Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-56/2025 08.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şərafəddin oğlunun cavabdehlər Cavabdeh1 qızına və X4 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi Açar söz: öhdəliklərin icrası, pul tələbi, borc müqaviləsi, istinad edilən hüquq. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X19 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndə və vəkilləri Vəkil və Nümayəndə2 iştirakları ilə, İddiaçı Şərafəddin oğlunun cavabdehlər Cavabdeh1 və X4 qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 2(113)-1729/2024 nömrəli qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. xx.xx.2018-ci il tarixli Əməkdaşlıq haqqında Tərəfdaşlıq Sazişindən görünür ki, tərəflər hazırkı tərəfdaşlıq sazişi ilə Azərbaycan, Bakı, Nəsimi rayonu, Nizami 104 və Xaqani 65 küçələrinin kəsişməsi ünvanında yerləşən 1 saylı yaşayış ərazisində, 0,45 ha sahəsi olan torpaq sahəsinin ayrılması haqqında Akta əsasən, reyestrdə 1/19 nömrəsi ilə qeydiyyata alınmış yaşayış kompleksinin (sonradan – “Yaşayış kompleksi”) tikintisində iştirak haqqında öz niyyətlərini təsdiq edirlər. Layihədə X3 50%, İddiaçınun 25%, X5 25% payları müəyyən edilmişdir. Payların rəsmiləşdirilməsi "xxxx" YS kooperativinin iştirakçılarının səhmlərinin satın alınması yolu ilə həyata keçirilməli olmaqla, 25% nominallı səhmlərin satın alınması İddiaçı üçün 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat məbləğində təşkil etmişdir. Müqavilədə göstərilmişdir ki, tikintinin başa çatmasının, binanın istismara verilməsinin ümumi müddəti tikinti işlərinin başladığı gündən 30 aydan gec olmayaraq nəzərdə tutulmuşdur. Tərəf 1 - Cavabdeh2 sakinlərin köçürülməsi, zəruri layihə - smeta və icazə sənədlərinin, mühəndis obyektlərinin (xarici şəbəkələrin) birləşdirilməsinə dair Texniki Şərtlərin alınması, tikinti işlərinin təşkili və idarə edilməsi, kompleksin istismara verilməsi və qəbul komissiyasına təhvil verilməsi, tikintinin maliyyələşdirilməsi üzrə öhdəlikləri öz üzərinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən Əməkdaşlıq haqqında Saziş onun imzalandığı gündən qüvvəyə minir və 3 il ərzində qüvvədədir.
2. xx.xx.2018-ci il tarixli X7 görünür ki, İddiaçı Şərafəddin oğlu (borcverən) Cavabdeh2 (borcalana) ******* manat məbləğində faizsiz borc vermişdir, Borcalan isə borc məbləğini müqavilə ilə müəyyən edilmiş qaydada və müddətlərdə Borcverənə qaytarmağı öhdəsinə götürür. Borc məbləğindən istifadə edilməsinə görə faizlər ödənilmir. Müqavilə pulların Borcalana verildiyi andan bağlanmış hesab edilir. Müqavilənin 3.3-cü bəndinə əsasən bu müqavilə “YGroup construction” YS kooperativi şirkətində 25% məbləğində payın İddiaçı Şərafəddin oğlu ilə affilə edilmiş şirkətə rəsmiləşdirilməsi anından qüvvəyə minir, bu da notarial təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə təsdiq edilir. Müqavilənin 3.4-cü maddəsinə əsasən hazırkı borc müqaviləsi Rusiya Federasiyası qanunvericiliyinə tabedir.
3. xx.xx.2018-ci il tarixli X17nə 1 saylı Əlavə olan borcalanın qəbzindən görünür ki, Cavabdeh2 İddiaçı Şərafəddin oğlundan 44105000 rubl məbləğinin ekvivalenti olan ******* manat məbləğində borc məbləğini almışdır.
4. Nikah haqqında akt qeydindən görünür ki, Yusuf-X6-X22 ilə xx.xx.1996-cı il tarixdə nikah bağlamışdır.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Şərafəddin oğlu iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin edilməsini və iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1 225 000 manat borc məbləğinin İddiaçınun xeyrinə tutulması və 1402,50 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçınun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında pasport qeydiyyatında olan Cavabdeh2, Azərbaycan Respublikasının vətəndaşı X12 və Rusiya Federasiyasının vətəndaşı olan İddiaçı arasında 23 may 2018-ci il tarixində Əməkdaşlıq haqqında Partnyorluq Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə, tərəflər Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Nizami 104 və Xəqani 65 küçələrinin kəsişməsi ünvanında yerləşən 1 saylı yaşayış ərazisində, 0,45 ha torpaq sahəsinin ayrılması haqqında Akta əsasən, reyestrdə 1/19 nömrəsi ilə qeydiyyata alınmış yaşayış kompleksinin tikintisində iştirak haqqında öz niyyətlərini bildirməklə, tərəflərin həmin layihədə iştirak payları – iş üzrə Cavabdeh2 üçün – 50%, iş üzrə İddiaçı üçün – 25% və X12 üçün – 25 % olmaqla bölüşdürülmüşdür. 23 may 2018-ci il tarixli Əməkdaşlıq haqqında Partnyorluq Müqaviləsi ilə həmin tərəflər arasında payların rəsmiləşdirilməsi "xxxx" YS kooperativinin iştirakçılarının səhmlərinin satın alınması yolu ilə həyata keçirilməli olmaqla, 25% nominallı səhmlərin satın alınması İddiaçı üçün 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat məbləğində təşkil etmişdir. Tərəflər arasında 23 may 2018-ci il tarixində bağlanmış həmin Əməkdaşlıq haqqında Partnyorluq Müqaviləsinə uyğun olaraq, 25% nominallı səhmlərin satın alınması 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat məbləğində yazılı formada borc müqaviləsinin bağlanması yolu ilə rəsmiləşdirilmişdir. Bildirmək istəyirik ki, Rusiya Federasiyanın vətandaşı olan İddiaçı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının vətəndaşı olan Cavabdeh2 arasında 23 may 2018-ci il tarixində X17 bağlanmışdır. Həmin X9 1.1-ci maddəsinə əsasən, müqavilə ilə borcverən adlanan Rusiya Federasiyanın vətandaşı olan İddiaçı 44 105 000 (qırx dörd milyon yüz beş min) rubl məbləğində, borc müqaviləsinin tərəflər arasında imzalanması tarixinə Rusiya Federasiyası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq 1 225 000 (bir milyin iki yüz iyirmi beş min) manat ekvivalentində olan pul vəsaitini müqavilə ilə borcalan adlanan Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh2 mülkiyyətinə vermiş, borcalan isə həmin məbləğdə olan borc məbləğini borcverəndən qəbul etmiş və müqavilə ilə müəyyən edilmiş qaydada və müddətlərdə borcverən İddiaçına qaytarmağı öz öhdəsinə götürmüşdür. 23 may 2018-ci il tarixli borc müqaviləsinin 1.3-cü maddəsinə əsasən, həmin müqavilə 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat məbləğində pul vəsaitinin borcalana verildiyi andan bağlanmış hesab edilir. 23 may 2018-ci il tarixli X9 2.1.1-ci maddəsinə əasən, borc məbləği borcalan Cavabdeh2 borcverən İddiaçı tərəfindən iki şahidin iştirakı ilə nağd şəkildə verilmiş və müqavilənin 2.1.2-ci maddəsinə əsasən 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat məbləğində borcun verilməsi borcverənə təqdim edilən və tərəflər arasında bağlanmış X9 ayrılmaz tərkib hissəsi sayılan 23 may 2018-ci il tarixli müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilmiş borcalanın qəbzi ilə iki şahidin – Rusiya Federasiyasının vətəndaşı olan X11 və Azərbaycan Respublikasının vətəndaşı X5 iştirakları ilə verilmişdir. Belə ki, 23 may 2018-ci il tarixli X9 ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavə ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı və iş üzrə cavabdeh olan Cavabdeh2 Rusiya Federasiyasının vətəndaşı olan İddiaçından borc məbləği olan 44 105 000 rubl məbləğində pul vəsaitinin həmin borc müqaviləsinin imzalanması tarixinə Rusiya Federasiyası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat ekvivalentində olan pul vəsaitini mülkiyyətinə qəbul etmişdir və həmin borc məbləğinin 23 may 2018-ci il tarixli X9 şərtlərinə müvafiq olaraq geri qaytarılması öhdəliyini üzərinə götürmüşdür. Bildirmək istəyirik ki, Cavabdeh2 tərəflər arasında bağlanmış 23 may 2018ci il tarixli Əməkdaşlıq haqqında Partnyorluq Müqaviləsinin tələblərini pozmaqla yaşayış kompleksinin tikintisində iştirak payının 25% hissəsini İddiaçınun adına keçirməli olduğu halda keçirməmiş, bundan əlavə 23 may 2018-ci il tarixli X9 tələbini də pozmaqla iddiaçıdan götürdüyü (aldığı) 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat borc məbləğini də iddiaçıya geri qaytarmamışdır. Nəzərinizə çatdırmaq istəyirik ki, Cavabdeh2 iddiaçıdan iki şahidin iştirakı ilə 23 may 2018-ci il tarixində tərəflər arasında bağlanmış müqavilə və onun ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavə ilə aldığı (qəbul etdiyi) 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat borc məbləğini iddiaçıya geri qaytaracağına söz versə də, cavabdeh tərəfindən iddiaçıya bugünə kimi sözügedən borc məbləğindən hər hansı bir məbləğ geri qaytarılmamışdır. İddiaçı dəfələrlə Cavabdeh2 ona 23 may 2018-ci il tarixli borc müqaviləsinə əsasən olan borcunu geri qaytarmasını tələb etsə də sonuncu üzərinə götürdüyü borcun geri qaytarılması öhdəliyini yerinə yetirməkdən imtina etmiş və nəticədə İddiaçına borclu olduğu 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat borc məbləğindən hər hansı bir məbləği geri qaytarmamışdır. Hesab edirik ki, bu hal, Cavabdeh2 tərəfindən İddiaçına olan borcunun ödənilməsindən imtina halı kimi qiymətləndirilməlidir ki, bu da öz növbəsində cavabdehin iddiaçı qarşısında olan borc öhdəliyini yerinə yetirməməsinə (yəni, iddiaçıya geri qaytarmalı olduğu borc məbləğini ona geri qartarmamasına və ya geri qaytarmaqdan müxtəlif bəhanələrlə imtina etməsinə) əsas təşkil edir. Beləliklə, qeyd etmək istəyirik ki, Cavabdeh2 İddiaçından 23 may 2018-ci il tarixli X9 1.1-ci maddəsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavəsi ilə müəyyən edilmiş qaydada borc olaraq aldığı 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat məbləği (pul vəsaitini) İddiaçına geri qaytarmamaqla və ya hər hansı bir formada həmin borc məbləğini geri qaytarmaqdan imtina etməklə, iddiaçının qanuni pul vəsaitlərini heç bir hüquqi əsas olmadan, yəni qanunsuz olaraq özündə saxlamışdır.
7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi və iş üzrə cavabdehlər X1 və Cavabdeh1 müştərək qaydada ******* (bir milyon iki yüz iyirmi beş min) manat borc məbləğinin və dəymiş ziyanın əvəzi olaraq 490857,50 (dörd yüz doxsan min səkkiz yüz əlli yeddi manat, 50 qəpik) manat miqdarında pul vəsaitinin İddiaçınun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini, iddia ərizəsinin verilməsi üçün əvvəlcə ödənilmiş 1402,50 manat və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verilən zamanı ödənilmiş 781 manat olmaqla, cəmi 2183,50 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçına ödənilməsini xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbində 23 may 2018-ci il tarixli farzsiz borc müqaviləsinə əsasən cavabdeh Yusuf zada Azari Elmar oğlunun iddiaçıdan götürdüyü ******* manat borc məbləğini uzun müddət, yəni hal-hazıradək iddiaçıya geri qaytarmaması irəli sürülmüşdür. Doğrudur, adından da göründüyü kimi, İddiaçı arasında bağlanmış 23 may 2018 tarixli X17 borc məbləğinə hər hansı faizlərin hesablanmasını nəzərdə tutmur. Lakin bu heç də cavabdehin borc qaydasında aldığı pul vəsaitini qanunsuz olaraq uzun müddətdə geri qaytarmamağa əsas vermir və cavabdehlər bunun nəticəsində borc verənə dəymiş ziyana görə məsuliyyət daşıyırlar. Beləliklə, iddiaçıdan götürülmüş və bugünədək iddiaçıya geri qaytarılmamış və ya geri qaytarılmasından müxtəlif bəhanələrlə imtina edilmiş iddiaçının qanuni pul vəsaiti olan ******* manat məbləğin əldən çıxmış fayda nəticəsində vurulmuş ziyan olmaqla ötən dövrün hər ilinə olan AR Mərkəzi Bankının bank uçot dərəcəsi ilə hesablanmaqla müqavilənin bağlandığı xx.xx.2018-ci il tarixindən iyun 2023-cü il tarixinə kimi 490857,50 manat pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.
9. xx.xx.2023-cü il tarixində cavabdeh X2 nümayəndəsi Nəsimi Rayon Məhkəməsinə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı iddia tələbini qəbul etmirlər və hesab edirlər ki, tələb əsasszdır. Belə ki, İddiaçı və Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli Moskva şəhərində imzalanmış, “Əməkdaşlıq haqqında Tərəfdaşlıq Sazişi” və bilavasitə bu sazişə bağlı olan "X17". Əməkdaşlıq müqaviləsinə əsasən tərəflər Bakı şəhəri, Nizami 104 və Xəqani 65 küçələrinin kəsişməsində inşa ediləcək çoxmərtəbəli yaşayış binasının inşaasını planlaşdıraraq ona maliyyə vəsaitlərini ayırmışlar. Razılaşmanın 1.3-cü bəndinə əsasən əmkdaşlıq sazişində tərəflər ilkin dövrdə maliyyə investisiyasını müəyyən etmişlər və İddiaçı tərəfindən bu mərhələ üçün 3 500 000 manat müəyyən edilmişdir. Eyni zamanda həmin sazişlər tərəflər hansı mərhələ üçün nə kimi işlərin görülməsi razılaşdırılmışdır ki, Yusifzadə Azəriyə aid olan hissədə o görüləcək öhdəliklərinin həmin mərhələ üçün böyük bir hissəsini yerinə yetirmişdir. Lakin iddiaçı daha sonra öhdəliklərinin icrasından yayınmışdır. Sazişin 1.1-ci bəndində tərəflər "xxxx" MTKnın paylarını müəyyən etmişlər, yəni iddiaçı müəssisənin 25% payına sahib olacaqdır. İlkin mərhələlərdə iddiaçı 1 225 000 manat investisiya qoyur və həmin payın rəsmiləşdirilməsi onun adına həyata keçirilir. Yəni göstərilən məbləğ 25% qoyulacaq investisiyanın yalnız bir hissəsidir, dəqiq qeyd etsək razılaşdırılmış ilkin mərhələ olan ******* manatın yarısıdır. Müəssisənin payının iddiaçının adına rəsmiləşdirilməsi üçün tərəflərin hər ikisi Azərbaycan Respublikasında yerləşən notariat kontorlarından birinə getməsi lazım idi ki, iddiaçı tərəfin müxtəlif səbəb bəhanələri (pandemiya şəraiti, səhəri, maliyyə vəsaitinin olmaması və. s) səbəbindən baş tutmamışdır. Əməkdaşlıq sazişinin payın rəsmiləşdirilməsi hissəsi razılaşmanın digər öhdəliklərinin icra edilməməsini tərəfin üzərindən götürmür. Bağlanan saziş üç illik dövrü əhatə etməsi və bu dövrdə öhdəlikləri yerinə yetirməməsi mülki qanunvericiliyə əsasən yenədə sazişdən sonra tərəfin üç il ərzində (iddia müddəti) öhdəliklərin icrasını və yaxud dəymiş zərərin tələb edilməsini istisna etmir. Tərəflər arasında bağlanmış "xxxx"nin 4.3-cü bəndinə əsasən hazırkı müqavilə MTK-nın təsis payının 25% iddiaçıya keçənə qədər qüvvədədir. Hesab edir ki, həmin paylar iddiaçıya onun öz təqsiri səbəbindən keçmədiyi üçün və bu imkanlar hüquqi nöqteyi nəzərdən tükənmədiyi üçün borcun tələb edilməsi hazırkı mərhələdə mümkün deyildir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-92/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5204/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 92/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan verilmiş kassasiya şikayəti təmin edilməmiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)- 4650/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5204/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-1729/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 1.225.000 manat (bir milyon iki yüz iyirmi beş min manat) məbləğində əsas borc məbləği, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixə kimi illik 5% hesabı ilə hesablanan 123.690 manat (bir yüz iyirmi üç min altı yüz doxsan) faiz borcu, cəmi 1.348.690 manat (bir milyon üç yüz qırx səkkiz min altı yüz doxsan) və dövlət rüsumunun əvəzi olaraq 1465 manat (bir min dörd yüz altmış beş) tutularaq İddiaçına ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
13. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X21 oğlu İddiaçı qarşısında xx.xx.2018-ci il tarixli Əməkdaşlıq haqqında Tərəfdaşlıq Sazişi ilə Azərbaycan, Bakı, Nəsimi rayonu, Nizami 104 və Xaqani 65 küçələrinin kəsişməsi ünvanında yerləşən 1 saylı yaşayış ərazisində, 0,45 ha sahəsi olan torpaq sahəsinin ayrılması haqqında Akta əsasən, reyestrdə 1/19 nömrəsi ilə qeydiyyata alınmış yaşayış kompleksinin, tikinti işlərinin başladığı gündən 30 aydan gec olmayaraq tikintisinin başa çatdırılmasını, binanın istismara verilməsini öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli X17 İddiaçı Şərafəddin oğlu (borcverən) Cavabdeh2 (borcalana) ******* manat məbləğində faizsiz borc vermişdir. Həmin pul məbləğinin iddiaçı tərəfindən cavabdehə verilməsi işin mübahisə edilməyən halıdır. Lakin tərəfdaşlıq müqaviləsi icra olunmamış və müddəti bitmiş, belə olan halda borc müqaviləsinə əsasən müəyyən edilmiş məbləğin tələb edilməsi hüququ yaranmışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, borc müqaviləsində nəzərdə tutulmuş ******* manat borc Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.
14. İddia tələbinin ikinci hissəsi olan - iddiaçıdan götürülmüş və bugünədək iddiaçıya geri qaytarılmamış və ya geri qaytarılmasından müxtəlif bəhanələrlə imtina edilmiş iddiaçının qanuni pul vəsaiti olan ******* manat məbləğin əldən çıxmış fayda nəticəsində vurulmuş ziyan olmaqla ötən dövrün hər ilinə olan AR Mərkəzi Bankının bank uçot dərəcəsi ilə hesablanmaqla müqavilənin bağlandığı xx.xx.2018-ci il tarixindən iyun 2023-cü il tarixinə kimi 490857,50 manat pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi tələbini məhkəmə qismən əsaslı hesab etmişdir. İddiaçı faiz borcunu müqavilələrin bağlandığı xx.xx.2018-ci il tarixindən iyun 2023-cü il tarixinə kimi tələb edir. Lakin, tərəflər arasında bağlanmış müqavilə X17dir. Əməkdaşlıq haqqında Tərəfdaşlıq Sazişinin və X9 şərtlərini (Sazişin onun imzalandığı gündən qüvvəyə minməsini və 3 il ərzində qüvvədə olmasını) və iddiaçının nümayəndəsinin də izahatına əsasən verilmiş borc məbləğinin üç il müddətinə verildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, müqavilələrin quvvədə olduğu müddətə də (xx.xx.2018- xx.xx.2021-ci il tarixinə) faiz məbləğinin tələb edilməsi tamamilə əsassız və qanunsuzdur. Borc məbləği Əməkdaşlıq haqqında Tərəfdaşlıq Sazişinin icrası ilə bağlı və faizsiz olaraq verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, müqavilənin bağlandığı deyil, müqavilə müddətlərinin bitdiyi xx.xx.2021-ci il tarixindən iddiaçının tələb etdiyi xx.xx.2023-cü il tarixinə kimi illik 5% ilə hesablanmaqla 123690 manat məbləğində faiz borcu cavabdeh X1 tutularaq iddiaçıya ödənilməlidir (xx.xx.2021 – xx.xx.2023 = 2 il 7 gün. ******* manatın 1 illik 5% = 61250 manat, 1 ay = 5104 manat, 1 gün = 170 manat; 61250 manat x 2 il + 170 x 7 = 123690 manat). İddianın təmin olunmayan ikinci cavabdehə münasibətdə məhkəmə qeyd etmişdir ki, müqavilədə tərəf Cavabdeh2 olduğundan və borcun ailə ehtiyacları üçün götürülməsi müəyyən edilmədiyindən Cavabdeh1 münasibətdə iddia təmin edilməməlidir.
15. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 21, 445, 449,739.1, 739.2, 740.2-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
16. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)- 1729/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1729/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Bakı Kommersiya Məhkəməsinin qətnaməsi ilə iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuş, həmçinin iş üzrə həqiqi hallar və tərəflərin qarşılıqlı münasibətləri hərtərəfli araşdırılmamışdır. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli “Əməkdaşlıq haqqında Tərəfdaşlıq Sazişi” və “Faizsiz borc müqavilələrin 3.4-cü və 3.5-ci bəndlərinə əsasən, sazişlər Rusiya Federasiyası qanunvericiliyinə tabedir, Sazişin bağlanması, icra edilməsi, dəyişdirilməsi, xitam verilməsi, onların etibarlılığı ilə bağlı mübahisələrin yarandığı təqdirdə belə mübahisələr Rusiya Federasiyasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və məhkəmə aidiyyəti qaydalarına uyğun baxılmalıdır. Belə ki, Rusiya Federasiyanın vətandaşı olan İddiaçı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının vətəndaşı olan Cavabdeh2 arasında 23 may 2018-ci il tarixində X17 bağlanmışdır. Həmin X9 1.1-ci maddəsinə əsasən, müqavilə ilə borcverən adlanan Rusiya Federasiyanın vətandaşı olan İddiaçı 44 105 000 (qırx dörd milyon yüz beş min) rubl məbləğində, borc müqaviləsinin tərəflər arasında imzalanması tarixinə Rusiya Federasiyası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq 1 225 000 (bir milyin iki yüz iyirmi beş min) manat ekvivalentində olan pul vəsaitini müqavilə ilə borcalan adlanan Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh2 mülkiyyətinə vermiş, borcalan isə həmin məbləğdə olan borc məbləğini borcverəndən qəbul etmiş və müqavilə ilə müəyyən edilmiş qaydada və müddətlərdə borcverən İddiaçına qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “Əməkdaşlıq haqqında Tərəfdaşlıq Sazişi” və “X17” hər iki saziş sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı əqdlərdir. Hər iki sazişin 3.4-cü bəndlərinə əsasən sazişlər Rusiya Federasiyası qanunvericiliyinə tabedir. Həmin Sazişlərin 3.5-ci bəndlərinə əsasən Sazişin bağlanması, icra edilməsi, dəyişdirilməsi, xitam verilməsi, onların etibarlılığı ilə bağlı mübahisələrin yarandığı təqdirdə belə mübahisələr Rusiya Federasiyasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və məhkəmə aidiyyəti qaydalarına uyğun baxılmalıdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçının nümayəndə və vəkilləri məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş edirlər.
19. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.
Tətbiq edilən hüquq
20. Rusiya Federasiyası Mülki Məcəlləsinin: - 10-cu maddəsinə əsasən mülki hüquqların yalnız başqa şəxsə zərər vurmaq niyyəti ilə həyata keçirilməsinə, qanunsuz məqsədlə qanundan yayınma hərəkətlərinə, habelə vətəndaş hüquqlarının qəsdən vicdansızlıqla həyata keçirilməsinə (qanundan suiistifadə) yol verilmir. Mülki hüquqlardan rəqabəti məhdudlaşdırmaq üçün istifadəyə, habelə bazarda hökmranlıq mövqeyindən sui-istifadəyə yol verilmir. Bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş tələblərə əməl edilmədikdə, məhkəmə, arbitraj məhkəməsi və ya arbitraj məhkəməsi yol verilmiş sui-istifadənin xarakterini və nəticələrini nəzərə alaraq, şəxsin hüquqlarının müdafiəsini bütövlükdə rədd edir və ya qismən, habelə qanunla nəzərdə tutulmuş digər tədbirləri tətbiq edir. Hüquqdan sui-istifadə qanunsuz məqsədlə qanundan yayınmaqla hərəkətlərin edilməsində ifadə olunduqda, bu Məcəllə ilə belə hərəkətlərin başqa nəticələri müəyyən edilmədiyi üçün bu maddənin 2-ci bəndində nəzərdə tutulmuş nəticələr tətbiq edilir. Hüquqdan sui-istifadə başqa şəxsin hüququnun pozulması ilə nəticələnibsə, həmin şəxs bunun nəticəsində dəymiş zərərin ödənilməsini tələb etmək hüququna malikdir. - 309-cu maddəsinə əsasən öhdəliklər öhdəliyin şərtlərinə və qanunun, digər hüquqi aktların tələblərinə uyğun olaraq lazımi qaydada, belə şərtlər və tələblər olmadıqda isə gömrük və ya adətən qoyulan digər tələblərə uyğun yerinə yetirilməlidir. Əqdin şərtləri, tərəflərin öhdəliyin informasiya texnologiyalarından istifadə etməklə yerinə yetirilməsinə yönəlmiş ayrıca ifadə edilmiş əlavə iradəsi olmadan müəyyən hallar baş verdikdə ondan irəli gələn öhdəliklərin onun tərəfləri tərəfindən yerinə yetirilməsini təmin edə bilər. - 329-cu maddəsinə əsasən öhdəliklərin yerinə yetirilməsi cərimə, girov, borclunun əmlakının saxlanması, zaminlik, müstəqil zəmanət, depozit, girov qoyulması və qanunla və ya müqavilədə nəzərdə tutulmuş digər üsullarla təmin edilə bilər. Öhdəliyin yerinə yetirilməsini təmin edən müqavilənin etibarsızlığı əsas öhdəliyin yarandığı müqavilənin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin yarandığı müqavilə etibarsız olduqda, əsas öhdəlik üzrə alınmış əmlakın qaytarılması ilə bağlı belə etibarsızlığın nəticələri ilə bağlı öhdəliklər təmin edilmiş sayılır. Əsas öhdəliyə xitam verilməsi, qanunla və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onu təmin edən öhdəliyə xitam verilməsinə səbəb olur. - 807-ci maddəsinə əsasən borc müqaviləsinə əsasən, bir tərəf (borc verən) pulun, ümumi xüsusiyyətləri ilə müəyyən edilmiş əşyaların və ya qiymətli kağızların mülkiyyət hüququnu digər tərəfə (borcalana) verir və ya verməyi öhdəsinə götürür, borcalan isə borc verənə eyni miqdarda pul (kredit məbləği) və ya onun aldığı eyni sayda və eyni növdə olan əşyalar və ya eyni qiymətli kağızlar qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsində borc verən şəxs vətəndaşdırsa, kredit məbləği və ya kredit müqaviləsinin digər predmeti borcalana və ya onun göstərdiyi şəxsə verildiyi andan müqavilə bağlanmış hesab olunur.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
22. Qətnamə cavabdeh X8 tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi
23. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(113)-1729/2024 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməlidir.
24. İşin hallarından görünür ki, Cavabdeh2 İddiaçı qarşısında xx.xx.2018-ci il tarixli Əməkdaşlıq haqqında Tərəfdaşlıq Sazişi ilə Azərbaycan, Bakı, Nəsimi rayonu, Nizami 104 və Xaqani 65 küçələrinin kəsişməsi ünvanında yerləşən 1 saylı yaşayış ərazisində, 0,45 ha sahəsi olan torpaq sahəsinin ayrılması haqqında Akta əsasən, reyestrdə 1/19 nömrəsi ilə qeydiyyata alınmış yaşayış kompleksinin, tikinti işlərinin başladığı gündən 30 aydan gec olmayaraq tikintisinin başa çatdırılmasını, binanın istismara verilməsini öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli X17 İddiaçı Şərafəddin oğlu (borcverən) Cavabdeh2 (borcalana) ******* manat məbləğində faizsiz borc vermişdir. Həmin pul məbləğinin iddiaçı tərəfindən cavabdehə verilməsi işin mübahisə edilməyən halıdır. Lakin tərəfdaşlıq müqaviləsi icra olunmamış və müddəti bitmiş, belə olan halda borc müqaviləsinə əsasən müəyyən edilmiş məbləğin tələb edilməsi hüququ yaranmışdır. Kollegiya həmçinin onu qeyd edir ki, tərəflər arasında imzalanmış tərəfdaşlıq sazişinin 3.5-ci maddəsinə əsasən müqavilə üzrə mübahisələrin yarandığı təqdirdə mübahisələrə Rusiya qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baxılmalıdır. Müqavilənin şərtlərinə əsasən hazırkı mübahisəyə Rusiya Mülki Məcəlləsinin müvafiq maddələri tətbiq edilmiş, tətbiq edilmiş normalara əsasən cavabdeh iddiaçıya müqavilə üzrə ödənilməmiş borcunu qaytarmalı, üzərinə düşən öhdəliyi yerinə yetirməlidir.
25. Apellyasiya şikayətinin yeganə dəlili kimi cavabdeh qeyd etmişdir ki, tərəflər arasında imzalanmış müqavilənin tələblərinə əsasən hazırki mübahisəyə Rusiya Federasiyasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və məhkəmə aidiyyəti qaydalarına uyğun baxılmalıdır. Məhkəmə kollegiyası bu dəlili qismən, tətbiq edilməli olan qanunvericilik hissəsində əsaslı hesab edir, belə ki, hazırki mübahisəyə tərəflər arasında imzalanmış müqavilənin şərtlərinə əsasən Rusiya qanunvericiliyinin müddəaları tətbiq edilmişdir. Kollegiya digər dəlili əsaslı hesab etməyərək qeyd edir ki, həmin məsələyə artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli 2(102)-4650/2023 saylı qərarı ilə qiymət verilmiş, hazırkı mübahisəyə baxılmasında Bakı Kommersiya Məhkəməsinin səlahiyyətli olduğu müəyyən edilmişdir.
26. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olsa da maddi hüquq normaları düzgün tətbiq edilməmiş, ona görə də qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.
27. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1729/2024 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh2 1.225.000 manat (bir milyon iki yüz iyirmi beş min) məbləğində əsas borc məbləği, xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixə kimi illik 5% hesabı ilə hesablanan 123.690 manat (bir yüz iyirmi üç min altı yüz doxsan) faiz borcu, cəmi 1.348.690 manat (bir milyon üç yüz qırx səkkiz min altı yüz doxsan) və dövlət rüsumunun əvəzi olaraq 1465 manat (bir min dörd yüz altmış beş) tutularaq İddiaçına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.