Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-552/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 qızının iştirakı ilə, iddiaçı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMCyə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2-2 (113)-457/2020 nömrəli qətnaməsindən (hakim Leyla Əliyeva) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMCyə qarşı iddia qaldıraraq, sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin dövlət büdcəsinə olan 74.127,02 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün 97.600 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində büdcəyə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin büdcəyə ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də büdcəyə ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 07.11.2018-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 07.11.2018-ci il tarixə yaranan 88.127,02 manat borcuna görə 97.600 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 19.11.2018-cı il tarixli **********5 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə 26.11.2018-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 07.11.2018-ci il tarixə dövlət büdcəsinə 74.127,02 manat ödənilməmiş borcu qalmışdır. Bakı Kommersiya Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2-2 (113)-457/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 07.11.2018-ci il tarixə dövlət büdcəsinə olan 74.127,02 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış 97.600 manat dəyərində olan əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılması, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 74.127,02 manat məbləğində vergi borcu və 10 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, satışdan artıq qalan məbləğin Cavabdehnə qaytarılması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2-2 (113)-457/2020 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına dəvət olunmamışdır. İşə apelyasiya qaydasında baxılması 09.06.2021-ci il tarixə təyin edilmiş tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2-2 (113)-457/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin iş materiallarındakı şəxsi hesab vərəqəsindən görünür ki, 23.10.2019cu il tarixə dövlət büdcəsinə olan borcu 211184,12 manat olmuşdur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 23 oktyabr 2018-ci il tarixdə cavabdehə **********6 saylı vergi borcunun ödənilməsinə dair bildiriş göndərilərək, 23 oktyabr 2018-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş 92.550,45 manat məbləğində vergi borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmiş, 31.10.2018-ci il tarixdə cavabdehin “X3 Azərbaycan” ASC-də olan bank hesabında olan pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması barədə sərəncam verilmişdir. İddiaçının vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında 07.11.2018-ci il tarixli, ********** nömrəli qərarı ilə Cavabdeh MMC vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. Həmin qərara əsasən Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən əmlakı siyahıya alınmış və bu barədə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış öhdəlikləri yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında **********5 saylı, 19.11.2018-ci il tarixli protokol və protokola əlavə tərtib edilmişdir. 26.11.2018-ci il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən Cavabdeh MMC-yə vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, 07.11.2018-ci il tarixli qərara əsasən 19.11.2018-ci il tarixdə 97.600 manat dəyərində olan əmlak siyahıya alınmışdır. Əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacaqdır. Birinci instansiya məhkəməsi işdəki sübutları nəzərə alaraq, Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23.1, 23.1.6, 89.1, 89.7, 89.10, 90.1-ci maddələrini mübahisə üzrə düzgün tətbiq edərək iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlili bundan ibarətdir ki, məhkəmə tərəfindən prosessual hüquq normaları pozulmuş, cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün zəruri tədbirlər görülməmişdir. Məhkəmə tərəfindən apelyasiya şikayətinin bu dəlili araşdırılaraq müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin məhkəmə iclaslarında iştirakının təmin edilməsi üçün hüquqi ünvanına bildirişlər göndərilmiş, cavabdeh həmin ünvanda fəaliyyət göstərmədiyi üçün bildirişlər çatmamışdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən qətnamənin ləğv edilməsinə əsas verən prosessual pozuntuya yol verildiyi təsdiq edilmədiyindən apelyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2-2 (113)-457/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2-2 (113)-457/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-552/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-552/2021
09.06.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver