu il tarixə olan borcu 89911,75 ABŞ dolları məbləğində (əsas borc-89911,75 ABŞ dolları və faiz borcu 0,00 ABŞ dolları) və ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərltəri əsas götürülməklə xx.xx.2020-ci il tarixə olan borcu 105891,06 ABŞ dolları (əsas borcu 89911,75 ABŞ dolları və faiz borcu 15979,32 ABŞ dolları) müəyyən edilmişdir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in xx.xx.2021-ci il tarixli, 9/4714 saylı ekspert rəyinə əsasən İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 İddiaçı BOKT MMC-yə iddia tələbi tarixinə yəni 21 iyul 2020-ci il tarixə olan borcu 29933,85 manat məbləğində müəyyən edilmişdir (əsas borc - 23410,21 manat və faiz borcu 6523,64 manat).

15. İddiaçı BOKT MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 1212/23 saylı arayışda göstərilmişdir ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixinə 023/2 saylı kredit müqaviləsi üzrə 23397,87 manat əsas, 31498,71 manat faiz borcu olaqla cəmi 54896,58 manat borcu vardır.

16. İddiaçı BOKT MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 1213/23 saylı arayışda göstərilmişdir ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixinə 507 saylı kredit müqaviləsi üzrə 89911,75 ABŞ dolları əsas, 46294,56 ABŞ dolları faiz borcu olaqla cəmi 136206,31 ABŞ dolları borcu vardır.

17. İddiaçı BOKT MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 1431/23 saylı arayışda göstərilmişdir ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixinə 023/2 saylı kredit müqaviləsi üzrə cəmi 54896,67 manat borcu vardır.

18. İddiaçı BOKT MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 1432/23 saylı arayışda göstərilmişdir ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixinə 507 saylı kredit müqaviləsi üzrə cəmi 136206,31 ABŞ dolları borcu vardır.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEME-in xx.xx.2024-cü il tarixli, 9/9779 saylı rəyinə əsasən xx.xx.20217-ci il tarixli, 507 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2023-cü il tarixə əsas borcu 89911,75 ABŞ dolları, faiz borcu 56469,57 ABŞ dolları, xx.xx.2023-cü il tarixə əsas borcu 89911,75 ABŞ dolları və faiz borcu 57483,58 ABŞ dolları, xx.xx.2018-ci il tarixli 023/2 saylı kredit müqaviləsi üzrə xx.xx.2021ci il tarixə əsas borcu 23404,92 manat, faiz borcu 14479,85 manat və xx.xx.2023-cü il tarixə əsas borcu 23404,92 manat, faiz borcu 14479,85 manat və illik 5% dərəcəsi ilə faiz borcu 2064,18 manat müəyyən edilmişdir.

20. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, LP-038/2024 saylı mütəxəssis rəyinə əsasən Cavabdeh1un mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin real bazar qiyməti 287000 manat və likvid dəyəri 271000 manat müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

21. İddiaçı BOKT MMC (iddiaçı) Cavabdeh1 (cavabdeh) qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi (birinci iddia ərizəsi) ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlə arasında bağlanmış 21 dekabr 2018-ci il tarixli 023/2 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə xx.xx.2020-ci il tarixinə hesablanmış kreditin əsas məbləğindən qalan 23 397,70 manat əsas, əsas məbləğə hesablanmış 5306.71 manat faiz, 2038,43 manat vaxtı keçmiş kreditə görə ikiqat hesablanmış cərimə borcu olmaqla cəmi 30 742,84 manat borcun, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması, kredit müqaviləsinin təminatı məqsədilə ipotekaya qoyulmuş cavabdehin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 143.92 kv.m olan 50 nömrəli mənzilə tutma yönəldilməsi, ipoteka ilə yüklü edilmiş mənzilin ilkin satış qiymətinin 200 000 manat məbləğində müəyyən edilməsi, mənzilin açıq hərracda satılması, cavabdehin və həmin mənzildə qeydiyyatda olan, yaşayan şəxslərin evdən çıxarılması, cavabdehin iddiaçıya olan borcunun hərracdan əldə olunan vəsaitdən ödənilməsi və vəsaitin qalan hissəsinin cavabdehə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. İddiaçı cavabdehə və Cavabdeh2 (ikinci cavabdeh) qarşı digər iddia ərizəsi (ikinci iddia ərizəsi) ilə məhkəməyə müraciət edərək, cavabdehlə arasında bağlanmış 25 oktyabr 2017-ci il tarixli 507 saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə xx.xx.2020-ci il tarixinə hesablanmış kreditin əsas məbləğindən qalan 89 911,75 ABŞ dolları əsas, 15 980,27 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu olmaqla cəmi 105 892,02 ABŞ dolları borcun, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun cavadehlərdən xeyrinə tutulması, kredit müqaviləsinin təminatı məqsədilə ipotekaya qoyulmuş cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23 ünvanında yerləşən, ümumi sahəsi 143.92 kv.m olan 50 nömrəli mənzilə tutma yönəldilməsi, ipoteka ilə yüklü edilmiş mənzilin ilkin satış qiymətinin 200 000 manat məbləğində müəyyən edilməsi, mənzilin açıq hərracda satılması, cavabdehin və həmin mənzildə qeydiyyatda olan, yaşayan şəxslərin mənzildən çıxarılması, borcun hərracdan əldə olunan vəsaitdən ödənilməsi və vəsaitin qalan hissəsinin cavabdehə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında 21 dekabr 2018-ci il tarixli 023/2-saylı Kredit Müqaviləsi bağlanmışdır. 023/2-saylı müqaviləsinin şərtlərinə görə Cavabdeh1 İddiaçı BOKT MMC tərəfindən 21 dekabr 2021-ci il tarixinədək illik 24% faiz olmaqla, 36 ay müddətinə 26 000 (iyirmi altı min) manat məbləğində kredit ayrılmışdır. Həmin məbləğin və ona hesablanmış faizlərin qaytarılması üçün Kredit Müqaviləsinə əlavə olunan ödəniş qrafiki tərtib olunmuşdur. Müəyyən müddətdə Cavabdeh1 bu ödənişləri eləsə də, qrafik üzrə aylıq ödəniş məbləği 1020.05 AZN olduğu halda, sonuncu dəfə 23 may 2019-cu il tarixində ödəniş etmişdir. Nəticədə qalığa görə faiz, kreditin gecikdirilməsinə görə ikiqat cərimə faizi hesablanmışdır. Kredit Müqaviləsinin 5.1-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan kredit borcuna görə faizlər borcun kreditora ödənildiyi günə qədər hesablanır. Bu səbəbdən, Məhkəmənin qanuni qüvvəyə minmiş Qətnaməsi icra olunub başa çatanadək hesablanan faizlər borcalandan tutulur və yaxud öhdəliyin icrasının təmin edildiyi ipoteka predmetlərinə və ya Borcalanın digər daşınar və daşınmaz əmlaklarına yönəldilir. Müqavilənin 2.4-cü bəndinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə (Əlavə №1) uyğun olaraq Borc verənin bank hesabına ödəməklə həyata keçirir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində (Əlavə №1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% dəbbə pulu və vaxtı keçmiş kredit üzrə ikiqat olmaqla faiz ödəyir. 023/2-saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********59-05301-093001, Qeydiyyat nömrəsi**********, Seriya RX-0792878) xx.xx.2015-ci il tarixli Çıxarışa əsasən, Cavabdeh1 tərəfindən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23 ünvanında yerləşən 50 saylı mənzil ipotekaya qoyulmuşdur. Tərəflər arasında bunu təsdiq edən 21 dekabr 2018-ci il tarixli İpoteka Müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309 və “İpoteka haqqında “AR Qanununun 10.4-cü maddələrinə uyğun olaraq, İpoteka Müqaviləsi Azərbaycan Respublikası DƏDRX-nin 1saylı Bakı Ərazi İdarəsində xx.xx.2019-ci il tarixində Dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı RX seriyalı № ******* saylı yüklülük haqqında Çıxarış verilmişdir. İddiaçı BOKT MMC-nin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam surətdə icra etmiş və kredit məbləğini Cavabdeh1 vermişdir. Borclu sonuncu dəfə 2019-cu ilin May ayında ödəniş eləsə də, sonradan kredit müqaviləsinin şərtlərini pozaraq aldığı məbləğdən və ona hesablanmış faizlərdən ödənişi, tərtib olunmuş qrafik üzrə aparmamışdır. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqların edilməsinə baxmayaraq, öhdəliyini icra etməmişdir və ya lazımınca icra etməmişdir. Nəticədə Cavabdeh1 xx.xx.2020-ci il tarixinə 023/2-saylı kredit müqaviləsi üzrə İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinə olan borcu kreditin əsas məbləğindən qalan borcu 23397.70 (iyirmi üç min üç yüz doxsan yeddi manat 70 qəpik) AZN, əsas məbləğə hesablanmış faiz borcu 5306.71 (beş min üç yüz altı manat 71 qəpik) AZN, vaxtı keçmiş kreditə görə ikiqat hesablanmış cərimə məbləği: 2038.43 (iki min otuz səkkiz manat 43 qəpik) AZN, cəmi: 30742.84 (otuz min yeddi yüz qırx iki manat 84 qəpik) AZN təşkil edir. Eyni zamanda İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında 25 oktyabr 2017-ci il tarixli 507-saylı Kredit Müqaviləsi ilə Cavabdeh2arasında 25 oktyabr 2017-ci il tarixli 507-saylı zaminlik müqaviləsi bağlanmışdır. 507- saylı müqavilənin şərtlərinə görə Cavabdeh1 İddiaçı BOKT MMC tərəfindən 25 oktyabr 2023-cü il tarixinədək illik 14% faiz olmaqla, 72 ay müddətinə 100 000 (bir yüz min) ABŞ dolları məbləğində pul ayrılmışdır. Həmin məbləğin və ona hesablanmış faizlərin qaytarılması üçün Kredit Müqaviləsinə əlavə olunan ödəniş qrafiki tərtib olunmuşdur. Müəyyən müddətdə Cavabdeh1 bu ödənişləri eləsə də, qrafik üzrə aylıq ödəniş məbləği 2060.57 USD olduğu halda, sonuncu dəfə 01 aprel 2019-cu il tarixində ödəniş etmişdir. Borcun kreditora ödənildiyi günə qədər hesablanır. Bu səbəbdən, Məhkəmənin qanuni qüvvəyə minmiş 507-saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr nömrəsi **********59-05301-093001, Qeydiyyat nömrəsi-**********, Seriya RX-0792878) xx.xx.2015ci il tarixli Çıxarışa əsasən, Cavabdeh1 tərəfindən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23 ünvanında yerləşən 50 saylı mənzil ipotekaya qoyulmuşdur. Tərəflər arasında bunu təsdiq edən 25 oktyabr 2017-ci il tarixli İpoteka Müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309 və “İpoteka haqqında “AR Qanununun 10.4-cü maddələrinə uyğun olaraq, İpoteka Müqaviləsi Azərbaycan Respublikası DƏDRXnin 1saylı Bakı Ərazi İdarəsində xx.xx.2018-ci il tarixində Dövlət qeydiyyatına alınmışdır. Bununla bağlı RX seriyalı № ******* saylı yüklülük haqqında Çıxarış verilmişdir. İddiaçı BOKT MMC-nin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam surətdə icra etmiş və kredit məbləğini Cavabdeh1 vermişdir. Borclu sonuncu dəfə 2019-cu ilin aprel ayında ödəniş eləsə də, sonradan kredit müqaviləsinin şərtlərini pozaraq aldığı məbləğdən və ona hesablanmış faizlərdən ödənişi, tərtib olunmuş qrafik üzrə aparmamışdır. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıqların edilməsinə baxmayaraq, öhdəliyini icra etməmişdir və ya lazımınca icra etməmişdir.

24. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan, İddiaçı BOKT MMC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı 25 oktyabr 2017-ci il tarixli, 507 saylı kredit müqaviləsinin ləğvi, kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmeti olan yaşayış evinə (mənzilə) yönəldilməsi tələbinə dair 2(011)-242/2021 nömrəli mülki iş, İddiaçı BOKT MMCnin Cavabdeh1 qarşı 21 dekabr 2018-cı il tarixli, 023/2-saylı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmeti olan yaşayış evinə (mənzilə) yönəldilməsi tələbi barədə 2(011)-243/2021 nömrəli mülki işə birləşdirilərək bir icraatda baxılması qərara alınmışdır.

25. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-37/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-4627/2023 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 37/2023 saylı iş üzrə 09 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin aidiyyati üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

27. xx.xx.2023-cü il tarixində iddiaçının nümayəndəsi iddia tələbinin artırılması barədə ərizə verərək iddiaçı - "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti və cavabdeh - Cavabdeh1 arasında bağlanmış 25 oktyabr 2017-ci il tarixli, 507 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, kredit üzrə gecikmiş borc məbləği 89.911,75 ABŞ dolları, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 46.294,56 ABŞ dolları olmaqla, cəmi 136.206,31 ABŞ dolları məbləğdə kredit borcunun və iddiaçı tərəfindən 25 oktyabr 2017-ci il tarixli, 507 nömrəli kredit müqaviləsi üzrə borc tələbi üçün məhkəməyə ödənilmiş cəmi 283 manat məbləğdə dövlət rüsumunun cavabdehlər – Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq birdəfəlik şəkildə iddiaçı - İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinə ödənilməsi, iddiaçı - "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti və cavabdeh - Cavabdeh1 arasında bağlanmış 21 dekabr 2018-ci il tarixli, 023/2 nömrəli kredit müqaviləsi üzrə kredit üzrə gecikmiş borc məbləği 23.397,87 manat, kredit üzrə gecikmiş faiz borc məbləği 31.498,71 manat olmaqla, cəmi 54.896,58 manat məbləğdə kredit borcunun və iddiaçı tərəfindən 21 dekabr 2018-ci il tarixli, 023/2 nömrəli kredit müqaviləsi üzrə borc tələbi üçün məhkəməyə ödənilmiş cəmi 202 manat məbləğdə dövlət rüsumunun cavabdeh – Cavabdeh1 tutularaq birdəfəlik şəkildə iddiaçı - İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinə ödənilməsi, iddia tələbi üzrə tutmanın kredit öhdəliklərinin təminatı üsulu kimi iddiaçı - "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin xeyrinə yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan, xüsusi mülkiyyət hüququ ilə cavabdeh - Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23 ünvanında yerləşən 143.92 kv.m ümumi sahədən ibarət 50 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmeti olan həmin mənzilin ilkin satış qiyməti 200.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması və iddia tələbi üzrə ümumi borcun həmin satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçı - "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməsi, ipoteka predmeti olan həmin daşınmaz əmlakın satışından əldə edilən pul vəsaiti iddia tələbi üzrə ümumi borcun ödənilməsi üçün kifayət etmədiyi halda, qalıq borc məbləğinin ümumi icra qaydasında cavabdeh - Cavabdeh1 tutularaq iddiaçı - "xxxx" BOKT MMC-yə ödənilməsi, iddia tələbi üzrə tutma Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23 ünvanında yerləşən 143.92 kv.m ümumi sahədən ibarət 50 nömrəli mənzilə yönəldildikdə və o satıldıqda həmin mənzildə yaşayan şəxslərin oradan məcburi qaydada çıxarılması və ipoteka predmeti olan həmin daşınmaz əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərkən kəsir qalmış rüsumu ödəməyə hazırdılar.

29. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

30. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-226/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2017-ci il tarixli 507 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 89.911,75 ABŞ dolları əsas borc, 46.294,56 ABŞ dolları faiz borcu tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi; cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət rüsumunun əvəzi olaraq cəmi 521,55 manatdan 283 manat tutularaq İddiaçı BOKT MMC-yə, 238,55 manat isə dövlət büdcəsinə ödənilməsi; xx.xx.2018-ci il tarixli 023/2 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 23.397,87 manat əsas borc, 14479,85 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 202 manat tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi; tələb üzrə tutma Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23 ünvanında yerləşən 143.92 kv.m ümumi sahədən ibarət 50 nömrəli mənzilə yönəldilməsi, həmin əmlak açıq hərracda satılması, əmlakın ilkin satış qiyməti 271.000 manat məbləğində müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı BOKT MMC-nin borc tələbi ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ müvafiq olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması, ipoteka predmeti olan, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23 ünvanında yerləşən 143.92 kv.m ümumi sahədən ibarət 50 nömrəli mənzil satıldıqdan sonra 1 ay ərzində təhvil verilmədiyi halda məcburi qaydada boşaldılması, qalan hissədə iddia tələbinin rədd edilməsi, kəm ödənilən 53 manat məbləğində dövlət rüsumunun İddiaçı BOKT MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi, əmlakın qiymətləndirilməsi üçün xərclənmiş 300 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin ("xxxx" MMC - VÖEN:**********, bank: "xxxx" ASC Yasamal filialı, Kod: 512565, VÖEN: **********, H/h: AZ30AZRT********************, M/h:AZ02NABZ********************, SWİFT: AZRT AZ22) hesabına keçirilməsi, məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 150 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir.

31. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

31.1. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, PSG Finans” BOKT MMC ilə Cavabdeh1 arasında 25 oktyabr 2017-ci il tarixdə 507 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən BOKT Cavabdeh1 dövriyyə vəsaitinin alınması məqsədilə (biznes (ticarət və xidmət) təyinatlı) 72 ay müddətinə, illik 14% olmaqla 100 000 ABŞ dolları kredit verməyi, Cavabdeh1 isə krediti və faizlərini BOKT-a geri qaytarmağı öhdələrinə götürmüşlər. 25 oktyabr 2017-ci il tarixli 507 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq BOKT, Cavabdeh1 və Cavabdeh2 arasında 25 oktyabr 2017-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında 25 oktyabr 2017-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış, xx.xx.2017-ci il tarixli 507 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23 ünvanında yerləşən 50 saylı mənzil ipotekaya qoyulmuşdur. İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında 21 dekabr 2018-ci il tarixdə 023/2 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə görə BOKT tərəfindən Cavabdeh1 həyət evinin tikintisi üçün 21 dekabr 2021-ci il tarixinədək qaytarması şərtilə illik 24% faiz olmaqla, 36 ay müddətinə 26 000 (iyirmi altı min) manat məbləğində kredit ayrılmışdır. İddiaçı BOKT MMC ilə Cavabdeh1 arsında 21 dekabr 2018-ci il tarixdə 023/2 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış, 21 dekabr 2018-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23 ünvanında yerləşən 50 saylı mənzil ipotekaya qoyulmuşdur. İddiaçı BOKT MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 1212/23 saylı arayışda göstərilmişdir ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixinə 023/2 saylı kredit müqaviləsi üzrə 23397,87 manat əsas, 31498,71 manat faiz borcu olaqla cəmi 54896,58 manat borcu vardır. İddiaçı BOKT MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 1213/23 saylı arayışda göstərilmişdir ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixinə 507 saylı kredit müqaviləsi üzrə 89911,75 ABŞ dolları əsas, 46294,56 ABŞ dolları faiz borcu olaqla cəmi 136206,31 ABŞ dolları borcu vardır. 31.2. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit və zaminlik müqaviləsindən irəli gəlir. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. 31.3. Bundan başqa məhkəmə tələbin əsas və faiz borcunun nə qədər təşkil edilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspertin MEM-in xx.xx.2024-cü il tarixli, 9/9779 saylı rəyinə əsasən xx.xx.20217-ci il tarixli, 507 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2023cü il tarixə əsas borcu 89911,75 ABŞ dolları, faiz borcu 56469,57 ABŞ dolları, xx.xx.2023-cü il tarixə əsas borcu 89911,75 ABŞ dolları və faiz borcu 57483,58 ABŞ dolları, xx.xx.2018-ci il tarixli 023/2 saylı kredit müqaviləsi üzrə xx.xx.2021ci il tarixə əsas borcu 23404,92 manat, faiz borcu 14479,85 manat və xx.xx.2023-cü il tarixə əsas borcu 23404,92 manat, faiz borcu 14479,85 manat və illik 5% dərəcəsi ilə faiz borcu 2064,18 manat olması qeyd olunmuşdur. 31.4. Beləliklə, müəyyən olunur ki, İddiaçı BOKT MMC-nin müqavilələr üzrə tələb etdiyi əsas borc məbləğləri üzrə sadəcə xx.xx.2017-ci il tarixli 507 saylı kredit müqaviləsi üzrə iddia tələbi ekspert rəyində müəyyən edilən əsas borcla eynilik təşkil etdiyindən yəni 89911,75 ABŞ dolları həddində, faiz borcu isə ekspert rəyində iddia tələbindən daha yüksək göstərildiyindən və iddia həmin hissədə artırılmadığı üçün iddia tələbində qeyd olunan 46294,56 ABŞ dolları həddində, o cümlədən xx.xx.2018-ci il tarixli 023/2 saylı kredit müqaviləsi üzrə əsas borc ekspert rəyində daha yuxarı həddə müəyyən edildiyindən, iddia tələbində tələb oluna 23397,87 manat həddində, faiz borcu isə ekspert rəyində iddia tələbindən daha aşağı müəyyən edildiyi üçün, ekspert rəyində göstərilən14479,85 manat həddində müəyyən edilməklə cavabdehlərdən birgə tutulması qanunamüvafiq və ədalətlidir. 31.5. Məhkəmə həmçinin 25 oktyabr 2017-ci il tarixli, 507 nömrəli kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissədə hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. 31.6. Belə ki, müqavilənin 2.1-ci bəndinə əsasən kredit müddəti 72 ay, yəni xx.xx.2023-cü il tarixə kimi müəyyən edilmişdir. Və işə baxıldığı müddətdə artıq müqavilə müddəti bitmişdir. 31.7. Bununla yanaşı iş materiallardan görünür ki, İddiaçı BOKT MMC borclar üzrə tutmanın ipoteka predmetlərinə yönəldilməsi tələbini də irəli sürmüşdür. 31.8. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında 25 oktyabr 2017-ci il tarixdə ipoteka müqaviləsi bağlanmış, xx.xx.2017-ci il tarixli 507 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23 ünvanında yerləşən 50 saylı mənzil ipotekaya qoyulmuş İpoteka predmeti 200000 manat (xx.xx.2017-cil tarixə 117633,22 ABŞ məlbəğində) məbləğində qiymətləndirilmiş və Azərbaycan Respublikası ƏMDK DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən verilmiş RX1264342 saylı çıxarışla xx.xx.2018-ci il tarixində İddiaçı BOKT MMC-nin xeyrinə yüklü edilmiş və İddiaçı BOKT MMC ilə Cavabdeh1 arsında 21 dekabr 2018-ci il tarixdə 023/2 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış, 21 dekabr 2018-ci il tarixli kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23 ünvanında yerləşən 50 saylı mənzil ipotekaya qoyulmuşdur. İpoteka predmeti 200000 manat məbləğində qiymətləndirilmiş və Azərbaycan Respublikası ƏMDK DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestindən verilmiş RX1457009 saylı çıxarışla xx.xx.2019-cü il tarixində İddiaçı BOKT MMC-nin xeyrinə yüklü edilmişdir. Müqavilələr qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetlərinə tutma yönəldilməsi ilə bağlı “İpoteka” haqqında Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmişdir. 31.9. İşin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, birləşmiş işlər üzrə cavabdehlər kredit müqaviləsinə əsasən üzərlərinə götürdüyü öhdəliyin icrasını 90 təqvim günündən daha çox müddətə gecikdirmişlər. Nəticədə “İpoteka haqqında” qanunun 34.1.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. 63. Belə olan halda məhkəmə hesab edir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23, 50 saylı mənzilə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı BOKT MMC-nin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh1 qaytarılmalıdır. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğlər müvafiq olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. 31.10. . İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, işə kommersiya məhkəməsində baxılarkən (əmlakın əvvəlki məhkəmə giymətləndirməsindən bir neçə il keçdiyi üçün) məhkəmə tərəfindən ipoteka predmetlərinin real bazar qiymətinin və likvid dəyərinin müəyyən edilməsi ilə bağlı qiymətləndirici şirkətin yeni rəyi alınmışdır. 31.11. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, LP-038/2024 saylı mütəxəssis rəyinə əsasən Cavabdeh1un mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin real bazar qiyməti 287000 manat və likvid dəyəri 271000 manat dəyərində olması müəyyən edilmişdir. 31.12. Belə olan halda məhkəmə "xxxx" MMC-nin rəylərində müəyyən edilmiş müvafiq olaraq olan ünvan 1 mənzilin likvid qiyməti 271000 manat ipoteka predmetinin ilkin satış qiyməti kimi müəyyən edilməsini məqsədə müvafiq hesab edir və göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23, 50 saylı mənzilin ilkin satış qiyməti 271000 manat məbləğində müəyyən edilməlidir. 31.13. İddianın “tələbi üzrə tutmanın Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23 ünvanında yerləşən 143.92 kv.m ümumi sahədən ibarət 50 nömrəli mənzilə yönəldildikdə və o satıldıqda həmin mənzildə yaşayan şəxslərin oradan məcburi qaydada çıxarılması və ipoteka predmeti olan həmin daşınmaz əmlakın boşaldılması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. 31.14. İşdən göründüyü kimi hazırkı mübahisənin predmeti olan ipoteka müqavilələri qanunda (30 dekabr 2018-ci il) dəyişiklik edilmədən öncə xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixlərdə bağlandığından hazırkı qanunvericliyin müddəası həmin müqaviləyə tətbiq edilə bilməz. Həmin müddəalar tətbiq edildiyi halda bu tələblərlə bağlı ayrıca iddianın irəli sürülməsi və məhkəmə tərəfindən baxılması üçün əsaslar mövcud olmadığından, iş üzrə icraata xitam verilməli idi. Buna görə də hazırkı mübahisə üzrə qanunun həmin tarixdən əvvəlki redaksiyada olan müddəaları tətbiq olunmalıdır. 31.15. Hazırkı halda məhkəmə istinad edilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə, ev 23, 50 saylı mənzilin boşaldılması hissəsində iddia əsaslı olmaqla təmin edilməlidir. 31.16. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə üzrə İddiaçı BOKT ASC tərəflərindən dövlət rüsumunun qarşı tərəfdən tutulmasını xahiş edir. 31.17. xx.xx.2018-ci il tarixli 023/2 nömrəli kredit müqaviləsindən irəli gələn cəmi 54897 manat tələb üzrə dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəricisi nəzərə alınaraq ödənilməli olan rüsum 254,69 manat təşkil etməli idi, xx.xx.2017-ci il tarixli 507 nömrəli kredit müqaviləsindən irəli gələn cəmi 136.206,31 ABŞ dollarına (=231551 manat) tələb üzrə dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəricisi nəzərə alınaraq ödənilməli olan rüsum 521,55 manat təşkil etməli idi. İddiaçı tərəfindən cəmi ödənilən dövlət rüsumu 485,4 manat təşkil edir. 31.18. Məhkəmə iddianın əsaslı olan və təmin edilmiş hissəsinə mütənasib olaraq hesab edir ki, xx.xx.2017-ci il tarixli 507 nömrəli kredit müqaviləsi üzrə cəmi ödənilməli olan 521,55 manat rüsumdan 283 manat cavabdehlərdən tutularaq İddiaçı BOKT MMC-yə, 238,55 manat isə cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməli; xx.xx.2018-ci il tarixli 023/2 nömrəli kredit müqaviləsi üzrə isə iddianın əsaslı olan və təmin edilmiş hissəsinə mütənasib olaraq 202 manat cavabdehlərdən tutularaq İddiaçı BOKT MMC-yə ödənilməlidir. İddia qismən təmin edildiyi (qismən əsaslı olduğu) üçün iddiaçı tərəfindən kəm ödənilən (iddianın əsassız olan hissəsini də nəzərə alaraq) 53 manat məbləğində dövlət rüsumu İddiaçı BOKT MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. (iş üzrə cəmi ödənilməli rüsum 776,24 manat – 283 manat – 238,55 manat – 202 manat (cavabdehlərdən tutulan rüsumlar) = 53 manat) 31.19. Bundan əlavə, əmlakın qiymətləndirilməsi üçün xərclənmiş 300 manat qiymətləndirmə xidmətinin hesabına və məhkəmə – mühasibatlıq ekspertizaların keçirilməsinə xərclənmiş 150 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq müvafiq olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin və "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin hesabına keçirilməlidir.

32. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 269, 270.1, 385.1, 386, 442, 443.1, 448.1, 470.1, 472.1, 472.2, 739, 741, 743 -cü maddələrini, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2, 34.1, 39.3, 41.1, 47.5, 59.3, 59.3.1, 59.3.2, 59.3.4-cü maddələri tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki hazırkı icraat

a) Apellyasiya şikayətinin dəlilləri

33. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-226/2024 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək məhkəmə qətnaməsinin faiz borcunun tutulması və ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək, iş üzrə təkrar ekspertiza təyin edilməklə həmin hissələrdə düzgün və ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir.

34. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin öz vəzifə və funksiyalarını düzgün yerinə yetirməməsi nəticəsində şəxs əsassız olaraq faiz borcu ilə yüklənmiş , ona həm maddi həm mənəvi zərər vurulmuşdur. Bakı Kommersiya Məhkəməsi işin hallarını, müvafiq müqavilələri təfsir edərkən real vəziyyəti hərtərəfli tam, araşdırmamış və biganə yanaşmışdır. Ona görə də qətnamə qanunsuz, əsassız olduğundan ləğv olunmalıdır. Məhkəmə tərəfindən işin bütün faktiki halları aydınlaşdırılmamışdır. Belə ki, iddiaçı ilkin olaraq məhkəməyə müraciət edərkən cavabdehlə arasında bağlanmış 21 dekabr 2018-ci il tarixli 023/2 saylı kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə hesablanmış kreditin əsas məbləğindən qalan 23 397,70 manat əsas, əsas məbləğə hesablanmış 5306.71 manat faiz, 2038,43 manat vaxtı keçmiş kreditə görə ikiqat hesablanmış cərimə borcu olmaqla cəmi 30 742,84 manat borcun, 25 oktyabr 2017-ci il tarixli 507 saylı kredit müqaviləsi üzrə isə xx.xx.2020-ci il tarixinə hesablanmış kreditin əsas məbləğindən qalan 89 911,75 ABŞ dolları əsas, 15 980,27 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu olmaqla cəmi 105 892,02 ABŞ dolları borcun cavabdehdən tutulmasını tələb etsə də, sonradan xx.xx.2023-cü il tarixində iddia tələbinin artırılması barədə ərizə verərək 25 oktyabr 2017-ci il tarixli, 507 nömrəli kredit müqaviləsi üzrə gecikmiş borc məbləği 89.911,75 ABŞ dolları, kredit üzrə gecikdirilmiş faiz borc məbləği 46.294,56 ABŞ dolları olmaqla, cəmi 136.206,31 ABŞ dolları məbləğdə kredit borcu, 21 dekabr 2018-ci il tarixli, 023/2 nömrəli kredit müqaviləsi üzrə isə gecikmiş borc məbləği olaraq 23.397,87 manat, kredit üzrə gecikmiş faiz borc məbləği 31.498,71 manat olmaqla, cəmi 54.896,58 manat məbləğdə kredit borcunun ödənilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi isə xx.xx.2017-ci il tarixli 507 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Əkbərov Elşən İman oğlundan və Rüstəmov Zirəddin Saqib oğlundan müştərək qaydada 89.911,75 ABŞ dolları əsas borc, 46.294,56 ABŞ dolları faiz borcunun, xx.xx.2018-ci il tarixli 023/2 nömrəli kredit müqaviləsi üzrə isə cavabdeh Əkbərov Elşən İman oğlundan 23.397,87 manat əsas borc, 14479,85 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 202 manat tutularaq iddiaçı İddiaçı BOKT MMC-yə ödənilməsini qət etmişdir. Məhkəmə tərəfindən ekspertiza təyin edilməsi barədə qərardad qəbul edilərkən həmin hal ümumiyyətlə nəzərə alınmamış, nəticədə cavabdehin üzərinə əsassız olaraq həddindən artıq faiz borcunun ödənilməsi öhdəliyi qoyulmuşdur. Belə ki, iş materiallarında əsas və faiz borcunun müəyyən edilməsi aşağıdakı ekspert rəyləri mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in xx.xx.2021-ci il tarixli, 9/4712 saylı ekspert rəyinə əsasən İddiaçı BOKT MMC ilə cavabdeh Əkbərov Elşən İman oğlu arasında bağlanılmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh Əkbərov Elşən İman oğlunun iddiaçı İddiaçı BOKT MMC-yə iddia tələbi tarixinə yəni 01 aprel 2019-cu il tarixə olan borcu 89911,75 ABŞ dolları məbləğində (əsas borc-89911,75 ABŞ dolları və faiz borcu 0,00 ABŞ dolları) və ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərltəri əsas götürülməklə xx.xx.2020-ci il tarixə olan borcu 105891,06 ABŞ dolları (əsas borcu 89911,75 ABŞ dolları və faiz borcu 15979,32ABŞ dolları) müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in xx.xx.2021-ci il tarixli, 9/4714 saylı ekspert rəyinə əsasən İddiaçı BOKT MMC ilə cavabdeh Əkbərov Elşən İman oğlu arasında bağlanılmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh Əkbərov Elşən İman oğlunun iddiaçı İddiaçı BOKT MMC-yə iddia tələbi tarixinə yəni 21 iyul 2020-ci il tarixə olan borcu 29933,85 manat məbləğində müəyyən edilmişdir (əsas borc-23410,21 manat və faiz borcu 6523,64 manat). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in xx.xx.2024-cü il tarixli, 9/9779 saylı rəyinə əsasən xx.xx.20217-ci il tarixli, 507 saylı kredit müqaviləsi üzrə Əkbərov Elşən İman oğlunun xx.xx.2023-cü il tarixə əsas borcu 89911,75 ABŞ dolları, faiz borcu 56469,57 ABŞ dolları, xx.xx.2023- cü il tarixə əsas borcu 89911,75 ABŞ dolları və faiz borcu 57483,58 ABŞ dolları, xx.xx.2018-ci il tarixli 023/2 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə əsas borcu 23404,92 manat, faiz borcu 14479,85 manat və xx.xx.2023-cü il tarixə əsas borcu 23404,92 manat, faiz borcu 14479,85 manat və illik 5% dərəcəsi ilə faiz borcu 2064,18 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən əsas və faiz borcunun məbləği müəyyən edilərkən əvvəlki ekspert rəylərinin deyil, məhz Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in xx.xx.2024-cü il tarixli, 9/9779 saylı rəyinin əsas sübut hesab edilməsi ümumiyyətlə əsaslandırılmamışdır. Ona görə də iş üzrə qanuni və ədalətli nəticəyə gəlinməsi üçün təkrar ekspertiza təyin edilməlidir. Bundan başqa birinci instansiya məhkəməsi cavabdeh Əkbərov Elşən İman oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, 1184-cü məhəllə,ev 23 ünvanında yerləşən 143.92 kv.m ümumi sahədən ibarət 50 nömrəli mənzilin ilkin satış qiyməti 271.000 manat məbləğində müəyyən etməklə də düzgün nəticəyə gəlməmişdir. Belə ki, hər kəsə bəlli olan halın sübuta ehtiyacı yoxdur. Məlumdur ki, Bakı şəhəri Xətai rayon ərazisində yerləşən təmirili mənzillərin bir kvadratı üçün orta bazar dəyəri 2500- 3000 manatdan başlayır. Bu halın müəyyən edilməsi üçün əmlak satışı saytlarından axtarış etməklə hazırkı mənzilin yerləşdiyi ərazidə mənzillərin satış qiymətini müəyyən etmək mümkündür. Birinci instansiya məhkəməsi isə bu halı nəzərə almamış və nəticədə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin qat-qat aşağı həddə müəyyən etmişdir. Ona görə də həmin halın da müəyyən edilməsi üçün əmlakın qiyməti yenidən müəyyən edilməlidir.

