Məhkəmə qərarları › İş №2-2(103)-558/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-558/2022

01.06.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-558/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit borcunun ödənilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-956/2021 nömrəli iş üzrə 28 oktyabr 2021-ci il tarixli qərardadından Cavabdeh3 MMC-nin şikayətinə əsasən kommersiya mübahisəsinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən onun xeyrinə 27.05.2016-ci il tarixli kredit müqaviləsi üzrə 2.918.101,75 ABŞ dolları əsas, 215.576,05 ABŞ dolları faiz, 70.091,61 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 3.203.769,41 ABŞ dolları məbləğdə borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh5 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 7 otaqlı 171,53 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 31(B tik) nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun Bakı şəhəri Yasamal rayonu General Həmidov küçəsi məhəllə 3161 ünvanda yerləşən 7 otaqlı 171,53 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 31(B tik) nömrəli fərdi yaşayış evinin hərracda satışdan əldə olunan vəsait hesabına ona ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 3 otaqlı 135,58 kv.m. ümumi 87,1 kv.m. yaşayış sahədən ibarət 31 nömrəli evin 2 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanda yerləşən 3 otaqlı 135,58 kv.m. ümumi 87,1 kv.m. yaşayış sahəsindən ibarət 31 nömrəli evin 2 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına ona ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 11 otaqlı 171,98 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 31(C tik) nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanda yerləşən 11 otaqlı 171,98 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 31(C tik) nömrəli fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına ona ödənilməsi, borcun əvəzi girov qoyulmuş Cavabdeh4 Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 535 kv.m. olan A-8 yaşayış kompleksi Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 535 kv.m. olan A-7 yaşayış kompleksi Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 535 kv.m. olan A-5 yaşayış kompleksi Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 520 kv.m. olan B-2 yaşayış kompleksi Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 520 kv.m. olan B-1 yaşayış kompleksi barəsində 07/16 nömrəli 12.05.2016-cı il tarixli, 08/16 nömrəli 12.05.2016-cı il tarixli, 09/16 nömrəli 12.05.2016-cı il tarixli, 10/16 nömrəli 12.05.2016-cı il tarixli, 17/18 nömrəli 12.05.2016-cı il tarixli maliyyə arayışları üzrə "xxxx" MMC qarşısında yaranmış tələbetmə hüquqlarına yönəldilməsi hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi Cavabdeh5 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 7 otaqlı 171,53 kv.m. yaşayış 157,74 kv.m. yardımçı sahədən ibarət 31(B tik) nömrəli fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh5 və digər şəxslərin ünvan 1 ünvanda yerləşən 7 otaqlı 171,53 kv.m. yaşayış 157,74 kv.m. yardımçı sahədən ibarət 31 (B tik) nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh5 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və ona təhvil verilməsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 3 otaqlı 135,58 kv.m. ümumi 87,1 kv.m. yaşayış sahədən ibarət 31 nömrəli evin 2 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin ünvan 1 ünvanda yerləşən 3 otaqlı 135,58 kv.m. ümumi 87,1 kv.m. yaşayış sahədən ibarət 31 nömrəli evin 2 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 11 otaqlı 171,98 kv.m. yaşayış 157,74 kv.m. yardımçı sahədən ibarət 31 (C tik) nömrəli fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin ünvan 1 ünvanda yerləşən 11 otaqlı 171,98 kv.m. yaşayış 157,74 kv.m. yardımçı sahədən ibarət 31 (C tik) nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi, onunla cavabdeh MMC arasında bağlanmış 27.05.2016-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30.06.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh MMC arasında bağlanmış 27.05.2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh MMC-dən 2.574.484,25 ABŞ dolları məbləğdə əsas borcun, 122.433,77 ABŞ dolları məbləğdə faiz borcunun, 50.000 ABŞ dolları məbləğdə dəbbə pulunun, ümumilikdə 2.746.918,02 ABŞ dolları məbləğdə borc ödənişinin günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla, eləcə də ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 30 manat məbləğdə pul vəsaitinin və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 60 manat məbləğdə pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, 171,53 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı 31 (B tik) nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilk satış qiyməti 810.000 manat məbləğdə müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh5 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda 0,01716 ha torpaq sahəsində yerləşən, 3 otaqlı, 135,58 kv.m. ümumi 87,1 kv.m. yaşayış sahəsindən ibarət olan 31 nömrəli evin, 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahədən ibarət 3 otaqlı 2 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilk satış qiymətinin 288.000 manat məbləğdə müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, 171,98 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 11 otaqlı 31 (C tik) nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilk satış qiyməti 900.000 manat məbləğdə müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına iddiaçının borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh2 qaytarılması, satışlardan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan tərəflər ondan apellyasiya şikayətləri vermiş, iddiaçı qismən ləğv edilərək, iddianın tam təmin edilməsini, cavabdeh MMC təmin edilən hissədə ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişlər. Bakı Kommersiya Məhkəməsinin 28.10.2021-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və MMC tərəfindən verilmiş apellyasiya şikayətləri geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin 15.11.2021-ci il tarixli qərardadı ilə cavabdeh MMC-nin ərizəsi təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 30.06.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üzrə prosessual müddət cavabdeh MMC-yə münasibətdə bərpa edilmiş, apellyasiya şikayəti işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-248/2022 nömrəli iş üzrə 26.01.2022-ci il tarixli qərardadı ilə iddiaçı və cavabdeh MMC-nin apellyasiyaları mümkün hesab edilmiş, iş Məhkəmənin icraatına qəbul edilmiş, 21.02.2022-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 26.01.2022-ci il tarixli qərardadı ləğv edilmiş, iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılmışdır. Daha sonra cavabdeh MMC birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin 28.10.2022-ci il tarixli qərardadından şikayət və şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Şikayətin dəlillərinə görə, cavabdehlərin elektron kabinetləri yoxdur. Məhz buna görə də onlar tərəfindən apellyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilməsi mümkün olmamışdır. Bakı Kommersiya Məhkəməsinin 08.04.2022-ci il tarixli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 28.10.2021-ci il tarixli qərardadından cavabdeh MMC tərəfindən verilmiş şikayət geri qaytarılmış, 08.04.2022-ci il tarixli digər qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 28.10.2021-ci il tarixli qərardadından şikayət verilməsi üçün prosessual müddət cavabdeh MMC-yə münasibətdə bərpa edilmiş, 27.04.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. MPM-in 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Normanın tələbinə görə, kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən apellyasiya şikayətlərinin məhkəməyə göndərilməsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir və bu qaydadan istisna nəzərdə tutulmamışdır. MPM-in 363.1.5-ci maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmır. Belə ki, hazırkı halda 28.10.2021-ci il tarixli qərardadı mübahisələndirən cavabdehlərdən yalnız Cavabdeh3 MMC-dir. İşdən isə görünür ki, cavabdeh MMC vəkili və nümayəndəsi Vəkil vasitəsilə təmsil olunur və sonuncunun elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabineti mövcuddur. MPM-in: Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-956/2021 nömrəli iş üzrə 28 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh3 MMC-nin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar