Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-553/2024 05.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şahmarova Hicran Ağacavad qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı kommersiya işi Açar söz: icarə, maddi ziyan Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı Şahmarova Hicran Ağacavad qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli, e-2-2(113)-694/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi tam mülkiyyət üzrə Hicran Şahmarovaya məxsusdur. Cavabdeh1 MMC (icarəçi) ilə Şahmarova Hicran Ağacavad qızı (icarəyəverən) arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən icarəyə verən ona məxsus ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsini aylıq 2000 manat müqabilində icarəçinin istifadəsinə verməyi, icarəçi isə xx.xx.2024-cü il tarixinədək icarəyə götürməyi və bunun müqabilində icarəyə verənə müqavilə ilə razılaşdırılmış miqdarda icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Şahmarova Hicran Ağacavad qızı icarə müqaviləsinin 7-ci bəndinə istinad edərək müqaviləyə xx.xx.2021-ci il tarixdən birtərəfli qaydada xitam verilməsi barədə Elllıs Catering” MMC-yə xx.xx.2021-ci il tarixdə bildiriş göndərmişdir. Bundan sonra 2021-ci ilin iyun ayının sonunda Elllıs Catering” MMC icarə sahəsindən çıxarılmışdır.
2. Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2022-ci il tarixli, 2- 2(113)-1491/2022 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh Şahmarova Hicran Ağacavad qızına qarşı maneələrin aradan qaldırılması, avadanlıqların qaytarılması tələbinə dair iddia tələbi qismən təmin edilərək, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-nin istifadə və sahibliyinə verilmiş, cavabdeh Şahmarova Hicran Ağacavad qızına məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən cavabdeh Şahmarova Hicran Ağacavad qızı tərəfindən iddiaçı "xxxx" MMC-nin çıxarılmasının qeyri-qanuni hesab edilməsi, xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən iddiaçı "xxxx" MMC-nin istifadə və sahibliyinə verilmiş, cavabdeh Şahmarova Hicran Ağacavad qızına məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən iddiaçı "xxxx" MMC-nin istifadəsi ilə bağlı cavabdeh Şahmarova Hicran Ağacavad qızı tərəfindən qanunsuz və özbaşına olaraq yaradılmış maneələrin aradan qaldırılması qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)- 910/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi qətnamə dəyişdirilmədən saxlanılmışdır.
3. İddiaçı Cavabdeh1 MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC və X4 tərəfindən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində iddiaçının istifadə hüququnun həyata keçirilməsinə yaradılan məhdudiyyətlərin aradan qaldırılması və cavabdehlərin həmin qeyri-yaşayış sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2283/2023 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-914/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı "xxxx" MMC cavabdeh Şahmarova Hicran Ağacavad qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Şahmarova Hicran Ağacavad qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinin müddətinin 1 il 10 ay müddətinə, yəni 15 noyabr 2025-ci il tarixinə qədər uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-2303/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. 6."xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli QR-009-23 saylı qiymətləndirmə rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dəymiş zərərin bazar dəyəri 340.000 manat müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Şahmarova Hicran Ağacavad qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia ərizəsinə əlavə verərək Cavabdeh1 MMC və MMC-nin təsisçisi Cavabdeh2 ona vurduqları zərərin dəyəri olan 340.000 manat pulun cavabdehlərdən tutularaq, ona ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə aralarında bağlanmış 15 yanvar 2021-ci il tarixli icarə müqaviləsinə əsasən, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 389,9 kv.m. olan qeyri-yaşayış sahəsini həmin tarixdən cavabdehə icarəyə vermişdi. 2021-ci ilin may ayında cavabdehə iki dəfə yazılı xəbərdarlıq göndərərək, onunla olan icarə münasibətlərinə 15 iyun 2021-ci il tarixdən xitam verdiyini, ən geci 01 iyul 2021-ci il tarixədək icarəyə götürülmüş qeyri-yaşayış sahəsini boşaldaraq ona təhvil verməsini istəmişdi. Cavabdeh xx.xx.2021-ci il tarixdə icarə obyektini boşaldaraq, oradan çıxmışdır. Lakin, cavabdeh qeyri-yaşayış sahəsindən çıxarkən ona qarşı qəzəbli olduğundan, əmlaklarını qəsdən məhv edərək, ona külli miqdarda zərər vurdu. Hesab edir ki, cavabdehin əmlakına qəsdən vurduğu zərərin dəyəri ondan alınaraq, ona ödənilməlidir. İddia ərizəsinə əlavə etdiyi "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə rəyindən müəyyən olunur ki, bu zərərin dəyəri 340.000 manat təşkil edir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı Şahmarova Hicran Ağacavad qızının Cavabdeh1 MMC-yə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iş üzrə Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsi qərara alınmışdır.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-694/2024 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia rədd edilmişdir.
11. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 MMC (icarəçi) ilə iddiaçı Şahmarova Hicran Ağacavad qızı (icarəyə verən) arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən icarəyə verən ona məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini aylıq 2000 manat müqabilində icarəçinin istifadəsinə vermişdir. xx.xx.2021-ci il tarixdə Şahmarova Hicran Ağacavad qızı müqaviləyə xx.xx.2021-ci il tarixdən birtərəfli qaydada xitam verilməsi barədə Cavabdeh1 MMC-yə bildiriş göndərmişdir. 2021-ci ilin iyun ayının sonlarında icarəçi Elllis Catering” MMC icarə sahəsindən çıxarılmışdır. (Göstərilən hallar Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1491/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir). Bundan sonra Şahmarova Hicran Ağacavad qızı (icarəyə verən) ilə "xxxx" MMC və X4 arasında 25 oktyabr 2021-ci il tarixli icarə müqavilələri bağlanmış, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 389,9 kv.m olan qeyri-yaşayış sahəsinin 199,9 kv.m hissə aylıq 2600 manat müqabilində "xxxx" MMC-yə, 190 kv.m hissəsi isə 2400 manat icarə haqqı müqabilində X3 icarəyə verilmişdir. Şahmarova Hicran Ağacavad qızı ilə "xxxx" MMC və X4 arasında 25 oktyabr 2021-ci il tarixli icarə müqavilələri bağlanmış, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 389,9 kv.m olan qeyri-yaşayış sahəsinin 199,9 kv.m hissə aylıq 2600 manat müqabilində "xxxx" MMC-yə, 190 kv.m hissəsi isə 2400 manat icarə haqqı müqabilində X3 icarəyə verilmişdir. Hazırda da icarə obyekti "xxxx" MMC və X1.
12. Məhkəmə əvvəla iddianın Cavabdeh1 MMC-yə qarşı olan hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, icarə obyekti olmuş ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 2021-ci ilin iyun ayının sonundan icarəyə verənə (iddiaçıya) qaytarılması işin mübahisəsiz halı olduğundan və iddiaçı hazırkı iddia ilə xx.xx.2023-cü il tarixdə, yəni icarəçi icarə sahəsini geri qaytardığı tarixdən təxminən iki il yarım sonra məhkəməyə müraciət etdiyindən iddiaçının hazırkı iddia qaldırılarkən Mülki Məcəllənin 697.4-cü maddəsində nəzərdə tutulmuş kəsici müddəti buraxması açıq-aşkardır.
13. İddianın digər Cavabdeh2 qarşı olan hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının Cavabdeh2 qarşı hazırkı iddiasını Cavabdeh1 MMC-nin təsisçisi qismində sonuncunun MMC-nin vurduğu ziyana görə məsuliyyət daşımalı olması mövqeyindən çıxış edərək qaldırdığını ehtimal etsək qeyd edilməlidir ki, birincisi, Cavabdeh2 etirazında qeyd etdiyi kimi hazırkı tələb Cavabdeh1 MMC-nin “dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər” ilə bağlı olmadığı üçün MMC-nin təsisçisi kimi Cavabdeh2 həmin öhdəliyə görə məsuliyyət daşıması istisna olunur. Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-694/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə Mülki Məcəllənin 697-ci maddəsinə istinad edərək, iddiaya kəsici müddəti tətbiq etməkdə haqlı olmamışdır. İstinad olunan maddi hüquq norması Mülki Məcəllənin “Kirayə hüquq münasibətlərinə xitam verilməsinin nəticələrini” tənzimləyən 697-ci maddəyə daxildir. Adından göründüyü kimi, norma kirayə hüquq münasibətlərinə xitam verilməsindən sonrakı prosesləri tənzimləyir. Lakin, tərəflər arasındakı bu münasibətlərə məhkəmənin yazdığı kimi 2021-ci ilin iyun ayının sonunda xitam verilməmişdir. Həmin tarixdə cavabdehin kirayəyə verilmiş ünvandan çıxarılması Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2022- ci il tarixli, 2-2(113)-1491/2022 nömrəli qətnaməsi ilə qeyri-qanuni hesab olunmuşdur. Bu məhkəmə aktı, eləcə də, bu qətnamədən sonra Cavabdeh1 MMC-nin digər iddiaları tərəflər arasında kirayə hüquq münasibətlərinin bitməməsi deməkdir. Müqavilənin müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Belə olan halda, hazırkı iddiaya 2021-ci ilin iyun ayının sonundan hesablanmaqla Mülki Məcəllənin 697.4- cü maddəsi ilə müəyyən olunmuş 6 aylıq müddətin tətbiq olunması əsassızdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
17. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdirlər. Cavabdehlər apellyasiya şikayətinə yazılı etiraz təqdim etmişlər.
18. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 46-cı maddə- hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. 87.1-ci maddə- bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. 443.1-ci maddə- öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.7-ci maddə- əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 697.4-cü maddə- kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
19. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
20. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-694/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. İşin birinci instansiya məhkəməsi tərəfindən sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, iddiaçı Şahmarova Hicran Ağacavad qızı ilə Cavabdeh1 MMC arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmış, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 389,9 kv.m. olan qeyriyaşayış sahəsi hüquqi şəxsə icarəyə verilmiş, qeyri-yaşayış sahəsi 2021-ci ilin iyun ayında icarəyəverənə qaytarılmışdır. İcarəyəverən xx.xx.2023-cü il tarixdə həmin qeyri-yaşayış sahəsinə icarəçi tərəfindən vurulmuş maddi ziyanın tutulması üçün həm hüqiqi şəxsə, həm də onun təsisçisinə qarşı iddia qaldırmışdır.
22. Hüquqi şəxsin icarəsinə verilmiş sahəyə vurulmuş maddi ziyanın hansı əsasla təsisçidən tutulması iddia ərizəsində əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, MM-nin normalarına əsasən təsisçi hüquqi şəxsin öhdəliyinə görə məsuliyyət daşımadığından iddia təsisçiyə qarşı hissədə əsassızdır.
23. Məhkəmə eyni zamanda düzgün olaraq hesab etmişdir ki, Mülki Məcəllənin 697.4-cü maddəsinə əsasən icarəyəverənin əmlakın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə icarəçiyə qarşı iddiası 6 aylıq kəsici müddət keçdikdən sonra qüvvədən düşdüyündən Cavabdeh1 MMC-nin sahəni 2021-ci ilin iyun ayında icarəyəverənə qaytardığı nəzərə alınarsa icarəverənin iddiası kəsici müddət ötürülməklə verildiyi üçün təmin edilə bilməz.
24. Apellyasiya şikayətində iddiaçı qeyd edir ki, Mülki Məcəllənin 697.4-cü maddəsində qeyd edilmiş müddət icarə müqaviləsinin müddətinin bitdiyi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə kollegiyası bu dəlillə bağlı qeyd edir ki, 697.4-cü maddənin mətnindən göründüyü kimi kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başladığından apellyasiya şikayəti əsassızdır.
25. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 694/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı Şahmarova Hicran Ağacavad qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-694/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.