Apellyasiya şikayətinə qarşı etiraz

35. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

36. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

37. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

39. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

40. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir.

41. Maddə 319.1 və 319.6. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.

42. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

43. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

44. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

45. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

46. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

47. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

48. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

49. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.

50. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

51. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

52. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.

53. Maddə 34.1.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır.

54. Maddə 39.3..3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

55. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; əsas öhdəliyə xitam verildikdə; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; ipoteka predmeti məhv olduqda; bu Qanunla nəzərdə tutulmuş digər hallarda.

Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli Qərardadı

56. ... “Likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.

57. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddətin sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir.

58. O da qeyd edilməlidir ki, ipoteka predmetinin likvid qiymətlə satılması borc alanın və ipoteka qoyanın da qanuni maraqlarına zidd deyil. Belə ki, ipoteka predmetinin realizasiyasının likvid qiymət əsasında daha tez həyata keçirilməsi borcun vaxtında ödənilməməsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş əlavə ödənişlərin tutulmasının qarşısını da almaqla borcluları əlavə zərərdən qorumuş olacaqdır. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, Qanun ədalətli yanaşma müəyyən edərək, ipoteka qoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipotekasaxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir. Bundan əlavə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında müəyyən edilməsi imkanı nəzərdə tutulmuşdur. Həmçinin, qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlakın likvid qiymətlə açıq hərraca çıxarılması ipoteka predmetinin ilkin hərracda daha tez realizə edilərək, hərrac qaydalarına əsasən növbəti hərracdan mülkiyyətiçinin mənafeyinə zidd şəkildə ucuz qiymətə satılmasının qarşısını almaqla, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının da vaxtında icra olunmasına yardım etmiş olacaqdır.

59. Yuxarıda göstərilənlərə əsasən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi kassasiya instansiyası məhkəməsində icraat zamanı “İpoteka haqqında” Qanunun tətbiqi baxımından ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı mübahisəli hüquqi məsələyə dair belə qənaətə gəlir ki, ipoteka predmetinin ilkin satış qiyməti onların real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

64. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

65. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

66. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

67. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

68. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

69. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin kredit müqavilələri üzrə faiz borcunun tutulmaması və ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnaməni faiz borcunun tutulması və ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirmişdir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

70. Məhkəmə iddiaçının izahatını, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

71. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

72. Kollegiya hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində apellyatorun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir.

73. Cavabdeh öhdəliyini lazımınca icra edilmədiyini mübahisələndirməsə də, cavabdehdən tutulan faiz borcunun məbləği ilə razılaşmamışdır.

74. Formalaşmış məhkəmə təcrübəsində ekspert rəyinin digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmaması müəyyən edilsə də, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksək olması qəbul olunmuşdur.1

75. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in xx.xx.2024-cü il tarixli, 9/9779 saylı rəyinə əsasən xx.xx.20217-ci il tarixli, 507 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2023-cü il tarixə əsas borcu 89911,75 ABŞ dolları, faiz borcu 56469,57 ABŞ dolları, xx.xx.2023-cü il tarixə əsas borcu 89911,75 ABŞ dolları və faiz borcu 57483,58 ABŞ dolları, xx.xx.2018-ci il tarixli 023/2 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə əsas borcu 23404,92 manat, faiz borcu 14479,85 manat və xx.xx.2023-cü il tarixə əsas borcu 23404,92 manat, faiz borcu 14479,85 manat və illik 5% dərəcəsi ilə faiz borcu 2064,18 manat müəyyən edilmişdir.

76. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, LP-038/2024 saylı mütəxəssis rəyinə əsasən Cavabdeh1un mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin real bazar qiyməti 287000 manat və likvid dəyəri 271000 manat müəyyən edilmişdir.

77. Cavabdehin apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası tərəfindən kompleks məhkəməəmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertiz təyin edilmişdir.

78. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/92 saylı ekspert rəyinə əsasən xx.xx.20217-ci il tarixli, 507 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə əsas borc 89.911,75 dollar, faiz borcu 8.671,49 dollar, xx.xx.2019-cu il tarixə əsas borc 89.911,75 dollar, faiz borcu 8.951,21 dollar; xx.xx.2018-ci il tarixli 023/2 saylı kredit müqaviləsi üzrə 09.12..2019-cu il tarixə əsas borc 23.404,92 manat, faiz borcu 3.058,24 manat, xx.xx.2019-cu il tarixə əsas borc 23.404,92 manat, faiz borcu 3.183,07 manat müəyyən edilmişdir.

79. "xxxx" MMC-nin 20.102025-ci il tarixli, MEB-129-0525 saylı mütəxəssis rəyinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin real bazar qiyməti 413.000 manat və likvid dəyəri 372.000 manat müəyyən edilmişdir.

80. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarışı, kredit borcunun hesablanması barədə arayışı, xx.xx.2025-ci il tarixli, 9/92 saylı ekspert rəyini araşdıraraq və Mülki Məcəllənin 739-cu maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, əsas borca aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

81. Məhkəmə kollegiyası hesab edir ki, faiz borcuna aid hissədə məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyil.

82. Belə ki, iş materiallarından müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdə iddiaçı tərərfindən Cavabdeh1 bildiriş göndərilmiş, və bildirişdə xx.xx.20217-ci il tarixli, 507 saylı və xx.xx.2018-ci il tarixli 023/2 saylı kredit müqavilələri üzrə cəmi əsas borcun ödənilməsi tələbi irəli sürülmüşdür.

83. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixi Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə 1 Ali Məhkəmə, İş № 2-2(102)-553/2024 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2024/3_553+31.10.2024.pdf) § 49 ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

84. Qeyd olunanları, yəni tərəflər arasında bağlanmış xx.xx.20217-ci il tarixli, 507 saylı və xx.xx.2018-ci il tarixli 023/2 saylı kredit müqavilələrinin şərtlərinin müqavilədən birtərəfli imtinaya yol verildiyini, cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunu, Mülki Məcəllənin 421.2 və 421.3-cü maddələrinin tələblərini və Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixi Qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqavilələri 09 dekabr 2019-cu il tarixdən ləğv edilmiş hesab edilir.

85. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı yalnız həmin tarixə qədər hesablanmış faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır.

86. Beləliklə, faiz borcun məbləği sonuncu ekspert rəyinə uyğun olaraq xx.xx.2017-ci il tarixli 507 nömrəli kredit müqaviləsi üzrə 8.671,49 ABŞ dolları, xx.xx.2018ci il tarixli 023/2 nömrəli kredit müqaviləsi üzrə isə 3058,24 manat müəyyən edilməlidir.

87. Həmçinin ötən dövr ərzində daşınmaz əmlak qiymətlərinin artma tendensiyası göstərdiyinin hər kəs tərəfindən bilinən reallıq olduğunu nəzərə alan kollegiyanın qənaətinə görə, sonuncu rəy işdəki digər sübutlarla birgə dəyərləndirilərək əmlakların ilkin satış qiyməti 372.000 manat məbləğində müəyyənləşdirilməlidir.

88. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, ipoteka predmetinin dəyəri müəyyən edilərkən yalnız bazar dəyəri deyil, bazar qiyməti nəzərə alınmaqla likvid dəyəri əsas götürməlidir (§ 61).

89. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertizanın xərci İddiaçı BOKT MMC-dən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyatora aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olubolmamasına bağlı deyildir.

90. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-226/2024 nömrəli qətnaməsi kredit müqavilələri üzrə faiz borcu və ipoteka predmetinin dəyəri hissələrində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2017-ci il tarixli 507 nömrəli kredit müqaviləsi üzrə 8.671,49 ABŞ dolları faiz borcu, Cavabdeh1 xx.xx.2018-ci il tarixli 023/2 nömrəli kredit müqaviləsi üzrə isə 3058,24 manat faiz borcu tutularaq İddiaçı BOKT MMC-yə ödənilsin. Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 372.000 (üç yüz yetmiş iki min) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı BOKT MMC-dən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar