Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-563/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, X3 katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X1 Cavabdeh ASC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 02.04.2021-ci il tarixli, e-2-2(113)-988/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı X2 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək Bərdə Rayon Məhkəməsinin 2(021)2715 saylı 13 oktyabr 2015-ci il tarixli qətnaməsinə əsasən ləğv edilmiş lizinq müqaviləsi üzrə 2.000.000 manat məbləğində borcundan banka ödədiyi 516.638,10 manat məbləğində pul vəsaitinin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh ASC 02.04.2021-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Firmadan Cavabdeh ASC-nin xeyrinə 30 mart 2010-cu il tarixli 1853/93/02 №-li, 07 fevral 2011-ci il tarixli SKMF 001/06/11 №-li və 19 iyul 2011-ci il tarixli 12-SKMF-3-0-364-11 №-li, kredit müqavilələri üzrə banka gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 93.651,91 məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 93.651,91 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-988/2021 saylı, 02.04.2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilmişdir. Cavabdeh ASC həmin qərardaddan şikayət verərək ləğv edilməsini və mübahisəyə baxılması üçün müvafiq prosessual hərəkətləri yerinə yetirməyi məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, iddiaçının müraciət pul tələbi ilə bağlıdır. Eyni zamanda, Bank tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi götürülmüş kreditlər üzrə borcun ödənilməsi tələb edilmişdir. Göründüyü kimi, məhkəmənin qərardadda qeyd etdiyi kimi, ilkin və qarşılıqlı iddia tələbləri arasında əlaqənin mövcud olmaması və Mülki-Prosessual Məcəlləsinin 156-cı maddəsində nəzərdə tutulmuş qarşılıqlı iddianın qəbul edilməsi şərtlərinin heç birinə cavab verməməsi ilə bağlı gəldiyi nəticə səhvdir. Bakı Kommersiya Məhkəməsinin 13.04.2021-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi şikayəti müdafiə etdiyini bildirərək təmin edilməsini, İddiaçı KİF-in nümayəndəsi isə onunla razılaşmamış və birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə öz qərardadında qarşılıqlı iddia ərizəsini geri qaytarmasını aşağıdakılarla əsaslandırmışdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (“MPM”) 155.1-ci maddəsinin tələbinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Həmin Məcəllənin 156-cı maddəsi qarşılıqlı iddianın qəbul edilməsinin şərtlərini müəyyən etmişdir. Qeyd olunan Məcəllənin 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1. qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2. qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Hazırkı halda, ilkin iddia ərizəsinin və həmin ərizəyə əlavənin məzmunundan aydın olur ki, ilkin iddia üzrə mübahisə Bərdə Rayon Məhkəməsinin 13.10.2015-ci il tarixli 2(021)-2715/2015 saylı qətnaməsi ilə “İddiaçı KİF-dən Nikoyl İKB ASC-nin xeyrinə tutulması (əvvəlki adı“ Cavabdeh” ASC) qət edilmiş məbləğ üzrə edilmiş ödənişlərin Cavabdeh ASC tərəfindən nəzərə alınmaması, həmin ödəniş məbləğlərinin firmanın Cavabdeh ASC qarşısında olan borcundan silinməməsi ilə bağlıdır. Qarşılıqlı iddia ərizəsində irəli sürülən tələb isə tərəflər arasında bağlanmış 30 mart 2010-cu il tarixli 1853/93/02 N°-li kredit müqaviləsindən irəli gələn əldən çıxmış fayda tələbidir...” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, ilkin iddiaçının tələbi qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası ilə əlaqədar, artıq ödədiyi pulun geri qaytarılması ilə bağlı olduğu halda, cavabdeh bankın qarşılıqlı iddia tələbi həmin işlə əlaqədar olmayan, həm də ilkin tələbin qarşılıqlı ödənilməsinə yönəlməyin və onun tam və ya qismən təmin edilməsini aradan qaldırmayan bir iddia tələbini özündə əks etdirir. Belə olan halda, MPM-in qeyd olunan 156.1-ci -156.1.3-cü maddələrinin sadalanan tələbləri baxımından, Cavabdeh ASC-nin qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunması prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilməlidir. Ona görə də qeyd ediləndəri nəzərə alan məhkəmə kollegiyası cavabdehin şikayətinin, Bakı Kommersiya Məhkəməsinin 02.04.2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsini qanunsuz və əsassız olduğnu mübahisələndirən, dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsində iddia ərizəsinin geri qaytarılması barədə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 263-264, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh ASC-nin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 02.04.2021-ci il tarixli, e-2-2(113)-988/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-563/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-563/2021
20.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver