Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-564/2020 10.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi və iddiaçının (ləğvedicisinin) nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Ləğv prosesində olan “X1” ASC-nin (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) cavabdeh “xxxx” MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-393/2020 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı Ləğv prosesində olan “X1” ASC cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək: -xx xxxxxx 2016-cı il tarixli 10 №-li kredit müqaviləsi üzrə 13.612.000 manat əsas borc, 144.912,93 manat müqavilə müddətinin sonuna faiz borcu, 3.637.933,4 manat cərimə borcu, 2.155.792,22 manat müddət bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesab lanan faiz borcu olmaqla, ümumilikdə 19550638,55 manat məbləğində pul vəsaitinin və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 10 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 12 ay müddətinə, illik 5,5% dərəcəsi ilə 18.500.000 manat məbləğində kredit verilmişdir. Həmin tərəfindən kredit müqaviləsinin 4.2, 4.5, 6.1 və 6.2-ci bəndlərinə əsasən cavabdeh bank qarşısında kredit məbləğini və ona hesablanmış faizləri ödəniş qrafikinə uyğun olaraq hər ay sabit məbləğdə banka qaytarmaq barədə öhdəlik götürürməsinə baxmayaraq bu öhdəliklərini lazımınca yerinə yetirməmiş, ona şifahi və yazılı müraciətlər edilməsinə, xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, borcun ödənilməsi təmin edilməmiş, nəticədə qeyd olunan borcu yaranmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-393/2020 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx xxxxxx 2016-cı il tarixli 10 №-li kredit müqaviləsi üzrə 12.850.711,00 manat əsas, 1.608.253,25 manat faiz, 500.000,00 manat cərimə borcu olmaqla, ümumilikdə 14.958.964,25 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunmuşdur Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən – 500.000,00 manat cərimənin ödənilməsi hissəsində ləğv edilməsi, həmin hisədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qismən əsassız və qeyriqanunidir. Belə ki, iddia tələbində cərimə pulunun miqdarının süni şəkildə artmasını, yəni iddiaçı bank tərəfindən cavabdehə hesablanmış cərimə məbləğinin tənasübsüz dərəcədə yüksək hesablanması halı məhkəmə tərəfindən qiymətləndirilməmiş, kreditorun bütün əsaslı mənafelərini nəzərə alınmamışdır. Bu baxımdan da qətnamənin 500000 manat cərimənin ödənilməsi hissəsini cavabdeh qəbul etmir. Eyni zamanda hesab edir ki, hazırki pandemiya şəraitində faiz məbləğindən əlavə yüksək məbləğdə cərimə, cavabdeh olan şirkətin sahibkarlıq fəaliyyətinə böyük zərbə kimi qiymətləndirilməlidir (Mülki Məcəllənin 467-ci maddəsinə istinad olunur). Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh (sələhiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 135.8-ci və 376.2-ci maddələrinin tələbini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə cavabdehin şikayəti ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi borcun (cərimə və ümumi borcun) tutulması hissəsində dəyişdirilməlidir. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçı tərəfindən qətnamədən şikayət verilməmiş, cavabdeh tərəfindən isə apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi 500.000 manat cərimə tutulması hissəsində mübahisələndirilmidir. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını, onun barəsində açıq və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mubahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Prosessual qanunvericiliyin qeyd olunan tələbini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə cavabdehin apellyasiya şikayəti həddində baxılmalıdır. Yəni, qətnamə cavabdehdən iddiaçının xeyrinə cərmənin tutulması hissəsində yoxlanılmalıdır. İddiaçı bankın iş üzrə məhkəməyə təqdim etdiyi sonuncu xx xxxxxx 2019-cu il tarixli maliyyə arayışından görünür ki, cavabdehə kredit müqaviləsi üzrə borcun gecikdirildiyinə görə 3.657.933,40 manat məbləğində cərimə, başqa sözlə, təxminən, əsas borcun 1/5 hissəsi miqdarında cərimə məbləği hesablanmış və həmin məbləğin də cavabdehdən tutulması tələbi dəqiqləşdirilmiş iddia tələbinə irəli sürülmüşdür. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi nəticədən göründüyü kimi, Mülki Məcəllənin 467-ci maddəsini tətbiq etməklə, məhkəmə həmin cərimə məbləğini 500.000 manatadək azaldaraq,cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Mülki Məcəllənin qeyd olunan 467-ci maddəsinin tələbində isə nəzərdə tutulur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, məhkəmə tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldarkən işin hallarını nəzərə almalıdır. İş materiallarına əsasən isə cərimə məbləğinin azaldılmasına təsir edə bilən halları müəyyən edilir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin: 1.1-ci bəndinə əsasən 18500.000, manat məbləğində kredit 12 ay müddətinə verilmişdir; 5.2-ci bəndinə əsasən kredit üzrə vaxtı keçmiş kredit borcu əmək gəldikdə borcalan banka vaxtı keçmiş kredit borcunun yaranması tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək olan dövr üçün 11% cərimə ödəməlidir; 9.3-cü bəndinə əsasən borcalan razılaşdırılmış ödəniş şərtlərini pozduqda, krediti və ondan istifadəyə görə faizlərin ödənilməsi gecikdirildikdə bank borcalana borcun ödənilməsinin gecikdirildiyi hər gün üçün ödənilməli olan məbləğin 0,1 faizi miqdarında dəbbə pulu tətbiq edə bilər. Qeyd olunan müqavilə şərtlərindən görünür ki, 12 ay müddətinə bağlanmış kredit müqaviləsi ilə borcalan tərəfindən borcun ödənilməsinin gecikdirildiyinə görə tənasübsüz olaraq ikiqat cərimə tətbiq olunması nəəzərdə tutulur. O cümlədən: borcun ödənilməsinin gecikdirilməsinə görə vaxtı keçmiş borcun 11 faizi məbəlğində illik cərimə faizi, bundan əlavə hər gecikdirilən gün üçün 0,1 faiz miqdarında hesalanan cərimə məbləği. Birincisi, iddiaçı dəqiqləşdirilmiş iddia tələbində kredit müqaviləsi üzrə borcun gecikdirildiyinə görə 3.657.933,40 manat məbləğində cərimənin cavabdehdən tutulmasını xahiş etsə də, həm dəqiqqləşdirilmiş iddia tələbində, həm də maliyyə arayında yuxarıda qeyd olunan müqavilə şərtlərinə müvafiq qaydada cərimə borcunun hesablanması əsaslandırılmamışdır. Ümumiyyətlə, iddiaçı tərəfindən gecikmə günlərinə aydınlıq gətirilməmiş, qeyd olunan cərimənin tərkibi açıqlanmamış, müqavilə üzrə faiz borcunu da ikiqat üstələyən məbləğdə cərimənin ödənilməsini cavabdehdən tələb etmişdir. Digər trəfdən qeyd olunmalıdır ki, iddiaçı tələbində vaxtı keçmiş borca görə illik 11 faiz, hər gecikdirilmiş gün üçün ödənilməyən gün üçün 0,1 faiz miqdarında cərimə məbləği tələb etdiyi halda, həm də Mülki Məcəllənin 445.7-ci maddəsinə istinadən illik beş faizin də cavabdehdən tutulmasını tələb etmişdir. Halbuki, Məcəllənin 445.7-ci maddəsi digər əsaslardan çıxış edərək daha yüksək məbləğ tələb edə bilmədiyi halda, illik beş faizin ödənilməsini tələb edə bilməsi nəzərdə tutulmuşudur. İddiaçı isə konkret halda, başqa əsaslardan çıxış edərək, həm vaxtı keçmiş borca görə illik 11 faiz, həm hər gecikdirilmiş hər günə görə 0,1 faiz miqdarında cərimə ödənilməsini tələb etmişdir. Bu baxımdan, işin qeyd olunan hallarını nəzərə alan məhkəmə kollegiyası birinci instansia məhkəməsi tərəfindən tutulması qət olunan 500.000,00 manat cərimə məbləğinin də tənasübsüz surətdə müəyyənləşdirilən yüksək dəbbə pulu kimi qiymətləndirir və həmin cərimə məbləğinin 10 dəfə azaldılaraq 50.000,00 (əlli min) manat həddində təyin edilməsini, həm işin qeyd olunan hallarına, həm də hazırkı zaman çərçivəsində hər iki tərəfin əmlak mənafeyinə mütənasib və ədalətli olan nəticə hesab edir. Beləliklə də qeyd edilənləri ümumiləşdirərək, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin ondan cərimə borcunun tutulması hissəsində əsassız və qeyri-qanuni olduğunu mübahisələndirən dəlilləri ilə qismən razılaşaraq yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, borcun tutulması hissəsində qətnamə dəyişdirilməli və ondan Kommersiya Bankı» ASC-nin xeyrinə kredit müqaviləsi üzrə 12.850711,00 manat əsas borc, 1608253,25 manat faiz borcu və 50.000,00 (əlli min) manat cərimə borcu olmaqla, ümumilikdə,14.508.964,00 (on dörd milyon beş yüz səkkiz min doqquz yüz altmış dörd) manat məbləğin iddiaçı «Dekabank tutulması qət olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-393/202020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi borcun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh MMC-dən xx.xx.2016-cı il tarixli 10 №-li kredit müqaviləsi üzrə 12.850.711,00 manat əsas borc, 1.608.253,25 manat faiz borcu və 50.000,00 manat cərimə borcu olmaqla, ümumilikdə,14.508.964,00 (on dörd milyon beş yüz səkkiz min doqquz yüz altmış dörd) manat məbləğində pul vəsaiti iddiaçı «X1» ASC-nin xeyrinə tutulsun. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müdətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiygündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Elşən Kazımov
Məhkəmə qərarları › İş №2-2(103)-564/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-564/2020
10.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver