Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-563/2025 03.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2nə qarşı “müqavilənin ləğv edilməsi və pulun tutulması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh1 Mənzil Tikinti Kooperativinin cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası üzrə “ödənilmiş icarə haqqının geri qaytarılması və s.” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-299/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin Halları
1. İddiaçı (icarəyə verən) ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativi (icarəçi) arasında aylıq icarə haqqı 7000 manat təşkil edən, 8 tonluq, 55 metr qolunın uzunluğu, 100 metr hündürlükdə olan 1 ədəd QTZ-80 Qülləli kranla bağlı xx.xx.2023-cü il tarixdə icarə müqaviləsi bağlanmışdır.
2. İş materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" MMC və İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, qeyd edilmiş kran "xxxx" MMC tərəfindən 55.000 manata İddiaçı satılmışdır.
3. Fövqəladə Hallar Nazirliyinin X4 Görülməsi və Dağ X14 Agentliyi tərəfindən Cavabdeh1 Mənzil Tikinti Kooperativinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə Şahbazi küçəsi ilə Qırmızı Şərq küçəsi bina 104 ünvanında quraşdırılmış qülləli krana baxış keçirilmiş, kranın texniki pasportu, iş icra layihəsi, cavabdeh şəxslərin əmri, quraşdırılma aktı, kran operatorunun sertifikatı təqdim edilməmiş. Texniki sənədlər təqdim olunana qədər kranın istismarı qadağan edilmişdir.
4. İş materiallarına əlavə edilmiş qeyd edilmiş kranın pasportunun surətindən (əslinə baxış keçirilmişdir) görünür ki, kran xx.xx.2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin X4 Görülməsi və Dağ X14 Agentliyində qeydə alınmışdır.
5. Qeyd edilmiş kranla bağlı Fövqəladə Hallar Nazirliyinin X4 Görülməsi və Dağ X14 Agentliyi tərəfindən verilmiş təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə xx.xx.2024-cü il tarixli çıxarış verilmişdir.
6. Cavabdeh1 Mənzil Tikinti Kooperativi ilə Cavabdeh2 arasında kranın sökülməsinə dair xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır. Qeyd edilmiş müqavilənin 1 saylı əlavəsindən görünür ki, qeyd edilmiş işin dəyəri 4.000 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativinə və Cavabdeh2nə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə arasında bağlanılmış müqaviləsinin ləğv edilməsi, defektoskopiyaya çəkilən xərcə görə 2.150,55 (iki min bir yüz əlli manat, əlli beş qəpik) manat, kranın (demontaj) sökülməsinə görə 18.225,00 (on səkkiz min iki yüz iyirmi beş) manat, kranın quraşdırılmasına görə 15.066,00 (on beş min altmış altı) manat, kranın ayaqlarına (anker) görə 12.150,00 (on iki min bir yüz əlli) manat, kranın şənbə və bazar günləri işlədilməsinə görə 2.458,20 (iki min dörd yüz əlli səkkiz manat iyirmi qəpik) manat, operatorun şənbə və bazar günləri işlədilməsinə görə 560,85 (beş yüz altmış manat səksən beş qəpik) manat, kranın müqavilə üzrə müəyyən edilmiş saatdan çox işlədilməsinə görə 450,00 (dörd yüz əlli) manat, cəmi 51.060,60 (əlli bir min altmış manat altmış qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh1 MTKdan, krana dəymiş ziyana görə 100.475,60 (bir yüz min dörd yüz yetmiş beş manat, altmış qəpik) manat, ekspertiza xərcinə görə 400,00 (dörd yüz) manat və əldən çıxmış faydaya görə 306.180,00 (üç yüz altı min bir yüz səksən) manat, cəmi 407.055,60 (dörd yüz yeddi min əlli beş manat altmış qəpik) manat pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 MMC-dən, məhkəməyə müraciət üçün vəkil xidmət haqqına görə 3.500,00 (üç min beş yüz) manat, dövlət rüsumuna görə 751,62 (yeddi yüz altmış iki manat altmış iki qəpik) manat pul vəsaitinin müştərək qaydada Cavabdeh1 MTK və Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh1 Mənzil Tikinti Kooperativi cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi və İddiaçı, ona ödənilmiş 14300 (on dörd min üç yüz) manat icarə haqqının, Kranın quraşdırılması üçün cavabdehə ödənilmiş 2150 (iki min yüz əlli) manat pulun, Cavabdeh2 MMC-yə kranın sökülməsi üçün ödənilmiş 4000 (dörd min) manat pulun və MTK-ya dəymiş 200000 (iki yüz min) manat maddi ziyanın alınaraq Cavabdeh1 MTK-nə ödənilməsi barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir. 9.Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-299/2025 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, xx.xx.2023-cü il tarixli icarə müqaviləsinin ləğv edilmiş hesab edilməsi, QTZ80 modelli Qülləli Kranın ayaqlarının qaytarılmamasına görə 10.000 (on min) manat məbləğində pulun Cavabdeh1ndən tutularaq İddiaçı verilməsi, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 1.000 (bir min) manat məbləğində pulun Cavabdeh1ndən tutularaq İddiaçı verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, ödənilmiş icarə haqqının əvəzi olaraq 14.300 (on dörd min üç yüz) manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh1nə qaytarılması, QTZ80 modelli Qülləli Kranın sökülməsinə çəkilmiş xərcin əvəzi olaraq 4.000 (dörd min) manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qaytarılması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, pul tələblərinin qismən əvəzləşdirilməsi, 7.300 (yeddi min üç yüz) manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh1nə ödənilməsi qət edilmişdir. 10.Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etməməsi yəni, əşya kirayəçinin istifadəsi üçün sənədlərin hazır olmaması, kranın müvafiq dövlət orqanında qeydiyyatdan küçməməsi səbəbindən yararlı vəziyyətdə olmaması nəticəsində dəymiş zərəri ödəmək öhdəliyi də, yaranmışdır. Ona görə də, Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən Cavabdeh2nə ödənilmiş kranın sökülməsi xərci olaraq 4.000 manat məbləğində pul İddiaçı tutularaq Cavabdeh1 Mənzil Tikinti Kooperativinə ödənilməlidir. Həmçinin Cavabdeh1 Mənzil Tikinti Kooperativinin tələb etdiyi kranın quraşdırılması ilə bağlı İddiaçı ödəmiş olduğu 2.150 manat pul tələbi təmin edilə bilməz. Belə ki, nəzərə alınmaldır ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativi İddiaçı aid kranın sənədlərinin hələ hazır olmadığını bilmiş, sənədlərin ağlabatan müddətdə hazır olacağına gözləməyə razı olmuş və qeyd edilmiş krandan müvafiq dövlət orqanı tərəfindən istismarının qadağan edilməsinədək istifadə etmişdir. Bundan başqa Məhkəmə hesab edir ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin 200.000 manat maddi ziyanın ödənilməsi ilə bağlı tələbi də, təmin edilə bilməz. Belə ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativi qeyd edilən maddi ziyanın nə ilə bağlı olmasını əsaslandıra bilməmişdir. İşin mübahisləndirilməyən digər halı ondan ibarətdir ki, kran söküldükdən sonra onun “ayaqları” Cavabdeh1 Mənzil Tikinti Kooperativində qalmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.2.4-cü bəndindən görünür ki, əgər sifarişçi betonda qalan qülləli kranın ayaqlarını çıxarıb icraçıya verməsə 10.000+vergi xərci 6,5 faiz sifarişçi tərəfindən icraçıya ödəniləcək. Tərəflər özləri kranın ayaqlarının verilmədiyi təqdirdə, 10.000 manat pulun icarəçi tərəfindən icarəyə verənə ödənilməsi barədə razılığa gəlmişlər. Ancaq Məhkəmə iclasında 6,5 faiz vergi xərcinin nədən ibarət olmasını iddiaçı tərəf əsaslandıra bilməmiş və bu barədə qanunvericilikdə hər hansı bir müddəa yoxdur. Ona görə də, kranın ayaqları Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı verilmədiyi üçün 10.000 manat məbləğində pul Cavabdeh1 Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı ödənilməlidir.
11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-299/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qeyd olunan maddi hüquq normalarını kobud surətdə pozmuş və səhv nəticəyə gəlmişdir.Belə ki, nəzərə alınmalıdır ki, qeyd edilmiş kran təhlükə potensiallı obyekt olduğundan onun müvafiq qurum tərəfindən, texniki sənədlərə əsasən istismarına icazə verilməsi zəruri şərtdir. Müqavilənin predmeti olan Qülləli Kranın hüquqi və texniki sənədləri, həmçinin fəaliyyətinin dayandırılması ilə bağlı bildirmək istəyirəm ki, Fövqəladə Hallar Nazirliyi X5 Görülməsi və X9 Agentliyi əməkdaşlarının göstərişi ilə X11 MMC (VÖEN **********) xx.xx.2024 cü il tarixli, GSİ-001-2024 saylı müqavilə üzrə İstehsal tarixi 2010 QTZ 80 markalı qülləli kranın defektoskopiya (maqnit toz üsulu ilə və yaxud lazımi hallarda ultarasəs müyainəsi ilə qaynaq tikişlərin və digər hissələrin yoxlanılması) işlərinin aparılması yük sınağının keçirilməsi və istehsal tarixi 2010 QTZ 80 markalı qülləli kranın pasport göstəricilərinin və digər texniki sənədlərinə əsasən müvafıq normativ hüquqi aktların qaydalarına uyğun şəkildə, dövlət dilinə tərcümə edilməklə (dublikart pasport) sənədlərin yenidən komplektləşdirilməsi işlərinin aparılması üzrə müqavilələrin bağlanılması ödənişinin edilməsi və işlərə start verilməsinə göstəriş verilmişdir. Bunun üçün X11 MMC (VÖEN **********) Müqavilə tarixi xx.xx.2024 cü il Müqavilə № GSİ-001 -2024 saylı müqavilə üzrə defektoskopiya üçün 1 500,00 AZN + 18 % ƏDV (270,00 manat) = 1 770,00və dublikart pasportun hazırlanması üçün 1 500,00 AZN + 18 % ƏDV (270,00 manat) = 1 770,00 manat ödənilmişdir. X11 MMC əməkdaşları Parktoun MTK-nın ərazisinə gələrək xx.xx.2024 cü il tarixdə qülləli krana defektskopiya edildikdən sonra 45-55 gün içində defektskopiya və qülləli kranın pasportunu bizə verəcəklərini bildirmişlər. Tərəfimdən X11 MMC ilə bağladığımız müqavilənin surəti cavabdeh "xxxx" MTK-ya göndərilmişdir. Cavabdeh məktubunda kranın fəaliyyətinin dayandırıldığını qeyd etməsinə baxmayaraq kran xx.xx.2024-ci il tarixdən xx.xx.2024-cü il tarixədək fəaliyyət göstərmişdir. Kranın maşinisti X7 birinci instansiya məhkəməsində şahid qismində iştirak edərək bu halı təsdiq etmişdir. Həmçinin apellyasiya məhkəməsinin diqqətinə çatdırmaq istəyirəm ki, Fövqəladə Hallar Nazirliyi X5 Görülməsi və X9 Agentliyi tərəfindən qülləli kranın mənim adıma qeydiyyata alınması barədə “Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə A-15743 nömrəli Çıxarış və Qeydiyyat nömrəsi 27507 nömrəli Qülləli Kran pasportu” verilmişdir. Həmçinin bununla bağlı qeyd etmək istəyirik ki, Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında qeyd olunduğu kimi vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Belə ki, cavabdehlə müqaviləni bağlamaq iradəmizi müqaviləni imzalamaqla bildirmiş, əqdin şərtlərini qəbul etmiş və onun mahiyyətilə razılaşdığımızı nümayiş etdirmişik. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənmişdir. Lakin cavabdeh şirkət mənim güvənimdən istifadə etmiş, qülləli kranımı istismar etmiş və özü üçün fayda əldə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək, İddiaçı ilə əmək müqaviləsi olduğunu, operator vəzifəsində çalışdığını, kranın 2023-cü ilin dekabr ayının 26-27-də quraşdırıldığını, 2024-cü ilin yanvar ayında gəlib kran operatoru işlədiyini, kranın sənədlərinin hazır olmadığının bilmədiyini, fevral ayında da, kranın işlədiyini bildirdiyi qeyd olunmuşdur. Bununla bağlı bildirmək istəyirik ki, məhkəmənin şahidin ifadəsi ilə bağlı mövqeyi tamabsurd və əsassızdır. Məhkəmədə şahid qismində iştirak etmiş X7 iddiaçı ilə əmək münasibətlərində olsa da o müstəqil olaraq öz iradəsi ilə ifadə vermiş və iddiaçı tərəfindən hər hansı kənar müdaxilə olmamışdır. Bir daha qeyd edirik ki, şahidin tərəflər arasında olan mübahisədə marağı olmamışdır. Qülləli kran onun tərəfindən idarə olunduğundan və baş verən hadisələrin şahidi olduğundan onun ifadəsinə tənqidi yox, mötəbər sübut kimi qiymət verilməlidir. Qeyd olunan müddət ərzində Qülləli Kran tam gücü ilə fəaliyyət göstərmiş və yüklər həmin kran vasitəsilə qaldırılmışdır. Kranın tikinti aparılan binanın ərazisində fəaliyyət göstərməsini təsdiq edən fotoşəkillər birinci instansiya məhkəməsinə sübut qismində təqdim edilməsinə baxmayaraq məhkəmə həmin sübuta qiymət verməmişdir. Bundan əlavə binanın tikilməsində istifadə olunan yüklər ağır olduğundan həmin yüklərin 2 ay ərzində avtokran vasitəsi ilə qaldırılması qeyri-mümkündür. Bu hal həmin yüklərin kran vasitəsilə qaldırlmasını bir daha təsdiq edir. Buna görə də cavabdeh şirkətin müqavilədən imtina etməsi tam əsassızdır. Mübahisəli qülləli kran Cavabdeh1 MTK tərəfindən istismar olunduğu və həmin şirkətin ərazisində olduğu üçün tərəfimdən defektoskopiyaya xərc çəkilmişdir. Qeyd olunan halla bağlı məhkəmə əsassız mövqe tutaraq yanlış qərara gəlmişdir. Qülləli krana dəymiş ziyanla bağlı birinci instansiya məhkəməsinin mövqeyi tam əsassız və absurddur. Bununla bağlı bildirmək istəyirik ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, kran Cavabdeh1 MTKnin göstərişinə əsasən digər cavabdeh olan Cavabdeh2 MMC tərəfindən sökülmüşdür. Aramızda bağlanmış icarə müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 MTK-nın ərasizində yerləşdirilmiş mənə məxsus Qülləli Kran Cavabdeh2 MMC şirkəti tərəfindən sökülərək Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 74 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus olan depoya mənim iştirakım olmadan yığılmışdır. Qeyd edim ki, QTZ-80 qülləli kran mənim mülkiyyətimdədir və yalnız tərəflər arasında müqavilə ləğv olunacağı təqdirdə şəxsən mənim tərəfimdən sökülə bilərdi. Lakin cavabdeh müqavilənin bu şərtini kobud surətdə pozmuş, başqa bir şirkətlə müqavilə bağlayaraq kranımı sökülməsinə göstəriş vermişdir. Məndə olan məlumata əsasən QTZ-80 markalı Qülləli Kranım Cavabdeh2 MMC şirkəti tərəfindən həmin depoya gətirilmişdir. Nəzərinizə çatdırım ki, sonradan İddiaçı, X7 və "xxxx" MMC-nin direktoru X1 iştirakı ilə tərəfimizdən krana baxış keçirilən zaman xx.xx.2024 cü il tarixdə saat 16:25 də qülləli kranın üzərində ciddi zədələrin olduğu və qülləli kranın bir çox detalının üzərində olmadığı müəyyən edilmişdir. Tərəfimdən qülləli krana dəymiş maddi zərərin müəyyən edilməsi üçün müstəqil ekspertə müraciət olunmuş və müstəqil ekspert tərəfindən tərtib olunmuş qüsur aktına əsasən qülləli krana 82 695,97 manat (səksən iki min altı yüz doxsan beş manat doxsan yeddi qəpik) manat məbləğində maddi zərər vurulmuşdur. Məhkəmənin də öz qətnaməsində qeyd etdiyi kimi cavabdeh tərəfindən kranın ayaqları mənə təhvil verilməmişdir. Kranın ayaqları məndə olacağı halda həmin ayaqların başqa bir şirkətin ərazisində quraşdırılması prosesi uzun müddət çəkir. Və bu uzun müddət ərzində qülləli kranda olan çatışmazlıqları və nöqsanları aradan qaldırmaq üçün mənə 1 ay bəs edir. Məlumat üçün bildirim ki, beton tökülür, kranın ayaqları (ankeri) olan yerə beton tam 28 günə quruduğu üçün biz həmin müddət ərzində yəni təxmini 49 gün gözləməli oluruq əgər küləkli və yağışlı havalar olarsa, betonun qurumağı və dəmir qəlib işləri bəzən 2 ayı keçə bilir. Xatırlatmaq istəyirəm ki, Cavabdeh1 MTK-nın mənimlə bağlanmış müqavilə tarixi bunu sübut edir ki, xx.xx.2023-cü il tarixdə bağlanmış müqavilə əsasında biz işlərə başladığımız ilə kranı tam təhvil verməyimiz vaxt təxminən 49 gün çəkib. Həmin ili 15 Noyabr tarixində işə başlamışıq və yanvarında 3-də qülləli kran Cavabdeh1 MTK ərazisində işləməyə başlamışdır. Həmin müddət ərzində isə mənimkrana dəymiş ziyanın aradan qaldırılması imkanım olacaqdır. Bununla da kranın başqa bir şirkətə təhvil verilməsi ilə maneələr tamaradan qalxacaqdı. Məhkəmənin kranın sökülməsi ilə dəymiş ziyan arasında bağlılığın olmaması ilə bağlı mövqeyi tam əsassızdır. Yuxarıda qeyd etdiyim kimi krana ziyan dəyməsi ilə bağlı mötəbər sübutlar (akt, fotoşəkillər) iş materiallarına əlavə olunmuş və bu hal öz təsdiqini tam olaraq tapmışdır. Həmçinin mən söküntü prosesini izləməyimə baxmayaraq kranda olan zədələrin müəyyən edilməsi mənim yox, mütəxəssisin vəzifəsidir. Buna görə də sonradan tərəfimdən mütəxəssis dəvət edilmiş və o bununla bağlı qüsur aktı tərtib etmişdir. Birinci instansiya məhkəməsi bu hissədə də yanlış mövqe tutmuşdur. Kranın mənim tərəfimdən montaj işçilik xərci, daşınma xərci, montaj avtokranların xərcinin çəkilməsi və quraşdırılması işin mübahisəsiz halıdır. Bilindiyi kimi kranın quraşdırılması üçün xeyli məbləğdə xərc tələb olunur. İddia tələbimdə qeyd edildiyi kimi həmin xərc tərəfimdən çəkilmişdir. Bu hal özü özlüyündə kranın quraşdırılması xərcini təsdiq edir. Kranın şənbə və bazar günləri, həmçnini nəzərdə tutulmuş saatdan artıq işləməsi halı kranının maşinisti şahid Hüseynov Fərid tərəfindən təsdiq edilmişdir. Lakin məhkəmə həmin sübuta qiymət verməli olduğu halda bu vəzifəni etməmişdir. Birinci instansiya məhkəməsinin əldə çıxmış fayda məbləğinin təmin olunmamasına dair mövqeyi ilə bağlı bildirmək istəyirik ki, Cavabdeh1 MTK ilə müqavilə bağlamamışdan əvvəl mən başqa bir şirkətə kranın icarəyə verilməsi barədə müqavilə bağlamışdım. Lakin sonradan cavabdehlə razılaşıb müqavilə bağlasamda cavabdeh müqavilənin şərtlərini pozmuş və bu səbəbdən mənə xeyli zərər vurmuşdur. Bunu da bildirmək istəyirəm ki, Cavabdeh1 MTK-nın qanunsuz hərəkətləri nəticəsində “Kometa T MMC”-yə qülləli krana görə borcum yaranmış və qülləli kranı itirmək riski yaranmışdır. Qülləli krana çəkdiyimxərclə yanaşı, mən kranın "xxxx" MMC-dən tərəfindən geri tələb edilməməsi üçün hər ay borc pul alaraq və kredit götürərək kranın ödənişlərini etmişəm. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, cavabdehdən öncə Kamur Group MMC ilə aramızda bağlansa da, qiymət razılaşmaması səbəbindən müqaviləmiz ləğv olunmuş və daha sonra Cavabdeh1 MTK ilə müqavilə bağlamışam. Həmçinin Qülləli kranımın ayaqlarını (ankerlərini) və krana məxsus işləməsi üçün zəruri olan hissələrini vermədiyi üçün mən başqa bir şirkətlə müqavilə bağladığıma görə kranımı işə qoya bilmirəm. Çünki cavabdeh mənim kranımın ayaqlarını (ankerlərini) və avadanlıqlarını hələdə verməmiş, kranıma ziyan vurmuş və bu səbəbdən mən xeyli miqdarda gəlir əldə etməkdən məhrum olmuşam. Tərəfimdən Kranın icazəm olmadan sökülməsi ilə bağlı polisə müraciət olunmuşdur. Birinci instansiya məhkəməsinin Cavabdeh1 MTK-nın qarşılıqlı iddiasının təmin olunmasına dair mövqeyi ilə bağlı bildirmək istəyirik ki, tərəflər arasında olan müqavilə 24 aylıq (2 il) müddətinə bağlanmışdır. Lakin Cavabdeh1 MTK şirkəti yalançı sahibkarlıq imici yaradaraq və mənim həmin şirkətə qarşı etibarından sui-istifadə edərək icarə müqaviləsi bağlanılmışdır. Lakin cavabdeh müqaviləni bağladıqdan sonra müqavilənin şərtlərinə əməl etməmiş, öz üzərinizə düşən öhdəlikləri yerinə yetirməmiş, yəni icarə predmetini müqavilə qüvvədə olan müddət ərzində mənim icazə və iştirakım olmadan mənə məxsus olan qülləli kranı sökmüsünüz, həmin kranımdan istifadə edərək faydalanmış və gəlir əldə etmisiz. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində mənimöz əmlakımdan istifafə etmək hüquqlarım pozulmuş, öz mülkiyyətimdən istifadə edə bilməməm nəticəsində gəlir, fayda götürə bilməmiş, üzərimdə olan digər öhdəlikləri (vergi və s) yerinə yetirməkdə çətinliklər yaratmış, həm mənəvi, həm də psixoloji cəhətdən sarsıtmış və fərdi sahibkar kimi işgüzar nüfuzuma xələl gətirilmişdir. Həmçinin cavabdeh “Sahibkarlıq fəaliyyəti” adından istifadə edərək, lakin onunla bir araya fəaliyyətlə məşğul olaraq mənim AR Konstitusiyasında nəzərdə tutulmuş mülkiyyət hüquqlarımı pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəməyə gəlməmiş, nümayəndəsi və vəkili Asim Mirzəyev ərizə ünvanlayaraq məhəkəmə iclasının təxirə salınmasını, cavabdehin nümayəndəsi vəkili Ruabyıl Səfərov ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
16. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
17. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
20. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
21. Həmin Məcəllənin 676.0-cı maddəsinə əsasən bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: 676.0.1. kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır; 676.0.2. kirayəyə verilmiş əşya əmlak kirayəsi müqaviləsi ilə qarantiya verilmiş xassələrə malik olmalıdır;
22. Həmin Məcəllənin 677.1-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinin predmeti olan əşyanın bu Məcəllənin 676-cı maddəsinin tələblərinə uyğun gəlməməsi kirayəçiyə aşağıdakı hüquqi müdafiə vasitələrini tətbiq etmək hüququ verir: 677.1.1. əgər müqaviləyə uyğunsuzluğu nəticəsində əşya məhv olarsa və ya onun müqavilə üzrə müəyyənləşdirilmiş istifadəyə yararlığı azalarsa, əşyanın yararlığının itdiyi müddət üçün kirayəçi kirayə haqqını ödəməkdən azad edilir, onun yararlığının azaldığı müddət üçün isə yalnız kirayə haqqının bir hissəsini ödəməyə borclu olur. Yararlığın əhəmiyyətsiz dərəcədə azalması hesaba alınmır. Yaşayış otağının kirayəsi müqaviləsində kirayəçinin ziyanına olaraq bundan kənaraçıxmaların qüvvəsi yoxdur; 677.1.2. əgər müqaviləyə hər hansı uyğunsuzluq onun bağlandığı məqamda məlum olarsa və ya belə uyğunsuzluq kirayəyə verənin cavabdeh olduğu hansısa hal nəticəsində sonradan əmələ gələrsə və ya kirayəyə verən həmin uyğunsuzluğun aradan qaldırılmasını gecikdirərsə, kirayəçi bu Məcəllənin 677.1.1-ci maddəsinə əlavə olaraq öhdəliyin icra edilməməsi nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər; 677.1.3. bundan savayı, kirayəyə verənin gecikdirməsi halında kirayəçi qüsuru özü aradan qaldıra bilər və çəkdiyi zəruri xərclərin əvəzini ödəməyi tələb edə bilər; 677.1.4. əgər kirayəçi kirayəyə götürdüyü əşyanı tamamilə və ya qismən müqavilə üzrə istifadəyə müəyyənləşdirilmiş müddətdə almırsa və ya əşya ondan götürülürsə və ya əhəmiyyətli dərəcədə pisləşirsə, kirayəyə verən isə gecikdirməyə yol verirsə, kirayəçi xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. İstifadəyə əhəmiyyətsiz maneə və ya istifadədən məhrumetmə nəticəsində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, kirayəçinin xüsusi mənafeləri buna haqq qazandırsın. Əgər kirayəyə verən əşyanı vaxtında istifadəyə verdiyinə və ya qüsuru müəyyənləşdirilmiş müddət bitənədək aradan qaldırdığına əsaslanaraq müqavilənin ləğvinə yol verilə bilməsi barədə mübahisə edirsə, o bunları sübut etməlidir. Yaşayış otağının kirayəsi üzrə hüquq münasibətlərində müqaviləni ləğv etmək hüququnu istisna edən və ya məhdudlaşdıran razılaşmanın qüvvəsi yoxdur.
23. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
26. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin əsaslığı iddianın təmin olunmayan hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. İddiaçı (icarəyə verən) ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativi (icarəçi) arasında xx.xx.2023-cü il tarixli, AL-15/11/23 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndində əsasən, icarə müqaviləsinin predmetini reyester nömrəsi A-04546 olan , 8 tonluq, 55 metr qolunın uzunluğu, 100 metr hündürlükdə olan 1 ədəd QTZ-80 Qülləli kran təşkil edir və 1.3.7-ci bəndinə əsasən aylıq icarə haqqı 7.000 manat təşkil edir.
29. Fövqəladə Hallar Nazirliyinin X4 Görülməsi və Dağ X14 Agentliyi tərəfindən Cavabdeh1 Mənzil Tikinti Kooperativinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə Şahbazi küçəsi ilə Qırmızı Şərq küçəsi bina 104 ünvanında quraşdırılmış qülləli krana baxış keçirilmiş, kranın texniki pasportu, iş icra layihəsi, cavabdeh şəxslərin əmri, quraşdırılma aktı, kran operatorunun sertifikatı təqdim edilməmiş. Texniki sənədlər təqdim olunana qədər kranın istismarı qadağan edilmişdir.
30. Qeyd edilmiş xidmətin aparılması ilə bağlı isə "xxxx" MMC ilə X11 MMC arasında xx.xx.2024-cü il tarixli müqavilə bağlanmışdır və müqavilənin dəyəri 3.540 manat olmuşdur. xx.xx.2024-cü il tarixdə qeyd edilmiş kranla bağlı defektoskopiya işlərinə dair X11 MMC tərəfindən hesabat tərtib edilmişdir. 3.540 manat məbləğində pul İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə köçürülmüş, sonuncu isə bu pulu xx.xx.2024- cü il tarixdə X11 MMC-nin hesabına köçürmüşdür.
31. İş materiallarına əlavə edilmiş qeyd edilmiş kranın pasportunun surətindən (əslinə baxış keçirilmişdir) görünür ki, kran xx.xx.2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin X4 Görülməsi və Dağ X14 Agentliyində qeydə alınmışdır. Kranla bağlı Fövqəladə Hallar Nazirliyinin X4 Görülməsi və Dağ X14 Agentliyi tərəfindən verilmiş təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi barədə xx.xx.2024-cü il tarixli çıxarış verilmişdir.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin defektoskopiya və digər xərclərlə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, icarə müqaviləsinə əsasən, icarəyə verən icarə obyektini saz vəziyyətdə icarəçiyə təqdim etməlidir. Həmçinin müqavilənin 2-ci bəndinə əsasən, aylıq servis aylıq icarə qiymətinə daxildir.
33. Kollegiya müqavilə şərtlərinin Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən pozularaq qülləli kranın iddiaçı tərəfindən yox, başqa şirkət tərəfindən sökülüb depoya aprılması dəlillinə münasibətdə bildirmək istəyir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsində qüllənin kranın kim tərəfindən sökülməsi ilə bağlı hər hansı bir müddəa nəzərdə tutulmamış, yalnız kranın ərazidə yeri dəyişdirilərsə demontaj olunub başqa bir yerdə montaj olunarsa sifarişçi tərəfindən xərcin icraçıya ödənilməsi nəzərdə tutulmuşdur.
34. Həmçinin Cavabdeh1 Mənzil Tikinti Kooperativinin sədri tərəfindən İddiaçı ünvanlanmış pretenziya məktubuna əsasən, FHN tərərfindən kranın istismarı qadağan olunduğundan kranın sökülərək tikinti ərazisindən götürülməsi, bu təmin olunmadığı təqdirdə sökülmənin tərəflərindən təmin olunacağı və ödənilmiş icarə haqlarının geri tələb olunacağı bildirilmişdir.
35. İddiaçı apellyasiya şiakyətinin dəlillərində qülləli krandan Cavabdeh1 Mənzil Tikinti Kooperativi tərəfindən istifadə edilərək faydalanmasını bildirsədə buna dair hər hansı bir sübut, həmçinin kranda zədələrin müəyyən olunduğuna dair qüsur aktı tərtib olunmasını qeyd etsədə, həmin zədələrin cavabdeh tərəfindən istifadə zamanı və ya kranın sökülüb daşınması zamanı baş verdiyinə dair sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı dəlillərdə kranın söküntüsünü müşahidə etdiyini bildirmişdir. Belə olan halda iddiaçı tərəfindən icarə obyektinə dərhal baxış keçirilərək zədələrin müəyyən olunması və qarşı tərəfə bildirilməsinə dair hər hansı sübut əlavə edilməmiş,qüsur aktı kranının söküntüsündən xeyli müddət keçdikdən sonra qarşı tərəfə məlumat verilmədən tərtib olunuşdur.
36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-299/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.