Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-561/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh7 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2615/2024 nömrəli qərardadından Cavabdeh1 MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh7 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 fevral 2024-cü il tarixinə Banka əsas borc üzrə 361,960.99 manat, faiz borcu üzrə 31769.42 manat, dəbbə pulu 628 manat, ümumilikdə iddia tələbi 394.358.41 manat məbləğində pulun, 490 manat dövlət rüsumunun, 2400 manat hüquqi xidmətə görə haqqın və 06 fevral 2024-cü il tarixdən başlayaraq əsas borcun ödənilməsi anına kimi hər gün üçün 49.58 manat məbləğində pulun hesablanmaqla müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 MMC xx.xx.2024-cü il tarixdə məhkəməyə vəsatət ilə müraciət edərək, işin ərazi aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsində göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2615/2024 nömrəli qərardadı ilə Cavabdeh6 vəsatəti rədd edilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh1 MMC “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə şikayət ünvanlayaraq məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 2615/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsasdırmışdır ki, məhkəmə Qərardad ilə yalnış nəticəyə gələrək, cavabdehlərin məhkəmədə iştirakının və müdafiə hüququnun təmin edilməsində ciddi maneələr yaradılmasına səbəb olmuşdur. Belə ki, şirkətin qeydiyyat ünvanı “AZ2005, Gəncə şəhəri, ünvan 1ayaraq işə Bakı Kommersiya Məhkəməsində baxılır. Beləliklə əsas cavabdehin hüquqi ünvanın Gəncə şəhərində olmasına baxmayaraq, iş Bakı Kommersiya Məhkəməsində icraata götürülmüşdür. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə şikayəti nəzərdən keçirərək hesab etmişdir ki, şikayət rədd edilməli və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İş materiallarından görünür ki, Cavabdeh1 MMC-nin hüquqi ünvanı Gəncə şəhəri, ünvan 4raq iş üzrə cavabdeh qismində çıxış edən digər hüquqi və fiziki şəxslərin yaşayış yeri Bakı şəhəridir. Odur ki, qanunvericiliyin tələbləri nəzərə alınmaqla iddiaçının seçiminə görə aidiyyat müəyyən edilə və iddia ərizəsi cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia ərizəsi aidiyyət qaydalarına uyğun olaraq verildiyindən şikayətin təmin edilməsi üçün əsaslar mövcud deyil. Məhkəmə kollegiya hesab edir ki, vəsatətin hüquqi əsası olmadığı üçün birinci instansiya məhkəməsi düzgün olaraq vəsatətin təmin edilməməsi nəticəsinə gəlmişdir. Beləliklə, kollegiya hesab edir ki, şikayət əsassızdır və onun dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2615/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-561/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-561/2024
16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver